40
a) İnformativlik: Publisistik mətnlər informativ xarakterli olur və burada müəllif
cəmiyyət üçün aktual bir problemi və bu problemə öz münasibətini daha geniş oxucu,
dinləyici və tamaşaçı kütləsinə təqdim edir.
b) Təsiredicilik: Publisistik mətlər müəyyən qədər təsiredici qüvvəyə malik olur.
Publisist təkcə cəmiyyətdə baş verənləri qeyd etmir, həm də həmin şeylərə qarşı
auditoriyada müəyyən münasibət yaradır və problemlərin
həllinin vacibliyini
vurğulayır. Qərəzlilik (yəni oxucunu inandırmaq üçün mətnin məzmununu şüurlu
şəkildə bu və ya digər ideyaya tabe etmək), mübahisəlilik, emosionallıq (emosional
çalarlar, obrazlı sözlər və frazeoloji ifadələr, emosional sözlər, ritorik suallar, nidalar,
təkrarlar və s.) bu cür mətnlərə xas xüsusiyyətlərdir.
c) Kommunikativlik: Publisistik mətn geniş auditoriyaya
xitab etdiyi üçün
kommunikativ funksiya daşıyır.
Publisistik mətndə faktlarla yanaşı, xeyli sayda rəylərə də (müəllifin, hadisə
şahidlərinin, rəsmi şəxslərin rəylərinə və s.) yer verilir. Odur ki,
belə mətn heç də
həmişə obyektiv və doğru məlumat vermir. Publisistikada işıqlandırılan hadisələrin
seçimi sosial əhəmiyyətliliyinə və ictimai marağa görə aparılır (dövlət rəhbərlərinin
görüşləri, yeni qanunların qəbulu, teatr premyeraları, idman yenilikləri və s.).
Publisistik mətnlər
informativ, analitik və
bədii-publisist növlərə bölünür. Odur
ki, əgər sizə konkret informasiya lazımdırsa, informativ janrlara (reportaj, müsahibə,
hesabat, qeyd), hadisələrin təhlili ilə maraqlanırsınızsa, analitik janrlara (dialoq,
analitik məqalə, resenziya, icmal), hadisə və faktlar haqqında bədii, obrazlı
şəkildə
məlumat almaq istəyirsinizsə, bədii-publisistik janrda yazılmış mətnlərə (oçerk, esse,
felyeton, pamflet) müraciət edə bilərsiniz.
Dostları ilə paylaş: