TƏBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/28
tarix28.11.2016
ölçüsü5,01 Kb.
#324
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

ƏDƏBİYYAT 
1.
 
Babayev  S.Y. Naxçıvan  Muxtar  Respublikasının  coğrafiyası.  Bakı,  Elm,  1999,  s. 226  
2.
 
Hacıyev  S.Ə.  Naxçıvan  Muxtar  Respublikası  torpaqlarının  eko-coğrafi  şəraiti.  Bakı,  2009,  s. 
107 
3.
 
Talıbov  T.H.,  İbrahimov  Ə.Ş.  Naxçıvan  Muxtar  Respublikası  florasının  taksonomik  spektri.  
Naxçıvan,  Əcəmi,  2008,  349  s. 
4.
 
Флора  Азербайджана.  Баку:  Издв-во АН Азерб. ССР, 1961,т.8,  645с. 
5.
 
Флора  Армении.  Ереван:  Изд АН Арм. ССР, 1995,  т.9, 674с. 
6.
 
Флора  Грузии.  Тбилиси:  Мецниереба,  2001,т.13,  283с. 
7.
 
Флора  СССР. Москва-Ленинград:  Изд-во АН СССР, 1957,  т. 24, 503  с. ( с. 222-325) 
 
ABSTRACT 
Afruz  Nasirova 
The spread appropriately  on vertical zones the plants of the family  Campanulaceae juss. - 
bellflowers, spread in Nakhchivan  Autonomous Republic 
We  have  been  identified  prevalence  frequency,  distribution  appropriately  on  altitude  zones, 
prevalence  rates  in  low  mountainous,  middle-mountainous  and  high  mountainous  zones  of  Bellflower 
spread  in  Nakhchivan  Autonomous  Republic.  During  the  research  it  was  determined  that,  the  quantity  of 
species  found  in  only  one  zone  has  been  in  low  mountainous  zone  2  [Campanula  massalskyi  Fomin,  M. 
Laevigata  Vent.]  and  in  high  mountainous  zone  2  [C.  tridentata  Scherb.,  A.  Amplexicaule  (Willd.) 
Hand.  –  Mazz.].  İn  addition,  have  been  identified  3  common  species  [C.  glomerata  L.,  C. 
karakuschensis  Grossh.,  C.  propinqua  Fisch.  &  C.  A.  Mey.]  to  the  low  mountainous  -  middle 
mountainous,  7  common  species  [C.  latifolia  L.,  C.  bononiensis  L.,  C.  coriaceae  P.  H.  Davis,  C. 
zangezura  (Lipsky)  Kolak.  &  Serdyuk.,  C.  bayerniana  Rupr.,  A.  campanuloides  (Bieb.  ex  Sims) 
Boenm.,  A.  rigidum  (Willd.)]  to  the  middle  mountainous  –  high  mountainous,  1  common  species  [C. 
daralaghezica  (Grossh.)  Kolak.  &  Serdjukova.]  to  the  low  mountainous  –  high  mountainous  and  3 
common  species  [C.  rapunculoides  L.,  C.  stevenii  Bieb.,  A.  pulchellum  (Fisch. & C. A. Mey.)for the 
three zones. 
РЕЗЮМЕ 
Афруз  Насирова 
Закономерности распространения растений, входящих в состав семейства  Campanulaceae 
juss. – колокольчиковые во флоре Нахчыванской Автономной Республики  
Установлено  частота  встречаемости,  закономерности  распространених    Campanulaceae 
Juss.-  в  территории  Нахчыванской  Автономной  Республики  по  высотным  зонам,  степень  их 
расселения  по  нижнегорному,  среднегорному  и  высокогорному  поясам.  В  ходе  исследований 
число  встречаемых  только  в  одном  поясе  видов  в  нижнегорном  поясе  составило  2  [Campanula 
massalskyi  Fomin,  M.  Laevigata  Vent.]  и  в  высокогорном  2  [C.  tridentata  Scherb.,  A. Amplexicaule 
(Willd.)  Hand.  –  Mazz.].  Кроме  этого,  установлено,  что  3  [C.  glomerata  L.,  C.  karakuschensis 
Grossh.,  C.  propinqua  Fisch.  &  C.  A.  Mey.]  вида  являются  общими  для  нижнегорного  – 
среднегорного,  7  [C.  latifolia  L., C. bononiensis L., C. coriaceae P. H. Davis, C. zangezura (Lipsky) 
Kolak. & Serdyuk., C. bayerniana Rupr., A. campanuloides (Bieb. ex Sims) Boenm., A. rigidum (Willd.)] 
видов  для  среднегорного  –  высокогорного  и  1  [C.  daralaghezica  (Grossh.)  Kolak.  &  Serdjukova.] 
вид  для  нижнегорного  –  высокогорного  поясах.  3  [C.  rapunculoides  L.,  C.  stevenii  Bieb.,  A. 
pul
chellum (Fisch. & C. A. Mey.)] вида Колокольчиковых встречены во всех 3 поясах. 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Biologiya  üzrə fəlsəfə doktoru, dosent 
Ə.İbrahimov 
 
 

- 60 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
ELŞAD ƏHMƏDOV 
MAHİRƏ MƏMMƏDOVA  
Azərbaycan Milli  Elmlər Akademiyası Zoologiya institutu
 
parazitolog@mail.ru 
UOT  576.893.192.1 
 
BAYKOKSUN  EİMERİA TENELLA (Apicomplexa, Coccidia, Eimeriidae)  
OOSİSTALARINA  İN VİTRO  TƏSİRİ 
 
Açar  sözlər: cücələr, parazit, eymerioz, invaziya, baykoks, oosista, sporlaşma. 
Key words:  chickens, parasite, eimeriosis,  invasion, oocytes, sporulation, baycox. 
Ключевые слова: цыплят, паразит, эймериоз, инвазия, байкокс, ооциста, споруляция. 
 
Hüceyrə  daxili  parazit  ibtidailər  olan  eymeriyalar  tərəfindən  törədilən  eymerioz  heyvanlar  və 
quşlar  arasında  ən  geniş  yayılan  xəstəlik  olub,  onun  törədicisinə  bütün  iqlim  şəraitinə  malik 
ərazilərdə  təsadüf  edilir.  Xəstəlik  quşlar  arasında  kütləvi  ölüm  hallarının  meydana  çıxmasına  səbəb 
olmaqla  yanaşı,  onların  inkişafına  da  mənfi  təsirini  göstərməklə  böyük  iqtisadi  itkilərə  səbəb  olur 
[15, 16]. 
Eymeriozun  profilaktikasında  ətraf  mühitə  düşmüş  oosistaların  məhv  edilməsi  əsas 
problemlərdən  biridir.  Bu  məqsədlə  müxtəlif  kimyəvi  maddələrdən  istifadə  etmək  lazım  gəlir.  Lakin 
oosistaların  qılafının  demək  olar  ki,  tam  keçilməzliyi  bu  maddələrin  oosistalara  daxil  olub  onları 
məhv  edə  bilməsinə  imkan  vermir,  ona  görə  də  yüksək  keçirici  xassəyə  malik  və  oosistaları  məhv 
edə bilən  maddələrin  axtarılması  istiqamətində  tədqiqatlar  davam  edir. 
Oosistaların  qılafı  əsasən  iki  qatlıdır,  xarici  qat  lipidlərdən,  daxili  qat  isə  əsasən 
qlikoproteidlərdən  təşkil  olunub,  müxtəlif  kimyəvi  maddələrin  oosistaya  daxil  olmasına  qarşı  sədd 
rolunu  oynayır  [8].  Aşındırıcı,  dağıdıcı  və  yandırıcı  xassəli  bir  çox  kimyəvi  maddələr  oosistaların 
məhv  olmasına  səbəb  olur.  Oosistalar  əvvəlcə  deformasiya  olunur,  plazmolizə  uğrayır,  onların  qılafı 
partlayır  və  məhv  olurlar.  Plazmoliz  oosistaların  quruması  və  bir  çox  kimyəvi  maddələrdə 
saxladıqda  baş verir.    
Prinsip  etibarilə  bütün  kimyəvi  maddələrdən  koksidilərin  oosistalarının  ətraf  mühitdə  məhv 
etmək  üçün  istifadə  etmək  mümkündür,  lakin  nəzərə  almaq  lazımdır  ki,  bu  maddələr  yüksək 
qatılıqda  təsir  göstərir,  onların  əksəriyyəti  kəskin  iyə,  bəziləri  isə  yüksək  toksiki  təsirə  malikdir. 
Heyvanların  və  quşların    saxlanıldıqları  yerlərdə  heyvanları  və  insanları  zəhərləyə  və  ətraf  mühiti 
çirkləndirə  bilər.  Bu  səbəbdən  də  göstərilən  maddələrin  dezinfeksiyaedici  təsirə  malik  olmasına 
baxmayaraq  onlardan  təsərrüfatlarda  geniş  istifadə  olunmur  [9].  Bir  çox  dezinvaziya  vasitələrinin 
istehsalı  baha  başa  gəldiyindən  eymeriyaların  oosistalarını  məhv  etmək  üçün  ucuz,  ətraf  mühiti 
çirkləndirməyən  preparatların  axtarılması  aktual  bir  problem  olaraq  qalır.  Eymerioza  qarşı  effektli 
mübarizə  profilaktika  tədbirlərinin  həyata  keçirilməsi  üçün  parazitin  oosistalarına  xarici  mühit 
faktorlarının,  o  cümlədən  profilaktika  məqsədilə  istifadə  edilən  kimyəvi  maddələrin  təsir 
mexanizmini  dəqiq bildikdə  mümkündür. 
 Tədqiqatlarda  məqsəd  baykoksun  müxtəlif  qatılıqlı  məhlullarının  E.tenella  oosistalarına  in 
vitro təsirini  müqayisəli  şəkildə  müəyyənləşdirməkdir. 
MATERİAL  VƏ METODİKA 
Lazım  olam  miqdarda  oosistalar  almaq  üçün  10  günlük  steril  cücələr  Eimeria  tenella  –nın 
(Railliet  et  Lucet,  1891),  5000  sporlaşmış  oosistaları  ilə  oral  yola  yoluxdurulmuş  və  patent  dövrün 
ilk  3  günü  toplanmışdır.  Oosistaların  ayılmasında  flotasiya  metodundan  istifadə  edilmişdir  [3]. 
Tərkibində  sporlaşmamış  oosistalar  olan  zılın  üzərinə  1:10  nisbətində  su  əlavə  edildikdən  sonra 
qarışdırılaraq  bir  qat  tənzifdən  süzülmüşdür.  Filtirat  2000  dövr/dəqiqə  sürətlə  2  dəqiqə  müddətində 

- 61 - 
sentrifuqa  (BioSan  3000)  edilmişdir.  Çöküntün  üzərinə  doymuş  duz  məhlulu  əlavə  edilərək  şüşə 
çubuqla  qarışdırdıqdan  sonra  yenidən  2000  dövr/dəqiqə  sürətlə  2  dəqiqə  müddətində  sentrifuqa 
edilmişdir.  Məhlulun  üzərinə  toplanan  oosistalar  metal  ilgək  vasitəsilə  1  litrlik  şüşə  stəkana 
toplanaraq  üzərinə  1:10  nisbətində  su  əlavə  edilərək  1  sutka  saxlanılmışdır.  Sonra  maye  ehtiyatla 
süzülmüş,  stəkanın  dibinə  toplanmış  oosistalar  digər  stəkana  keçirilmişdir.  Tədqiqatlarda  bu  üsulla 
alınmış  oosistalardan  istifadə  edilmişdir.   
Preparatın  oosistalara  in  vitro  təsirini  öyrənmək  üçün  cücələrin  zılından  ayrılmış  və 
təmizlənmış,  sporlaşmamış  oosistalar  dörd  hissəyə  ayrılmış,  birinci  hissə  kaliun  bixromatın  2%-li 
məhlulunda  (kontrol),  ikinci,  üçüncü  və  dördüncü  hissələrin  üzərinə  2,5%-li  baykoksun  (Bayer, 
Almaniya)  müvafiq  olaraq  1  ml/l,  2ml/l  və  3ml/l  dozada  məhlulları  əlavə  edilmişdir.  Bu  məqsədlə 
E.tenella  oosistaları  olan  suspenziyasından  1  ml  götürərək  baykoksun  yuxarıda  göstərilən  dozada 
hazırlanan  məhlullarının  10  ml–nin  üzərinə  əlavə  edilmişdir.  Kalium  bixromat  məhlulu  standart 
kimi  götürülmüşdür.   
Oosistaların  sporlaşması  üçün  kolbalar  29
0
S  temperaturda  termostata  yerləşdirilmişdir. 
Kolbalar  yaxşı  aerasiya  üçün    vaxtaşırı  çalxalandırılmışdır.  12,  24,  36,  48,  60  və  72  saatdan  bir 
dərəcələnmiş  pipetka  ilə  oosistaların  suspenziyasından  0,01  ml  götürərək  əşya  şüşəsi  üzərinə 
qoyulub  mikroskop  (Axio  Sckope  A1)  altında  ilk  təsadüf  edilən  100  oosista  sayılmışdır.  Statistik 
dürüst  nəticələr  almaq  üçün  bu  əməliyyat  10  dəfə  təkrar  edildikdən  sonra  orta  ədədi  qiymət 
hesablanmışdır. 
 
Nəticələr və onlarin  müzakirəsi 
Koksidioza  qarşı  aparılan  mübarizənin  çətinliyi,  xəstəliyin  törədicisinin  bioloji  xüsusiyyətləri  - 
hər  bir  növün  kimyəvi  preparatlara  qarşı  müxtəlif  həssaslığından,  bir  növlə  yoluxma  zamanı  digər 
növə  qarşı  immunitetinin  yaranmaması,  yüksək  reproduktivliyə  malik  olması,  müxtəlif  fiziki  və 
kimyəvi  faktorların  təsirinə  qarşı    dözümlü  olması  ilə  əlaqədardır  [7,  1,  17,  10,  14].  Reidin 
məlumatlarına  görə  1000-dən  artıq  kimyəvi  maddənin  yüksək  koksidiostatik  təsirə  malik  olması 
məlumdur.  Hər ildə  də istehsala  bir  koksidiostatik  təsirə  malik  preparat təklif  olunur.   
E.tenella  oosistaları  mühit  faktorlarının  təsirinə  qarşı  olduqca  davamlı  olub,  xarici  mühitdə 
şəraitdən  asılı  olaraq  həyati  invazion  qabiliyyətini  aylarla  saxlayır  [6,  2,  5,  4].  Oosistaların  15%-li 
NaCL  məhlulunda  10  gün  müddətində  deformasiyaya  –  plazmolizə  məruz  qalmasına  baxmayaraq 
suya  keçirildikdə  normal  formaya  qayıdaraq  invazion  xassələrini  saxlayır  [11]. 
Quşların  zılı  ilə  xaric  olunan  oosistalar  ancaq  sporlaşdıqdan  sonra  yoluxdurmaq  xüsusiyyətinə 
malik  olurlar.  Optimal  şəraitdə  oosistaların  sporlaşması  28-29
0
S  temperaturda  28  saatdan  48  saata 
kimi  davam  edir  [6].  
Baykoksun  müxtəlif  qatılıqlı  məhlullarının  E.tenella  oosistalarına  12-72  saat  müddətində  in 
vitro təsirinin  öyrənilməsi  nəticəsində  əldə  edilən  məlumatlar  cədvəldə  verilir.   
Apardığımız  tədqiqatın  nəticələrinə  görə  29
0
S  temperaturda  72  saat  inkubasiya  müddətində 
baykoksun  3ml/l  dozada  məhlulunda  oosistaların  72,  2  ml/l  dozada  80,  1ml/l  dozada  isə  86%-i 
sporlaşır.  2%-li  K
2
Cr
2
O
7
  məhlulunda  isə  qeyd  edilən  müddətdə  oosistaların  87%-i  sporlaşır.  Bu 
məlumatlar  E.M.Xeysinın  [6]    məlumatları  ilə  oxşardır.    O  göstərir  ki,  K
2
Cr
2
O
7
–ın  2%-li 
məhlulunda  eymeriya  oosistalarının  59-90%-i  normal  sporlaşır,  qalan  hissəsi  məhv  olur.  Onun  2%-
li  məhlulu  eymeriyaların  sporlaşması  üçün  ən  əlverişli  mühit  hesab  olunur  [12,  13].  Kalium 
bixromatın  2%-li  məhlulları  oosistalar  olan  mühitdə  mikroorqanizmləri  məhv  edir  və  mühitdə 
zərərli  maddələrin  əmələ  gəlməsinin,  oksigen  çatışmazlığının  qarşısını  alır.  Beləliklə  də  kalium 
bixromatın  mikroorqanizmlərin  inkişafı  dayanır,  oosistalar  isə inkişaf  edərək sporlaşırlar  (şəkil). 
Göründüyü  kimi,  baykoksun  1ml/l  dozada  məhlulunda  oosistaların  sporlaşması  demək  olar  ki, 
K
2
Cr
2
O
7
 məhlulunda  olduğu  kimidir.   
 

- 62 - 



Şəkil. Oosistaların  sporlaşma  mərhələləri  (x1000) 
A- sporlaşmamış,  B-sporlaşan,  C-sporlaşmış   
 
Cədvəl  
Baykoksun E.tenella oosistalarına in vitro  təsiri 
 
İnkubasiya 
müddəti, 
saatla 
Baykoks 
K
2
Cr
2
O

məhlulu 
1ml/l 
2ml/l 
3ml/l 
12 




24 




36 
29 
26 
15 
26 
48 
45 
51 
32 
40 
60 
80 
78 
67 
83 
72 
86 
80 
72 
87 
 
Baykoksun  E.tenella  oosistalarına  in  vitro  təsirinin  müqayisəli  şəkildə  öyrənilməsi  göstərir  ki, 
preparatın  bütün  istifadə  edilən  qatılıqlı  məhlullarında  oosistaların  sporlaşması  gedir.  Məhlulun 
qatılığı  artdıqca  onda  oosistaların  sporlaşması  zəifləyir.  Baykoksun  yüksək  qatılıqlı  məhlulunda 
deformasiyaya 
uğrayan  oosistaların  sayı  da  yüksək  olmuşdur.  Göstərmək  lazımdır  ki, 
deformasiyaya  əsasən  sporlaşmış  oosistalar  uğrayır.  Bu  morfoloji  dəyişkənliklər  mikroskop  altında 
baxdıqda  aydın  nəzərə  çarpır. 
Beləliklə  alınan  nəticələrin  müqayisəli  təhlili  göstərir  ki,  2,5%-li  baykoksun  1ml/l,  2ml/l  və 
3ml/l  məhlulları  Eimeria  tenella  oosistaların  sporlaşma  prosesinə  bizim  əvvəlcədən  nəzərdə 
tutduğumuz  kimi  əks  təsir  göstərmir.  Bu  preparatın  oosistalara  in  vitro  təsirini  öyrənməkdə 
məqsədimiz  onun  oosistaları  ətraf  mühitdə  məhv  etməyə  qabil  olmasını  müəyyənləşdirmək 
olmuşdur.  Lakin,  təcrübələrin  nəticələri  bizim  gözlədiyimizin  əksini  verdi.  Bu  preparat,  hətta 
yüksək  qatılıqlarda 
oosistaların  inkişafını  dayandırmaq  əvəzinə,  sporlaşmasına  əlverişli  şərait yaratdı. 
Nəticə 
 2,5%-li  baykoksun  1ml/L,  2ml/L  və  3  ml/L  dozada  Eimeria  tenella  oosistalarının  normal 
sporlaşma  prosesinə  təsir etmədiyi  müəyyən  edilmişdir. 
 
ƏDƏBİYYAT 
1.Əhmədov  E.İ.  Ev  toyuqlarının  eymeriozu  (Eimeria  tenella)  və  müalicəsində  bəzi  parazitoloji  və 
zülal  mübadiləsi  göstəricilərinin  öyrənilməsi.  Biol.  elm. nam..... diss. avtoreferatı.  Bakı  2000,  29s. 
2.Musayev  M.Ə.,  Hacıyev  A.T.,  Yolçiyev  Y.Y.  və  b.  Azərbaycanda  ev  quşlarının  parazitləri  və 
onlara  qarşı  mübarizənin  elmi  əsasları.  Bakı,  Elm  1991,  160  s. 
3.Арнастаускене  Т.В.  Кокцидии  и  кокцидиозы  домашних  и  диких  животных  Литвы. 
Вильнюс,  Мокслас,  1985,  176  с. 21-25 
4.Усарова  Э.И.,  Даудова  Р.Д.  Влияние  природно-климатических  условий  Дагестана  на 
споруляцию  ооцист  кокцидий  рода  Eimeria  //  Известия  ДГПУ,  Естественные  и  точные  науки. 
2012,  № 3(20),  c. 46-49. 

- 63 - 
5.Утебаева, 
М.К. 
Влияние 
внешних 
факторов 
на 
споруляцию 
ооцист 
// 
Морфофизиологические 
и 
экологические 
особенности 
животного 
мира 
Центрального 
Казахстана:  Сб. науч. тр.. Караганда,  1985,  c. 105-108. 
6.Хейсин  Е.М.  Жизенные  циклы  кокцидий  домашних  животных.  Наука,  Ленинград,  1967, 
193с.  
7.Хованских  А.Е.,  Илюшечкин  Ю.П.,Кириллов  А.И.  Кокцидиоз  сельскохозяйственной 
птицы.  Л.:  Агропромиздат.  Ленинградское  отделение,  1990,  152с. 
8.Качанова  С.П.,  Коболова  И.А,  Современные  меры  и  средства  борьбы  с  кокцидиозом  кур 
// ВНИИТЭИСХ.,  1977,   с.36

45. 
9.Крылов  М.  В.,  Крилов  А.  И.,  Лоскот  В.И.,  Радчук  В.А..  Экономическая  эффективность 
борьбы с кокцидиозами  кур  // Ветеринария,  1975,  №8,   с. 62–63. 
10.Akhtar  M.,  Zafar  I  U.J.,  Hafeez  M.A,  et  al.  Some  observations  on  the  sporulation  of  oocysts  of 
genus  Eimeria // Pak. j. life  soc. sci.,  2003,  v.1(1),   p.78-79. 
11.Duncan  S.  The  effects  of  some  chemical  and  physical  agents  on  the  oocysts  of  the  pigeon 
coccidium,  Eimeria labbeana // J. Parasitol., 1959,  45,  p.193

197. 
12.Edgar  S.A.  Effect  of  temperature  on  the  sporulation  of  oocysts  of  the  proprepatent  period  of 
several specics of avian  coccidia  // J. Parasitol.,  1954,  41,  c.214-216. 
 
13.Gill  B.S.,  Ray  H.  N.  Glycogen  and  its  probable  signifcance  in  Eimeria  tenella,  Railliet  et  Lucet 
1891  // Ind. J. Vet. Sci.,  1954,  v.24,  p.223

228. 
14.J.G.  Li  ,  Z.P.  Liu,  J.P.  Tao.The  effects  of  nitric  oxide  donors  on  the  sporulation  of  Eimeria 
tenella  oocysts  // Veterinary  Parasitology,  2008,  v.154,   р.336–340 
15.Nematollahi  A.,  Moghaddam  G.,  Pourabad  R.  Prevalence  of  eimeria  species  among  broiler 
chicks  in  Tabriz  (northwest  of Iran) //  Mun. Ent. Zool.  J., 2009,  v.4(1),  с.109-113. 
16.Sun  X.,  Pang  W.,  Jia  T.,  Yan  W.,  et  al.  Prevalence  of  Eimeria  species  in  broilers with subclinical 
signs  from  fifty  farms // Avian  Dis. J., 2009,  v. 53(2),  p.301-305. 
17.Waldenstedt  L.,  Elwinger  K.,  Lunden  A.,  et  al.  Sporulation  of  Eimeria  maxima  oocysts  in  litter 
with  different  moisture  contents  //  Poultry  Science,  2001,  v.80,   p.1412–1415. 
 
ABSTRACT 
Elshad Ahmadov,  Mahira  Mammadova   
The in vitro effect of baykoksa on the oocyst eimeria tenella  
(Apicomplexa, Coccidia, Eimeriidae)  
The  paper  presents  data  on  the  in  vitro  effect  of  1  ml  /  l,  2  ml  /  l  and  3  ml/l    2.5%  baykoks  on 
sporulation  of  oocysts  Eimeria  tenella  within  12-72  hours.  It  were  revealed  that  at  a  temperature  of  29
0
 
C  and  after  72  h.  incubation  sporulating  72%  oocyst  in  3ml/l  solution  baykoks,    in  2  ml/l  -  80%,  and  in 
1ml  /l  -86%  oocysts.  During  the  same  time  sporulating  87%  oocysts  in  2%  solution  of    K
2
Cr
2
O
7
.  This 
shows that baykoks  does not prevent  sporulation  of oocysts  Eimeria tenella
 
РЕЗЮМЕ 
Эльшад  Ахмедов, Махира Мамедова  
Действие  in vitro байкокса на ооцисты eimeria tenella  
(Apicomplexa, Coccidia, Eimeriidae
В  статье  приводятся  данные  о  действие  in  vitro  1мл/л,  2мл/л  и  3мл/л  2,5  %  байкокса  на 
споруляцию  ооцист  E.tenella  в  течение  12-72  часов.  Было  выявлено,  что  при  температуре  29
0
  C  и 
через  72  ч.  инкубации    в  3мл/л  растворе  байкокса  спорулируются  72%,  в  2мл/л  -80%,  а  1мл/л  -
86%  ооцист.    В  течение  того  же  времени  в  2%  растворе  K
2
Cr
2
O

спорулируется  87% ооцист. Это 
доказывает, что байкокс  не препятствует   процессу  споруляции  ооцист  Eimeria  tenella
 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Biologiya  üzrə elmlər doktoru E.Məmmədov 
 
 

- 64 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
RAMİZ ƏLƏKBƏROV 
AMEA Naxçıvan Bölməsi 
E-mail: ramiz_alakbarli@mail.ru 
UOT:  574 
 
NAXÇIVAN  MUXTAR RESPUBLİKASI  FLORASINDA  YAYILAN  DALAMAZKİMİLƏR 
(LAMIACEAE  LINDL.) FƏSİLƏSİNİN PRUNELLA L. (BOĞAZOTU)  CİNSİNƏ DAXİL 
OLAN NÖVLƏRİN BİOMORFOLOJİ  VƏ MÜALİCƏVİ  XÜSUSİYYƏTLƏRİ   
 
Məqalədə  Naxçıvan  Muxtar  Respublikası  florasında  yayılan  Dalamazkimilər  (Lamiaceae 
Lindl.) fəsiləsinin Prunella L. cinsinə daxil olan növlərin biomorfoloji, ekoloj xarakteristikası, areal 
tipləri  və  istifadə  perispektivləri  haqqında  məlumat  verilmişdir.  Eyni  zamanda  mövcud  növlərin 
dünyada,  Azərbaycanda  və  Naxçıvan  Muxtar  Respublikası  ərazisində  yayılma  zonaları,  dərman 
kimi  istifadə  edilən  növlərin  çiçək  və  meyvəvermə  vaxtları,  kimyəvi,  farmakoloji  tərkibi, təsiri və 
müalicə istiqamətindən bəhs edilir. 
 
Açar  sözlər:  kirpikcik, boğazotu, lansetvari, epilepsiya, hipertireoz, diatez, abses, stomatit 
Keywords:  eyelash, 
hood grass, 
lancet, epilepsy, goiter, diathesis, abscess, stomatitis  
Ключевые  слова:  ресничка,  черноголовка,  ланцетно-образный,  эпилепсия, 
тиреотоксикоз, диатез, абсцесс, стоматит 
 
İqtisadiyyatın  inkişaf  etdirilməsində  təbii  sərvətlərin  aşkar  edilməsi,  tədqiqi,  istifadəsi, 
bərpası  və  mühafizəsi  dövlət  əhəmiyyətli  məsələlərdən  hesab  edilir.  Biomüxtəlifliyin  qorunması  və 
davamlı  istifadəsi  üçün  Azərbaycan  Respublikası  Dövləti  tərəfindən  xüsusi  proqram  işləri  həyata 
keçirilir.  Naxçıvan  Muxtar  Respublikası  florasının  tədqiqi  tarixinin  xronologiyasına  diqqət 
yetirdikdə  Lamiaceae  Lindl.  (Dalamazkimilər)  fəsiləsi  hərtərəfli  şəkildə  öyrənilməmişdir.  Belə  ki, 
bu 
fəsilənin 
biomorfologiyasının, 
ekologiyasının, 
yayılma 
qanunauyğunluqlarının, 
kimyəvi 
tərkibinin,  müalicə  istiqamətlərinin  və  istifadə  perispektivlərinin  aktuallığını  nəzərə  alaraq,  daha 
geniş  şəkildə  öyrənməyə  böyük  ehtiyac  vardır  (1,  s.  132-138;  2,  s.  115-119;  3,  s.  97-100).  Bu 
məqsədilə  qeyd  edilən  ərazidə  növlərin  botaniki,  ekobiomorfoloji,  müalicəvi  xüsusiyyətləri, 
yayılması,  kimyəvi,  famakoloji  tərkibi  və  təsiri  istiqamətləri,  toplanılması,  qurudulması,  elmi  və 
xalq  təbabətində  istifadə  imkanları  haqqında  tədqiqat  işlərinə  başlanılmış  və  davam  etdirilməkdədir 
(4, s. 169-175; 6, s. 195-196 ; 7, s. 189-195; 8, s. 13-17).  
Prunella  L  -  Boğazotu  cinsi  biomorfoloji  xüsusiyyətlərinə  görə  kasacığı  boruşəkilli-
zəngşəkilli,  çox  damarlı  (10),  ikidodaqlı,  yuxarı  dodağı  enli,  yastı,  qısa  üçbucaq-dişcikli,  aşağı 
dodağı  ikibölümlü  və  lansetvari  dişciklidir.  Çiçək  tacı  ikidodaqlı,  boruvari  enli  və  bükükdür.  Üst 
dodağı  dəbilqəyəbənzər  qatlanmış,  alt  dodağı  üçpərli  -  orta  pəri  iri,  dairəvi,  dişcikli,  yan  tərəfi  isə 
uzunsov  büküşlüdür.  Erkəkciyi  uzun,  saplağının  sonu  dişcikli  olmaqla,  tozluqdan  ibarətdir. 
Sütuncuğu  ikibölümlüdür.  Fındıqcıq  meyvələri  dairəvi,  uzunsov  və  hamardır.  Bu  bitki  çoxillik, 
bütövkənarlı,  dişcikli  və  ya  bölümlü  qanadlara  malikdir.  Çiçəkləri  sünbülvari  olub,  yumurtavaridir. 
Uzunsov  burulmuş  hamaşçiçəkləri  vardır.  Dünyanın  demək  olar  ki,  əksər  ölkələrində  bu  fəsilənin 
15  növünə  rast  gəlinir.  Qafqaz  və  Azərbaycanda  isə  3  növü  geniş  yayılımışdır  (9,  s.  494-498;  12,  s. 
825-827; 13, s. 9-14).  
 
 
 
 
 

- 65 - 
 
                 Prunella grandiflora (L.) Scholl.  - İriçiçək  boğazotu 
 
 
 
 
 
     
 
 
 
 
 
 
Çoxillik  çılpaq  və  ya  zəif  tükcüklü  bitki  olub,  sürünən  və  ya  dikduran  kökümsova  malikdir.  Gövdəsi 
düz  və  ya  azca  əyilməklə,  15-60  sm  uzunluğundadır.  Yarpaqları  saplaqlı,  uzunsov  və  ya 
yumurtavari-uzunsov  olub,  bütövkənarlıdır.  Çiçək  altlığı  pərdəli,  dairəvi,  kənarları  kirpikcikli  və 
qısa  itiucludur.  Hamaşçiçəkləri  sıx,  yumurtavari  və  ya  uzunsov  yarpaqlıdır.  Yuxarı  dodağının 
dişcikləri  enli  üçbucağabənzər,  itisonluqlu,  alt  dodağı  isə  ikibölümlü  olmaqla,  lansetvari  dişciklidir. 
Çiçək  tacı  16-27  mm  uzunluğunda  yasəməni-bənövşəyi  və  ya  qırmızımtıl  olmaqla,  çiçək  borucuğu 
bir  qədər  əyilmişdir.  Erkəkciyi  uzun  sapcıqdan  və  qısa,  küt  kiçik  təpəcikdən  ibarətdir.  Erkəkciyi 
uzun  sütuncuqludur.  Fındıqcıq  meyvələri  dairəvi  və  ya  dairəvi-yumurtavari  formalı,  2  mm 
uzunluğunda,  çılpaq  olub,  azacıq  qabarıqdır.  Tərkibində  saponinlər,  aşı  maddələri,  efir  yağları,  C  və 
K  vitaminləri  vardır.  Xalq  təbabətində  ishal,  bağırsaq,  öd,  vərəm  xəstəliklərində  və  şiş  zamanı  təyin 
edilir.  Dekorativ  bitki  kimi  də  istifadə  edilir.  İyun-avqust  aylarında  çiçəkləyir  və  meyvə  verir.  Orta 
və  yüksək  dağlıq  qurşaqlarının  çəmən  və  meşə  kənarlarında  yayılmışdır  (5,  s.  298-301;  10,  s.  39-46; 
11, s. 59-66).  
Ümumi  yayılması  -  Qafqaz  (Ön,  Qərbi  və  Şərqi  Qafqaz),  Krım,  Orta  Avropa,  Balkan  ölkələri, 
Kiçik  Asiya,  İran,  Şimali  Amerika.  İlk dəfə  Avropa  ərazisindən  elmə  daxil  edilmişdir.   
Naxçıvan  Muxtar  Respublikası  Ordubad  rayonu  Unus,  Culfa  rayonu  Göynük  (şərq  ərazisi) 
ərazilərinin  təpəlik  ətəklərində,  əsasən sıx  otluqlarda  rast gəlinir.   
 
Prunella vulgaris L. - Adi  boğazotu   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

- 66 - 
Çoxillik  ot  bitkisi  olub,  sürünən  uzun  kökümsovsa  malikdir.  Gövdəsi  düzqalxan  və  ya  bir 
qədər  əyilən,  demək  olar  ki,  çılpaq  və  ya  məxməri  tükcüklü  olmaqla,  (3)  8-40  (60)  sm 
uzunluğundadır.  Yarpaqları  saplaqlı,  2-6  sm  uzunluqda,  1-3  sm  enində,  yumurtavari  və  ya  uzunsov-
yumurtavari,  adətən,  pazvari,  zirvəsi  küt  və  ya  iti,  bütövkənarlı  olub,  seyrək  dişciklidir.  Çiçək 
köbəsi  buruq  başcıqlı  və  ya  sünbüləbənzər,  yumurtavari  və  ya  uzunsov  olmaqla,  oturaq 
yarpaqlardan  ibarətdir.  Çiçək  altlığı  oturaq,  enli  yumurtavari,  demək  olar  ki,  dairəvi,  ürəyəbənzər, 
zirvəsi  qısa  itiuclu,  adətən  purpur  rəngdən,  tünd-bənövşəyi  rəngə  qədər  dəyişən  tükcüklü  olub, 
kənarları  uzun  kirpikciklərdən  ibarətdir.  Kasacığı  ikidodaqlı,  alt  dodağı  yarıya  qədər  ikibölümlü 
lansetvari  dişcikli,  üst  dodağı  isə  qısa  olub,  itiuc  sonluqla  qurtarır.  Çiçək  tacı  bənövşəyi,  bəzən  ağ, 
8-12  sm  uzunluğunda  olub,  borucuğu  düzdür.  Meyvəsi  fındıqcıqlı,  yumurtavari  və  ya  ellipsvarı,  2 
mm  uzunluğunda,  hamar  və  parlaq  olub,  xaricdən  yastıdır.  Kimyəvi  tərkibi  əsasən  alkaloid,  qeyri-
üzvi  duzlar  (kalsium  xlorid),  efir  yağı,  kamfora,  fenxon  və  fenxil  spirtindən  ibarətdir.  Tərkibi  C 
vitamini  ilə  zəngindir.  Bu bitki  olduqca  zəhərlidir!!!   
Xalq  təbabətində  dəmləmə  və  bişirmələrindən  qankəsici  maddə  kimi  və  iltihabi  xəstəliklərdə, 
endemik  ur,  angina,  yuxarı  tənəffüs  yollarının  iltihabı,  öskürək,  mədə  sancısında,  ishal 
qanaxmalarında,  ürək  xəstəliklərində,  epilepsiya,  şəkərli  diabet,  difteriya,  qızdırma  ilə  müşayiət 
edilən  soyuqdəymələrdə,  qırtlaq  vərəmi,  hipertireoz,  qastroenterit,  dezinteriya  və  ginekoloyi 
xəstəliklərdə  işlədilir.  Xaricə  təyin  edilən  vannaları:  eksudativ  diatez,  dəri,  frunkulyoz,  abses, 
stomatit  xəstəliklərində  olduqca  səmərəlidir  (16, s. 123-130; 17, s. 423-435).  
Çin  təbabətində  vərəm,  endemik  ur  (zob),  Koreya  təbabətində  sidik  yolları,  limfoma,  xroniki 
artrit,  hipertonik  xəstəliklərdə  və  revmatik  artritlərdə  təyin  edilir.  Zəhərli  bitki  olduğundan  olduqca 
ehtiyatla  işlətmək  lazımdır!    
☼Bir  çay  qaşığı  bitki  2  saat  ərzində  1  stəkan  qaynanmış  suda  dəmlənilir,  bir  xörək  qaşığı 
məhlul  gündə  3-4  dəfə  qəbul  edilir.  Toxumlarında  16%  yağ  olur.  May-iyun-avqust  aylarında 
çiçəkləyir  və meyvə  verir  (14, s. 283-284; 15, s. 491-496).   
Azərbaycanın  Kür-Araz  ərazilərinin  aşağı  qurşaqlardan,  subalp  qurşaqlarına  qədər  meşə,  meşə 
kənarı,  bozqır,  kolluq,  çəmən,  bağ,  arx  və  yol  kənarlarında  rast  gəlinir.  Mezofit  bitki  olub,  boreal 
növ  kimi  yarımefemeroiddir.   
Ümumi  yayılması  -  Bütün  Qafqaz,  Orta  Avropa  (şimali  hissədən  başqa),  Qərbi  və  Şərqi  Sibir, 
Uzaq  Şərq,  Orta  Asiya,  Türkmənistan  dağlıq  və  Baltikyanı  ölkələr,  Kiçik  Asiya,  İran,  Hindistan, 
Çin,  Monqolstan,  Şimali  və  Cənubi  Amerika,  Yaponiya  və  Avstraliyada  yayılmışdır.  İlk  dəfə 
Avropadan  elmə  daxil  edilmişdir. 
  Naxçıvan  Muxtar  Respublikasının  Şahbuz  rayon  Nurs  (1600-1800  m.d.s.h),  Culfa  rayon 
Xəzinədərə  və Paradaş ərazilərinin  əsasən otluq  yerlərində  rast gəlinir. 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin