ÖZÜNÜTƏHLİLİn nəTİCƏLƏRİ haqqinda hesabat müəssisə haqqında qısa məlumat Təhsil müəssisəsinin adı


Təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu



Yüklə 154,94 Kb.
səhifə7/35
tarix02.07.2022
ölçüsü154,94 Kb.
#62612
1   2   3   4   5   6   7   8   9   10   ...   35
Özünütəhlil hesabatı

3. Təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu.
3.1. Tədris planların baza təhsil proqramlarına uyğun hazırlanması və təsdiqi.
Ali Təhsil Müəssisəsində mütəxəssis hazırlığının məzmunu onun dövlət təhsil standartlarına uyğunlğu və bu hazırlığını təmin edən müvafiq tədris-metodiki sənədlərin araşdırılması və təhlili əsasında aparılaraq qiymətləndirilmişdir.
Universitetdə təhsil proqramları üzrə hazırlığının məzmunu və strukturu “Ali təhsilin dövlət standartı və proqramı”nın (AR NK-nin 23.04.2010-cu il tarixli 75 nömrəli Qərarı) tələblərinə, ”Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”, Ali təhsilin bakalavriat və magistratura səviyyələrində tədris planları təhsil proqramlarına (AR TN tərəfindən 22 avqust 2014-cü il tarixli 913 nömrəli əmri ilə təsdiq edilmiş “Ali Təhsil Pilləsinin Dövlət Standarlarına (hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələbləri), və ”Ali təhsil müəssisələrinin bakalavriat, magistratura və AMEA-nın magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın (AR NK-nin 24.12.2013-cü il tarixli 348 nömrəli Qərarı, edilmiş dəyişikliklərlə), tələblərinə uyğun olaraq həyata keçirilir.
Əsas tədris sənədlərindən biri olan ixtisaslar (proqramlar) üzrə ali təhsilin bakalavriat və magistratura səviyyələrində tədris planları təhsil proqramlarına (Təhsil Nazirliyi tərəfindən 22 avqust 2014-cü il tarixli 913 nömrəli, 31 avqust 2012-ci il 1463 nömrəli əmrləri ilə təsdiq edilmiş “Ali Təhsil Pilləsinin Dövlət Standarları (hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələbləri) uyğun hazırlanmışdır. Tədris planlarının hazırlanması üçün universitet üzrə Komissiya yaradılmış, tərkibinə fakültə dekanları, kafedra müdirləri müvafiq şöbə müdirləri daxil edilmişdir. Qeyd edilən Ali Təhsil Pilləsinin Dövlət Standartlarına uyğun olaraq bakalavr təhsil pilləsi üzrə tədris planları mövcud normalara uyğun hazırlanıb univesitet Elmi Şurasında müzakirə edilərək rektor tərəfindən təsdiq edilmişdir. Ali təhsilin magistratura səviyyəsinin ixtisaslar üzrə qeyd edilən Ali Təhsil Pilləsinin Dövlət Standartlarına uyğun olaraq tədris planları mövcud normalara uyğun hazırlanıb univesitet Elmi Şurasında müzakirə edilmş və rektor tərəfindən təsdiq edilmişdir.
Təhsilin keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar olaraq tədris planları və fənn proramları tərtib edlərkən dövlət standartlarının tələblərinə uyğun olaraq ixtisasların xarakteristikasına, proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblərə (Ümummədəni kompetensiyalar(səriştələr)-ÜK), peşə kompetensiyalarına (PK) xüsusi diqqət yetirilmişdir.
Universitetdə tələbələrin təhsili ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı əsasında həyata keçirlir. AR NK-nin 12 yanvar 2009-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”na uyğun olaraq Universitetdə bakalavriat və magistratura pilləsində mütəxəssis hazırlığı aparılır.
Tədris planlarının hazırlanması üçün Ali Təhsil Müəssisəsi üzrə tərkibinə fakültə dekanları və kafedra müdirləri daxil edilmiş komissiya yaradılmışdır. Ali təhsilin magistratura səviyyəsinin ixtisaslar üzrə qeyd edilən Ali Təhsil Pilləsinin Dövlət Standartlarına uyğun olaraq tədris planları mövcud normalara (magistr təhsil proqramının yerinə yetirilməsi müddətinə ayrılan ümumi həftələr – 94, o cümlədən nəzəri təlim ücün ayrılan həftələr – 45, təcrübələr (elmi-tədqiqat və elmi-pedaqoji) ücün ayrılan həftələr – 8, imtahan sessiyaları ücün ayrılan həftələr – 15, magistrlik dissertasiyasının hazırlanması və müdafiəsi ücün ayrılan həftələr – 12, tətillər üçün ayrılan həftələr – 14) uyğun hazırlanaraq Ali Təhsil Müəssisəsinin Elmi Şurasında müzakirə edilmş və rektor tərəfindən təsdiq edilmişdir.
Ali Təhsil Müəssisəsində kredit sistemi ilə tədrisin təşkilində Boloniya bəyannaməsinin müddəalarına müvafiq olaraq, tələbələrin akademik mobilliyi, yəni onların digər ali təhsil müəssisələrində və AMEA-da, eləcədə xarici ölkə ali təhsil müəssisələrində ayrı-ayrı fənlər üzrə kreditləri qazanmaları ilə əlaqədar olaraq tələbələr arasında təbliğat işi son vaxtlar geniş aparılmağa başlanmış, Ali təhsil müəssisələrinin bakalavriat, magistratura və AMEA-nın magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın (AR NK-nin 24.12.2013-cü il tarixli 348 nömrəli Qərarı, edilmiş dəyişikliklərlə) 6-cı bəndi “Tələbə və müəllim mobilliyi” onların nəzərinə mütamadi olaraq çatdırılır və bu sahədə mövcud qaydaların tələblərinin gözlənilməsi təmin edilir. Tələbənin digər ali təhsil müəssisələrində kreditləri qazanması universitet rəhbərliyinin razılığı ilə həyata keçirilir. Qazanılmış kreditlər universitet tərəfindən tam tanılınır. Tələbələr tam məlumatlandırılmışdılar ki, digər alı təhsil müəssisələrində qazanılacaq kreditlərin sayı ixtisas (ixtisaslaşma) üzrə nəzərdə tutulmuş kreditlərin 30 faizindən çox olmamalıdır.
Tələbənin akademik mobilliyinin təmin edilməsi üçün forması və nümunələri AR TN tərəfindən müəyyənləşdirilən sənədlərin (Məsələn, akademik transkript, tələbənin ərizə forması, tədris razılığı, məlumat paketi və s.) olması universitet tərəfindən həmişə gözlənilir.
Professor-müəllim heyətinin mobilliyi (mühazirənin oxunması, seminarların, praktik məşğələlərin, laboratoriya işlərinin keçirilməsi) həm ali təhsil müəssisələri arasında, həm də ali təhsil müəssisələri ilə AMEA arasında mütamadi olaraq həyata keçirilir.

Yüklə 154,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin