"Paleolit Arxeoloji Ekspedisiyası"



Yüklə 1,12 Mb.
səhifə4/19
tarix09.11.2019
ölçüsü1,12 Mb.
#29552
1   2   3   4   5   6   7   8   9   ...   19
Arxeoloji qoruqlar


40°1′29″S47°6′43″W

8

Leylatəpə

Quzanlı, Ağdam rayonu

Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində yerləşən Eneolit dövrünə aid yaşayış yeridir. Abidənin yerüstü materiallar iki qrupa bölünür. Birinci qrup qum qarışığı olan gildən, əldə, olduqca kobud hazırlanmışdır. Bəzilərinin üzərində daraqvari alətin izləri saxlanmış, bəzilərinin isə ağzının kənarı çərtmələrlə naxışlanmışdır. İkinci qrup keramika bitki qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş, bəzən yaşıla çalan anqobla örtülərək qara rənglə naxışlanmışdır. Yaşıla çalan keramika Übeyd keramikası ilə bənzərlik təşkil edir. Qazıntı zamanı aşkar olunan dördkünc formalı binalar arakəsmələrlə bir neçə yerə bölünmüşdür. Bu binanın qalıqları üzərində diametri 1 m-ə çatan dairəvi formalı dulus kürələrinin qalıqlarının olduğu müəyyən edilmişdir. Küpə tipli qabların bir qismi dulus çarxında hazırlanmışdır. Leylatəpənin keramika məmulatı təkmil formasına və keyfiyyətinə görə Kültəpə və Şomutəpəmateriallarından tamamilə fərqlənir və ola bilsin ki, Eneolit mədəniyyəti ilə Kür-Araz mədəniyyəti arasında aralıq bir mərhələnin olduğunu göstərir.[14]



40°09′31″S47°09′39″W

9

Töyrətəpə

Aşağı Göycəli, Ağstafa rayonu

Ağstafa rayonunun Aşağı Göycəli kəndi ərazisində, Şomutəpə yaşayış yerindən 2 km şimal-şərqdə yerləşən Neolit-Tuncdövrlərinə aid yaşayış yeridir. Yaşayış yerində 1961, 1962, 1964 və 1965-ci illərdə 100 kv.m sahədə qazıntı aparılmışdır. Qazıntı zamanı beş tikinti qatı aşkar olunmuşdur. Töyrətəpənin ən alt təbəqəsi olan beşinci tikinti qatında dairəvi formalı yarımqazma tipli binanın qalıqları, həmçinin dairəvi formalı bir sıra kərpicdən tikilmiş bina qalıqlarına rastlanmışdır. Töyrətəpənin digər tikinti qatlarında aşkar olunan bina qalıqları da dairəvi formalıdır. Evlərin içərisində döşəməyə basdırılmış təsərrüfat küplərinə də rastlanmışdır. Töyrətəpənin ikinci və birinci tikinti qatlarında həm də dördkünc bina qalıqları aşkar olunmuşdur. İkinci tikinti qatında olan dairəvi və dördkünc formalı binaların bəziləri (4 №-li bina) iki sıra çiy kərpicdən tikilmişdir. Töyrətəpədən daşdan və sümükdən hazırlanmış əmək alətləri, o cümlədən dən daşları, oraq dişləri sümük toxalar, sümükdən və çaxmaqdaşından hazırlanmış yarımfabrikatlar, daşdan insan fiquru əldə edilmişdir.[15]




41°06′59″S45°28′56″W

10

Mişarçay yaşayış yeri

Cəlilabadşəhəri

Cəlilabad şəhərindən 1,5 km şimal-şərqdə, eyni adlı çayın sahilində Eneolit-Erkən Dəmir dövrlərinə aid yaşayış yeridir. Мişarçayın alt təbəqəsi Kür-Araz mədəniyyətinə, onun üzərində yerləşən təbəqəsi isə Orta Tunc dövrünə aid material vermişdir. Kür-Araz təbəqəsindən fərqli olaraq (4,5 m) Orta Tunc dövrü təbəqəsinin olduqca az yığılması, bu dövrdə yaşayış yerində həyatın yarımköçəri maldarlığa əsaslandığını göstərməkdədir. Yaşayış yerinin bu təbəqəsindən daş və sümük əmək alətləri, keramika məmulatı aşkar olunmuşdur. Keramika məmulatı morfoloji və texnoloji xüsusiyyətlərinə görə iki qrupa bölünür. Birinci qrupa qəhvəyi rəngli, tünd ləkəli, kifayət qədər qaba hazırlanmış mətbəx qabları daxildir. Onların gilinin tərkibinə qum, çınqıl və gil ovuğu qatılmışdır. Bu qrupdakı qablar içərisində genişağızlı, silindr boğazlı, cüt qulplu küpələr fərqlənirlər. Onların üzəri sığallanaraq, yüngülcə cilalanmışdır. Gövdəsinin yuxarı hissəsi və çiyni cızma üsulu ilə həndəsi motivdə naxışlanmışdır. Boğazının altında yolkaşəkilli ornament, ondan altda isə ştrixlənmiş üçbucaqlar yerləşdirilmişdir. İkinci qrupa boz və qara rəngli nazik divarlı keramika daxildir. Onların gilinə narın qum qatılmış, yaxşı sığallanmış və parıldayanadək cilalanmışdır. Bu qrupa daxil olan qablar arasında incə cızma bəzəməli, konnelyur ornamentli küpələr diqqətəlayiqdir. Bu qrupdakı keramikanın naxışlanmasında cızma xətlər və nöqtələrin kominasiyasından geniş istifadə edilimşdir.[16]







11

Babadərviş

Dəmirçilər, Qazax rayonu

Qazax rayonunun Dəmirçilər kəndi ərazisində yerləşən Tunc dövrünə aid yaşayış yeridir. Qədim yaşayış yeri Ağstafaçay vadisinin dağ silsiləsi ilə birləşdiyi yerdə mövcud olan təpələrdən birinin üstündə salınmışdır. Yaşayış yerində 600 m2 sahədə aparılan qazıntılar zamanı aşkar edilən mədəni qatlarının ən qədimi yarımqazma tipli evlərlə xarakterizə olunan Eneolit təbəqəsidir. Bundan üstdə yerləşən Kür-Araz təbəqəsinin qalınlığı 50-60 sm-dir. Bu təbəqə kül qatları, çiy kərpic parçaları, suvanmış çuxur qalıqları, çay daşları və s. maddi-mədəniyyət qalıqlarından ibarətdir. Təbəqədə təsərrüfat məqsədi üçün istifadə olunmuş 25 çuxura rast gəlinmişdir. Təsərrüfat çuxurlarının içərisindən gil qab parçaları, məişət əşyaları, heyvan sümükləri və yanmış taxıl qalıqları aşkar edilmişdir.[17] Qazıntının mərkəzi hissəsində qoşa spiralla naxışlanmış daş stela aşkar olunmuşdur. Ola bilsin ki, bu stela ritual ocaqla vahid bir kompleksə daxil olaraq ziyarətgah rolu oynamışdır.[18] Yaşayış yerində qeydə alınmış xeyli tikinti qalıqları, çiy kərpic qırıqları, suvaq parçaları, çay daşları və s. burada dairəvi formalı, yerüstü tikintilərin mövcud olduğunu göstərir. Yaşayış yerindən aşkar edilmiş keramika məmulatı müxtəlifdir. Onların bir qrupu arxaik formada olub, kobud hazırlanmışdır. Digər qrupa isə qara cilalı, naxışlı qablar daxildir. Ehtimal ki, abidədə Kür-Araz mədəniyyətinin bütün mərhələlərində yaşayış olmuşdur.[18]



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin