Qeyd. Ümumiyyətlə, ismin yiyəlik və təsirlik halı bəzi xüsusiyyətlərinə görə oxşasalar da, aralarında kəskin təzad vardır. Hər iki hal müəyyən və qeyri-müəyyən formada təzahür edir. Onların hər ikisinin müəyyən forması şəkilçili, qeyri- müəyyən forması isə şəkilçisiz olur. Hər ikisinin şəkilçili forması aid olduğu sözlə idarə, qeyri-müəyyən –şəkilçisiz forması isə aid olduğu sözlə yanaşma əlaqəsində olur. Hər ikisinin şəkilçisiz forması ümumi isimlərlə ifadə olunub, əsasən, nə? sualına cavab verir. Lakin bu oxşarlıqlara baxmayaraq, bu iki hal arasında aşağıdakı təzadlı məqamlar vardır: 1. Yiyəlik hal sahib şəxs bildirdiyindən ancaq isim və isimləşə bilən sözlərlə əlaqələnir. Təsirlik hal isə, adından da göründüyü kimi, hərəkətin təsir göstərdiyi obyekti ifadə etdiyindən ancaq fellə bağlanır, heç vaxt isimlə əlaqələnmir. Buna görə də yiyəlik hal ismi, təsirlik hal isə feli birləşmənin asılı tərəfi olur. 2. Təsirlik hal bir qayda olaraq cümlədə müstəqil üzv-tamamlıq vəzifəsini yerinə yetirir. Yiyəlik halda olan söz isə, demək olar ki, ayrılıqda cümlə üzvü olmur, yalnız mənsubiyyət şəkilçili sözlə birlikdə bir mürəkkəb cümlə üzvü kimi çıxış edir. 3. Yiyəlik hal ancaq xəbərlik şəkilçisi qəbul edərək təklikdə çümlənin ismi xəbəri ola bilir. Təsirlik hal isə heç vaxt xəbər ola bilmir. Yerlik hal hərəkətin baş verdiyi və ya əşyanın tutduğu
yeri bildirir. Kimdə? nədə? harada? suallarına cavab verir.
Yerlik hal adlıq halda olan isimlərin sonuna -da 2 şəkilçisini
artırmaqla yaranır. Yerlik halda olan söz həm feli, həm də ismi
Müasir Azərbaycan dili
39
xəbərlə əlaqəyə girir. Məsələn, Biz şəhərdə yaşayırıq. (feli xəbərli cümlə). Qızın əlində göl dəstəsi vardı. (ismi xəbərli cümlə). Yerlik halın aşağıdakı vəzifələri vardır:
1. Yerlik hal əşyanın və ya hərəkətin olduğu yeri bildirir.
Məhz əşyalıq və ya məkan münasibətləri bildirməsindən
asılı olaraq, həmin sözlər cümlədə ya tamamlıq, ya da
yer zərfliyi olur. Məsələn, Kitabda maraqlı bir faktla rastlaşdım. Şəhərdə xüsusi canlanma vardı.- cümlələrindən birincisində yerlik halda olan söz
(kitabda) tamamlıq, ikincisində isə (şəhərdə) yer
zərfliyidir. 2. Zaman və fəsil bildirən isimlər yerlik halda zaman
zərfliyi əmələ gətirir. Ayda, gündə, ildə, saatda, yazda, yayda və s. Meşələr, Yayda yaylağımdır, qışda oylağım, Yazda seyrəngahım bu dağlar mənim.(Aşıq Ələsgər) 3. -lıq 4 şəkilçili isimlər yerlik halda zaman məzmunu
bildirir. Cavanlıqda, qocalıqda, uşaqlıqda və s.
Məsələn, Cavanlıqda əllər uzun, dillər qısa, Qocalıqda əllər qısa, dillər uzun. (B. Vahabzadə) 4. -lıq 4 şəkilçili isimlər yer məzmunu bildirir. Ortalıqda, aralıqda və s. 5. Qaranlıq, işıq kimi isimlər yerlik halda hal-vəziyyət
məzmunu bildirir. Qaranlıqda göz-gözü görmürdü. 6. O işarə əvəzliyindən yerlik halda zaman zərfi əmələ
gəlir. Məsələn, Onda hələ müharibə başlamamışdı. 7. Saylardan düzəlmiş isimlər yerlik halda işlənərək
müxtəlif zərflər əmələ gətirir. Birlikdə, təklikdə, ikilikdə, azlıqda və s. Çıxışlıq hal hərəkətin çıxış, yəni başlanğıc nöqtəsini
bildirir. Çıxışlıq hal -dan 2 şəkilçisi ilə əmələ gəlir, kimdən? nədən? haradan? suallarına cavab verir. Çıxışlıq halda olan
sözlər həm təsirli, həm də təsirsiz fellərlə əlaqəyə girir: Onlar nəm qoxuyan otaqdan çıxdılar. (İ.Şıxlı) (Təsirsiz fellə); Qız pəncərədən hər şeyi gördü. (İ.Şıxlı) (Təsirli fellə). Bu halda
Gülarə Abdullayeva
40
olan sözlər ismi xəbərlə də əlaqəyə girir. Məsələn, Bizə kənddən sovqat var. Hadisədən xəbərsizəm. və s.
Çıxışlıq halda olan sözlər vasitəli tamamlıq, yer zərfliyi
və ismi xəbər vəzifəsində işlənə bilir. Məsələn, Bircə ondan (vasitəli tamamlıq) razıyam ki, özümdən narazıyam. (B.Vahabzadə); Bacım şəhərdən qayıtdı (yer zərfliyi). Məktub anamdandır (xəbər). Çıxışlıq halda olan sözlər qoşma ilə də
işlənir. Məsələn, uşaqdan ötrü, payəzdan sonra, uşaqdan savayı və s. İsmin kəmiyyyət kateqoriyası. Kəmiyyət çox geniş
anlayış olub, dildə müxtəlif forma və vasitələrlə özünü göstərir.
Azərbaycan dilində kəmiyyət anlayışını ifadə etmək yalnız
isimlərə məxsus deyildir. Bəzi morfoloji əlamətlər isimlərlə
birlikdə kəmiyyətin çoxluğu və ya azlığını daha aydın
göstərir. Dilimizdə olan isimlərin çoxu həm təki, həm də
çoxluğu, yəni həm ayrı-ayrı əşyaları, həm də bu əşyaların
küllünü bildirir. Azərbaycan dilində cəmlik əsasən
aşağıdakı morfoloji vasitələrlə ifadə olunur:
1. -lar, -lər cəmlik şəkilçisi hansı nitq hissəsinə
əlavə olunursa, qeyri-müəyyən çoxluq məzmunu yaradır.
Məsələn, adamlar, kitablar, böyüklər, kiçiklər və s. 2. -q, -k ünsürləri müvafiq saitlər vasitəsilə -ıq, -ik, -uq, -ük şəklində ismi xəbərin birinci şəxsin cəminə aid
olduğunu bildirir. Məsələn, tələbəyik, müəllimik, əlaçıyıq və s. 3. -ız, -iz, -uz, -üz şəkilçisi. Bu şəkilçi yalnız şəxsin
çoxluğunu ifadə edir. O, mənsubiyyət şəkilçisi olarkən birinci
və ikinci şəxsin cəmini (atamız, atanız), xəbərlik kateqoriyası
şəkilçisi olarkən ikinci şəxsin cəmini (tələbəsiniz), fellərdə
şəxs kateqoriyası şəkilçisi olarkən yenə də ikinci şəxsin
cəmini (yazırsınız) və s. ifadə edir.
Bunlardan başqa, Azərbaycan dilində kəmiyyət
anlayışının ifadəsi üçün digər vasitələrdən də istifadə edilir. Dilimizdə birdən çox əşyanın kəmiyyətini ifadə
etmək üçün sintaktik üsuldan da istifadə olunur. Bu halda
Müasir Azərbaycan dili
41
kəmiyyəti göstərilən əşyadan əvvəl xüsusi sözlər - miqdar
sayları, qeyri -müəyyən saylar (az, çox, çoxlu, xeyli) işlədilir.
Miqdar sayları vasitəsilə konkret kəmiyyət ifadə
olunur. Məsələn, beş dəftər, on qələm, əlli uşaq və s. Qeyri-müəyyən saylar vasitəsilə əşyanın qeyri-
müəyyən miqdarı, kəmiyyəti göstərilir. Məsələn, xeyli kənd, çoxlu dağ, az adam və s. Kəmiyyəti qeyri-müəyyən sayla
ifadə olunan əşya bəzən -lar, -lər şəkilçisi də qəbul edir
və kəmiyyət nisbətən konkret, müəyyən mahiyyətli olur.
Məsələn, çox günlər, çox adamlar. Eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözlər də
əşyanın əvvəlində işlənməklə onun kəmiyyətcə çoxluğunu
ifadə edir. Məsələn, dəstə-dəstə adam, uca-uca dağ. Yuxarıda qeyd olunanların heç biri morfoloji kateqoriya
olmayıb, kəmiyyət anlayışının fərqli vasitələrlə ifadəsinə
misaldır. Lakin dilimizdə ismə məxsus olan ümumi qrammatik
kateqoriya kimi kəmiyyət kateqoriyası isim və isimləşə bilən
nitq hissələrinin sonuna -lar, -lər şəkilçisini artırmaqla əşyanın
ümumi şəkildə çoxluğu anlamını yaradır. Məsələn, meyvə- meyvələr, kitab-kitablar, qoca-qocalar, beşinci-beşincilər və s.
Azərbaycan dilində, demək olar ki, bütün isimlər bu şəkilçini
qəbul edərək əşyanın çoxluğunu bildirir.
İsmin xəbərlik kateqoriyası. Azərbaycan dilində
xəbər dedikdə, adətən, fel yada düşür. Çünki felin cümlədə
təhkim olunduğu sintaktik vəzifə xəbər olmaqdır. Lakin bu, o
demək deyil ki, xəbər yalnız fellə ifadə olunur. Bu vəzifəni
hər bir əsas nitq hissəsi ifadə edə bilir. Bunun üçün digər
nitq hissələri müəyyən morfoloji əlamətlər qəbul etməlidir.
Bu morfoloji əlamət həmin nitq hissələrinin xəbər yerində
durmasını təmin etdiyindən, xəbərlik şəkilçisi adlanır.
Beləliklə, Azərbaycan dilində ismə məxsus ümumi qrammatik
kateqoriyalar sırasında xəbərlik kateqoriyası da diqqəti cəlb
edir. İsimlərin xəbər vəzifəsi ancaq xəbərlik şəkilçisi
adlanan bu şəkilçilərlə yaradılır. Bu kateqoriyanın şəkli
Gülarə Abdullayeva
42
əlamətləri birinci şəxsin təkində -am,-əm, cəmində -ıq, -ik, -uq, -ük şəkilçilərindən ibarətir. Məsələn, qonağam, müəlliməm, qonağıq, müəllimik və s. Saitlə bitən isimlərdə
həmin şəkilçilərin əvvəlinə y samiti artırılır. Məsələn, tələbəyəm, tələbəyik və s. İkinci şəxsin təkində xəbərlik şəkilçiləri sait və
samitlə bitən isimlərdə -san,-sən, cəmində -sınız, -siniz, -sunuz, -sünüz şəkilçilərindən ibarətdir. Məsələn, tələbəsən, tələbəsiniz və s. Üçüncü şəxsin təkində sait və samitlə bitən tək
isimlərdə -dır 4 , cəmində isə -dırlar 4 şəkilçisindən ibarətdir.
Məsələn, tələbədir, tələbədirlər və s.
Xəbərlik kateqoriyasının inkarı deyil sözü ilə ifadə
olunur. Lakin həmin söz xəbər şəkilçisi qəbul etdikdən
sonra bu vəzifəni daşıya bilir. Məsələn, həkim deyiləm, həkim deyilsən, həkim deyildir (deyil) onlar həkim deyildirlər (deyillər). Xəbərlik şəkilçiləri təkcə isimlərə deyil, adlar qrupuna
daxil olan digər nitq hissələrinə: sifət, say, əvəzliklərə, hətta
II, III növ təyini söz birləşmələrinə, məsdər və feli sifətə,
onların iştirakı ilə yaranan tərkiblərə də artırılmaqla bu dil
vahidlərinin xəbər vəzifəsini daşımasına şərait yaradır.
Məsələn, Mən kənd müəlliməsiyəm. (Ə.Məmmədxanlı) Gələn məktəbin direktorudur. Məqsədimiz fəqir-füqəranı ağ günə çıxarmaqdır. (M.İbrahimov) və s. Qeyd. Çox vaxt ismə məxsus xəbərlik şəkilçiləri ilə felə məxsus şəxs şəkilşiləri qarışdırılır və eyniləşdirilir. Əslində bunlar arasında bir oxşarlıq, yaxınlıq, uyğunluq var. Xəbərlik şəkilçiləri adı ilə tanıdığımız şəkilçiləri eynilə şəxs şəkilçiləri sırasında da görürük. Lakin bu, onları qarışdırmağa heç də əsas vermir. Əslində həm şəxs, həm də xəbərlik şəkilçiləri şəxs əvəzliklərindən formalaşsa da, şəxs şəkilçiləri daha rəngarəngdir. Bundan başqa şəxs şəkilçiləri onsuz da cümlədə xəbər olacaq təsriflənən felin mübtəda ilə şəxsə və kəmiyyətə görə uyğunlaşmasını-uzlaşmasını həyata keçirir. Xəbərlik şəkilçiləri
Müasir Azərbaycan dili
43
isə üzərinə daha çox vəzifə götürərək cümlədə digər sintaktik vəzifənin daşıyıcısı olan ismin (və ya isimləşə bilən sözün, birləşmənin) həm xəbər olmasını reallaşdırır, həm də onun mübtəda ilə şəxsə və kəmiyyətə görə uyğunlaşmasını həyata keçirir. Xəbərlik şəkilçiləri Tək Cəm Şəxslər Təsdiq İinkar Təsdiq İnkar I şəxs qonağam, tələbəyəm qonaq deyiləm, tələbə deyiləm qonağıq, tələbəyik qonaq deyilik, tələbə deyilik II şəxs qonaqsan, tələbəsən qonaq deyilsən, tələbə deyilsən qonaqsınız, tələbəsiniz qonaq deyilsiniz, tələbə deyilsiniz III şəxs qonaqdır, tələbədir qonaq deyil, tələbə deyil qonaqdırlar, tələbədirlər qonaq deyildirlər, tələbə deyildirlər Beləliklə, ismə məxsus olan dörd qrammatik
kateqoriyanın hər birinin özünəməxsus xarakterik
xüsusiyyətlərini nəzərdən keçirdik. Dilimizdə isimlərlə yanaşı,
adlar qrupuna daxil olan digər nitq hissələri də həmin
kateqoriyaların şəkilçilərini bu və ya digər səviyyədə qəbul edə
bilir. Sifət, say, şəxs əvəzlikləri, məsdər və feli sifətlər də
isimlər kimi hallanır, mənsubiyyət şəkilçisi qəbul edir, cümlədə
ismi xəbər yerində dura bilir. Bu nitq hissələrinin mənsubiyyət
şəkilçisini qəbul etməsində müəyyən məhdudluq özünü göstərir
ki, bu da həmin kateqoriyanın mahiyyəti, məzmunu ilə bağlıdır.
Gülarə Abdullayeva
44
Haqqında danışdığımız bu kateqoriyaların morfoloji
göstəriciləri sözə qoşularkən sıralanmada da bir
qanunauyğunluq müşahidə edilir. Sözə, hər şeydən əvvəl,
kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal və nəhayət, sonda
xəbərlik şəkilçisi artırılır. Məsələn, Bu, bizim kitab-lar-ımız- dan-dır. İsimlər, demək olar ki, cümlədə bütün üzvlər yerində
işlənə bilir. Lakin ismin cümlədə təhkim olunduğu əsas vəzifə
mübtəda və tamamlıq olmaqdır. Ona görə də hər cür quruluş
(sadə, düzəltmə və mürəkkəb) və növ (ümumi, xüsusi; tək,
cəm; konkret, mücərrəd isimlər) xüsusiyyətinə malik olan
isimlər cümlədə mübtəda və tamamlıq olur. Məsələn, Güləsər geçikmişdi. (İ.Şıxlı) Faytonçu könülsüzcəsinə süfrəyə yaxınlaşdı. (İ.Şıxlı) Molla Sadıq stəkanı qabağına çəkdi. (İ.Şıxlı) Qonağa da təklif etdi. (İ.Şıxlı) – cümlələrində Güləsər, faytonçu, Sadıq isimləri mübtəda, stəkanı, qonağa isimləri isə
tamamlıq vəzifəsindədir.
İsimlər atributivləşərək təyin, adverbiallaşaraq zərflik
vəzifəni də daşıya bilir. Məsələn, Molla Sadıq çiynindən sürüşüb düşən əbasını düzəltdi. (İ.Şıxlı) Axırıncı arabalar kənddən aralandı. (İ.Şıxlı)-cümlələrində molla ismi təyin,
kənddən sözü isə yer zərfliyi vəzifəsini icra edir.
İsimlər cümlənin ismi xəbəri kimi də çox işlənir.
Məsələn, Gələn Əşrəf idi. (İ.Şıxlı)
Müasir Azərbaycan dili
45
Sifət, quruluşca növləri, dərəcələri Sifət əşyanın əlamət və keyfiyyətini bildirən nitq hissəsi
olub, necə? nə cür? hansı? suallarından birinə cavab verir.
Sifət, isimlərdən fərqli olaraq, zəngin qrammatik kateqoriyalara
malik deyil. Bir nitq hissəsi kimi onun üçün səciyyəvi olan
cəhət sifətlərin dərəcələnməsidir. Sifət morfoloji sualı və
sintaktik vəzifəsinə görə də digər əsas nitq hissələrindən
fərqlənir. Sifətin cümlədə təhkim olunduğu vəzifə təyin yerində
işlənməkdir. Bundan başqa, sifətlər isimləşərək mübtəda,
tamamlıq, xəbərlik şəkilçisi qəbul edərək ismi xəbər də ola
bilir.
Atributivləşə-
rək təyin, ad-
verbiallaşaraq
zərflik olur.
Xəbərlik
şəkilçisi
qəbul edir
Konkret və
mücərrəd
olur
Ümumi və
xüsusi olur
Tək və cəm
olur
Cümlədə
daha çox
mübtəda,
tamamlıq
olur
Mənsubiyyətə
görə dəyişir
Quruluşca
sadə,düzəltmə,
mürəkkəb olur
Hallanır
İsim
Gülarə Abdullayeva
46
Dilimizdə sifətlər digər nitq hissələrindən formal
əlamətlərinə görə fərqlənmir. Ona görə də Azərbaycan dili
sifətlərini müəyyənləşdirərkən onların lüğəvi mənasına və
dərəcələnməsinə əsaslanmaq lazımdır. Məsələn, uca, bərk, isti, gözəl kimi sözlər öz əsl mənalarına görə sifət sayılır. Sifətlərin
mənasındakı bu xüsusiyyətə əsasən, onlara əsli sifət adı
verilmişdir.
Prof. M.Hüseynzadə əsli sifətləri 3 qismə ayırmış,
bunlara keyfiyyət, əlamət, rəng bildirən sifətləri aid
etmişdir.(2, səh. 65)
Prof. Q.Kazlmov isə rəng bildirən sifətləri də əlamət
bildirən sifətlər sırasında verməklə, iki növ: əlamət və keyfiyyət
bildirən sifətləri göstərmişdir. (3, səh. 99)
Rəng bildirən sifətlər də əşyanın zahiri, formal
görünüşü ilə bağlı olduğundan, əlamət bildirən sifətlərə aid
edilməlidir.
Sifət əşyanın əlamətini bildirdiyindən, bir qayda olaraq
isimlə bağlı olur, isimdən əvvəl gələrək onunla yanaşma
əlaqəsinə girir, onu əlamət və ya keyfiyyət baxımından təyin
edir. Əlamət dedikdə əşyanın zahiri görünüşü, forması,
keyfiyyət dedikdə isə əşyanın daxili cəhəti, mahiyyəti nəzərdə
tutulur. Məsələn, uca, hündür, yumru, sarı və s. əlamət, turş, şirin, acı və s. isə keyfiyyət bildirən sifətlərə aiddir. Dilimizdə
elə sifətlər də var ki, yerindən asılı olaraq həm əlamət, həm də
keyfiyyət bildirir. Məsələn, gözəl qız və gözəl şair birləşmələrindən birincisində gözəl sözü əlamət, ikincisində isə
keyfiyyət bildirir.
Sifətin quruluşca növləri. Müasir Azərbaycan dilində
sifətlər quruluşuna görə 3 yerə bölünür: 1. Sadə (əsli);
2. Düzəltmə; 3. Mürəkkəb sifətlər.
Sadə bir söz öz vəzifəsi, mənası vasitəsilə əşyanın
həcmini, keyfiyyətini, xasiyyətini, müxtəlif cəhətdən ölçüsünü
və s. bildirir. Bir kökdən ibarət olduğu üçün belə sifətlərə sadə
sifət deyilir. Azərbaycan dilində a) rəng bildirən – qara, ağ,
Müasir Azərbaycan dili
47
yaşıl, qırmızı, göy, sarı, ala, mavi və s; b) keyfiyyət bildirən –
pis, yaxşı, isti, bərk, yumşaq, boş və s; c) müxtəlif cəhətdən
ölçü və həcm bildirən – gödək, uzun, kiçik, uca, nazik, qalın, ağır, dərin, dayaz və s; ç) dad bildirən – şirin, acı, turş və s;
d) zahiri əlamət bildirən – qoca, kar, kor, qarı, topal və s. sözlər sadə (əsli) sifət hesab olunur.
Düzəltmə sifətlər isə sözdüzəldici şəkilçilərin sadə
sözlərə artırılması ilə yaranır. Müasir Azərbaycan dilində
işlənən düzəltmə sifətlər həm əsl Azərbaycan söz və
şəkilçilərindən düzəlmiş, həm də başqa dillərdən keçmiş
düzəltmə sifətlərdir. Düzəltmə sifətləri hansı nitq hissəsindən
yaranmasına görə iki hissəyə bölmək olar: 1. Adlardan düzələn
sifətlər; 2. Feldən düzələn sifətlər.
Azərbaycan dilində adlardan sifət düzəldən şəkilçilər
aşağıdakılardır:
1.-lı 4 şəkilçisi ilə keyfiyyət və əlamətin çoxluğunu
bildirən sifətlər düzəlir: ağıllı, dadlı, güclü, sədaqətli, şüurlu, maraqlı və s. 2.-sız 4 şəkilçisi -lı 4 şəkilçisinin yaratdığı mənaların
əksini, yəni əlamətin yoxluğu mənasını ifadə edən sifətlər
düzəlir: maraqsız, dadsız, duzsuz, gücsüz, rəngsiz, susuz və s.
3.-cıl 4 şəkilçisi vasitəsilə bacarıq, xasiyyət, hal-vəziyyət
və s. bildirən sifətlər əmələ gəlir: zarafatcıl, işcil, ölümcül, qabaqcıl və s.
4.-lıq 4 şəkilçisi vasitəsilə isimlərdən, saylardan və
əvəzliklərdən isim əmələ gəldiyi kimi, bəzi hallarda həmin
şəkilçi ilə sifət də düzəlir: həftəlik, günlük, aylıq, gündəlik, onluq və s. 5.-kı 4 şəkilçisi vasitəsilə zaman bildirən isim və ya
zərflərdən hadisə və ya əşyanı müəyyən vaxtla əlaqədar olaraq
təyin edən sifətlər düzəlir: axşamkı, dünənki, çoxdankı, səhərki, hazırki, bildirki və s.
Gülarə Abdullayeva
48
Bəzən bu şəkilçini ismin yerlik halında işlənən sözlərin
sonuna əlavə etməklə əşyanın, hadisənin yerini ifadə edən
sifətlər yaranır: evdəki, bağdakı, yuxarıdakı, küçədəki və s. Qeyd. Bu zaman söz kökündə nəzərə çarpan –dakı, -dəki şəkilçisi bir sıra dilçilik kitablarında sifətdüzəldən şəkilçi kimi qeyd olunur. Əslində isə bu şəkilçi yerlik hal şəkilçisi ilə sifətdüzəldən -kı şəkilçisinin birləşməsindən ibarətdir. Prof. Q.Kazımovun sifətdüzəldən -kı şəkilçisinin əslində sözdüzəldici deyil, kateqorial şəkilçi olması ilə bağlı maraqlı fikirləri var. (Bax: 2, səh. 105-106) 6. -ı 4 isimlərdən rəng bildirən, çox az hallarda fellərdən
keyfiyyət bildirən sifət düzəldir. Məsələn, gümüşü, badamı, zoğalı, dolu və s. Bundan başqa, dilimizdə -sal (qumsal), -sul (yoxsul), -lam (sağlam), -iş (geniş, nəmiş), -ca (balaca) kimi adlardan
sifət düzəldən qeyri-məhsuldar şəkilçilər də var. (2, səh. 106-107)
Dilimizdəki düzəltmə sifətlərin bir hissəsi fellərdən
aşağıdakı şəkilçilər vasitəsi ilə düzəldilmişdir:
1.-ağan,-əyən şəkilçisi daimi xasiyyət bildirən sifətlər
əmələ gətirir: ağlağan, güləyən, qaçağan, oynağan və s. 2.-qan, -kən;-ğan, -gən şəkilçisi xasiyyət və keyfiyyət
bildirən sifətlər yaradır: çalışqan, dalaşqan, sürüşkən, ilişkən, döyüşkən, ağlağan, deyingən və s. 3.-aq, -ək şəkilçisi xasiyyət və keyfiyyət bildirən sifətlər
düzəldir: qorxaq, ürkək və s. 4.-qın,-kin, -qun, -kün; -ğın,-gin, -ğun, -gün şəkilçisi
ilə hal-vəziyyət, keyfiyyət bildirən sifətlər düzəlir: satqın, kəskin, tutqun, küskün, azğın, gərgin, yorğun, süzgün və s.
5.-ıcı, ici, -ucu, -ücü şəkilçisi ilə qismən peşə, vəzifə,
bacarıq, qismən də keyfiyyət bildirən sifətlər düzəlir:
çeşidləyici (dəstə), kəsici, əzici, qurucu, yoxlayıcı, alıcı, üzücü, təəccübləndirici və s.
Müasir Azərbaycan dili
49
6.-caq,-cək şəkilçisi ilə xasiyyət və hal-vəziyyət bildirən
sifətlər düzəlir: sevincək, utancaq, ərincək və s. 7.-ıq, -ik, uq, -ük, -k şəkilçisi ilə: sınıq, kəsik, buruq, çürük, sökük, açıq və s. 8.-ınc, inc, -unc, -ünc şəkilçisi ilə: qorxunc, gülünc və s.
9.-c şəkilçisi ilə: qısqanc, iyrənc və s.
10.