Oxu təLİMİ Müəllimlər üçün vəsait


Publisistik mətn nümunəsi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix08.05.2023
ölçüsü0,84 Mb.
#109421
1   ...   25   26   27   28   29   30   31   32   33
oxu-talimi-muallimlar-ucun-vasait

Publisistik mətn nümunəsi 
 Güzdəkdə zoopark
 
yaradılır 
Bakının mərkəzindəki zoopark yaxın vaxtlarda şəhərin kənarına köçürüləcək. 
Artıq bunun üçün Qaradağ rayonunun Güzdək qəsəbəsi yaxınlığında 55 hektar sahə 
ayrılıb. Ekologiya və təbii sərvətlər naziri bu gün keçirdiyi mətbuat konfransında 
bildirib ki, artıq həmin ərazidə zooloji parkın yaradılması istiqamətində ciddi iş gedir. 
Belə ki, ərazi nazirliyin elan etdiyi tender nəticəsində seçilmiş hollandiyalı ekspertlər 
tərəfindən qiymətləndirilib. Qiymətləndirmədən sonra orada zooloji parkın 
yaradılması məqsədəuyğun sayılıb. 


42 
Nazir deyib ki, hazırda həmin zooloji parkda yerli mühitə uyğun canlıların və ya 
xaricdən gətirilən heyvanların saxlanılmasına dair müzakirələr aparılır. Onun 
sözlərinə görə, kiçik parklarda, istirahət mərkəzlərində saxlanılan heyvanlar da yeni 
yaradılan parka köçürüləcək. Bundan başqa, yeni zooparkda Azərbaycana məxsus 
olmayan bəzi heyvanların da saxlanılması nəzərdə tutulur. 
Şəhərin kənarında ilk zooloji park region ölkələri arasında məhz Azərbaycanda 
yaradılır. 
E.Salahov 
 
 
6. Oxucu növləri 
Oxucular bir-birindən fərqli olur. Hovard Gardner (1982)
qeyd edir ki, hər bir 
şagird müəyyən qabilliyyətə malikdir və müəllim həmin qabiliyyətləri aşkar edərək 
təlimi onlara uyğun təşkil etməlidir. Şagirdlərin bəzisi tədqiqatların nəticələri haqqında 
yazmağa, digərləri isə şifahi təqdimatlar etməyə üstünlük verirlər. Elələri də var ki, 
problemlə bağlı şeir yazmaq, mahnı qoşmaq və ya film çəkməyi xoşlayırlar. Təlim 
zamanı təfəkkürün bütün imkanlarının nəzərə alınması öyrənənlərin müvəffəqiyyəti ilə 
nəticələnir. İnsanlar müxtəlif olduğu kimi, onların öyrənmə tərzləri, öyrənmənin təşkili 
və bilikəri nümayiş etdirmə yolları da fərqlidir. 
Hər kəs bu haqda düşünə bilər: “Mən necə oxucuyam?”, “Hansı şəraitdə oxumağı 
sevirəm?”, “Mən necə oxumağa adət etmişəm?”. Bəzilərimiz səssiz oxu zamanı 
mətndəki söz, fikir və obrazlar haqqında düşünür və ya onları film kimi 
təsəvvürümüzdə canlandırırıq. Bəzilərimiz isə sürətlə oxuyur, fikirləri cəld 
müəyyənləşdirərək irəliləyirik. Bu fərqləri nəzərə alsaq, aşağıdakı oxucu növlərini 
müəyyənləşdirmək olar:
Kinestetik oxucular mətni fasilələrlə, emosialarla əlaqələndirərək oxuyurlar və 
mətni oxuyarkən oxuduqları hissəni barmaqları ilə izləməyi xoşlaylırlar. Həmçinin 
kinestetik oxucuların digər xüsusiyyəti isə odur ki, onlar oxu zamanı sətiraltı mənalara 
fikir verir və yapışqanlı qeyd vərəqlərindən istifadə edirlər. 
Vizual intellektli oxucular oxuduqlarını film kimi yadda saxlaya və ya əvvəlki 
biliklərindən istifadə edərək onları öz sözləri ilə ifadə edə bilirlər. Bu tip oxucular, 
həmçinin mətni sxem və ya qrafik şəklində də yadda saxlamağı bacarırlar. 


43 
Audial oxucular, əsasən, sürətli oxucular hesab olunur və materialları ucadan 
təkrar-təkrar oxumağı sevirlər. Onlar məlumatları tez anlayır və suallara çevik cavab 
verirlər. 
Bütün bunları bilmək təkcə şagirdləri öyrənmə üslubları haqqında məlumatlan-
dırmaq üçün deyil, həm də müəllimin müxtəlif oxu üslublarından xəbərdar olmağı və 
sinifdə şagirdləri bu istiqamətdə yönləndirməsi üçün faydalıdır. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin