ӨвсафүЛ-Әшраф


Seyri-sülukün mühüm maneələri



Yüklə 0,64 Mb.
səhifə15/30
tarix13.02.2023
ölçüsü0,64 Mb.
#84045
1   ...   11   12   13   14   15   16   17   18   ...   30
ÖVSAFÜL-ƏŞRAF

Seyri-sülukün mühüm maneələri


Bu müqəddimə aydın olandan sonra xatırlatmalıyıq ki, kamal tələbində olan şəxs ilahi feyz istedadına yiyələndikdən sonra [seyri-süluk] yolunda maneələrin aradan qaldırılmasına başlamalıdır. Bu maneələrin ən başlıcası məcazi məşğələlərdir ki, insanı Allahdan qeyri şeylərlə məşğul etməklə onu həqiqi məqsədə tam diqqət yetirməkdən saxlayır. İnsanı məşğul edən böyük maneələr ibarətdir:
1. Zahiri hisslər;
2. Batini hisslər;
3. Heyvani qüvvələr;
4. Məcazi fikirlər.
“Zahiri hisslər” [məsələn,] gözün görməsiylə insanı özünə çəkən mənzərələr, qulağın eşitməsiylə insanı yerindən oynadan səslər və həmçinin [burunla duyulan] xoş qoxular, [dadbilmə hissi ilə duyulan ləziz] yeməklər və [toxunmaqla] ləms edilənlər – insanı [əsas hədəfdən yayındırıb] özünə məşğul edən məşğuliyyətlərdir.
“Batini hisslər” [məsələn,] məhəbbətə, nifrətə, [müxtəlif] surət və hallara və bu kimi şeylərə nisbətdə yaranan xəyal və vahimələr və ya keçmiş xatirələrin xəyalda canlanması və ya mal-dövlət, vəzifə kimi cazibəli görünəcək işlərdə fikrə dalmaq insanı özünə məşğul edən məşğuliyyətlərdir.
“Heyvani qüvvələr” [məsələn,] qorxu, qəm, qəzəb, şəhvət, xəyanət, xəcalət, [yersiz] qeyrət, [düzgün olmayan] rəqabətlər, acı hadisələrdən pəhriz etmək insanın məşğuliyyətinə səbəb olur.
“Məcazi fikirlər” [məsələn,] mühüm olmayan işlərdə və faydasız elmlərdə təfəkkür insanın məşğələsinə çevrilir.
Xülasə, insanın yersiz [məşğuliyyətinə,] kamalı yolunda hicaba səbəb olacaq bu kimi işlər maneə sayılır. “Xəlvət” bu cür maneələrin aradan qaldırılmasından ibarətdir. Beləliklə, xəlvət sahibi elə bir yer seçməlidir ki, zahiri və batini hisslər onu özünə məşğul edə bilməsin və heyvani qüvvələri də tərbiyə etməlidir ki, onu həmin qüvvələrə xoş gələn şeylərin cəzbinə və xoş gəlməyən şeylərin dəfinə təhrik etməsin. Məcazi fikirlərdən də külli olaraq üz döndərməlidir, çünki bu cür fikirlərin hamısı sonra fani dünyanın məsləhətinə görə olur, amma axirət məsləhəti bilinən işlərin sonu, insan ruhunda əbədi qalacaq ləzzətlərin əldə edilməsidir. [Salik] zahiri və batini maneələri, insanı Allahdan qeyri işlərə məşğul edən amilləri aradan qaldırdıqdan sonra bütün bacarığını, iradəsini işə salıb qeybi töfhələri və həqiqi zehniyyəti, yəni təfəkkürü – ki, ayrıca fəsildə zikr olunacaq – ələ gətirməyə çalışmalıdır.



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin