ÖZÜNÜTƏHLİLİn nəTİCƏLƏRİ haqqinda hesabat müəssisə haqqında qısa məlumat Təhsil müəssisəsinin adı


Son beş ildə universitetin hazırladığı tədris-metodik materiallar, o cümlədən AR TN-nin qrifi ilə çap edilmiş dərsliklər və dərs vəsaitləri



Yüklə 154,94 Kb.
səhifə11/35
tarix02.07.2022
ölçüsü154,94 Kb.
#62612
1   ...   7   8   9   10   11   12   13   14   ...   35
Özünütəhlil hesabatı

3.8. Son beş ildə universitetin hazırladığı tədris-metodik materiallar, o cümlədən AR TN-nin qrifi ilə çap edilmiş dərsliklər və dərs vəsaitləri.
Tədris planlarında nəzərdə tutulmuş fənlərə dair informasiya mənbələrinin zənginləşdirilməsi və müasirləşdirilməsi məqsədilə əməkdaşlar tərəfindən tədris-metodiki vəsaitlər nəşr olunmuşdur. Tədris vəsaitlərinə nəşr hüququnun (qrif) verilməsi AR TN-in 23 dekabr 2013-cü il tarixli 927 nömrəli əmri ilə təsdiq edilmiş “Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydaları”na və AR TN 08 dekabr 2015-ci il tarixli 1108 nömrəli əmri ilə təsdiq edilmiş “Tədris vəsaitlərinə nəşr hüququnun (qrif) verilməsi məsələlərinin tənzimlənməsi barədə” sənədlərinə əsasən tənzimlənir.
XXX Universiteti tədris-metodiki şurasında müzakirə edilərək nəşr olunması və ya nəşr olunması barədə qərar qəbul edilmiş tədris-metodiki vəsaitlərin sayı barədə məlumat aşağıdakı cədvəldə öz əksini tapmışdır.



Adları

İllər üzrə

2013-2014

2014-2015

2015-2016

2016-2017

2017-2018

Cəmi

Monoqrafiya

1




1

1

1

4

Dərslik

2







2

1

5

Dərs vəsaiti

5

2

6

4

19

36

Metodik göstəriş







2

1

4

7

Fənn proqramı

28

54

90

141

158

471

Məqalə

103

104

122

93

133

555

Impakt foktorulu jurnalda məqalə







7

3

9

19

Tezis

52

64

97

143

141

497

Universitetin əməkdaşları tərəfindən 4 monoqrafiya, 5 dərslik, 36 dərs vəsaiti, 478 medotik vəsait (7 metodik vəsait və 471 fənn tədris proqramı) hazırlanmış, 574 məqalə (475 məqalə Azərbaycanda, 80 məqalə xaricdə, 19 məqalə xaricdə,) və 497 tezis çap edilmişdir.
Universitet rəhbərliyi və professor-müəllim heyəti tərəfindən 2010-cu ildən başlayaraq dərslik və tədris vəsaitlərində, elmi-tədqiqat işlərində, məqalə və tezislərində, dissertasiya işlərində istinad edilmədən digər ədəbiyyatlardan qanunsuz istifadə hallarının qarşısının alınması məqsədi üçün antiplagiat proqramından istifadə edilməyə başlanmışdır. Hazırlanan tədris vəsaitlərində plagiat halları ilə mübarizənin gücləndirilməsi haqqında AR TN 05 iyul 2016-cı il tarixli 464 nömrəli əmrinin icrası məqsədi illə akademik saxtakarlığın aşkarlanması və qarşısının alınması (o cümlədən anti-plagiatizm mexanizmləri) üzrə sisteminin tətbiq dairəsinin genişləndirilməsi və gücləndirilməsi ücün Polşanın proqram təminatı ilə mexanizm də həyata keçirilməyə başlanmışdır. Universitetdə Antiplagiat internet-sisteminin administratoru təyin edilmiş, kafedraların əməkdaşları təqdim olunan dərslik və dərs vəsaitlərin, tədris-metodiki vəsaitlərin, məqalə və tezislərin, magistrlik dissertasiya işlərin antiplagiat sistemi ilə qiymətləndirilməsi barədə yenidən məlumatlandırılmışdır.
3.9. Təhsilalanların kurs işlərinin, təcrübələrinin (istehsalat və pedaqoji) aparılmasına dair sənədlərin, məzunların buraxılış işlərinin və yekun dövlət imtahanlarının nəticələrinin təhlili.
XXX Universitetində tələbələrin kurs işlərinin (layihələrinin) yazılması və müdafiəsinin təşkili üzrə Universitetdə təhsilalanların biliyinin qiymətləndirilməsi AR TN 1060 saylı 11.09.2008-ci il tarixli əmri ilə təsdiq olunmuş “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilib.
Qüvvədə olan tədris planlarına uyğun olaraq kurs işi layihələrinn yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Kurs işi layihələrinin hazırlanması tələbələrdə müstəqil surətdə işləmək, elmi-tədqiqat aparmaq və s. bacarıqlarının inkişaf etdirmək məqsədini daşıyır.
Universitet üzrə son beş ildə yerinə yetirilən kurs işi layihələrinin nəticələrinin təhlili göstərir ki, tədris illəri üzrə tələbələrin müvəffəqiyyət göstəricisi aşağı düşmüşdür.

Tədris ili

Semestr

Fənlərin sayı

Müvəffəqiyyət göstəricisi
(müsbət qiymət alanlar) %-lə

2013/2014

payız

12

99,3

yaz

13

98,2

2014/2015

payız

12

96,2

yaz

13

96,1

2015/2016

payız

11

72,4

yaz

6

69,2

2016/2017

payız

9

74,4

yaz

12

78,3

2017/2018

payız

17

85,6

yaz

17

87,8

Fakültələr və universitet üzrə tələbələrin müvəffəqiyyət göstəricisinin aşağı düşməsini, kurs işi və layihələrinin yerinə yetirilməsinə daha məsuliyyətlə yanaşılması, kafedralar tərəfindən kurs işi və layihələrinin yerinə yetirilməsinə ciddi nəzarət edilməsi və s. izah etmək olar.


Ali Təhsil Müəssisəsində istehsalat və pedaqoji təcrübələrin təşkili və keçirilməsi AR NK 19 sentyabr 2008-ci il tarixli 221 saylı qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”yə, Təhsil nazirinin 01 may 2002-ci il tarixli 395 saylı əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin pedaqoji təcrübəsinin təşkili və keçirilməsinə dair müvəqqəti Qaydalar”a, “Tədris planları”na və universitet ilə müəssisə, təşkilat və orta məktəblər arasında bağlanmış müqavilələr əsasında həyata kecirilmişdir. Təhsil proqramlarının tərkib hissəsi olan təcrübələrin təşkili, həcmi, məqsədi və keçirilmə müddəti müvafiq dövlət təhsil standartları ilə müəyyənləşdirilir.
Pedaqoji təcrübə – təlim-tərbiyə işi prosesində təhsilalanların qazandığı pedaqoji bilik, bacarıq və vərdişlər, pedaqoji ustalığının əsası, pedaqoji elmi inkişaf etdirmək mənbələrindən biridir. Təcrübənin əsas vəzifəsi tələbənin aldığı nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək, onları yeni texnologiyalarla, iş üsulları ilə, elmi-tədqiqatlarla tanış etmək, onlarda işgüzarlıq, təşkilatçılıq və kommunikativ vərdişləri aşılamaqdır.
Universitetin tələbələri təcrübələri idarə, təşkilat və tam ümumtəhsil məktəblərdə keçirlər. Bu məqsədlə hər təqvim ilinə təcrübə keçiriləcək müəsisələr və təşkilatlarla müqavilə bağlanılır, təcrübənin proqram və qrafiki razılaşdırılır. Müqavilə bağlanan müəssisələr də, öz növbələrində, tələbələrə təcrübə proqramı əsasında təcrübə yerlərini müəyyən edir, müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmişlər.
Hesabat illərinin başlanğıcında tədris planlarına uyğun olaraq kafedraların razılığı əsasında bütün ixtisaslar üzrə təcrübələrin təşkili və keçirilməsinə dair təcrübə rəhbərləri və baza müəssisələri müəyyən edilməklə plan-qrafik tərtib edilmiş və tədris işləri üzrə prorektor tərəfindən təsdiq edilmişdir.
Təcrübələrin başlamasına 1 ay qalmış plan-qrafikdə nəzərdə tutulmuş baza müəssisələrinə, təşkilatlara, məktəb və liseylərə məktublar yazılmış və təcrübələrin keçirilməsi üçün müqavilələr bağlanmışdır. İxtisaslar, qruplar, tələbələrin sayı, təcrübələrin rəhbərləri, müddəti və keçiriləcək müəssisə və təşkilatların adları göstərilməklə təcrübələrin keçirilməsi üçün univeritet üzrə əmrlər verilmiş, təcrübə cədvəlləri tutulmuş və təsdiq olunmuşdur.
Təcrübə jurnalları tərtib olunmuş və tələbələrin təcrübə gündəlikləri çap olunaraq hazırlanmışdır. Pedaqoji təcrübələr başlayanda “Başlanğıc konfranslar”ı, sonda isə “Yekun konfranslar”ı keçirilmişdir.
Bütün ixtisaslar üzrə proqramlar tərtib edilmiş və Universitet Elmi Şurasında təsdiq edilmişdir. Təcrübə üzrə təsdiq edilmiş proqramlar əsasında sillabuslar tutulmuş və kafedra müdirləri tərəfindən təsdiq olunmuşdur.
Təcrübə başa çatdıqdan sonra tələbələr kafedraya hesabat təqdim edirlər. Hesabatlar kafedrada müzakirə olunur, qiymətləndirilir və protokolaşdırılır. Təcrübənin tələbənin səriştə və bacarıqlarının artırılmasına xidmət etdiyinə əmin olmaq üçün hesabatların müdafiəsində tələbəyə nəzəriyyənin təcrübəyə tətbiqinə, bacarıqlarının hansı istiqamətdə artırılmasına dair suallar ünvanlanır. Bununla da təcrübənin həm təcrübə obyekti, həm də təcrübə rəhbərləri tərəfindən necə təşkil olunması barədə təsəvvür yaranır.
2013-2018-ci illər ərzində universitetdə istehsalat və pedaqoji təcrübələrin təşkili üçün 21 baza müəssisəsi ilə müqavilə bağlanmışdır.
Qeyd olunan baza təcrübə müəssisələri ilə yanaşı tələbələr fərdi qaydada onlarla müəssisə və təşkilatlarda təcrübə keçmişlər.
Təcrübə keçməsi barədə tələbənin hazırladığı hesabat forması təcrübənin yekunlarına dair attestasiya forması universitet tərəfindən müəyyənləşdirilir. Təcrübə müddətinin 14 həftəyədək uzadılması təhsilalanların praktik bacarıq və keyfiyyətlərinin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açsa da, təcrübə keçirilnən müəssisələrin uzunmüddətli təcrübəyə hazır olmadıqlarını müşahidə olunur. Bu isə əlavə çətinliklərin meydana çıxmasını şərtləndirir.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq ali peşə təhsili proqramları başa çatarkən tələbələrin buraxılış Yekun Dövlət Attestasiyasından keçirilməsi məcburidir.
Universitetdə Yekun Dövlət Attestasiyasının formaları kimi buraxılış işinin müdafiəsi və dövlət imtahanından istifadə edilir. AR TN təlimati məktubuna əsasən orta müvəffəqiyyət göstəricisi 71 baldan yuxarı olan tələbələr buraxılış işi (tələbələrin öz razılığı ilə) və ya Dövlət imtahanı, 71 baldan aşağı olan tələbələrin isə bir qayda olaraq Dövlət imtahanı verilməsi nəzərdə tutulmuşdur. Hər tədris ilinin ilk semestrində buraxılış işlərinin mövzuları buraxılış kurslarının tələbələrinin iştirakı ilə kafedraların professor-müəllim heyəti il birlikdə tərtib və müzakirə edilərək fakultə Elmi Şurasında təsdiq edildikdən sonra universitet üzrə əmrləşdirilr. Dövlət imtahan sualları kafedralarda müzakirə edildikdən sonra biletlər tərtib edilir və universitetin rəhbərliyi tərəfindən təsdiq edilərək dekanlıqlara təqdim edilir. Buraxılış işlərinin mövzuları müəyyənləşdirilərkən əsas diqqət mövzuların aktuallığına, müasirliyinə, elmiyinə və ixtisasa uyğunluğuna yetirilmişdir. Son 5 ildə mövzuların təkrararlanmaması üçün hər bir kafedra tərəfindən diqqətlə araşdırmalar aparılmışdır.
Dövlət Attestasiyası müvafiq baza təhsil proqramları üzrə təşkil olunmuş dövlət attestasiya komissiyası tərəfindən həyata keçirilir.
Təhsilalanların yekun attestasiyası Dövlət Attestasiya Komissiyası tərəfindən həyata keçirilir. DAK-ın yaradılması və işinin təşkili AR NK-nin müəyyən etdiyi qaydada həyata keçirilir. Aralıq attestasiya imtahan formasında həyata keçirilir.
Bakalavriat səviyyəsi üzrə son 6 ildə YDA nəticələri aşağıdakı cədvəldə verilmişdir:





Yüklə 154,94 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin