Oxu təLİMİ Müəllimlər üçün vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix08.05.2023
ölçüsü0,84 Mb.
#109421
1   ...   18   19   20   21   22   23   24   25   ...   33
oxu-talimi-muallimlar-ucun-vasait

_______________________________________________________________
_______________________________________________________________ 
 
5.3. Təmsilin oxusu 
Uşaqları maraqlandıran janrlardan biri d ə təmsildir. Təmsilin 
əsasında alleqoriya durur və hadisələr yığcam, fabula dinamik, əxlaqi 
nəticə ironik şəkildə verilir. Təmsil yazanlar heyvan, quş, h əşərat, bitki 
və ya əşyaların obrazlarında insanların tipik xasiyy ətlərinə gülür, öyüd-
nəsihət verirlər.
Cırcırama və qarışqa 
Cırcırama yay, bahar 
Nəğmə oxur biqərar! 
Hər çiçəyin yarpağı 
Olmuş idi oylağı. 
Kefə alışmış idi, 
Başı qarışmış idi. 
Tutdu xəbər bir zaman, 
Qış yetişib, ay aman! 


35 
Yayı keçirmiş hədər,
Yox daha güldən əsər. 
Hər yeri çovğun alıb, 
Gül-çiçək, hər yan solub. 
Qaldı o biçarə ac,
Susdu daha naəlac. 
Qarışqaya o zaman
Yalvarıb dedi: “Aman,
Qonşucuğaz, yazadək 
Bəslə məni, ver yemək.” 
Dedi qarışqa: “Sənin 
Yayda nə idi işin?” 
“Güllər arasında mən 
Eyləmiş idim vətən.” 
“Neyləyirdin yayda sən?” 
“Nəğmə oxurdum da mən.” 
“Yayda oxurdun, demək, 
İndi isə oyna, bəy!” 
İvan Krılov 
(Tərcümə: Abdulla Şaiq) 
 
1. Hansı xüsusiyyət qarışqaya aiddir? 
A) Lovğalıq
B) Qayğıkeşlik 
C) Əməksevərlik 
D) Tənbəllik 
2. Hansı atalar sözü təmsilin əsas ideyasına uyğundur? 
A) Yayda çəkən zəhməti, qışda görər ləzzəti. 
B) Düşmənə əyilməkdənsə, ölmək daha yaxşıdır. 
C) Tək əldən səs çıxmaz. 
D) Artıq tamah baş yarar. 
3. Cırcırama yayı necə keçirdi? 
________________________________________________________________
________________________________________________________________ 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin