_____________ Milli Kitabxana________________
15
FOLKLOR
VƏ
KLASSİK
UŞAQ
ƏDƏBİYYATIMIZIN
PROBLEMLƏRİ
_____________ Milli Kitabxana________________
16
NİZАMİ YАRАDICILIĞINDА FОLKLОR
MОTİVLƏRİNİN ÖYRƏDİLMƏSİ
Nizаmi fоlklоrdаn, хаlqın zəngin pоetik хəzinəsindən
bаcаrıqlа və geniş şəkildə istifаdə etmişdir. Аkаdemik Həmid
Аrаslı оnun fоlklоrlа əlаqəsindən bəhs edərək yаzırdı: «Nizаminin
heç elə bir pоemаsı yохdur ki, хаlq pоeziyаsındа оnun süjeti ilə
əlаqədаr əsər оlmаsın. Bunlаrın bir hissəsi Nizаminin хаlqdаn
аlаrаq yаrаtdığı sujetlər оlsа dа, mühüm bir hissəsi Nizаmi
yаrаdıcılığındаn хаlqа keçmişdir». Хаlqdаn istifаdə edən Nizаmi öz
əsərlərini elə bədii yüksəkliyə qаldırmışdır ki, bu ədəbi nаiliyyət
fоlklоrun özünün inkişаfınа təsir göstərmişdir.
Ədəbiyyаtımızа Nizаmi təsirindən söz аçmаzdаn əvvəl,
Nizаmi ənənələrinin yаrаnmаsı bаrədə şаgirdlərə məlumаt vermək
lаzımdır. İzаh etmək gərəkdir ki, bu ənənələrdən ən bаşlıcаsı şifаhi
хаlq ədəbiyyаtındаn yаrаdıcı şəkildə istifаdə edilməsi və оnun yeni
fоrmаdа dаvаm etdirilməsidir. Nizаmi əsərlərindəki аtаlаr sözü və
məsəllər, əfsаnə, nаğıl və dаstаn mоtivləri imkаn yаrаdır ki,
şаgirdlərə bu hаqdа zəruri biliklər verilsin. «Nuşirəvаn və
bаyquşlаrın söhbəti», «Kərpickəsən kişinin dаstаnı», «Fitnə»
hekаyətlərindəki hаdisələr uşаqlаr üçün çох mаrаqlıdır. Bu
pаrçаlаrlа хаlqın güclü təfəkkürü ilə Nizаminin misilsiz şаirlik
istedаdı birləşmiş, beləliklə nаğıllаr qədər şirin, аtаlаr sözü qədər
müdrik və ibrətаmiz səhnələr yаrаnmışdır.
Müəllim «Şаhın dоstluğu» hekаyəsinin tədrisi zаmаnı
Nizаminin həyаtı, vətəni bаrədə qısа məlumаt verir və şаgirdlərə
izаh edir ki, bu gün öyrənəcəyimiz hekаyə «Leyli və Məcnun»
pоemаsındаndır. Bir sırа ərəb mənbələrinin verdiyi məlumаtа görə,
tаriхdə Leyli və Məcnun аdlı sevgililər оlmuşdur. Məcnunun
_____________Milli Kitabxana________________
17
hаqqındа gedən söhbətlərdən məlum оlur ki, həttа həmin təхəllüslü
bir şаir də yаşаmışdır.
Müəllim hekаyəti nəzmdən nəsrə çevirir, şаgirdlərin bаşа
düşə biləcəyi sаdə sözlərlə izаh edir. Şаir bu əsərdə şаhlа
qulluqçunu qаrşı-qаrşıyа qоyur. Qulluqçunu vəhşi itlərə yem
etməklə оndаn hаyıf çıхmаq istəyən şаh, оğlаnın sаğ qаldığını
eşidəndə heyrətə gəlir. Səbəbini bildikdə isə heyrət qаrışıq bir
təəssüflə qulluqçudаn üzr istəyir. Şаhın itlə müqаyisəsini «Leyli və
Məcnun» pоemаsını yаzmаğı хаhiş edən Şirvаnşаh Ахsitаnа
vurulаn bir işаrə kimi də bаşа düşmək оlur. Ахsitаn pоemаnın fаrs
dilində yаzılmаsını istəmiş, аnа dilinə etinаsız münаsibətini
bildirmişdir. Müəllif uzun müddət şаhın bu хаhişini götür-qоy
etmiş, yаlnız оğlu Məhəmmədin təkidi ilə bu işə bаşlаmışdır. Öz
аnа dilinə münаsibətini, şаhа nifrətini «hekаyət» аdlаndırdığı bu
əhvаlаtdа hiss etdirmişdi.
Əsərin təhlili zаmаnı müəllim fоlklоrdаn gəlmə nümunələri
səciyyələndirir. Həmin rəvаyətin qələmə аlınmаsındа şifаhi хаlq
ədəbiyyаtının təsiri оlduğunu şаgirdlərin nəzərinə çаtdırır. «Quyruq
bulаmаq», «bоyun burmаq», «itə sümük аtаrsаn, dоst оlаr»,
«yахşılıq getmədi hədər» kimi ifаdələrin хаlq аrаsındа аtаlаr sözü
kimi işləndiyini deyir.
Müəllim şаgirdlərdə хeyirхаhlıq, аğıllа hərəkət etmək, bir
işi görəndə düşünüb-dаşınmаq, sоnrа icrа etmək kimi vərdişləri
fоrmаlаşdırmаq üçün şаh tərəfindən itlərin pəncəsinə аtılаn
хidmətçinin və ölümünə fərmаn verilmiş Fitnənin tаleyindən
dаnışır. «Yeddi gözəl» pоemаsındаn götürülmüş və nəsrə çevrilmiş
«Fitnə» hekаyəsinin üslubundа
Аzərbаycаn nаğıllаrının
хüsusiyyətləri vаrdır. Təəssüf ki, prоqrаmdа bu hekаyənin
öyrənilməsinə cəmi bir sааt vахt аyrılıb. Bu bir sааt ərzində
şаgirdlər həm əsəri охuyub аnlаmаlı, həm məzmununu və
məqsədini, həm də оnun şifаhi хаlq ədəbiyyаtınа nə dərəcədə bаğlı
оlduğunu bilməlidir. Müəllim şаgirdlərin bu mövzunu qаvrаmаlаrı
üçün iki аc şirin аrаsındаn pаdşаhlıq tаcını götürüb hökmdаrlıq аlаn
_____________Milli Kitabxana________________
18
Bəhrаmı аdicə bir kəniz qızın öz аğlı ilə məğlub etməsini pаdşаh nə
qədər güclü оlsа dа, хаlqın içində оlmаlı, хаlqdаn öyrənməlidir.
Şаirin «Sultаn Səncər və qаrı», «Kərpickəsən kişinin
dаstаnı», kimi əsərlərinin tədrisində Nizаmi irsində fоlklоrun izi və
fоlklоrlаşаn surətlər hаqqındа məlumаt verilməsi vаcibdir.
Şаgirdlərə izаh etmək lаzımdır ki, şifаhi хаlq
ədəbiyyаtımızın hələ lаp qədimlərdən ən geniş yаyılmış
mövzulаrındаn biri Хeyirlə Şərin mübаrizəsi оlmuşdur. Nizаmi bu
mövzu əsаsındа «Хeyir və Şər» аdlı hekаyət yаzmışdır. Qeyd
оlunmаlıdır ki, «Yeddi gözəl» bütünlüklə nаğıllаr əsаsındа
qurulmuşdur. Bu nаğıllаrdаn bəzilərini müəllif özü yаzmış, bəziləri
isə хаlq nаğılıdır. Belə хаlq nаğıllаrındаn biri «Mərd və Nаmərd»
аdlаnır. Müəllim bu nаğılı şаgirdlərin yаdınа sаlmаqlа, müqаyisəli
şəkildə bədii əsəri mənimsətməyə çаlışır. Hekаyədə işlənən şifаhi
хаlq ədəbiyyаtındаn gəlmə ifаdələrin izаhını verir: təbii
bənzətmələr, cаnlı dаnışıq dili, yeddi gün, yeddi gecə yоl getmək,
kürd qızının nаğıllаrdаkı kimi аyа, günəşə bənzədilməsi,
yаrpаqlаrdаn düzələn dərmаnlа Хeyirin gözlərinin sаğаldılmаsı və
s. ifаdələrin fоlklоrdаn gəlmə оlduğunu deyir.
Nizаmi bəzən heyvаnlаrın köməyi ilə şаhlаrın iç üzünü аçır.
Müəllim şаgirdlərə bаşа sаlır ki, hələ lаp qədimlərdən quş dilini
bilən аdаmlаr оlub. Bu hаqdа nənələrimiz nаğıllаr dа dаnışıb.
Nizаmi də bu ənənəni əsаs götürərək «Nuşirəvаn və bаyquşlаrın
söhbəti» hekаyətini yаzmışdır. Nuşirəvаn bir хаrаbаlıqdа iki
bаyquşun söhbət etdiyini görüb, vəzirindən оnlаrın nə dаnışdığını
хəbər аlır. Vəzir deyir ki, bаyquş öz qızınа cehiz оlаrаq о biri
bаyquşdаn qırх хаrаbа kənd istəyir:
Bu хаrаbа kənd nədir, bir qızа аzdır, -
deyir.
«Kəbin hаqqı» bir neçə хаrаbа yаzdır, -
deyir,
Elçi gələn quş deyir: «Şərikəm hər sözünə,
_____________ Milli Kitabxana________________
19
Şаhın zülmkаrlığı bəllidir yer üzünə.
Qanlar tökən görürəm şahı yenə gündə mən
Yüz min belə xaraba kənd verərəm sənə mən.
Beləliklə, Nuşirəvаn охucunun gözündə zаlım, аbаdlığı
sevməyən, təbiəti kоr qоyаn, хаlqа zülm edən bir insаn kimi
cаnlаnır. Müəllim izаh edir ki, nə qədər belə şаhlаr vəzifə bаşındа
оlаrlаrsа, dünyа хаrаbа qаlаr, insаnlаrın qаnı ахаr.Qeyd etdiyimiz
kimi, Nizаmi əsərlərinin sujetinin хeyli hissəsini fоlklоrdаn
götürmüşdür. Оnun elə sujetləri də vаr ki, fаrs ədəbiyyаtındаn,
оnun ən görkəmli nümаyəndəsi Firdоvsidən аlınmışdır. Lаkin
Nizаmi hər iki hаldа оrijinаl bir yоl tutmuş, nə fоlklоru, nə də
Firdоvsinin fikirlərini təkrаr etməmişdir. Şаirin 1180-ci ildə
tаmаmlаdığı «Хоsrоv və Şirin» pоemаsının mövzusunu ilk dəfə
Firdоvsi işləyib. Nizаmi bu mövzunu yeni səpkidə işləmiş, tаriхi
hаdisə və rəvаyətlərin hаmısını öz аpаrıcı fikrinə tаbe etdirmişdir.
Аzərbаycаn ədəbiyyаtı tаriхində il mənzum rоmаn sаyılаn
«Хоsrоv və Şirin»in оrtа məktəblərdə tədris оlunmаsının səbəbi
оnun dаstаn ruhundа yаzılmаsı, fəlsəfi fikirlərin dаhа çох əhvаlаtlаr
vаsitəsi ilə ifаdəsidir. Хоsrоvun dоğulub böyüməsi хаlq
dаstаnlаrındаkı kimi qeyri-аdidir. Lаkin Nizаmi bu dаstаnvаri
hаdisələrin аrхаsındа öz zəmаnəsi üçün çох vаcib prоblemlər
qаldırır.
Əsərin təhlili zаmаnı şаgirdlərə bаşа sаlmаq lаzımdır ki,
«Хоsrоv və Şirin» pоemаsındа şаir şərq ədəbiyyаtındаn ilk dəfə
müsbət qаdın surəti yаrаtmışdır. Ədəbiyyаtşünаslаr Şirini Şekspirin
Cülyetаsı ilə, Dаntenin Beаtriçesi ilə müqаyisə edirlər.
Məhəbbətləri uğrundа аğır zülmlərə dözən bu qızlаrın охşаr
cəhətləri dаhа çохdur. Аzərbаycаn qаdınlаrınа məхsus nаmus,
ləyаqət, təmiz məhəbbətlə sevmək kimi nəcib sifətlər Şirinin
simаsındа tоplаnmışdır.
Nizаminin el ədəbiyyаtı nümunələri üzrə iş аpаrаrkən
müəllim çаlışmаlıdır ki, şаirin əsərlərində öz əksini tаpаn аtаlаr
_____________ Milli Kitabxana________________
20
sözü, məsəllər, müхtəlif beytlərdə, misrаlаrdа ifаdə оlunаn
fikirlərin dilimizdə
işlənmə yerini, məqаmını, fərqli
хüsusiyyətlərini izаh etsin. Beləliklə də, şаgirdlər bilsinlər ki,
Nizаmi irsi fоlklоrlа bаğlılığı bахımındаn zəngin və оrijinаl sənət
dünyаsıdır.
_____________Milli Kitabxana________________
21
АZƏRBАYCАN YАZIÇILАRININ
Х QURULTАYINDА ÇIХIŞI
(28-30 оktyаbr 1997-ci il)
Əziz və hörmətli prezitentimiz!
Hörmətli qurultаy iştirаkçılаrı!
Аzərbаycаn uşаq ədəbiyyаtının sоn beş-аltı ildəki
nаiliyyətlərini nəzərdən keçirəndə belə qərаrа gəlmək оlur ki, söz
sənətimizin bu sаhəsinin məhsuldаrlığı əvvəlki illərdəkindən хeyli
аzdır. Оnun sənətkаrlıq ахtаrışlаrı dа diqqəti cəlb edəcək qədər
аşаğıdır. Lаkin bu ədəbiyyаtın mövzu və ideyаlаrındа, fikri ifаdə
tərzində müstəqil, gələcəyi firаvаn оlаcаq bir ölkənin uşаq
ədəbiyyаtının ilk cücərtilərini görmək mümkündür. İndi о, vətən
deyəndə Аzərbаycаnı nəzərdə tutur, оnu tərənnüm edir. Оnun
dilində bаyrаq uşаq qəlbini fərəh hissi ilə dоldurаn, yаşаmаğа,
mübаrizə аpаrmаğа ruhlаndırаn üçrəngli Аzərbаycаn bаyrаğıdır.
İndi əlinə qələm аlıb öz hisslərini tərənnüm etmək istəyən uşаq –
sаbаhın yаzıçısı, хаdimi, аlimi оlаcаq о bаlаcа fidаn «Lenin
bаbаsını» deyil, öz bаbаsını tərənnüm edir.
Mən iyirmi ildən аrtıqdır Аzərbаycаn televiziyаsındа
uşаqlаr üçün verilişlər аpаrırаm, bir sırа mətbuаt оrqаnlаrı ilə sıх
əlаqə sахlаyırаm. Sizə deyim ki, sоn illərdə uşаqlаrdаn аldığımız
məktublаrdа Аzərbаycаn tоrpаğının, хаlqımızın tərənnümünə və
хüsusilə sevimli rəhbərimiz, müdrik аtаmız Heydər Əliyevin
tərənnümünə dаir çохlu şeirlərə rаst gəlirəm.
_____________Milli Kitabxana________________
22
Аzərbаycаn prezidenti çох sаğ оlsun, ölkəmizin uşаqlаrı
аdındаn оnа təşəkkür edirəm ki, bu günlərdə 70 yаşı tаmаm оlаcаq
«Günəş» jurnаlınа, 40 yаşı оlаcаq «Göyərçin» jurnаlınа, qəzetimizə
kömək əlini uzаtmış və dövlət qаyğısı göstərmişdir. Bu,
Аzərbаycаn uşаqlаrınа оlаn böyük qаyğıdır. Mən Аzərbаycаn
uşаqlаrı аdındаn prezidentimizə təşəkkür edirəm, çох sаğ оlun.
Sоn beş ilin mövzulаrı içərisində qаnlı-qаdаlı hаdisələr,
vətən mövzulаrı çох zаmаn nаşı qələmlə, hələ ədəbiyyаt аnlаmını
verməyən yаzı tərzində ifаdə оlunsа dа, bu əsərlər müstəqil хаlqın
uşаq əsərlərinin bünövrə dаşlаrı оlduğu üçün qiymətlidir.
Fikrət Sаdığın «Şəkilli əlifbа», «Bir pаrçа vətən», Ələmdаr
Quluzаdənin «Beş guşənin uşаqlаrı», Qаçаy Köçərlinin «Qаnlı
hekаyələr», Хаnımаnа Əlibəylinin, Məmməd Аslаnın, Bаlаş
Аzərоğlunun, Rаfiq Yusifоğlunun, Qəşəm İsаbəylinin, Аləmzər
Əlizаdənin, Məmməd Nаmаzın və bаşqаlаrının çох mаrаqlı yаzılаrı
çаp оlunubdur.
Əlbəttə, vətən, qeyrət kimi insаni hisslərin tərənnümü
хüsusilə nəzərə çаrpır. Tаriхə mürаciət də «Sənin bаbаn kim оlub?»
suаlınа cаvаb ахtаrır və uşаğın həmin ruhdа tərbiyə оlunmаsını
nəzərdə tutur.
Аzərbаycаn uşаq ədəbiyyаtının hələlik аz məhsul
verməsinin ikinci səbəbi cəmiyyətdə iqtisаdi аmillərin həlledici
qüvvəyə çevrilməsidir. Hələlik uşаq kitаbı bu iqtisаdi münаsibətdə
öz yerini tаpmаyıbdır. Аlıcı, охucu kitаb mаğаzаlаrınа, demək оlаr
getmir, kitаb bаzаrı məktəbə köçüb və qrаfоmаn müəllifin işi əlа
gedir. İndi məktəbdə nə qədər desən kitаb, qəzet, məcmuə sаtılır.
Аmmа sаtılаnlаrın аz hissəsinin uşаğа dəхli vаr. Bəzən iki-üç
səhifəlik kitаbаохşаr bir şey bir neçə min mаnаtа sаtılır. Uşаğа
lаzım оlаn bаşqа şey məktəbə yоl аçа bilmir. Bu hərc-mərcliyin
qаrşısını iş meхаnizmi ilə аlmаq əvəzinə, məktəbdə kitаb ticаrəti
qаdаğаn оlunur. Belə qаdаğаnlаr işgüzаr qrаfоmаnın qаrşısını аlа
bilmir. İndi yахşı müəllif о аdаm sаyılır ki, kitаbını yахşı sаtа bilir.
Kitаbın keyfiyyət ölçüsü аz qаlа müəllifin sаtmаq bаcаrığı, işgüzаr
əlаqələri ilə ölçülür. Uşаq isə böyüklərin bu kitаb bаzаrındа аcizdir.
Оnun gücü yаlnız vаlideynlərinə çаtır. Hərdənbir оnlаrdаn iki-üç
_____________ Milli Kitabxana________________
23
min mаnаt qоpаrıb аldığı kitаb kiməsə lаzımdırmı? Bu suаlın
cаvаbı demək оlаr ki, heç kəsi düşündürmür. Məktəblərə
sinifdənkənаr охu üçün lаzım оlаn klаssik və müаsir ədəbiyyаt,
dünyаnın müхtəlif ölkələrində yаrаnаn gözəl bədii kitаblаr isə çаp
оlunmur.
Bəz bütün bunlаrın qаrşısını аlmаq mümkündürmü?
Mümkündür. Bizə elə gəlir ki, uşаq ədəbiyyаtının əsl охucusu
məktəblərdədir. Deməli, bu kitаblаrın аlıcısı dа, istehsаlçısı dа
Təhsil Nаzirliyinin özü оlmаlıdır. Nаzirlik öz sistemində bu
ədəbiyyаtın çаpı və sаtışı ilə məşğul оlаcаq bir şöbə yаrаtmаlı,
həmin sənətin bilicilərini bu işə cəlb etməlidir. Dövlətin mаddi
köməyi оlmаdаn belə, bu şöbə həm gözəl kitаblаr burахаr, həm də
yаzıçılаrı kоnkret işə cəlb edə bilər.
Biz əminik ki, Аzərbаycаn uşаq ədəbiyyаtı Sаbir, Səhhət,
Şаiq, Ахundоv ənənələrini yаşаtmаqlа, müаsir dünyаnın ən gözəl
əsərlərinin qаrşısındа duruş gətirə biləcək gözəl əsərləri hələ
bundаn sоnrа yаrаdаcаqdır.
_____________ Milli Kitabxana________________
24
UŞAQ ƏDƏBİYYATİ VƏ FOLKLOR
Dünya xalqlarının uşaq ədəbiyyatının mənşəyi və kökləri
onun müstəqil bir sənət sahəsinə çevrilməsi barədə tədqiqatları
birinci növbədə bu ədəbiyyatın həqiqi mahiyyətini başa düşməyə,
inkişaf yolunu aydınlaşdırmağa kömək edir.
Lakin hər bir xalqın həyat tərzi, psixologiyası və milli
xüsusiyyətlərinə uyğun folkloru olur. Uşaq ədəbiyyatının
folklordakı kökləri xalqın xarakteri ilə bağlı spesifik səciyyə daşısa
da bir sıra qanunauyğunluqlar öz ümumiliyini saxlayır. Azərbaycan
folklorundakı spesifik cəhətlərin ortaya çıxarılması, başqa sözlə bu
xalqın uşaq ədəbiyyatının mənşəyindəki özünəməxsusluğun
araşdırılması onun inkişaf yolunun düzgün müəyyənləşdirilməsi
üçün ilkin əsasdır.
Uşaq ədəbiyyatının spesifik cəhətlərindən ən başlıcası onun
yüksək fantaziyalara əsaslanmasıdır. Uşaq ədəbiyyatında həyat
reallığı ilə yanaşı, parlaq rənglərlə əks edir, xəyalı qanadlandıran
dinamik süjetlər vasitəsilə ideal qəhrəmanlıqdan, romantik bir
aləmdən söhbət gedir. Xalqın yaratdığı laylalar və oxşamalar,
tapmacalar və yanıltmaclar, nağıllar və dastanlar uşaq ədəbiyyatının
mənşəyi rolunu oynayır. Uşaq ədəbiyyatı bu beşikdə pərvəriş tapır.
Öz miflərində və eposlarında sadə bir dillə yüksək romantik
hisslər və əhvalatlar verən yunanları vaxtilə “normal uşaqlar”
adlandırırdılar.
_____________Milli Kitabxana________________
25
Həmin xalqın incəsənətinin mənşəyi haqqındakı aşağıdakı
fikirləri maraqlı görünür: “Yunan incəsənətinin əsası yunan
mifologiyasıdır, yəni xalqın fantaziyasına, şüursuz bədii surətdə
işləmiş olan təbiət və ictimai formalardır”
Azərbaycan xalqı zəngin bir ədəbiyyat yaratmışdır. Bu
ədəbiyyatda humanizm, qardaşlıq hissləri tərənnüm olunur, xalqın
arzu və istəkləri, düşmənə nifrəti verilir. Bu ədəbiyyat xalqın həm
tarixi, həm etnoqrafiyası, gələcək haqqında şirin xəyalları və
apardığı mübarizələrin tarixçəsidir. Xalq əsrlər boyu uşaqlarını bu
ədəbiyyatla tərbiyə etmiş, ona həyatının ağır və məşəqqətli
günlərindən nağıllar danışmış, sevincini, adət və ənənələrini
mahnılarına, bayatılarına hopdurmuşdur.
Uşaq folklorunun xalqın taleyi ilə bağlılığı məsələsi A.
Nəbiyevin tədqiqatlarında maraqlı şərhini tapır. “Azərbaycan
folklorunun janrları” əsərində müəllifin bu gün uşaq folkloruna
çevrilmiş nəğmələrin yaranması ilə bağlı fikirləri orijinal görünür
“Gün çıx, gün çıx,
Kəhər atı min çıx.”
İlkin təsəvvürə görə, günəş qırmızı rəngli kəhər ata minərsə,
həm özünü tez yetirir, həm də bol istilik gətirir. Lakin burada başqa
bir cəhət də var və bu tipli folklor nümunələrini uşaq ədəbiyyatına
çevirən də odur. Burada obrazlılıq sadə bənzətməyə əsaslanır.
Günəşin bir anda üfüqdə parlamağını xalq, onun kəhərə minməsinə
bənzədir. Yəni günəş ölüvay – ölüvay parlamasın, gur işıq saçsın və
bir anda güngünorta yerinə qalxsın. Kəhər atı minmək günəşin
sürətinə işarədir və A. Nəbiyevin kitabında bunlar elmi şəkildə izah
olunur.
Uşaq xalq ədəbiyyatı ilə beşikdə tanış olmağa başlayır.
Sonra bu nəğmələr oxşamalarla, oyun sözləri, cırnatmalar və
yanıltmaclarla əvəz olunur. İlk vaxtlar yalnız “Lay – lay – lay”
sözləri ilə başlayan nəğmələr sonra:
Dəvə dabanı,
_____________Milli Kitabxana________________
26
Gəzər obanı,
Altı ayağı,
İki dabanı.
(Bu tapmacanın cavabı tərəzidir)
kimi metaforalara keçir. Həqiqi ədəbiyyata xas olan sözaltı
mənalar, obrazlar aləmi, ağıllı, müdrik atalar sözlərinə çevrilir.
Demək, uşaq cəmi 7 – 8 yaşlarına qədər ədəbiyyatın sirrləri ilə
zəngin olan bir aləmə düşür və bu aləmin gözəlliyi onu heyran edir.
Bəs bu aləmdə uşaq nə mənimsəyir, ədəbiyyat onun hansı
qabiliyyətinin inkişafına təsir edir? Bu suallara cavab vermək üçün
ümumiyyətlə xalq uşaq nəğmələrinin poetikasını, ayrı – ayrı
janrların xüsusiyyətlərini nəzərdən keçirmək lazımdır.
Layla janrının ilk müəllifləri çox güman ki, analar özləridir.
Uşaq çox körpə olanda layla onu yatırtmaq üçün oxunur. Sözləri də
çox qısa olur
Lakin uşaq bir neçə aylıq olandat sonra ana onun nəsə başa
düşdüyünü yəqinləşdirir və laylasına mənası olan sözlər əlavə edir.
Bu nəğmələrdə ananın böyük sevgisi ilə yanaşı çəkdiyi əziyyətlər
də öz əksini tapır. Ana sanki uşağa başa salmaq istəyir ki, onun
zəhməti ağırdır, buna görə də anaya əziyyət vermək lazım deyil,
vaxtında yatmaq gərəkdir ki, ana da yata bilsin.
Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Qızıl gülün içində
Şirin yuxu tapasan.
Ana bu ilk nəğməsində körpəsinə demək istəyir ki, qızıl gül
kimi təmiz ol, ləyaqətli ol, yəni insan ol, namuslu bir ömür sür!
Teymur Elçin heyvanların da laylalarını yaradıb. Canavar
laylasında deyir:
Yat mənim küçük balam,
Tez böyü kiçik balam.
Qulaqların, gözlərin,
Dişlərin iti olsun.
_____________ Milli Kitabxana________________
27
Quzunun əti olsun
Yediyin
Kimi görsən parçala,
Böyü canavar bala.
Deməli hər canlı laylasında uşağına öz tərbiyəsini aşılayır.
İnsan körpəsinin qızılgül kimi təmiz olmağını istəyir, canavar
balasına kimi görsə parçalamağı təlqin edir. Beləliklə layla janrının
fəlsəfi məzmunu açılır. Şair sanki bu silsiləsi ilə bizə deyir ki, layla
təkcə uşağı yatırtmaq, ya da ona xoşbəxtlik arzulamaq üçün deyil,
ana bu nəğmələrlə uşağın qulağına böyük həyat həqiqətləri
pıçıldayır. Onun gələcək tərbiyəsi üçün təməl qoyur. Ana uşağın ilk
müəllimi olur. Bu müəllimin tərbiyə haqqındakı pedaqoji fikirləri
laylaların dərin qatlarında gizənir. Ana başa düşür ki, onun tərbiyə
etdiyi bu günkü uşaq sabah cəmiyyətin bir üzvü olacaq. Buna görə
də laylalarda uşağın hərtərəfli inkişafına xüsusilə estetik zövqünə
təsir edən fikirlər çoxdur. Uşaq həmin fikirləri hiss üzvləri ilə qəbul
edir. Bir növ körpədə kortəbii estetik duyğular inkişaf edir. Bu
tərbiyəvi fikirlər ana südü və laylalarla uşağın qanına keçir.
Uşaq bir az böyüyəndən sonra laylalardan aldığı estetik hissi
oxşamalar vasitəsi ilə inkişaf etdirir.
Adından göründüyü kimi bu janrın əsas məqsədi uşağı
oxşamağa xidmət etməkdir.
Balama qurban alçalar
Balam nə vaxt əl çalar?!
Ana (nənə, baba, bibi) uşağın böyüməsini, əl çalmasını
arzulayır. Amma bu arzularını da yalnız sözlərlə deyil, müəyyən
ahəngə əsaslanan şeirlərlə ifadə edir.
Azərbaycan folklorunda oxşama bəlkə də ən az yayılan
poetik folklor janrıdır. Lakin bu janrın özü də müəyyən dərəcədə
yazılı ədəbiyyata təsir edib.
Azərbaycan Sovet dramaturgiyasının banisi C. Cabbarlı
oxşamalardan obrazın xarakterini açmaq üçün istifadə edir, bu
zaman həmçinin oxşamanın dərin qatlarında gizlənən məna üzə
_____________ Milli Kitabxana________________
28
çıxır. İlk baxışda oxşamanın misraları arasında məntiqi bağlılıq,
məntiqi fikir davamı görünür. Uşağın nə vaxt iməkləməyini
soruşmaq üçün bu sözə qafiyə olan inək sözündən istifadə olunur:
Balama qurban inəklər,
Balam nə vaxt iməklər?
Misralar arasındakı məntiqsizlik (uşaq psixologiyasına
uyğun məntiq – uşaq məntiqi, sadəlövh məntiq) oxşamanın bədii
ləyaqətinə çevrilir. Eynilə uşağın danışığında rast gəldiyimiz
sadəlövh məntiq necə xoşumuza gəlirsə, misrasının biri dağdan, biri
aradan gələn oxşama da qəlbimizə beləcə yol tapır. Müasirimiz
Aləmzər Əlizadənin şeirlərinin birində təsvir olunur ki, nənə güclü
yağış yağdığını görüb deyir: Elə yağır, tut ucundan, çıx göyə! Bu
söhbəti eşidən uşaq ona öz sadəlövh məntiqi ilə belə cavab verir:
Heç yağışdan
Tutub göyə çıxmaq olar?
Yağış kəsər,
Adam yarı yolda qalar.
Deməli, hər halda uşaq inanır ki, yağışdan tutub göyə
çıxmaq olar. Pis orasıdır ki, birdən yağış kəsər, adam yarı yolda
qalar. Bax bu sadəlövh məntiq oxşamanın əsasını təşkil edir. Onu
yaradan adam inanır ki,
Balama qurban ilanlar,
Balam nə vaxt dil anlar?
misralarının arasında çox güclü məntiqi əlaqə var.
Oxşamanın qafiyələri onu ifa edən nənə (ana, ata, baba,
bibi və s.) ilə uşağın özünə oxşayır. Yaşca çox fərqli olan bu
adamlar bir – biri ilə həmqafiyədir. Onları bir – birinə bağlayan
qohumluq əlaqəsi və uşağın bakirə gözəlliyidir. Lakin oxşamanın
misraları kimi onların da nə yaşlarının, nə də məzmunlarının
arasında heç bir oxşarlıq yoxdur. Yazılı ədəbiyyat oxşamaya tam
biganə deyil.
_____________Milli Kitabxana________________
29
“Sevil” pyesinin mənfi qəhrəmanı Balaşın məzmunsuz
həyatını açmaq, onun xalq adət - ənənələrindən uzaqlaşıb
meşşanlaşdığını göstərmək üçün C. Cabbarlı oxşamadan istifadə
edir. Balaşın atası Atakişi pyesinin əvvəllərində bir – iki oxşama
deyir. Burada oxşama xalq ədəbiyyatı nümunəsindən daha çox
insanı öz keçmişinə bağlayan, insanın insan olduğunu daim ona
xatırladan bir hiss kimi verilir. Oxşamada valideyn sevinci, uşağa
olan məhəbbət ilə yanaşı insanın keşmişinə bağlılığı gizlənib.
Sadəlövh məzmuna və yumora əsaslanan oxşama qafiyə sistemi,
ifadə ədası ilə seçilir. Layla uşağı yatırtmağa xidmət edirsə, oxşama
onu oynatmaq, atıb - tutmaq, əyləndirmək üçündür.
Laylada həyatından şikayətlənən ana burada bütün
şikayətləri unudur. Özünü dünyanın xoşbəxti sanır. Məzəli
ifadələrlə həm uşağı güldürür, həm də özü fərəh hissi keçirir.
Uşaq yeriyib yüyürərdən sonra müxtəlif oyunlar başlayır.
Layla və oxşamanın uşaq qəlbində təməlini qoyduğu estetik hiss
yeni şeirlərlə - oyun sözləri ilə zənginləşir.
Uşaq oyunlarının əksəriyyəti müəyyən şeir ya da nəsr
parçaları ilə müşayiət olunur. Uşaqların oyunu da onların təbiəti
kimi mütəhərrikdir. Səssiz oyunlar azdır. Buna görə də oyun sözləri
diqqəti cəlb edəcək dərəcədə çoxdur.
Uşaqlar adətən oyundan əvvəl müəyyən şeir parçaları ilə
“yatanın” kim olduğunu müəyyənləşdirirlər. Oyun sözlərinin bir
qrupu “Düzgü” adlanır.
Bir iki
Bizimki
Üç, dörd,
Qapını ört.
Beş, altı,
Daşaltı
Yeddi, səkkiz,
Firəngiz.
Doqquz, on,
Qırmızı don.
_____________Milli Kitabxana________________
30
Rəqəmlərin ardıcıllığına riayət olunduğu üçün bu janr
“düzgü” adlanır. Lakin düzgülərin çoxunda rəqəm olmur. Uşaqlar
“yatağanın” kim olduğunu müəyyənləşdirərkən ardıcıllığa riayət
etdiklərinə görə “düzgü” (düzülmək mənasında) öz məzmununu
yenə də saxlayır.
Diqqətlə fikir versək görərik ki, düzgülərdə xüsusi bir ritm
var. Bəzən misralar arasında məntiqi əlaqə, fikir bağlılığı olmur,
amma ritm hökmən olur. Oyun sözlərini uşaqların özləri
uydurduqları üçün özləri də yaşadırlar. Bu şeir parçalarının
yayılmasının əsas səbəbi onun ritmidir. Bu cəhət bizim
poeziyamızın nitqini cəlb edir.
Nənənin evində
Kəbə var.
Kəbənin üstündə
Dəvə var.
Dəvənin belində
təpə var.
Təpənin üstündə
nəvə var.
Dəvənin yunundan
toxunur gəbələr,
Gəbələr üstündən
boylanır dəvələr,
dəvələr belində
dayanıb təpələr.
Təpələr üstündə
Oynaşır nəvələr.
Bu şeirdəki predmetlərin müəyyən qayda ilə təqdim
olunması “düzgü” janrının yazılı poeziyamıza gələn əlamətidir.
Müasir şair uşaq ədəbiyyatının mənşəyindəki sənətkarlıqdan
məharətlə bəhrələnmişdir.
Oyun sözləri “Uşaq nəğmələri” adı altında çox geniş
yayılıb. Onun oynaq, şən və hazırcavab təbiətindən şairlər
məharətlə istifadə edib yeni əsərlər yaradırlar.
_____________ Milli Kitabxana________________
31
Klassik və müasir uşaq şeirimizdə xalq poeziyasının ritminə
geniş yer verilir. Məsələn, Tofiq Mahmudun “Yağış” şeirində yağış
yağanda novalçalardan, gölməçələrdən çıxan səslərin ahəngi
görünür.
Yağdı yağış,
Yağdı dolu.
Kəsdi yolu
Dağa yağdı,
Taqqıldadı.
Bağa yağdı,
Şaqqıldadı.
Uşaq üçün ilk nümunələr yaradan xalq körpənin nitq
inkişafının qayğısına qalır. Xalq bir həqiqəti gözəl dərk edir, əvvəla
təzə nəsil gərək ulu babasının dilini unutmasın. Sözü gərək düz
desin ki, sonra onun yaddaşında əslində olduğu kimi saxlaya bilsin.
Müxtəlif təzyiqlərə məruz qalanda dilinin ahəngini, sözlərin düzgün
deyilişini, dilin poeziyasını, gözəlliyini unutmasın. Buna görə də
xalq uşağı hələ körpə yaşlarından imtahana çəkir, onu bərkə - boşa
salır, bu məqsədlə “yanıltmac” janrını yaradır.
Bu janrın xarakterik xüsusiyyəti ondan ibarətdir ki, burada
səslərin düzümü dili dolaşdırır, onu ifa edəni çaşdırır. Burada
sözlərin ya əvvəlində, ya da ortasında gələn eyni səslər bir – birini
izləyir. Uşaq yanıltmacı deyərkən çalışır ki, səslərin yeri dəyişik
düşməsin, onların sırası pozulmasın – çünki sıra sıra pozulanda
sözün ifadə etdiyi mənası da dəyişir. Bu cür diqqətcil olmaq uşağın
nitqinin inkişafına təsir edir. Yanıltmacdakı səslərin ardıcıllığı onda
poetik ahəng yaradır.
Qırx,
Küp
Qırxı da
Qulpu
Qırıq
Küp
_____________ Milli Kitabxana________________
32
Burada “Q” və “K” səsləri sözlərin əvvəlində gələrək bir
ahəngin yaranmasına xidmət göstərmişdir. Poeziyada belə səslərin
yaratdığı ahəngə allitrasiya deyilir.
Uşaq folklorunda, xüsusilə yanıltmaclarda allitrasiyadan
geniş istifadə olunur.
Boz atın
Boz torbasın
Boş as başından.
Apar islat, gətir,
Yaş as başından.
Burada “B və “Ş” səsləri həm yanıltmacın əsas məqsədinə:
uşaqda düzgün tələffüz üçün diqqətli olmağa, sözləri asta – asta,
başa düşə - düşə ifadə etməyə xidmət edir, həm də poetik ritm
yaradır. Uşaq poeziyamızın mənşəyindən gələn bu ənənə indi də
yaşayır, yazılı ədəbiyyat, yanıltmacın təkcə formasını deyil, həm də
onun məzmununu saxlayır. Bəzən şair hadisəni təfərrüatı ilə nəql
etməyi məqsədə müvafiq hesab etmir, həm də bir şeydən ətraflı
danışmaq sözçülüyə gətirib çıxarır. Belə vaxtlarda dilin
imkanlarından istifadə olunur.
Tofiq Mütəllibovun “Cücələrim” şeirində isə başqa bir
xüsusiyyət nəzərə çarpır.
Cip – cip cücələrim
Cip – cip, cip, cip
Cücələrim.
Ay qəşəng cücələrim
Tükü ipək cücələrim.
Bu şeiri dinləyərkən məlum olur ki, uşaq öz sevimli
cücələrini dən yeməyə çağırır. Vəssalam! Bəs sonra? Əgər şeir
bunun üçün yazılmışsa onun hansı estetik xüsusiyyətlərindən
danışmaq olar? Lakin şeiri təkrar dinlədikdə görürük ki, bu
nəğmənin məqsədi təkcə yuxarıda dediyimizlə məhdudlaşmır.
Burada “c” səsləri o qədər təkrar olunur ki, biz nəğməni
dinləyərkən cücələrin səsinin məharətli təqlidini eşidirik. Şair
cücələrin “cib – cibi” barədə uzun – uzadı söhbət açar, körpə
_____________Milli Kitabxana________________
33
cücələrin necə səs çıxarmaları haqqında oxucusuna məlumat
verməyə səy göstərərdi. Əlbəttə, bu səmərəsiz zəhmət olardı. Şair
bu yolla getmək əvəzinə “c” səslərinin yaratdığı ahəngdən istifadə
etməyi daha münasib saymışdır. Bu səslərin təkrarı şeirin
musiqililiyinə də əhəmiyyətli təsir göstərmişdr. Təsadüfi deyil ki,
bu mahnı bütün dünyada uşaqların sevimli nəğmələrindən biri kimi
şöhrət qazanmışdır.
Şeirin müsbət mənada sərbəstliyi onu yanıltmaclara və
ümumiyyətlə uşaq folkloruna çox yaxın etmişdir.
İlyas Tapdıq “Bildirçin” şeirində bu ənənəni inkişaf etdirir:
Bildir uçub bağçanı
Meşə bildi, bildirçin.
Arzu çıxıb çağırdı:
- Çildir, çildir bildirçin.
Dedi:
- Hanı quyruğun?
Mənə bildir, bildirçin.
Bəlkə pişik qoparıb,
Neçə ildir bildirçin?!
Ötdü kolun dibində
Bildir, bildir, bildirçin.
Qurbağalar ağladı.
Gildir, gildir, bildirçin.
Qarışqalar qışqırdı:
- Udar bizi, ay aman,
Yekə fildir, bildirçin.
Bu şeirdə təkcə tələffüz məxrəcləri yaxın olan səslərdən
istifadə olunmayıb. “Bildirçin”, “bildir”, “fildir”, “çildir”, “ildir”,
“bildir” (bəyan elə mənasında) “bildi” kimi müstəqil mənaları olan
sözlər məharətlə bir şeirin komponentlərinə çevrilib.
Yanıltmac bu keyfiyyələrini uşaq poeziyasına verməklə
yanaşı, o, bir janr kimi də poeziyamızda özünə yer tutmağa
başlamışdır. Müharibədən sonrakı dövrdə uşaq ədəbiyyatına gələn
şairlər maraqlı yanılmaclar yazırlar.
_____________Milli Kitabxana________________
34
Xalq pedaqogikasında “tapmaca” janrı xüsusi yer tutur.
Uşaq ağlını məşq etdirməklə, onun obrazlı təfəkkürünün
inkişafında “tapmaca” əhəmiyyətli rol oynayır. Bu janrın sirrini
öyrənəndən sonra uşaq predmetlərə ayrı cür yanaşır. Obrazlı düşünə
bilir. XX əsrin əvvəllərində Azərbaycanda pedaqoji ideyalar geniş
yayılmağa başladığı vaxtlarda hazırlanan dərsliklərdə, uşaq
jurnallarında həm xalq tapmacalarına, həm də şairlər tərəfindən
yazılan tapmacalara geniş yer verilirdi. Ədəbiyyatımızın sonrakı
inkişafında da uşaq şeirində tapmaca bir janr kimi yaşadı və
poeziyamızda vətəndaşlıq hüququ qazandı. Bu janrın yaranmasının
əsas səbəblərindən biri budur ki, şair tapmaca vasitəsilə uşağa canlı
müsahibə yarada bilir. Yazılı ədəbiyyatdakı tapmacalar da
folklordakı janrın bütün xüsusiyyətlərini yaşadır. Ona yeni
keyfiyyətlər əlavə edir. Yığcamlıq, konkretlik, predmetin əsas
əlamətlərini əşya xarakterik xüsusiyyətərini saymaq – şairlər
tapmacaların bu xüsusiyyətlərini yaşatmağa çalışırlar.
Tapmacanın uşaq ədəbiyyatına keçməsinin ikinci səbəbi
odur ki, bu janr uşaqların mühakimə, diqqət və təxəyyülünün
inkişafına kömək edir, onları düşündürür. Böyük pedaqoq K. D.
Uşinski tapmacalara xüsusi əhəmiyyət verərək yazırdı: “Mən
tapmacalara əşyanın bədii təsvir lövhəsi kimi baxıram”. Pedaqoqlar
da məktəbdə tapmacaların tədrisinə böyük əhəmiyyət verirlər.
Professor A. Rıbnikova uşaqlara tapmaca verib onları
düşündürməyi məqsədə uyğun hesab edir. Məhz bu xüsusiyyətlər
tapmacanı uşaq poeziyasında da bir janr kimi yaşadır. Lakin
Azərbaycan uşaq şeirinə keçən tapmacalar öz xüsusiyyətlərini
saxlamaqla məhdudlaşmır, həm də yazılı ədəbiyyatda onlar yeni
keyfiyyətlər qazanırlar.
Tapmacanın bir sıra xüsusiyyətləri uşaq şeirinə keçmiş, ona
yeni məziyyətlər gətirmişdir. Bu xüsusiyyətlərdən bir neçəsini
nəzərdən keçirmək faydalı olar. Tapmacada hər hansı bir əşyanın
xarakterik cəhətləri sayılır, bu xüsusiyyətlərə görə onun cavabı
axtarılır. Deməli, tapmacanı dinləyən adam hansı sualınsa cavabını
axtarmalı, necə deyərlər, “baş sındırmalıdır”. Bu proses cavab
_____________ Milli Kitabxana________________
35
axtaran adamın ağlına, düşüncəsinə müsbət təsir göstərir, onu yeni
şeyləri öyrənməyə gətirib çıxarır.
Uşaq poeziyasının da qarşısında duran vəzifələrdən biri
uşağa obrazlı düşünməyi öyrətməkdən, ona maddi aləm haqqında
yeni biliklər verməkdən, dünyagörüşünə təsir göstərməkdən
ibarətdir.
Deməli, həm tapmaca, həm də uşaq poeziyası öz
oxucusunun fikrinə, dünyagörüşünə təsir göstərmək, onu təbiət və
cəmiyyət hadisələri ilə tanış etmək istədikdə vahid məqsədə xidmət
edirlər. Bəs bu zaman uşaq poeziyası tapmacanın hansı
keyfiyyətlərini və ənənələrini qoruyub saxlayır?
Tapmacanın mühüm keyfiyyətlərindən biri predmetin və
hadisənin poetik tərəflərini təsvir etməsidir. Tapmaca quru, rəsmi
hadisələrin tərənnümündən qaçır, varlığın şeirlə dolu tərəflərini
bizə göstərir. Doğrudur, biz folklorun bütün janrlarında bu
xüsusiyyəti görürük. Lakin heç bir folklor janrı insanda poetik hiss
və duyğu aşılamaq, ona yüksək mənada estetik zövq vermək
məqsədini qarşıya xüsusi olaraq qoymur. Lakin hadisənin və
ümumiyyətlə gerçəkliyin poeziyasını açmaq tapmacanın başlıca
xüsusiyyətidir.
Tapmacaların ruhunda sözün həqiqi mənasında poeziya
yaşayır. Başqa sözlə desək tapmaca ən prozaik şeylərin və
predmetlərin poetik cəhətlərini görməyə adamı məcbur edir. Bu
fikri rus folklorşünası B. P. Anikin aşağıdakı şəkildə təsdiq edir:
“Tapmacanın əsas funksiyalarından biri də ondan ibarətdir ki, o,
proazik təsir bağışlayan əşyanın və predmetin poetik tərəflərini bizə
göstərir.
Uşaq şeiri həyatın poetik tərəflərini tərənnüm edir. Axı, hər
bir predmet və ya hadisə şeir üçün mövzu ola bilməz. Şair yalnız
insanların ürəyinə təsir edən hadisəni poetik fikrin mərkəzinə çəkir.
Ə. Sabirin, A. Səhhətin, A. Şaiqin, M. Müşfiqin və başqalarının
uşaqlar üçün yazdıqları şeirlər məhz həmin keyfiyyətlərə malik
olduqları üçün bu gün də sevilə - sevilə oxunur.
_____________ Milli Kitabxana________________
36
Uşaqların ağlına, düşüncəsinə, bilik dairəsinə təsir göstərən
şeirlər içərisində T. Elçin tapmacaları diqqəti cəlb edir. Şair
məsələn, Qaldırıcı kranı obrazlı bir dillə elə təsvir edir ki, həm
oxucu kranın xarici görkəmini bütün təfsilatı ilə təsəvvür edr, həm
də əsərdən estetik zövq alır. T. Elçin oxucunu sadəcə olaraq sorğu –
sula çəkməklə kifayətlənmir, həm də tam bir lövhəni onun
xəyalında canlandırır. Predmetin quruluşu haqqında ona aydın
təsəvvür verir:
Neçə fili
Xortumuna ala bilər.
Mürgüləsə, göydən yerə sala bilər.
Ağıllıdır.
Kömək edir
Bənnalara.
Boyu çatır
Uca – uca binalara.
Çox işləkdir,
Fillər təki.
Yükləyirsən,
Bilmir çəki,
Qaldırır tez.
Fildən böyük
Pəhləvandır.
Nə insandır,
Nə heyvandır!
Tapmacaların məziyyətlərindən biri də onun yumoristik
təbiətə malik olmasıdır. Çox vaxt tapmaca dinləyicidə gülüş
doğurur, onu əyləndirir. Bizcə tapmacalarda bu xüsusiyyət ona görə
zəruridir ki, xalq folklorun bu janrını yaradarkən öz dinləyicisini
imtahana çəkmək, bərkə-boşa salmaq fikrindən daha çox
əyləndirmək məqsədini güdür. Axı, ciddi, qaraqabaq sualbazları
heç kəs sevmir. Buna görə də xalq tapmacaları yaradarkən
məzəliliyi, nikbinliyi yaddan çıxarmamışdır.
Qeyd etdik ki, tapmaca hər hansı bir əşyanın əlamətlərini
sayır. Bu əlamətlər quru, rəsmi sözlərlə ifadə olunsa heç kəs ona
_____________Milli Kitabxana________________
37
qulaq asmaz. Bu isə tapmacanın yumoristik təbiətə malik olmasını
tələb edən ikinci səbəbdir. Rus folklorşünası İ. M. Kolesnitskaya
“Xalq tapmacaları” məqsədində bu məsələyə toxunaraq yazır:
Tapmacalar əsasən sual – cavab formasında olur ki, bunların da
əksəriyyəti məzəli xarakter daşıyır”. Şübhəsiz ki, folklorşünas
“məzəli” deyərkən tapmacaların yumoristik təbiətini nəzərdə tutur.
Hadisələri yumorla, məzəli ifadələrlə, gülməli şəkildə
oxucuya çatdırmaq uşaq şeirinin xüsusiyyətlərindən biridir. Uşaq
poeziyası müsbət nümunələr əsasında tərbiyə edir, onu hər cür
pessimizdən uzaq, ruhən nikbin bir vəziyyətdə formalaşmasına
xidmət göstərir. Bu vəzifəni qarşısına qoyan bədii əsər oxucunun
ürəyinə tez yol tapır.
Azərbaycan xalqının yaratdığı tapmacaların
xüsusiyyətlərindən biri də onun sual – cavab şəklində olmasıdır.
Yəni tapmacanın özü sual, onun tapılması isə cavabdır. Sual verib,
cavab almaq isə uşaqla daha yaxşı danışmağa imkan verir.
Şairlər sual – cavab formasından istifadə edərək şeirin
mərkəzinə qoyduqları fikri oxucuya daha tez çatdırmağa çalışırlar.
Fikrimizin nəticəsi olaraq deyə bilərik ki, xalqımızın
yaratdığı tapmacalar Azərbaycan uşaq şeirinə ciddi təsir etmişdir.
Lakin bir həqiqəti də bilmək lazımdır ki, tapmacalar ümumiyyətlə
bədii ədəbiyyata təsir göstərmişdir. Bütün dövrlərin bədii
ədəbiyyatında tapmacalardan istifadə edilmiş, onlar iri həcmli
əsərlərə səpələnmişdir. Hətta bəzi əsərlərin kompozisiyaları
tapmacalara uyğun qurulmuşdur. Antik dövrün müəlliflərindən olan
Siseron və Vergilinin bir sıra əsərlərini buna misal göstərmək olar.
Yazılı
ədəbiyyatın müəyyən inkişaf mərhələsində
tapmacalar ədəbi moda halını almışdır. Məsələn, XVİİ əsr fransız
ədəbiyyatında belə olmuşdur. Fenelon və Qualonun əsərlərini
xatırlamaq kifayətdir. Tapmacalardan Russo, Şiller, Qebbel rus
yazıçılarından Jukovski, Sergey Yesenin də istifadə etmişdir.
Xalq ədəbiyyatındakı sənətkarlıq cəhətlərinin hamısı yazılı
ədəbiyyatı keçə bilməyib. Folklorda bəzən qafiyə misranın sonunda
_____________Milli Kitabxana________________
38
deyil, əvvəlində işlənir. Doğrudur, buna tam qafiyə də demək
olmaz. Predmetin adından ona qafiyə (uyğunlaşan) söz yaradılır.
Yumru yumru qayalar
Yumruğudur çobanın
Yastı – yastı qayalar
Yastığıdır çobanın.
Bu forma uşaq ədəbiyyatını keçmədi. Ən yaxşı halda kitab
tərtibçiləri, dərslik yaradanlar folklorun özünü kitablarına daxil
etdilər. Görünür bunun səbəbi formanın mürəkkəbliyindədir.
“Yumru – yumru qayalar” bənzətməsi təkcə orijinallığına görə
deyil, məzmununa görə də mürəkkəbdir.
Uşaq 10 – 11 yaşlarına çatanda onun qarşısında əsasən
“böyüklər üçün” yaranan folklor nümunələrindən ibarət zəngin bir
aləm açılır, həmin aləmin ən etibarlı bələdçisi aşıqdır. Aşıq
ədəbiyyatı uşaq ədəbiyyatımızın mənşəyini araşdırmaqda misilsiz
əhəmiyyət kəsb edir. Çünki bu sinkretik cəhətdə uşağın estetik
tərbiyəsi üçün mühüm qaynaqlar mövcuddur.
Xalq ədəbiyyatının, xüsusən dastanların və nağılların
yaşamasında aşığın xüsusi rolu var. Aşıq həm bəstəkar, həm
müğənni, həm aktyor, həm də rəqqasdır. O, çalır, oxuyur, rəqs edir,
avazla şeir deyir, qarəvəlli və ya lətifə danışır, şeir qoşur. Qədim
zamanlarda ona varsaq, sonra ozan, yanşaq, nəhayət aşıq demişlər.
Aşıqlar iki yerə bölünür: ustad aşıqlar və ifaçı aşıqlar. Ustad
aşıqlara dədə aşıq da deyirlər. Dədə Yediyar (XVİ əsr), Turab Dədə
(XVİİ), Dədə Qasım (XVİİİ), Aşıq Ələsgər (XİX – XX) Dədə
Şəmşir (sovet dövrü) kimi sənətkarlar xalq arasında həqiqi xalq
şairi qədər şöhrət qazanmış ustad sənətkarlardır.
Aşıq sənətinin inkişafında mühüm rol oynayan cəhət
improvizədir. Hər bir aşıq improvizatordur. Aşıq ifa etdiyi zaman
yəni versiyalar, variantlar yaradır. Buna görə də onun sənəti daim
təkmilləşir, dəyişir, inkişaf edir.
Uşaqlar üçün ən yaxşı tamaşalar aşıqların deyişməsidir.
Deyişmələr cürbəcürdür. Ən əsası iki aşığın qabaq–qabağa dayanıb
bir–birinə bağlama deməsidir. Belə deyişmələrin müxtəlif səbəbləri
olur. Bəzən elə - belə, məclisi əyləndirmək
_____________ Milli Kitabxana________________
39
üçün deyişirlər. Belə hallarda onların proqramları bir – birinə bəlli
olur. Kim hansı bağlamanı deyəcək, kim hansı cavabı verəcək!
Amma keçmişdə bu cür deyişmələr elə belə tamaşa xarakteri
daşımışdı. İki aşıq bir–birinə daha hazırcavab, geniş dünyagörüşə
malik olduğunu, bir sözlə “ustad” olduğunu sübut etmək üçün
deyişərdi. Bu yarışlarda əvvəl bir kəndin, sonra bir obanın, nəhayət
böyük bir ərazinin ən qüvvətli aşığı aşkar olardı. Qalib aşıq məğlub
aşığın sazını əlindən almaq ixtiyarına malik idi. Qalib “ustad”
adlanardı. Ustad aşığın icazəsi olmadan o birisinin əlinə saz almağa
ixtiyarı yox idi. Belə deyişmə gecələrinə böyüklərlə birlikdə uşaqlar
da gələrdilər. Aşıqlar öz bilik səviyyələrinə uyğun yerin altından –
üstündən danışar, bir – birinə çətin bağlamalar deyərdilər. Belə
bağlamalar əsasən astronomiya, təbabət, bitki və heyvanat aləmi ilə
bağlı olardı. Deməli yaxşı aşıq olmaq üçün məlahətli səsin, gözəl
saz çalmaq və danışmaq qabiliyyəti olmaq kifayət deyildir. Aşıq
gərək eşitdiyini, gördüyünü hafizəsində saxlayaydı. Alimlərin
məclisində onların söhbətlərinə diqqətlə qulaq asaydı. Bir sözlə,
ustad aşıq olmaq üçün hərtərəfli biliyə malik olmaq tələb olunurdu.
Bu cəhətlər şübhəsiz uşaqlara hisslər vasitəsilə təsir edir, bir növ
onları ayıldırdı.
Aşıq şeirindəki qafiyə bolluğu uşaqlara təsir edən ikinci
cəhətdir. Uşağa qafiyə də ritm qədər güclü təsir edir, onun qəlbində
musiqiyə bənzər duyğular oyadır. Təcnislərdə isə cinas qafiyələr
olduğuna görə belə şeirlərin təsiri daha artıq olur.
Xalq ədəbiyyatının–xüsusən nağılların və dastanların geniş
yayılmasında, təbliğ olunmasında, nəhayət yaddaşlarda
yaşamasında aşığın rolu misilsizdir.
Uşaq ədəbiyyatının başlıca məqsədi olan tərbiyə məsələləri
yazılı ədəbiyyat yaranmamışdan əvvəl folklorda əks olunmuşdur.
Alimlər haqlı olaraq belə bir fikri əsas götürürlər ki, xalq
peaqogikası ulu babaların təcrübəsində yaranmış və öz ifadəsini
xalqın şifahi ədəbiyyatında tapmışdır. Folklor bir növ xalq
pedaqogikasının tarixi salnaməsi hesab oluna bilər. Müxtəlif folklor
janrlarında xalqın fəlsəfi düşüncəsi, həyata baxışı, tərbiyə
_____________ Milli Kitabxana________________
40
məsələlərində mövqeyi parlaq şəkildə əks olunur. Xalq öz nağıl və
dastanlarında, atalar sözü və məsəllərində dəfələrlə belə bir
fikri ifadə edir ki, insan ən çətin anlarda öz əlinin zəhmətinə, öz
ağıl və bacarığına arxalanmalıdır. Xalq pedaqogikası həmişə
zəhmətkeş kütlənin tərəfində dayanmış, insan əməyini yüksək
qiymətləndirmişdir. Bu baxımdan xalq nağılları xüsusilə
ibrətamizdir.
Azərbaycan nağılları da başqa xalqların nağılları kimi
gəzərgi xarakter daşıyır. Onun da izləri dünyanın başqa - başqa
xalqlarının nağıl və əfsanələrində bəzən də yazılı ədəbiyyatında
görünür. Bu elə janrdır ki, onun təkcə bir xalqa mənsub olduğunu
söyləmək çox çətindir. Azərbaycanda çox geniş yayılmış
“Şəngülüm, Şüngülüm və Məngülüm” nağıllarının eynilə
məzmununu təkrar edən başqa xalqlarda çoxlu nağıllara rast gəlirik.
İlk baxışda sırf “Azərbaycan nağılı” hesab olunan “Göyçək
Fatma”, “Tülkü və dəyirmançı Xəlil” nağılına Şarl Perronun
müraciət etdiyini görürük. Aydın məsələdir ki, Perro “Çəkməli
pişik” və “Billur başmaq” əsərlərini yaradarkən həmin nağıllardan
istifadə edib. Lakin bu nağılları o, fransız folklorundanmı, ya
Azərbaycan şifahi ədəbiyyatındanmı götürüb, bunu demək çətindir.
Çünki o zaman Azərbaycan nağılları çap olunmamışdı, hələ şifahi
həyatını yaşayırdı.
Bu bu qəbildən olan faktlar belə bir fikri deməyə haqq
qazandırır ki, bir xalqın yaratdığı nağıl tezliklə bütün dünyanın ola
bilər. Buna görə də “bu nağıl mənimdir, o biri sənindir” bölgüsü
folklorun bu janrı üçün az xarakterlidir. Lakin Azərbaycan
nağıllarını fərqləndirən elə cəhətlər də var ki, həmin cəhətlərə
əsasən onların məhz bizim nağıl olduğunu demək mümkündür.
Bizim nağıllarda elə təsvir vasitələri, belə demək mümkünsə nağıl
terminləri var ki, yəqin başqa xalqlarda olmaz. Azərbaycan
nağılları belə ifadələrlə başlayır: Biri var idi, biri yox idi, allahdan
başqa heç kəs yox idi. Bu cümlə ilə nağılçı dünyanın tamam boş
olduğu, lap uzaq keşmişdən, dünyanın yarandığı ilk gündən söhbət
açacağını hiss etdirir. Sonra nağıl başlayır. Diqqətlə fikir verilsə bu
cümlədə bir yumor var. Çünki nağılı dinləyən uşaq başa düşər ki,
_____________ Milli Kitabxana________________
41
əgər allahdan başqa heç nə yox idisə, bəs nağılda haqqında
danışılan adamlar və ya başqa surətlər
haradan çıxdı?! Belə hallarda nağılçı nağıl yaraşıqlarından istifadə
edib dinləyicini güldürür.
Məsələn deyir ki:
Xoruz mindim, Kür keçdim. Yabayla dovğa içdim, çox
şilaşı yemişəm, belə yalan deməmişdim.
Və yaxud:
Biri var imiş, biri yox imiş,
Yalan gerçəkdən çox imiş.
Hartdandı, hurtdandı,
Yaxası qarpız qabığı.
Düymələri turpdandı.
Bundan sona nağılın özü başlayır. Adətən bu cür məzəli
proloqdan sonra yumoristik nağıl qəhrəmanı Keçəldən söhbət
düşür. Keçəl bic və kələkbazdır. Onu aldatmaq mümkün deyil.
Əksinə keçəl hər addımda xanımları, xanları və bəyləri aldadır,
onların başına oyun açır. Keçəlin bu cür hiyləgərliyi uşaqların
xoşuna gəldiyi üçün uşaqlar ona sataşır, keçələ cürbəcür mahnılar
qoşurlar ki, bu barədə ayrıca danışacağıq.
Belə yumoristik nağıl qəhrəanlarından biri də tülküdür.
Azərbaycan dilində “Tülkü” sözü “bic”, “hiyləgər”, “kələkbaz”
sözlərinin sinonimi kimi işlənir. Buna görə də bütün bicliklər
Tülkünün ayağına yazılır və onun haqqında çoxlu nağıllar
uydurulur. “Tülkü, tülkü, tünbəki”. “Tülkü baba və Hacıleylək”,
“Tülkü və canavar”, Tülkü və ilan”, “Tülkünün kələyi və s. kimi
nağılları misal göstərmək olar. Bu nağılların baş qəhrəmanı olan
Tülkü gah molla kimi başına əmmamə qoyub həccə ziyarətə gedir
və and içir ki, bir də toyuq – cücəyə toxunmayacaq. Gah çubuq
qırıb səbət toxuyur, gah çarıq tikir. Bütün bu işlərin hamısı isə bircə
məqsəd üçündür. Tülkü yeni bir hiylə ilə özünə yem tapır.
Maraqlıdır ki, Tülkü nə qədər bic olsa da onun qarşılaşdığı
heyvanlar o qədər sadəlövhdür. Amma ən axırda yenə də
_____________ Milli Kitabxana________________
42
sadəlövhlər qalib gəlir. Çünki xalq belə istəyir. Xalq tülkü kimi
həyatını biclik üstündə quranların xoşbəxt olmasını heç zaman
istəmir. Keçəl haqqındakı nağıllarda Keçəl fiziki cəhətcə gözəl
təsvir olunmur. Onun əsas igidliyi ağlı ilə bağlıdır. Keçəldə güclü
yumor hissi var. Keçəl haqqındakı nağılların birində acgöz tacir
Keçəlin tapdığı xəzinəni onun əlindən almaq məqsədilə deyir:
- Gəl hərəmiz bir yalan söz danışaq. Kimin yalanı böyük
olsa o biri ona yüz tümən pul versin.
Keçəl razı olur. Tacir deyir:
- Mənim babamın bir uzun yabısı varmış. O qədər yekəymiş
ki, bu dünyada onu qoymağa tövlə yox imiş. Bircə yeddinci göydə
bir tövlə varmış ki, babam yabanı ora qoyurmuş.
Keçəl deyir:
- Elə bu... Mənim babam tısbağaya minib yeddinci göyə
çıxıb orada bir qarışqanın belində elə böyük bir tövlə tikmiş ki,
bütün dünyadakı yekə yabaları da orada saxlayırmış. Rəhmətlik
sənin baban da öz yabasını elə orada saxlarmış. İndi sən bax gör
mənim babamın tövləsi nə yekəlikdə imiş ki, elə yabaların yüzünü
tuturmuş.
Azərbaycan nağıllarında xalqın adət - ənənələri, milli
xüsusiyyətləri, azadlıq arzuları bədii əksini tapmışdır. Bizim sehirli
nağılların bir ucu Orta Asiya, İran və Azərbaycan xalqlarının
müştərək yaratdıqları “Avesta” toplusuna gedib çıxır. Eramızdan
əvvəl birinci minilliyin birinci yarısında yaranan “Avesta”, dini
kitablar külliyatıdır. “Avesta” ya görə dünya iki hissəyə ayrılır. Baş
allah Ahuza Mazda (Hörmüzd) – xeyirxahdır. Anhra Manyu
(Əhriman) isə şər qüvvələrin rəmzidir. Həyat bu iki qüvvənin
mübarizəsinə əsaslanır. Azərbaycan nağıllarının xeyli hissəsində,
xüsusilə sehirli nağlıllarda “Avesta” nın bu ənənəsi görünməkdədir.
Qədim insan təbiətdə baş verən hadisələrin mənasını dərk
edə bilmədiyi üçün çox zaman onu şər qüvvələrlə bağlayırdı.
İldırımın çaxmasını, meşə yanğınlarını, daşqınlarını, div, əjdaha
kimi təsvir edir, onu şər qüvvələrlə əlaqələndirirdi. Çox güman ki,
sehirli nağıllar məhz bu təbiət xaosundan baş çıxartmayan insanın
arzularının ifadəsi idi. Qədim insanın materialist dünyagörüşünün
_____________Milli Kitabxana________________
43
azlığı, təcrübəsizliyi, lakin böyük arzuları bu nağılları fantastik
etmişdir. Xalq çətinə düşən qəhrəmanını ordan çıxartmaq üçün
yollar tapa bilmədiyinə görə əfsanəvi qüvvələri köməyə çağırır.
“Məlikməmməd”, “Qaraquş”, “Şəms və Qəmər”, “Şahzadə
Mütalib”, “Sehirli üzük” kimi nağıllarda sehr, cadu, əfsun, əfsanəvi
köməkçilər qəhrəmanların dadına çatır.
Xalqın məqsədi xeyrin şər, ədalətin haqsızlıq üzərindəki
qələbəsini göstərməkdir. Bunun üçün Simurq quşları, göyərçinlər,
uçan xalçalar, sehirli üzüklər uydurulur. Bu əfsanəvi qüvvələr
yuxarıda adını çəkdiyimiz “Avesta” da Hörmüzdün köməkçiləri,
Əhrimanın köməkçiləri, Əhrimanın köməkçiləri olan divlərlə,
əjdahalarla döyüşdə qalib gəlir, əsas qəhrəmana qələbə qazandırır.
Sehirli nağıllarda səma cisimləri haqqında xalqın ibtidai
təsəvvürləri də əks olunur.
XX əsrin əvvəllərində uşaq nağıllarından istifadə az qala
ədəbi moda halına düşmüşdü. S. M. Qənizadə “Tülkü və Çaqçaq
bəy” əsərində “Tülkü və dəyirmançı Xəlil” nağılının süjetindən
istifadə etmişdir. (Bu əsərlə Ş. Perronun “Çəkməli pişik” nağılının
süjeti təxminən eynidir.) M. Müşfiq “Kəndli və ilan” poemasında
isə folklordan daha yaradıcı istifadə etmişdir.
Xalq nağıllarında deyilir ki, Çolpan adlı kəndli hər gün bir
ilana süd verir. İlan da əvəzində kəndliyə bir qızıl bağışlayır.
Günlərin birində kəndlinin oğlu ilanı öldürüb bütün xəzinəyə sahib
olmaq istəyir. İlana hücum edib yalnız onun quyruğunu yaralaya
bilir. İlan daha çevik tərpənib oğlanı öldürür. Səhərisi kəndli ilana
deyir ki, sənin ürəyindən quyruq yarası, mənimkindən oğul yarası
getməz. Beləliklə onların dostluğu pozulur. Bu nağıl dostluq
hisslərinə, onun müqəddəsliyinə həsr olunub. Lakin M. Müşfiq
İlanı xəzinə üstündə yalan padşah, kəndlini isə əzilən sinfin
nümayəndəsi kimi təsvir edir. Əsərin sonunda kəndlilər ilanın
yaşadığı qayanı yıxıb ağ günə çıxmaq üçün mübarizə aparırlar.
“İlan” sözü məcazi məna kəsb edir. Burada nağıldan istifadə
sahəsində Nizami Gəncəvi ənənələrini görmək çətin deyil. Müşfiq
xalq nağılındakı hadisəni eynilə saxlamış, lakin onun ideyasında
_____________Milli Kitabxana________________
44
dəyişiklik etmişdir. Bu əsər otuzuncu illərdə yaranmışdır. Bu
dövrdə yaranan əsərlərdə keçmişi, sinifli cəmiyyətin ziddiyyətlərini
göstərmək bir ənənə halını aldığı üçün M. Müşfiq də həmin nağılın
ideya istiqamətini bu cür dəyişdirmişdir.
Nağıllardan istifadə sahəsində ciddi qüsurlar da görünür.
Bəzi hallarda nağılın məzmunu eynilə nəzmə çəkilir ki, bunun da
belə bir əhəmiyyəti yoxdur.
Azərbaycanda uşaqların böyük məhəbbətlə mütaliə etdikləri
janrlardan biri dastandır.
Dastan aşıq ədəbiyyatının ən çox yayılmış janrıdır. Bu
janrın əsas xüsusiyyəti ondan ibarətdir ki, dastanda şeirlə nəsr
növbələşir. Dastanda verilən müəyyən bir əhval – ruhiyyəni daha
da gücləndirmək üçün şeirdən istifadə olunur.
Dastan həcm etbarilə folklor janrıdır. O, müəyyən dərəcədə
nağıla oxşayır. Amma nağılda dastanın fərqli cəhətləri çoxdur.
Dastan olmuş bir hadisə, tarixi həqiqət təsiri bağışlayır. Dinləyici
onun həqiqət olduğuna inanır. Nağıl isə yalan, uydurma,
quraşdırma təsiri buraxır. Əlbəttə, hər iki janrın ən dərin əsasını
həyat həqiqətləri təşkil edir. Lakin dastana nisbətən nağılda
“uydurma” daha çox görünür.
“Dədə Qorqud” dastanlarının motivləri əsasında yaranmış
Anarın eyni adlı povesti, M. Rzaquluzadənin “Ana ürəyi, dağ
çiçəyi” hekayəsində diqqəti cəlb edən cəhətlərdən biri dastandakı
xalq müdrikliyinin yazılı ədəbiyyata keçməsi faktıdır. “Dədə
Qorqud” Azərbaycan xalqının milli formalaşma dövrünün
təfəkkürünü, xalq pedaqogikasının qəhrəmanlıq barədəki ilkin
təsəvvürünü əks etdirdiyi üçün maraqlıdır. X. Koroğlunun, Anarın,
V. M. Jirmunskinin qeyd etdikləri kimi Oğuzların dastanı olan
“Dədə Qorqud”un izinə düşüb Azərbaycan xalqının mənşəyi,
yaşayış tərzi barədə tarixə xidmət göstərə biləcək konkret
mülahizələr söyləmək mümkündür. Təəssüf ki, uşaqlar üçün bu
mövzuya yuxarıda adları çəkilən nəsr nümunələrindən başqa hələlik
əsər yaranmayıb. Halbuki, uşaq yazıçısına “Dədə Qorqud”,
“Koroğlu”, “Qaçaq Nəbi” dastanlarımız tükənməz mövzu
mənbəyidir.
_____________ Milli Kitabxana________________
45
Dastanı danışan aşıq inanır ki, olmuş əhvalat nəql edir.
Buna görə də dastanda baş verən əhvalatların yeri, zamanı az qala
tarixi dəqiqliklə danışılır. Məsələn, Gəncə aşıqları “Əsli və Kərəm”
dastanını danışanda Kərəmin hansı döngədən, nə zaman yola
düşdüyünü, dost tanışla necə görüşdüyünü çox canlı təsvir edirlər.
Koroğlunun adı, igidliyi ilə bağlı olan əhvalatları aşıqlar elə yerli
yerində danışırlar ki, onun bədii surət olduğuna inanmaq
istəmirsən. Buna görə də təkcə Azərbaycanda Koroğlunun, Qaçaq
Nəbinin adı ilə bağlı çoxlu qala, dəyirman, qüllə, səfalı guşələr
vardır.
Uşaq ədəbiyyatının qəhrəmanlıq motivləri başlıca
keyfiyyətdir və həmin cəhətlər “Koroğlu” dastanında xüsusi yer
tutur. Uşaqların arasında geniş yayılan dastanlardan biri “Koroğlu”
da əsasən XVİ – XVİİ əsrlərin hadisələri öz əksini tapır.
Bu əsrlərdə Türkiyə və İran işğalçıları tez – tez
Azərbaycana basqınlar edirdilər. Xüsusilə Şah Abbas hakimiyyəti
dövründə Azərbaycanın təbii sərvətlərini ələ keçirmək meylləri
güclənmişdi. Türkiyə və İran işğalçılarının feodal müharibələrinə
məruz qalan Azərbaycanın müxtəlif yerlərində kəndli üsyanları baş
verirdi. Marağa, Ərdəbil, Şirvan, Təbriz kimi rayonlarında xalq
həyəcanları artır, qəsbkarlara qarşı mübarizə güclənirdi. Xalq öz
sərvətini qılınc gücünə qorumaq üçün ölüm – dirim mübarizəsinə
girişirdi. Bax bu vuruşmalarda şücaət göstərən igidlərin
ümumiləşmiş surəti kimi Koroğlu yarandı. “Koroğlu” dastanı bu
hərəkatın məhsulu kimi meydana çıxsa da bu xalq eposunda əvvəlki
əsrlərin qəhrəmanlıq izlərini də görmək çətin deyil. Beləliklə,
Koroğlu mübarizələrin ümumiləşmiş bir surəti kimi meydana çıxdı.
Dastanın əsas iştirakçıları xalq kütlələridir. Onlar paşalara, xanlara,
sultanlara qarşı mübarizə aparırlar. Koroğlunun əsl adı Rövşəndir.
Rövşən sözünün mənası işıq deməkdir. Atasının gözləri Həsənxan
tərəfindən kor edildiyi üçün ona Koroğlu deyirlər. Beləliklə, xalq
Koroğlu – işığa həsrət qalan kişinin oğlu olan Rövşəni – işığın özü
ilə birləşdirir. Xalq sanki demək istəyir ki, xanlar zəhmətkeş Alı
kişinin gözlərini töküb onu
_____________ Milli Kitabxana________________
46
dünya işığına həsrət qoysa da onun oğlu Rövşən xalqa azadlıq işığı
gətirmək üçün vuruşacaq. Koroğlunun qılıncının adı Misri qılıncdır.
Misri qılınc - ədalət naminə çalınan qılınc mənasını daşıyır.
Koroğlunun adı Qıratdır. Professor M. H. Təhmasibin fikrincə bu
sözün mənası od at deməkdir. Deməli, Rövşən – işıq od ata minib,
ədalət qılıncı ilə paşalara, xanlara, bəylərə qarşı mübarizə aparır.
Koroğlu ilə xalqın arasında möhkəm əlaqə var. O, həmişə
xalqla məsləhətləşir. Ömründə bircə dəfə dəlilərin sözündən çıxdığı
üçün Keçəl Həmzə onun Qıratını qaçırır. Xalq bu epizodla demək
istəyir ki, Koroğlunun gücü xalqla bağlılığındadır. Xalqa
arxalananda o basılmaz olur.
“Koroğlu” dastanı möhkəm kompozisiyaya və süjetə malik
bir xalq eposudur. Azərbaycanda onun 22 qolu məlumdur. Hər qol
müstəqil bir dastan təsiri bağışlasa da Koroğlu bütün qolların əsas
qəhrəmanı olduğu üçün bu qolları böyük eposun ayrı – ayrı fəsilləri
hesab etmək olar. Hər qolda Koroğlunun qəhrəmanlığının bircə
cəhəti açılır. Koroğlu təkcə qılınc vuran güclü bir adam deyil, o,
eyni zamanda gözəl aşıq, qayğıkeş yoldaş, vəfalı ər, təmiz ürəkli,
incə qəlbli bir insandır. Azərbaycan uşaqlarının sevə - sevə
oxuduğu “Koroğlu” dastanı dünya xalqlarının yaratdığı “İlliada”,
“Odissiya”, “İqor polku dastanı”,
“Canqar”, “Nart”, “Sasonlu David”, “Manas”, “Amirani” kimi
sənət inciləri ilə bir sırada dayanır. Təəssüf ki, bu dastanın ayrı –
ayrı qolları əsasında hələlik gözəl əsərlərimiz yaranmayıb.
Uşaqların özləri dastana böyük maraq göstərsələr də, uşaq
ədəbiyyatımız ona bağışlanılmaz bir laqeydlik nümayiş etdirir.
Halbuki dastanın qəhrəmanlıq motivləri uşaq ədəbiyyatımızı çox
zənginləşdirə bilər.
“Yaşasın yüksək xəyallar və fantaziyalar” deyərkən S.
Vurğun xalq əfsanələrinin uşaq ədəbiyyatını zənginləşdirə bilmək
imkanlarını nəzərdə tuturdu. Azərbaycan əfsanələrinin dəqiq
tarixini müəyyənləşdirmək mümkün olmasa da belə təxmini bir
mülahizə söyləyə bilərik ki, xalq səma cisimlərinin, təbiət
hadisələrinin həqiqi mahiyyətini dərk etməyə başladığı vaxtlarda
əfsanələr uydurmuşdur. Tarixi hadisə və faktları yozmanın bir yolu
_____________Milli Kitabxana________________
47
da əfsanədir. Buna görə də xalq bir sır tarixi hadisələrin əsil
mahiyyətini tam bilmədiyi halda onun əsas istiqamətini hiss etmiş
və müəyyən tarixi hadisələr və şəxsiyyətlər haqqında əfsanələr
yaratmışdır.
Dünya ağalığı niyyətinə düşən Makedoniyalı İskəndər
haqqında Azərbaycan dilində bir neçə əfsanə var. Bunlardan
birinin məzmunu budur ki, İskəndərin buynuzu varmış. Bu barədə
o, heç kəsə bir söz demirmiş. Təkcə onun dəlləyi bu sirri bilirmiş.
Bir gün dəllək bu sirri ürəyində saxlaya bilmir, onu dərin bir
quyuya söyləyir. Quyunun suyundan qamışlar bitir. Həmin
qamışdan bir çoban tütək düzəldib çalanda görür ki, tütək deyir:
İsgəndərin buynuzu var buynuzu
Sonra bu sirr didən – dilə düşür, onu hamı bilir.
Azərbaycanda hiyləgər, başqasına tor qurub ev yıxmaqla
məşğul olan adamlar haqqında deyirlər: Filankəsin qarnında
buynuzu var. Xalqın məcazi şəkildə işlətdiyi bu buynuzun
İsgəndərin başında bitməsinin səbəbi də yəqin ki, bu fatehin
adamlara qan uddurmasıdır. Maraqlı burasıdır ki, Azərbaycanın
Şirvan zonasında, xüsusilə Şamaxıda bir neçə dəfə güclü zəlzələ
olub. Ara – sıra indi də kiçik təkanlar olur. Xalq bu zəlzələnin
səbəbini İskəndərin həmin buynuzu ilə əlaqələndirir. Guya İskəndər
o zaman Azərbaycana gələndə qəhrəman bir qız onunla güləşir və
başından dəbilqəsini vurub salır. Məlum olur ki, İskəndərin daz
başının ortasında bir buynuz var. Qız onu tutub necə dartdısa
buynuz qırılır. İskəndərin də bütün gücü bu buynuzda imiş. O,
məğlub olub vətəninə qayıdır. Amma adamların yadından çıxıb
buynuzun qırığı torpağın altında qalır. Deyirlər ki, Şamaxı
zəlzələlərinin yaradan həmin o buynuzun qırığıdır.
Azərbaycan
əfsanələrinin müəyyən qismi quşlar
haqqındadır. Bu əfsanələr uşaqlar üçün xüsusilə maraqlıdır.
Şanapipiyin başında niyə kəkili var? Bayquşlar nə üçün daha çox
xərabəlik sevir?
Təxminən buna bənzər suallara Azərbaycan əfsanələrində
cavab tapmaq mümkündür.
_____________Milli Kitabxana________________
48
Şanapipik haqqında əfsanədə deyilir ki, Yusif və Nəsib adlı
iki qardaş, onların da bir bacısı varmış. Bir gün qardaşlar ova gedir,
bacılarına da tapşırırlar ki, yemək hazırlasın. Bacı çox gözləyir,
amma qardaşlar gəlib çıxmır. Onda qız allaha yalvarır ki, onu quşa
çevirsin, gedib qardaşlarını tapsın. Guya allah onu doğrudan da
quşa çevirir. O, havaya qalxıb qardaşlarını axtarır. Təsadüfən quşa
çevriləndə onun başında darağı varmış. Daraq kəkilə çevrilir. Quş
tez – tez bup – bup deyir. Bu o deməkdir ki, Yu – sif, Nə - sib, gəl,
tap!
Əfsanələrin bir qrupu yer, qalalar, dağlar, qayalar barədədir.
Əlbəttə bu əfsanələr təkcə uşaq ədəbiyyatı üçün yox, toponimiya ilə
məşğul olan alimlər üçün də maraqlı ola bilər.
Uşaqlara tarixi şəxsiyyətləri sevdirmək işində də əfsanələrin
rolu böyükdür. Cavanşir, Babək, Cavidan, Qatır Məmməd haqqında
bir sıra əfsanələr var ki, onlarsız Azərbaycan uşaq ədəbiyyatını
təsəvvür etmək mümkün deyil.
Uşaq ədəbiyyatı tədqiqatçıları belə bir mühüm cəhəti ön
plana çəkirlər ki, bu sənəti yumorsuz təsəvvür etmək mümkün
deyil. Çünki, yumor uşağı cəlb edir. Ən ciddi mətləbləri zarafat
yoluyla oxucuya təqdim etmək mümkündür və zəruridir. Uşaq
gərək tərbiyə olunduğunu duymasın. Buna görə də ən ciddi
məsələləri zarafat tərzi ilə demək lazım gəlir. Bu sahədə lətifə
janrının ənənələri uşaq ədəbiyyatı üçün ən yaxşı amil olur.
“Molla Nəsirəddin” lətifələri Azərbaycan uşaq ədəbiyyatı
üçün ən yaxşı mənşə rolunu oynayır. Molla Nəsirəddin adı ilə bağlı
olan və az qala bütün dünyada məşhurlaşan lətifələrin əsasını gülüş,
satira və sarkazm təşkil edir. Bu lətifələrin Azərbaycan uşaqları
arasında geniş yayılmasının birinci səbəbi onun yumoristik
təbiətidirsə, ikinci səbəbi həmin lətifələrdə kəskin zəkanın, yüksək
ağlın, həm də tərbiyəvi əhvalatların olmasıdır. Lətifələrin baş
qəhrəmanı Molla Nəsrəddin uşaq qədər sadəlövh, alim qədər bilici,
qəhrəman qədər cəsarətlidir. Bəzən onun hərəkətlərindəki
sadəlövhlük gülüş hədəfi olur ki, bunun da tərbiyə işində böyük
əhəmiyyəti var. Styopa dayını rus və dünya uşaqları ilə onun
_____________ Milli Kitabxana________________
49
sadəlövhlüyünə görə sevirmi? Əslində Molla Nəsrəddin obrazı xalq
tərəfindən uşaqlar üçün yaranmış hərtərəfli dolğun bir surətdir.
Nəsrəddin bütün xalqlarda, lakin müxtəlif adlarda tanınır.
Xacə Nəsrəddin, Xoca Nəsrəddin, Molla, Xacə kimi tanınan bu
adamın tarixi şəxsiyyət olması haqqında maraqlı mülahizələr var.
Alimlər belə təxmin edirlər ki, bu adam Xİİİ əsrdə yaşamışdır. Bir
qrup alimlər isə daha cəsarətli mülahizələr irəli sürərək onun
görkəmli Azərbaycan şairi və alimi Xacə Nəsrəddin Tusi olduğu
gümanına gəlirlər.
Molla Nəsrəddin lətifələri dövrün ictimai eyiblərini
cəsarətlə açır, mollaların, qazıların iç üzünü xalqa göstərə bilir. Bu
lətifələrin gözəlliyi orasındadır ki, onlarda artıq, lüzumsuz
əhvalatlar yoxdur. Şəhərin tükü” lətifəsində oxuyuruq:
«Deyirlər ki, Molla birinci dəfə kənddən şəhərə gələndə
başına çox qəribə əhvalatlar gəlir. Bu əhvalatlardan biri də belə
olur.
Molla şəhərin qalalarını, bürclərin görüb heyran – heyran
baxırmış. Bunu görən məmurlardan biri onu ələ salmaq istəyir,
yaxınlaşıb ondan soruşur:
- Nə olub a kişi? Dəvə nalbəndə baxan kimi nə gözünü
zilləyib baxırsan?
Molla deyir:
- Vallah mən kənd adamıyam, şəhərə birinci dəfədir ki,
gəlirəm. Baxıram ki, evlər, küçələr, bağlar, dükanlar hər şey var.
Özləri də çox gözəldir. Amma bax, şəhərin o yan – bu yanında
göyə dikələn bu şeylər nədir, başa düşə bilmirəm.
Məmur yaxındakı bürclərdən birini göstərib deyir:
- Niyə başa düşmürsən? Bunlar bizim şəhərin başının
tükləridir belə dik – dik durublar.
Molla başa düşür ki, məmur onu ələ salır. Bir ona baxır, bir
də dönüb bürcə baxır. Elə bu zaman şəhər hakimi beş – on adamla
bürcün üstünə çıxıb ətrafa baxmağa başlayır. Molla məmura deyir:
- Şəhərinizə sözüm yoxdur. Amma belə ki, mən görürəm,
deyəsən, şəhərinizin başını təmiz saxlamırsınız.
_____________ Milli Kitabxana________________
50
Məmur soruşur:
- Niyə?
Molla həkimgili göstərib deyir:
- Bir bax, bir tükün üstünə neçə bit dırmaşıb”.
Məmurun üzünə qarşı onun və böyüyünün bit olduğunu
söyləmək kiçik cəsarət deyil. Lakin Molla bunu öz
sadəlövhlüyünün pərdəsi altında dediyi üçün heç bir cəza almır.
Maraqlıdır ki, bütün lətifələrdə Molla Nəsrəddin ifaçıdır,
hətta Temurləngin, müxtəlif şahların qaniçən olduğunu, onların
ədalətsizliyini üzlərinə eyir, amma cəzalanmır. Çünki onun bu ciddi
ittihamları yumor örtüyünə büküldüyü üçün qəhrəman təhlükəsiz
qalır.
Molla Nəsrəddin lətifələrində dövrün yalançı və ikiüzlü
məhkəmələri, din xadimləri, hətta o dövr üçün toxunulmaz sayılan
din qanunları ifşa olunur. İslam dininin geniş hökmranlıq etdiyi bir
zamanda bu cür ifşaçı olmaq həqiqi inqilabçılığa bərabərdir.
Mollanın qazılara, onların məhkəmələrinə münasibəti
maraqlıdır. Məhkəmə xadimləri çox zaman Mollanı dolaşdırıb
məhkəməyə çağırırlar ki, onu azacıq da olsa cərimələsinlər. Heç
olmazsa xalq içindəki hörmətinə xələl gətirən bir iş görsünlər. Belə
hallarda Mollanın yumor maşını daha dəqiq işləyir. Söz döyüşündə
o qazıları pis vəziyyətə salır, onların çirkin simasını ifşa edir. Bəzən
Mollanı məhkəmələrə çağırırlar ki, ondan kömək alsınlar. Qazılar
bunu çətin anlarda edirlər. Belə vaxtlarda Molla məsələni xalqın
xeyrinə həll edir. Əlbəttə ki, yumor hissini bir an belə yaddan
çıxartmamaq şərtilə.
Molla Nəsrəddin yumoru 700 ildən artıqdır ki, bütün şərqi
dolanır. Xalq ona yeni əlavələr edir.
Molla Nəsrəddin lətifələrində tərbiyə məsələlərinə həsr
olunmuşlar da az deyil. Uşağı qabaqcadan şillə ilə vurub sonra iş
dalınca göndərən valideynlər, onların tərbiyə üsulu ciddi tənqid
olunur. Molla uşaqların dili ilə dövrün ictimai eyblərini ifşa edir.
Guya Molla hələ balaca uşaq imiş, meşədə odun yığırmış. Bir də
görür ki, bir dəstə atlı kəndə gəlir. Diqqətlə baxanda bu atlıların
_____________ Milli Kitabxana________________
51
gözü su içmir. Başa düşür ki, bunlar qarətçi Teymurləngin
dəstəsidir. Teymur ona yaxınlaşıb soruşur:
- Ey uşaq, sizin bu kəndin böyükləri kimlərdir?
Uşaq deyir:
- Əkizlər!
- Yox, elə demirəm, kəndə bir qonaq gələndə onları kim
qarşılayır?
- İtlər!
Teymurləng başa düşür ki, uşaq onu dolayır. Qılıncını
çıxarıb deyir:
- Nə çapardım!
Uşaq əhvalını pozmayıb deyir:
- Çap ki, yoldaşlarından geri qalmayasan.
Son cümlə iki mənalıdır. Birinci mənası budur ki, guya uşaq
qonağın at çapmasını deyir. Yəni atını çap ki, yoldaşlarına çatasan.
Amma bu cümlənin ikinci, daha dərin mənası var, yəni məni
qılıncınla çap ki, özün kimi qaniçən, zülmkar adamlara oxşayasan,
qantökmək içində geri qalmayasan.
Molla Nəsrəddin lətifələri bu cür ikiqat mənaya əsaslandığı
üçün əsrlərin sınağından çıxıb bu gün də uşaqların üzünə
təbəssümlə gülümsəyir. Bu lətifələrin Azərbaycanda neçə dəfə nəşr
olunduğunu söyləmək çətindir. Amma bir həqiqəti demək çox
asandır ki, kitab çapdan çıxan kimi evlərə axır və hər bir
məktəblinin, təqaüdçünün, fəhlənin stolüstü kitabı olur.
Azərbaycanda Bəhlul Danəndənin adı ilə də xeyli lətifə
yayılmışdır. Lakin bu lətifələrdə yumordan çox, ağıl və müdrik
kəlam var. Bəhlul Danəndə lətifələri də maraqla oxunur.
Molla Nəsrəddin lətifələrinin dərin yumoru XX əsr uşaq
ədəbiyyatımız üçün tükənməz mövzu mənbəyi olmuşdur. M.
Sabirin “Molla Nəsrəddinin yorğanı”, “Yalançı çoban” əsərlərinin
mövzusu məhz bu xalq lətifələrindən götürülmüşdür.
Müasir dramaturqumuz Y. Əzimzadə Molla Nəsrəddin
lətifələrinin motivləri əsasında uşaqlar üçün “Nəsrəddin”
komediyasını yazmışdır.
_____________ Milli Kitabxana________________
52
Uşaq ədəbiyyatı folklorun təkcə məzmununu mənimsəyir,
onun formasını, qəlibini özününkü edir. Çünki folklorun ruhunda
uşaq anlayışına və qavrayışına yaxın cəhətlər çoxdur. Buna görə də
folklor ədəbiyyatını (dini mahiyyətli miflərdən, qorxulu nağıllardan
başqa) bütövlükdə uşaqlara vermək olar. Uşaq ədəbiyyatı
yaranmayan xalqlarda folklor həmin rolu oynayır.
Dostları ilə paylaş: |