Мaxta Kültəpəsi yaşayış yeri Şərur rayonunun Мaxta kəndindən qərbdə, Araz çayının sol sahilində yerləşir. Onun cənub-qərb hissəsi dəmiryolu çəkilərkən dağıdılmışdır. Yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 3 hektardır. 1988-1989-cu illərdə V.H.Əliyev və S.H.Aşurov tərəfindən yaşayış yerində 100 m2 sahədə tədqiqat işləri aparılmış, daş təməl üzərində çiy kərpicdən hörülmüş tikinti qalıqlarına, gil qab parçalarına və ocaq qurğusunun hissələrinə rast gəlinmişdir. Kəşfiyyat xarakterli tədqiqatlar zamanı yaşayış yerinin əhatə etdiyi ərazidə daşdan tikilmiş qədim məbəd, onun içərisində isə daş bütlər aşkar edilmişdir. Yaşayış yerinin keramika məmulatı və tikinti qalıqları Kür-Araz mədəniyyətinin orta mərhələsinə aiddir.[19] Ehtimal ki, yaşayış yerinin sakinləri vaxtilə Arpaçaydan çəkilən su kanalından istifadə etmişdir.[20]
39°35′18″S44°56′52″W
13
I Kültəpə
Kültəpə, Babək rayonu
Babək rayonunun Kültəpə kəndi ərazisində yerləşən Eneolit-Tunc dövrünə aid yaşayış yeridir. Abidənin ümumi sahəsi 1,5 hektardır. Yaşayış yerində 1951-1964-cü illərdə O.H.Həbibullayev tərəfindən aparılan qazıntılar zamanı 22,2 metr qalınlığı olan 4 mədəni təbəqə aşkar edilmişdir. Abidənin stratiqrafiyası Kür-Araz dövrünə aid yaşayış məskəninin Eneolit təbəqəsi üzərində salındığını göstərir. O.H.Həbibullayevin fikrinə görə, Kür-Araz təbəqəsi Eneolit təbəqəsindən 30-40 sm qalınlığında olan steril təbəqə ilə ayrılır. Yaşayış yerinin Kür-Araz mədəniyyətinə aid olan ikinci təbəqəsi abidənin üzərindən 3,4-4,5–12,4-1,3 m dərinlikdə yerləşir. Мaddi- mədəniyyət qalıqları ilə zəngin olan bu təbəqə 8,5–9 m qalınlığındadır. Мədəni təbəqə müxtəlif həcmli çay daşları, çiy kərpic qalıqları, osteoloji qalıqlar, obsidian, çaxmaqdaşı parçaları, kömür qalıqları, kül və torpaq laylarının qarışığından ibarətdir. Kül qalıqları, başlıca olaraq, sobaların, manqal və ocaqların ətrafında toplanmışdır. Təbəqədən müxtəlif daş, sümük, metal əşyalar və keramika məmulatı aşkar olunmuşdur. I Kültəpədə Kür-Araz dövrünə aid 14 tikinti qatı aşkar olunmuşdur. Bunlar bir-birinə bənzər təsərrüfat-məişət kompleksləri ilə xarakterizə olunur. Alt laylarda qeydə alınan yaşayış evləri başlıca olaraq dairəvi planlı, üst laylardakı evlər isə əsasən dördbucaqlıdır. Dairəvi planlı bəzi evlərin düzbucaqlı artırması vardır. Tikinti materialı kimi çay daşı, çiy kərpic və möhrədən istifadə edilmişdir.[21]