ÖZÜNÜTƏHLİLİn nəTİCƏLƏRİ haqqinda hesabat müəssisə haqqında qısa məlumat Təhsil müəssisəsinin adı



Yüklə 154,94 Kb.
səhifə4/35
tarix02.07.2022
ölçüsü154,94 Kb.
#62612
1   2   3   4   5   6   7   8   9   ...   35
Özünütəhlil hesabatı

2. Universitetin idarə olunması.
2.1. İdarəetmənin universitetin Nizamnaməsinin tələblərinə uyğunluğu.
Ali Təhsil Müəssisəsinin idarə olunması Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası“na, “Ali təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na, “Ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na, “Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar”a, “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərara, AR TN-nin müvafiq əmr və sərəncamlarına, universitetin ali idarəetmə orqanı olan Elmi Şuranın qərarlarına uyğun həyata keçirilir.
Ali Təhsil Müəssisəsinin idarə edilməsi demokratikliyin, özünüidarənin və şəffaflığın, səlahiyyətlərin bölgüsü və vahid rəhbərliyin təmin edilməsi prinsipləri əsasında qurulur. Universitetdə idarəetmə orqanlarının səlahiyyətləri dəqiq müəyyən edilmiş və təhsil müəssisəsinin tədris, elmi və maliyyə-təsərrüfat fəaliyyətinin bir-birindən ayrılması ilə eyni vaxtda müəssisənin vahid idarə olunması təmin edilmişdir.
Ali Təhsil Müəssisəsinin ali idarəetmə strukturu qüvvədə olan Nizamnaməyə uyğun formalaşmışdır. Universitetdaxili təhsilalanların və müəllimlərin intizam qaydalarını gücləndirmək məqsədilə “Təhsilalanların daxili intizam Qaydaları” Universitetin Elmi Şurasının qərarı ilə təsdiq edilmiş və “Müəllimlərin etik davranış Qaydaları” (AR TN-in 14 may 2014-cü il tarixli 600 nömrəli əmri ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları” əsasıda tərtib edilmiş) təsdiq edilib. Universitetin idarəetmə sistemi optimal surətdə qurulmuş və struktur bölmələr arasında subordinasiya qorunmaqla qarşılıqlı əlaqələrə əsaslanır. Struktur bölmələr arasında fəaliyyət koordinasiya olunur ki, bu bütün universitetin bir vahid sistem kimi fəaliyyət göstərməsinə şərait yaradır. Tədrisin keyfiyyətini və səmərəliliyini artırmaq məqsədilə “Tədrisin elektron idaəedilməsi sistemi tətbiq edilmişdir. Ali təhsil müəssisəsinin struktur vahidləri arasında qarşılıqlı və işlək əlaqələr (daxili əməkdaşlıq) mövcuddur və onlar digər müəssisələr və təşkilatlarla (xarici əməkdaşlıq) əməkdaşlıq edirlər. Universitetin Ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şura seçkili orqandır, onun yaradılması və fəaliyyəti AR TN tərəfindən təsdiq edilən “Ali təhsil müəssisəinin Elmi Şurası haqqında” Əsasnamə və universitetin Nizamnaməsi ilə tənzimlənir. Elmi Şuranın tərkibinə prorektorlar, fakültə dekanları, kafedra müdirləri, struktur bölmə rəhbərləri, Tələbə Elmi Cəmiyyətinin(bundan sonra –TEC) sədri və ictimai təşkilatların sədrləri daxildir. Elmi Şura kollegial bir orqandır və qərarların qəbul edilməsi kollegial surətdə həyata keçirilir. Elmi Şura müvafiq Əsasnamənin tələblərinə uyğun olaraq formalaşdırılmışdır. Elmi Şuranın iclasları ayda bir dəfədən az olmayaraq keçirilir. Universitet həyatına daxil olan bütün məsələlər Elmi Şurada müzakirə olunaraq qəbul edilir. Ali Təhsil Müəssisəsinin Elmi Şurasında universitetin strateji inkişaf planı, mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, onların ixtisaslarının artırılması və yenidən hazırlanması, elmi-tədqiqat, təlim-tərbiyə, professor və dosent elmi adlarının, eləcə də respublikanın fəxri ad və mükafatlara təqdimatların verilməsi, professor-müəllim heyətinin və tələbələrin sosial müdafiəsinin gücləndirilməsi, universitet üzrə keçirilən tələbə məmnuniyyət sorğularının, imtahan sessiyalarının, maliyyə və təsərrüfat fəaliyyətinin nəticələrinin təhlili, rektorun, fakültə dekanlarının, struktur bölmə rəhbərlərinin hesabatlarının dinlənilməsi kimi məsələlər müzakirə olunur. Elmi Şuranın iş planlarının və protokollarının təhlili göstərir ki, müzakirəyə çıxarılan məsələlər ümumilikdə universitetin cari və perspektiv inkişafının həllinə yönəlmişdir.
Ali Təhsil Müəssisəsində rəhbər və inzibati vəzifələrə təyinatlar elmi dərəcələrə, elmi adlara, şəxslərin iş qabiliyyəti, elmi potensialı və işgüzar keyfiyyətləri nəzərə alınmaqla aparılır. Rəhbər və inzibati vəzifələrin əmək funksiyaları mövcud təlimatlara, qaydalara, əsasnamələrə uyğun müəyyənləşdirilir. Universitetdə rəhbər vəzifə tutan şəxslərin bacarıqlarının və səriştələrinin inkişaf etdirilməsi hər zaman dəstəklənir və onların artırılması üçün müvafiq şərait yaradılır.
Ali Təhsil Müəssisəsinin fəaliyyətinin onun Nizamnaməsinə uyğun təşkili universitetdə keyfiyyətin təminatının və idarəetmədə səmərəliliyin artırılmasına müsbət təsir edir.

Yüklə 154,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin