Məsud Əlioğlu
Ùöñåéí Úàâèä
Xəyal içində bəşər
Daima səadət arar
üseyn Cavidin sənəti, görüşləri
və yaradıcılıq taleyi haqqında
düşünərkən fikrimizin fövqündə çox əzə-
mətli və məğrur bir sima, incə, həssas,
həm də son dərəcə qüdrətli bir istedad
canlanır. Hüseyn Cavid bu yüksəlişə ça-
tana qədər mürəkkəb yaradıcılıq yolu
keçmiş, ağır və böhranlı bir təkamül
dövrü yaşamışdır.
Əgər belə bir sual verilsə ki, Hüseyn
Cavid yaradıcılığının başlıca poetik mə-
nası və Cavid sənətinin fəlsəfi-estetik məzmunu nədən ibarətdir?
Həmin suala daha dəqiq və doğru cavab bu ola bilər: insanları
birləşdirən, yaxın və doğma edən mənəvi amillərin təsdiqi və
onları bir-birindən ayıran, yadlaşdıran qorxunc ehtirasların inkarı.
Hüseyn Cavid bəşəriyyətin mənəvi fikir həyatı, real və ideal
yaşayış arzuları ilə bağlı olan məsələlərlə əlaqədar, yaradıcılığının
əvvəlindən sonuna qədər daima axtarışlar aparmışdır. Bu axtarış-
lar fikir, mənəviyyat, insanların qəlb həyatı, yeni bədii formalar
ətrafında getmişdir. İlk qələm təcrübələrindən, fəlsəfi-lirik şeirlə-
rindən başlayaraq, Cavidi axtarıcı sənətkar olaraq bu cür əsrarlı
suallar qarşısında heyrət edən görürük: nə üçün real aləmlə ideal
aləm arasında keçilməz sədlər yaradılmışdır? Real həyatda xoş-
bəxt olmaq mümkün deyildirmi? Xəyal ardınca getdikcə bəşəriy-
yət nicat yolu tapacaqdırmı? İnsan öz fikrində yaşatdığı və arzu-
larında canlandırdığı təmiz, gözəl həyata inamında aldanmırmı?
H
Úàâèäè õàòûðëàðêÿí
312
Hiss olunur ki, müəllif bu sualların bir çoxunu həll etməkdə
acizdir, bir qismi haqqındakı fikirləri dumanlı və qarışıqdır. Nis-
bətən real şəkildə, həm də doğru həll etdiyi sualların çoxusu da
insanların xisləti, təbii istəkləri və hisslərinin düzgün tərbiyə
edilməsi fikirləri ilə əlaqədardır. “Məsud və Şəfiqə”, “Yadi-
mazi”,”«Gecəydi”, “Elmi-bəşər”, “Sevinmə, gülmə, quzum”,
“Görmədim”, “Dün və bu gün”, “Qürubə qarşı”, “İştə bir
divanədən bir xatirə” adlı məşhur əsərlərində şair kainatı nə
şəkildə dərk etdiyindən, real aləmdə biliklə cəhalət, həqiqətlə
xurafat arasında yaranmış təzadların mahiyyətini nə şəkildə qəbul
etdiyindən, çəmiyyətdəki acı iztirablardan ətraflı bəhs etmişdir.
Bu şeirlərin ruhundan, ideya məzmunundan aydın olur ki, Cavid
iki aləm arasında tərəddüd keçirir. Bəşər həyatının keçmişinə,
tarixə nəzər saldıqda insanlığın əqli-mənəvi inkişafında bir oyanış
görən şair, real həyata müraciət etdikdə küskünləşir. Onun fik-
rincə, bəşəriyyət real varlıqda mövcud olan yaramazlıqlardan,
rəzalət və ziddiyyətlərdən xilas üçün xəyala qapılmışdır. Şirin
xəyallar, sonu görünməyən və dərk edilməyən təxəyyül aləmi
dözülməz, soyuq və acı həqiqətləri unutmaq, yaddan çıxarmaq
üçün yeganə təsəlli vasitəsidir. Həyata bu cürə yanaşmaq isə öz-
özlüyündə yalnız aldanışlar doğurur. Müəllif xoşbəxt gələcəyə,
arzu edilən gözəl bir aləmə qovuşmaqda da xəyali-romantik
təsəllini yeganə doğru yol və mənəvi istinadgah hesab edir. Heç
olmazsa xəyalın köməyi sahəsində ruhi sıxıntıdan və darıxdırı-
cılıqdan bir qədər xilas olmaq mümkündür. Aydındır ki, gələcəyə
belə bir utopik baxış nəticə etibarı ilə yenə də aldanışa gətirib
çıxaraçaqdır. Real aləmə, "mövcud həyata gəldikdə isə Cavid bu
aləmlə çox az hesablaşırdı. Onun fikrincə, dinlər, fəlsəfələr və
saysız-hesabsız fikri cərəyanlar, müxtəlif təriqət və məzhəblər
insanlığı zülmün və fəsadın ağır yaşayış şəraitinin mürəkkəb və
cansıxıcı məhrumiyyətlərindən xilas etməkdə heç bir nicat yolu
göstərə bilmədi. Hətta elmlə, ürfan və hikmətlə bağlı olan real
təfəkkür də insanlığı məhdudiyyətdən ənginliyə, iztirabdan fira-
vanlığa çıxarmaqda aciz qalmışdır. Şairə görə, bəşəriyyət yalnız
Úàâèäè õàòûðëàðêÿí
313
öz keçmişini yada salıb öyünmüş, ötən günlərin həsrəti və şairin
həyəcanları ilə əylənmiş, hal-hazırkı həyata gəldikdə isə küskün-
ləşmiş və ümidini ancaq gələcəyə bağlamışdır. Hüseyn Cavidin
nəzərində keçmiş də romantikadır, gələcək də. Mövcud həyat, real
varlıq isə olsa-olsa prozadır, ürəksıxan, boş və qəmli bir dünyadır.
Həm də elə bir dünya ki, büsbütün dərkedilməzdir:
Bəşəriyyət zavallı, pək məsum...
Daima bir sərabə aldanaraq,
Qoşuyor sanki bir dəniz bulacaq,
“Bilmək, öyrənmək” öylə bir uçurum
Ki, onun intəhası yox, dibi yox...
“Bilirəm” söyləyən də var pək çox
Nəmə lazım... o bir xəyalətdir.
“Elmi-ürfan” nədir, mən anlamadım,
Çünki həp cəhlə doğrudur hər adım
1
.
Böyük zəkalar, dühalar və kamal sahibləri belə, real həyatda-
kı bu küskünlüyə nəhayət verməkdə, mövçud aləmdəki ziddiy-
yətləri haqsızlıq və zülmü aradan qaldırmaqda xeyli əmək sərf
edib baş çatlatmışlarsa da, heç bir nətiçə hasil edə bilməmişlər.
Bu səbəbdən də şairin dili ilə deyilsə, büsbütün yorulub sakitləş-
mişlər. H.Cavidin dünyanın dərkedilməzliyi haqqındakı bu fikir-
ləri idealist mahiyyətdə, bir qədər də kantçılığa yaxın fikirlər idi.
Lakin çox incə şəkildə, poetik bir ifadə ilə və lirik üslubda deyilən
bu romantik idealist fikirlər bədbinlikdən büsbütün uzaq idi.
Bəşəriyyətin xoşbəxt gələçəyi üçün dərindən düşünən humanist,
insanpərvər bir sənətkarın səmimi şairanə fikirləri idi.
H.Cavid yaradıcılığının başlanğıc dövrünə təsadüf edən bu
şeirlərdəki ictimai etiraz, zülm və haqsızlıq əleyhinə yağdırılan
coşğun nifrət, əsəbi üsyankarlıq və gərkinlik ruhu, həmin dövr-
dəki (1900-1914) ictimai-siyasi həyatın çox mürəkkəb və təzadlı
1
Addım.
Úàâèäè õàòûðëàðêÿí
314
hadisələrinin şairin intibahlarında doğurduğu təsirlərdən irəli
gəlirdi. Şair XX əsrin övladını “müstəbid övlad” adlandırırdı. Ona
görə ki, çaxnaşıqlı və qarışıq bir zamana təsadüf edən həmin
əsrdə, əqlin kəşf etdiyi qanunlar bəşəriyyətin ruhi həyatına fərəh
və sevinc gətirə bilməmişdi. Cəmiyyətin icad etdiyi qanun və adət
insanlığı məhkumiyyətin ağır, öldürücü təzyiqindən, qəlbi tən-
halıq əzabından, millət və xalqlar arasında yaradılmış dini-siyasi
və milli ədavətdən, düşmənçilikdən xilas edə bilməmişdir. Bütün
bunların əvəzində özlərini XX əsrin “müstəbid övladı” adlandıran
hakim təbəqələr soyğunçu müharibələrin genişlənməsinə, zalım-
larla məzlumlar arasındakı nifaqın güclənməsinə, bir yığın sayğı-
sız müftəxorların halal zəhmət çəkənləri get-gedə daha çox istis-
mar etməsinə şərait yaratmış və elmin, real təfəkkürün və tərəq-
qinin nailiyyətlərini, bəşəriyyəti məhv etməyə doğru istiqamət-
ləndirmişdir. H.Cavid cəmiyyətin həyatından və zamanın mürək-
kəb hadisələri içərisindən baş qaldıran ziddiyyətləri çox həyəcanla
qarşılayırdı. Bu səbəbdən də əski dinlərin, təriqət və məzhəblərin,
daha sonralar isə elmi təfəkkürün və müxtəlif fəlsəfi cərəyanların,
bəşəriyyətin qəlb həyatına, ruhi aləminə şadlıq və gözəllik gətirə
bilmədiyini, şeir və musiqi səviyyəsinə qalxa biləcək həyatına
təzə, mənalı və xeyirli bir şey əlavə edə bilmədiyini söyləyirdi:
Mərhəmətsizdir iştə köhnə fələk,
Bəşəriyyətlə əylənir daim.
Bəşariyyətlə əylənir külərək...
Dünki məhkum olur bu gün hakim.
Dünki bədbəxt olur bu gün məsud.
Dünki məsud olur bu gün mərdud.
Demək, çarpışıb-vuruşan qüvvələr, ziddiyyət içində çırpınan
və ziddiyyətlərdən yaxa qurtara bilməyən xilqət daima hərəkətdə
olan, dəyişib yeniləşən dini, əxlaqi və siyasi amillər dialektik bir
prosesdədir və müəllifin fikrincə bu prosesin sonu yenə də
aldanışlara gətirib çıxaracaqdır:
Úàâèäè õàòûðëàðêÿí
315
Yox təbiətdə öylə bir qüvvət,
Əbədi, həm də payidar olsun.
Həp dəyişməkdədir bütün xilqət,
Həp dəyişməkdədir həyatü fünun.
Olmayan varmı inqilabə zəbun?
Varmı sarsılmaz öylə bir qanun?
Seyr edin iştə kainatı bütün,
Devrilir hər adımda bir əzəmət.
Dinləməz dünki hadisatı bu gün,
Parlıyor hər dəqiqə bir hikmət.
Hər qaranlıqda çırpınır bir nur.
Hər həqiqətdə bir xəyal uyuyur.
H.Cavid bəşər həyatını çıxılmaz vəziyyətdən qurtarmaq üçün
real yol tapa bilmir. Bu səbəbdən də başqa bir məsələnin təhlilinə
keçir. Bütün böyük romantik şairlərdə olduğu kimi, Cavid də, real
imkandan daha artıq, nikbin sonluqlarla, xeyirxah niyyətlərlə kifa-
yətlənir. O, cəmiyyət daxilindəki fənalıqları görür, hiss edir, gös-
tərir, lakin bunları yerli-dibli yox etmək üçün təsirli bir vasitə,
çarə tapmaqda çətinlik çəkir. Şair ictimai həyatı ağzına almış zid-
diyyətlərin səbəblərini araşdırıb aydın bir nəticə hasil etmədikdə,
insanın mənəvi-əqli həyatının təşrihinə qayıdır. Qəlbin saysız-
hesabsız gözəlliklərlə zəngin dünyası ilə məşğul olarkən Cavid
yalnız lirik şairdir; məhəbbətdən, gözəllik və eşqdən sonsuz nəşə
duyan coşğun, həyatsevər və nikbin bir şairdir.
H.Cavid şəxsiyyətin, naturanın və subyektin aləmini daima
təbii, saf və gözəl görmək istəyir. Əgər əqil, düşüncə bir tərəfdən
tərəqqini gücləndirib, inkişaf üçün zəruri sayılan amilləri çoxal-
dırsa, digər tərəfdən naturanı süniləşdirir və subyektin, şəxsi-mə-
nəvi istəklərin təbiiliyini korlayır, ürəkdən gələn hissləri pozur.
Əqil birtərəfli inkişaf etdikdə yaxşı halda xudbinliyə aparıb çıxa-
rırsa, insanın canlı-təbii hissləri heç bir məhdudiyyət tanımır, özü-
nə geniş sahə axtarır. Lirik-humanist şair H.Cavidin fərdin xoş-
bəxtliyinə, şəxsiyyətin təmizliyinlə dair qənaətləri bu istiqamət-
Úàâèäè õàòûðëàðêÿí
316
dədir. Lirik şeirlərinin bir çoxunda müxtəlif münasibətlərlə təbliğ
etdiyi:
Məhəbbətsiz bütün mənayi-xilqət şübhəsiz heçdir;
Məhəbbətdir əvət, məqsəd şu pürəfsanə xilqətdən.
yaxud:
İnsan olan cahanda nasıl sevgisiz yaşar?
Həp sevgidir gözəlliyi insana sevdirən!
Məhrumi-eşq olunca gözəllik də can sıxar, –
kimi məzmunca orijinal və maraqlı fikirlərində insanları bir-
birinə yaxınlaşdıran və doğmalaşdıran mənəvi amillərin mərkə-
zində eşqin, məhəbbətin qüdsiyyətində görürdü.
Hüseyn Cavid bəşərdə məhz insanlıq hissinin, qəlb həyatına
məxsus incəliklərin əsas yer tutmasını arzulayırdı. İnsanlığın ideal
dərəcədə mənalı inkişafı üçünsə məhəbbəti, böyük insan eşqini
yüksək tutmağı vacib sayırdı. Sirdaşlıq, mənəvi qardaşlıq və kö-
nül birliyi yalnız o zaman mümkün olacaqdır ki, insan öz ləyaqə-
tini və vüqarını başqalarını alçaltmaq və hörmətdən salmaq hesa-
bına yüksəltməsin, əksinə, başqalarının iztirablarını, ürək ağrıla-
rını yüngülləşdirmək və aradan qaldırmaq naminə öz varlığını
əzablara qurban versin. “Sevinmə, gülmə, quzum” adlı şerində
insanlar arasındakı ruhi təması, könül sirdaşlığını və doğmalığı
daima sabit görmək istəyən şairin incə hissiyyatı nə qədər
təsirlidir:
İnan ki, bir acı söz, bir baxış, bir incə gülüş,
Kədərli, sıtmalı bir qəlbi dırmalar, yaralar.
O qəlb ovunsa da, aldanma, incinib küsmüş,
Sağalmaz iştə o, illər keçər də həp sızlar.
Beləliklə, H.Cavidin ilk qələm təcrübələrindən ibarət əsərləri
və fəlsəfi, ictimai məzmun daşıyan lirik şeirləri onun fikri təka-
mülünü, məfkurə axtarışlarını öyrənmək və aydınlaşdırmaq cəhət-
dən çox əhəmiyyətlidir. Şairin həyata baxışı, varlığa estetik müna-
sibəti və müxtəlif içtimai-siyasi məsələlərə həssas əlaqəsi, həmin
Úàâèäè õàòûðëàðêÿí
317
şeirlərdə yüksək poetik bir dillə, sənətkarlıqla ifadə olunmuş və
onun yaradıcılıq axtarışlarıiın ilk və dolğun mərhələsi kimi
diqqəti cəlb etmişdir.
Uçurum, qaranlıq, çıxılmaz yolum,
Uçurum, uçurum, həp sağım, solum.
Müxtəlif vaxtlarda yazdığı “Ana”, “Maral”, “Şeyda”, “Afət”,
“Uçurum” və “Knyaz” əsərləri ilə H.Cavid artıq cəmiyyət həya-
tına müdaxilə edir. Bu zaman onu yaradıcılığının birinci mərhə-
ləsində olduğu kimi varlığın dərkedilməzliyi, kainatı qəbul və
təsdiq etməkdə hansı vasitələrin mümkün olub-ola bilməyəcəyi,
xəyalla həqiqət, elmi-ürfanla əqli hissiyyat arasında yaradılmış
uçurum və ziddiyyətlərin mahiyyəti, səbəbləri haqqındakı prob-
lemlər məşğul etmir. H.Cavid ona qaranlıq qalan bu dumanlı
fikirlərdən getdikcə uzaqlaşır. Şairin varlığa, həyata baxışının üfü-
qü bir sıra ictimai-sinfi məsələlərə münasibətdə aydın bir istiqa-
mət alıb konkretləşir. O, cəmiyyət həyatında əzənlər və əzilənlər,
güclülər və zəiflər, zülmkarlar və qurbanar deyə iki yerə ayrılan
qüvvələrlə üz-üzə dayanır. Bu feodal-burjua əlaqələrinin və des-
potizmin hakim olduğu cəmiyyətdə bircə qanun icad edilmişdir;
kim güclüdürsə, o da haqlıdır. Güclülər altuna, mənsəbə və silaha
güvənənlərdir, qurbanlar isə halal zəhmətə, həqiqətə inananlardır.
Bu cəmiyyət və mühitdən sərbəstliyə, ürək dolusu azad nəfəs
almağa, səadətə çatmaq istəyənlərə heç bir çıxış yolu yoxdur. Ya
əzməlisən, ya da əzilməlisən! Ya zülm etməlisən, ya da qurbana
çevrilməlisən! Cavidin bu səpkidə olan dram əsərlərinin əsas
müsbət qəhrəmanlarının çoxusu da əzilənlərdir. “Ana”dakı Səlma,
İsmət və Qanpolad, “Maral”dakı Cəmil bəy, Maral və Bəypolad,
“Şeyda”dakı Rauf, Qara Musa, Yusif və Şeyda, “Uçurum”dakı
Göyərçin və Cəlal, “Afət”dəki Afət, Alagöz və Ərtoğrul bu və ya
başqa bir münasibətlə həyat, mühit və cəmiyyət tərəfindən
incidilən, təhqir edilib alçaldılan zavallı və bədbəxt insanlardır.
Bəs bu adamlar doğruçu və ləyaqətli olduqları tərzdə nə üçün
əzilirlər? Nə üçün onlar iztirab çəkməyə məhkum olunmuşlar?
Úàâèäè õàòûðëàðêÿí
318
Nəyə əsasən bu adamların həyatı façiəli, könülləri tutqundur? Nə
səbəbə onlar məhrumiyyətlər içində gün keçirməlidirlər? Axı, nə
üçün bu adamlar günahkardırlar? H.Cavid hər bir əsərin mahiy-
yətindən, ideyasından xüsusi halda doğan bu sualları özünün,
əslində məğrur və namuslu, lakin həyat mübarizəsində çox
ziddiyyətli və zəif mövqe tutan faciəli qəhrəmanlarına deyil, bəlkə
bütün cəmiyyətə və bu cəmiyyətin icad etdiyi yaramaz qanunlara
verir. “Ana”dakı Orxan və Murad, “Maral”dakı Turxan bəy,
“Şeyda”dakı Məcid əfəndi, “Uçurum”dakı Anjel və Edmon,
“Afət”dəki Xandəmir, Qaratay və Qaplan sadə və təmiz insan-
ların, cəmiyyət tərəfindən zavallı, kimsəsiz qurbanlar kimi ittiham
olunan məğrurların, izzəti-nəfsi və ləyaqəti ilə alçaqcasına əylə-
nən və onlara düşmən kəsilən “mahir iş adamlarıdır”. Xudbinlik
riyakarlığın, qəddarlıq və fəsadın artıb çoxalmasına, geniş miq-
yasda yayılmasına əlverişli şərait yarandığı halda, nurlu fikirlərin,
doğruluq və saflığın çiçəklənməsi üçün münbit zəmin yoxdur.
Mənfi qüvvələr, riyakar və dələduzlar, para, mənsəb, şöhrət və
vəzifə düşkünləri olan işbazlar insanlar arasında yaradılmış süni
sədləri mühasib dəqiqliyi ilə ölçüb-biçdikləri halda, xeyirxah
qüvvələr, səmimi və doğruçu insanlar varlığa romantik məftun-
luqla yanaşırlar. Onları mövcud həqiqətlərin dəhşətli varlığı deyil,
bəlkə xəyal və düşüncələrində yaratdıqları ideal həqiqətlərin
mənası cəzb edir. Demək olmaz ki, müsbət romantik qüvvələr,
xeyirxah və nəcib insanlar mənfi, yaramaz və riyakar qüvvələrdən
gücsüzdür. Lakin bəla burasındadır ki, işıqlı, təmiz insanların şər
qüvvəyə, pisliyə qarşı mübarizəsi kütləvi xarakter daşımır və
başqa-başqa fərdlərin anarxist üsyankarlığından uzağa getmir.
Bunun sayəsində də dramlarda müsbət, xeyirxah qüvvələri təmsil
edən insanların həyatı, bir qayda olaraq, faciə ilə bitir. Təsadüfi
deyildir ki, müəllif haqqında bəhs edilən pyeslərinin hamısını
faciə adlandırmışdır. Faciə məfhumu təkcə dramların janrını
müəyyən etmək məqsədilə işlədilməmişdir. Geniş mənada müsbət
qüvvələrin, təmiz və nəcib insanların mürəkkəb həyat yolunu və
acınacaqlı taleyini göstərmək məqsədi daşımışdır. Dramlarda
Úàâèäè õàòûðëàðêÿí
319
faciəvi taleli iisanların həyat yolunun istiqaməti müxtəlif olsa da,
faciələri doğuran amillər eyni bir mənbədən qida almışdır. Faciə
bütün həyatı bürümüşdür. Faciə bütün mühiti, cəmiyyətdəki
müxtəlif təbəqələrdən ibarət varlığı ağzına almışdır. Hər bir dram-
da bu ictimai façiənin müxtəlif, ibrətamiz səhnələri göstərilmişdir;
“Ana”da feodal əxlaqının və əyanlıq ehtirasının, sadə adamların
könlünə vurduğu dərin yaraların qanlı faciəsi yaradılmışdır.
“Maral”da burjua-mülkədar sinfinin təmiz, nəcib adamları çıxıl-
maz fəlakət girdabına sürükləməsinin müdhiş bir səhnəsi canlan-
dırılmışdır. “Uçurum”da təməlindən qopan və sonralar doğma
zəminə qayıtmağa can atan sənətkarın aldadılmış ümidlərinin
faciəsi göstərilmişdir. “Afət”də burjua meşşan mühitin pozğun
əxlaq qanunlarının, “könül dəllalları”nın məğrur və sadə, eyni za-
manda köməksiz, kimsəsiz insanların həyatında yaratdığı saysız-
hesabsız cinayətlərin qanlı səhnəsi əks etdirilmişdir. Təsadüfi
deyildir ki, hər bir əsərdə faciə içərisində ölən, ya da faciəli-dra-
matik sarsıntını bütün varlığı ilə yaşayan qəhrəman zəmanəyə və
cəmiyyətə qarşı üsyankar çıxışında eyni vahid qayəni təmsil edir.
Məsələn, “Ana”dakı Səlma oğlunun qatilinə müraciətlə deyir:
Get, namərd qonaq, get, alçaq mültəci,
Get, miskin hərif, get, cəllad, yırtıcı!
Get, vicdansız, kəndini qurtar, yaşa,
Ancaq vicdansızları bəslər dünya...
“Maral”ın faciəli qəhrəmanı Maral öz mühitinə və onu əhatə
edən cəmiyyətə, insanlara münasibətini bu sözlərlə bildirir: “Uf,
bəxtiyarlıq içində ölmək; kədərlər, üzüntülər içində yaşamaqdan
min qat xeyirli imiş”. Şeyda (“Şeyda” faciəsi) qəlbini didən və
daxilən onu əzən iztirablarını, öz mühitinin yetimləri, günahsız
qurbanları olan insanların ürək ağrısını bu şəkildə ümumiləşdirir.
“...Nə mühərrikliyin verdiyi yorğunluq, nə müdirin usandırıcı
əmrləri, nə sansor istibdadı, nə də məişət darlığı əsla məni düşün-
dürməyir, əsla məni sıxmayır. Məni üzüb bitirən bir qüvvət var ki,
Úàâèäè õàòûðëàðêÿí
320
o da yalnız həyatdakı boşluqdan, həyatdakı mənasızlıqdan
ibarətdir”. “Uçurum”un faciəli romantik qəhrəmanlarından Gö-
yərçin burjua-mülkədar əlaqələrinin iyrəncliyini təmsil edən şəhər
həyatına nifrətini bu sözlərlə bildirir:
Nifrət, bütün ömrə, həyata nifrət.
Kəndimi məhv etdim, kəndi əlimlə.
Göydə
*
nə bəxtiyar idim... ah öylə,
Vəhşi quşlar kimi yaşıl bağlarda,
Tarlalarda, ormanlarda, dağlarda
Gün keçirsəydim, heç böylə solmazdım,
Şu altun qəfəsdə əsir olmazdım.
Sayğısız insanların və mahir qadın düşkünlərinin iyrənc əməl-
lərindən cana doymuş Afət (“Afət” façiəsi) insanın insana canavar
hərisliyi ilə yanaşdığı bir cəmiyyətdə qadınlığın uğursuz taleyi
haqqında belə deyir: “Ah zavallı qadınlar!.. Bütün mühit və qa-
nunlar onlara düşmən, bütün din və adətlər düşmən, bütün təbiət
və kainat düşmən. Çünki zəifdirlər, onunçün də həqsizdirlər”.
H.Cavid özünün faciəli taleyə malik uğursuz, məhrumiyyətli və
işgəncə ilə dolu həyat yolu keçən qəhrəmanlarını axıra qədər
izləyir. Şair istər fərdi, istərsə də ictimai-sinfi mahiyyət daşıyan
faciələrin əmələ gəlməsi yollarını göstərir. Həm faciə ilə dolu
olan həyata, həm də qəhrəmanı faciəli şəxsiyyətlərdən ibarət
ailəvi dramlara çox həssas münasibət bəsləyir. Bununla yanaşı,
faciəli vəziyyətləri mühitdən təmizləmək, həyatda faciəli hadisə-
lərə nəhayət vermək və insanları qanlı faciələrin qəhrəmanı deyil,
gözəllik və səadətin yaradıcısı kimi görmək üçün təsirli bir vasitə,
real bir yol göstərə bilmir; cəmiyyətin fəlakət və iztirablardan,
həyatı eybəcərlik və sıxıntıdan, insanları dəhşət və müsibətlərin
pəncəsindən xilas etmək üçün şair belə qənaətə gəlir ki, yenə də
insanlar arasında birlik, ağılla ürək arasında ahəngdarlıq, vəhdət
*
Əslində Köydə. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
321
yaratmaq lazımdır. Cavidə görə sinfi ictimai sədlər və mənəvi
uçurumlar, cəmiyyətin müəyyən inkişaf prosesiidə yaradılmış
süni maneələrdən başqa bir şey deyildir; çəmiyyət ağılla ürəyin
birliyini yarada bilmədiyinə görə gəlib dözülməz fəlakət girdabına
çıxmışdır. Şairin nəzərincə (bu nəzər hər nə qədər idealist məz-
mun daşısa da, mümkünlüyü üçün real zəmin yaradılmasa da)
cəmiyyətdəki sinfi bərabərsizliyə könüllə ağıl arasında əmələ
gələn yarğanlara nəhayət vermək mümkündür və lazımdır. Əsas
çarə, vasitə olaraq şair bu qənaəti irəli sürürdü ki, kiçik hissləri,
nəfsi və mənfi ehtirasları qəlbdən silib atmaq, boğmaq, məhv
etmək lazımdır. Şairin bu qisim dram əsərlərində təsvir etdiyi
müsbət surətlər mənəvi təmizlənməni, kamil insanlığa qovuşma-
ğın başlıca meyarı hesab edirlər. Bununla belə, həmin nəcib
insanlar ağılla ürəyin vəhdətini yarada bilmirlər. Şər qüvvələr isə
ağılın, real düşüncənin inkişafını və istiqamətini xudbinliyə doğru
çevirmişlər. Bütün bu ictimai sinfi və mənəvi ayrılıq sayəsində də
bəşərin xoşbəxt gələcək, azadlıq və səadət haqqındakı gözəl
arzuları, nurlu fikirləri əlçatmaz bir xəyal olaraq qalır. H.Cavid
xəyalı həqiqətə çevirməkdə gücsüzlük göstərir, canlı həqiqətləri
xəyallarla, romantik arzularla birləşdirməyə can atır.
Dostları ilə paylaş: |