25
vacib məqamları “
Nə deməkdir?” sütununa yazır.
Nə etməliyik?
Müəllim şagirdlərdən müzakirə etdikləri mövzu və ya problemlərin həlli ilə bağlı
planlarını (nələr edəcəklərini) soruşur. Müəllim problemi araşdırmaq, həll yollarını
tapmaq üçün onları beyin həmləsinə təşviq edir.
Məsələn, əgər ətraf mühitin çirkləndirilməsi
problemi müakirə edilərsə,
bunun
üçün:
Şagirdlər fərdi şəkildə nə edə bilərlər?
- Şagirdlər küçələri zibilləməməklə bağlı razılaşma imzalaya bilərlər.
Şagirdlər qruplar şəklində nə edə bilərlər?
- Kiçik qruplar öz məktəbləri və məhəllələri üçün insanları küçəyə zibil atmamağa
çağıran afişalar hazırlaya bilərlər.
Bütün sinfin birlikdə edə biləcəyi işlər hansılardır?
- Şənbə günləri bütün sinif parkda və ya başqa ictimai
yerlərdə təmizlik işləri
apara bilər.
Qeyd: Optimal həll yolları çox vaxt şagirdlərin davranışının müsbət istiqamətdə
dəyişməsinə səbəb olur. Ancaq üzə çıxarılan problemlə planlaşdırılan
fəaliyyət
arasında dəqiq əlaqə yaratmaq üçün vaxtaşırı sinifdə müzakirələr aparmağı tələb edən
qrup layihələri həyata keçirmək lazımdır. Şagirdlər cavablandırdıqları sualları və bu
araşdırmada verdikləri cavabları, gördüyü işləri, onlar arasındakı əlaqəni unutmasınlar
deyə araşdırma bitdikdən sonra “
Nə? Nə deməkdir? Nə etməliyik?” cədvəlini sinifdən
asmaq faydalı olar.
Dostları ilə paylaş: