Oxu təLİMİ Müəllimlər üçün vəsait



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix08.05.2023
ölçüsü0,84 Mb.
#109421
1   ...   25   26   27   28   29   30   31   32   33
oxu-talimi-muallimlar-ucun-vasait

Təkrarlama –  bir sözü və ya cümləni ikinci dəfə oxumaqdır. Bu, “reqressiya” da 
adlanır. Söz şagirdə tanış olduğu halda belə, inamsız olduğu üçün sözü yenidən oxuyur. 
Bu hal oxu sürətini azaltmaqla yanaşı, oxuyub anlamanın keyfiyyətini də aşağı salır. 
Şagirdin özünəinamı artdıqca oxu tərəddüdlərində, təkrarlamalarda da azalma 
müşahidə edilir. 


46 
Oxumağa təzə başlayanlarda bu cür reqressiyalar tez-tez baş verir. Uşaqlar sözdə 
eyni hecanı, cümlədə eyni sözü bir neçə dəfə təkrarlamalı olurlar. Onlar sözləri 
hecalarla, fasilələrlə oxuduqları üçün mətnin axırına çatanda əvvəli yaddan çıxır. Ona 
görə də geriyə qayıdırlar ki, həmin hissələri bir-biri ilə əlaqələndirə bilsinlər. Sözlər nə 
qədər böyük, çoxhecalı və mənaca çətin olarsa, geriyə qayıtma, təkrarlama da bir o 
qədər çox olur. Şagirdlər təkrara ona görə meyllidirlər ki, bu, onları cümlədə 
birləşdirməyə və mənanı başa düşməyə kömək edir. Ona görə də oxuya yeni 
başlayanlar üçün belə geriyə qayıtmanı nöqsan hesab etmək düzgün deyil. 
Tərsinə oxuma  – hərflərin, hecaların, sözlərin yerini dəyişdirərək və ya geriyə 
çevirərək oxumadır. Bu problemə daha çox birinci sinif şagirdlərində rast gəlinir. 
Tərsinə oxumanın 4 növü var: bütöv sözü, sözün bir hərfini, hərflərin sırasını və 
sözlərin sırasını tərs oxuma. Kökləri bir-birinə bənzəyən, eyni hərfli sözlər, xüsusilə 
kiçikyaşlılar tərəfindən səhv oxunur. Xüsusən bir-birinə oxşayan b-d, m-n, u-n kimi 
hərflər, bundan əlavə, f-t, c-e, a-o, c-ç, s-ş və s. kimi bir qrup hərflər verilmiş qarşılığı 
ilə əvəz edilərək səhv oxunur. Bu cür səhvlər edən şagirdlərə yanıltmaclar oxutmaq 
faydalıdır. 
Tələffüz xətaları ̶ düzgün tələffüz qaydalarına (orfoepik normalara) əməl 
edilməməsidir. Tələffüz xətalarına bəzən dialekt və şivələr də mənfi təsir göstərir. 
Məktəblərdə düzgün yazı qaydaları ilə yanaşı, düzgün tələffüz qaydaları da 
öyrədilməli, bununla bağlı sistematik iş aparılmalıdır.  

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin