Paleocoğrafiyada genetik tədqiqat üsulu


Fasial xəritənin tərtibi üsulu



Yüklə 0,58 Mb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#39864
1   2   3   4
Fasial və paleocoğrafi xəritələr

Fasial xəritənin tərtibi üsulu

Yuxarıda qeyd etdiyimiz kimi, fasial təhlilin yekunu fasial xəritələrin və profillərin tərtibi ilə nəticələnməlidir. Fasial xəritə müxtəlif fasiyaların sahədə paylanmasını göstərir. Fasial xəritələrdə ancaq bir sıra interpolyasiyalara yol vermək olar, belə xəritələrin düzəlişində ekstropolyasiyaya yol vermək olmaz.

Bütün geoloji xəritələrdə olduğu kimi, fasial xəritələr də faktiki məlumatlar əsasında tərtib edilməlidir. Belə xəritələr iki mərhələdə işlənilir. Birinci mərhələdə tədqiq edilmiş sahənin sxeminə müşahidə məntəqələrinin nömrələri köçürülür, sonra həmin məntəqədə süxur qatını təşkil edən süxurların işarələri göstərilir.

Daha sonra eyni tipli fasiya yayılmış sahələrə birləşdirilir və xüsusi şərti işarələrlə qeyd olunur. Belə xəritəyə fasial xəritə deyilir (şək. 1). Sonra fasial təhlil aparılan məntəqədəki məlumatlar (genetik əlamətlər) nəzərə alınaraq həmin sxematik xəritəyə əlavə olunur. Məsələn, dəniz nerit fasiyasında qusdaşı linzaları göstərilirsə, bu o deməkdir ki, həmin litoral fasiya adaların yuyulması nəticəsində linza şəklində əmələ gəlmişdir (bax şək. 1, b).

Fasial profil – eyni yaşlı çökmə süxur qatının fasial quruluşunu şaquli kəsilişdə ifadə edir. Profilin istiqaməti faktiki material xəritəsində, yaxud da fasial xəritədə mütləq göstərilməlidir. Profil qədim hövzənin uzununa perpendikulyar istiqamətdə keçirilməli və onun asan oxunması üçün əlavə şərti işarələrlə yüklənməməlidir.

Şəkil 1. Rus plitası Orta Karbon dövrünün fasial xəritə (İ.V.Xvorovaya görə). Xəritə Orta Karbon dövrünün iki müxtəlif fiziki-coğrafi şəraiti üçün tərtib edilmişdir:

a – dənizin stabil vəziyyəti, b – dənizin dayazlaşma ərəfəsi; 1-yuyulma sahələri; 2-qumlu qruntlar; 3-qumlu, gilli qruntlar, 4- gilli qruntlar, 5-qumlu, gilli, karbonatlı qruntlar, 6-gilli-mergelli və üzvi qruntlar, 7-foraminiferli qruntlar, 8-hemogen karbonatlı qruntlar, 9-karbonatlı qruntlarla örtülmüş litoral zona.
Eyni zamanda profilin əyani olması üçün, şaquli miqyası üfuqi miqyasından kəskin fərqlənməlidir (şək. 2). Fasial xəritələrin və profillərin tərtibindən əsas məqsəd, paleocoğrafi xəritələrin məzmununu zənginləşdirməkdir. Fasial əsası olmayan paleocoğrafi xəritələr sxematik xəritələr hesab olunur.

Fasial xəritənin paleocoğrafi xəritədən fərqi odur ki, fasial xəritədə ancaq tədqiq edilən sahədə fasial komplekslərin yayılmasını interpolyasiya etmək olar. Qonşu rayonlarda paleocoğrafi elementlərin interpolyasiyasına yol verilmir. Ona görə də fasial xəritələrdə fiziki-coğrafi şərait haqqında məlumat məhdud olur.


Şəkil 2. Cənubi Şərqi Qafqazın Üst Alen çöküntülərinin fasial kəsilişi (Ç.M.Xəlifəzadəyə görə, 1972):



1-nerit çöküntülər; 2-epinerit çöküntülər; 3-sublitoral çöküntülər; 4-litoral çöküntülər; 5-qədim hövzədibi çöküntülər; 6-delta çöküntüləri; 7-allüvial çöküntülər; 8-prolüvial çöküntülər.
Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin