45
daşımağa başlayırlar. Adətən hər hansı bir məsələni
kiməsə öyrədəndən sonra
öyrədənin özünə də daha yaxşı aydın olur. Əməkdaşlıq şəraitində çalışan şagirdlər:
Mövzu ilə bağlı düşünməyin müxtəlif yollarını aşkar edirlər;
Mürəkkəb tapşırıqlarda bir-birlərinə kömək edirlər;
Başqa şagirdləri hörmətlə dinləməyi öyrənirlər və həmin fikirlərdən faydala-
nırlar;
Öz fikirlərini arqumentlərlə əsaslandırmağı, eləcə
də özlərinkindən fərqli fi-
kirləri qəbul etməyi öyrənirlər.
Yaxşı oxucular öyrənmək üçün başqaları ilə əməkdaşlıq edirlər.
9. Oxu xətaları
Ötürmə ̶ oxu zamanı səslərin, hecaların
ya da sözlərin bir hissəsini, söz
birləşmələrini və ya bütöv bir sətri oxumadan keçməkdir. Ötürmənin iki növü var:
1) Tanımadığı və ya anlamadığı sözləri bilərəkdən oxumamaq;
2) Heca, yaxud sözləri görmədən edilən ötürmə.
Nadir hallarda baş verən ötürmələr diqqətsizliklə əlaqədardır, lakin tez-tez sözləri,
hecaları, hərfləri ötürərək baş verən oxuma isə səhifə üzərində göz izləməsinin düzgün
aparılmadığını göstərir. Bu cür xətaları tez-tez edən uşaqların mətni barmağı ilə
izləyərək oxuması faydalıdır.
Əlavə etmə – oxuyarkən mətndə olmayan səsin, hecanın,
sözün mətnə əlavə
edilməsidir. Əlavələr oxunan cümləyə başqa məna verdiyi və cümlənin mənasını
dəyişdirdiyi üçün oxu xətası hesab olunur. Əgər bu cür əlavələr az olursa, ciddi bir fərq
yaratmır. Ancaq bu hal tez-tez təkrarlanırsa, deməli, şagirddə diqqətsizlik,
diqqətin
yayınması problemi var.
Dostları ilə paylaş: