Cəmi:
|
1330
|
847
|
63,7
|
688
|
51,7
|
Aparılan araşdırma və təhlillər göstərir ki, məzunların işlə təmin olunması dinamikasında illər üzrə göstəricilər demək olar ki, eynidir. Ümumilikdə isə məzunların işlə təmin olunması universitet rəhbərliyini narahat edir və bununla əlaqədar real addımlar atılır. Belə ki, universitet işəgötürənlərlə əlaqələri daha da genişləndirir, tədris proqramlarının hazırlanmasında bazarın tələbləri nəzərə alınır. Cədvəldə son beş ildə ixtisaslar üzrə məzunların işlə təmin olunması göstəriciləri aşağıdakı kimi olmuşdur:
|
Ali təhsil pilləsində kadr hazırlığı aparılan ixtisasların (proqramların) şifri və adı
|
Son beş il ərzində buraxılışın sayı
|
İşlə təmin olunanları
|
İxtisası üzrə işləyənlər
|
Qeyd:
|
sayı
|
%-lə
|
sayı
|
%-lə
|
1
|
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
|
69
|
51
|
73,9
|
35
|
50,7
|
|
2
|
Xarici dil müəllimliyi (ingilis dili)
|
59
|
36
|
61,0
|
30
|
50,8
|
|
3
|
Riyaziyyat və informatika müəllimliyi
|
67
|
41
|
61,2
|
34
|
50,7
|
|
4
|
İbtidai sinif müəllimliyi
|
52
|
32
|
61,0
|
26
|
50,6
|
|
5
|
Məktəbəqədər təlim tərbiyə
|
18
|
11
|
61,5
|
9
|
50,0
|
|
6
|
İqtisadiyyat
|
218
|
158
|
72,5
|
120
|
55,0
|
|
7
|
Sənayenin təşkili və idarə edilməsi
|
173
|
104
|
60,1
|
87
|
50,3
|
|
8
|
Kompyuter elmləri
|
160
|
96
|
60,0
|
80
|
50,0
|
|
9
|
Elektroenergetika mühəndisliyi
|
93
|
59
|
63,4
|
48
|
51,6
|
|
10
|
İstilik energetikası mühəndisliyi
|
76
|
47
|
61,8
|
39
|
51,3
|
|
11
|
Maşın mühəndisliyi
|
68
|
42
|
61,8
|
35
|
51,5
|
|
12
|
Yerüstü nəqliyyat vasitələri mühəndisliyi
|
86
|
54
|
62,8
|
46
|
53,5
|
|
13
|
Ekologiya mühəndisliyi
|
92
|
56
|
60,9
|
48
|
52,2
|
|
14
|
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
|
90
|
54
|
60,0
|
46
|
51,1
|
|
15
|
Avtomatlaşdırma və informasiya texnikası
|
9
|
6
|
66,7
|
5
|
55,6
|
|
|
Cəmi:
|
1330
|
847
|
63,7
|
688
|
51,7
|
|
Nəticə: XXX Universitetində təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu dövlət təhsil standartlarının tələblərinə uyğundur.
4. Tədris prosesinin təşkili.
4.1. Tədris prosesinin təşkilinin tədris planlarına uyğunluğu.
XXX Universitetində tədris prosesi AR NK 24 dekabr tarixli 2013-cü il 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları”na uyğun olaraq təşkil olunmuşdur. Universitetdə ixtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil pilləsinin dövlət təhsil standartına uyğun hazırlanmış və Universitetin rektoru tərəfindən təsdiq edilmiş tədris planları əsasında həyata keçirilir.
XXX Universitetində tədris prosesinin təşkili baxımından dərs cədvəlləri, jurnalların tərtibi, kollokviumların keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, Dövlət Attestasiya Komissiyaları, İxtisaslaşdırılmış Müdafiə Şuraları normativ sənədlərin tələbinə uyğun yaradılmış və fəaliyyət göstərmişlər. Hər bir tələbə üçün fərdi tədris planları onların iştirakı ilə tərtib olunur. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planları tərtib olunarkən buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir. Akademik borcu qalan tələbələrə həmin fəndən krediti qazanması üçün şərait aradılır. Hər ilin sonunda növbəti tədris ili üçün “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 nömrəli qərarının tələbləri gözlənilməklə kafedralar üzrə dərs yükünün bölgüsü aparılır, normadan artıq verilmiş dərs yükləri isə saathesabı qaydada bölüşdürülür.
“Elektron universitet” modelinin tətbiqinə başlanılıb. Bu sistemin tətbiqinin əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi, şəffaf və səmərəli təhsil mühitinin yaradılması və tədris prosesinin idarəedilməsinin beynəlxalq standartlar və müasir tələblər səviyyəsində qurulmasıdır.
Universitetdə tədrisin təşkili zamanı ”Ali təhsil müəssisələrinin bakalavriat, magistratura və AMEA-nın magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na (edilmiş dəyişikliklərlə) tam riayət olunmuşdur. Tədris planında tədris olunan fənlərə və auditoriyadan kənar məşğələlərə ayrılan saatların miqdarı göstərilmiş və ixtisasın tədris qrafiki müəyyənlişmişdir. Tədris planlarına uyğun olaraq, illik işçi tədris planı, tələbənin fərdi tədris planı və müəllimin illik işçi tədris planı tərtib edilmişdir.
XXX Universitetində fənn proqramlarına uyğun olaraq “İşçi tədris proqram”ları (sillabus) tərtib edilir və onlara uyğun olaraq jurnallar yazılır. Hər tədris ilinin əvvəlində tədris planlarına, müfaviq fakultələr tərəfindən verilən dərs yükü tapşırıqlarına və tələbə kontingentinə uyğun olaraq kafedralarda professor-müəllim heyətinin (tələbələrin təklifi və razılığı əsasıda) dərs yükü müəyyənləşir.
Dostları ilə paylaş: |