TƏBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/28
tarix28.11.2016
ölçüsü5,01 Kb.
#324
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

Növlərin  sayı-N/s
1. Aşağı dağlıq
1200-1500
2. Orta dağlıq
1500-2300
3. Yüksək  dağlıq 
2300-2800
4. Subalp 2800-
3200

- 47 - 
N/s:  6,
(6,89%)
N/s:  6,
(6,89%)
N/s:  24,
(27,59%)
N/s:  39,
(44,83%)
N/s:  8,
(9,20%)
N/s:  1,
(1,15%)
N/s:  3,
(3,45%)
Növlərin  sayı - N/s
Düzənlik
Dağətəyi
Aşağı dağlıq
Qrta dağlıq
Yüksək  dağlıq
Subalp
Alp
70  %  arasında  dəyişir.  Bu  qurşaqda  az-çox  dərəcədə  mezofit  dağ-bozqır  bitkiliyi  üstün  olub, 
Astragalus    Onobrychis  cinslərinə  məxsus  növlərin  əmələ  gətirdiyi  formasiyaların  bir-birini  əvəz 
etməsi  tez-tez  nəzərə  çarpır.Orta  dağlıq  qurşağı  üzrə  Astragalus  cinsinin  39  növü  yayılmışdır. 
Onlardan  10  növü-  A.  calycinus,  A.  glycyphyllos,  A.glycyphylloides,  A.  kochianus,  A.  persicus,  A. 
schachbuzensis,  A.  striatellus,  A.  takhtadzhjanii,  A.  aegobromus  aşağı  dağlıq  və  orta  dağlıq  (25,64 
%),  qalan  növlər  isə  A.  achundovii,  A.  angustiflorus,  A.  aznabjurticus,  A.  badamliensis,  A. 
chalilovii,  A.  choicus,  A. cornutus, A. compactus, A. erivanensis, A. fabaceus, A. grammocalyx, A. 
karakuschensis, A. lagurus, A. macrostachys, A. mesites, A. prilipkoanus, A. polyphyllus, A. regelii, 
A. robustus, A. sevangensis, A. viridis və s. (74,35 %)  orta dağlıq  qurşağı  üzrə  yayılmışdır.
   
Yüksək  dağ  qurşaqlarında  mexaniki,  kimyəvi  aşınmalar  və  eroziya  digər  qurşağa  nəzərən 
daha  intensiv  şəkildə  baş  verir.  Daha  sərt  yerlərdə  aşınma  ana  suxurların  üzə  çıxmasına  səbəb 
olmuşdur.  Bütün  bu  ərazilər  strukturlu  torpaq  qatı  ilə  örtülmüşdür.  Bəzi  ərazilərdə  torpaq  qatı 
tamamilə  sovrulmuş  çılpaq  qayalıqlara  da rast gəlinir. 
 
Yüksək  dağ  qurşaqlarının  bitkiləri  üçün  özünəməxsus  xüsusiyyətə  malik  ekoloji  faktorlar 
kompleksi  mövcuddur.  Yüksək  dağ  qurşaqlarında  havanın  təmizliyi  və  seyrəkliyi  nəticəsində  günəş 
radiyasiyasının  qiyməti  düzənlik  ərazilərə  nisbətən  yüksək  olur.  Xüsusən,  ultrabənövşəyi  şüalar 
düzənlik  ərazilərə  nisbətən  yüksək  dağlıq  ərazilərdə  nəzərən  çarpacaq  dərəcədə  yüksəkdir.  Digər 
tərəfdən  yüksək  dağlıq  ərazilərdə  temperaturun  aşağı  olması,  güclü  küləklər  bitkilərdə  vegetasiya 
müddətini  qısaldan  faktorlardandır.  Yüksək  dağlıq  ərazilərdə  rütubətlilik  rejimi  ərazinin  ümumi 
iqlim  fonuna  görə  formalaşır.  Buna  görədə  ümumi  halda  yüksək  dağ  qurşaqlarının  ekoloji  şəraiti, 
bütövlükdə  bitkilərin  həyat  fəaliyyətlərində,  xüsusən  onların  quruluşunda,  fiziologiyasında  və  fəsli 
inkişaflarında  mühüm  əhəmiyyət  kəsb edir.   
Yüksək  dağlıq  qurşağı  üzrə  Astragalus  cinsinin  8  növü  yayılmışdır.  Bunlardan  4  növü-  A. 
goktschaicus,  A.  pinetorum  və  s. (50 %) orta və yüksək dağlıq, 1 növü- A. polydala (12,5 %) subalp 
və alp,  3-ü, A. alpinus, A. gezeldarensis,  A. incertus (37,5 %) alp  qurşağı  üzrə  paylanmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
Diaqram  2: Astragalus L. cinsinə  aid  olan  növlərin  hündürlük 
qurşaqları  üzrə  paylanması 
Diaqramdan  göründüyü  kimi  düzənlik  və  dağətəyi  qurşaqlarına  cəmi  12  növ  daxildir.  Bu  da  
Astragalus  cinsinə  aid  növlərinin  16,66%-ni  təşkil  edir.  Aşağı  dağlıq  qurşağı  üzrə  24  növü  (33,33 
%)  yayılmışdır.  Ərazinin  orta  dağlıq  qurşağı  növlərinin  sayına  görə  digər  qurşaqlardan  daha 
zəngindir.  Bu  qurşaqda  39  növ  (54,16  %),  yüksək  dağlıq  qurşağı  üzrə    8  növü  (11,11  %)  qeydə 
alınmışdır. 
          Naxçıvan  MR  ərazisində  yayılan  Astracantha  və  Astragalus  növləri  əsasən  səhra,  yarımsəhra, 
dağ-kserofit,  bozqır,  alp  və subalp  bitkiliyində  müxtəlif  formasiyalar  əmələ  gətirir. 

- 48 - 
         Arazboyu  düzənlik  ərazilərdə  yоvşаnlı,  yоvşаnlı-şоrаnlı-еfеmеrli,  yоvşаnlı-şоrаnlı-yаğtikаnlı, 
şоrаnlı, 
şоrаnlı-yоvşаnlı, 
şоrаnlı-yоvşаnlı-tахıllı, 
şоrаnlı-yоvşаnlı-tахıllı-müхtəlifоtlu, 
şоrаnlı-
yаğtikаnlı  və  digər  bu  kimi  fitоsеnоzlаr  gеniş  yаyılmışdır.  Zaman-zaman  bu  fitosenozların  tərkibinə 
müxtəlif  gəvən  növlərinin  qarışması  fitosenozların  keyfiyyət  və  kəmiyyətcə  tərkiblərinin 
dəyişilməsinə,  bu da öz növbəsində  rəngarəngliyin  artmasına  səbəb olur. 
                                                                                                                                       Cədvəl  2  
Gəvənli
-
carıbaşlı-  -şоrаnlı-еfеmеrli  - öldürgənlik  fоrmаsiyаsının  növ  tərkibi  və 
quruluşu 
№ 
Növlərin  аdı 
Bоlluq 
Hündürlük,  sm-
lə 
Fеnоfаzа 
Yаrus 
1.
 
 
Artemisia lerchiana Web. 
2-3 
22-34 
vеg 

2.
 
 
Poa bulbosa L. 
1-2 
12-19 
mеyvə 
II 
3.
 
 
Hordeum leporinum Link. 

10-25 
mеyvə 
II 
4.
 
 
Astraqalus hajastanus 

20 
meyvə 
II 
5.
 
 
Vicia cinerea Bieb. 

5-8 
mеyvə 
III 
6.
 
 
Medicago minima (L.)  Bartalini 

5-7 
mеyvə 
III 
7.
 
 
Erodium cicutarium Her. 
1-2 
9-11 
mеyvə 
II 
8.
 
 
Achillea millefolium L. 

7-13 
çiçək 
III 
9.
 
 
Filago pyramidata L. 

7-9 
çiçək 
III 
10.
 
 
Allium rubellum Bieb. 
1-2 
20-22 
mеyvə 

11.
 
 
Gagea commutata C. Koch 
1-2 
10-13 
mеyvə 
II 
12.
 
 
Tulipa biflora Pall. 
1-2 
7-14 
mеyvə 
III 
13.
 
 
Fritillaria gibbosa Boiss. 
1-2 
8-16 
mеyvə 
II 
14.
 
 
İris caucasica Stev in Bieb. 
1-2 
2-3 
mеyvə 
III 
15.
 
 
Astragalus k ochianus 

15 
Meyvə 
II 
16.
 
 
A. paradoxus 

30 
vеg. 

17.
 
 
Eremopyrum orientale (L.) Jaub. et Spach 

19 
mеyvə 
II 
18.
 
 
Aegilops tauschii Coss. 

14 
mеyvə 
II 
19.
 
 
Lepidium perfoliatum L. 

16 
çiçək 
II 
20.
 
 
Medicago minima (L.)  Bartalini 
1-2 
5-7 
mеyvə 
III 
21.
 
 
Salsola ericoides Bieb. 
1-2 
21 
vеg. 
II 
22.
 
 
Salsola dendroides Pall. 
1-2 
35 
mеyvə 

23.
 
 
Suаeda microphylla Pall. 

27 
mеyvə 

24.
 
 
Ranunculus oxyspermus Willd. 


çiçək 
III 
25.
 
 
A. tribuloides 
2-3 
25-40 
mеyvə 
III 
26.
 
 
Atriplex tatarica L. 
1-2 
25-70 
çiçək 
II 
 
Bu  fitоsеnоzun  lаyihə  örtüyü  50-55%-ə  çаtır  ki,  оnun  dа  30-35%-i  еfеmеrlərin,  15-20%-i 
yоvşаnın,  5-10%-i isə  müхtəlifоtlаrın  pаyınа  düşür. 
Yarımsəhra  bitkiliyi  fraqmentlər  şəklində  səhra  bitki  qrupları  ilə  birlikdə  düzənlik  və  dağətəyi 
əraziləri  əhatə  edir.  Yarımsəhralar  ərazidə  1000  (1100)-1300  (1500)  m  yüksəkliklərə  qədər  davam 
edir.
 
Yovşanlı  yarımsəhra  bitki  qruplaşmalarında  efemerlərlə  yanaşı  taxıllar,  paxlalılar  və  müxtəlif 
otlar  iştirak  edir.  Bu  ərazilər  əsas  komponentlərinin  növ  tərkibinin  xüsusiyyətinə  görə  deyil 
həmçinin  bir  o  qədər  də  qruplaşmanın  tərkib  və  xarakterinə  görə  də  fərqlənir.  Xüsusilə  də  yovşan 
növlərinin  üstünlük  təşkil  etdiyi  formasiyalarda  taxıllı-yovşanlı  assosiyasiyalar  daha  çox  nəzərə 
çarpır.  Taxıllardan  soğanaqlı  qırtıc,  yapon  tonqalotu  -  Bromus  japonicus,  bərk  quramit  -  Lolium 
rigidium,  şərq  bozağı  -  Eremopyrum  orientale,  buğdayı  bozaq  -  E.  triticum,  daraqlı    ayrıq  - 
Agropyrоn    cristatum      Plаntаqо    оvаtа    L., Sylibium mаriаnum L.,  Cаlеndulа аrvеnsе L. kimi    
başqa    növlər  də  daha  çox  yayılmışdır.  Lerxian  yovşanı  qruplaşmalarında  xüsusilə  çoxlu  səhra 
ayırıqotu  və  topal,  bəzi  yerlərdə  Lessinq  şiyavına  daha  çox  rast  gəlinir.  Bəzi  ərazilərdə  daraqotu, 
çayır,  biyan  və  dəvətikanına  rast    gəlinir.  Paxlalıların  A.  andreyi,  A.  asterias,  A.  calycinus,  A. 
campylorrhynchus, A. hajastanus, A. kochianus, A. psiloglottis, A. striatellus, A. takhtadzhyanii, A. 

- 49 - 
tribuloides,  A.  paradoxus.  A.  corrugatus  kimi  növlərinə  müxtəlif  sahələrdə  az-çox  dərəcədə  rast 
gəlinir  (1, 4).                                                                                 
                                                                                                                               Cədvəl  3 
Şоrаnlı-gəngizli-  gəvənli
  -
еfеmеrli  yаrmsəhrаlаrdа  növ  sаyının 
mövsümi  dəyişilməsi 
№ 
 
           
           Bitkilərin  аdı 
Növlərin  100 m
2
  sаhədə miqdаrı 
Tədqiqаt  illəri 
2011 
2012 
2013 
2014 
2015 
1
 
  Bromus japonicus  Thunb. 
42 
33 
50 
75 
50 
2
 
  Anisantha tectorum  Nеvski 
89 
75 
90 
110 
91 
3
 
  Eremoropyrum triticeum  Nеvski 
26 
19 
16 
29 
23 
4
 
  Poa bulbosa  L. 
70 
48 
83 
96 
74 
5
 
  Astragalus psiloglottis 





6
 
  Taenatherum cristata  Nеvski 
34 
26 
21 
32 
28 
7
 
  Adonis flammeus  Jаcq. 
62 
32 
44 
57 
49 
8
 
  Erodium cicutarium  (L.)L.  Hеr
14 

12 
18 
13 
9
 
  Salsola nodulosa  (Mоq.) İljin 


10 
15 

10
 
  Astragalus striatellus 


13 
17 
23 
11
 
  Artemisia lerchiana 
10 
12 
15 
22 
15 
12
 
  Spinacia tetrandra Stеv
18 
10 
17 
19 
16 
13
 
  Astragalus takhtadzhyanii 
12 
17 
13 

17 
14
 
  Trigonella  аstrоidеs  Fisch. 
23 
21 
18 
23 
21 
15
 
  Medicago caerulea Lеss.   və b. 
18 
15 
20 
24 
19 
CƏMI: 
432 
330 
446 
546 
448 
Yarımsəhralarda  yayılan  gəvən  növləri  formasiya  şəklində  qruplaşma  əmələ  gətirməsələr  də 
kəmiyyət  və  keyfiyyət  dəyişkənliyinə  səbəb  olumaqla  bitki  qruplaşmalarının  rəngarəngliyində 
əhəmiyyətlidirlər. 
Orta  dağlıq  qurşağı  ekoloji  şəraitin  tədricən  dəyişilməsi  yarımsəhra  formasiyalarının 
tədricən  friqana  tipli  formasiyalarla  əvəzlənməsinə  səbəb  olur.  Bütünlüklə  dağ-kserofit  bitkiliyini 
(friqanaları)  təşkil  edən  formasiyaların  bütün  vegetasiya  müddətində  açıq  quruluşa  malik  olması 
onun  əsas  xarakterik  xüsusiyyətidir.  Dağ  kserofit  bitkiliyindəki  (friqana)  paxladənli-asrtakantalı 
qruplaşmalarda  28  növ  (10,77  %)  kol,  212  növ  (81,54  %)  çoxillik  ot,  20  növ  (7,69  %)  bir  və  ikiillik 
bitki  növünün  olduğu  müəyyənləşdirilmişdir  (5). 
Paxladənli-asrtakantalı    bitkilər  dağ  kserofit  (firqana)  bitkilik  tipinin  tərkibində  6  formasiya 
sinfi,  10 formasiya  və  22 assosiasiya  təşkil  edirlər. 
Qeyd  etmək  lazımdır  ki,  dağ-kserofit  bitkiliyində  tikanlı  yastıqşəkilli  gəvənlərin, 
akantolimonların  geniş  yayılması  çox  xarakterikdir.  Xüsusilə  daşlı,  daşlı-qayalı  və  qayalıq 
ərazilərdə  bu  bitkilər  daha  geniş  sahələr  əhatə  etməklə  müxtəlif    bitkilərlə  qarışıq  şəkildə  və  ya 
bütünlüklə  bu  bitkilərdən  ibarət  geniş  qruplaşmalar  əmələ  gətirirlər.  Növ  tərkibi  baxımından  bu 
fitosenozlar  bir  o  qədər  də  zəngin  olmasalar  da,  kifayət  qədər  davamlılıqları  ilə  fərqlənirlər.  Bu 
qruplaşmalar  yüksək  dağlığa  doğru  dağ  friqanalarında  daha  çox  yayılmışlar.  Nisbətən  aşağı 
ərazilərdə  çoxillik  otşəkilli  Astraqalus  prilipkoanus,  Thymus  kotschyanus  kimi  elementlərin 
üstünlük  təşkil  etdiyi  Stipa  holosericea,  Stipa  arabica,  Scutellaria  karjaginii,  Scrophularia  
cinerascens,  Aethionema  arabicum,  Eryngium    billardieri  kimi  elimentlərin  də  daxil  olduğu 
formasiyalara 
rast 
gəlinir. 
Dağ-kserofit 
bitkiliyinin 
(friqananın) 
əsas 
senozəmələgətirici 
elementlərinə  Astracantha  microcephala,  Astragalus  lagurus,  Teucrium  polium,  Stachys  inflata, 
Acanthophyllum mucronatumCaragana grandiflora, Thymus kotschyanus, Euphorbia seguieriana, 
Rhamnus  pallasii,    Onosma  sericea,  Hypericum  scabrum,  Pyrethrum  myriophyllum,  Onobrychis 
cornuta və s. növlər  daxildir.
        
 
 
Yuxarı  Qışlaq,  Zərnətün  çayı,  Səhlalı  ərazilərində  traqakantlı  gəvənlər  və  akantolimonlu 
formasiyaların  tərkibinə  Verbascum  szovitsianum,  Euphorbia  sequieriana,  Phlomis  orientalis, 
Teucrium  polium,  Stachys  lavandulifolia,  Asperula  glomerata,  Euphorbia  marschalliana  kimi 

- 50 - 
elementlərin  daxil  olduğu  Astraqaleto-acantholimonetum  formasiyası  geniş  yayılıbdır  ki,  bu 
tərkibdə  paxlalıkimilərin  Astraqalus  lagurus  və  qurşunçiçəyikimilərin  Acantolimon  karelinii    kimi 
növləri  üstünlük  təşkil  edirlər.    
       
Friqana  tipli  dağ-kserofit  bitkiliyinə  daxil  olan  bitkilərin  əksəriyyəti  suyun  buxarlanmasının 
qismən  qarşısının  alınmasına  xidmət  edən  vegetativ  orqanlarınında,  xüsusilə  yarpaqlarında  səthin 
azalmasına  təsir  edən  ekoloji  şəraitdə  yaşadıqlarından  qeyri-münbit  torpaqlara  və  daşlı-qayalı 
ərazilərə  yaxşı  adaptasiya  olunmuşlar  (7).  
Tərəfimizdən  aparılan  tədqiqatlar  nəticəsində  ilk  dəfə  olaraq  paxladənli-asrtakantalı  
növlərin  bozqır  bitkilik  tipində  1  formasiya  sinfi,  4  formasiya  və  11  assosiasiya  təşkil  etdiyi 
müəyyənləşdirilmişdir. 
Qariqa  tipli  bozqırlar  əsasən  ərazinin  şimal-şərq  və  cənub-qərb  ekspozisiyalarında  daha  çox 
yayılmışdır.  Bu  tip  formasiyalar  daşlı-çınqıllı  töküntülərdə,  qayalıqlar  arası  kiçik  sahələrdə  daha 
çox  nəzərə  çarpır.  Xüsusilə  antropogen  və  digər  təsirlər  nəticəsində  meşə  və  kolluqların  məhv 
olduğu  ərazilərdə  qariqa  elementləri  daha  çox  nəzərə  çarpır.  Bu  ərazilərdə  Rhamnus  spathulifolia, 
Rhamnus  pallasii,  Atraphaxis  spinosa,  Atraphaxis  angustifolia,  Amygdalus  fenzliana,  Juniperus 
foetidissima,  Astracantha  microcephala,  Astragalus  lagurus  və  s.  növlər  geniş  sahələr  əhatə  edərək 
açıq  fitosenozlar  əmələ  gətirirlər.
 
Friqanalarla  müqayisədə  bu  ərazilər  iqlimin  nisbətən  rütubətliliyi 
ilə  fərqlənsələr  də  dağ-bozqırlarından  az  fərqlənirlər.  Qariqa  komponentlərinin  yayıldığı  kolluqlar 
arasında  müxtəlif  tərkibdə  kserofit  bitkilərin  inkişafı  dağ  çölləri,  qaya  və  töküntü  bitkiliyi  ilə  daha 
çox  ortaq  xüsusiyyət  yaradır.  Bəzən  bu  ərazilərdə  paxlalı  bitkilərdən  Astracantha  aurea  və 
Astracantha  microcephala  növlərinin  müxtəlif  bitkilərin  iştirakı  ilə  əmələ  gətirdiyi  qruplaşmalara 
rast  gəlinir.  Nisbətən  aşağı  ərazilərdə  paxlalılardan  Astragalus  lagurus,  Astracantha 
stenonuchoides,  Astracantha  aurea,  Onobrychis  transcaucasica    Onobrychis  cornuta  kimi 
nölərin  üstünlüyü  ilə  formalaşan  qruplaşmaların  yayılması  müşahidə  olunur.  Bu  qruplaşmaların 
tərkibində  Thymus  collinus,  Thymus kotschyanus, Teucrium polium, Centaurea squarrosa, Pranqos 
ferulacea,  Pranqos  uloptera,  Senecio  vernalis,  Pyrethrum  chiliophyllum,  Stipa  hohenackeriana, 
Stipa  arabica  və  s.  kimi  ot  bitkiləri  də  yayılmışlar.  Astracantha    Onobrychis  növlərinin 
qruplaşmanın  tərkibində  olması  taxıl  və  mütəlif  ot  bitkilərinin  otarılmaya  qarşı  davamlıqlarının 
artmasına,  qorunub  saxlanmasında  yardım  etdiklərindən  bitkilərin  çoxalması  üçün  şərait  yaranır.  Bu 
fitosenozlarda  ali  bitkilərin  30-35%-i  iştirak  edir.  Otlaq  kimi  istifadə  edilən    bu  ərazilərdə  otlağın 
bolluğu  55-60%-dən 80-85%-ə çatır  (6). 
Kəklikotulu-gəvənli-topallıq 
(Thymus  kotschyanus  +Astragalus  euoplus+  Festuca 
sclerophylla)  qruplaşması  bu  ərazilərdə  daha  geniş  sahələri  əhatə  etməklə  yüksək  dağlıq  qurşağın 
çimli,  narıntorpaqlı  və  daşlı-qayalı  yamaclarında  yayılmışlar.  Batabat,  Əyriqar,  Salvartı,  Ağdaban, 
Keçəldağ,  Camalqala,  Ağabba  və  s.  ərazilərinin  dağ-  çəmən-  bozqır  torpaqlarının  yayıldığı  narın 
torpaqlı  dağ  yamaclarında  və  Ağ  karvansara  ətrafının  düzənlik  ərazilərində  kəklikotulu-gəvənli-
topallı  formasiyalar  daha  geniş  əraziləri  əhatə  edirlər.  Qruplaşmaya  daxil  olan  edifikatorların  hər 
üçü  ekoloji  şəraitdən  və  relyefdən  asılı  olaraq  bir-birini  əvəz  edir  və  birinin  digərinə  görə  üstünlüyü 
özünü  göstərir.  Lakin  bütün  hallarda  topal,  fitosenozların  formalaşmasında  digər  edifikatorlardan 
kəmiyyətcə  üstün  vəziyyətdə  çıxış  edir.  Edifikatorlardan  hər  hansı  birinin  üstün  nisbəti  mühit 
şəraitindən,  ərazilərin  meylliyindən,  sərtliyindən,  substratın  tərkibindən  və  ekoloji  şəraitdən  asılıdır. 
Belə  ki,  daşlı-qayalı  ərazilərdə  Astragalus  euoplus,  çınqıllı  yamaclarda  Festuca  sclerophylla+ 
Festuca  valesiaca,  torpaq  örtüyü  az  inkişaf  etmiş  skeletli  yamaclarda  isə  Thymus  kotschyanus 
növləri  üstünlük  təşkil  edir.  Çox  zaman  daşlı-qayalı  ərazilərdə  Astragalus  euoplus  növünə 
Astracantha  aurea  və  Astragalus  incertus  Ledeb.  kimi  növlər  də  əlavə  olunur.  Azdaşlı  və  narın 
torpaqlı  yamaclarda  kəklikotulu-topallı  qruplaşmalar  üstün  vəziyyətdə  olsalar  da  az-çox  dərəcədə 
bu  tərkibdə  Astragalus  incertus,  A.  saganlugensis,  A.  pinetorum    A,  euoplus növlərinə rast gəlinir. 
Yüksək  dağ  bozqırları  üçün  Thymeto-Astragaleto-Festucetum  qruplaşmaları  mütləq  xarakterə  malik 
deyildir,  belə  ki,  ərazilərdə  bu  qruplaşma  müxtəlif  variantlarda  təzahür  edir.  Göstərilən 
qruplaşmalar  üçün  Festuca  valesiaca  Gaudin,  Bromopsis  tomentella  Holub,  Poa  alpina  L., 
Scutellaria  sevanensis  Gross.,  Helichrysim  pallasii  Ledeb.,  Plantaqo  saxatilis  Bieb.,  Stachys 
macrostachya  Briq.,  Potentilla  arqaea  Bois.,  Alchemilla  erythropda  Juz.,  Nepeta  betonicifolia 

- 51 - 
C.A.Mey.,  Artemisia  splendens  Wild.,  Pimpinella  saxifraqa  L.,  Minuartia  oreina  Schischk., 
Astragalus  lagurus  Willd.,    Ajuga  orientalis  L.,  Astragalus  incertus  Ledeb.  kimi  növlər  daha  çox 
xarakterikdir.   
                                                                                                                               Cədvəl  4 
Kəklikotulu-gəvənli-topallı  dağ bozqırlarının  quruluşu   və növ  tərkibi 
№ 
Növlərin  adı 
Bolluq, 
balla 
Hündürlük,   
sm-lə 
Fenofaza 
Yarus 
1.
 
 Festuca sclerophylla  Boiss.  ex  Bisch. 
2-3 
65-120 
Çiçək 

2.
 
 Festuca valesiaca Gaudin 
      2 
60-125 
Çiçək 

3.
 
 Bromopsis tomentella Holub, 

30-50 
Çiçək 
II 
4.
 
 Helichrysim  pallasii  Ledeb. 

20-35 
Çiçək 
II 
5.
 
 Plantaqo saxatilis Bieb. 

10-25 
Çiçək 
III 
6.
 
 Stachys macrostachya Briq. 

25-30 
Qönçə 
II 
7.
 
 Thymus kotschyanus Boiss.  et Hohen. 
2-3 
8-16 
Çiçək 
IV 
8.
 
 Astragalus euoplus Trautv. 
2-3 
22-25 
Çiçək 
III 
9.
 
 
  Scutellaria sevanensis Sosn. ex Grossh. 
1-2 
15-20 
Qönçə 
III 
10.
 
 Campanula trautvetteri Grossh. 

45-90 
Çiçək 

11.
 
 Potentilla arqaea Bois. 

15-25 
Çiçək 
III 
12.
 
 Achillea millefolium L. 

15-70 
Çiçək 

13.
 
 Nepeta trautvetteri Boiss.et Buhse 

50-65 
Çiçək 
II 
14.
 
 Artemisia splendens Wild. 

15-25 
Çiçək 
II 
15.
 
 Pimpinella saxifraqa L. 

25-60 
Çiçək 
II 
16.
 
 Minuartia oreina Schischk. 

4-15 
Çiçək 
IV 
17.
 
 Astragalus lagurus Willd. 
2-3 
35-40 
Qönçə 
III 
18.
 
 Ajuga orientalis L. 

10-20 
Meyvə 
IV 
19.
 
 Astragalus incertus Ledeb. 

10-25 
Çiçək 
IV 
Assosiasiyanın  dominantı  topalın  (Festuca  sclerophylla  Boiss.  ex  Bisch.-valesiaca  Gaudin.
bolluğu  3-4  bal,  subdominantı–Koçi  kəklikotusu  (Thymus  kotschyanus  Boiss.  et  Hohen.)  və  tikanlı 
gəvən  (Astracantha  euopleus  Trautv.)  hesab  edilir.  Bu  assosiasiyada  fitosenozun  layihə  örtüyü  50-
70%-ə bərabərdir. 
Müşahidələr  göstərir  ki,  gəvən  cinsinə  daxil  olan  elementlər  arasında  senopapulyasiya 
əmələgətirən  növlər  çox  az  yayılıbdır.  Meşə  sahələrinin  daha  çox  olduğu  orta  qurşaqda  gəvən 
növləri  açıq  ərazilərdə  daha  çox  yayılıb  və  keyfiyyət  və  kəmiyyətcə  daha  üstün  vəziyyətdədirlər. 
Digər  tərəfdən  müxtəlif  növlər  vertikal  şəkildə  müxtəlif  dağ  qurşaqlarında  yayılan  müxtəlif  bitki 
formasiyalarının 
tərkibinə 
daxil 
olmaqla 
bitki 
qruplaşmalarının 
formalaşmasında 
mühüm 
əhəmiyyətə  malikdirlər.  Məsələn  Astragalus  arquricus  d.s.-dən  800-2000m  yüksəkliklərdə  yayılan  
müxtəlifotlu-topallı  çollərdə  və  dağ  palıdlıq  kolluqları  arasındakı  açıqlıqlarda,  Astragalus 
sevangensis  isə  d.s.-dən  1300-2500  m  hündürlüklərdəki  meşə  sonrası  topallı-müxtəlifotlu  və  şiyavlı 
(Stipa)-topallı  çöllərin  bitkiliyinin  tərkibinə  daxil  olur.  Eyni  qurşaq  daxilində  ekoloji-senotik 
müxtəlifliklərin,  mozaika  əmələ  gətirən  açıq  qruplaşmaların,  otlu-kollu  senozların  və  meşəaltı 
bitkilik  sisteminin  formalaşmasında  gəvənlərin  özünəməxsus  yeri  vardır.  Qeyd  etmək  lazımdır  ki, 
müasir  gəvən  növlərinin  əksəriyyəti  əsasən  meşəsiz  ərazilərdə  yayılıbdır.  Çox  az  sayda  gəvən 
növləri  meşə  mühitinə  uyğunlaşmışdır. 
Meşəaltı  ot  örtüyünün  formalaşmasında    Anthriscus  sylvestris,  Astrantia  maxima,  Poa 
nemoralis,  Dactylis  glomerata,  Campanula  latifolia,  Delphinium  szowitsianum,  Primula 
macrocalyx,  Chaerophyllum  macrospermum,    Dryopteris  filix -mas,  Polygonatum  verticillatum, 
Astragalus  glycyphyllos,  Astragalus  glycyphylloides    s.  bitki  növləri  xarakterikdir.
 
Bu  bitkilər  sıx 
ağaclı  meşə  altında  sıx  örtük  əmələ  gətirməyib,  sadəcə  qrup  şəklində  və  ya  tək-tək,  birbirindən  aralı 
yerləşirlər.  Lakin  bəzi  hallarda  ağacların  seyrəkləşdiyi  meşələrdə  sıx  örtük  əmələ  gətirmə  hallarına 
da  rast  gəlinir.  Seyrək  ağaclıq  ərazilərdə  Astragalus  glycyphyllos  Astragalus  glycyphylloides  növü 
meşəaltı  müxtəlif    bitki  növləri  ilə  qarışaraq  müxtəlif  assosiasiyalar  əmələ  gətirirlər.  Qruplaşmaların 
tərkibinə  müxtəlif  otluğun    Bromopsis  benekenii,  Milium  effusum,  Arrenatherum  elatius, 

- 52 - 
Campanula
 
latifolia,  Campanula  rapunculoides,  Stenotaenia  macrocarpa,  Avena  persica, 
Chaerophyllum  aureum,  Anthriscus  sylvestris,  Origanum  vulgare,    Poa  nemoralis    və  s. 
nümayəndələri  ilə  yanaşı  paxlalılardan  Securigera  varia,  Vicia  variabilis,  Vicia  per-  egrina.  Vicia 
balansae,  Trifolium  pratense,  Lathyrus  miniatus,  Lathyrus  sylvestris,  kimi  növlər  də  qarışır. 
Meşəarası  açıqlıqlarda  yayılmış  mezofit  çəmənlərdə  Astraqalus  cicer,  Onobrychis  hajastana  növləri 
geniş  yayılıbdır.   
Subalp  qurşaq  yüksək  dağlıq  əraziləri  əhatə  edir.  Bu  ərazilər  əsasən  hamar    sahələr  olub, 
bəzi  yerlərdə  sərt  qayalıqlı  dağ  dərələrinə  rast  gəlinir.  Dağ-çəmən  torpaqları  üzərində  subalp 
hündürotluğu,  mezofit  təbiətli  müxtəlifotlu-taxıllı  çəmən  və  çəmən  bozqır  bitkiliyi  formalaşmışdır. 
Subalp  çəmənləri  çox  zaman  daşlı-qayalı  ərazilərdə,    meylliyi  artıq  olan  sahələrdə  parçalanaraq 
fraqmentlər  şəklində  nəzərə  çarpır.  Mezofit  təbiətli      subalp  hündürotluğu,  müxtəlifotlu-taxıllı 
çəmən  bitkiliyinin  tərkibində
 
Astragalus  glycyphylloides,    A.  glycyphyllos  kimi  növlrə  tez-tez  rast 
gəlinir.  Nisbətən  rütubətli  ərazilərdə  bu  təkibdə    A.  goktschaicus  və    A.  cicer
 
növünə  də  rast  gəlinir. 
Meşə  bitkiliyindən  fərqli  olaraq  subalp  elementləri  yeni  qruplaşmalar  əmələ  gətirə  bilməsələr  də 
müxtəlif  fitosenozların  formalaşmasında  mühüm  əhəmiyyətli  bitkilər  kimi  çıxış  edirlər  (2, 8).  
        Keçili  kəndindən  yuxarı  Ağabba  və  Camalqala  ərazisində,  Batabat  yaylağındakı  Zorbulaq, 
Xəzinə  təpəsi,  Dikdaş  kimi  ərazilərdə  Astracantha  insidiosa,  A.  aurea,  A.  flavirubens  kimi  növlər 
müxtəlif  bitkilərlə,  xüsusən,  Chaerophylleta  aureum,  Pastinaca  armena,  Cephalaria    procera,  
C.armeniacaBromopsis variegataDeschampsia caespitosaPoa pratensisPotentilla argaea Poa 
nemoralis,  Poa  bulbosa,  Poa  pratensis,  Ranunculus  caucasicus,  Ranunculus    meyerianus
Potentilla  argentea,  Filipendula  ulmaria,  Inula    auriculata,  Phleum  phleoides,  Phleum  pretense
Festuca  valesiaca,  Dactulis  glomerata,  paxlalılardan  Trifolium  canescens,  Trifolium  pretense,  T. 
fontanumT. trichocephalumT.mediumVicia balansaeV. nissolianaV.grossheimiiV. variabilis
Lens  ervoides,  Lotus  tenuis,  L.corniculatus,  Lathyrus    chloranthys,  L.  pratensis,  L.  aphaca  kimi 
mezofit  növlərlə  əmələ  gətirdiyi  qruplaşmalar  geniş  əraziləri  əhatə  edirlər.  Bəzən  bu  tərkibə  az-çox 
dərəcədə  Astragalus  glycyphyllos,  A.  falcatus  kimi  növlər  də  əlavə  olunur.  Ordubad  rayonunun 
Cənnəb  kəndi  ərazisində  Astragalus  finitimus  növünün  əmələ  gətirdiyi  assosiasiyaya  yalnız  bu 
ərazidə  rast  gəlinmişdir.  Yüksəkliyə  doğru  bitki  qruplaşmalarının  tərkibində  az  miqdarda  olsa  da 
Astragalus polygala, A. goktschaicus, A. gezeldarensis  kimi  növlərə  də təsadüf  olunur. 
 Alp  qurşğın  bitkiliyi  dağ-çəmən  çimli  torpaqlar  üzərində  formalaşmış  dağların  yəhər 
hissələrini  əhatə  etməklə    çox  da  geniş  əraziləri  əhatə  etmirlər.  Alp  qurşağın  alp  xalıları  və  çəmən 
qruplaşmalarında  Alchemilla  sericea,  Carum  caucasicum,  Plantago  saxatilis,  Taraxacum  stevenii.
kimi  bitkilər  geniş  əraziləri  əhatə  etsələr  də  kserofit  təbiətli  cənub  ekspozisiyalardakı  sərt 
yamaclarda  gəvən  növlərinin  digər  kserofit  bitkilərdən  ibarət  qruplaşmalar  tərkibində  geniş  şəkildə 
yayılması  nəzərdən  qaçmır.  Yüksək  dağ  qurşağı  bitkilərinə  bu  qurşağa  məxsus  ekoloji  faktorlar 
kompleksi  təsir  edir.  Bu  ərazi  bitkilərinin  həyat  fəaliyyətlərində,  fəsli  inkişaflarında,  quruluş  və 
fiziologiyasında  bu  faktorlar  xüsusi  əhəmiyytlidirlər.  Xüsusilə  yastıqşəkilli,  cırtdanboylu,  yerəyatan 
və  s.  əlamətlərə  malik  bitkilər  bu  ərazilərdə  çox  yayılmışlar.  Yüksək  dağlıq  ərazilərin  cənub  və 
cənub-şərq  ekspozisiyalı  sahələrindəki  daşlı-qayalı  ərazilərdə  Acantholimon        araxanum      Bunge,   
Astracantha    aurea   (Willd.)  Podlech,  A.   microcephala (Willd.) Podlech,  Onobrychis   cornuta 
kimi  bitki  növləri  ilə  yanaşı  Draba  bruniifolia  Stev.,  Campanula  aucheri  A.DC.,  Astragalus 
incertus  Ledeb.,  Saxifraga  cartilaginae  Willd.,  Saxifraga  sibirica  L.,  Arabis  caucasica  Schlecht 
kimi  yastıqşəkilli  bitki  növlərinin  də  yayılması  xarakterikdir.  Göstərilən  bitkilərlə  yanaşı  ara-sıra
  
Astragalus  incertus, 
 
Astragalus  polygala,    Astragalus  gezeldarensis
 
kimi  növlərə  də  rast  gəlinir.  
Mezofit  təbiətli  çəmənlik  ərazilərdə  Astragalus
 
alpinus  növü  yayılıbdır.  Alp  qurşağın  cənub  və 
cənub-şərq  istiqamətli  ekspozisiyalarındakı  ərazilərdə  yerləşən  daşlı-qayalı  sahələrdə  və  nisbətən 
sərtsahələrdə    akantolimonlu-traqakantlı  qruplaşmaların  geniş  yayıldığı  nəzərdən  qaçmır.  Bu 
ərazilərdə  Astragalus  euoplus,    Astracantha  aurea  kimi  növlər  akantolimonlarla  geniş  əraziləri 
əhatə  edirlər.  Daşlı-qayalı  ərazilərdəki  fitosenozların  tərkibinə  adətən    Draba  bruniifoli,  Campanula  
tridentata,  Minuartia    oreina  (Mattf.)  Schischk.,  Sibbaldia      parviflora    kimi  kiçik  yastıqşəkilli 
bitkilər  də  daxil  olur.  Daşlı-qayalı  alp  xalıları  əsasən  töküntü  və  qayalıqlarla  parçalanaraq  zolaqlar 
şəklində  nəzərə  çarpırlar.  Alp  xalılarının  yayıldığı  ərazilər  mütəmadi  şəkildə  otarılmaya  məruz 

- 53 - 
qaldığından  bu  ərazilərdə  eroziya  prosesi  sürətlənmiş,  bu  səbəbdən  bir  çox  bitki  növlərinin 
məhvolma  təhlükəsi  artmışdır. 
Paxlalı  birkilər  bəşəriyyətin  həyatında  özünün  bioresus  əlamətləri  ilə  olduqca  böyük 
əhəmiyyət  kəsb  edir.  Onlar  məişətimizdə  qida  kimi,  heyvandarlıqda  yem  şəklində,  onlarla 
xəstəliklərlə  mübarizədə,  sahələrin  eroziyalaşmasının  və  səhralaşmasının  qarşısının  alınmasında 
istifadə  olunur.  Eyni  zamanda  mənzillərin  bəzədilməsində,  balgətirici  xüsusiyyətlərinə  görə  bu 
bitkilər  gərəkli  və məqsədyönlü  istifadə  olunmaqdadır. 
Astragalus  cicer  növünün  tərkibində  triterpenoidlər,  senoninlər,  alkolodlər,  flavonoidlər, 
izopamiltin,  apigenin,  astrasiseran  aşkar  edilib.  Belorusiyada  onu  ürək  və  mədə  bağırsaq 
xəstəliklərində  istifadə  edirlər.  O,  hipotenzit  və  sakitləşdirici  təsirli  taxikaroliya  yaradır.  Tənəffüsü 
qıcıqlandırır,  xolinolitiq  və  hipoxolesterinemik  keyfiyyəti  verir,  qanda  likoproteyinlərin  miqdarını 
azaldır,  toxumalarda  adrinalin  və  noradrenalini  azaldır,  bakteriosit  aktivlik  göstərir.   
A.  dasyanthus  astraqalın  dəmlənməsi  effektiv  vasitə  kimi  xroniki  ürək  çatışmamazlığında, 
stenokaroliyada,  hiperbaniya  xəstəliyinin  ilkin  mərhələsində,  ödemlərdə  və  böyrəklərin  damar 
çatışmamazlığında  (kəskin  və  xroniki  nefrit)  istifadə  edilməsinə  icazə  verilir.  Sidik  ifrazını  artırır, 
qaraciyərin  toksiki  zədələnməsində  də  əhəmiyyətli  hesab  edilir  və  sedativ  antioksidant  təsirə 
malikdir.  Təsir  mexanizmini  zəngin  kimyəvi  tərkibini  bəzi  mikroelementlərin  və  qılıcızinin  olması 
bitkinin  zəhərli  təsiri  az  olan  xüsusiyyətini  nəzərə  alsaq  o,  dermotologiyada,  ekzermalarda, 
neyrodermitlərdə,  sklerodereniyada,  psiriyasta,  vitiliqada,  dazlıqda  müsbət  nəticə  alınır.  Xalq 
təbabətində  astraqal  A.  dasyanthus  yanıqlarda,  oynaqlarda  ağrılı  revamatizimdə,  sinir 
xəstəliklərində,  bəlqəmgətirici  kmi  qusma  yaradan  tərləyici,  islədici,  qandayandırıcı  vasitə  kimi 
istifadə  olunur.    
Təbabətdə  A.  falcatus  dərman  xammalı  kimi  yarpaqlarından  və  çiçəklərindən  istifadə  olunur. 
Onun  tərkibində  olan  robinin  əsasında  azoteniya  qarşı  təsirli  böyrəyin  müxtəlif  xəstəliklərində 
işlədilən  dərmanı  hazırlanıb.  O,  böyrəyin  azot  çıxarıcı  funksiyasını  artırır,  qanda  qalıq  azotun,  sidik 
cövhərini  azaldır  və  kriatinin  miqdarını  azaldır.  Onu  hiperazofemiya  üstünlüyü  ilə  keçən  xroniki 
böyrək çatışmamazlığı  kompleks  müalicə  daxilində  işlədilir. 
A.  qlycyphyllos  astraqalından
 
Volqaboyu  ərazidə  sinir  xəstəliklərinin  müalicəsində  istifadə 
olunur.  Ukraynada  dəmləməsi  sidikqovucu,  işlədici,  bəlğəmgətirici  kimi,  eləcə  də  skroflozda, 
dermofitlərdə,  zöhrəvi  xəstəliklərdə  revmatizmdə  işlədilir.  Fransada  yumuşaldıcı,  sidikqovucu, 
havatəmizləyici  kimi  istifadə  olunur.  Belarusiyada  torpaqüstü  hissəsinin  dəmlənməsi  uteropfozda, 
mədə  xəstəliklərində,  dizenteriyada,  kəllə  dərisinin  dermafomikozlarında,  Karpatda-sidikqovucu 
kimi  böyrəkdaşı  xəstəliklərində,  böyrəyin  və  sidik  yollarının  başqa  xəstəliklərində,  bəlğəmgətirici 
kimi,  kəsgin  respirator  xəstəliklərində,  revmatizimdə,  artragiyalarda,  diareyada,  dermafitlərdə, 
gnikologiyada,  doğuşu  stimulyasiya  edən  və  plasentanın  ayrılmasını  sürətləndirən  vasitə  kimi, 
Bolqariyada  astraqalın  dəmlənməsindən  hipertaniya  xəstəliyində,  qastroenteritlərdə,  meteorezimdə, 
ishalda,  laktopen  vasitə  kimi,  işiasta,  varinoz  dermafitlərdə  istifadə  olunur.  Yarpaqların  ekstraktı 
eksperimentdə  mayaqıcqırma  əleyhinə  təsir  göstərir.  Qafqazda  yarpaq  və  toxumlarından  böyrəkdaşı 
xəstəliklərində,  oliqauryada,  skrobulyozda,  dermafitlərdə  işlədici  kimi  işlədilir  (9). 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin