48
Bəzən valideynlər bu əlamətləri normal hesab edir və heç bir problem olmadığını
düşünürlər. Lakin bu cür uşaqlar məktəbə başladıqdan sonra qeyd edilən əlamətlər daha
kəskin formada özünü göstərir.
Məktəb vaxtı görünən əlamətlər:
● Hərfləri öyrənmədə çətinlik çəkir;
● Sözləri hecalamaqda və hərfləməkdə çətinlik çəkir;
● Sözləri və obyektlərin adını xatırlamaqda çətinlik çəkir;
● Yazıları oxumaqda çətinlik çəkir;
● Oxşar səsləri və hərfləri fərqləndirə bilmir;
● Oxuyarkən sözləri, sətirləri tez-tez ötürür;
● Ləng oxuyur;
● Yazı yazmaqda (52 əvəzinə 25, “kitab” əvəzinə “batik” yazmaq və s.) çətinlik
çəkir;
● Sözlərin mənasını düzgün bilmir;
● Yazı yazmağı və oxumağı bacarır, ancaq yazıda çoxlu imla səhvləri buraxır
və çox gec oxuyur.
Disleksiya diaqnozu psixoloq və ya mütəxəssis tərəfindən qoyulmalıdır. Problemi
vaxtında müəyyən etmək və lazımi tədris metodları seçmək problemin həllinə kömək
edə bilər. Uşaqlara vaxtında diaqnoz qoymaq və onlara lazımi yardım göstərmək
vacibdir. Disleksiyanın xüsusi müalicə üsulu yoxdur, ancaq aşağıdakılar onun müa-
licəsində böyük rol oynayır:
● Düzgün qidalanma;
● Ailədə və cəmiyyətdə bu cür insanlara qarşı düzgün münasibət;
● Özəl dərslər (burada bu cür uşaqların öyrənmə qabiliyyətinin artması üçün
daha maraqlı və əyləncəli öyrənmə metodlarından istifadə edilir).
Dostları ilə paylaş: