Otorinolarinqologiya ixtisası üzrə test suallarının nümunələri Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası


) Qulaq seyvanının əzələləri hansı sinirlə innervasiya olunur?



Yüklə 1,37 Mb.
səhifə5/18
tarix09.02.2017
ölçüsü1,37 Mb.
#7937
1   2   3   4   5   6   7   8   9   ...   18

281) Qulaq seyvanının əzələləri hansı sinirlə innervasiya olunur?

A) N. Facialis

B) N. Trigeminus et n. facialis

C) N. Trigeminus

D) N. Buccalis

E) N. Vagus


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.82
282) Xarici qulaq keçəcəyindən Santorin yarıqları vasitəsilə infeksiya hara daxil ola bilər?

A) Orta qulağa

B) Vidaci venanın soğanağına

C) Məməyəbənzər çıxıntıya

D) Çənəaltı limfa vəzilərinə

E) Qulaqyanı tüpürcək vəzinə


Ədəbiyyat: Пальчун В.Т.,Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.80
283) Qulaq seyvanına aid olan limfa vəziləri harada yerləşirlər?

A) Qulaqyanı tüpürcək vəzinin altında

B) Məməyəbənzər çıxıntının üstündə

C) Boyunun arxa hissəsində

D) Çənənin altında

E) Boyunun ön hissəsində


Ədəbiyyat: Пальчун В.Т.,Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.82
284) Xarici qulaq keçəcəyinin hansı hissəsində daralma - “isthmus” yerləşir?

A) Sümük hissədə

B) Qığırdaq hissədə

C) Təbil pərdəsinin önündə

D) Yalnız dəridə əmələ gəlmiş daralmadır

E) Sümük-qığırdaq hissədə


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.81
285) Xarici qulaq keçəcəyinin uzunluğu neçə santimetrdir?

A) 3 sm


B) 3,5 sm

C) 2 sm


D) 2,5 sm

E) 4,0 sm


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001,стр.81

286) Uşaqlarda otoskopiya zamanı qulaq seyvanını hansı istiqamətə çəkmək lazımdır?

A) Yuxarı-arxaya

B) Aşağı

C) Arxaya

D) Yuxarı

E) Aşağı-arxaya


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.80, 141
287) Xarici qulaq keçəcəyinin hansı hissəsində tüklər yerləşir?

A) Sümük hissədə

B) Qığirdaq və sümük hissədə

C) Qığırdaq hissədə

D) İstmusda

E) Şrapnell zarında


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 80
288) Yetkinlik yaşına çatmış adamlarda otoskopiya zamanı qulaq seyvanını hansı istiqamətə çəkmək lazımdır?

A) Yuxarı-arxaya

B) Arxaya

C) Aşağı


D) Aşağı-arxaya

E) Yuxarı


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.80, 141
289) Üz siniri xarici qulağın innervasiyasını təşkil edirmi?

A) Yox


B) Yalnız xarici qulaq keçəcəyinin sümük hissəsini

C) Yalnız qulaq seyvanını

D) Yalnız xarici qulaq keçəcəyinin qığırdaq hissəsini

E) Hə
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.82


290) N. Trigeminus xarici qulağın innervasiyasını təşkil edirmi?

A) Qulağın qığırdaq hissəsini

B) Yox

C) Yalnız xarici qulaq keçəcəyini



D) Hə

E) Yalnız qulaq seyvanını


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001,стр.82

291) N. Vagus xarici qulağın innervasiyasını təşkil edirmi?

A) Hə


B) Qulağın qığırdaq hissəsini

C) Yalnız xarici qulaq keçəcəyini

D) Yalnız qulaq seyvanını

E) Yox
Ədəbiyyat: Пальчун В.Т.,Крюков А.И. «Оториноларингология»Руководство,М:. Медицина, 2001,стр.82




292) Hansı arteriyanın şaxələri xarici qulaq keçəcəyini qidalandırır?

A) A. maxillaries interna

B) A. palatine

C) Heç biri

D) A. vertebralis

E) A. maxillaries externa


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.82
293) Xarici qulaq keçəcəyinin ön divarı hansı anatomik quruluş ilə həmsərhəddir?

A) Qulaqyanı tüpürcək vəziylə

B) Məməvari çıxıntıyla

C) Çənə oynağıyla

D) Orta kəllə çuxuru ilə

E) Arxa kəllə çuxuru ilə


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.81
294) Xarici qulaq keçəcəyinin üst divarı hansı anatomik quruluş ilə həmsərhəddir?

A) Orta kəllə çuxuru ilə

B) Məməvari çıxıntıyla

C) Qulaqyanı tüpürcək vəziylə

D) Çənə oynağıyla

E) Arxa kəllə çuxuru ilə


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.81
295) Xarici qulaq geçəcəyinin arxa divarı hansı anatomik quruluş ilə həmsərhəddir?

A) Orta kəllə çuxuru ilə

B) Məməvari çıxıntıyla

C) Arxa kəllə çuxuru ilə

D) Qulaqyanı tüpürcək vəziylə

E) Çənə oynağıyla


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.81
296) Xarici qulaq keçəcəyinin alt divarı hansı anatomik quruluş ilə həmsərhəddir?

A) Orta kəllə çuxuru ilə

B) Çənə oynağıyla

C) Qulaqyanı tüpürcək vəziylə

D) Arxa kəllə çuxuru ilə

E) Məməvari çıxıntıyla


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.81
297) Təbil pərdəsinin dartılmış hissəsi neçə qatdan ibarətdir?

A) Tək qatdır

B) 2 qatdan

C) 4 qatdan

D) 5 qatdan

E) 3 qatdan


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.82
298) Təbil pərdəsini hansı arteriyalar qidalandırır?

A) Sinus sigmoideus

B) A. Auricularis posterior

C) A. Vertebralis

D) A. Auricularis inferior

E) A. Tympanica et a. Auricularis profunda


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.84
299) Təbil pərdəsinin xarici səthindən qan hansı venalara toplanır?

A) V. auricularis

B) V. Yugularis

C) Sinus sigmoideus

D) Sinus transverses

E) V. palatinae


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.84
300) Təbil boşluğu neçə divardan ibarətdir?

A) 5


B) 3

C) 2


D) 4

E) 6
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.85


301) Təbil boşluğunda hansı anatomik üzvlər yerləşir?

A) Məməvari çıxıntı

B) Eşitmə borusu

C) Yarımdairəvi kanallar

D) Qulaq sümükcükləri

E) İlbiz
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.88


302) Təbil boşluğunun lateral divarını nə təşkil edir?

A) Eşitmə borusunun girəcəyi

B) Promontorium

C) Təbil pərdəsi

D) Təbil pərdəsi və attikin sümük divarı

E) Məməvari çıxıntı


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.86
303) Təbil boşluğunun medial divarını nə təşkil edir?

A) Təbil pərdəsi

B) Labirintin xarici divarı

C) Məməvari çıxıntı

D) Promontorium

E) Eşitmə borusunun girəcəyi


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.86
304) Təbil boşluğunun üst divarı nə ilə sərhədlənir?

A) Eşitmə borusunun girəcəyi

B) Promontorium

C) Məməvari çıxıntı

D) Təbil pərdəsi

E) Orta kəllə çüxüru


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.86
305) Təbil boşluğunun aşağı divarı nə ilə sərhədlənir?

A) Eşitmə borusunun girəcəyi

B) Promontorium

C) Təbil pərdəsi

D) Fossa jugularis

E) Məməvari çıxıntı


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.86
306) Təbil boşluğunun ön divarı nə ilə sərhədlənir?

A) Məməvari çıxıntı

B) Təbil pərdəsi

C) A. Carotis interna

D) Antrum

E) Promontorium


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001,стр.86

307) Təbil boşluğunun arxa divarını nə təşkil edir?

A) Promontorium

B) Fossa yugularis

C) Eşitmə borusunun girəcəyi

D) Məməvari çıxıntı

E) Təbil pərdəsi


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.86
308) Təbil pərdəsininn orta qatını nə təşkil edir?

A) Dəri


B) Selikli qişa

C) Qığırdaq

D) Əzələ

E) Fibroz


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.82
309) Təbil pərdəsininn içəri qatını nə təşkil edir?

A) Dəri


B) Qığırdaq

C) Əzələ


D) Selikli qişa

E) Fibroz


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.82
310) Təbil pərdəsininn bayır qatını nə təşkil edir?

A) Selikli qişa

B) Qığırdaq

C) Əzələ


D) Fibroz

E) Dəri
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.82


311) Təbil pərdəsində neçə hissə ayırd edilir?

A) 3


B) 5

C) 2


D) 4

E) 6
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.82


312) Təbil pərdəsini təşkil edən hissələr hansıdır?

A) Gərgin hissə

B) İşıq konusu və büküşlər

C) Sallanmış və gərgin hissə

D) Umbo və çəkicin dəstəyi

E) Sallanmış hissə


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.82
313) Təbil pərdəsinin neçə tanınma nöqtələri var?

A) 2


B) 6

C) 3


D) 5

E) 4
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.142


314) Təbil pərdəsini hansı tanınma nöqtələri təşkil edır?

A) İşıq konusu, göbək, çəkicin dəstəyi, çəkicin qısa çıxıntısı, büküşlər

B) Çəkicin dəstəyi, işıq konusu, büküşlər, göbək

C) Göbək, çəkicin dəstəyi, çəkicin qısa çıxıntısı

D) Çəkicin dəstəyi, işıq konusu, büküşlər, çəkicin qısa çıxıntısı

E) Çəkicin dəstəyi, göbək, işıq konusu


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.82
315) Təbil pərdəsi neçə kvadrantdan ibarətdır?

A) 3


B) 4

C) 1


D) 2

E) 5
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.82


316) Təbil pərdəsinin sallanmış hissəsı hansı qatlardan ibarətdır?

A) Fibroz, selikli qişa

B) Dəri, qığırdağ, selikli qişa

C) Dəri, fibroz, selikli qişa

D) Dəri, selikli qişa

E) Dəri, fibroz, qığırdağ, selikli qişa


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001,стр.82

317) Mağaraya giriş təbil boşluğunun hansı divarındadır?

A) Arxa


B) Üst

C) Ön


D) Medial

E) Lateral


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.86
318) Burun-udlaq ilə təbil boşluğunun əlaqəsi boşluğun hansı divarı vasitəsilə təşkil olunur?

A) Medial

B) Ön

C) Lateral



D) Arxa

E) Üst
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.86


319) Qulaq sümükcükləri təbil boşluğunun hansı hissəsində yerləşirlər?

A) Attikdə

B) Protimpanumda

C) Antrumda

D) Mezotimpanumda

E) Hipotimpanumda


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.86
320) Mağaraya giriş təbil boşluğunun hansı hissəsində yerləşir?

A) Mezotimpanumda

B) Hipotimpanumda

C) Protimpanumda

D) Antrumda

E) Attikdə


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.86
321) Burun-udlağa giriş təbil boşluğunun hansı hissəsində yerləşir?

A) Mezotimpanumda

B) Protimpanumda

C) Antrumda

D) Epitimpanumda

E) Hipotimpanumda


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.87-88
322) Təbil boşluğunun hansı hissəsi ən dar sayılır?

A) Hipotimpanum

B) Antrum

C) Epitimpanum

D) Protimpanum

E) Mezotimpanum


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.87-88
323) Promontorium nə deməkdir?

A) Oval və girdə pəncərələr

B) Üz sinirinin kanalı

C) Horizontal yarımdairəvi kanal

D) İlbizin birinci burması

E) Sinus siqmoideusun kanalı


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.86-87
324) Təbil boşluğu oval pəncərə vasitəsi ilə hansı anatomik quruluşla həmsərhəddir?

A) Utriculus

B) Sacculus

C) Helicotrema

D) Scala vestibuli

E) Sacla tympani


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 87
325) Təbil boşluğu girdə pəncərə vasitəsi ilə hansı anatomik quruluşla həmsərhəddir?

A) Helicotrema

B) Scala tympani

C) Sacla vestibuli

D) Utriculus

E) Sacculus


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 87
326) Təbil boşluğunda aerasiyanı hansı anatomik quruluş yerinə yetirir?

A) Attik


B) Təbil pərdəsi

C) Qulaq sümükcükləri

D) Məməvari çıxıntısı

E) Eşitmə borusu


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 91
327) Təbil boşluğunda akustikanı hansı anatomik quruluş təşkil edir?

A) Qulaq sümükcükləri

B) Attik

C) Təbil pərdəsi

D) Eşitmə borusu

E) Məməvari çıxıntının hüceyrələri


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 91-92
328) Üz siniri kanalının horizontal dizciyi təbil boşluğunun hansı divarlarından keçir?

A) Lateral

B) Medial

C) Ön


D) Arxa

E) Üst
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 85 (рис 4.4.)


329) Adətən, xolesteatoma təbil pərdəsinin hansı anatomik hissəsində yaranır?

A) Göbəkdə

B) Heç birində

C) Büküşlərdə

D) Sallanmış hissədə

E) Gərgin hissədə


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 83
330) Təbil pərdəsinin hansı anatomik hissəsinə (qata) çəkicin dəstəyi bitişir?

A) Fibroz

B) Dəri

C) Selikli



D) Əzələ

E) Sümük
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 89-90


331) Məməvari çıxıntının anatomik quruluşunun tipini necə diaqnostika etmək olar?

A) Stenvers R-qrammasında

B) Reze R-qrammasında

C) Otoskopiya zamanı

D) Audiometriya zamanı

E) Şüller və Mayer R-qrammasında


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 93-93
332) Məməvari çıxıntının ventral nahiyəsində hansı sinus yerləşir?

A) Sinus Profundus

B) Sinus Kavernosus

C) Sinus Yugularis

D) Sinus Sigmoideus

E) Sinus Transversus


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 92-93
333) Səs dalğaları gücü təbil pərdəsindən və qulaq sümükcüklərindən ilbizə çatanda neçə desibelə qədər artır?

A) 40 dB qədər

B) 30 dB qədər

C) 50 dB qədər

D) 20 dB qədər

E) 10 dB qədər


Ədəbiyyat: Альтман Я.А., Таварткиладзе Г.А. «Руководство по аудиологии» Д М К пресс. Москва, 2003, стр. 36. Рис. 2,4
334) Uşaqlarda neçə yaşında xarici qulaq keçəcəyi formalaşır?

A) 9 yaşa qədər

B) 4 yaşa qədər

C) 7 yaşdan sonra

D) 5 yaşdan sonra

E) 1 yaşdan sonra


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 81
335) Traqus simptomunu hansı yaşlı uşaqlarda diaqnostika kimi istifadə etmək olar?

A) 6 yaşa qədər

B) 3 aylığa qədər

C) 1 yaşa qədər

D) 6 aylığa qədər

E) 3 yaşa qədər


Ədəbiyyat: Богомильский М.Р., Чистякова В.Р. «Детская Оториноларингология» Руководство для врачей, М:. Медицина, 2005,том 1, стр. 402-403
336) “Attik” nə deməkdir?

A) Mağara

B) Epitimpanum

C) Epimezotimpanum

D) Məməvari çıxıntı

E) Eşitmə borusu


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 87
337) “Antrum” nə deməkdir?

A) Mağara

B) Eşitmə borusu

C) Məməvari çıxıntı

D) Epitimpanum

E) Təbil boşluğu


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 92
338) Üz sinirinin kanalı necə adlanır?

A) Rivini kanalı

B) Prussak kanalı

C) Endolimfatik kanal

D) Semisirkulyar kanal

E) Follopi kanalı


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 87
339) Yeni doğulmuş uşaqlarda antrum harada yerləşir?

A) 0,5 sm dərinliyində

B) 1-1,5 sm dərinliyində

C) Kortikal hissənin altında

D) 2 sm dərinliyində

E) 1 sm dərinliyində


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 92
340) Antrum neçə yaşda formalaşır?

A) 3-4 yaşda

B) 4-5 yaşda

C) 1-2 yaşda

D) 5-6 yaşda

E) 6-7 yaşda


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 92
341) “Aditus ad Antrum” nə deməkdir?

A) Mağara

B) Məməvari çıxımtısı

C) Mağaraya giriş

D) Epitimpanum

E) Təbil boşluğu


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 92
342) Qulaq sümükcükləri uşaqlarda yaşlı insanlardan nə ilə fərqlənir?

A) Qığırdaq formasındadırlar

B) Oynaqlar vasitəsi ilə birləşməyiblər

C) Fərqlənmirlər

D) Çəkicin dəstəyi gödək olur

E) Bir qədər kiçik ölçüdədirlər


Ədəbiyyat: Стратиева О.И. Клиническая анатомия уха. Учебное пособие СпецЛит: С-П, 2004, стр. 37-40
343) Otorinolarinqologiyada “sindrom” nə deməkdir?

A) Anadangəlmə qusur

B) Vahid patoğenezlə toplanmış bir neçə simptomlar

C) Anatomik destruksiyalar

D) İrsi xəstəliklər

E) Müalicə olunmayan xəstəliklər


Ədəbiyyat: Шеврыгин Б.В., Мчелидзе Г.П. Справочник по отриноларингологии, Москва, 1998, стр. 201
344) Qulaqlarda küy necə təsnifat olunur?

A) Mərkəzi və periferik küy

B) Qarışıq tipdə küy

C) Subyektiv və obyektiv küy

D) Neyrosensor küy

E) Konduktiv küy


Ədəbiyyat: Брюс У. Джафек, Энн К. Старк. Секреты отриноларингологии, Невский диалект, С-Пб., 1998, стр. 92
345) Orta qulaqdan daxili qulağa keçəndə səslər və küylər neçə dəfə güclənir?

A) 16 dəfəyə qədər

B) 8 dəfəyə qədər

C) 12 dəfəyə qədər

D) 10 dəfəyə qədər

E) 22 dəfəyə qədər


Ədəbiyyat: Брюс У. Джафек, Энн К. Старк. Секреты отриноларингологии, Невский диалект, С-Пб., 1998, стр. 27
346) İlbizə neçə dB gücündə səs daxil olur?

A) 10 dB


B) 20 dB

C) 25 dB


D) 15 dB

E) 5 dB
Ədəbiyyat: Брюс У. Джафек, Энн К. Старк. Секреты отриноларингологии, Невский диалект, С-Пб., 1998, стр. 27


347) Çəkicin dəstəyindən üzəngiyə qədər keçən səs neçə dəfə güclənir?

A) 2 dəfə

B) 1,3 dəfə

C) 5,5 dəfə

D) 3,2 dəfə

E) 1,5 dəfə


Ədəbiyyat: Брюс У. Джафек, Энн К. Старк. Секреты отриноларингологии, Невский диалект, С-Пб., 1998, стр. 27
348) Təbil pərdəsindən üzəngiyə qədər keçən səs neçə dəfə güclənir?

A) 11 dəfə

B) 32 dəfə

C) 17 dəfə

D) 22 dəfə

E) 15 dəfə


Ədəbiyyat: Брюс У. Джафек, Энн К. Старк. Секреты отриноларингологии, Невский диалект, С-Пб., 1998, стр. 27
349) Xarici qulaq keçəcəyi neçə Hz rezonans tezliyini təşkil edir?

A) 8-10 kHz

B) 500-1000 Hz

C) 5-7 kHz

D) 3-4 kHz

E) 1-2 kHz


Ədəbiyyat: Брюс У. Джафек, Энн К. Старк. Секреты отриноларингологии, Невский диалект, С-Пб., 1998, стр. 26
350) Təbil pərdəsi və qulaq sümükcükləri silsiləsi daxili qulağa səs dalğalarını hansı diapazonda ən effektli ötürürlər?

A) 8-10 kHz

B) 1-2 kHz

C) 500-3000 Hz

D) 500-1000 Hz

E) 6-8 kHz


Ədəbiyyat: Брюс У. Джафек, Энн К. Старк. Секреты отриноларингологии, Невский диалект, С-Пб., 1998, стр. 26
351) Stereosililər nədir?

A) Eşitmə siniri nüvələrinin hüceyrələri

B) Səs büküşlərinin hüceyrələri

C) Eşitmə sinirinin neyronları

D) Vestibulyar aparatın hüceyrələri

E) Daxili qulağın reseptor hüceyrələri


Ədəbiyyat: Брюс У. Джафек, Энн К. Старк. Секреты отриноларингологии, Невский диалект, С-Пб., 1998, стр. 28
352) Hansı hissə eşitmə analizatorunu təşkil etmir?

A) Periferik

B) Mərkəzi

C) Ötürücü

D) Kortikal

E) Koxlear


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 103, рис. 4.10
353) Eşitmə analizatoru hansı funksiyanı yerinə yetirir?

A) Ancaq səsi nəqletmə

B) Veqetativ

C) Stato-kinetik

D) Səsi qəbuletmə və səsi nəqletmə

E) Ancaq səsi qəbuletmə


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 105
354) Eşitmə analizatorunun hansı əsas xüsusiyyətləri var?

A) Hamısı

B) Səsin tezliyini ayırd etmək

C) Səsin ucalığını ayırd etmək

D) Səsin tembrini ayırd etmək

E) Səsin ton və obertonlarını ayırd etmək


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 107
355) Hansı nüvələr eşitmə funksiyasına cavabdeh deyil ?

A) Deyters

B) Ventral və dorsal

C) Behterev

D) Roller

E) Şvalbe


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 102
356) Eşitmə dalğalarının keçirməsində hansı element iştirak etmir ?

A) Membrana Reisneri

B) Perilimfa

C) Membrana tektoria

D) Oval pəncərə

E) Membrana basilaris


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр. 111-115
Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin