Qeyd . Dilimizdə qeyri-müəyyən miqdar sayı adlandırdığımız az, çox, çoxlu, xeyli, bir az sözləri əşyaya aid olduqda say, hərəkətlə əlaqələndikdə isə zərf olur. Kəsr sayları. Tamın müəyyən hissəsini bildirən saylara kəsr sayları deyilir. Başqa sözlə, bu saylar müəyyən
miqdarın bir hissəsini bildirir. Bunlar da müəyyən miqdar
saylarından əmələ gəlir. Lakin həm şəkil, həm mənaca onlardan
fərqli olduqları üçün miqdar sayının ayrıca növü kimi nəzərdən
keçirilir. Kəsr saylarını əmələ gətirmək üçün bütövü bildirən bir
sayla hissəni bildirən başqa bir say birlikdə işlənir. Bütövü
bildirən say öz şəklini dəyişərək ya -dan, -dən, ya da -da, -də şəkilçiləri ilə, hissə bildirən say isə heç bir dəyişikliyə
Gülarə Abdullayeva
60
uğramadan, şəkilçisiz işlənir. Bütövü bildirən say əvvəl, hissə
bildirən say isə sonra gəlir. Məsələn, üçdən bir, yaxud üçdə bir, beşdən üç, yaxud beşdə üç. Sırasayları. Sıra sayları müəyyən miqdar saylarının
sonuna -ıncı 4 , -ncı 4 şəkilçisini artırmaqla əmələ gəlir. Məsələn, birinci, beşinci, altıncı və s. Sıra sayları sifətlərə daha yaxındır.
Bu yaxınlıq bir tərəfdən sıra saylarının sifətlərə məxsus hansı? sualına cavab verə bilməsi, digər tərəfdən özündən sonra gələn
ismin cəm şəkilçisi qəbul etməsindən aydın görünür. Məsələn, 3-cü siniflər- hansı siniflər? Bu xüsusiyyətləri eynilə sifətlərdə də görmək
mümkündür.
Dilimizdə miqdar saylarına nisbətən sıra sayları daha
çox isimləşir, müstəqil işlənir və bu zaman onların hallanma,
cəmlənmə qabiliyyəti müstəqil işlənən miqdar sayından daha
çox müşahidə edilir. Məsələn, üçüncü, üçüncünün, üçüncüyə, üçüncünü, üçüncüdə, üçüncüdən, üçüncülər və s. Sıra sayları insan təsəvvürü verdiyi zaman kim? sualına
da cavab olur. Məsələn, Üçüncü irəlidədir. Tələb etdikləri
suallara görə də sıra sayları miqdar saylarından fərqlənir. Belə
ki, miqdar sayları necə? nə qədər? suallarından birinə cavab
verdiyi halda, sıra sayları neçənci? kim? və hansı? suallarından
birinə cavab verir.
Sayın quruluşca növləri. Saylar da digər nitq hissələri
kimi, quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Sadə saylar
yalnız bir kökdən ibarət olan saylardır. Sadə saylara bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş, səksən, doxsan, yüz, min, milyon, milyard, az, çox, xeyli sayları daxildir. Düzəltmə saylara isə sadə quruluşlu
müəyyən miqdar saylarının sonuna –ıncı 4 , yuvarlaq sayların
sonuna -larla 2 , -larca 2 şəkilçilərini artırmaqla yaranan saylar
daxildir: birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu, onuncu, iyirminci,otuzuncu, ...yüzüncü, mininci, milyonuncu, onlarla, yüzlərlə,minlərlə və s.
61
Mürəkkəb sayların əmələ gəlməsində iki söz iştirak edir.
Məsələn, bir az, bir xeyli, çox az, bir qədər və s. Dilçiliyimizdə tərkibi say adı ilə qeydolunan sayların
yaranmasında iki, üç, bəzən daha çox müəyyən miqdar sayı
iştirak edir. Daha doğrusu, bir neçə miqdar sayı yanaşma yolu
ilə birləşərək bir kəmiyyətin ifadə olunmasına xidmət edir.
Məsələn, min doqquz yüz səksən bir və s. Bu cür sayları
mürəkkəb deyil, tərkibi adlandırmaq ona görə doğrudur ki, artıq
onlar mürəkkəb söz hüdudundan kənara çıxır. Belə sayların
yaranmasında da bir qəribəlik var. Azərbaycan dilində təkliklər
yüzlük, minlik və s.-dən əvvəl gəldikdə onun təyinedicisi kimi
çıxış edir, onunla yanaşma əlaqəsinə girir. Məsələn, beş yüz, beş min, beş milyon və s. Onluq, yüzlük, münlik və s.-dən sonra
gəldikdə isə sırf ifadə etdiyi kəmiyyəti bildirir və əvvəlki
saylarla sanki tabesizlik yolu ilə bağlanır: yüz beş (yüz və beş, yüz+beş), min beş yüz beş (min+beş yüz+beş) və s. Sayların sintaktik vəzifəsi sifəti xatırladır. Sifətlər kimi,
saylar da, bir qayda olaraq, cümlədə təyin vəzifəsində dayanır.
Məsələn,İkinci bir qadın çığırtısı bu sədaya cavab verər, yatmış qonşuları oyadar. (S.S.Axundov) Lakin isimləşdikdə
cümlənin mübtədası və tamamlığı da ola bilir. Məsələn, Biz ikimiz də bir-birimizi sevirik. Bayraq alıb hücum çəkir 416. Say xəbər olmaq üçün xəbərlik şəkilçisi qəbul edir, lakin bu
zaman saylıq xüsusiyyətindən tamamilə uzaqlaşmır.
Saylar da sifətlər kimi isimləşə bilir. Sayın isimləşməsi
dedikdə ismə məxsus qrammatik əlamətləri qəbul edərək onun
suallarına cavab verməsi başa düşülür.
Sayların orfoqrafiyası. Sayların yazılışında müxtəlif
formalardan istifadə edilir. Miqdar sayları həm hərflərlə, həm
də rəqəmlə yazılır. Məsələn, 553 - beş yüz əlli üç, 12 - on iki.
Mürəkkəb və tərkibi saylar ayrı yazılır. Məsələn, bir az, bir qədər, yüz otuz doqquz və s. Şəkilçilər miqdar saylarının son sözünə artırılır. Miqdar
sayları rəqəmlə yazıldıqda və ona müəyyən şəkilçi artırıldıqda,
Gülarə Abdullayeva
62
rəqəmdən sonra defis qoyularaq şəkilçi yazılır. Sıra sayları
rəqəmlə yazıldıqda defisdən sonra yalnız -cı, -ci, -cu, -cü şəkilçisi yazılır. Məsələn, iyiymi altının-26-nın, on beşinci- 15-ci və s.
Saylar dilimizdə iki cür: ərəb və rum rəqəmlərindən
istifadə etməklə yazılır.
Ərəb rəqəmləri on saydan ibarətdir: 0,1,2,3,4,5,6,7,8,9.
Bu rəqəmlər ərəblərin adı ilə bağlı olsa da, əslində V əsrdə
Hindistanda yaradılmışdır. X-XI əsrlərdə ərəblər tərəfindən
Avropaya gətirildiyi üçün onların adı ilə bağlanmışdır.
(5, səh.131)
Biz sayları ifadə etmək üçün indi də ərəb rəqəmlərindən
istifadə edirik. Sayları ifadə etmək üçün rum (Roma)
rəqəmlərindən də istifadə olunur. Bu rəqəmlər sıra saylarını
bildirir. Sıra sayı rum rəqəmi ilə ifadə olunduqda heç bir şəkilçi
işlənmir. Rum rəqəmləri cəmi yeddi işarədən ibarətdir:
I –1 C-100 V-5 D-500 X-10 M-1000 L-50 Bu rəqəmlər müxtəlif şəkildə birləşməklə ayrı-ayrı
kəmiyyət ifadə olunur. Əgər kiçik rəqəm böyük rəqəmdən
sonra gələrsə, onlar toplanır. Məsələn,
VI=V+I=6 LXXX=L+X+X+X=80 VII=V+I+I=7 CL=C+L=150 VIII=V+I+I+I=8CLX=C+L+X=160 XV=X+V=15 DC=D+C=600 XVI=X+V+I=16 DCCC=D+C+C+C=800 XVII=X+V+I+I=17 MCCC=M+C+C+C=1300 XVIII=X+V+I+I+I=18 MD=M+D=1500 XX=X+X=20 MDC=M+D+C=1600 LX=L+X=60 MDCCC=M+D+C+C+C=1800 LXX=L+X+X=70
Müasir Azərbaycan dili
63
Kiçik
rəqəm böyükdən əvvəl gəldikdə ondan çıxılır.
Məsələn,
IV=V-I=4 IX=X-I=9 XL=L-X=40 XC=C-X=90 CD=D-C=400 CM=M-C=900 MCMLXXIX=M(1000)+CM(1000-100)+LXX(50+10+10)+ +IX(10-1)=1979 Kiçik rəqəm böyük rəqəmdən sonra yalnız üç dəfə,
böyük rəqəmdən əvvəl isə bir dəfə işlənə bilər.
Dilimizdə sıra saylarını ifadə etmək üçün bəzən ərəb
rəqəmlərindən də istifadə olunur. Bu zaman durğu işarələrindən
aşağıdakı qaydada istifadə edilməlidir:
-Rəqəmdən sonra nöqtə qoyulur və sıra ilə gələn sözün
ilk hərfi böyük yazılır: 1.Ramiz Məmmədov. 2. Fikrət Əliyev. -Rəqəmdən sonra tire qoyulur və ümumi isim gəldikdə
kiçik hərflə yazılır. Məsələn, 1 - sadə cümlə 2 - mürəkkəb cümlə və s. -Rəqəmdən sonra mötərizə qoyulur və xüsusi isim
gəlmirsə, kiçik hərflə yazılır: 1) fel 2)zərf
Qeyd. Dilimizdə bir sıra sözlər vardır ki, onların məzmununda kəmiyyət anlayışı ifadə olunur. Belə sözlərə həftə (7 gün), ay(30 gün), il (365 gün), qərinə (33 il), əsr (100 il), şahı (5 qəpik), abbası (20 qəpik), ağac (təqribən 6-7 kilometrə bərabər uzunluq ölçüsü), mil (1 kilometr 850 metr), arşın (71 santimetr), girvənkə (400 qram), çərək (dörddə bir hissə), batman (8 kiloqram), misqal (42 qram), manat və s. misal göstərmək olar. Bu sözlərin bir qismi hazırda dilimizdə arxaikləşmişdir (şahı, abbası, ağac, mil, arşın, girvənkə və s.).Belə sözlərin məzmununda kəmiyyət ölçü, miqdar anlayışı olsa da, onlar say deyil, isim hesab olunur. Gülarə Abdullayeva
64
Əvəzlik əsas nitq hissəsi kimi
İsim, sifət, say və başqa nitq hissələrinin yerində işlənərək onların qrammatik əlamətlərini qəbul edən əsas nitq hissəsi əvəzlik adlanır. Əsas nitq hissələri içərisində əvəzlik ümumi, mücərrəd
məzmuna malik olması ilə fərqlənir. Əvəzliyin konkret lüğəvi
mənası yoxdur. O, hansı nitq hissəsini əvəz edirsə, həmin nitq
hissəsinin məzmununa və qrammatik mənasına uyğunlaşır.
Buna görə də əvəzliyin mənası ancaq cümlə, mətn daxilində
məlum olur. Əvəzlik üçün səciyyəvi olan cəhətlərdən biri də
onun məzmununda şərtiliyin olmasıdır. Məsələn, o əvəzliyini
bütün III şəxsdə olan əşyalara, necə əvəzliyini bütün sifətlərə
aid etmək olar. Bu sözlərin konkret hansı sözə aid edilməsi isə
yalnız cümlə və mətn daxilində aydınlaşır. Əvəzliklərin
özünəməxsus morfoloji əlaməti də yoxdur. Əvəzlik hansı nitq
hissəsini əvəz edirsə, onun morfoloji əlamətlərini də qəbul edir.
Məsələn, ismi əvəz etdikdə isim kimi hallanır, cümlədə
mübtəda və tamamlıq olur, xəbərlik şəkilçisi qəbul edərək
cümlədə ismi xəbər olur, ismin sualına cavab verir, sifəti əvəz
etdikdə onun sualına cavab verir, əşya məzmunlu sözdən əvvəl
gələrək, onunla yanaşma əlaqəsinə girir, cümlədə təyin olur
və s.
Qeyd etmək lazımdır ki əvəzliklər daha çox adlarla
bağlı bir nitq hisəsidir.
Hansı nitq hissəsini əvəz edə bilməsindən asılı olaraq,
əvəzliyin fərqli məna növləri formalaşır.
Müasir
Azərbaycan dilində əvəzliklərin aşağıdakı
növləri vardır: 1. Şəxs əvəzliyi. 2. İşarə əvəzliyi. 3. Sual
əvəzliyi. 4. Qeyri-müəyyən əvəzlik. 5. Təyini əvəzliklər.
6. İnkar əvəzliyi. 7. Nisbi əvəzliklər.
Şəxs əvəzlikləri.Şəxs əvəzlikləri şəxs anlayışını heç bir konkretlik bildirmədən, ümumi şəkildə ifadə edən əvəzliklərdir.
Müasir Azərbaycan dili
65
Dilçilik
kitablarında şəxs əvəzliklərinin məzmunu və
forması əsas götürülməklə onları şərti olaraq üç yerə
ayırmışlar: müəyyən şəxs əvəzliyi, yiyəlik şəxs əvəzliyi və
qayıdış şəxs əvəzliyi. (2, səh. 98; 4, səh. 140)
Müəyyən şəxs əvəzlikləri hər üç şəxsin tək və cəmini
ümumi şəkildə bildirən mən, biz, sən, siz, o, onlar əvəzliklərindən ibarət müstəqil sözlərdir. Bunlardan mən I şəxsin təkini, biz I şəxsin cəmini, sən II şəxsin təkini, siz II şəxsin cəmini, o III şəxsin təkini, onlar III şəxsin cəmini
bildirir. I şəxs danışanı, II şəxs dinləyəni, III şəxs isə haqqında
danışılanı idadə edir. Ona görə də I və II şəxs bir qayda olaraq,
canlı insan məzmunu ifadə edir, III şəxs isə həm canlı, həm də
cansız varlıqları bildirə bilər. Lakin digər əvəzliklər kimi, şəxs
əvəzliklərinin məzmununda da bir mücərrədlik, ümumilik var.
Hər bir danışan şəxs mən deyərək özünü, sən deyərək dinləyəni
ifadə edə bilər. Deməli, mən, sən, biz, siz əvəzlikləri bütün
insanlara aid edilə bilər. Qeyd etmək lazımdır ki, biz və siz sözləri cəm şəkilçiləri ilə də işlənir: bizlər, sizlər. Bu zaman
əvəzliyin ifadə etdiyi mənada bir qədər konkretləşmə müşahidə
edilir. Məsələn, Bir qonaq gəl bizlərə. Müəyyən şəxs əvəzlikləri ismi əvəz etdiyindən, ona
məxsus olan bir sıra xüsusiyyətləri qəbul edir, yəni isim kimi
hallanır, məhdud da olsa, xəbərlik, kəmiyyət şəkilçisi qəbul
edir, cümlədə ismin sintaktik vəzifələrini daşıyaraq mübtəda,
tamamlıq, ismi xəbər olur.
Müəyyən şəxs əvəzlikləri hallanarkən I şəxsin tək və
cəmi yiyəlik halda -in əvəzinə -im şəkilçisi qəbul edir. Qalan
hallarda heç bir fərq müşahidə edilmir:
Adlıq h. mən sən o biz siz onlar Yiyəlik h. mənim sənin onun bizim sizin onların Yönlük h. mənə sənə ona bizə sizə onlara Təsirlik h. məni səni onu bizi sizi onları Yerlik h. məndə səndə onda bizdə sizdə onlarda Çıxışlıq h məndən səndən ondan bizdən sizdən onlardan Gülarə Abdullayeva
66
Şəxs əvəzlikləri ismə məxsus xəbərlik şəkilçilərini
məhdud şəkildə qəbul edir. Hər şəxs əvəzliyi yalnız həmin
şəxsə mənsub xəbərlik şəkilçisi ilə işlənə bilir: mən-əm, sən- sən, o-dur, biz-ik, siz-siniz, onlar-dırlar. Hallandıqda digər
şəxslərə uyğun xəbərlik şəkilçisini də qəbul edir: El bilir ki, sən mənimsən.(S.Vurğun) Kitab mənimdir. Məktub sənədir. Biz də sizdənikvə s. Müəyyən şəxsəvəzlikləri isim kimi cümlədə mübtəda,
tamamlıq, ismi xəbər olur. Məsələn, Mən də ocaq qalayacam. (İ.Şıxlı) Mən onun haqqında çox eşitmişəm. (İ.Şıxlı) Mən sizi yaxşı başa düşürəm. (İ.Şıxlı)Nahaq yerə elə bilirik ki, bizdən əvvəl yaşayanlar axmaq olublar, ağıllı elə bir bizik. (M.İbrahimov) və s. Müəyyən şəxs əvəzlikləri isimlərdən fərqli olaraq,
cümlə daxilində özündən əvvəl təyin qəbul etmir və cümlənin
təyinedici üzvü də ola bilmir. Çox az hallarda bu şəxs
əvəzlikləri təyin kimi işlənə bilir, daha dəqiq desək, yiyəlik
halda olan bizim, sizin əvəzlikləri isimlə işlənərkən
mənsubiyyət şəkilçisi ixtisar edildikdə həmin ismin təyini kimi
götürülür və hansı? sualına cavab olur. Birləşmənin ikinci
tərəfi isə əşya məzmunlu uyğun cümlə üzvü olur: Vurğunu da salar yada, düz ilqarlı bizim dağlar. (S.Vurğun) Sizin kənd çox gözəldir.
Yiyəlik şəxs əvəzliyi. Şəxs əvəzliklərinin bu növü
yiyəlik halda olan şəxs əvəzliklərinə -kı,-ki,-ku, -kü şəkilçilərini
artırmaqla yaranır: mənimki, səninki, onunku... Bu əvəzliklər
mənsub əşya anlayışını ifadə etməklə bərabər, əşyanın hansı
şəxsə aidliyini də nəzərə çatdırır. Bu əvəzliklərin qəbul etdiyi
-kı 4 şəkilçisi sanki əvvəldən məlum olan əşyanı ifadə edir və
bəzən cümlənin məzmununa əsasən əşyanı müəyyənləşdirmək
olur: Bizimki belə gətirdi. - Bizim taleyimiz belə gətirdi. Yiyəlik şəxs əvəzlikləri də hallanır, cəmlənir və
cümlədə əşya məzmunlu üzv olur. Belə əvəzliklər öz
məzmununda subyektin malik olduğu obyekti də ümumi
Müasir Azərbaycan dili
67
şəkildə ifadə edir. Məsələn,Bizimkilər düşmənə qalib gəldilər. Qeyd
etmək lazımdır ki, -kı, -ki, -ku, -kü şəkilçisi
yiyəlik halda ola bilən hər bir sözə artırılmaqla, həm subyekt,
həm də qeyri-müəyyən bir obyekt məzmunu bildirir.
Qayıdış şəxs əvəzliyi. Diilmizdə qayıdış şəxs əvəzliyi
öz təyin əvəzliyinə bütün şəxslər üzrə mənsubiyyət şəkilçiləri
artırmaqla düzəlir. Belə ki, öz sözünə müvafiq olaraq -üm, -ümüz, -ün, -ünüz, -ü, -ləri mənsubiyyət şəkilçilərini artırmaqla
I, II, III şəxsin tək və cəmini bildirən qayıdış şəxs əvəzlikləri
əmələ gəlir: özüm, özümüz, özün, özünüz, özü, özləri. Qayıdış
şəxs əvəzlikləri də şəxs məzmunu ifadə edərək, ismin bir sıra
xüsusiyyətlərini qazanmışdır. Daşıdıqları vəzifə və ifadə
etdikləri məzmuna görə bu sözlərdən dilimizdə çox geniş
şəkildə istifadə edilir. Bu əvəzliklər də isim kimi hallanır:
Özüm özün özü özümüz özünüz özləri özümün özünün özünün özümüzün özünüzün özlərinin özümə özünə özünə özümüzə özünüzə özlərinə özümü özünü özünü özümüzü özünüzü özlərini özümdə özündə özündə özümüzdə özünüzdə özlərində özümdən özündən özündən özümüzdən özünüzdən özlərindən
Göründüyü kimi, II və III şəxsin təkini bildirən özüm və
özü əvəzlikləri hallanarkən eyni fonetik tərkibə malik olur.
Onları fərqləndirmək üçün əvvəlinə yiyəlik halda olan
müəyyən şəxs əvəzliyi artırmaq lazımdır. Özünü görməliyəm - Sənin özünü görməliyəm və ya Onun özünü görməliyəm. Bu əvəzliklər adlıq halda işlənərkən subyekti bildirib
mübtəda olur. Yönlük, təsirlik, yerlik, çıxışlıq hallarında
işləndiyi zaman tamamlıq, xəbər şəkilçisi qəbul etdikdə xəbər
vəzifəsi daşıyır. Məsələn, Atları açın, dincəlsinlər, özümüz də nəfəsimizi dərək. (İ.Şıxlı) İndi ki belə oldu, özünü gözlə. (İ.Şıxlı) Əşrəf əli ilə tüstünü özündən uzaqlaşdırdı. (İ.Şıxlı) Günahkar özüməm. (İ.Şıxlı) Gülarə Abdullayeva
68
Qayıdış şəxs əvəzlikləri subyektlə birlikdə işlənərək onu
daha da konkretləşdirir və onunla birlikdə cümlənin mürəkkəb
üzvü olur. Məsələn, Mən özüm onun cəzasını verərəm. Tapşırığı sən özün yazmamısan və s.
Bəzən öz sözü mənsubiyyət şəkilçisi ilə işlənməsinə
baxmayaraq, də bağlayıcısı ilə birlikdə özü də şəklində
mürəkkəb bağlayıcı əmələ gətirir. Belə halda özü də sözü şəxs
bildirmir, həm də bağlayıcısının məzmununu ifadə edir,
qoşulma əlaqəli tabesiz mürəkkəb cümlələrin komponentlərini
əlaqələndirməkdə mühüm rol oynayır. Məsələn, Onun çoxlu kitabları vardı, özü də çox qiymətli və nadir kitabları. İşarə əvəzlikləri əşyaya ümumi şəkildə işarə edən
əvəzliklərdir. Mənşə etibarilə şəxs əvəzliklərindən daha
qədimdir. Ədəbi dilimizdə ən çox işlədilən işarə əvəzlikləri
bunlardır: bu, o, belə, elə, həmin, həmən. Bu əvəzliklərdən bu, belə, həmin sözləri nisbətən yaxını, o, elə, həmən sözləri isə
nisbətən uzağı ifadə edir. Dilimizdə işarə əvəzlikləri isimlərin
əvvəlinə əlavə edilməklə həmin ismi müəyyən edir, lakin onu
sifət kimi əlamət və keyfiyyət cəhətindən deyil, başqa cəhətdən
– aydınlaşdırmaq, seçmək və müəyyənləşdirmək cəhətindən
izah edir. Buna görə də işarə əvəzlikləri əksər halda bu və ya
digər bir sözün təyinedicisi vəzifəsini daşıyır. Məsələn, Bizə bu nazlı aləm görünərdi qaranlıq, Gözəl çalışmasaydıq, gözəl yaşamasaydıq. (M. Müşfiq) O, bu işarə əvəzlikləri isimləşərək hallanır və cümlədə
əşya məzmunlu üzv yerində işlənir. Məsələn, O dedi, bu dinlədi, bu dedi, o təsdiqlədi. İsimləşərək adlıq halda dayanan o, bu işarə əvəzlikləri
cümlədə mübtəda vəzifəsini yerinə yetirir. Bu zaman onun
təyin olmadığını nəzərə çatdırmaq üçün vergüldən istifadə
olunur. O, kitabı götürdü.-cümləsində vergül o əvəzliyinin
mübtəda olduğunu nəzərə çatdırır. Əgər vergülü qoymasaq,
cümlənin məzmunu, o əvəzliyinin sintaktik vəzifəsi tam dəyişər
və təyin olar. O kitabı götürdü.-hansı kitabı-o kitabı.
Müasir Azərbaycan dili
69
İsimləşərək mübtəda vəzifəsini icra edən o, bu işarə
əvəzliklərindən sonra fel və köməkçi nitq hissələri gəldikdə
vergül qoyulmur. Sual əvəzlikləri sual məqsədi ilə işlədilən sözlərdir.
Bütün nitq hissələrinin sualları sual əvəzliklərinə daxildir. Sual
əvəzliyi hansı nitq hissəsinə mənsubdursa, həmin nitq
hissəsinin əlamətlərini daşıyır, cümlədə onun vəzifəsini icra
edir, cümlə daxilində müəyyən bir şəxsi, predmeti, əlamət və
kəmiyyəti sual tərzində yenə də ümumi halda bildirir. Bu
əvəzliklər eyni cümlə daxilində heç bir nitq hissəsini tamamilə
əvəz edə bilmir. Onların işləndiyi cümlədən sonra ikinci bir
cümlənin, cavab cümləsinin gəlməsi tələb olunur. Həmin cavab
cümləsində sual əvəzliyinin yerini tuta bilən bir söz olmalıdır.
Azərbaycan dilində işlənən əsas sual əvəzlikləri
bunlardır: kim, nə, hara, hansı, haçan, neçə, necə, nə cür və s. Bunlardan başqa, nə sözü vasitəsilə nə vaxt, nə zaman, nə cür, nə üçün, nə qədər, nə səbəbə və s. mürəkkəb sual əvəzlikləri də
əmələ gəlir. Məsələn, Mən hara getməliyəm, cənab müəllim? (İ.Şıxlı) Nə üçün məktubla maraqlanmırsınız? (İ.Şıxlı) Niyə susursunuz? (İ.Şıxlı) Onu kim bu hala salmışdı? (İ.Şıxlı) Mənə nə xeyir verə bilərsən, kişi? (İ. Şıxlı) Bax gör necə keçədir? (İ.Şıxlı) və s. Kim, nə, hara, hansı, neçənci sual əvəzlikləri cəmlənir
və hallanır: kimlər, kimlərin, kimlərə, kimləri, kimlərdə, kimlərdən, nələr, nələrin, nələrə, nələri, nələrdə, nələrdən, haralar, haraların, haralara, haraları, haralarda, haralardan, hansılar, hansıların, hansılara, hansıları, hansılarda, hansılardan, neçəncilər, neçəncilərin, neşəncilərə, neçənciləri, neçəncilərdə, neçəncilərdən. Sual əvəzlikləri sual cümlələrinin yaranmasında mühüm
rol oynayır.