ÖZÜNÜTƏHLİLİn nəTİCƏLƏRİ haqqinda hesabat müəssisə haqqında qısa məlumat Təhsil müəssisəsinin adı


Universitetdə hazırlanmış tədris sənədlərinin mövcud qanunvericiliyə və “Təhsil müəssisələrinin akkreditasiya Qaydaları”nın tələblərinə uyğunluğu



Yüklə 154,94 Kb.
səhifə5/35
tarix02.07.2022
ölçüsü154,94 Kb.
#62612
1   2   3   4   5   6   7   8   9   ...   35
Özünütəhlil hesabatı

2.2. Universitetdə hazırlanmış tədris sənədlərinin mövcud qanunvericiliyə və “Təhsil müəssisələrinin akkreditasiya Qaydaları”nın tələblərinə uyğunluğu.
Ali Təhsil Müəssisəsinin tədris sənədləri mövcud qanunvericiliyə və təhsil sahəsində tətbiq edilən normativ hüquqi sənədlər əsasında hazırlanmış və təsdiq edilmişdir.
Tədris prosesində istifadə edilən Tədris qrafiki, İxtisas (ixtisaslaşma) üzrə illik işçi tədris planı, Tələbələrin fərdi tədris planı, Dərs cədvəli, Müəllimin illik işçi tədris planı “Ali təhsil müəssisələrinin bakalavriat, magistratura və AMEA-nın magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə uyğun hazırlanır və universitetin rektoru tərəfindən təsdiq olunur. Ali Təhsil Müəssisəsinin Dövlət Təhsil Standartına uyğun 1 nömrəli forma – tədris planları bütün ixtisaslar üçün işlənmişdir.
Ali Təhsil Müəssisəsində hazırlanmış tədris sənədləri, o cümlədən fakültə dekanları, dekan müavinləri, tədris şöbəsinin, digər struktur bölmələrin hər tədris ili üçün tərtib edilmiş və müvafiq qaydada təsdiq olunmuş iş planları, onların fəaliyyətləri Nizamnamə tələblərinə uyğundur. Dekan və dekan müavinlərinin iş planları, tədris şöbəsinin fəaliyyət planında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi vəziyyəti rektorluğun, Elmi Şuranın iclaslarında müzakirə olunur.
2.3. Universitetin struktur bölmələrinin qarşılıqlı fəaliyyətinin təşkili.
Ali Təhsil Müəssisəsində idarəetmənin səmərəliliyinin artırılması məqsədilə struktur bölmələrinin qarşılıqlı fəaliyyətinin təşkilinin təkmilləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır. İdarəetmədə paralelliyə və izafi xərclərə yol verilməməsi, tədris prosesinin və elmi-tədqiqat işlərinin səmərəli təşkili üçün müvafiq tədbirlər görülür.
Ali Təhsil Müəssisəsinin struktur vahidləri arasında qarşılıqlı və işlək əlaqələr (daxili əməkdaşlıq) mövcuddur. Elmi Şura və rektorluq universitetin fəaliyyətinin idarə edilməsini prorektorlarla, tədris şöbəsi, fakültələr, kafedralar və digər struktur bölmələri ilə əlaqəli şəkildə həyata keçirir.
Universitetin fəaliyyətinə rəhbərlik rektor tərəfindən həyata keçirilir. Rektorun səlahiyyətləri Ali Təhsil Müəssisəsinin Nizamnaməsi ilə müəyyənləşdirilir. Rektor, prorektorlar, Elmi Şura, fakultələr, kafedralar, tədris şöbəsi, magistratura sektoru, informasiya texnologiyaları mərkəzi, kitabxana mövcud qanunvericiliyə və universitetin Nizamnaməsinin tələblərinə uyğun olaraq qarşılıqlı əlaqədə öz fəaliyyətlərini təşkil edirlər.
Fakültə və kafedralarda, digər struktur bölmələrdə tərbiyə işlərinin əlaqələndirilməsi, onlara nəzarət və rəhbərlik, tələbələrin tədris prosesində və dərsdənkənar vaxtlarda tərbiyəsi ilə bağlı keçirilən tədbirlər struktur bölmələr arasında qarşılıqlı əlaqədə həyata keçirilir. Fakültə dekanı və kafedra müdirlərinin qarşılıqlı fəaliyyəti aşağıdakı istiqamətlərdə həyata keçirilir:

  • Fakültənin profilinə uyğun dərsliklərin, dərs vəsaitlərinin, fənn proqramlarının, təhsil normalarının, tədris planlarının, metodik göstərişlərin hazırlanması;

  • Kafedralararası müşavirələr, elmi-metodiki müzakirələrin və konfransların keçirilməsi,

  • Ümumfakültə elmi-metodiki və elmi seminarların təşkili;

  • Mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə peşəyönümü işinin aparılması;

  • İllik və perspektiv qəbul planları üzrə universitet rəhbərliyinə birgə təkliflərin verilməsi;

  • Kafedralar üzrə tədris yükünün mövcud normativ-hüquqi sənədlərə uyğun planlaşdırılması və yerinə yetirilməsi;

  • Bütün təhsil formaları üşün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya işlərinin, praktiki (seminar) və digər dərslərin yüksək elmi-nəzəri və metodiki səviyyədə aparılması və s.

Təhsilin inkişafı strategiyasından irəli gələn istiqamətlərin dəstəklənməsi, təhsilin keyfiyyətinin təminatı baxımından şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması zərurətini nəzərə alaraq “Təhsilin keyfiyyətinə təminat və nəzarət Mərkəzi” yaradılmışdır.

Yüklə 154,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin