Elmi mətn nümunəsi Əslində Günəşdən aldığı enerjinin miqdarına görə Yer kürəsinin səthində -20 dərəcə selsi şaxta olmalı idi. Məlumdur ki, biz Yer səthində orta hesabla +20 dərəcə selsi hərarətdə yaşayırıq. Bunun səbəbi Yer atmosferində su buxarı, karbon, metan, ozon və s. qazlardan ibarət təbəqənin mövcud olmasıdır. Bu təbəqə Yer atmosferində təxminən 25 kilometrlik yüksəklikdə yerləşir. Məsələ burasındadır ki, həmin atmosfer təbəqəsi Günəşin istilik şüalarını Yerə doğru maneəsiz buraxır, yəni bu istilik şüaları Yer atmosferində udulmadan keçirlər. Qeyd etmək lazımdır ki, həmin şüalar Yer səthindən əks olunub, həmin təbəqəyə çatanda, elə bil ki, möcüzə baş verir. Bu təbəqədə yerləşən həmin qazlar bu şüaları əks etdirərək yenidən Yerə qaytarırlar. Bu proses eynən insanların yerdə yaratdığı süni istixanalarda (parniklərdə) baş verən proseslərə bənzəyir. Bu səbəbdən Yer planetinin səthində hərarət 39 dərəcə selsiyə qədər yüksəlir. Belə tənzimləmə hesabına Yer səthində orta illik hərarət +18-20 dərəcə selsi olur. İstixanalarda da bu cürdür. Əgər bu təbəqə olmasaydı, onda Yerdə -20 dərəcə Selsi şaxta olardı. Yerin də səthi Mars planeti kimi buzla örtülü olardı. Su maye halında deyil, buz halında olardı. Belə olan halda, insanlar üçün Yer səthində yaşamaq mümkün olmazdı. Antarktida buzları altında nəhəng dağ massivləri var və onlar Alp dağlarını xatırladır, forma və quruluşca oxşarlıq böyükdür. Əsas fərq ondan ibarətdir ki, Alp və ya Himalay dağları kontinentlərin toqquşması nəticəsində 50-60 milyon il əvvəl, buzlaqlar altındakı dağlar isə oxşar proseslər nəticəsində 500 milyon il əvvəl yaranıb. Antarktidadakı dağlarda buz təbəqəsi tədricən yaransaydı, dağlar bu formada qalmazdı. Sivri uclu piklərin olması buzlaşmanın qəfil əmələ gəlməsinə səbəb olur.
39
Hesablamalara görə, Antarktida 35 milyon il əvvəl buzla örtülüb. Buradakı buz kütləsinin tamam əriyəcəyi təqdirdə dünya okeanı sularının səviyyəsi 57 m qalxacaq. Antarktida buzlaqları altında maye su var. Üzərində -30 dərəcə şaxta olan buzlaqların 3-4 kilometr dərinliyində dağ vadilərində su axır. Bu gün buz altında ən yaxın torpaq sahəsini müəyyən etməklə buruq quyusu qazmaq və qədim canlı nümunələri tapmaq ehtimalı var. ×××××× Yeni doğulmuş siçanların gövdə hüceyrələrini böyük siçanların gözlərinə calamaqla bu hüceyrələrin görmə qabiliyyətini bərpa etmək mümkündür. Aparılmış təcrübələr sübut edir ki, transplantasiya üçün aktiv bölünmə mərhələsi qurtarmış gövdə hüceyrələri daha münasibdir. Kor siçanlara calanmış hüceyrələr onların görmə qabiliyyətini bərpa etmişdir: siçanların göz bəbəkləri işığa reaksiya verməyə başlamışdır. İnsanlar üçün bu cür hüceyrələr çıxarmaq çox çətin olacaq, belə ki, hüceyrələr hamiləliyin 3-6 aylıq müddətində götürülməlidir. Yaxın gələcəkdə lazımi hüceyrələri yaşlı adamların və yeni doğulmuşların gövdə hüceyrələrindən yetişdirmək mümkün olacaq. Təcrübələrdə istifadə olunmuş siçanlar gözün tor qişasındakı sarı ləkənin degenerasiyasından əziyyət çəkirdi. Onlardakı bu xəstəlik genetik xətalara görə əmələ gəlmişdi. Lakin o, geniş yayılmış xəstəlikdir və xüsusən yaşlı adamların görmə qabiliyyətini itirməsinin əsas səbəblərindən biridir. Tədqiqatlar uğurla davam edərsə, insanlarda görmə reseptorlarının calanması üzrə ilk cərrahiyyə əməliyyatları yaxın on il ərzində keçirilə bilər.