"Paleolit Arxeoloji Ekspedisiyası"



Yüklə 1,12 Mb.
səhifə7/19
tarix09.11.2019
ölçüsü1,12 Mb.
#29552
1   2   3   4   5   6   7   8   9   10   ...   19
Arxeoloji qoruqlar


39°16′29″S45°26′23″W

15

Sərkərtəpə

Sərkərli, Xaçmaz rayonu

Xaçmaz rayonunun Sərkərli kəndi ərazisində yerləşən Tunc dövrünə aid yaşayış yeridir. 1982-1986-cı illərdə Xaçmaz rayonunda yerləşən Sərkərtəpədə aparılan qazıntılar zamanı bu dövrə aid yaşayış binalarının arxitekturasını müəyyən dərəcədə bərpa etmək mümkün olmuşdur. Burada saman qarışığı olan çiy kərpicdən tikilmiş dairəvi planlı yaşayış binasının qalıqları aşkar olunmuşdur. Bütün evlərin içərisindən gildən düzəldilmiş dairəvi formalı, yuxarıya doğru bir qədər genişlənən ocaqlar qeydə alınmışdır. Evlərin döşəməsinə çiy kərpic düzülmüş, gillə suvanmışdır. Erkən Tunc dövrünə aid mədəni təbəqənin qalınlığı 4 m olmuşdur. Yaşayış yerində aparılan araşdırmalar zamanı Erkən Tunc dövrünə aid ziyarətgah aşkar olunmuşdur. Sərkərtəpədən aşkar olunan ziyarətgah İlk Tunc dövründə yaşayan insanların ideoloji görüşlərinin öyrənilməsi üçün xüsusilə əhəmiyyətlidir. Ziyarətgah daxili quruluşuna görə II Kültəpədən aşkar olunan ziyarətgahlara bənzəyir. Lakin Sərkərtəpə ziyarətgahı daha yaxşı saxlanması ilə fərqlə nir.Onun mərkəzi hissəsində dairəvi formalı ocaq, şimal divarı yaxınlığında qurbangah, ocağın yaxınlığında dairəvi formalı altı buynuzşəkilli çıxıntısı olan manqal, qurbangahın yaxınlığından isə buynuzşəkilli çıxıntıları olan sitayiş qurğuları aşkar olunmuşdur.[23]Tədqiqatçıların fikrinə görə, Sərkərtəpədən aşkar olunan keramika məmulatı üzərindəki zəngin motivli naxışlar, o cümlədən Ay, Günəş, at təsvirləri qədim insanların ideoloji görüşlərini əks etdirmişdir. Aşkar olunan tapıntılar ziyarətgahlarda məhsuldarlıqla bağlı mərasimlərdə məhsuldarlığın mənbəyi hesab olunan öküz kultu ilə bərabər, səma cismlərinə sitayişin də mühüm yer tutduğunu göstərir.[24]




41°24′24″S48°46′22″W

16

Üzərliktəpə

Ağdam

Ağdam şəhərindən şərqdə, coğrafi cəhətdən əlverişli mövqedə yerləşir. Yaşayış yeri düzgün olmayan oval plana malikdir. Onun şimaldan cənuba doğru ən geniş dairəsinin diametri 202 m-dir. Arxeoloji qazıntılar 484 m2 sahədə aparılmışdır. Təbii təpə üzərində salınan yaşayış yerində mədəni təbəqənin qalınlığı 3 metrdir. Arxeoloji qazıntılar zamanı 3 tikinti qatı aşkar olunmuşdur. Birinci tikinti qatı müxtəlif məqsədli çalaların olması ilə xarakterizə edilir. Onların bir hissəsi mətbəx artıqları və küllə dolmuşdur. İçərisinə saman döşənmiş çalalardan isə heyvanları saxlamaq üçün istifadə olunmuşdur. Bu təbəqədə dirəklərdən düzəldilmiş yaşayış binasının qalıqları aşkar olunmuşdur. Onun divarları qalın çubuqlardan toxunmuş və gillə suvanmışdır. Binanın dam örtüyü ağac qabıqları ilə, torpaq döşəməsi isə həsirlə örtülmüşdür. Döşəmədə gil qab qırıqları, dağılmış ocağın içərisində gil soba qalıqları aşkar olunmuşdur. Ocaqdan tapılan gil butənin içərisində donmuş metal ərintisi olduğu müəyyən edilmişdir. Ocağın yaxınlığından çay daşından dəstələr, sürtgəclər və daş qəliblər əldə edilmişdir. Bu ev K.X.Kuşnareva tərəfindən «tökməçi evi» kimi xarkterizə edilmişdir. Bu təbəqədən aşkar olunan gil əşyalar mətbəx və məişət qabları olmaqla 2 qrupa bölünmüşdür. Keramika məmulatı boz və ya qara rəngdə bişirilmişdir. Мəişət qabları yaxşıca cilalanmışdır. Qablar müxtəlif motivli cızma ornamentlərlə naxışlanmışdır. q döşəmələr və onların üzərində saxlanılan məişət əşyaları aşkar edilmişdir.[25] İkinci və üçüncü təbəqənin keramikası K.X.Kuşnaryeva tərəfindən vahid kompleks kimi qəbul edilmişdir. Bu dövrdə gil məmulatının hazırlanmasında xeyli irəliləyiş olmuşdur. Alt təbəqədə istifadə olunan cızma ornament daha mükəmməl ornamentlə əvəz olunmuşdur. Bu dövrdə Üzərliktəpənin qara rəngli keramikasından tamamilə fərqlənən boyalı qablar meydana çıxır. K.X.Kuşnaryeva boyalı qabların meydana gəlməsini dulusçuluğun inkişafında yaranan tərəqqi ilə bağlayır.[26]







17

Gəmiqaya petroqlifləri

Nəsirvaz, Ordubad rayonu

Gəmiqaya kiçik Qafqaz sıra dağlarının ən yüksək zirvəsi olan Qapıcığın mifik adıdır. O Ordubad şəhərindən 60 km şimalda, Tivi və Nəsirvaz kəndləri arasında yerləşir.[27] Dağın cənub ətəyinə səpələnmiş metamorfizləşmiş tuf parçalarının təbii aşınma nəticəsində hamarlanan səthinə qədim insanların həyat tərzini və düşüncəsini əks etdirən təsvirlər çəkilmişdir. Gəmiqaya rəsmləri ilk dəfə 1969-cu ildə qeydə alınmışdır.[28] 1969-1971-ci illərdə Gəmiqayanın cənub ətəyində Qaranquş, Nəbiyurdu, Camışölən yaylaqlarında, dəniz səviyyəsindən 3500–3700 m yüksəklikdə V.H.Əliyev tərəfindən yüzlərlə qayaüstü şəkil aşkar olunmuşdur. 2001-2005-ci illərdə aparılan araşdırmalar zamanı Gəmiqayada iki mindən artıq qayaüstü təsvir qeydə alınmışdır. Qayaüstü rəsmlər arasında ov səhnələri, xüsusilə diqqəti cəlb edir. Şəkillərin bir qrupunda kəməndlə, ya da torla tutulan dağ keçilərinin təsvirləri verilmişdir. Cüt-cüt verilən dağ keçilərinin bir qrupu qarşı-qarşıya yerləşdirilmişdir. Ola bilsin ki, bu, heyvanların döyüş səhnəsini əks etdirir.[28] Qayaüstü rəsmlər arasında öküz, maral, pələng təsvirlərinə də rast gəlinir. At, köpək və fantastik heyvanların ayrıca təsvirləri Gəmiqaya rəsmləri arasında müəyyən yer tutur. Bəzi heyvanlar həndəsi fiqurların birləşdirilməsi ilə yaradılmışdır. Gəmiqaya qayaüstü təsvirləri arasında insan rəsmləri mühüm yer tutur. Onlar, başlıca olaraq, incə xətlərlə çəkilmiş siluet təsvirlərdən ibarətdir. Onların başı yuvarlaq, ayaqları bir-birindən aralı, ya da dizdən bükülü halda, əlləri yuxarıya qaldırılmış vəziyyətdə təsvir edilmişdir.[29]



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin