Oxu təLİMİ Müəllimlər üçün vəsait


Şeirin əsas ideyası nədir?



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix08.05.2023
ölçüsü0,84 Mb.
#109421
1   ...   20   21   22   23   24   25   26   27   ...   33
oxu-talimi-muallimlar-ucun-vasait

3. Şeirin əsas ideyası nədir? 
_______________________________ _________________________
________________________________________________________
________________________________________________________
İnformativ (elmi-kütləvi) m ətnlərin oxusu 
Elmi mətnin “süjeti” spesifikdir: burada müəllif oxucunu həqiqət axtarışına cəlb 
edir. Oxucu müəllifin izi ilə gedərək gözlənilən nəticəyə gəlməlidir. Bu cür mətnin 
kompozisiyası elmi-tədqiqat işinin mərhələlərinin ardıcıllığını əks etdirir: 
1. Problemin (sualın, məsələnin) dərk edilməsi və məqsədin qoyulması – giriş 
hissə; 
2. Problemin həlli yollarının axtarışı, mümkün variantların nəzərdən keçirilməsi 
və hipotezaların (fərziyyələrin) irəli sürülməsi, ideyanın (hipotezanın) sübut olunması, 
tədqiqat məsələsinin həlli – əsas hissə;
3. Cavabın alınması və onun yoxlanması – nəticə.
Beləliklə, elmi mətndə fikir faktlarla ifadə olunur. Hətta kiçik həcmli mətnlər 
(məqalə, məlumat) belə, rubrikalara bölünür, bir tədqiqat epizodundan digərinə keçid 
vurğulanır. Elmi mətnin əsas janrları tezis, məqaləmonoqrafiyadır. Yeni elmi 
informasiya əsasən məhz bu janrların vasitəsi ilə yayılır. Başqa janrlar ya informasiyanı 
qısa şəkildə (referat, annotasiya) verir, ya da onu qiymətləndirir (resenziya, rəy). 
Elmi mətni oxuyarkən aşağıdakı ardıcıllıq gözlənilir: 
1. Başlığı və birinci abzası oxuyun və qərar verin: bu mətni oxumaq üçün kifayət 
qədər məlumatınız varmı? Əgər əlavə hazırlığa ehtiyac varsa, digər mənbələrə 
müraciət edin;
2.  Əsas fikirlərə nəzər salınbaşlıq və yarımbaşlıqları təhlil edin. Əsas fikirləri 
qeyd edin, mətndəki şəkil, sxem və diaqramları nəzərdən keçirin; 
3.  Terminləri müəyyənləşdirin. Mətndə tanış olmayan sözlərə rast gəlirsinizsə
lüğətə baxın; 
4.  Dərketmənizi yoxlayın. Mətnin oxusunu dayandırıb özünüzə sual verin: “Mən 


38 
bundan nə anladım?” Mətndən əldə etdiyiniz yeni informasiyanı əvvəlki biliklərinizlə 
əlaqələndirin.
5. Mətnin ideyasını anlamadınızsa, onu yenidən oxuyun. Mürəkkəb cümlələri 
(fikirləri) öz sözlərinizlə ifadə edin.
6.  Mətni axıra kimi oxuyun. Oxuduqca fikirlər sizin üçün daha aydın ola bilər. 
Oxuyub qurtardıqdan sonra mətni yenidən nəzərdən keçirin, anlamadığınız hissələri 
bir də oxuyun.
7.  Oxu zamanı özünüz üçün qeydlər edin. Məsələn, əsas fikirlərin altından xətt 
çəkin, konspekt hazırlayın, nəticələri yazın – bütün bunlar fikrinizi oxuduğunuz 
material ətrafında cəmləməyə kömək edəcək.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin