Oxu təLİMİ Müəllimlər üçün vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix08.05.2023
ölçüsü0,84 Mb.
#109421
1   ...   12   13   14   15   16   17   18   19   ...   33
oxu-talimi-muallimlar-ucun-vasait

 
4. Oxuya verilən tələblər 
Səsli və səssiz oxu aşağıdakı tələblərə cavab verməlidir. 
• Düzgünlük; 
• Sürət; 
• Şüurluluq; 
• İfadəlilik; 
Bu tələblərin hər biri ayrı-ayrılıqda əhəmiyyətlidir və onlar arasında aşağıdakı 


26 
qanunauyğunluqlar var: 
1) Oxunun sürəti onun şüurluluğu ilə tənzimlənmirsə , öz-özlüyündə o 
qədər də əhəmiyyət daşımır. 
2) Oxunun düzgünlüyü mətnin məzmununun dərk edilərək oxunmasına xidmət 
edən bir vasitədir. 
3) Oxunun ifadəliliyi də əsərin ideyasının, ondakı başlıca fikrin 
obrazlı, canlı, nəticə etibarı ilə şüurlu mənimsənilməsinə xidmət edir. 
Düzgünlük, şüurluluq, sürətlilik ifadəli oxu üçün əsas şərt hesab olunur. 
Oxu prosesində normal sürət, rəvanlıq, səlislik, düzgünlük olmasa, 
ayrı-ayrı sözlərin mənası başa düşülsə də, hissələr, fikirlər arasında əlaqə 
qırılar, mətn rabitəli qavranılmaz. 
4.1. Düzgün oxu 
Oxunun düzgünlüyü dedikdə aşağıdakılar nəzərdə tutulur: 
1) sözlərin aydın, səlis tələffüzü ̶ yəni onları təhrif etmədən, heca 
və səsləri buraxmadan, əlavə etmədən, yerini dəyişmədən oxumaq; 
2) sözlərin vurğusunu düzgün işlətmək və vurğusuna görə sözün 
mənasının dəyişməsinə yol verməmək; 
3) ədəbi tələffüz qaydalarına (orfoepik qaydalara) riayət etmək; 
4) mətni sözlərlə deyil, rabitəli şəkildə, yəni cümlələrlə, yalnız 
cümələlərin sonunda fasilə verməklə oxumaq; 
5) mətndə durğu işarələrinin tələblərinə əməl etmək; 
6) sözü qrammatik cəhətdən dəyişməmək, başqa bir sözlə əvəz et-
məmək; 
7) cümləni söz buraxmadan və ya yeni söz əlavə etmədən oxumaq; 
8) sözləri və cümlələri təkrarlamadan oxumaq; 
9) kəkələmə, tıntınlıq, pəltəklik kimi nitq qüsurlarına yol verm əmək. 
Oxunun düzgünlüyünün pozulması hallarına aşağı siniflərdə daha çox 
rast gəlinir. Yaxşı oxuyan şagirdl ər də bəzən yorulduqda diqqətləri 
yayınır və səhvlərə yol verirlər. Bunun əsas səbəbi oxunan sözlərin 
düzgün qavranılmamasıdır. Bu halda şagird ya h əmin sözün aid olduğu 
cümlənin mənasına əsaslanır, ya da o sözü mətndən kənarda dərk edir. 
Oxumağa yeni başlayan şagirdlər sözü adətən daxil olduğu mətndən 
(cümlədən) kənarda dərk edirlər.


27 
Şagirdlər bəzən sözdəki hecaların və ya hərflərin sayını azaldaraq, 
bəzən isə hecalarla oxuyurlar. Düzgün oxu bacarığı formalaşdırmağın əsas 
şərtlərindən biri də oxunun sürətini tənzimləməkdir.
Mətndəki çətin sözləri əvvəlcədən yazı taxtasına yazıb , təhlil etmək 
uşaqları düzgün oxuya hazırlayır. Çətin sözləri hecalara bölüb xorla 
oxumaq isə oxu texnikasına yiyələnməni sürətləndirir.
Oxunmuş mətni 
şagirdlərə yenidən oxutmaq “oxu sahəsini” genişləndirir. Təkrar oxu 
zamanı şagirdlərin marağı azalmasın deyə hər dəfə yeni tapşırıq vermək 
lazımdır.
Müəllim daim şagirdlərin oxusuna nəzarət etməli, səhvlərə vaxtında 
düzəliş etməlidir. Oxunun düzgünlüyünə nəzarətə şagirdlərin özləri də 
cəlb olunmalıdırlar.
Oxunun düzgünlüyü artikulyasiyanın dəqiqliyindən asılıdır.
Oxu zamanı müəllim sözlərin yazıldığı kimi oxunma sına yol 
verməməli, sözlərin düzgün tələffüzünü təmin etmək üçün şagirdləri 
orfoepik qaydalarla tanış etməlidir.
Oxunun düzgünlüyünün pozulmasına danışıq üzvlərinin qüsurlu 
olması da səbəb ola bilər. Məsələn, “z”, “r”, “s”, “ş” hərflərini düzgün 
tələffüz edə bilməmək və s.
Nitqində qüsur olan bu cür şagirdl əri müəllim daim nəzarətdə 
saxlamalıdır. Onlara fərdi yanaşmaq, loqopeddən kömək istəmək və evdə 
müstəqil işlətmək lazımdır. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin