ÖZÜNÜTƏHLİLİn nəTİCƏLƏRİ haqqinda hesabat müəssisə haqqında qısa məlumat Təhsil müəssisəsinin adı


Tədris planlarında olan fənlərin və onların proqramlarının məzmunun dövlət təhsil standartlarının tələblərinə uyğunluğu



Yüklə 154,94 Kb.
səhifə8/35
tarix02.07.2022
ölçüsü154,94 Kb.
#62612
1   ...   4   5   6   7   8   9   10   11   ...   35
Özünütəhlil hesabatı

3.2. Tədris planlarında olan fənlərin və onların proqramlarının məzmunun dövlət təhsil standartlarının tələblərinə uyğunluğu.
Tədris planlarInda fənlər və onlarIn proqramlarInIn məzmunu AR NK-nin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramI”nIn tələblərinə uyğundur.
Fənn proqramlarında ixtisaslar üzrə fənnə ayrılan saatların miqdarı, mühazirə və seminar saatların bölgüsü, sərbəst iş mövzuları, işçi planları əks olunmuşdur.
Tədris planlarında baza və seçmə fənlərin faiz nisbəti 82-nin 18-dir. Seçmə fənlər müəyyənləşdirilərkən müəssisəsinin profili, ixtisasın istiqaməti və mahiyyəti, əmək bazarının gözləntiləri, əmək bazarının xüsusiyyətləri, işəgötürənlərin təklifləri və s. nəzərə alınmışıdr. 2520 saat ümumi dərs yükundən 450 saat seçmə fənlər üçün nəzərdə tutlmuşdur. Onlardan, 75 saat Humanitar fənlər bölümünə, 375 saat isə İxtisas peşə fənlər bölümünə aiddir.
Seçmə fənlər müəyyənləşdirilərkən, eyni zamanda ixtisasların mahiyyəti, müasirliyi, tələbələrin maraqları və fikirləri nəzərə alınmışdır. Bu kafedralar tərəfindən tələbələr arasında keçirilən fərdi sorğular vasitəsilə mümkün olmuşdur. Sorğularda tələbələrin daha çox maraq və həvəs göstərdiyi sahələr qruplaşdırılmış, ən çox qeyd olunan sahələrə uyğun fənlər müəyyənləşdirilmişdir.
3.3. Tədris olunan fənlərə ayrılmış saatların miqdarının tədris planlarına uyğunluğu.
Tədris fənlərinə ayrılan saatların miqdarı ilə tədris planlarında fənlər üçün nəzərdə tutulan saatlar arasında uyğunsuzluq müəyyən edilməmişdir. Tədris planlarında fənn blokları üzrə saatların həcminin rasional nisbəti gözlənilmişdir. Tədris planında Baza fənlərin miqdarı 720 saat, seçmə fənlərin miqdarı 180 saatdır. Humanitar fənlər bölümündə baza fənlərin seçmə fənlərə nisbəti 80-20%-dir.
Ali Təhsil Müəssisəsinin tədris saatının ümumi miqdarı 6300 saatdır (auditoriya saatlarının miqdarı 2520 saatdır). Baza fənlərinin miqdarı 5100 saat (170 kredit), seçmə fənlərin miqdarı 1200 saatdır (40 kredit)
Ali təhsilin magistratura səviyyəsi üzrə ümumi dərs yükü 2700 saat (120 kredit), onlardan 780 saat (26 kredit) baza fənlər, 1140 saat (38 kredit) ixtisaslaşmaya ayrılan fənlər (təhsil müəssisəsi tərəfindən müəyyən edilir), 780 saat (26 kredit) seçmə fənlərlər üçün nəzərdə tutulmuşdur. Baza fənlər-ixtisaslaşmaya ayrılan fənlər-seçmə fənlərin nisbəti 42-29-29% nisbətindədir.
İxtisas-peşə hazırlığı fənləri bölümündə tədrisi nəzərdə tutulan fənlərin miqdarı ixtisaslar üzrə fərqlidir. Belə ki:
Ali təhsilin bakalavr pilləsi üzrə:
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliy ixtisası – 34 fənn (26 fənn baza, 8 seçmə fənn);
2. Xarici dil müəllimliyi ixtisası – 34 fənn (28 fənn baza, 6 seçmə fənn);
3. Riyaziyyat və informatika müəllimliyi ixtisası – 41 fənn (32 fənn baza, 9 seçmə fənn);
4. Riyaziyyat müəllimliyi ixtisası – 33 fənn (25 fənn baza, 8 seçmə fənn);
5. İbtidai sinif müəllimliyi ixtisası – 30 fənn (23 fənn baza, 7 seçmə fənn);
6. Məktəbəqədər təlim və tərbiyə ixtisası – 32 fənn (24 fənn baza, 8 seçmə fənn);
7. Muhasibat uçotu və audit ixtisası – 36 fənn (29 fənn baza, 7 seçmə fənn);
8. Maliyyə ixtisası – 36 fənn (29 fənn baza, 7 seçmə fənn);
9. İqtisadiyyat ixtisası – 36 fənn (29 baza fənn, 7 seçmə fənn);
10. Sənayenin təşkili və idarə olunması ixtisası – 36 fənn (29 baza fənn, 7 seçmə fənn);
11. Menecment ixtisası – 36 fənn (29 fənn baza, 7 seçmə fənn);
12. Marketinq ixtisası – 36 fənn (29 fənn baza, 7 seçmə fənn);
13. Biznesin təşkili və idarə olunması ixtisası – 36 fənn (29 fənn baza, 7 seçmə fənn);
14. Dövlət bələdiyyəsi və idarəetməsi ixtisası – 36 fənn (29 fənn baza, 7 seçmə fənn);
15. Kompüter elmləri ixtisası – 35 fənn (29 fənn baza, 6 seçmə fənn);
16. Elektroenergetika müəhindisliyi ixtisası – 38 fənn (31 baza fənn, 7 seçmə fənn);
17. İstilik energetikası mühəndisliyi ixtisası – 34 fənn (28 baza fənn, 6 seçmə fənn);
18. Maşın mühəndisliyi ixtisası – 32 fənn (25 baza fənn, 7 seçmə fənn);
19. Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası – 32 fənn (25 baza fənn, 7 seçmə fənn);
20. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası – 34 fənn (25 baza fənn, 9 seçmə fənn);
21. Ekologiya mühəndisliyi ixtisası – 32 fənn (26 baza fənn, 6 seçmə fənn).
22. İnformasiya texnologiyaları ixtisası – 32 fənn (25 fənn baza, 7 seçmə fənn);
23. Turizm və otelçilik ixtisası – 36 fənn (28 fənn baza, 8 seçmə fənn).
Baza fənlərin miqdarı əsasən 4380 saat, seçmə fənlərin miqdarı isə 1020 saatdır. İxtisas-peşə hazırlığı fənləri bölümündə baza fənlərin seçmə fənlərə nisbəti təxminən 81-19% nisbətindədir.
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası) – 18 fənn ( 14 fənn baza, 4 seçmə fənn);
Xarici dil (ingilis dili) müəllimliyi (Xarici dilin tədrisi metodikası və metodlogiyası) – 16 fənn (12 fənn baza, 4 seçmə fənn);
Riyaziyyat müəllimliyi (Riyaziyyatın tədrisi metodikası və metodologiyası) – 15 fənn (11 fənn baza, 4 seçmə fənn);
İnformatika müəllimliyi (İnformatika fənnin tədrisi metodikası və metodologiyası) – 15 fənn (11 fənn baza, 4 seçmə fənn);
İbtidai sinif müəllimliyi (İbtidai sinifdə tədrisin metodika və metodologiyası) – 19 fənn (14 fənn baza, 5 seçmə fənn);
İqtisadiyyat (İqtisadiyyatın tənzimlənməsi) – 15 fənn (11 fənn baza, 4 seçmə fənn);
Sənayenin təşkili və idarə olunması (İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sahələr üzrə)) – 16 fənn (12 fənn baza, 4 seçmə fənn);
Elektroenergetika mühəndisliyi (Elektroenergetika) – 16 fənn ( 12 fənn baza, 4 seçmə fənn);
İstilik energetikası mühəndisliyi ixtisası (İstilik elektrik stansiyaları ) – 16 fənn (12 fənn baza, 4 seçmə fənn);
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi (Nəqliyyat vasitələrinin mühəndisliyi, Avtomobillər) – 16 fənn (12 fənn baza, 4 seçmə fənn);
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri) – 15 fənn (11 fənn baza, 4 seçmə fənn);
Ekologiya mühəndisliyi (Ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması) – 15 fənn (11 fənn baza, 4 seçmə fənn).
Baza fənlərin miqdarı əsasən 390 saat, seçmə fənlərin miqdarı isə 150 saatdır. İxtisas-peşə hazırlığı fənləri bölümündə baza fənlərin seçmə fənlərə nisbəti təxminən 72-28% nisbətindədir.
Professor-müəllim heyətinin bir ştat üzrə illik dərs yükü 500 saatdan artıqdır, mühazirə, seminar, laboratoriya və praktiki məşğələlərə, ayrılan vaxtın həcmi bir qayda olaraq illik dərs yükünün minimum 60 faizini təşkil edir.
Mühazirələrin aparılmasına kifayət qədər iş təcrübəsi və biliyi olan digər müəssisə və təşkilatların mütəxəssisləri də cəlb olunmuşdur. Seminar (praktik) məşğələləri, laboratoriya işləri və s., bir qayda olaraq, baş müəllim, müəllim, assistent və s. tərəfindən aparılmışdır. Aydındır ki, tədrisin keyfiyyətinin yüksəldilməsi auditoriya saatlarının quruluşunda seminar (praktik) məşğələ və laboratoriya dərslərinin xüsusi çəkisindən əhəmiyyətli dərəcədə asılıdır. Universitetdə tələbələrlə aparılan sorğuların nəticələri və müşahidələr göstərib ki, auditoriya saatlarının quruluşunda mühazirələrin xüsusi çəkisinin üstünlük təşkil etməsi nəzəri biliklərin mənimsənilməsi baxımından müsbət hal olsa da praktik vərdişlərə yiyələnmək üçün məqbul hesab edilmir. Son illərdə universitetin maddi-texniki bazasının müasirləşdirilməsi tədbirləri çərçivəsində yeni laboratoroya avadanlıqlarının alınması, tədris-təcrübə mərkəzlərinin yaradılması praktiki dərslərin xüsusi çəkisinin artırılmasına geniş imkanlar yaratmışdır. Ali Təhsil Müəssisəsində auditoriya saatlarının quruluşunda dəyişikliklərin edilməsi məsələsi universitet Elmi Şurasında müzakirə edilmişdir.

Yüklə 154,94 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin