Dördüncü fəsil
Gün əyiləndə Ağcagilin darvazasından üzünə nimdaş bir ağ çəkilmiş
uşaq tabutu çıxardılar. Ağca xanım qara matəm libasında, əlləri qoynunda,
yaxası-başı açıq, gözüyaşlı tabutun dalınca yeriyirdi. İki
330
addım atmamış qapıda dayandı, dayandığı yerə baxdı, sanki burada bir şey
itirmiş, ya tapmışdı.
Ağca xanım fəryad çəkib diz çökdü.
Tabutu uzaqlaşdırdılar, onu evə gətirdilər...
Ağca xanımın yeriməyə, danışmağa taqəti qalmasa da, xəyalı
dincəlmirdi, yaralı quş kimi budaqdan-budağa enirdi, müsibətinə şərik
axtarırdı.
Toyundakı cah-calaldan vayında bir əlamət görmürdü. Hanı onlar?
Təbarəklər, hacılar, atalar, analar... Deyəsən o keçmiş dünyadan kimsə
qalmamışdır. Onların kölgələri isə Ağca xanımdan qaçır, tində, dalanda,
qarovul daxmalarında, bazarlarda, zirzəmilərdə, bağ-bağça hasarları
arxasında gizlənirlər.
- Qonaqlar hanı? Hanı qonaqlar?
Həmişə İzzətin səs-küyündən şikayətlənən bu ev indi çıraqsız zülmət bir
dama bənzəyirdi. Qaranlıq, tənhalıq, ayrılıq həsrəti, peşmançılıq, qulaq
tutan sükut qadını məngənə kimi sıxırdı. İzzətin sağlığında arzuladığı
asudəliklər, uşaq sandan sərbəstlik bir tikan olub onun gözünə girirdi. O,
balası ilə bərabər bütün sevinci və ümidlərini də basdırmışdı, həyatdan əli
üzülmüş kimi, özünü uçurumlardan yuvarlanmış, hələ yerə dəyməmiş bir
vəziyyətdə, fəlakət göylərində duyurdu. Uşağı düşündükcə analıq hissləri
qəlbinin dərinliklərindən qaynayıb çıxırdı. Əsrlərcə dağlar, daşlar təzyiqinə
uğramış, sıxılmış, boğulmuş bir məhəbbət, güclü və odlu bir axın kimi təkan
verib yerləri parçalayırdı. Bütün ağırlıqlan aşıraraq üzə çıxırdı. Dəhşətli
gurultu qoparır, aləmi lalə rənginə boyayır, yer üzünü tuturdu. Sanki,
bundan bu saat müdhiş bir zəlzələnin gurultusu qopacaq, dünyanın bütün
əzab-əziyyətlərinə son qoyacaq, hər şeyi bitirəcəkdi. Ağca xanım libasını
parçalayır, ağ sinəsini bu od işığına verir. Qırmızı maye hələ qaynayır, hələ
qabarır, köpürür, dünyanı ağzına almaq istəyirdi. Sanki bu axının heç kəslə
işi yox idi. Yalnız bu tərəfə yönəlib gəlirdi. Ağca xanımın təmiz analıq
həyatını tapdayan, müqəddəs hisslərini boğan köhnə ziyafət libaslarını,
gərdək pərdələrini, pəncərə tüllərini yandırınaq, işrət guşələrini, görüş
məclislərini, gəzinti yerlərini dağıtmaq istəyirdi.
- Qoyun! Yol verın! Həyat bağçasına su gəlir, qoyun sel də olsa səhraları
bassın. Qoyun kol-kosu götürsün, zibilləri, xəzəlləri süpürüb aparsın!
331
Bu nədir?
Ananın gözlərindən axan yaşmıdır, göylərin qəhrindən tökülən
doludurmu? Tökün, yağdırın güllələrinizi, ey bulud qoşunları! Ana
sinəsindən qopan həsrət küləyi gurlasın, dolu döysün, sel bassın! Qoy
məhəbbətin vətəni, analığın üfüqləri tərtəmiz olsun! Hava durulsun, yer
təmizlənsin, torpaq öz xasiyyətinə qayıtsın!
* * *
Vahid və Rübabəni tanıyanlar arasında elə adam yox idi ki, bu iki
cavanın evlənəcəyinə şübhələnsin. Elə adam da yox idi ki, bu məsələni
dilinə gətirsin. Sanki bu, əvvəldən onların alnına yazılmışdı; sanki bu, bir
gəncin boy atması, böyüməsi kimi adi və sual qəbuletməz bir həqiqət idi.
Çoxlarına, hətta bu gənclərin öz ailələrinə də elə gəlirdi ki, Vahid Rübabə
ilə, Rübabə də Vahid ilə yaranmışdır. Birinin adı gələndə o biri öz-özündən
xatırlanırdı. Birini görüb o birisini görməyən adam, açılan üfuqün günəşini
görmək istəyirmiş kimi, intizar çəkirdi.
Qəribə budur ki, "məhəbbət" haqqındakı bu mənalı sükut yalnız zahiri
deyildi, hətta Vahid ilə Rübabə ikilikdə, lap tənha gəzişəndə belə bu barədə
bir kəlmə
kəsınəmişdilər, danışa bilməmişdilər, guya alovlu
məhəbbətlərindən söz açsalar dilləri, dodaqları yanacaqdı.
Belə sözlər ürəklərinə gələndə ancaq bir-birinə baxır, qıpqırmızı qızarıb,
başlarını aşağı salardılar. Lakin onların könülləri səssiz oxunan bir kitab
kimi, bir-birinə məlum və aydın idi. Bunun qəlbi onun, onun ürəyi bunun
köksündə idi. Bu sükut uzun sürə bilməyəcəkdi, çünki onların sevgisi ilə,
bundan doğan və doğmalı olan nəticələr ilə maraqlananlar vardı. Fatma
arvad oğlundan kağız aldı, həmin kağızda Rübabədən salam-dua eşidəndə
çarqatını yellədərək eniş-yoxuş şəhər küçələrindən yeyin ötərdi. Tanışları
onu dayandırıb soruşardı:
- Vahidi evləndirirsən deyirlər, ay qız? Allah mübarək eləsin! Qız
kimlərdəndir?
Fatma ana səadətinin sevinci, oğul fərəhi ilə danışardı:
- Mübarəkbadlıq içində olasan! Tarçı Səttarzadənin qızı bənd olub,
gədənin də görürəm, könlü atlanıb, Allah sizinkilərə də qismət eləsin!
332
Fatma arvada Sadığın aldıqları bəs eləmirdi. Pətəklərin balından satıb
vurhavur zər-zivər axtarır, parça alır. Gəncəyə kəlağayı üçün sifariş edir,
qızıl saat axtarır, qənd, çay hayına qalırdı.
Dünyada ayın da üzündən ləkə əskik olmadığı, günəşin də tutulmaq
dərdi olduğu kimi, bu gənclərin toy tədarükündə də qəmgin bir nöqtə var
idi. Rübabənin bu xeyir işində anası meydanda yox idi. Analar üçün ən
böyük arzu olan övlad toyu Şirin xanıma qismət olmamışdı. Qadın böyük
həsrətlə hazırlaşdığı günü görə bilmədi.
O, vaxtilə qapısına gələn elçiləri nəzakətlə qovardı. "Qızım oxuyur,
xəyalından da elə şey keçmir". Bununla belə Rübabəyə hiss etdirmədən
hazırlıq görərdi. Otaqların ikisini ailənin ümumi ixtiyarından yayındırmağa
çalışırdı: "Tək uşaqdır, - deyirdi, - kənara verməyəcəyəm".
Bir ay ərinin rayonlarda verdiyi müsamirələrdən güclü pul gəldi. Şirin
xanım həmin pulu öz səliqəsi ilə Rübabənin toy tədarükünə xərclədi.
Deyəsən, yazıq qadın öləcəyini bilirıniş. İki ilin içində əl-ayağını elə
yığışdırmışdı ki, Rübabə özünü qurulu ev sahibi saya bilərdi. Bu barədə
danışmağı da xoşlamazdı. Sanki o, elədiklərinin hamısını uzun zaman
fikirləşəndən, götür-qoydan, qəti rəyə gələndən sonra edərdi. Bir də
görərdin küçə qapısı açıldı, hamballar bir dəst mebel gətirib otaqlara
düzdülər. Bir də görərdin dərzi gəlib pəncərələri ölçdü, məxmər nümunələri
göstərdi ki: "Pərdə hansından tikilsin?". Bunlar hamısı bütün ailə üçün xoş
idi, ancaq ixtiyar sahibi Şirin xanım idi.
Bəlkə hər şey öz qaydasına düşəndən, Rübabəyə qurulu ev hazır olandan
sonra Şirin xanım qızı ilə qabaq-qabağa oturub nə isə deyəcək, tapşıracaq və
öyrədəcəkdi. Lakin bu da Şirin xanıma qismət olmadı. Mərəzinin şiddət
etdiyi bir axşamda qızını yanına çağırıb, əlini ürəyinin başına qoydu:
- Eşidirsənmi, - dedi, - qızım?
Güman ki, Şirin xanımın indi də qızına bir çox şeylər deməyə dili
gəlmirdi. Ancaq onun son vurğular ilə döyünən və qüvvətdən düşən qəlbi
bunları deyə bilərdi və doğrudan da deyirdi:
- Eşidirsənmi, qızım?
Rübabə qara, uzun nəmli kirpiklərini çaldı: "Eşidirəm, ana" demək
istədi.
333
Kirpiklərinin arasından iki damla yaş düşdü. Bunlar balanın anasına son
və sadiq sözü idi. Rübabə ağladığını anasına bildirınəmək üçün başını yana
çevirdi, göz yaşını sildi. Dönüb xəstənin üzünə baxanda ruhunun uçub
getdiyini duydu...
Bu hadisədən sonra heç kəs toy əhvalatını dilinə gətirməzdi. Səttarzadə
istəkli arvadının, ömür yoldaşının dünyadan getdiyinə nə qədər qüssə
çəkərdisə, onun bu həsrətinə beş o qədər qəhərlənərdi. Evdə tək dayana
bilməzdi. Gözü Şirin xanımı xatırladan bir şeyə sataşdımı, ağsaqqal kişi
uşaq kimi hönkürtü vurub ağlardı.
Vahid də Rübabəni gözdən qoymaz, tək buraxmazdı. Dərs ilə, mütaliə
ilə başını qatar, vaxt tapanda götürüb şəhərə, ictimai yerlərə çıxardı.
Bu yay Rübabə də, Vahid də diplomlarını almışdılar. Vahid böyük bir
tikintiyə mühəndis təyin olunmuşdu, Rübabənin hələlik işləməsini məsləhət
görmür, "zəifsən, dərsdən sıxılmısan, - deyirdi, - bir-iki ay dincəl, payızda
havalar sərinləyəndə işləyərsən".
Deyəsən Sadıq kişi Azərbaycan İnşaat İnstitutunun dərs cədvəlindən
xəbərdar idi. Buraxılış axşamının səhərisi Rübabəni də, Səttarzadəni də
yuxudan oyadan o oldu. Xurcunu çiynindən aşıran kimi, Səttarzadə
köynəyinin yaxasını düymələyə-düymələyə o biri otaqdan çıxdı.
- Xoş gəlmisiniz, Sadıq!
Sadıq onun əlini sıxdı, Fatmanı təqdim elədi:
- Tanış ol, Vahidin anasıdır.
Fatma ağzına yaşmaq çəkib, utana-utana qabağa yeridi, bərk əlini
Səttarzadənin ağ və yumşaq əllərinə toxundurdu. Sadıq evə göz gəzdirdi:
- Qızım hanı? Dərs ki, qurtarıb.
- Yuxu dərsi oxuyur.
Sadıq kişi səsini alçaltdı.
- Bunu bayaqdan de də, sağ olmuş. Dəyirmançı kimi evə hay salmışam.
- O biri otaqdadır, eşitməz.
Fatma arvad ağzı boğulmuş və möhkəm bağlanmış bir torbanı açmaqla,
orada nəyi isə yerbəyer etməklə məşğul idi. Sadıq kişi xurcunu boşaltmağa
başladı. İkiqat bükülü şaqqa əti stolun üstünə qoydu,
334
üç şan təzə bal çıxarıb, ehtiyatla divara söykədi. Səttarzadə məcməyi
gətirəndə Sadıq dedi:
- Götür əlində at-tut, bir damcı düşməz. Ustası elə toxuyub, bizlərin işi
deyil.
İçi kərə yağla dolu şirli küpəni döşəməyə qoydu. Süfrəyə bükülmüş bir
bərni gilənar mürəbbəsi, lay-lay bükülmüş ağ lavaş, yağlı fətir, baş-baş təzə
pendir...
Sonra Sadıq torbanı Fatmanın əlindən aldı.
- Səttar dadaş, burda bir az ayın-oyun var... Açıq qab...
Səttarzadə mətbəxə ötdü, Sadıq Fatmaya dedi:
- Otur dincəl...
- Yorulmamışam.
- Yorulmasan da işləməli günlərin gəlir.
- Təki həmişə xeyir iş olsun.
Fatma yavaş səslə yerindən soruşdu:
- Bu kişinin də qızı var?
- Maral kimi!
- Subaydır?
- Subaydır!
- Necə şeydir, Vahid görüb?
Sadıq özünü güclə gülməkdən saxladı:
- Sənin də bir dılğır oğlun var, bütün qızlara müştəri çıxırsan?
Sadıq torbanı boşaltdı, üstdən qoyulmuş iri və tirməyə oxşar boğçanı
çıxarıb, ehtiyatla pəncərənin içinə qoydu. Fatma arvad boğçanın yanına
geldi. Qucaqlayıb gotürdü, bir az da pəncərənin dib tərəfinə qoydu.
Səttarzadə paltar şkafının ağzını açdı. Sadıq boğçanı arvadından alıb, şkafa
qoydu. Fatma arvad onun dalınca yeridi, sanki boğçadan ayrıla bilmirdi.
Sadıq torbanı ağzı üstə mis məcməyinin içinə çevirdi. Heyva, alma
ətrafa dığırlandı. Səttarzadə dedi:
- A Sadıq, bu nə zəhmətdir çəkirsən?
Rübabə gələndə Sadıq ayağa qalxdı:
- Qızım, kefin, halın? Lap yaxşısanmı?
Fatma onu görüb diksindi:
- Bıy, qızım, sən... Sadıq, məni hara gətirmisən, niyə demirdin bəs?
Dalısını deyə bilmədi. Ancaq nə demək istədiyini Sadıq anladı.
335
Rübabə Fatmanın əlini sıxıb, xoş gəldin elədi:
- Nəzirə necədir? Heç məni yadına salırını? Bəs Dilarə niyə gəlmədi.
Mənə söz vermişdi. Yalan danışmaq da bilir?
- Uşağı onun yanına qoymuşuq. Dedik əl-ayağa dolaşmasın, allah qoysa,
vaxt olar, onlar da gələrlər.
Rübabə Fatmanı elə danışdırdı ki, Fatma arvad cavabların çoxusuna aciz
qaldı. O, gəlinlik satan, hər sözünü, yaxşı görünsün deyə ölçən-biçən bir qız
yox, öz ailəsində adi həyatını yaşayan, sadəliyini pozmayan bir qız kimi
danışırdı. Fatma nə onun alnından öpə bildi, nə boyunu oxşaya bildi, nə bir
söz deyə bildi. Rübabə çay gətirir, çörək kəsir, qulluq edirdi. Fatma isə
heyran-heyran onun izincə fərəhlə baxır, xəyalında deyirdi:
"Belə də olarmış! Görürsənmi, qismətə baxırsanmı!" Rübabəni kənddən
yola salanda Sadıq kişi dil-ağız eləmişdi:
- Qız deyilsən, qızılsan, sənə aslan deyim, tərlan deyim, şura balası
deyim, nə deyim?! Vahidə hamıdan çox köməyi sən elədin.
Görüm səni uca rütbələrdə olasan, istəklindən ayrılmayasan!
Lakin ürəyində təmin olunmamışdı. "Quru qurbanın olum, nə olsun?
Bunlar adamlıq elədilər, sən də bacar, xəcalətliyindən çıx".
Odur ki, bu dəfə gələndə düşünmüşdü: "Rübabənin əsil sovqatı bir
oğlandır ki, tapıb, nişan dəsgahı bəsdir? Qaldı mənim qoca yoldaşım,
onunku da yemək-içməkdir". Bununla kifayətlənməyib, Səttarzadəyə
papaqlıq, ya palto yaxalığı - bir yaxşı buxara dərisi gətirmişdi.
Rübabənin "nişan dəsgahı" deyilən sovqatı isə boğçada idi. İndilikdə
ona kimsə yaxın getmir, kimsəəl vurmurdu, vurmağa da ixtiyarı yox idi.
Sadıq kişinin gəlişi adi bir qonağın gəlişi deyildi. Onlar nişan üzüyü
gətirmişdilər. Vahidin əmi oğlusu Əsgər əmisi ilə gələ bilmədisə də, iki
günə qədər özünü Bakıya yetirəcəkdi. Bacısı Dilarə də gəlmək istəyirdi.
Çoxları isə (bibiləri, məktəb yoldaşları...) gözləyir, Vahidin toyuna
hazırlaşırdılar.
Yolda Sadıq kişinin Fatma ilə danışığı oldu. Fatma mehmanxanaya, ya
başqa yerə düşmək istəyirdi. Sadıq kişi dedi:
- Birbaşa Səttarzadəgilə gedəcəyik!
- A kişi, xalqı özünə güldürərsən, nişandan qabaq da qız evinə
gedilərmi? Axı elin qayda-qanunu var. Başarmırsan, çəkil qırağa.
Sözə qulaq as.
336
- Elin qaydası nədir? Deyir qohumun evinə getmə, düş o vaxtkı kimi,
şəhərin canına ki, bu qəstin mənim, o qəstin sənin!
- Qəstinə düşmə, lap düzün-düzündə qal. Mən nişandan qabaq xalqın
evinə ayaq basa bilmərəm.
- Sən basmırsan, mən basıram. İstəyirsən, heç tanışlıq verməyim.
Deyim qulluqçumuzdur, gətirmişəm.
Fatma bu sözdən bərk acıqlandı. Üzünü yana çevirdi, bir müddət
dinmədi. Güman eləyirdi ki, əri küsdüyünü görüb, yola gələr, könlünü alar.
Sadıq kişi isə arvadının susduğuna bir az sevindi. Pəncərə qabağına keçib,
fışqırıq çaldı. Fatma durub onun ətəyindən dartdı:
- Məni qürbət vilayətə rüsvay eləməyə aparırsan? Gözləyəcəyəm Əsgər
gəlsin, Əsgərsiz heç yerə getməyəcəyəm. Lap bu vaqonda qalacağam.
Sadıq onu yumşaltdı:
- Ay arvad, səni çöldən tapmamışam, hara kefindir, aparım. İndi yadıma
düşür, Vahidin tələbə yoldaşı var, onlara gedərik!
Fatma sevindi:
- Ona nə sözüm. Dediyim odur, qız evinə yox. Bəs bu sovqatları necə
çatdıraq yerinə?
- Nə var ki, bir hambala verib göndərərəm.
- Getdiyimiz evdə görəcəklər-axı.
- Görsünlər də.
- Yaxşı olmaz.
- Daha da yaxşı, görərlər ki, sən gəlininə sovqat getirmisən.
- Sovqatı qonaq evindən çıxartmaq layiqdirmi?
- Qonaq yeri əjdaha deyil ki! Payını yeyər.
- Burda nə var ki, pay verəsən.
- Baxma, burda yeddi kürdün xörəyi var.
Sadıq arvadını aldadırdı. Onu düz Səttarzadəgilə gətirmişdi. Fatma
Səttarzadəni tanımadığından və əri də onu sadəcə "Vahidin anası" deyə
təqdim etdiyindən bir şey seçməmişdi. Ancaq Rübabə bəriki otağa keçəndə
Fatma duydu ki, əri dediyini yeritmişdir.
İş işdən keçdiyini görüb, dodağını çeynəyir, "kül mənim başıma, bu
kökdə qız evinə gələrlərıni" - deyə üst-başına diqqət yetirir, çəkilib bir
küncdə oturmaq istəyirdi. Sadıq isə öz evi kimi dolanırdı.
Səttarzadə kürsü çəkib, qonaqları çay süfrəsinə çağıranda, Fatma
üzrxahlıq istədi:
337
- Səttar qardaş, gərək bağışlayasan. Bu kökdə evinizə gəlmişik. Günah
mənimkindədir. Aldadıb gətirib, davamız qalsın sonraya, amma çox layiqsiz
oldu. Mən Rübabənin yanına karvan-karvan daş-qaş ilə gəlsəm də azdır.
Ancaq ki...
Sadıq güldü. Fatmanı aldatdığını danışdı. Səttarzadə Fatmaya dedi:
- Nahaq, nahaq utanırsınız, - ətrafına baxdı. Rübabəni uzaqdan görüb
dedi: - Evlənənlər, işin əsil yiyələri illərlə bir yerdə oxuyub, oturub durur,
yoldaşlıq eləyirlər, bizə nə olub, bir-birimizdən gizlənək? Bizi birləşdirən
zərgərin üzüyü deyil ki, cavanların xeyir işidir!
- Yox da, Səttar qardaş, adət var axı.
- Adət odur ki, pis ilə yaxşını seçəsən. Bunu adət eləsən, aldanmazsan.
Allahdan gizli deyil, sizdən nə gizlədim. Uşaqlar bunu bizdən yaxşı seçir.
Can deyib, can eşitdiklərini görürəm, deyirəm təki biz də bu zaman dünyaya
gələydik.
Səttarzadənin sözlərindən Fatma açılışan kimi oldu. Yerində sərbəst
oturmağa, etrafa arxayın baxmağa başladı. Hətta əvvəl çəkindiyi "yad
kişinin" yanında ağız açıb çörək yedi, çay içdi.
Sadıq Rübabəyə eşitdirdi:
- Vahid görəsən harada olar, yataqxanada, ya klubda?
Səttarzadə dedi:
- Harda olsa gələcək.
Çay süfrəsi yığılmamış Vahid gəldi, xoş-beşdən sonra ev-eşikdən əhval
soruşdu. Sadıq kişi dedi:
- Hamı səndən nigarandır!
Vahid dedi:
- Məndən xəbərin yoxdur? Oğulsuz qalmışdın ha!
Anası dilləndi:
- Ağzını xeyrə aç!
Sadıq kişi soruşdu:
- Niyə, nə olmuşdur?
Səttarzadə dedi:
- Təyyarə işinin xatasını bilmirsən?
Vahid pəncərədən göyü göstərdi:
- Oradan düşən nə olar?
Fatma durub oğlunun qolundan tutdu. Dönə-dönə tapşırdığı, lakin
oğlunun hələ də əl çəkmədiyini yəqin etdiyi bir "xata" peşədən danışdı:
338
- Bura bax görüm, ədə, yoxsa genə gedirsən? Çətirdə hoppanırsan! Sənə
deməmişəm əl çək?
Vahid onu sakit etdi:
- Yox, ay ana! Hoppanan-zad yoxdur, təyyarə qırılmışdı, az qala göyün
yeddi qatından yerə gəlmişdim.
Fatma arvad uşağa hirslənən kimi əl-qolunu ölçdü:
- Minmə! Burax onu! Yekə yer sənə darlıq eləyir? Gərək göyə uçasan?
Allaha xoş gedən sənət sənə qəhət olub?!
Sadıq kişi oğlunun cürbəcür təyyarə hünərlərini eşitmişdi. Bu söhbətlər
ona xoş idisə də, hər uçan təyyarəni gördükcə ürəyi bir tikə olurdu:
- Bala,
ehtiyatlı ol! Demə hünərdi. Göydən yerə zarafat olmaz,
gözlə! Cavanlığına salma, bala!
* * *
İki gün çəkmədi Əsgər özünü yetirdi. Əmisindən qabaq Vahidi gördü:
- Necə eləyək? Nişana neçə adam getsin? Alınası bir şey yoxdur ki?
Vahid dedi:
- Atam ilə danış. Dilarəni niyə gətirmədin?
- Toya gələr, bəsidir, neynəyir indidən.
Şirinlik içilən axşam qonaqlar mübarəkbadlıq edib dağıldı. Sadıq kişi
Səttarzadəni eyvana çağırdı, qırağa çəkib dedi:
- Səttar dadaş, gəlmişkən yaxşı olar ki, xeyir işimizi qurtaraq.
Bizim də yolumuz uzaqdır. Uşaqlar da, şükür, dərsi-mərsi qurtarıb, niyə
qalsın.
Səttarzadə xeyli Sadıq kişiyə baxdı, sanki onun dediklərini sevincdən
işıqlanan üzündə oxumaq istəyirdi: sonra, bir şeyi yadına salmaq üçün
düşünən adamlar kimi, qaşlarını çatıb yuxarıya nəzər saldı; gözlərini endirib
razılıq ahəngi ilə dedi:
- Çatdıra bilərikmi?
Sadıq kişi onun cavabından daha da ürəkləndi:
- Çatdırnaq deyəndə, nə eləmişiksə eləmişik. Bundan sonra özləri
fərasətli olar, eləyərlər. Yox, daha gözləməyək, məsləhətdir!
- Məsləhətdirsə, nə deyirəm.
339
Ataların razılaşdığından bir həftə sonra, bir yay axşamında Rübabəgilin
böyük zalında toy məclisi qurulmuşdu. Ev qonaqlarla dolu idi. Pəncərələr
hər tərəfə açıldığından şənlik, musiqi səsi küçələrə yayılırdı.
Dənizdən sərinlik gətirən külək bu evdən də kənara ətir yayırdı. Süfrə
başındakıların biri oturanda o biri qalxırdı, biri Vahidə "Həyat ustası" deyib
badəsini qaldırırdı, bir başqası onu "Göylər fatehi" adlandırır, biri "Sadəcə
insan", daha biri "Əsrin məsud gənci" deyirdi...
Birdən səs-səda kəsildi. Hamının diqqəti qapı tərəfə, bir əlində kitab, bir
əlində badə olan Səttarzadəyə çevrildi; Səttarzadə elə dayanmışdı ki,
deyərdin evdə heç kəs yoxdur, o ən əziz bir dostu ilə qabaq-qabağa
durmuşdur. Onun başı, yaxası açıq, sifəti dinc, gözləri gülər idi; sol əlində
tutduğu qalın, qırmızı meşin cildli kitabı qulağına aparanda hamı susdu.
Səttarzadə bülbül kimi fəğanə gəldi:
"Məndə Məcnundan füzun aşiqlik istedadı var!
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var".
Səttarzadə bu beyti elə oxudu ki, eşidənlər onun gəncliyə - otuz il
bundan qabaqkı həvəsinə qayıtdığını güman etdilər. Hamı sevindi, hamı əl
çalmaq, afərin demək istədi, ancaq bu ləzzətli musiqini bir də eşitmək
arzusu hamını susdurdu. Sükut daha da dərinləşdi. Səttarzadə kitabı
qabağına qoydu badəni qaldırıb dedi:
- Qonaqlar! Dostlar!
Az danışan və hissini ifadəyə söz tapmaqda çətinlik çəkən adam kimi,
onun nitqi də qəribə idi. Adamlar eyni maraqla əyləşmişdilər.
- Qonaqlar, dostlar! Mən burda, sizin hüzurunuzda qızıma... - Səttarzadə
Rübabənin adını təkcə çəkməyin yaxşı olmadığını, bunun vaxtı keçdiyini,
Vahidsiz Rübabə sözünün naqis göründüyünü düşünüb əlavə etdi: - Qızıma,
oğluma - Rübabəyə, Vahidə bir hədiyyə verəcəyəm.
Adamlar maraqlanıb irəli oturdular. Bəziləri tələsik pıçıldaşdı: "Üzük
bağışlayacaq". Səttarzadə davam etdi:
- Bu dünyada hər kəsin bir etiqadı, bir əqidəsi var. Biri Qurana, biri
İncilə itaət edir, biri təbiəti, maddəni üstün tutur, biri də bunlara inanmır,
quru bir heçə ürək bağlayır... - Pəncərəyə işarə ilə açıq göyü göstərdi: - Ona
bax! Əvvəli, axırı olmayan göyə etiqad bağlayır,
340
ayəsini, hədisini ayazlı, buludlu göylərdə oxuyur... - Səttarzadə susdu.
Söhbətinin sanki uzun çəkdiyini görüb badəni yerə qoydu: - Mən də bir cür
adamam. Övladıma əqidəmi hədiyyə, cehiz verirəm! - Qoca xanəndə kitabı
göyə qaldırdı. Ona baxan gözlərə sanki cavab olaraq daha da qaim səsləndi:
- Bunun adı məbəbbətdir. Deyəcəksiniz əsil məhəbbət kitabda niyə? Onu
üzük ilə bir yaylıq, bir dəstə gül ilə göstərirlər. Düzdür, əsil məhəbbət
həyatdadır. Ancaq bu kitabda əbədi həyat olmuş bir məhəbbət oxunur.
Nədənsə mən, Səttarzadə kitabı daha da göyə qaldırdı. Övladına baxıb
öyünən analar kimi baxdı, gözlərində fərəh parladı, yanaqlarında təbii bir
həyəcan qızardt.
- Nədənsə mən bunu görürəm. Məhəbbət üçün nə üzüyü, nə çiçəyi, nə
ayrı əlaməti deyirəm. Bu kitab: bu, dostlar bilir, bu kitab yalnız məhəbbət
deyil. Bax, o göydə ay, günəş gözəldir. Məhəbbət də öz mənasında...
Səttarzadə nəzərini oturanların üzündə gəzdirdi. Vahidi görüb bir addım
da irəli yeridi:
- Oğluma bir zəhmət verəcəyəm...
Qonaqlar yol açdılar, Vahidi qayınatasının yanına ötürdülər. Səttarzadə
onu sol qoltuğuna aldı, dönüb o biri otağa baxdı. Sadıq kişi sanki onun
ürəyindəkini başa düşdü: "Rübabə!" çağırdı. Əsgər o biri otağa getdi. Hamı
Səttarzadəyə, Səttarzadə də gözü qapıda qızına müntəzir idi. Bənövşə güllü,
ağ, uzun, ipək libasda, yanaqları lalə kimi yana-yana, ucaboy qız başıaşağı
içəri girəndə məclisdə ürək qalmadı çırpınmasın, göz qalmadı yaşarmasın.
Səttarzadə oğlanın da, qızın da alnından öpdü. Üçüncü dəfə kitabı göyə
qaldırıb onların üzünə baxdı:
- Balalarım! Füzuli kimi sevin! Onun kimi böyüyün!
Beşinci fəsil
Xəbər verdilər ki, ayın beşində komissarlar sovetində institutun
məruzəsi qoyulur. Verdiyev papağını başına atıb ali məktəblər idarəsinə
qaçdı.
Rəisin yanında iki-üç adam var idi. Verdiyev vacib iş üçün gələn,
başqalarını əhəmiyyətsiz sayan bir tövr ilə, izinsiz içəri girdi, paltosunu
soyunmamış rəisə əl verdi:
341
- Nə var, nə yox?
Rəis onun yersiz sualını eşitməməzliyə qoydu və yanındakılarla məşğul
oldu. Verdiyev bu etinasızlığa dözməyib qonşu otağa, katibənin yanına
keçdi.
- Nə var, nə yox?
- Sağlığın.
- Bizim məktəb haqqında göstərişdən-zaddan almamısınız?
- Nə göstəriş olacaq?
- Yox ey, komissarlar sovetindən-zaddan? Bəlkə siz onlara bir məlumat
vermiş olasınız?
- Məlumat verəndə ümumi olur. Təkcə sizin məktəb haqqında yox!
Verdiyev katibənin sözünü axıra qədər eşitmədi, rəisin yanına qayıtdı.
Rəis soruşdu:
- Mənə aid qulluğunuz?
Verdiyev yumşaq kursunu altına çəkdı:
- Yoldaş Zülfüqar, komissarlar sovetində bizim məruzəmizi siz
qoymuşsunuz? Rəis güldü:
- Bu gün səndən qəribə sözlər eşidirəm. Mən qoyası olsam, bilirsən ki,
məruzənizi öz idarəmizdə qoyaram. Komissarlar sovetində mən nəçiyəm
sənin məruzəni eşidəm?
- Yox, yenə də, siz ilə məsləhətləşirlər axı.
- Məruzəniz olacaq?
- Ayın beşində.
- Görünür kömək eləmək istəyirlər. Sevinməli hadisədir.
- Axı mən öyrənmək istəyirəm ki, necə eləyək?
- İşləri yaxşı Hazırlayın, hazır gedin.
- İş sarıdan hazıram. Ayrı cəhətdən. Necə qurmaq məsələsi var.
- Nə quracaqsınız?
- Məruzəni!
Zülfüqar ayağa qalxdı:
- Qurmaq! Qurmaq asılıdır məruzəçidən. Faktlar, rəqəmlər gətirin,
vəziyyəti, sonra da gələcək üçün tədbirləri deyin! İndi məruzələr qısa, sadə,
işgüzar olmalıdır. Gurultulu nitqin vaxtı keçib! Hələ vaxt var.
342
Verdiyev onun getmək istədiyini bilib ayrıldı. Plan idarəsinə yol aldı.
İşçilər yığılıb, hökumət sarayı tikilişinə baxmağa getmişdilər.
Verdiyev Bakı komitəsinin mədəniyyət şöbəsinə gəldi. Referantdan
xahiş etdi:
- Yoldaş Nemətova deginən Verdiyev gəlib.
Referant xəbər gətirdi ki, məşğuldur.
Verdiyev orada dayana bilməyib məktəbə gəldi. Nemətov zəng elədi:
- Müavindir? Mənə şöbə müdiri lazımdır. Bəs haçan görə bilərəm? Bir
onca dəqiqə vaxtını alacağam. Bilirsiniz, danışan direktor Verdiyevdir,
inşaat institutundan... Komissarlar sovetində məruzəm var, istəyirdim bir az
ustanovka alım. Siz onun kabinetindəki telefon nömrəsini deyə bilməzsiniz?
Telefon ilə ustanovka vermir? Yaxşı...
Verdiyev adam göndərib, layihə bürosundan "vacib iş üçün" Gəldiyevi
çağırtdı. Muxtarı da yanına səsləyib oturdu:
Görəsən bizim məruzəmizi qoymaqdan sovnarkomun fıkri nədir?
Muxtar dedi:
- Elə iş var? Yəqin bizimlə yaxşıca məşğul olmaq, kömək eləmək
fıkrindədirlər. Biz də gərek ləyaqətlə çıxaq qabağa.
- Sən yəqin bilirsən kömək üçün qoyublar?
- Ayrı nə üçün qoyarlar.
Gəldiyev dilləndi:
- Muxtar deyəndir. Ancaq bu prosto kömək deyil. Nəzərə alın ki, bir
tərəfdən də partiyamız mədəni işlərə çox diqqət yetirir. Mənim zənnimcə,
burada ayrı məqsəd də var.
Verdiyevin ürəyinə şübhələr gəldi:
- Ayrı nə məqsəd?
Gəldiyev gülümsər gözləri ilə onun üzünə baxdı və bir sirr söyləyimiş
kimi, əlavə etdi:
- Orden məsələsi.
Muxtar anlaya bilmədi:
- Nə orden?
- Naqradit eləyəcəklər. İnstitut yaxşı kadrolar verir, görmürsünüz,
konstitusiyada da ziyalı-miyalını fəhlə ilə bərabərləşdiriblər.
Muxtar istehza etdi:
343
- İnstitut işçiləri yəni nə qəhrəmanlıq göstəriblər?
Gəldiyev ciddiyyətini saxladı:
- Yoldaş Muxtar, şərt o deyil ki, vətəndaş müharibəsində səngərə yatıb
atışasan, qıçının da birini qoyub gələsən. İndinin səngəri buralar, kadr
ocaqlarıdır. - Şəhadət barmağını göy məxmərli stola döydü: - Buradadır!
Mədəni cəbhədir! Adam öz evində öz övladı ilə başara bilmir, böyük
institutda bizim kimi mühəndislər hazırlamaq özü böyük qəhrəmanlıqdır.
Buna sən, mən fikir verməsək də partiyamız və hökumətimiz yaxşı görür.
Görür və qiymət qoyur!
Gəldiyevin söhbətindən Verdiyevin kefi duruldu:
- Ağıl kəsən sözdür, qardaş.
Muxtar çiyinlərini çəkdi:
- Yaman nikbin adamlarsınız. Axırı xeyir olsun.
Gəldiyev ayrı sübutlar gətirdi.
- Bəs demirsən, niyə komissarlar soveti qoyur, ayrı idarə yox?
Muxtar dedi:
- Mühəndislər hazırlığı ilə komissarlar soveti, plan idarəsi məşğul olur.
- Bağışla, burada bir kadr məsələsi deyil. Elə olsaydı, çağırıb deyərdilər,
ay filan-filan olmuşlar, ildə bizə yüz yox, iki yüz mühəndis verəcəksiniz.
Gedin başınıza çarə qılın. - Gəldiyev ahəngini dəyişdi, bir müəllim kimi
izah elədi: - Sadə rəhbərlik deyil, məsələn, mənim proyekt büroda
çalışmağım, qurtaran tələbələrin bəzisinin işi. Bilirsən, bəzi yoldaşları irəli
çəkmək, qiymətləndirmək məsələsi var. Yoldaş direktor skronıniçit eləyir,
hərçənd, Azərbaycanda - Şərqin qapısında ali mühəndis məktəbi
zarafatdırmı? Bu barədə bütün dünyaya gərək səs düşə! Kadro, kadro!
Muxtar güldü:
- Demək istəyirsən ki, Verdiyevi dünya miqyasına çıxarırlar?
- Yox, bir Verdiyevin adı deyil. Əlbəttə, direktorun əhəmiyyəti öz
yerində, amma mədəni inkişaf məsələsi var.
Verdiyev özünü saxlaya bilmədi:
- Mən də o fıkirdəyəm. Az vaxtda topdağıtmaz ali məktəb qurmuşuq.
Gəldiyev görür, yuxu bilməmişik, istirahət bilməmişik, sağ olsunlar kişilər,
qiymət qoyurlar.
Gəldiyev dedi:
344
- Amma, aşna, daklada əməlli hazırlaş ha!.. Elə olsun ki, qulaq asanlar
razı getsinlər.
- Əməlli deyəndə, partiyaçı yoldaşlarsınız, ustanovka verin, kömək-
filan! Ondan sonra pis danışsam, mən cavabdeh!
- Ustanovka var, asandır.
- Hə, asandır? Üç gündür Nemətovun dalınca düşmüşəm, hələ bir misqal
ustanovka ala bilməmişəm.
Muxtar dedi:
- Ustanovka məlumdur, nöqsanlar üzərində dayanmaq, əməli işə əsas yer
vermək lazımdır.
Gəldiyev etiraz elədi:
- Ay Muxtar, taraz ilə aran yoxdur. Biz burada naqrada məsələsindən
danışırıq...
- Çox da danışırıq. Bizim danışığımıza nə verərlər?
- Havayı danışınırıq. Bir şey bilməsək danışınanq.
Gəldiyev son sözünü açıq deyilməsi mümkün olmayan bir xəbər kimi
dedi: "Bir şey bilməsək danışmarıq!".
Muxtar bunu duydu və susdu. Gəldiyev davam etdi:
- Odur ki, nöqsan-möqsan... bir də, yoldaşlar, mestkom iclasından
tutmuş divar qəzetinə kimi hər yerdə nöqsandan danışılır. Bəsdir, axı pis
deyə-deyə pisi çıxmasın. İş gör hara yetişib ki, bal satan oğlu da institutu
tənqid edir. Zənnimcə, bu məruzəni dastijenilər üstündə qurmalıyıq. Burada
bu neçə müddet ərzində təşkilatın usanmadan apardığı işi göstərməliyik.
İnstitut rəhbərliyinin fəaliyyətini, kadrları qeyd etməliyik. Hərçənd
məruzəçiyə öz barəsində danışmaq yaxşı düşünür, hər halda ayrı-ayrı
yoldaşlar çıxış eləyə bilərlər.
Verdiyev dedi:
- Gərək təhsil məsələsində də çox dayanaq; yuxarılarda həmişə
maraqlanırlar, işin keyfiyyətinden soruşurlar.
Gəldiyev yadma bir şey düşmüş kimi, onun sözünü ağzında qoydu:
- Əlbəttə, işə onlar vasitəsilə qiymət verəcəklər. - Baş barınağı ilə
geriyə, dərs otaqlarına, tələbələrə işarə etdi: - Onlar vasitəsilə! Otliçniləri
hesaba almaq lazımdır. Dekanlara tapşırın, düzəltsinlər.
Adamlar gedəndən sonra Verdiyev kabinetində tək qaldı. Ayaq üstə, əli
cibində, üzü pəncərəyə tərəf dayandı.
345
Deyəsən, bütün şəhər onun qarşıdakı məruzəsini gözləyirdi. Hər şey
onun əhəmiyyətini xatırladırdı. Binalar, yollar, küçələr, səkilər, daş
pilləkənlər, ağır sütunlar, naxışlı qapı tağları, bağ-bağça hasarları - hamısı
bir söz deyirdi: "Məruzə! İnşaat!"
Verdiyev öz məruzəsini elə buradan başlayacaqdır; çoxlarının il uzunu
söylədiyi rəsmi, quru məruzənin, hesabat nitqinin əksinə olaraq, tribunaya
qalxan kimi bir udum su içəcək, əlini pəncərəyə sarı uzadıb, göstərəcəkdir:
- Görürsünüz, bu geniş asfalt, müntəzəm daşsız-çınqılsız, tikansız,
tozsuz-torpaqsız küçələri! Görürsünüz? Bəzəkli imarətlərə baxırsınız,
yoldaşlar? Bağlar, xiyabanlar, parklar, stadionlar. Bunlar özbaşına
yaranmır, əl ilə tikilmədən əvvəl baş ilə tikilir! Hər məhsulun bir fabriki
olduğu kimi, imarət tikən, bina tikən başların da fabriki vardır ki, o da
haqqında danışacağımız və şəhərimizin cavan təşkilatlarından olan inşaat
institutudur.
Verdiyev dəftərini çıxarıb, yadına düşənləri qeyd edirdi. Telefon
səsləndi:
- İslam qədəş, döşünü hazırla!
- Necə, yoxsa segah oxuyacağam?
- Necə, oxumazsan? Sən də oxumayacaqsan, bəs kim oxuyacaq?
- Nə münasibətlə?
- Bundan yekə münasibət? Döşünün düzəlməyi münasibətilə.
- Döşümə nə olmuşdur ki?
- Elə dərd o idi ki, bir şey olmamışdı. Nə olsa bundan sonra olacaq.
- Nə olacaq?
- Nə olacaq. Həm qızışacaq, həm sərinləyəcək!
- O nə sözdür, a Qurd oğlu, açıq de!
- Kalinin yoldaş o parıldayanın birini yapışdıranda...
- Qoy görək, ay Qədir, sən allah! Biz nə eləmişik ki, orden verələr.
- Bura bax, İslam, bu qədər də təvazö yaramaz axı. Bu bizim öz
qüvvəmizə inanmamağımız kimi çıxır ey! Bütün şəhər bilir ki, kadro
yolunda siz nə zəhmət çəkirsiniz. Sabah-biri gün də bayramdır, hökumət
çağırıb zəhmətinizi qeyd edəcək, daha bunu danmaq, ya xısın-xısın
danışmaq nə üçün?
346
Verdiyev məsələnin yəqin olduğuna inandısa da Qədirdən söz almaq
istədi:
- Əsli olmaz əşi!
- Sənə söz deyirəm, kostyumun sol döşündən bir deşik aç! Əlbəttə ki,
hələlik bir deşik!
- Havadan deyirsən bunu?
- Havadan? Havadan niyə! Bəs nə üçündür, sənin məruzəni komissarlar
sovetində qoymaq? Hökumətin işi-gücü qurtarıb gəlsin bir məktəbin
məruzəsini eşitsin? Axı özün yaxşı bilirsən ki, dünənəcən sənin məruzəni
komsomol iclasında da qoyan yox idi. İndi iş dəyişib, kadroya əhəmiyyət
artıb! Qədəş, sağ əlin başımıza, ulduzun parıldayır.
* * *
Ürəyi arxayın olsun deyə, Verdiyev şəhər komitəsi mədəniyyət şöbə
müdirini gördü:
- Yoldaş Nemətov, - dedi, - hökumət məruzəmizi qoyub, dünən də
gəlmişdim, məşğuldunuz. Dedim, ustanovka alım, əliboş çıxmayım.
Nemətov cavan, lakin bacarıqlı bir oğlan idi.
- Ustanovka ilə, - dedi, - əl dolmur, əli doluluğunuzu işiniz təmin
etməlidir. Məsləhətə qalanda, məncə, nöqsanlardan danışın, özü də hamısını
açıq danışın! Cürətlə!
- Bəs müvəffəqiyyət?
- Müvəffəqiyyət nə varsa məlumdur. Özgə şəhərdə danışmırsınız ha.
Göz qabağındadır. Nöqsanınızı söyləyin ki, tədbir görsünlər, kömək
eləsinlər.
- Nöqsanı şübhəsiz deyəcəyik. Binamız darısqaldır. Kabinetlərdə texniki
vəsaiti gərək artıraq...
Nemətov hirsləndi:
- Bəzi müdirlərdə bir xasiyyətdir, müvəffəqiyyət gələndə, şəxsən
özlərindən danışırlar, nöqsan deyəndə binanı, laboratoriyanı göstərirlər. O
qədər işçiniz, tələbəniz, dərslər, təşkilat... hamısı nöqsansızdır?
Hamı kommunizmə çatıb?
- Növbə ilə, yoldaş Nemətov, mən bir az nizama salmamışam, nöqsan
əlbəttə ki, deyiləcək!
347
Nemətov davam etdi.
- Nə idi o Nayıbovun məsələsi? Ayıbdır, ay yoldaş direktor! Dillərdə
deyilir. Adi bir komsomolçu ilə tutaşınaq... özü də biriniz, ikiniz yox,
hamınız! Rüsvayçılıqdır.
- Burıu lap düz dedin. Eşidəndə istəyirəm lap qalxam ağzından öpəm.
Mən o Vahid üzərində lap möhkəm dayanacağam. Arxayın ol, planım var.
İstəyirəm institutumuzun əhəmiyyətindən bir giriş verəm.
- Tarix açmaq lazım deyil. Cəmisi on beş-iyirmi dəqiqə vaxtınız olacaq.
Verdiyev inana bilmədi:
- Necə, necə?
- Bəli, iyirmi dəqiqə!
- İyirmi dəqiqəyə mübahisəyə çıxarlar?
- Artıq vaxt ala bilsəniz, sevinin!
- Canım, iyirıni dəqiqədə heç giriş söyləyə bilmərəm.
- Vacib nə varsa onu deyərsiniz. Qısa, aydın. Ora yığılanların min işi
var. Bir iclasda bir neçə məsələyə baxılır, tək siz deyilsiniz.
Nemətovun əvvəlki söhbəti Verdiyevi şübhəyə salsa da, axırıncı
sözlərindən orden məsələsi beyninə batdı.
- Hə, az vermələrindən bəllidir. Görünür ya mükafata təqdim etmək
fıkirləri var, istəyirlər rəsmi olsun, ya da kadro hazırlığının maştabını
artırmaq-filan məsələsi var. Öz planları var, məruzə də elə-belə məlumat
kimi qoyulur...
Verdiyevə bir şey də aydın oldu: deməli, Vahidin məsələsi yuxarılara
çatmışdır. Ürəyinə gəldi ki, bəlkə hərif ərizə verib. Bunun üstündə institutu
danlamasalar yaxşıdır... Çağırmaq, dindirmək, heç olmasa könlünü almaq
lazımdır!
Verdiyev katibinə üç tapşırıq verdi:
- Telefonunu öyrən, saat ikiyə mühəndis Vahid Nayıbovu çağır; saat
üçün yarısına təsərrüfat müdirini, makinaçını, saat üçə də bütün dekanları.
Düz saat ikidə Vahid direktorun yanında idi. Verdiyev Vahidi çox
mehriban qarşıladı:
- Keyfin sazdırmı? Səndən incimişəm, incimişəm ona görə ki, gəlib
yoxlamırsan, kömək eləmirsən.
Vahidə qəribə geldi:
348
- Yoldaş direktor, nə kömək edə bilərəm. Qapımza az qala yasavul
qoyursunuz, gələn necə gəlsin?
- Yox, sən gələ bilərsən, komsomol üzvüsən, özün də aktivsən;
üçüncüyə qalanda... - Verdiyev o yan-bu yana baxdı, alçaqdan dedi: -
Üçüncüyə qalanda yerlimsən, İsa bulağının suyundan içmişik axı...
- Bunlar düzdür, ancaq məni heç vaxt çağırmamısınız.
Verdiyev bu cavabı heyrətlə qarşıladı:
- Budur ha, gərək çağıralar? Bəs sənin bir komsomolçu kimi təşəbbüsün
harda qaldı? Bəs sənin qabaqcıllığın harda qaldı. Bəs demirsən görüm məni
yetişdirən məktəbdə nə var, nə yox?
Vahid hərifın sözə basdığını anladı:
- Yoldaş Verdiyev, deyəsən bu gün siz bütün nöqsanlarınızı etiraf etmək
niyyətinə gəlmisiniz.
- Nə olar. Mənim də bir direktor olaraq nöqsanım var. O zaman sənin
işinlə lazımınca maraqlanmamağım, məşğul olmamağım, filan...
Vahid macal vermədi:
- Direktor olaraq yox, bir kommunist olaraq, sizin təəccüblü işləriniz
çoxdur. Adamın heç bir etimadı...
Verdiyev Vahidin dərinlərə gedəcəyini duyub, qolundan tutdu, gətirib
divanda oturtdu. Zarafatyana dedi:
- Gəldiyevi mənə calama, onu mən də yaxşı tanıyıram. Keçənə güzəşt
deyərlər. Sənə iş tapşıracağam. Çıxar qələmini qeyd elə... Əlli Gəldiyevi
mən yerlimə qurban edərəm. Çıxart qələmini!
Vahid dedi:
- Yadımda qalar, buyurun.
Verdiyev əvvəlcədən fikirləşməmişdi, heç bir iş tapşırmaq fıkrində də
deyildi. Söhbətin bu istiqamətdə getdiyi az qaldı onu pis vəziyyətdə qoysun.
Deyəsən qeybdən yadına saldılar. Dikəldi:
- Zad edərsən, məktəbin tarixi ilə maraqlanırlar. Necə bir köhnə tələbə,
bu işə sən bələdsən, ona görə çağırmışam. Bəlkə kitab çıxdı, zəhmət çək
qəzetləri varaqla, dərsdən və başqa məsələlərin gedişindən bizim barəmizdə
nə məqalə çıxıbsa; siyahısını mənə ver.
- Bu işi kitabxana işçiləri daha yaxşı bacarar. Mən, bir də kənaram,
bacarmaram.
- Nə oldu, gündə əlində qəzet olmur?
- Qəzetdə mən tarix axtarmıram ki...
349
Verdiyev hirsləndi, ancaq hirsini yeməyə məcbur oldu:
- Gör də, nə bacararsan, tap! Bizə kömək elə!
- Bacardığım qədər.
Vahid çıxanda Verdiyev onun dalınca baxdı, ürəyində dedi: "Bu köpək
oğlundan gözüm su içmir, rahat durmayacaq". Təsərrüfat müdiri içəri
girəndə Verdiyev qoymadı:
- Oradan
makinaçını da çağır.
Gəldiyev də layihə bürosundan gəlmişdi. Verdiyev üzünü əyləşənlərə
tutub dedi:
- Beş günlüyə məruzəyə hazırlaşmaq üçün harda mənə bir dinc şərait
düzəldək.
Gəldiyev dedi:
- Odur, Mərdəkanda bir otaq tutun, maşını da aparın, maşinistkanı da.
Diktovat eləyin, yazsınlar.
Verdiyevin ağlı kəsdi, bu işin xərcindən ehtiyat elədi:
- Hesabdar hanı, görəsən buna pul xərcləməyə bizim ixtiyarımız var, ya
yox? Smetada nəzərə alınıb, ya yox?
Təsərrüfat müdiri dinməmiş Gəldiyev cavab verdi:
- Niyə yoxdur, liçni iş deyil ki. Tədris-mədris, komandirovka... o qədər
maddə var ki!
Təsərrüfat müdiri də "mümkündür" deyəndən sonra Verdiyev
makinaçıya, şoferə tapşırdı, onları yola salmamış, əllərində qovluqlar
fakültə dekanları gəldilər. Verdiyev onlardan son sülsün hesabatını,
müvəffəqiyyətləri istəmişdi, Riyaziyyat, yer quruluşu, rəsmxət, rus dili,
fəlsəfə dərslərinin qiymət siyahısı oxundu. Birinci "A" sinfində
riyaziyyatdan on bir adam kəsilmişdi. "V" sinfində fəlsəfədən beş adam,
ikincidə rəsmxətdən yeddi adam yetirmirdi. Dekanlar dalbadal siyahıları
oxuyanda Gəldiyev mane oldu.
- Dayan, dayan! Hara oxuyub keçirsiniz? Bu sifralar ilə, yoldaş
Verdiyev, sizi sovetə nədir, heç mestkom iclasına da qoymazlar.
Verdiyev onun rəyinə böyük əhəmiyyət verirmiş kimi dedi:
- Danış, danış yoldaş Gəldiyev!
- Nəyi danışım. Danışmalı budur ki, "A" sinfində cəmi otuz adam var.
On biri zəif alıb, bunu eşitsələr sizə nə deyərlər. Oborota götürərlər!
Verdiyev "A" sinfinin müvəffəqiyyət cədvəlini aldı, dekandan soruşdu:
350
- Matematikanı onlara kim deyir?
- Vəzirbəyli.
Gəldiyev direktorun fikrini anladı, ondan qabağa düşdü:
- Çağırmaq lazımdır.
Vəzirbəylini dərsdən çağırdılar. Verdiyev siyahını onun qabağına qoyub
soruşdu:
- Bu sizin nömrələrdir?
Vəzirbəyli qoca, dünyagörınüş bir alim idi. Moskvada təhsil almışdı.
Çox cəhətdən müdiriyyətin işini bəyənmirdi.
- Bəli!
- On bir adam zəif alıb?
- Zəif tələbələrə zəif qiymət verilib.
Gəldiyev saydı:
- Bir, iki, üç!.. On bir! Düz on biri yetirmir. Verdiyev Vəzirbəylidən
soruşdu:
- Yoldaş professor, bunlar niyə yetirmir?
- Çünki dərsi bilmirlər.
- Niyə bilmirlər?
- Çalışmamışlar.
- Niyə çalışmamışlar?
- Tələbələri çağırın, soruşun.
- Tələbə öz yolunda, ancaq siz bir professor olaraq, görək
müvəffəqiyyətsizliyin səbəbi ilə ciddi maraqlanmısınız, ya yox?
- Mən müvəffəqiyyətsizliklə yox, müvəffəqiyyətlə maraqlanıram;
təəssüf ki, bu tələbələrdə görə bilməmişəm. Görünür müxtəlif səbəbləri var!
Verdiyev dedi:
- Fərz edək ki, biz dərs vermirik, fabrikdə dəzgah dalında oturub corab
toxuyuruq. Otuz corabdan on birini xarab toxusaq, brak adlanar, ya yox?
- Adlanar.
- Çox gözəl. Belə gözəl şəraitdə, studentlər stipendiya alırlar, özləri
sağlam, cavan adamlar. Özü də yeni briqada sistemi. On bir adamın zəif
çıxmasına nə ad qoyaq?
Vəzirbəyli də təəssüf elədi:
- Əlbəttə, biz istərdik ki, bir nəfər də zəif olmasın. Biz tələbkarlıqla
onları oxutmalıyıq.
351
- Sizcə, bu zəifin səbəbi nə olar?
- Müxtəlif səbəblər ola bilər. Hamını bir ayaqdan götürmək olmaz.
Tələbə konserv qutusu deyil!
- Bəlkə, yoldaş professor, elə on birinin də səbəbi birdir? Bəlkə
dərsinizin metodu yaxşı deyil! Mən biliyinizə şübhələnmirəm.
Vəzirbəyli dinmədi. Verdiyev əlavə etdi:
- Bəlkə qiymətlərdə səhv var?
- Xeyr. Proqramın tələbinə görə qiymət qoyulub, yəqin elə siz deyəndir.
Mən leksiya oxumağı bacarmıram. Buna sözüm yoxdur.
Gəldiyev onların söhbətini kəsdi.
- Uzağa niyə gedirsiniz. Biz bu gün burada pis dərs verəni çıxarıb
əvəzinə yaxşısını qoymayacağıq ha! Komissarlar Soveti özü baxar bu
məsələyə. Ondansa gəlin pis nömrələrdən danışaq. Tapşıraq müəllimlərə,
yoldaş professora öz qiymətlərini bir də gözdən keçirsinlər.
Dekan soruşdu:
- Gözdən keçirmək nəyə deyirsiniz? Bir də imtahanmı edək?
Verdiyev dedi:
- Nə olar eləyəndə? Xançalımızın qaşı düşməz ki!
- Buna təlimat yol vermir.
Gəldiyev dedi:
- Başqa çarə tapın. Elə də qoymaq olmaz. Sabah adamın abrını ətəyinə
bükərlər. Sizin zəiflər ucundan bütün institut qara dasqaya düşər.
Düşünürsünüzmü?
Dekanlar narazı idilər. Tələbələr arasında dedi-qodu salmaq istəirdilər.
Verdiyev onları başa saldı.
- Yoldaşlar, açığı, bu nömrə ilə ki, siz mənim yanıma gəlmişsiniz, mən
öz böyüyümün yanına gedə bilmərəm. Mənim böyüyüm məni qovar, yaxşı
direktor olsaydım... - Verdiyev: "Mən də sizi qovardım" demək istədi. Buna
cürət etməyib susdu. Ancaq bunu dedi:
- Ürəyim yumşaqdır. Vərəqləri götürün, üç gün sizə möhlət, nömrələri
təzədən yoxlayın, sonra direksiyanın sərəncamına verin.
Vəzirbəyli söz istədi:
- Mən görürəm, direktorumuz məktəbimizin namusunu çəkir, razı olmur
ki, üzümüzə söz gəlsin. Bu qəşəng xasiyyətdir, sağ olun.
Gəldiyev sevindi:
- Yoldaş Vəzirbəyli, istərdik ki, bütün işçilər bir nəfər kimi, məktəbin
namusunu çəkə idilər.
352
Vəzirbəyli əlini qaldırdı:
- Öyrənərik, yoldaş Gəldiyev, öyrənmək borcumuzdur. Ancaq bir
əlavəm var, nömrələri düzəltmək barədə şərikəm, gərək düzəlsin, gərək
zəifımiz olmasın. Bunun üçün dekanı-filanı, ya müəllimi təzədən bura
yığmaq, vaxtını almaq nəyə lazımdır? Direktorun bir əmri bəsdir. Xahiş
edək direktor əmr versin ki, bu sülsdə bütün nömrələr əla adlandırılsın. -
Vəzirbəyli sol əlini qol çəkən kimi tərpətdi: -
Bircə əmr kifayətdir!
Dekanlar gülüşəndə Verdiyev tutuldu. Hər iki əli ilə stola söykənib,
ayağa qalxdı:
- Belə artistlik eləməyin də var, cənab professor?
Vəzirbəyli qapıdan çıxa-çıxa dedi:
- Söz iti deyil, məsələnin özü itidir.
Dekanları yola salandan sonra da Verdiyevin hirsi soyumadı.
- Şaxtaçılardandır köpəkoğlu. Zərərçi!
Gəldiyev dedi:
- Vaxtında ifşa eləməyəndə belə olur. Nikolay məktəbi görmüş
professorun bizim institutumuzda nə işi var ki, indi də bizimlə dimdik-
dimdiyə dursun...
Verdiyev də, Gəldiyev də təsərrüfat müdirini çağırıb maşında oturdular.
Mərdəkana otaq bəyənməyə getdilər.
Bir dəfə institutun "M-l" maşını yollara tozanaq salaraq, təsərrüfat
müdirini, katibi Mərdəkana aparıb-gətirdi; Verdiyevə kağız, rəqəm,
yoxlama daşıdı. Verdiyev məruzəsinin üzünü on bir dəfə ağartdı, yenə ürəyi
qızmadı. Məsul yoldaşlardan bəzilərinə oxumaq istədi. Artmaqda olan
istilərə, işçilərin məşğul olmasına baxmadı. Sovetin iclasında iştirak etməli
olanların heç olmasa bir-ikisini qabaqcadan məruzə ilə tanış etməyi zəruri
saydı. İki gün ali məktəb idarəsinin dalınca gəzdi, onun ezamiyyətdən gec
qayıdacağını bilib katibini tapdı.
- Oxuyum, gör nə qeydin var.
Katib bu işə özünü məsul saymadığından qulaq asmaq istəmədi.
Verdiyev Komissarlar Soveti işlər müdirini istirahət günü təzə köçdüyü
bağda tapdı. Yaxın adamı kimi ərk ilə onun çiynindən tutdu:
- Oxuyum, bir qulaq as!
- Mən məktəb işi ilə o qədər tanış deyiləm, xeyrim dəyməz.
353
- Təki mən hər işə sizin qədər tanış olaydım. Bütün idarənin işi sənin
əlində deyilmi, a sağ olmuş. ayda on belə məruzə yola salırsan.
Yox, səni boşlamayacağam, otur qulaq as!
İşlər müdiri məruzənin uzunluğundan, boş sözlərdən narazı idi.
Verdiyev dedi:
- Onlar xırda şeydir. De görüm, səhvi-məhvi yoxdur ki?
- Savadlı adamsınız, sizə nə səhv tutmaq olar...
Verdiyev sanki bunu arzulayırdı. Məruzəni qatlayıb portfelinə qoydu,
razılıqla evinə qayıtdı. Yolda portfelini açıb, yazdığı vərəqələrə baxır,
ürəyində deyirdi: "Taleyim səndən asılıdır ha, ay məruzə, görək necə
qiymət alacaqsan..."
Məruzəni hazır sayandan sonra Gəldiyevlə oturub, "hər ehtimala qarşı"
mükafata layiq adamların siyahısını tutdular.
Dostları ilə paylaş: |