Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə15/22
tarix03.12.2016
ölçüsü3,14 Kb.
#735
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
168 
Bülbüloğlunun  ("Siz  həmişə  bizimləsiz"),  Nəriman 
Həsənzadənin ("Böyük sənətkar və bir-neçə söz"), Famil 
Mehdinin ("Böyük sənətkara məhəbbət"), Söhrab Tahirin 
("Əbədiyyəti  gözlərimlə  gördüm"),  Əhliman  Əmiras-
lanovun  ("Böyük  yazıçı  --  böyük  el  ağsaqqalı"), 
Həsənağa  Turabovun  ("Bizim  qəribə  taleyimizdən  bir 
lövhə"),  Amaliya  Pənahovanın  ("Dostluqdan  yaranan 
sənət"), Şəfiqə Məmmədovanın ("Teatr onun həyatı idi"), 
Mərahim  Fərzəlibəyovun  ("Xatirə  işığında"),  Hacı 
Səyavuş 
Aslanın  ("Qüdrətli  sənətkar"),  Əliabbas 
Qədirovun  ("Unudulmaz  sənətkar"),  Fuad  Poladovun 
("Biz  onun  yetirmələriyik"),  Sabir  Rüstəmxanlının 
("Gecə zəngləri"), Nahid Hacızadənin ("Yazıçıya yazmaq 
qalacaq"),  Mövlud  Süleymanlının  ("Nəsillərin  görüşü"), 
Kamil  Vəli  Nərimanoğlunun  ("Aydan  arı,  sudan  duru"), 
Vaqif 
Bayatlı 
Önərin 
("Elçin 
və 
İlyas 
Əfəndiyev"),Vilayət 
Quliyevin 
("Sənət 
marafonçusu"),İnqilab  Kərimovun  ("İlyas  Əfəndiyev 
teatrı"),  Dilsuzun  ("Zəka  nuru"),  Afaq  Məsudun 
("Unudulmaz  İlyas  Əfəndiyevin  xatirəsinə"),  İlham 
Rəhimlinin  ("Əbədi  sənət  irsi"),  Vaqif  Yusiflinin  ("Boy 
çiçəyinin  ətri"),  Məryəm  Əlizadənin  ("Sən  həmişə 
bizimləsən"--  rus  dilində),  Firəngiz  Mütəllimovanın 
("Yada düşər xatirələr"), Bəsti Cəfərovanın ("Nə yaxşı ki, 
bu dünyada siz varmışsınız..."), Kübra Əliyevanın ("Ürək 
sözlərim"), 
Səyavuş 
Məmmədzadənin 
("İnsanlara 
vəsiyyət 
edilmiş 
işıq"-- 
rus 
dilində), 
Əkrəm 
Qaflanoğlunun  ("Qarabağ  şikəstəsi"),  Kərbəlayi  Əlinin 
("Unuda  bilmədiyim  insan")  xatirə  və  esseləri,  Fikrət 
Qocanın  "İlyas  Əfəndiyevin  unudulmaz  xatirəsinə"  şeri 
və  İlham  Rəhimlinin  "İlyas  Əfəndiyevin  Azərbaycan 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
169 
Akademik  Milli  Dram  Teatrında  tamaşaya  qoyulmuş 
pyeslərinin siyahısı" çap edilmişdir. 
Əslində  bu  kitabda  toplanan  məlumatlar,  məqalələr, 
xatirələr,  şeirlər,  xronikalar  ədəbi-mədəni  ictimaiyyətin 
böyük  və  həmişəyaşar  ədibimiz  İlyas  Əfəndiyevin 
şəxsiyətinə  və  yaradıcılığına,  onun  şərəfinə  qoyulmuş 
yazılı abidədir...  
Başqa  bir  məlumatda  isə  biz,  İlyas  Əfəndiyev 
yaradıcılığına  Türkiyə  Cümhuriyyəti  ziyalılarının, 
naşirlərinin münasibətini görürük. 
―Xalq qəzeti‖nin 23 İyun 2011-ci il sayında oxuyuruq 
ki,  Türkiyədə  "İlyas  Əfəndiyev.  Həyatı  və  əsərləri" 
monoqrafiyası  çapdan  çıxmışdır  və  bu  barədə  yuxarıda 
məlumat vermişik... 
 Son  illərin  başqa  bir  maraqlı  tədbirini  də  xatırlatmaq 
yerinə düşər. Bu tədbirdən aydın olur ki, İlyas Əfəndiyev 
şəxsiyyəti və yaradıcılığı təkcə ədəbi-tənqidin deyil, həm 
də bədii fikrin, düşüncənin də dərki prosesində özünə yer 
almış,  şairlərimiz  onun  barəsində  maraqlı  şeirlər, 
poemalar  yazmışlar.  Yazıçının  nəvəsi  –  Günay 
Əfəndiyeva  Elçin  qızı  bu  əsərləri  toplayaraq  maraqlı  bir 
kitab  –  ―İlyas  Əfəndiyev.  Şeirə  sığmayan  ömür‖ 
adlandırdığı kitabı nəşr etdirmişdir. 
Bu kitabın təqdimat mərasimindən ―525‖-ci qəzet‖ də 
(17.03.2011) dərc edilən məlumatda oxuyuruq:  
―Dünən  (16.03.2011.  –  red.)  Muzey  Mərkəzində  XX 
əsr Azərbaycan ədəbiyyatının klassiki, xalq yazıçısı İlyas 
Əfəndiyevə  həsr  olunmuş  ―İlyas  Əfəndiyev.  Şeirə 
sığmayan ömür‖ kitabının təqdimat mərasimi keçirilib.  
Tədbirdə  İ.Əfəndiyevin  oğlu,  baş  nazirin  müavini, 
xalq yazıçısı Elçin, həmçinin tanınmış elm, ədəbiyyat və 
mədəniyyət  xadimləri,  millət  vəkilləri,  ziyalılar,  mətbuat 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
170 
nümayəndələri  iştirak  ediblər.  Mədəniyyət  və  Turizm 
Nazirliyinin  nəşr  layihəsi  olan  ―İlyas  Əfəndiyev.  Şeirə 
sığmayan  ömür‖  kitabı  ―Təhsil‖  nəşriyyatında  nəfis 
tərtibatla çap edilib. Kitabın tərtibçisi və redaktoru Günay 
Əfəndiyevadır. 
―İlyas  Əfəndiyev.  Şeirə  sığmayan  ömür‖  kitabında, 
adından  göründüyü  kimi,  unudulmaz  yazıçıya  həsr 
olunmuş  şeirlər,  tanınmış  şəxslərin  ürək  sözləri  və 
qiymətli  fotoşəkillər  yer  alıb.  Ümummilli  lider  Heydər 
Əliyevin  İlyas  Əfəndiyev  barədə  dəyərli  fikirləri  ilə 
açılan kitabda tərtibçi-redaktor Günay Əfəndiyevanın ön 
sözü,  xalq  yazıçısı  Elçinin  ―Şeirə  sığmayan  ömür‖ 
məqaləsi yer alıb. 
Bundan  başqa,  kitabda  Süleyman  Rüstəm,  Qabil, 
Nəriman  Həsənzadə,  Fikrət  Qoca,  Zəlimxan  Yaqub, 
Ramiz  Rövşən,  Tofiq  Nurəli  və  başqa  şairlərin  qələmə 
aldığı  şeir  nümunələri  dərc  edilib.  Bu  şeirlərdə  İlyas 
Əfəndiyev  sənətinə,  şəxsiyyətinə  dərin  ehtiram  və 
məhəbbət  əksini  tapıb.  Yazıçının  parlaq  obrazını 
tamamlamaq  məqsədi  ilə  kitaba  fotoşəkillərlə  yanaşı 
rəssamların  bu  mövzuda  çəkdiyi  illüstrasiyalar,  teatr 
eskizləri,  digər  bədii  rəsm  və  foto  nümunələri  də  daxil 
edilib. 
Mədəniyyət  və  Turizm  naziri  Əbülfəs  Qarayev 
mərasimdə çıxış edərək, İlyas Əfəndiyev yaradıcılığından 
danışıb  və  ona  həsr  olunan  bu  kitabı  yüksək 
qiymətləndirib.  İlk  olaraq  çıxış  edən  mədəniyyət  və 
turizm  naziri  Ə.  Qarayev  bildirib  ki,  ―İlyas  Əfəndiyev. 
Şeirə  sığmayan  ömür‖  kitabında  adından  göründüyü 
kimi, unudulmaz yazıçıya həsr olunmuş şeirlər, tanınmış 
şəxslərin  ürək  sözləri  və  qiymətli  fotoşəkillər  yer  alıb. 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
171 
Kiatbda  yer  alan  şeirlərdə  İlyas  Əfəndiyev  sənətinə, 
şəxsiyyətinə  dərin  ehtiram  və  məhəbbət  ifadə  olunub: 
―Yazıçının  parlaq  poetik  obrazını  tamamlamaq  məqsədi 
ilə  kitaba  fotoşəkillərlə  yanaşı  rəssamların  bu  mövzuda 
çəkdiyi illüstrasiyalar, teatr eskizləri, digər bədii rəsm və 
foto  nümunələri  də  daxil  edilib.  Mədəniyyət  və  Turizm 
Nazirliyinin  nəşr  layihəsi  olan  ―İlyas  Əfəndiyev.  Şeirə 
sığmayan  ömür‖  kitabı  ―Təhsil‖  nəşriyyatında  nəfis 
tərtibatla  çap  olunub.  Kitabın  tərtibçisi  və  redaktoru 
Günay Əfəndiyevadır‖. 
Nazirin  çıxışından  sonra  böyük  ədib  haqqında 
hazırlanan sənədli film nümayiş olunub.  
Mərasimdə  çıxış  edən  millət  vəkili,  professor  Nizami 
Cəfərov 
İlyas 
Əfəndiyev 
yaradıcılığının 
bənzərsizliyindən danışıb, ədibin özünəməxsus yolu olan 
bir  yazıçı  olduğunu  diqqətə  çatdırıb  və  kitabın  çox 
orijinal bir tərtibatla hazırlandığını bildirib: ―Bəlkə də bu 
kitabı  hansısa  peşəkar  ədəbiyyatşünas,  yazıçı  yazsaydı, 
peşəkar dizaynerin tərtibatında çıxsaydı, bu qədər səmimi 
olmazdı.  Günay  xanım  babasını  hamıdan  yaxşı  tanıdığı 
üçün  bu  kitabın  tərtibatında  da  səmimilik  və  doğmalıq 
hiss olunur‖.  
Xalq  artisti,  Bakı  Bələdiyyə  Teatrının  direktoru 
Amaliya Pənahova İlyas Əfəndiyevin və onun əsərlərinin 
Azərbaycan  teatrının  inkişafındakı  mühüm  rolundan 
danışıb:  ―İlyas  Əəfəndiyev  Azərbaycan  teatrının 
inkişafına misilsiz xidmət göstərən pyeslər yaradıb. Mən 
çox xoşbəxt bir aktrisayam ki, onun 18 əsərinin 14-də baş 
rol  ifaçısı  olmuşam.  Onun  əsərləri  ilə  Azərbaycan 
teatrında  üç  böyük  aktyor  nəsli  yetişdi  və  bu  aktyorlar 
İlyas müəllimin əsərləri ilə inkişaf etdilər. Biz bu gün bu 
kitabı  vərəqlədikcə,  onun  haqqında  dəyərli  şairlərin 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
172 
yazdıqları şeirləri oxuduqca İlyas Əfəndiyevin hər zaman 
bizimlə  olacağını  hiss  edirik.  Mən  İlyas  Əfəndiyev 
yaradıcılığını  və  şəxsiyyətini  əbədiləşdirmək  yolundakı 
fəaliyyətinə 
görə  onun  nəvəsi  Günay  xanıma 
təşəkkürümü bildirirəm‖.  
Sonra  çıxış  üçün  söz  xalq  artisti  Azərpaşa  Nemətova 
verilib  və  o,  İlyas  Əfəndiyevin  mənalı  ömür  yaşadığını, 
onun  əsərlərinin  hər  zaman  aktuallığı  qoruduğunu  dilə 
gətirib:  ―Çox  sevindirici  haldır  ki,  İlyas  Əfəndiyev 
haqqında  hazırlanan  bu  kitab  sanballıdır,  ağırdır.  Bu 
ağırlıq təkcə həcmlə bağlı deyil, həm də görkəmli ədibin 
öz yaradıcılığı, onun haqqında söylənən dəyərli fikirlərlə 
əlaqədardır.‖  
Xalq  şairi  Zəlimxan  Yaqub  İlyas  Əfəndiyevin  xalqın 
ağrısını,  dərdini  öz  içindən  keçirərək,  xalqa  dəyərli  bir 
ədəbi irs qoyub getdiyini, dünya durduqca ədibin adının, 
yaradıcılığının,  ruhunun  var  olacağını  deyib:  ―İlyas 
Əfəndiyevin  adı  çəkiləndə  yerindən,  zamanından  asılı 
olmayaraq,  mənim  gözlərimin  önündə  işıq  obrazı 
canlanır.  Onun  qanında,  canında  yanan  bu  işıq  milli 
teatrımıza  köçüb.  Böyük  şəxsiyyətlərin  xalq  və  sənət 
qarşısındakı 
ən 
böyük 
xidməti 
insanları 
doğmalaşdırmaqdır. Bu gün İlyas Əfəndiyevin xatirəsinə 
həsr  olunan  bu  kitab  da  burda  neçə-neçə  insanı 
doğmalaşdırdı‖.  
Tədbirdə  akademik  Bəkir  Nəbiyev,  professor  Nizami 
Xudiyev  və  başqaları  da  çıxış  edərək,  ədibin  şəxsiyyəti 
və  yaradıcılığı  haqda  fikirlərini  bölüşüblər.  Gecənin 
sonunda  söz  kitabın  redaktoru  və  tərtibçisi  Günay 
Əfəndiyevaya  verilib:  ―Bu,  çox  səmimi  bir  gecə  oldu. 
―Şeirə  sığmayan  ömür‖  kitabının  hazırlanmasında  mənə 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
173 
mənəvi  dəstək  olduğu  üçün  atam  Elçin  Əfəndiyevə,  o 
cümlədən bu kitabın səhifələrini bəzəyən, belə bir kitabın 
yaranmasına  səbəb  olan  şairlərimizə,  kitabın  işıq  üzü 
görməsində,  bu  cür  nəfis  tərtibatla  ərsəyə  gəlməsində 
göstərdiyi  köməkliyə  görə  ―Təhsil‖  nəşriyyyatına,  belə 
möhtəşəm  bir  gecəni  təşkil  etdiyi  üçün  Mədəniyyət  və 
Turizm 
naziri 
cənab 
Əbülfəs  Qarayevə  dərin 
minnətdarlığımı  bildirirəm.‖  (Bax:  Yuxarıda  göstərilən 
mənbə.) 
―Şeirə  sığmayan  ömür‖  kitabı  ədəbi  ictimaiyyətin 
İlyas Əfəndiyev şəxsiyyətinə və yaradıcılığına göstərilən 
hörmət  və  məhəbbəti  ümumən  tamamladığından,  bu 
sahədə  müstəsna  əhəmiyyət  kəsb  edir.  Bu  kitabın  ədəbi-
ictimai  fikirdə  tutduğu  mövqeyi  xalq  yazıçısı,  professor 
Elçin  müəllimdən  yaxşı  şərh  etmək  mümkün 
olmadığından  onun  kitabın  adıyla  eyni  adlı  –  ―Şeirə 
sığmayan  ömür‖  məqaləsindən  müəyyən  fraqmentləri 
oxucularımıza təqdim edirik: 
 ―Bu  kitabın  nəşri  İlyas  Əfəndiyev  şəxsiyyəti  və 
yaradıcılığı  ilə  bağlı,  olsun  ki,  bir  az  qeyri-adi,  ancaq 
əlamətdar ədəbi hadisədir. 
 Bu  kitabda  Azərbaycan  şairlərinin  İlyas  Əfəndiyevə 
həsr etdiyi şeirlər toplanmışdır. 
Təmtəraqlı  çıxmasaydı,  deyərdim,  bu  kitab  –  şeir 
çələngi, poeziya buketidir. 
 Poeziya əlbəttə, ilk növbədə səmimiyyətdir. 
 İlyas  Əfəndiyev  o,  az  saylı  sənətkarlardandır  ki, 
şəxsiyyəti 
səmimiyyətin 
ifadəçisi 
olduğu 
kimi, 
yaradıcılığı da səmimiyyət ifadə edirdi. Bu mənada onun 
şəxsiyyəti ilə yaradıcılığı arasında üzvi bir vəhdət var idi 
və  onun  şəxsiyyətilə  yaradıcılığı  əslində  bir-birini 
tamamlayırdı. 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
174 
Və  yəqin  elə  buna  görə  də  neçə  illərdir  ki,  İlyas 
Əfəndiyevin  şəxsiyyəti  də,  yaradıcılığı  da  Azərbaycan 
poeziyasının mövzularından birinə çevrilmişdir. O, bəlkə 
də,  haqqında  ən  çox  şeir  yazılmış  nasirimizdir  və  İlyas 
Əfəndiyevi xatırladıqca,  onu  yenidən oxuduqca,  mən bu 
cəhəti  çox  əlamətdar  hesab  edirəm.‖  (Bax:  ―Şeirə 
sığmayan ömür‖, Bakı, ―Təhsil‖ nəş., 2011, s.13.) 
 ―...  Azərbaycan  ədəbi  tənqidinin,  yəqin  elə  bir 
nümayəndəsini  tapmaq  mümkün  deyil  ki,  İlyas 
Əfəndiyev  haqqında  yazmasın.  Hətta  yazıçı  və  şairlərin 
əksəriyyəti  İlyas  Əfəndiyev  haqqında  çox  yazıblar,  eyni 
zamanda  böyük  sənət  xadimlərimiz  də  vaxtaşırı  İlyas 
Əfəndiyev  haqqında  yazmış,  onun  şəxsiyyəti  və 
yaradıcılığı  barədə  ürəkdən  gələn  bir  hərarətlə  söz 
demişlər. 
 İlyas  Əfəndiyevin  yaradıcılığı  bir  çox  elmi  mo-
noqrafiyaların,  dissertasiyaların  mövzusu  olmuşdur  və 
həmin dissertasiyalar bu gün də müdafiə edilir. 
Ancaq  belə  zəngin  bir  biblioqrafiya  ilə  bərabər,  bu 
kitab,  dediyim  kimi,  qeyri-adi  və  əlamətdar  hadisədir.‖ 
(Bax: Yenə orada, s.15.) 
Müəllif  davam  edir:  ―Çünki  söhbət  elmi-nəzəri 
tədqiqatlardan, məqalələrdən, esselərdən, xatirələrdən, bu 
və 
ya 
digər 
münasibətlə  söylənmiş  fikir  və 
mülahizələrdən yox, poeziyadan gedir. 
Bu  kitabda  35  Azərbaycan  şairinin  müxtəlif  illərdə 
İlyas Əfəndiyevə həsr etdikləri 38 şeir toplanıb. 
Qəribədir,  bəzən  kiçik  bir  şeir  böyük  bir  bioqrafi-
yanın,  zəngin  və  zəngin  olduğu  qədər  də  mürəkkəb  bir 
xarakterin  ayrı-ayrı  çalarlarını,  məxsusi  cəhətlərini  ifadə 
edə bilir. 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
175 
 İstedad  və  sənətkarlıq  dediyimiz  vergi  də  elə 
bundadır. 
 Ramiz  Rövşənin  ―İlyas  müəllimin  xatirəsinə‖  şeiri 
cəmi  üç  kiçik  bənddən  ibarətdir,  ancaq  mən  o  şeiri 
oxuyanda  İlyas  Əfəndiyevi  aydın  gördüm  və  az  qala 
cismani hiss etdim: 
 
Daş atanlar az olmadı, 
Bu kişinin əkdiyinə. 
Sevənlərdən yaza-yaza, 
Çəkildi öz təkliyinə. 
 
 
Hərdən yaşla doldu gözü,  
Bir cüt gölə döndü gözü, 
Hərdən elə döndü üzü – 
Daş mat qaldı bərkliyinə... 
 
Dünyayla küsüb-barışdı, 
Ağ varağa könül açdı, 
Qarışdı, ruhu qarışdı, 
Ağ varağın paklığına. 
  
Bunlar  Ramiz  Rövşənin  İlyas  Əfəndiyev  şəxsiy-
yətində  və  yaradıcılığında  gördükləri  və  bəlkə  də, 
gördüklərindən daha çox – hiss etdikləridir. 
 Ancaq  hər  şairin,  hər  sənətkarın  öz  baxış  bucağı,  öz 
hisslər dünyası var. Və yəqin elə buna görə də Günay bu 
kitabın adını ―Şeirə sığmayan ömür‖ qoyub və mən də bu 
kiçik ön sözü belə adlandırdım.  
...Günay rəssamların, heykəltəraşların İlyas Əfəndiyev 
mövzusunda  işlədiyi  bir  sıra  əsrlərin  reproduksiyalarını 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
176 
da  bu  kitaba  daxil  edib  və  güman  edirəm  ki,  poeziya  ilə 
rəngkarlıq  həmişə  olduğu  kimi,  bu  dəfə  də  bir-birini 
yaxşı tamamlayır.‖ ( Bax: Yenə orada, s.17.) 
―...Bu  kitabın  müəllifləri  XX-XXI  əsr  şairlərimizin 
müxtəlif nəsillərinə mənsubdurlar. 
 Süleyman  Rüstəm,  Mədinə  Gülgün,  Qabil,  Hüseyn 
Kürdoğlu, Vilayət Rüstəmzadə... mənim yaxşı tanıdığım, 
uzun  illər  boyu  mehriban,  istiqanlı  ünsiyyətdə  olduğum 
bu  gözəl  insanlar  artıq  Haqq  dünyasındadırlar. 
Gedənlərin  ruhu  şad  olsun,  qalanlara,  bu  gün  də  yazıb-
yaradanlara  isə  mən  onların  bu  kitaba  toplanmış 
şeirlərinin  səmimiyyətilə  yoğrulmuş  ən  gözəl  arzularımı 
bildirirəm. Elçin, 08 iyul 2010. Bakı.‖ ( Bax: Yenə orada, 
s.18.) 
Biz  də,  bir  müəllif  kimi  Elçin  müəllimin  bu  səmimi, 
səmimi  olduğu  qədər  də,  elmi  fikirlərinə,  isti  arzularına 
qoşularaq  İlyas  müəllimə  həsr  edilmiş  bir  neçə  şeiri 
oxucularımıza  təqdim  etməklə,  kitabımızı  süsləndirmək 
istədik... 
Xalq  şairi  Fikrət  Qocanın  "İlyas  Əfəndiyevin 
unudulmaz xatirəsinə" şeiri: 
İlyas Əfəndiyevlə bağlı xatirəm çoxdu. Elə ki, yazmaq istəyirəm, 
hamısı pərən-pərən düşür. Qalıram boşluqda. Nəhayət, anladım ki, 
insan  haqqında  xatirəni  onu  itirdiyinə  daxilən  inandıqdan  sonra 
yazmaq  asan  olur.  Mən  İlyas  müəllimin  ölümünə-yoxluğuna  inana 
bilməmişəm.  Onun  yoxluğunu  qəbul  etməyə  hazır  deyiləm.  Mən 
xatirə yazmaq istəyəndə bu şeir yarandı: 
 
 Dağların Bəbir qadını, 
 Doğdu bir eşqin odunu, 
 Xızır İlyasın adını 
 Verdi əziz balasına. 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
177 
 Bu diyarda ömür boyu, 
 Xəyalında dağ çiçəyi, 
 Nəğmə oldu adı, soyu, 
 Ürəyində bulaq suyu, 
 Bu şəhərdən keçdi, getdi… 
 Zaman piyada, o atlı, 
 Elçin, Timuçin qanadlı 
 İlyas Məhəmməd oğlu. 
 
 
 Nə dostlarla yarışardı, 
 Nə də dərdin danışardı, 
 Öz yolunda, öz ilhamı 
 Bir şam kimi alışardı. 
 Hava tutqun, yollar çətin… 
 Həmişə təmiz saxladı 
 Öz varlığın, öz siqlətin. 
 Təmiz, saf bir parçasıydı 
 O, dağların, təbiətin. 
 Adı məşhur, sözü dadlı… 
 Elçin,Timuçin qanadlı 
 İlyas Məhəmməd oğlu. 
 
 Hələ bizim aramızda 
 Ömür sürür söz Paşası. 
 Dillərdə sözü-söhbəti, 
 Səhnələrdə tamaşası. 
 İlham şamı sönməyibdi, 
 Xatirəyə dönməyibdi. 
 Evdə ayaq izi isti. 
 Heç mürəkkəb qurumayıb, 
 Hələ səsi, sözü isti… 
 Hələ, hələ bundan belə 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
178 
 Ruhu, mehriban xəyalı 
 Üzümüzə gülə-gülə 
 Neçə nəvə böyüdəcək 
 İlyas qəlbli, İlyas adlı… 
 Elçin, Timuçin qanadlı 
 İlyas Məhəmməd oğlu.  
 
                                  2 oktyabr 1998. 
 (Bax: "Ədəbiyyat qəzeti", 2 oktyabr 1998.) 
 
Xalq şairi Zəlimxan Yaqubun ―Köhnə kişi‖ şeiri: 
(Xalq yazıçısı İlyas Əfəndiyevin ruhuna bağışlayıram) 
 
 Təzələr içində təzədən təzə, 
 Köhnələr içində köhnə kişiydi. 
 Uca şəxsiyyəti, əsərləriylə 
 Tamaşa kişiydi, səhnə kişiydi. 
 
 «Bahar suları»tək axırdı dili, 
 Çəmən qucağında çeşmə kimiydi. 
 Nəsrin şeriyyəti Valeh dilində, 
 Bayatı kimiydi, qoşma kimiydi. 
 
 Fikrə, düşüncəyə, zehnə, yaddaşa, 
 Əlvan naxışları vurdu yaşadı. 
 «Büllur saray»lara tamah salmadı, 
 Könül sarayları qurdu yaşadı. 
 
 Onun əsərələri taleyimizdi, 
 Hey bizdən danışdı, hey bizdən dedi. 
 Kamran Borçalıdan söhbət açandı, 
 «Şeyx Xiyabani» Təbrizdən dedi. 
 
 Onun qələmində tariximiz də, 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
179 
 Tarixi ən kəskin ittiham da var. 
 Möhtəşəm hökmdar ucalığı da, 
 «Məhv olmuş gündəlik», sönən şam da var. 
 
 Saçı zirvələrin qarına döndü, 
 Sarvantək daşıdı karvan dərdləri. 
 Onun qələmiylə dindi, danışdı 
 Qarabağ, Borçalı, Şirvan dərdləri. 
 
 Enişli-yoxuşlu həyat yolunda 
 Neçə dərə keçib, neçə dağ çıxıb. 
 Zaman sınağında təmiz, ləkəsiz, 
 Sənət sınağından üzüağ çıxıb. 
 
 Təzələr içində təzədən təzə, 
 Köhnələr içində köhnə kişiydi. 
 Uca şəxsiyyəti, əsərləriylə 
 Tamaşa kişiydi, səhnə kişiydi. 
 
                                         25 may 2010. 
                  (Bax: İlyas Əfəniyev virtual muzeyi) 
 
Şair  Hüseyn  Kürdoğlunun  İlyas  Əfəndiyevin  70 
illiyinə  həsr  etdiyi  "Yüz  il  yaşamağa  haqqın  var  sənin" 
adlı şeiri: 
 
Bələyə bükəndə səni Qarabağ, 
Bir qartal lələyi taxdı qundağa, 
Qəlbinə od verdi halal bir ocaq, 
Bir gün iməkləyib qalxdın ayağa. 
Baxtını yazmışdır o dağlar sənin,  
Yüz il yaşamağa haqqın var sənin! 
 

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
180 
  
Dünyanı qanlı bir tufanda gördün, 
Dağlar sinə gərdi ildırımlara. 
Nalə də eşitdin, hicran da gördün, 
Yolun dikəlsə də sıldırımlara. 
Əlindən tez tutdu bu diyar sənin, 
Yüz il yaşamağa haqqın var sənin! 
 
Torpağa kök atıb, eldən güc aldın, 
Sal qayalar kimi bərkidi dizin. 
Tufanlar önündə göyə ucaldın, 
Yaşıl yarpaq kimi açıldı sözün, 
Budağın gətirdi təzə bar sənin, 
Yüz il yaşamağa haqqın var sənin! 
 
Misri qılınc verib döyüşən sözə,  
Yamanın, yalanın bağrını yardın. 
Tamahı qul kimi çökdürüb dizə, 
Büllur sarayları viran qoyardın, 
Olsaydı əlində ixtiyar sənin, 
Yüz il yaşamağa haqqın var sənin! 
 
Düşmədin dalınca şöhrətin, adın, 
Çeşmədən durusan, aydan arısan. 
Yaratmaq eşqindən sən ki, doymadın, 
Baharın, gəncliyin nəğməkarısan. 
Saçına yağsa da vaxtsız qar sənin, 
Yüz il yaşamağa haqqın var sənin! 
Min il yaşamağa haqqın var sənin! 
               
( Bax: Hüseyn Kürdoğlu. Ziyalımız -  
               ziyamız, Bakı, "Ozan", 1999. səh. 17.) 
 

Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin