Abdulla yubilyarın nadir şəxsiyyətindən bəhs edərək
dedi: "İlyas müəllim haqda xatirələrimi danışmaq bir az
özümü tərifləməyim olar. O, mənim xətrimi çox istəyirdi.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
207
Yeganə yazıçı, şəxsiyyət idi ki, vəzifədən uzaq
qaçardı…‖
AYB-nin katibi Arif Əmrahoğlu İ.Əfəndiyevi əsərləri
ilə ictimai rəyə təsir göstərən bir yazıçı kimi sə-
ciyyələndirərək onu ədəbiyyat hadisəsi kimi dəyərləndirdi:
"İlyas Əfəndiyev heç vaxt özünü təkrarlamadı."
Yazıçı-publisist Nahid Hacızadə yazıçının "Sən
həmişə mənimləsən" əsərindən Azərbaycan insanının
mənəvi dünyasının bayramı kimi söz açdı, radioya,
televiziyaya xüsusi önəm verdiyini vurğuladı.
Tənqidçi Vaqif Yusifli xatırlatdı ki, İlyas Əfəndiyevin
əsərlərində "boy çiçəyi obrazı da var, bu gül heç vaxt
solmur, ətrini itirmir. Bu əbədiyaşarlığı onun əsərlərinə
də şamil etmək olar".
Şairlərdən Hikmət Mahmud, Yusif Həsənbəy,
tədqiqatçı Gülhani Pənah, yazıçının şəxsi həkimi olmuş
Yusif Əhmədov İ.Əfəndiyevin bənzərsiz şəxsiyyətindən
və yaradıcılığından bəhs etdilər.
Tənqidçi Bəsti Əlibəyli qeyd etdi ki, İlyas Əfəndiyev
zaman çərçivəsində yaşasa da, zamana sığmadı, öz
müstəqilliyini qorudu: "O, bizim dramaturgiyamıza,
nəsrimizə plastika gətirdi…"
Sonda xalq yazıçısı Elçin bir daha İlyas Əfəndiyev
sənətini, şəxsiyyətini uca tutanlara ailələri adından
minnətdarlığını bildirdi: "Bu istiqanlı məclis mənim üçün
çox əzizdi. Ona görə ki, Yazıçılar Birliyi bizim yaradıcı
insanların mənəvi evidi. Kənddən gəldiyi ilk gündən
İlyas Əfəndiyevin ilk aradığı ünvan Yazıçılar İttifaqı
olub, bura onun ikinci evi idi. Bura mənim özüm üçün də
doğma bir yerdi. Uşaqlıqda atamla birgə gələrdim. O
zaman İlyas Əfəndiyevin otuz altı - otuz yeddi yaşı vardı.
Mən burada ən görkəmli yazıçılarımızla təmasda olmu-
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
208
şam, bir yerdə işləmişəm. Bu gün o böyük insanların ha-
mısının ruhu şaddı. Ona görə ki, onlar istedadlarının
səviyyəsindən asılı olmayaraq bir yerdə Azərbaycan
dilini yaşadırdılar, Azərbaycan insanının düşüncəsini
ifadə edirdilər, bugünkü müstəqilliyimizdə onların da
böyük rolu var…" (Bax: ―AzərTac‖-ın məlumatı
2009.05.27; ―Ədəbiyyat qəzeti‖, 2009.05.29.)
****
Hər bir xalqın tarixi həmin xalqın yetişdirdiyi ayrı-
ayrı tarixi şəxsiyyətlərinin, sənətkarlarının adı ilə
bağlıdır. İlyas Əfəndiyevin əsərləri bu mənada
Azərbaycan tarixinin bədii salnaməsinin bir qoludur və
bu qolda yazıçı oxuculara bəxş etdiyi bədii sənət
nümunələrində məxsus olduğu xalqın milli-mənəvi
dəyərlərinin coğrafi xəritəsinin bədii meridianlarını
ustalıqla həkk etdi.
XX əsr Azərbaycan dramaturgiyası və nəsrinin
inkişafında əvəzsiz xidmətləri olan xalq yazıçısı İlyas
Əfəndiyevin əsərləri bu gün də sevilə-sevilə oxunur,
tamaşaları həvəslə, maraqla seyr edilir, ekrana köçmüş
əsərləri milli mənliyimizi, tariximizi yaşadaır və bizi
özümüzə qaytararaq milli yaddaşımıza, varlığımıza,
əbədiyaşarlığımıza xidmət edir.
Bu gün xalq yazıçısı İlyas Əfəndiyevin adlını daşıyan
Beynəlxalq Fondu Avropa, Asiya, Qafqaz və müsəlman
dünyası ölkələrində yaşayan xalqların davamlı inkişafına
yönəlmiş bir sıra Məqsədli Layihələr həyata keçirir,
təhsil, mədəniyyət, sosial və digər sahələrdə mövcud
humanitar problemlərin həllində iştirak edir. Fondun
fəaliyyəti geniş beynəlxalq ictimaiyyət tərəfindən tanınır.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
209
Bir sıra dövlət və hökumət başçısının, ictimai xadim-
lərin, o cümlədən, Litva Respublikasının prezidenti
Valdas Adamkus, Bolqarıstan Respublikasının prezidenti
Georgi Pırvanov, Sloveniya Respublikasının prezidenti
Danilo Türk, Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəp
Tayyip Ərdoğan, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO və ISESCO-nun xoşməramlı səfiri, millət
vəkili Mehriban Əliyeva, Macarıstanın «Duna TV»
teleşirkətinin prezidenti Laslo Çelenyi, ABŞ-ın Soft
Computing İnstitutunun direktoru, professor Lütfi Zadə,
Moskva Humanitar Universitetinin rektoru, professor
İqor İlyinski kimi dünya miqyasında məşhur olan
şəxsiyyətlər,
ictimai
xadimlər
İlyas
Əfəndiyev
Beynəlxalq Mükafatına layiq görülmüş və onlar bu
mükafatı məmnuniyyətlə qəbul etmişlər...
****
2014-cü ilin may ayında sevimli xalq yazıçımızın,
respublika Dövlət mükafatı laureatı, görkəmli dramaturq
İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi tamam
olur. 2013-cü il, noyabrın 20-də Parisdə UNESCO Baş
Konfransının 37-ci sessiyasında 2014-2015-ci illərdə
qeyd ediləcək yubileylərin siyahısı təsdiq edilib. Həmin
siyahıda UNESCO-nun 2014-2015-ci illərdə qeyd
ediləcək yubileylər siyahısına Azərbaycanın Xalq
yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi də
daxil edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham
Əliyev yazıçının yubileyinin keçirilməsi ilə bağlı 16
yanvar, 2014-cü il tarixli sərəncam imzalamışdır. Bu
sərəncam eyni zamanda İlyas Əfəndiyevin yaradıcılığına,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
210
şəxsiyyətinə, sənətkarın ölməz ruhuna xalqın böyük
məhəbbətinin ifadəsidir.
Göründüyü kimi, burada da müasir ədəbi mühitimizin
cox görkəmli şəxsiyyətləri iştirak etmiş, maraqlı fikirlər
söyləmişlər ki, bunun özü də ədəbi mühitin yazıçıya olan
münasibətini, hörmətini, məhəbbətini, fikrini və qənaətini
ehtiva edir...
İ.Əfəndiyevin nəsri sovet nəsrinin şosioloji şablon-
larını dağıtdı, sosialist realizminin estetik ehkamları ilə
düz gəlməyən, xalq həyatının milli-mənəvi mənafeləri
baxımından təcəssüm etdirən nəsr təmayülü yaratdı və
ədəbiyyatımıza lirik-psixoloji üslub gətirdi. Xalq
yazıçısının dram əsərləri ilə yeni rejissor, aktyor, bəstəkar
və rəssam nəsli formalaşdı. «İlyas Əfəndiyev teatrı»nın
fəlsəfi-estetik və fikri-bədii təravəti bu gün də oxucuların
və tamaşaçıların vətənpərvərlik hissinin və estetik
zövqünün formalaşmasına öz təsirini göstərir.
İ.Əfəndiyev özünəməxsus cəsarətlə bədii əsərlərində
və müsahibələrində azadlığımızı, milli müstəqilliyimizi,
xalq həyatını azərbaycançılıq və türkçülük məfkurəsi ilə
təcəssüm etdirərək XX əsr Azərbaycan ədəbiyyatının
klassikinə çevrildi.
İ.Əfəndiyev qüdrətli şəxsiyyəti, fenomenal bütövlüyü
və zəngin yaradıcılığı ilə müasirlərinə, xüsusilə ədib və
şairlərə,
ümumiyyətlə
ziyalılara
milli
sənətkar
mədəniyyətinin nümunəsini göstərdi. Onun həyatı və
şəxsiyyətinin özü bütöv bir ədəbi-tarixi epoxadır.
****
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
211
İlyas
Əfəndiyevin şəxsiyyəti və yaradıcılığı
ümummilli liderimiz Heydər Əliyevin görüşlərində və
nəzərində həmişə diqqət mərkəzində olmuş ona xüsusi
rəğbət bəsləmiş, yüksək və dəyərli fikirlər söyləmişdi.
Biz yuxarıda bu məsələyə yeri gəldikcə toxunsaq da,
burada bir az ətraflı danışmaq niyyətindəyik.
Ümummilli lider ədibin bütün yubileylərində ona
təbrik məktubları göndərmiş, əsərlərini oxumuş, teatr
tamaşalarına getmiş və yerindəcə onları qiymətlən-
dirmişdi. Böyük liderin yazıçının şəxsiyyətinə və
yradıcılığına verdiyi böyük qiyməti təsəvvürə gətirmək
üçün yazıçıya ünvanladığı məktublardan birini və
tamaşadan sonra söylədiyi bir çxışını olduğu kimi təqdim
edirik.
Azərbaycanın ədəbi ictimaiyyəti 1994-cü ilin may-
iyun aylarında Xalq yazıçısı İ.Əfəndiyevin anadan
olmasının 80 illiyini təntənəli surətdə qeyd etdi.
Ədəbiyyatın inkişafında xidmətlərini nəzərə alan
müstəqil Azərbaycan Respublikasının Prezidenti yazıçını
«Şöhrət» ordeni ilə təltif etdi. Respublikamızın sənət
adamları arasında İ.Əfəndiyev birinci sənətkar idi ki,
həmin ordenlə mükafatlandırılmışdı.
Ulu öndər Heydər Əliyev cənabları yazıçıya göndər-
diyi təbrik məktubunda ədibin yaradıcılığına yüksək
qiymət verərək yazmışdı: «Sizi – Azərbaycanın görkəmli
dramaturq və nasirini 80 illik yubileyiniz münasibətilə
ürəkdən təbrik edirəm. Dünya mədəniyyətinə ölməz
dahilər bəxş etmiş qədim Odlar yurdunda xalqın
məhəbbətini qazanmaq, sənət zirvəsinə ucalmaq olduqca
çətin və şərəflidir. Siz fədakar əməyiniz sayəsində bu
şərəfə nail olmuşsunuz.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
212
Oxucuların sevə-sevə mütaliə etdiyi nəsr əsərləriniz,
Milli
teatrımızın
səhnəsində
tamaşaya
qoyulan
pyesləriniz bunu parlaq şəkildə sübut edir... Sizin
yaratdığınız obrazlar xalqımızın övladlarına mənəvi
saflıq və vətənpərvərlik aşılanması işinə xidmət etmişdir.
Əminəm ki, müstəqil Azərbaycanımızın hələ neçə-neçə
nəsli bu zəngin mənbədən faydalanacaqdır». (Bax:
Əliyev Heydər. Səmimi təbrik. (Anadan olmasının 80
illiyi) //Azərbaycan. – 1994. - 26 may.)
Azərbaycan Prezidenti Heydər Əliyevin İlyas Əfən-
diyevin "Hökmdar və qızı" tamaşasına baxdıqdan sonra
teatrın yaradıcı kollektivi ilə görüşdə çıxışı - Azərbaycan
Milli Dram Teatrı, 20 sentyabr 1997-ci il.
―Mən ilk əvvəl belə bir əsəri hazırlayıb xalqa çat-
dırdığınıza görə sizə təşəkkürümü bildirirəm. İhsan bəy,
sizə müraciət edirəm, buyurun, Azərbaycan mədəniyyəti
ilə tanış olun. (İhsan bəy Doğramacı (1905-2010) —
Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının
ilk sədri, dünya şöhrətli pediatr olub. Ulu öndərin
türkiyəli yaxın dostlarından idi.
Kökən olaraq İraq
türkmanlarındandır.
Dünyanın bir sıra ölkələrinin və
beynəlxalq təşkilatların nüfuzlu mükafatlarını almış İhsan
Doğramacı 2000-ci ildə Azərbaycanın "İstiqlal" ordeni
ilə, 2005-ci ildə isə Azərbaycanın ən ali mükafatı olan
"Heydər Əliyev" ordeni ilə təltif olunub. 2000 və 2005-ci
illərdə İhsan Doğramacının 80 və 85 illik yubileyləri
Bakıda qeyd olunub – J.Q.)
İhsan bəy Doğramacı: Bu əsər böyük bir tarixi ta-
blodur və mən inanıram ki, Allah-təala Azərbaycanı
əbədi müstəqil və payidar edəcəkdir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
213
Heydər Əliyev: Mən sizi təbrik edirəm. Azərbaycan
Dövlət Dram Teatrı 125-ci mövsümünə başlayıbdır.
Allah bunu bizə qismət edibdir. Azərbaycan teatrının 100
illik yubileyini sizinlə birlikdə təntənəli surətdə
keçirmişik, bundan sonra 25 il yaşamışıq. Doğrudur, bu
25 il hamar yol olmayıbdır, enişli-yoxuşlu, çətin, əzab-
əziyyətli keçibdir. Ancaq bizim çox böyük nailiyyətimiz
ondan ibarətdir ki, nəhayət, Azərbaycan xalqı öz dövlət
müstəqilliyinə nail olubdur. Bu müstəqilliyə, azadlığa
görə hər bir əzab-əziyyətə, itkiyə, hər bir qurbana razı
olmaq olardı.
Çünki Azərbaycanın dövlət müstəqilliyi tarixi
nailiyyətdir və çoxəsrlik tariximizdə bütün xalqımız üçün
Allah tərəfindən göndərilmiş bir nemətdir. Ona görə də
mən salonda olarkən, sizinlə görüşərkən keçən 25 ili
xatırlayıram. 1973-cü ildə biz teatrın 100 illik yubileyini
qeyd etdik, sonra da 25 il yaşadıq.
Bu gün siz çox gözəl bir əsər təqdim etdiniz. Mən sizi
bu əsər, bu tamaşanız münasibətilə təbrik edirəm. Çox
dəyərli və bu gün xalqımız üçün lazımlı əsərdir. Şübhəsiz
ki, biz bu gün ilk növbədə əsərin müəllifinin - böyük
yazıçımız,
dramaturqumuz
İlyas
Əfəndiyevin
xidmətlərini qeyd etməliyik, onun xatirəsini yad
etməliyik.
Belə başa düşürəm ki, bu onun son əsəri idi.
İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük
töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli
əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı başqa
cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o öz
əsərlərində həm Azərbaycan xalqının tarixinin çox
mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü
nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
214
həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir
edibdir. Beləliklə, xalqımızı həm tarixə hörmət
bəsləməyə sövq etmişdir və bu barədə xidmətlər
göstərmişdir, tarixi bilmək üçün xalqımıza yardım
etmişdir,
eyni
zamanda
yaşadığımız
zamanda
mənəviyyat, əxlaq, insanlıq, Vətənə və millətə sədaqət
ruhunu aşılamışdır. Hesab edirəm ki, xalqımız bu
əsərlərdən çox bəhrələnmişdir.
Ona görə də mən bu gün İlyas Əfəndiyevin bütün ya-
radıcılığını, onun yazdığı əsərləri böyük minnətdarlıq
hissi ilə xatırlayıram. Hesab edirəm ki, o, xalqımız
qarşısında öz borcunu, daha doğrusu, öz missiyasını
şərəflə yerinə yetirmişdir, xalqımıza, mədəniyyətimizə,
teatrımıza, ədəbiyyatımıza çox böyük irs, böyük sərvətlər
qoyub getmişdir. Güman edirəm ki, bunu xalqımız heç
vaxt unutmayacaqdır. Şübhəsiz ki, biz İlyas Əfəndiyevin
xatirəsini əbədiləşdirmək üçün qərarlar da qəbul
edəcəyik, şəxsən mən edəcəyəm, çünki o buna layiqdir.
Belə əsərlərlə o, onsuz da özünü xalqın qəlbində
yaşadacaqdır.
Onun son əsəri - bu gün sizin təqdim etdiyiniz əsər
həyatımız üçün çox əhəmiyyətlidir. Bu gün salonda üç
saatdan artıq vaxt çox tez gəlib keçdi. Yəni tamaşa o
qədər maraqlı, məzmunlu, mənalı idi, həm də siz hamınız
o dərəcə gözəl ifa etdiniz, salonda oturanlara bu əsəri
gözəl çatdırdınız, - o cümlədən mənə də, - heç hiss
etmədim ki, nə qədər vaxt keçibdir. Bu da ona görədir ki,
birincisi - əsərin həsr olunduğu mövzu çox aktualdır, çox
vacib bir mövzudur. Bu əsərlə İlyas Əfəndiyev yeni bir
xidmət edibdir, bizim tariximizin o dövrünü açıb
xalqımıza göstəribdir. Bunlar indi açılıbdır. Tarixçilər,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
215
bizim salnaməçilər bunları düzgün yazmağa başlayıblar.
Ancaq bilirsiniz, indi hər bir adamın o tarix kitablarını
oxumağa nə imkanı var, nə vaxtı. Bir də ki, biri oxuyur, o
birisi oxuya bilmir. Bu baxımdan teatr, kino çox təsirli
bir vasitədir. Tariximizin bu dövrü keçmişdə təhrif
olunubdur. Bunu siz bilirsiniz. Biz bu dövrü yaşamışıq.
Bu gün mənim əziz dostum İhsan Doğramacıya
danışırdım, - qonaqlardan biri soruşdu ki, keçmiş
zamanlarda da belə bir pyesi tamaşaya qoymaq olardımı?
Dedim, ola bilməzdi. Çünki o vaxtlar bunun əksinə olan
mövzuda tamaşalar göstərilirdi. Təəssüflər olsun. Bu, heç
kimin günahı deyil - nə sizin, nə bizim, nə mənim, nə
onun. Ümumiyyətlə, yaşadığımız dövrün, o dövlətin və
quruluşun yaratdığı vəziyyət idi. Ancaq həqiqət ondan
ibarətdir ki, 1964-cü ildə, siz bilərsiniz, Azərbaycanın
Rusiyaya könüllü surətdə qatılmasının 150 illik yubileyi
təntənəli qeyd olundu. Böyük bayram keçirdik, ona
böyük əsərlər həsr edildi. Bu da olub.
Bilirsinizmi, biz gərək indi tariximizi düzgün
araşdıraraq, heç kimi günahlandırmayaq, günahkar
axtarmaq lazım deyil. Əgər belə olsa, işlərimiz yaxşı
gedə bilməz. Keçmişdə nə olubsa, olub-keçib. Yenə də
deyirəm, o bayramı edənlər də günahkar deyillər. Çünki
onlar həmin quruluşa, həmin sistemə xidmət edirdilər. O
quruluş tarixi də başqa cür çatdırmışdı. Əgər bizdə
sərbəstlik, azadlıq, demokratiya olsaydı, o vaxt
tarixçilərdən biri, ikisi, üçü, dördü götürüb yazsaydılar ki,
bu belə deyil, bəlkə də bunların qarşısını almaq olardı.
Amma o dövrdə, o sistemdə, o ideologiyanın təsiri
altında bunu etmək mümkün deyildi. Mən bunu bir dəfə
demişəm. Bir neçə il ondan sonra, 1968-ci ildə bizim
böyük alimimiz, rəhmətlik akademik Ziya Bünyadov bir
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
216
balaca cəhd göstərdi və demək istədi ki, biz o vaxt
Rusiyanın tərkibinə könüllü daxil olmamışıq - bu,
könüllü olmayıb, yəni özümüz müraciət etməmişik. Ona
nəsə etmək istədilər, o tərəf-bu tərəfə çəkdilər,
cəzalandırmaq istədilər. Mən ona kömək etdim. Çox
böyük alim olduğuna, özü də ikinci dünya müharibəsinin
qəhrəmanı olduğuna görə bəzi xeyirxah adamların, o
cümlədən mənim yardımımla, - o vaxt mən burada DTK-
ya rəhbərlik edirdim, - imkan vermədim ki, ona nəsə
etsinlər. Belə bir hal olmuşdu. Yəni demək istəyirəm ki,
hətta bu cür cəsarətli hallar da olurdu.
Ona görə də indi heç kəsi günahlandırmaq lazım deyil.
Amma eyni zamanda bütün vasitələrlə, o cümlədən
mədəniyyət, ədəbiyyat, teatr vasitəsilə indi həqiqəti xalqa
bildirmək lazımdır. Həqiqətin xalqa belə çatdırılması
daha təsirlidir, xalq bunu qavraya bilir. Yenə də deyirəm,
böyük bir kitabı götürüb oxumaq, ondan nəticə çıxarmaq
olar. Amma bu o qədər də asan deyil. Lakin bunu
ədəbiyyat dili ilə yazıb çatdırmaq, sizin kimi çox gözəl
aktyorların ifasında bu vasitə ilə xalqa çatdırmaq çox
əhəmiyyətlidir. Mən əsəri bu baxımdan çox yüksək
qiymətləndirirəm - həm əsəri, bu faciəni, həm də sizin
əsərə verdiyiniz bu quruluşu. Çox gözəl yaratmısınız -
həm aktyorlar, həm rejissorlar, bütün aktyor ansamblı
həddindən artıq gözəl ifa etdi. Mən sizi təbrik edirəm.
Ancaq bu əsərin ikinci tərəfi də var. Bir var ki, bizim
tariximizi aydınlaşdırır, amma ikinci tərəfi bundan da
əhəmiyyətlidir. Xalqımızda vətənpərvərlik yaradır,
müstəqillik, milli azadlıq hissiyyatlarını beyinlərə həkk
etdirir, xalqımızı bu istiqamətdə tərbiyələndirir və əsasən
gəncləri tərbiyələndirir. Bu baxımdan əsərin aktuallığı
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
217
çox böyükdür. İndi hər bir adam bilsin ki, müstəqillik
nədir və öz xalqının müstəqilliyini qorumayan adamların
aqibəti necə olur. Məsələn, Cavad xan və İbrahim xan.
Görürsünüzmü, ikisi də bizim xanlarımızdır. Bu nə
deməkdir? Əsərin bir mənası da bundan ibarətdir ki, xal-
qımızı elə o vaxt, keçmiş tarixi dövrlərdə də bədbəxt
edən içindəki çəkişmələr olub. Bu həqiqətdir ki, xanlar o
vaxtlar
bir-biri
ilə
çəkişməsəydilər,
ədavət
aparmasaydılar, bəli, iddiada olmasaydılar, biri o birisinə
hörmət edib hamısı birləşsəydilər buna nail ola bilərdilər.
Düzdür, İbrahim xan bundan çox şikayətlənir ki, mən
xanlıqları birləşdirmək istəyirəm, amma birləşmirlər.
Əsərin bir yerində o deyir ki, xanlar qorxurlar ki, mən şah
olaram. Bu da həqiqətdir. Çünki İbrahim xan da istəyirdi
şah olsun, Kəlbalı xan, Cavad xan, Quba xanı Fətəli xan
da, Şəki xanı da şah olmaq istəyirdi. Bəli, hər biri
istəyirdi şah olsun. Ancaq bunlar bir yerdə olsaydılar,
yığışıb hamısı desəydilər ki, gəlin bir nəfəri şah seçək və
ona da itaət edək, əlbəttə ki, bu faciələrdən bəlkə də xilas
olmaq mümkün olardı. Amma bunlar olub-keçib.
Xalqımız qurbanlar veribdir. Görürsünüzmü, İbrahim
xanın həyatı nə qədər faciəlidir - oğlu və qızları ondan üz
döndərdi, özü də öz səhvinin qurbanı oldu.
Bilirsiniz, bunlar o qədər ibrətamizdir ki! Məsələn,
İbrahim xan bizim tariximizdə məlumdur. Bir sıra
yazıçılarımız İbrahim xanın surətini yaradıblar, amma
düzgün verməyiblər. Onları da günahlandırmaq olmaz,
çünki onlar da həmin o ideologiyanın təsiri altına
düşmüşdülər. Hətta "Vaqif" pyesində İbrahim xanın guya
rus padşahının əleyhinə olduğu göstərilir. Həmin əsərdə
o, Vaqifə deyir: "Vaqif, əlindəki o əsa nədir?" Cavabında
|