Aynurə paşayeva



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix16.02.2017
ölçüsü2,86 Kb.
#9067
1   2   3   4

 
ΙΙΙ FƏSİL 
DİL VƏ ÜSLUB XÜSUSİYYƏTLƏRİ 
 
Əbdürrəhim  bəy  Haqverdiyevin  «Xortdanın  cə-
hənnəm  məktubları»  povesti  dil  və  üslub  baxımından 
olduqca  maraqlı  və  orijinaldır.  Bu  orijinallıq  ədibin 
yüksək  yazıçılıq  professionallığından  və  sənətkarlıq 
məharətindən  irəli  gəlir.  Bu  böyük  sənətkar  qələmə 
aldığı  ideyaları  rəngarəng  söz  palitrası  hesabına  əsl 
sənət dilinə çevirə bilmiş, bəhs etdiyi obrazlarla, bədii 
lövhələrlə  onlara  yeni  həyat  nəfəsi  vermişdir.  Ədib 
hətta  yeri  gələndə  ictimai  mətləblərə  toxunaraq  öz 
tendensiyasını  bəzən  üstüörtülü,  bəzən  də  açıq-aşkar 
şəkildə,  kəskin  ifşaedici,  kinayəli  gülüşlə  müşayiət 
olunan üslubda da oxucuya çatdırmışdı. 
«Ə. Haqverdiyevin təhkiyə üslubu da çox maraq-
lıdır. Ədibin təhkiyəsi ilk növbədə, böyük səmimiyyət 
və təbiiliyi ilə diqqəti cəlb edir. O, oxucularla səmimi 
ünsiyyət  yaradır  və  çox  vaxt  söhbətini  dostanə,  mər-
hamanə  bir  intonasiyada,  aparmağı  bacarır.  Bu  cəhət 
həm  müəllif  təhkiyəsinə  şirinlik,  təbiilik  gətirir,  həm 
də  haqqında  bəhs  olunan  mətləblərin  daha  inandırıcı, 
həqiqi  görünməsinə  kömək  edir.  Ədib  buna  müxtəlif 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
91 
yollarla nail olur. Çox zaman maraqlı dialoqlar qurur, 
canlı söhbət üslubu saxlanılır, surətlərin «ən gizli sir-
ləri»  açılır,  oxuculara  müraciət  olunur  və  s.»  (69,       
s. 269).  
Ə. Haqverdiyevin təhkiyəsindəki canlı danışıq üs-
lubu,  şirin  ünsiyyət  özünü  oxuculara  daha  çox  sev-
dirib, dünya ədəbiyyatı  miqyasında Çexov,  Mopasan, 
Ə. Nesin və s. kimi satiriklərlə müqayisə olunacaq də-
rəcəyə gətirib çıxarırdı. 
Ədib bəzən mətləbə keçməzdən əvvəl təqdim xa-
rakteri  daşıyan  sözləri  Xortdanın  dilindən  verir: 
«Oxucular  məni  bağışlasınlar.  Kağızın  əhvalatını  öy-
rənməzdən  qabaq  istəyirəm  onları  Qocaqurd  bəyləri 
ilə  bir  müxtəsər  tanış  edim:  Qocaqurd  mahalında  üç 
sort bəy var: Pervi sort bəylərə Sarıcalı bəyləri deyir-
lər ki, Nadir şah dövründən bəydirlər» (31, s. 66) 
Xortdanın təhkiyəsi müəllifin öz təhkiyəsini xatır-
ladır. «Yazıçının bilavasitə hekayəçi kimi çıxış etməsi 
üçün müəllif başqalaşmalı, özünə başqasının gözü ilə 
baxmalı, bir sözlə, özünün surətini yaratmalıdır. Belə 
olduğu halda yazıçı yox, müəllif obrazı hekayəçi kimi 
çıxış etmiş olur» (50, s. 14-15). 
Bəzən «Xortdanın cəhənnəm məktubları»nda təh-
kiyə  başqa  bir  obrazın  dilindən  də  verilir.  «Odaba-

Aynurə  Paşayeva 
 
 
92 
şının hekayəsi» tamamilə – Odabaşının dilindən Hacı 
Mirzə Əhməd ağanın cəhənnəmə düşməsi ilə əlaqədar 
danışdığı  hekayə  verilmişdir.  Burada  əhvalatı  oxucu-
ya çatdıran Odabaşının özüdür. 
Lakin Ə. Haqverdiyevin təhkiyəsində bəzi qüsur-
lara da rast gəlirik. Məsələn: rus, ərəb və fars sözlərin-
dən  istifadə,  söz  sırasının  pozulması,  cümlənin  baş 
üzvlərinin uzlaşmamağı və s. 
Ümumiyyətlə,  əcnəbi  sözlərin,  xüsusilə  də,  ərəb 
və  fars  sözlərinin  işlənməsi  dili  olduqca  ağırlaşdırır. 
Hələ  1906-cı  ildə  çap  olunan  «Xortdanın  cəhənnəm 
məktubları»na  nisbətən,  1930-cu  ildə  çap  olunan  hə-
min  povestin  dilindən  çətin  anlaşılan  söz  və  ifadələr 
götürülmüşdür. 
Əsərdə sözlərin yerdəyişməsinə səbəb emosiya ilə 
deyilən müxtəlif intonasiyalı cümlələrdir. Xortdan hər 
dəfə rastlaşdığı hadisələrlə əlaqədar müxtəlif cümlələr 
işlədir:  «Aman,  xudaya!  Molla  Ağa  Fazili  Dərbəndi 
qıl körpüdən uçandan sonra bizim tək günahkar bən-
dələrə  nə  qulaq  quşqunu!»  (31,  s.  60).  Bu  baxımdan 
Ə.  Haqverdiyev  «Ədəbi  dilimiz  haqqında»  olan  mə-
qalədə  yazırdı:  «Danışıq  vaxtında  fars  ləfzlərinin  çox 
işlənməsi, indi də savadlılığa dəlil hesab olunur» (31, 
s.  376).  Ədib  bu  məqaləsində  dövrünün  ziyalısı  kimi 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
93 
ədəbi dilin o dövrdə tam öz axarına düşmədiyindən də 
bəhs  edir:  «90-cı  illərdə  ortalığa  atılıb  ədəbiyyatla 
məşğul  olmaq  istəyən  ziyalılarımız  (özümü  də,  o 
cümlədən  hesab  edirəm)  iki  tərəfdən  də  avara  olub 
məcburən rus ədəbiyyatı təsiri altına düşüb, türk dilin-
də rus cümlələri işlətməyə üz qoydular» (31, s. 377).  
Bütün  bunlara  baxmayaraq  Haqverdiyevin  yazı 
dilinin müsbət xüsusiyyətləri də var. «Realistlərin dili 
XΙX əsrin əvvəllərindən gələn dil-üslub meylinin bila-
vasitə davamıdır – «bədii dilin üslubu-semantik geniş-
lənməsində,  bədii  nitqlə  bağlı  söz  və  təşbeh  yaradıl-
masında əsas ağırlıq satirik ədəbiyyatın üzərinə düşür. 
Obrazlı  desək,  «Molla  Nəsrəddin»  xalq  dili  xəzinə-
sinin qapılarını taybatay ədəbi dilin üzünə açdı... Mol-
lanəsrəddinçilərin  və  ümumiyyətlə,  XX  əsr  satirik-
lərinin dili üçün səciyyəvi üslubi cizgilər: xalq danışıq 
dilinə  maksimum  yaxınlıq,  lüğətdə  və  sintaksisdə  lo-
ruluq,  məişət  leksikonun  ictimai-siyasi  yüklənməsi, 
satirik çoxmənalılıq, tipin öz dili ilə ifşası, əsas mətlə-
bin kinayə ilə verilməsi»dir» (8, s. 194). 
Haqverdiyevin  əsərlərində  gülüşün  özünəməxsus 
formalarına rast gəlirik. Gülüş o zaman yaranır ki, sə-
nətkar həyatdakı komik qüsuru düzgün görüb göstərə 
bilsin. Müəllifin gülüşünün mayası bütün gülüş tiplə-

Aynurə  Paşayeva 
 
 
94 
rinin  qovuşuğundan  yaranır.  «Tədqiqat  göstərir  ki, 
satiraya  nisbətən  yumorda  milli  xüsusiyyətlər  daha 
çoxdur ki, bu da xalqın tarixi məişəti və əhval-ruhiy-
yəsi ilə bağlıdır» (51, s 301). 
Ə. Haqverdiyevin gülüşü bəzən yumşaq, bəzən də 
aşıb-coşan dəniz ləpələri kimi fırtınalı, acı və sarsıdıcı 
olur. Əgər Mirzə Cəlil məzlum insanların ağır kədəri-
ni ifadə edib onlara acıyırdısa, Haqverdiyev öz kəskin 
gülüşü ilə  mənfi tiplərə,  yeri  gələndə, ittiham hökmü 
oxuyurdu. 
Ancaq «Ə. Haqverdiyev surətin keçmişini pərdəli 
qoymur. İstehza  keçmişlə  sonrakı  «nailiyyəti»  müqa-
yisədə meydana çıxır» (62, s. 273). Ə. Haqverdiyevin 
əsərlərindəki  tənqidi  gülüşün  xarakterini  və  formala-
rını ilk növbədə müəllifin dünyagörüşü, siyasi-ictimai 
baxışları,  xalq  və  cəmiyyət  haqqındakı  şəxsi  arzu  və 
idealları ilə tənqid hədəfinin mahiyyəti, məzmunu ara-
sındakı uçurumun, uyğunsuzluğun dərəcəsi təyin edir. 
Daha doğrusu, bu gülüşün məzmunu və dərəcəsi feo-
dal-patriarxal  Azərbaycanındakı  siyasi-ictimai  qüsur-
ların rüsvayçı mahiyyəti ilə vətəndaş ədibin demokra-
tik  görüşləri,  işıqlı  idealları  arasındakı  ziddiyyətlə 
müəyyənləşir.  

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
95 
«Ə. Haqverdiyevin söylədiyi lətifələri  yazmış ol-
duğu  hekayələrdə,  dramlarda,  «Molla  Nəsrəddin» 
məcmuəsində çap etdirdiyi satirik felyetonlarda və ya-
ratdığı  surətlərin  mükalimələrində  görmək  olardı» 
(79, s. 283). 
Haqverdiyevin  tənqid  edən  zaman  istifadə  etdiyi 
üsullardan  biri  hadisələrin  inkişafında  surətin  xarak-
terini açmaqla, müəllif tendensiyasını gizli saxlamaq-
dır. Hacı  haqqında  danışan  müəllif qısa şəkildə  onun 
satirik  surətinin  düşdüyü  komik  vəziyyətə  əsaslanır. 
Tənqidi  mətləb  məhz  hadisələrin  ümumi  məzmunun-
da, xarakterində və nəticəsində bədii emosional həllini 
tapır:  «Həkim  Hacıdan  yüz  manat  istədi.  Hacı  cava-
bında dedi: 

 
Yox, atam, əl verməz. Mən sənə bir kəllə qənd 
və bir girvənkə çay verərdim. Sən mənim gözümü sa-
ğaldırsan. 
Həkim gülüb dedi: 

 
Hacı ağa, belə də sövda olarmı? Sizin tək zən-
gin  adama  belə  danışıqlar  yaraşarmı?  Yoxsa  zarafat 
eləyirsiniz? 

 
Yox, atam, zarafat-marafat yoxdur. Əsil sözdür 
ki, deyirəm» (31, s. 86). 

Aynurə  Paşayeva 
 
 
96 
Dialoqlarda  Hacını  bir  az  yumşaqcasına  ifşa  et-
məyə  çalışan  müəllif  onun  xarakterini  daha  da  dərin-
ləşdirərək  həkimin  dili  ilə  onu  islah  etməyə  çalışmış-
dır. Ancaq, Hacı islah olunmaq əvəzinə xəsis xarakte-
ri ilə özünü daha da gülünc, satirik bir vəziyyətə salır. 
Ümumiyyətlə,  Haqverdiyevin  ifşa  üsulları  rənga-
rəng və müxtəlifdir. Haqverdiyev əsərlərindəki satirik 
gülüşün  ümumi  hədəfi  istismarçı  təbəqələr,  fırıldaqçı 
ruhanilər  və  cəmiyyətin  əsas  varlı,  zəngin  nümayən-
dələridir.  Ədib  aşağı  təbəqənin  ağır  güzəranını,  dəh-
şətli geriliyini çox sərrast və amansız ifşa edir. Bu sa-
tiranın təhlil və ifşa üsulları müxtəlifdir. Onlardan iki-
sini  xüsusi  qeyd  etmək  lazımdır.  Birinci  halda  tənqid 
hədəfinin əsl satirik məzmunu müəllifin təsvir və təh-
kiyələrində,  ikinci  halda  isə  əhvalatın  inkişafında  və 
ya satirik surətin düşdüyü vəziyyətdə aydınlaşır. Ədib 
Bərdə və Ağdam bazarlarından, cəhənnəmin təsvirin-
dən danışanda satirik gülüş aydın şəkildə özünü göstə-
rir. 
Ədib Bərdə, Ağdam bazarına girəndə burada gör-
düyü  insanları  təqdim  etməklə  kinayənin  tənqid  ob-
yektinə  çevirmişdir.  Daha  sonrakı  nitqində  onların 
bir-bir hamısı barədə məlumat verdikdən sonra müəl-
lifin gülüşü daha da dərinləşir. Cəhənnəmin təsvirində 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
97 
ədibin  tənqidi  gülüşü  hətta  sarkazm  səviyyəsinə  qal-
xır. Çünki ədib əsl əsas tənqid obyektlərini məhz bu-
rada cəmləşdirərək cəhənnəm adlanan məkana salmış, 
qruplaşdırmış və cəzalandırmışdır. Əvvəl öz təsvir və 
təhkiyəsi ilə mənfi tipləri ifşa edən müəllif, daha son-
ra  həmin  tipləri  qarşılaşdıraraq  düşdüyü  vəziyyətdə 
gülüşün müxtəlif növləri ilə tənqid etmişdir. 
Haqverdiyevin  cəhənnəm  barədə  bəhs  etdiyi  əh-
valatlarda  lağ  etmək,  ələ  salmaq  intonasiyaları,  aşkar 
və  güclüdür.  Burada  cəhənnəmin  konkret  təsvirindən 
daha  çox  cəhənnəm  məfhumuna  kinayəli  münasibət 
ifadə  olunmuşdur.  Eyni  zamanda  dolayı  yollarla  bir 
sıra  sosial  məsələlərə  də  toxunulmuşdur.  «Xortdanın 
cəhənnəm məktubları»nda tez-tez təsadüf olunan, söz-
arası  deyilmiş  bu  cür  mənalı  və  satirik  atmacalarda 
ədib  öz  ürək  sözlərini,  dərdlərini  deməyə  fürsət  tapır 
və nisbətən böyük bir epizodun və ya təfsilatın fonun-
da bu tənqidi fikirlər daha qabarıq, daha aydın nəzərə 
çarpır, oxucu diqqətini cəlb edir. 
Əsərin sonunda Cəhənnəm səyahətinin Hacı Mir-
zə Əhməd ağa ilə rastlaşdığı hissədə nə cəhənnəm əh-
lindən,  nə  də  onun  icraçılarından  heç  kəs  təsvir  olu-
nmur. Odur ki, onunla tanışlıqdan başlanan yeni, baş-
qa  məzmunlu  süjetin  əsas  qəhrəmanı  kənarda,  təklik-

Aynurə  Paşayeva 
 
 
98 
də başqa bir cəmiyyətin üzvü kimi təcrid olunmuş şə-
kildə  təqdim  olunur.  Bütün  cəhənnəmi  gəzən  Xort-
danın  «Fərman  və  Gövhərtac»  əhvalatını  eşidəndən 
sonra artıq burada qalmaq həvəsi yox olub gedir, geri 
qayıtmaq arzusunu bildirir. Yəni Xortdan ayrıldığı cə-
miyyətə  düşmək  niyyəti  ilə  geri  qayıtmaq  «yeni»  cə-
miyyətdən uzaqlaşmaq istəyi ilə çıxış edir.  
Haqverdiyevin nəsr yaradıcılığı rəngarəng kinayə-
lərlə  çox  zəngindir.  Lakin  onun  əsərlərində  kinayə, 
eyni  zamanda,  tənqidi  gülüşün  və  xüsusən  satiranın 
qüvvətli  tərkib  hissəsini  təşkil  edir.  Əslində  bu  cəhət 
ədibin  ümumi  nasirlik  üslubu  ilə  əlaqədardır.  O,  öz 
tendensiyasını açıq ifadə etmək istəmədiyindən tənqid 
hədəfinə  şəxsi  münasibətini  məhz  bu  yolla  daha  çox 
ifadə  edir.  Bu  cür  kinayəli,  mürəkkəb  gülüş  müəllif 
tendensiyasını daha emosional, dəqiq və kəsərli ifadə 
edir. 
Ədibin  kinayə  və  eyhamları  olduqca  lakonik  və 
yığcamdır.  Məlum  olduğu  kimi,  eyham  kinayə  məq-
sədi  ilə  işlənən  ikibaşlı  söz  və  incə  işarədir.  Müəllif 
tendensiyasının  gizli  məqsədinə  bu  üsul  daha  çox 
uyğun  gəlir.  Ən  sakit,  ən  təmkinli  təsvirlərdə  belə 
çoxmənalı  kinayə  və  eyhamlar  qəfil  bir  parıltı,  sarsı-
dıcı bir effekt kimi bir anda öz işini görür, böyük bir 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
99 
mətləbin,  mənanın  ifadəsinə,  izahına  kömək  edir. 
Haqverdiyev bəzən satirik gülüşü o qədər  güclü olur 
ki,  acı  qəhqəhələrlə  sarkazm  səviyyəsinə  –  ən  güclü 
qəzəbli  və  hiddətli  gülüşə  çevrilir.  L.İ.  Timofev  sar-
kazmı kinayənin qüvvətli forması hesab edərək yazır: 
«İfşa  olunan  hadisə  haqqında  daha  kəskin  danışan 
sarkazmı,  adətən,  acı  kinayə  kimi  müəyyən  ediblər» 
(94,  s.  387-388).  Haqverdiyev  kinayələrində  nikbin 
pafos, şux, şaqraq intonasiya daha qüvvətlidir. Bu ki-
nayələrdəki  tənə,  lağetmə  üsulunda  zarafat,  məzəlilik 
notları, daha çoxdur.  
«Xortdanın  cəhənnəm  məktubları»  isə  kinayə  və 
eyhamlarla  bol  bir  əsərdir.  Haqverdiyev  cəmiyyətdə 
ifşa  etmək  istədiyi  insanları  bu  povestdə  cəmləşdir-
diyinə  görə  əsərin  satirik  gülüşü  daha  da  hiddətlidir: 
«Öz-özümə  dedim: məgər mən Xristofor Kolumbdan 
əskik  oğlanam;  getdi,  Amerikanı  açdı  və  ya  Magel-
landan əskikəm ki, dünyanı dörd dəfə dolanıb, nə qə-
dər  bilinməz  yerlər,  cəzirələr  tapdı.  Doğrudur,  yolda 
vəhşilər onu öldürüb bozbaş bişirdilər. Bu da onun öz 
taktikasıdır. 
Bir  «ismi-əzəm»  oxuyub  onların  gözlərinə  üfür-
səydi,  hamısının  gözləri  tutulardı,  o  da  yolu  ilə  düz 

Aynurə  Paşayeva 
 
 
100 
çıxıb  gedərdi.  Kafir  olduğundan  ismi-əzəm  bilməyir-
di» (31, s. 27). 
Ədib  öz  kinayəsinin  arxasında  Avropada  yavaş-
yavaş inkişaf edən elmlə Şərqdə getdikcə insanları ge-
riliyə,  cəhalətə  aparan  elmi  müqayisə  etmişdir.  Daim 
inkişaf  və  tərəqqi  edən  Qərb,  hələ  də  ismi-əzəmlə 
məşğul olan Şərqi geridə qoyurdu. Haqverdiyevin çat-
dırmaq istədiyi fikir də bu idi. Bu cür fikir onun ma-
arifçilik konsepsiyasının qüvvətli baxışı idi. 
«C.  Məmmədquluzadə  və  Ə.  Haqverdiyev  20-ci 
illərdə qələmə aldıqları hekayələrində zahirən «köhnə 
dünya»nı, milli varlığın keçmişini təsvir edirdilər. Əs-
lində  bu,  zahiri  «görkəmi»,  fakt  və  fakturası  dəyişsə 
də, mahiyyətini saxlamış həmin «köhnə dünya»nın bu 
günüdür.  «Dünyalar  titrəyib,  aləmlər  mayallaq  aşıb, 
fələklər bir-birinə qarışsa» (C. Məmmədquluzadə) da, 
müsəlman  tövr  və  adətlərindən  əl  çəkə,  xasiyyətini 
dəyişə bilmir» (22, s. 131) . 
Ədib  Bərdə,  Ağdam  bazarlarından  danışanda  öz 
kinayəsini  gizlətmir.  Haqverdiyev    cəhənnəm  barədə 
danışan  zaman  qeyd  edir:  «Mən  cəhənnəmi  həmişə 
Bakının  mədənlərinə  oxşar  bir  şey  hesab  edirdim  və 
çox  vədə  də  deyirdim  ki,  cəhənnəm  yəqin  Bakıda 
olacaq» (31, s. 51). O, cəhənnəm deyəndə mənfi tiplər 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
101 
qalereyasını  nəzərdə  tuturdu.  Həmin  cəhənnəmi  də 
Bakının mədənlərinə bənzədirdi. Burada kinayənin əsl 
məzmunu aydındır. Çünki o dövrdə Bakı mədənlərin-
də işləyən fəhlələrin iş həyatı cəhənnəm əzabından da 
pis acınacaqlı vəziyyətdə idi. 
Ədib  dövrünün  insanlarının  psixologiyasına  də-
rindən bələd idi. Bəyin dilindən deyilən sözlərə diqqət 
yetirək: «Müsəlmandırlar, bu işin dalınca axıradək nə 
vaxt gediblər ki, yenə gedərlər?» (31, s. 71). Ədib tən-
qid və ifşa etdiyi mənfi cəhətlərə səbəb müsəlman ca-
maatının  özünün  düşüncə  tərzində  görürdü.  Bu  cür 
saf,  cahil  insanları  ancaq  başda  ikiüzlü  duran  şəxslər 
aldada bilər. 
Haqverdiyev  cəhənnəmə  düşənlərin  səbəblərini, 
günahlarına  görə  cəzalanmalarını  göstərirdi.  Bəzən 
kinayələrini  bədii  sual  tərzində  də  işlədir.  Xortdanın 
Dəsturov haqqında dediyi sözlər: «Pərvərdigara. Belə 
müqəddəs  kişi  cəhənnəmə  düşəndə  bəs  behiştə  kim 
göndəriləcək?» (31, s. 84). Əslində ədibin dediyi söz-
ləri  zahiri  səciyyə  daşıyır.  Çünki  Dəsturov  gördüyü 
əməlləri  günah  hesab  etmirdi.  Behiştə  kimin  getməsi 
barəsini də verdiyi sual isə, doğrudan da, maraq doğu-
rur. Çünki bütün zahirdə günahsız görünən yerli döv-
lət məmurlarının hamısı cəhənnəmdə idi.  

Aynurə  Paşayeva 
 
 
102 
«Odabaşının hekayəsi»də Hacı Kamyab Fərmana 
pul təklif edir ki, onun qızından əl çəksin. Məlum mə-
sələdir  ki,  Hacı  Kamyab  qızını  öz  doğma  qardaşoğ-
luna  yox,  var-dövlətini  artırmaq  üçün  Xudayar  xana 
vermişdi. Onun bu hərəkəti mübariz olmayan Fərma-
nın  dilində  kinayə  ilə  acıqlı  bir  şəkildə  ifşa  olunur: 
«Al pulları, apar ver Hacı Kamyaba, deginən dövlətini 
azaltmasın, yaxşı olmaz!» (31, s. 98). 
Haqverdiyev  kinayəsi  hər  hansı  bir  obrazın  əla-
mətinə görə də ola bilər. Fərman dərviş olduqdan son-
ra ruhaniləri ifşa edir. Əslində onun dili ilə etdiyi ifşa 
müəllifin  özünün  ifşasıdır.  Çünki  o,  çox  yaxşı  başa 
düşürdü  ki,  insanları  geriliyə  aparan,  din  pərdəsi  ilə 
onların  gözlərini  bağlayan  fırıldaqçı  ruhanilərdir: 
«Yerlə  göyün  arası  adlarını  müctəhid  ruhani  qoyan 
əmmaməli,  əbalı,  qəbalı  həşəratlarla,  yırtıcı  qurdlarla 
doludur. Sənin müctəhidin ağa Mirzə Əhməd də cana-
varların, qan içənlərin böyüyüdür. Lənət onun üzünə, 
onun o nurani saqqalına!» (31, s. 111). 
Ədib  kinayələri  bəzən  təzad  şəklində  də  vermiş-
dir: «Əgər mənə desəydilər ki, Hacı Molla Baba saq-
qalını  qırxdırıbdır,  inanardım;  cəmi  Yaponiya  əhalisi 
dönüb  müsəlman  olubdur,  inanardım;  yer  üzündə  bir 
rüşvətxor çinovnik yoxdur, inanardım; Purişkeviç bol-

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
103 
şevik olub, inanardım, amma min nəfər əhli-iman and 
içsə  ki,  Dəsturovu  cəhənnəmə  göndərəcəklər,  inan-
mazdım» (31, s. 80). 
Eyhamlar  yeri  gələndə  gündəlik  məsələləri  deyil, 
ictimai məsələləri də əhatə edir: «Bu səsi eşidib, özüm 
də  «axtaran  tapar»  deyib  Yevlax  mövqifinə  rəvan 
olub,  sübh  yetişdim.  Xəbər  aldım  ki,  Şuşuya  poyezd 
nə vədə gedəcək. 
Dedilər: 
– On beş ildən sonra bəlkə gedə. 
Dedim: 
– Yox, bir belə müddət gözləməyi mən bacarma-
yacağam. İşim əcələlidir» (31, s. 28). 
Burada  yolların xarabalılığına, dəmir yolunun ol-
mamağına mənalı eyham vardır. Hətta ədib işarə edir 
ki, bu qüsurlar belə getsə, on beş ildən sonra bəlkə dü-
zəlsin.  Bu  sözlər,  eyni  zamanda  o  vaxt  Azərbaycanın 
sənaye və iqtisadiyyat etibarı ilə geriliyinin tənqidi ki-
mi səslənir. 
Ümumiyyətlə,  Ə.  Haqverdiyevin  sənətkarlıq  mə-
harəti  bir  də  ondadır  ki,  o,  tənqid  hədəflərinin  gü-
lünclüyünü  müxtəlif  üsullarla,  vasitələrlə  əsl  mənada 
aça bilmiş, onlara qarşı başqalarında da gülüş doğur-

Aynurə  Paşayeva 
 
 
104 
mağa  bacarmışdır.  Bu  gülüş,  eyni  zamanda  çox  təbii 
və səmimi idi. 
Ədib surət və hadisələr haqqında geniş söhbət aç-
mağı, uzun təfsilat danışmağı xoşlamır. O, öz fikirlə-
rini, mətləblərini əsas etibarı ilə hadisələrin inkişafın-
da, surətlərin xarakterində ifadə edir. Haqverdiyev bə-
dii  mətləbin  izahında  zahiri  görünüş  əlamətlərindən 
köməkçi  bir  vasitə  kimi  istifadə  etməyi  o  qədər  də 
meyl  etmir:  əsas  sözünü  obyektin  bilavasitə  məzmu-
nunun,  mahiyyətinin  dəqiq  və  zəngin  təhlilində,  iza-
hında söyləməyə çalışır.  
Bədii  yaradıcılıqda  məcazlardan  istifadə  yazıçı-
dan,  sənətkardan  yüksək  professionallıq,  obrazlı  tə-
fəkkür,  sözlərin  üzərində  səbirlə,  təmkinlə  işləmək, 
onlara  yeni  məzmun,  məna  çalarları,  poetik  təsvir  və 
ifadə  vasitələrindən  yüksək  səviyyədə  faydalanmaq 
bacarığı tələb edir. Aydın məsələdir ki, yazıçının bədii 
zövqü, həyat təcrübəsi, idrak və müşahidə qabiliyyəti 
nə  qədər  güclüdürsə,  onun  dili  də  o  dərəcədə  güclü, 
təsirli,  əlvan  və  poetik  olur.  Bədii  təsvir  vasitələrinə 
epitet,  təşbeh  (bənzətmə),  metafora  (istiarə),  metoni-
miya  (addəyişmə),  simvol,  bədii  sual,  təzad,  təkrir, 
mübaliğə,  inversiya,  kinayə  aiddir.  Ə.  Haqverdiyev 
bir nasir kimi bədii təsvir və ifadə vasitələrindən yer-

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
105 
li-yerində  satirik  tərzdə  canlandırmışdı.  Ədib  epitet-
lərdən  ən  çox  bədii  portret  yaradan  zaman  istifadə 
etmişdir:  «Yoğun  cüssəli,  yoğun  sifətli,  qırmasaqqal, 
boynun  gödəkliyindən  başı  iki  çiyinlərinin  arasında 
gizlənmiş, çuxasının qolları əllərini örtmüş, şalvarının 
yuxarısı  dar,  aşağısı  enli,  yerişi  və  danışığı  vüqar  və 
təmkinli,  amma  söz  demək  istəyəndə  ağzından  zəhri-
mar  axırdı  və  ilan  dilinə  oxşar  bir  dil  çıxırdı»  (31,          
s.  80).  «Yoğun  cüssəli»,  «yoğun  sifətli»  və  s.  kimi 
epitetlər  şəxsin  xarici  cizgiləri  haqqında  məlumat  ve-
rir.  
Ədib tarixə nəzər salaraq Əsgəran hasarı haqqında 
danışanda qeyd edir ki: «İxtiyar mənim əlimdə olsay-
dı,  bu  hasarı,  qədim  hasardan  olmasına  baxmayaraq, 
kökündən  qazardım.  Bəlkə  bayquş  kimi  göz  qaba-
ğında  durub,  keçmiş  qanlı  günlərə  baxanların  yadına 
gətirməyə» (31, s. 38). 
Ədib siyasi məsələyə toxunaraq 1905-ci ildə olan 
hadisələri,  «qanlı  günlər»  kimi  epitetlə  adlandırır. 
Haqverdiyev  ermənilər  tərəfindən  türklərə  qarşı  tö-
rədilən həmin dəhşətli  günlərin bir daha  qayıtmama-
sını arzulayır. 
Yazıçı  epitetlərdən lirik-psixoloji  məqamlarda  da 
istifadə  etmişdi.  «Odabaşının  hekayəsi»ndə  Fərman 

Aynurə  Paşayeva 
 
 
106 
ölüm  yatağında  olanda  həkimin  Gövhərtacdan  gətir-
diyi köynəyi və qan ləkəli dəsmalı bağrına basır. Sev-
gilisinə qovuşa bilməyən aşiqin hisslərini ədib bu cür 
təsvir  edir:  «Sonra  köynəyi  qalxızıb  bir  qədər  yanıqlı 
nəzərlə  baxıb  odlu  ah  çəkdi»  (31,  s.  122).  Haqverdi-
yev  təşbehdən  (bənzətmə)  məharətlə  istifadə  edən, 
onun məna çalarlarını uyğunlaşdıran bir yazıçıdır. Əl-
bəttə yazıçı bu bənzətmə ən çox satirik məqsədlə isti-
fadə  etmişdir.  Haqverdiyevin  bənzətmələri  ən  çox 
mübaliğəlidir. Çünki bu zaman əsas üstünlüyü kinayə-
yə  verərək  hadisələrin,  yaxud  da  obrazların  iç  üzünü 
aça bilmişdi. Yevlaxı təsvir edən zaman yazır: «Ada-
mın başının üstündə,  quzğun  cəmdək üstünə  dolanan 
kimi dolanırlar» (31, s. 28).  Başqa bir misalda  yazır: 
«Əhli-savab qırğı kimi yüyürüb körpünün o bir tərəfi-
nə keçir» (31, s. 60). 
Qıl  körpüsündən  keçən  zaman  savab  qazanmış 
şəxslərin  cəhənnəmə  düşmədiklərinə  görə  sevincli 
halda  cənnətə  getməklərini  «qırğı  kimi  yüyürüb»  təş-
beh ilə əvəz edərək mübaliğələşdirir. 
Ədib  din  xadimlərinin  –  məşədilərin,  hacıların 
məşğul olduqları fırıldaqları mübaliğəli kinayə ilə tən-
qid etmişdir: «Oğrular çiti, məxməri, ay-ulduzu, zərli 
parçaları,  firəng  qanovuzunu...  açıb  tökürlər  məşə-

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
107 
dinin  qabağına,  məşədinin  gözləri  məşəldar  pişiyin 
gözləri kimi başlayır parıldamağa» (31, s. 76). 
Məşədi  Sünbə  oğurluq  malları  sünbə  ilə  ölçərək 
oğrulardan  alıb  dükanında  satırdı.  Həmin  parçaları 
satan  zaman  üstəlik  sələmçiliklə  də  məşğul  olurdu. 
Oğurluq  malları  görəndə  Məşədi  Sünbənin  acgözlü-
yünün, tamahkarlığının  ən bariz  nümunəsi  «məşəldar 
pişiyin gözləri kimi başlayır parıldamağa» təşbehində 
özünü göstərir.  
Haqverdiyev  təşbehləri  mübaliğələşdirdiyi  kimi 
bəzən  kiçildib  litota  halına  da  gətirməyi  bacarırdı: 
«Xülasə, Hacı Kamyabın qapısında camaat qarışqa ki-
mi qaynamaqda idi» (31, s. 95). 
Ədib burada Hacı Kamyabın evinə Xudayar xanın 
elçi  getmək  münasibəti  ilə  qurduğu  məclis  üçün  ca-
maatı qapısında işlətməyindən danışırdı. Xudayar xa-
nın  gətirdiyi  peşkəşi  Gövhərtaca  təqdim  olunanda  o, 
çox  pis  vəziyyətə  düşür.  Əsl  sevgilisinə  yox,  başqa 
birisinə verildiyini anlayanda bərk ağlamağa başlayır: 
«Gözlərindən sel kimi yaş axdı» (31, s. 95). 
Ədib Məşədi Sünbə haqqında işlətdiyi mübaliğəli, 
kinayə dolu təşbehi həkimbaşı Mirzə Mehdi haqqında 
da  təkrar  işlədir:  «Həkimbaşı  pulları  görəndə  gözləri 
məşəldar pişiyin gözləri kimi bərq verir» (31, s. 101).  

Aynurə  Paşayeva 
 
 
108 
Hər iki təşbeh acgöz, tamahkar insanların həyatla-
rında qalib gələ bilmədikləri nəfslərindən xəbər verir.  
Ədib bəzən kinayələrini yaradan zaman bənzətmə 
üsullarından da istifadə edir. Bu zaman kinayələr sati-
rik müqayisələr əsasında yaranır. Haqverdiyev bənzə-
dilən tərəfin bəzi cəhətlərini xüsusi qeyd etmək, daha 
qüvvətli formada, daha gülünc məzmunda nəzərə çat-
dırmaq məqsədi güdürdü. Bənzəyən tərəf isə əlverişli 
vasitə kimi köməkçi rol oynayır. Əslində bu çox oriji-
nal və maraqlı kinayə vasitəsi kimi qüvvətli gülüş ef-
fektinə malikdir: «Zəqqum ağacının tamaşasından qa-
yıdanda gördüm bir çığır-bağır var ki, cəmi cəhənnə-
mi səs götürüb. Guya Qarabağda, ya Naxçıvanda mə-
hərrəm  ayında  dəstəbaşılıq  üstündə  dava  düşübdür» 
(31, s. 64). 
Buradakı kinayə də bənzətmə, müqayisə əsasında 
yaradılmışdır.  İblisi  «arakəsməyə»  salmış  cəhənnəm 
əhlinin çığır-bağırı zahirən Qarabağ  və  ya  Naxçıvan-
dakı  dəstəbaşılıq  davaları  ilə  müqayisə  edilmişdir. 
Əslində isə bu müqayisədə dəstəbaşılıq davalarındakı 
çığır-bağırlar, rüsvayçılıqlar ifşa olunmuşdur. Beləlik-
lə, bu bənzətmə bənzəyən tərəfin deyil, bənzədilən tə-
rəfin müəyyən əlamətinin daha qabarıq ifadəsinə xid-

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
109 
mət  etmişdir.  Bənzətməyə  kinayə  intonasiyası  verən 
də məhz bu üsul olmuşdur.  
Metaforada da bənzətmədə olduğu kimi, məfhum-
lar  müqayisə  olunur.  Lakin  burada  müqayisə  olunan 
məfhumların bənzər cəhətləri daha güclü, qabarıq ve-
rilir, məfhumun özündən çox ona xas olan xüsusiyyət-
lər ön plana çəkilir: «Dərmandan bir qaşıq ağzıma qo-
yanda  ağzım,  sonra  boğazım,  axırda  qarnım  hamısı 
odlaşdı» (31, s. 50). 
Hadisənin  ən  gərgin  məqamında  ədib  metafora-
dan  istifadə  edir:  «Qulplu  qazanlar  həyətdə  yan-yana 
söykənmişdi»  (31,  s.  92).  Metonimiyalardan  istifadə 
edəndə  ədib  ən  çox  satirik  məzmunda  işlətmişdir: 
«Bəs bu Vinokurov camaatı dağıtdı» (31, s. 70). Bura-
da  Vinokurovun  camaata  etdiyi  zülmlərdən  danışılır. 
«Camaatı  dağıtdı»  deyəndə  camaatın  güzəranını  ya-
man  günə  qoyulmasını»  nəzərdə  tutulur.  Bəzən  ədib 
metonimiyadan da istifadə edir, amma dərhal addəyiş-
mə zamanı əvvəlki adı gətirib yerinə qoyur, yaxud da 
izahını  verir:  «Qocaqurd mahalının camaatı  bəyin bu 
hərəkətini  öz  əleyhinə  açıq-açığına  bir  ədavət  sayıb 
sözü  bir  yerə  qoydular  ki,  onu  «bayquş»  eləsinlər. 
(Qocaqurd  mahalında  bir  molla var,  «bayqota»  «bay-
quş»  deyir)»  (31,  s.  71).  Haqverdiyev  bəzən  kinayə 

Aynurə  Paşayeva 
 
 
110 
məqsədi  ilə  sinekdoxalardan  da  istifadə  etməkdən  də 
çəkinmirdi:  «Komissiyanın  birinə  Dəsturov  katib  tə-
yin olunmuşdu. Bu adam çox durbin olduğundan, bəy 
zümrəsinə  düşənlərin  hamısının  xüsusi  bir  siyahısını 
tutub özündə saxlayırdı» (31, s. 84). 
  Bu zaman o, «durbin» sözünün uzaqgörən məna-
sında  olduğunu  başa  salır.  Çünki  Dəsturov  siyahıda 
adı  olanlardan  az,  adı  olmayanlardan  çox  pul  alardı. 
Bu  da  Haqverdiyevin  böyük  məharəti  idi  ki,  çətin 
anlaşılan sözü oxucu üçün qaranlıq saxlamayaraq dər-
hal onun mənasını verir.  
Ədib  simvoldan  (işarədən)  istifadəni  daha  çox 
etmişdi:  «Məsələn:  yəqin  eşidibsən  ki,  neçə  müddət 
bundan  əqdəm  iki  dövlət  arasında  sərhəd  qoymaq  la-
zım gəldi. Bu dövlətlərin birisi şərqli və o birisi qərbli 
idi.  Hər  bir  tərəf  sahədə  öz  vəkillərini  göndərmiş-
dilər»  (31,  s.  58).  Müəllif,  əlbəttə  ki,  İran-rus  höku-
mətləri  arasında  1828-ci  ildə  bağlanmış  «Türkmən-
çay» müqaviləsinə işarə edir. Ancaq o, bu işarəni giz-
lətmir.  Altdakı  sətirdə  müqavilə  haqqında  danışdığı 
barədə  məlumat  verir.  Sadəcə  olaraq,  əsərdə  bu  bir 
simvoldur. 
Haqverdiyev  bədii  sualdan  istədiyi  cavabı  almaq, 
satirik  məzmunu  qabartmaq  məqsədi  ilə  istifadə  edir. 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
111 
«O kimin oğludur? Onun əmisini mənim atam neçə il 
dustaqxanada yatırdı, o da özünü adam hesab eyləyib 
ortalığa  atılır?!  Buyursun,  barmağını  yumsun  görüm, 
hansı pristav onun evində bir parça yeyibdir? Bu ma-
hala neçə naçalnik gəlib-gedibdir, hansı onu  bəyənib, 
ona əl veribdir? Əsil və nəcabətindən xəbəri olsa, heç 
xəcalətindən  evdən  çölə  çıxmaz.  Onun  anası  qaçaq 
Qurbanəlinin bacısı deyildimi?» (31, s. 68). Göründü-
yü  kimi  verilən  bədii  suallardan  həm  başqa  bəylərin, 
həm də həmin bəyin əsil gizli məqsədi aşkarlanır.  
Bəzən  bədii  suallarda  kinayə  də  özünün  göstərir: 
«Məgər əmimin dövləti ondan azdır? Əgər əmim döv-
lətinin  Xudayar  xanın  oğluna  qalmasını  istəyirsə, 
aparsın  versin  ona.  Amma  mənim  istəklimi  əlimdən 
almasın... Məgər kasıb adamın ürəyində məhəbbət ol-
maz?» (31, s. 99). 
Fərmanın dilində söylənilən bu cümlələr bədii su-
aldır. Çünki Gövhərtacı ona vermədiyinə görə əmisinə 
qarşı aqressiv kinayə burada daha güclənir. Kinayə və 
simvoldan sonra ədib ən çox bədii təzadlardan da isti-
fadə  etmişdir.  Bədii  təzadlar  verməklə  yalan  ilə  hə-
qiqəti qarşılaşdıraraq böyük ziddiyyət yaratmışdır. Bu 
ziddiyyət isə satirik məzmunu daha da dərinləşdirmiş-
dir: «Nə yaxşı olardı bunların birisini Rusiya vəzirləri 

Aynurə  Paşayeva 
 
 
112 
şurasına sədr edəydilər. Əgər gündə hər əli ilə bir in-
qilabçı tutub boğazından asdırsa, iki aydan sonra Ru-
siyada qurd quzu ilə otlayar» (31, s. 62). 
Bu  cür  kinayəli  bədii  təzadla  ədib  Xortdanın  dili 
ilə  Rusiya  dövlət  məmurlarının  qanunsuz  hərəkətləri-
nə işarə edir. Cəhənnəmdəki yetmiş min əlli məlaikə-
ni onlardan belə yaxşı işlədiyini qeyd edir. Məlaikələr 
(quzu) rus dövlət məmurları (qurd) arasında kəskin bir 
bədii  təzad  yaradır.  Başqa  bir  misala  diqqət  yetirək: 
«Onun tövbəsi bizə lazım deyil. Nə balını istəyirik, nə 
də  balasını.  Güclə  yaxamızı  əlindən  qurtarıb»  (31,          
s. 72). 
Burada naçalnikin əlindən zara gələn camaat onun 
əlindən yaxalarını qurtarmaq üçün heç nəyini istəmir-
lər.  Bəzən,  təzad  o  qədər  şişirdilir  ki,  kinayə  o  qədər 
güclü olur ki, böyük satirik təzad yaranır: «Qoy məni 
öldürsünlər:  cəhənnəmə,  gora  öldürsünlər!  Təki  ağa-
nın könlü şad olsun» (31, s. 111). 
Burada  ağaların,  hacıların  onların  əleyhinə  danı-
şan camaatın necə zülm olduğuna da kiçik bir eyham-
la işarə edilir. Bədii təzad bəzi yerlərdə kinayəli şəkil-
də  səslənən  müxtəlif  adların  da  yaranmasına  gətirib 
çıxarır:  «Axır  vaxt  oğlunu  bir  naxoşluq  tutmuşdu  ki, 
həkimlər o naxoşluğa «it aclığı» deyirlər. Sübhdən ax-

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
113 
şamadək  yeyirdi,  doymayırdı.  Evindən  qovulandan 
sonra aşnası onu yanına apardı. Orada ölənədək... yedi 
öldü»  (31,  s.  88).  Bu  məqamda,  hacının  oğlu  xəsis-
liklə  yığdığı  pulla  dağıtmağından  danışılır.  Səhər-ax-
şam  ölənə  kimi  yemək-içməklə  gününü  keçirdiyinə 
görə onun bu xəstəliyini «it aclığı» adlandırır. 
Ədib  mənanı  qüvvətləndirmək  üçün  bədii  təkriri 
əsas vasitə hesab edirdi. Bədii təkrirdən o, ritmik va-
sitə  kimi  də  istifadə  edir.  Ə.  Haqverdiyev  nəsrində 
qəhrəmanın, situasiyanın, emosional-psixoloji anlamı-
nın bu cür təbii ifadəsində əsas rol oynayan vasitələr-
dən  biri  ritmdir.  Ə.  Haqverdiyev  məqsədin  aşkarlan-
masında  ritmdən  məharətlə  istifadə  etməyi  bacarır. 
Həqiqətən də, ritm emosional  mənanı qabarıqlaşdırır: 
«Cəhənnəm,  nə  cəhənnəm!  Tamaşası  cəmi  dünyaya 
dəyər» (31, s. 53). 
Burada  «cəhənnəm»  anafora  kimi  cümlənin  mo-
noloqun əvvəlində təkrarlanıb.  
Haqverdiyev  sənətkarlıq  məharətini  müxtəlif  mə-
qamlarda  göstərməkdən  ötrü  mübaliğədən  çox  bəh-
rələnmişdi. Onun mübaliğələri də digər bədii ifadə va-
sitələri  kimi  kinayəli  xarakterdədir:  «Şuşaya  getmək 
istəyən  Xortdan  özünün  tez  çatması  üçün  surətli  fay-
ton gəzir. Faytonçu faytonu haqqında deyir:  

Aynurə  Paşayeva 
 
 
114 
– Belə faytonum var ki, avtamabel onun  yanında 
heçdir?» (31, s. 28). 
Yazıçı  bəzən  dəhşətləri  görən  zaman  Xortdanın 
dili ilə gördüklərini mübaliğənin bir vasitəsinə çevirir: 
«Mən cəhənnəmə daxil olanda həmin quyunun təkin-
dən bir «vay dədəm, vay» naləsi eşitdim. Başımın tü-
kü papağımı götürdü» (31, s. 57). 
Bəzən  mübaliğələrdə  surətin  məqsədini  görmək 
çox  çətin  olur:  «Baxdım  gördüm  ki,  sizin  beş  mana-
tınız məndə artıq qalıbdır. Mən Məkkədən neçə gündü 
gəlmişəm.  Elə  onsuz  da  öz  malıma  haram  qatmaram. 
Əgər o beş manat  mənim cibimdə qalsa,  əvvələn, ta-
mam qazancım it qanından murdar olar, ikinci, haman 
beşlik  qiyamətin  günündə  bir  parça  od  olub  mənim 
bədənimə yapışar. Alın pulunuzu» (31, s. 79). Verilən 
nümunədə Hacının dürüst bir adam olduğunu inandır-
maq  üçün  mübaliğəli  şəkildə  işlənən  «qiyamətin  gü-
nündə od olub mənim bədənimə yapışar» ifadəsi, doğ-
rudan  da,  sonradan  cəhənnəm  səhnəsində  həqiqətə 
çevrilir. 
İnversiyadan  yeri  gələndə  az-az  hallarda  istifadə 
etmişdi: «Elə ki, qapı açıldı, daxil olursunuz bir dəh-
lizə» (31, s. 103). Əmr cümləsi kimi işlənmiş bu cüm-

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
115 
lədə inversiya ifadə baxımından yeni məna çaları bəxş 
edərək emosional effekt verir. 
Bədii  əsərlərin  düzgün  adlandırılmasının  mühüm 
rolu var: «Hər-hansı əsər olur-olsun, oxucunun ilk tə-
sadüf  etdiyi,  ilk  dəfə  üz-üzə  gəldiyi  məsələ,  mətləb 
sərlövhə olur. Əsərə daxil olmamışdan, onun məzmu-
nu  ilə  tanış  olmamışdan  qabaq  oxucu  sərlövhə  ilə, 
əsərin adı ilə  tanış olur. Əsərin adı insanın adı qədər 
mənalı,  mühüm  və  vacibdir.    İnsan  hər  şeydən  qabaq 
adı ilə tanındığı kimi, bədii əsər də adı ilə tanınır, şöh-
rət  tapır.  Sənətkar  öz  əsərinə  təsadüfi  ad  seçmir.  Sər-
lövhə, adətən, əsərin məzmunu, ideyası, daxili müna-
sibətləri ilə bağlı olur» (55, s. 67). 
Əsər adları üç cür ola bilər. Birinci halda əsər əsas 
qəhrəmanın  adı  ilə  adlandırılır.  İkinci  halda  hadisə-
lərin  məkanı  ilə  əlaqədar  ola  bilər.  Üçüncü  halda  isə 
əsərin adından hadisələrin mahiyyətinə işarə oluna bi-
lər.  «Xortdanın  cəhənnəm  məktubları»  adı  əsərin  ha-
disələrinin  mahiyyətinə işarə oluna bilər. Ancaq kon-
kret  mahiyyət  haqqında  da  təsəvvür  yarada  bilmir. 
Əslində  ədib  bu  adı  da  fırıldaqçı  din  xadimlərini  və 
onların əməllərini tənqid etdiyinə görə satirik mənada 
işlətmişdir.  «Cəhənnəm  məktubları»  dedikdə,  cəhən-
nəmdə baş verən hadisələrin hər biri bir məktuba işarə 

Aynurə  Paşayeva 
 
 
116 
edir. Məktubun hər biri cəhənnəmdə baş verən hadisə 
ilə  bağlıdır.  Yazıçının  burada  özünün  bir  neçə  söz 
hissəsində  qeyd  etdiyi  kimi  cəhənnəm  deyəndə, 
«mənfi tiplər cəmiyyəti» mənasında başa düşülür. 
«Son  tədqiqatlarda  isə  «Cəhənnəm  məktubları» 
gah «pamflet», gah da, «publisistik povest» deyə təh-
lil və təqdim olunur.  Əsərdə nəzərə çarpan  «publisis-
tika  və  felyetonçuluq  onun  üslubu,  pamflet  xüsusiy-
yəti  isə  bilavasitə  quruluşuna,  janrına  aid  edilir.  Mə-
lum olduğu kimi, «Molla Nəsrəddin» jurnalı ilk nöm-
rələrindən  başlayaraq  ədəbi-bədii  fikrin  müxtəlif  for-
malarından,  bədii  publisistikanın  çox  müxtəlif,  rəng-
arəng  janrlarından  istifadə  edirdi.  Epik-satirik  nəsrin 
səyahətnamə, məktub, pamflet və s. kimi janrları mol-
lanəsrəddinçi  ədib  və  mühərrirlərin  tez-tez  müraciət 
etdikləri  ədəbi  janrlardan  idi.  Satirik  səyahətnamələr 
də  bədii  publisistika  janrları  sırasına  daxildir.  Hadisə 
və  faktların  çoxluğu  ilə  əlaqədar  olaraq  elmi-nəzəri 
ədəbiyyatda bu tipli  əsərləri publisistik roman da ad-
landırırlar. Belə əsərlərdə  müəllif ideyası öz ifadəsini 
təkcə  epik  təsvirlərdə  deyil,  eyni  zamanda  məntiqi 
mühakimə  və  faktlarda  da  tapır.  Bədii  publisistikaya 
məxsus  aktivlik,  açıq  tendensiya,  müasirlik  və  aktu-
allıq  kimi  xüsusiyyətlər  janrın  əsas  komponentləri 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
117 
kimi satirik səhayətnamələrdə qabarıq şəkildə meyda-
na çıxır. 
«Publisistika,  səyahətnamə,  bir  janr  kimi,  Azər-
baycan  sosial-ədəbi  fikrində  M.F.  Axundovun  «Kə-
malüddövlə  məktubları»  ilə  gəlmiş,  əsrin  sonlarında 
Zeynalabdin  Marağayinin  «İbrahim  bəyin  səyahət-
naməsi» əsəri ilə publisistik roman janrın yeni və par-
laq nümunəsi kimi yaranmışdır. «Molla Nəsrəddin»in 
redaktoru C. Məmmədquluzadənin jurnalın ilk nömrə-
lərindən  etibarən  satirik  səyahətnamə  janrına  xüsusi 
diqqət və əhəmiyyət verməsi, dönə-dönə «İbrahim bə-
yin  səyahətnaməsi»nə  müraciət  edib,  əsərdən  iqtibas-
lar gətirməsi də təsadüfi deyildir. 
«Cəhənnəm  məktubları»  ilk  baxışda  ənənəvi 
«məktub» janrını xatırladır. Əslində isə sərlövhəyə çə-
kilən «məktub» sözü şərti səciyyə daşıyır; əsərin «sə-
yahətnamə»  formasında  yazıldığını  rədd  etmədiyi  ki-
mi, onun janrını da müəyyənləşdirmir. Məzmunun sə-
yahətnamə  formasında  verilməsi  də  sərlövhədəki 
«məktub»  sözünün  şərtiliyinə  dəlalət  edir»  (55,          
s.  80-82).  Haqverdiyev  yaratdığı  surətlərin  adlarını 
çox  vaxt  yuxarıdakı  təbəqədən  verəndə  ictimai  möv-
qelərini bildirir: Hacı  Kamyab, Məşədi Sünbə, Xuda-
yar  xan,  Məşədi  Seyfulla,  Hacı  Mirzə  Əhməd  ağa  və 

Aynurə  Paşayeva 
 
 
118 
s.  Bəzən  ədib  surətlərin  xarakteri  ilə  bərabər  adlarını 
da  komik  vəziyyətdə  verirdi:  Mərdidqulu  xan.  Bəzən 
ad seçən zaman mənasını qədim türk mənşəli sözlər-
dən seçib, satirik bir obraz yaradır. «Dəsturov» sözün-
dəki  «dəstur»  qədim  türk  dilində  arxaik  söz  kimi 
«icazə» mənasındadır. Dəsturov əsərdə, əvvəllər, döv-
lət  məmuru  işləmiş,  nəsli-kökü  bəy  olanları  təsdiqlə-
yib, icazə kağızı verirdi ki, onların keçmiş bəyliyi bər-
pa olsun. Bu yola da çoxlu mədaxil əldə edirdi. Doğ-
rudur, «Molla Nəsrəddin» jurnalında «Dəsturov sehr-
kar» adlı məqalə  çıxmışdı. Ancaq  çox güman ki, hə-
min  adın  bu  cür  adlandırılması  onun  arxaik,  əsl  türk 
sözü olması ilə əlaqədardır. 
Haqverdiyevin dili xalq dilinə daha çox yaxın idi. 
Bu onun  yaradıcılığındakı xəlqiliyinə əyani sübutdur. 
O,  bir  sənətkar  kimi  Azərbaycan  dilinin  bütün  qram-
matik  və  leksik  imkanlarından  istifadə  etmək  bacarı-
ğına malik idi. Ədib tarixin müəyyən dövründə  yara-
nan  arxaik  sözlərdən  istifadə  etmişdir:  «Bir  dəfə  bir 
kəndli öz hesabı ilə on girvənkə yağ satmaq üçün ha-
cının  yanına  gətirir»  (31,  s.  78).  Burada  işlənən  «on 
girvənkə» əslində tarixizmdir. Ölçü vahidi kimi işlən-
mişdir. 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
119 
Ədib  varvarizmdən  də  yeri  gələndə  məqamında 
işlətmişdi. Əlbəttə, bu dövrdə ədəbi dil hələ təzə-təzə 
formalaşmışdı.  Bir  tərəfdən  Rus-Avropa,  digər  tərəf-
dən  ərəb-fars  mənşəli  sözlər  dilimizdə  qalmaqda  idi. 
Haqverdiyev həmin sözləri satirik bir priyom kimi is-
tifadə etmişdir. Digər tərəfdən ədibin əsərlərində qoy-
duğu ideyanı, ictimai-estetik məzmunu, obrazların da-
xili  aləmi,  düşüncə  və  mənəviyyatlarını,  səciyyəvi  və 
fərdi xüsusiyyətlərini daha yaxşı açmaq, onları həqiqi 
tip, xarakter səviyyəsinə qaldırmaq üçün bilə-bilə mü-
əyyən ölçü daxilində əcnəbi sözlərdən istifadə etmiş-
di.  Ədib  fırıldaqçı  din  xadimlərindən  danışan  zaman 
ən  çox  ərəb-fars,  dövlət  məmurlarından  danışan  za-
man ən çox rus mənşəli sözlərdən istifadə edir. Poves-
tin  müqəddimə  hissəsində  çoxlu  ərəb-fars  mənşəli 
sözlərə, izafətlərə rastlanır: «Əmma raviyani-əxbar və 
naqilani  asar  və  tutiyani-şəkkər-şikanü-göftar  camül-
hekayatda  kimdən  ərz  eləsinlər?  Bəndədən»  (31,        
s.  26).  Başqa  nümunədə:  «Atamdan  mənə  çox  ziqiy-
mət kitablar keçibdir və o kitabların cəhətincə mürrf-
fəhülhal  güzəran  elərəm»  (31,  s.  45).  Ərəb  və  fars 
mənşəli olan bu sözlər Mirzə Qoşunəli Təbrizinin di-
lindəndir. 

Aynurə  Paşayeva 
 
 
120 
Rus  mənşəli  sözlərdən  də  ədib  yeri  gələndə  işlə-
dir: «Ərizə gətirsən, yazaram. Povestka gətirsən, oxu-
yub vədəsini deyərəm: axı sən niyə mənim evimi yıx-
dın»;  «Soruşdu:  uçtel  haraya  gedib,  mən  də  dedim: 
gedib dərs gətirməyə»; «Bir gün bir neçə ağsaqqal yı-
ğılıb  getdik  işkolaya  ki,  görək  «dərs  gətirmək»  nəyə 
deyirlər» (31,  s. 96); «Soldatlar şax durub çest verir-
dilər»  (31,  s.  33).  Bəzən  varvarizm  kinayəli  şəkildə 
bir priyom kimi işlənir: «Pojalusta, de görüm o mən-
dən ərizə yazdıranlar hansılardı?» (31, s. 70). 
Ədib varvarizmi öz sözlərimizlə bərabər işlətmiş-
dir: «Siz məni bayqot edibsiniz» (31, s. 71). Bəzən də 
əcnəbi sözləri verən zaman Azərbaycan dilində, bəzən 
də  əksinə,  həmin  sözün  qarşılığını  da  verib,  oxucuya 
aydınlaşdırmağa çalışır: «İblisi cəhənnəm əhli bir növ 
cana  gətirmişdi  ki,  binəva  az  qalmışdı  istefa  (yəni, 
otstavka) verib qulluqdan çıxsın» (31, s. 73). 
Ədib oxucu ilə səmimiyyətini artırmaq üçün xalq 
dilinə yaxın olmağa çalışmışdır. Bunun üçün o dialekt 
sözlərdən  də  yeri  gələndə  işlətmişdir.  Ədib  ən  çox 
Cənub-Şərq  qrupu  dialektinə  meyl  etmişdir.  Qərb  di-
alektini ən çox  Xortdanın dilindən verir. Bəlkə də bu 
onun  Tiflisdən  gəlməsi  ilə  bağlıdır:  «Xəbər  aldım  ki, 
Şuşaya  poezd  nə  vədə  gedəcək»,  «Məni  nə  vədə 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
121 
Şuşaya yetirərsən?», «Sənin xatırın üçün faytonu qırx 
yeddi manata qoşaram» (31, s. 28); «Həqiqətən bir se-
yid qızı haman günü məşədinin evinə libasız əyləşib-
miş, o da məşədinin öz arvadı imiş» (31, s. 73) nümu-
nələrində  «nə  vədə»,  «xatır»,  «haman»  kimi  sözlər 
Qərb dialektinə məxsusdur. Ədib tipin dilini  fərdiləş-
dirməkdən  ötrü  onun  mənsub  olduğu  məkana  uyğun 
dialekt sözlər verərək dili daha da canlı etmişdi. «Bu 
halda gördüm bir içərişəhərli bakılı camaatdan ayrılıb 
şamaxılılara tərəf qayıdır. Dedim:  
–  Ədə, nöşün qayıtdın? 
–  İçərişəhərli sözümə cavab verib dedi: 
– Bir mənə deyən gərək ay ur... ay şoğərib, ay fi-
lani,  sənə  nə  düşüb  camaatın  ardınca  yüyürürsən?» 
(31, s. 39), «Süz öləsüz, müytüvüzü görüm, Kürdəmir 
tərəfindən  adını  eşidib,  gedib  yüz  altmış  manat  verib 
köpək  alıb  gətirmişəm  ki,  bir  paraxoda  dəyər»  (31,         
s.  73).  Verilən  nümunələrdə  «nöşün»,  «şoğərib», 
«sür»,  «öləsüz»,  «öləsüz»,  «müytüvüzü»  kimi  sözlər 
içərişəhərli  dilindəndir,  həmin  sözlər  Bakı  dialektinə 
məxsusdur. «Odabaşının hekayəsi»ndəki dialektlər isə 
cənub  dialektinə  məxsusdur:  «Doğrudur,  mən  böyü-
yəndən  sonra  əmim  məni  evindən  genitdi»  (31,              
s. 106), «Fərmanın haləti digərgun idi» (31, s. 120). 

Aynurə  Paşayeva 
 
 
122 
Ədib  vulqar  sözlərdən  də  istifadə  etmişdir.  Dili-
mizin  ümumi  lüğət  fonduna  daxil  olan  bu  sözlər  su-
rətlərin  dilində  işlənən  nifrət  xarakterli  kobud  söz-
lərdir. Əlbəttə ki, bu cür sözlər də surətin dilini fərdi-
ləşdirməkdən ötrü işlənir. Əvvəlki nümunələrdə işlət-
diyimiz «şoğərib» vulqar sözdür, sadəcə dialektdə iş-
lənib. 
«Hər  kəs  yerindən  qalxsa,  atamın  oğlu  deyiləm 
cəmdəyini yerdə qoymasam!», «Bunlar hamısı axmaq 
sözlərdir» (31, s. 42). Nümunələrdəki «cəmdəyini yer-
də  qoymasam»,  «axmaq»  sözlər  vulqarizmdir.  Haq-
verdiyev  povestdə  terminlərdən  olduğu  kimi  seçərək 
istifadə  etmişdir.  Bərdə,  Ağdam,  Xocalı  çayı,  Əsgə-
ran, Tiflis və s. yerlərin adlarını çəkmişdi. Bu yerlərin 
adını  çəkən  zaman  belə  onun  tarixi  haqqında  çəkin-
mədən  məlumat  da  vermişdi.  Ancaq  C.  Məmmədqu-
luzadə  kimi  bəzi  terminləri  satirik  məzmunludur: 
«Cındırlı  Piri»,  «Öskürək  Piri»,  «Qocaqurd  mahalı», 
«Güngörməz kəndi». 
«XIX  əsr  Azərbaycan  tənqidi  realizminin  birinci 
mühüm  keyfiyyəti  budur  ki,  ədəbiyyat  öz  tarixində 
heç  vaxt  xalq  həyatı  və  taleyi  ilə  bu  qədər  yaxınlığı 
olmamış, mövcud quruluşu və şəraiti, məişəti, ictimai-
siyasi münasibətləri bu qədər konkret, aydın təhlil və 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
123 
izah  etməmişdir.  Ədəbiyyat  heç  vaxt  ictimai  münasi-
bətlərə, zehniyyətin çürük, mürtəce və eybəcər cəhət-
lərinə  XIX  əsrdəki  qədər  kəskin  cəbhə  tutmamışdır» 
(62, s. 296). 
Haqverdiyev əsərin həm bədii estetik gözəlliyinə, 
zərifliliyinə və canlılığına diqqət yetirir, həm də fikrin 
son dərəcə aydın, dəqiq və lakonik ifadəsinə nail olur-
du.  O,  xalq  danışıq  üslubundan  istifadə  etdiyi  kimi, 
folklor  nümunələrindən  də  bəhrələnmişdir.  Onun  ya-
radıcılığını  səciyyələndirən  cəhətlərindən  biri  xalqa 
bağlılıqdır.  
«1900-cu ildə Əbdürrəhim bəy Sank-Peterburqda 
təhsilini  başa  vurub  Şuşaya  qayıdandan  sonra  daha 
çox  nağıl  və  əfsanələrin  toplanması  işinə  bağlanmış-
dır.  1923-cü  ildə  Bakıda  təşkil edilmiş  «Azərbaycanı 
tədqiq  və  tətəbbö  cəmiyyəti»  nəzdində  Ə.  Haqver-
diyevin təşəbbüsü ilə ilk diyarşünaslıq kursları – azər-
baycanşünaslıq kursları açıldı. Ə. Haqverdiyev özü bu 
kurslarda Azərbaycan və rus dillərində «Azərbaycanın 
keçmişinin  öyrənilməsi»  mövzusunda  mühazirələr 
oxuyurdu.  1924-cü  ildə  yenə  də  onun  təşəbbüsü  ilə 
dinləyicilərdən  bir  qrupu  Moskva,  Sank-Peterburq  və 
digər  şəhərlərə  Azərbaycana  aid  materialların,  kitab-
ların,  dövri  mətbuatın  toplanılması  üçün  ezamiyyətə 

Aynurə  Paşayeva 
 
 
124 
göndərildi.  İlin  axırlarında  cəmiyyətin  nəzdində  top-
lanmış ədəbiyyatdan böyük bir kitabxana yaranmışdır. 
Kursların  açılması,  həm  də  kitabların,  materialların 
toplanması  işi  eyni  zamanda  Azərbaycan  incəsənəti-
nin,  tarixinin,  mədəniyyətinin,  etnoqrafiyasının,  coğ-
rafiyasının, eləcə də milli folklorun toplanıb araşdırıl-
masında xeyli iş gördü» (46, s. 16-17). 
Bu  folklor  nümunələrindən  atalar  sözü,  məsəllər, 
alqış və qarğışlar, andları və s. misal göstərmək olar. 
Ə. Haqverdiyev atalar sözünü, əsasən, iki üsulla işlət-
mişdir: birinci halda tam ciddi məzmunda olur. İkinci 
halda tənqidi gülüşlə müşayiət edilir (69, s. 282). Cid-
di  məzmunlu  atalar  sözlərinin  bəziləri  fars  dilində 
işlənsə də tərcüməsini də, hökmən, oxucuya aydınlaş-
dırır: «Kafər bəcəhənnəm namirəvəd kəşan-kəşan mi-
bərənd»  (Kafir  cəhənnəmə  getməz,  onu  çəkə-çəkə 
apararlar)  (31,  s.  51).  Ya  da  ədib  satirik  atalar  sözlə-
rini yaratdığı satirik obrazların dilindən verir: «Deyir-
lər  çox  oxuyan  çox  bilməz,  çox  gəzən  çox  bilər», 
«Axşamın  xeyrindən  isə  sabahın  şəri»  (31,  s.  44). 
Axırıncı  verilən  nümunə  Mirzə  Qoşunəli  Təbrizlinin 
dilindən verilib. O, iksir düzəldib cəhənnəmə yola sal-
mağı  xeyirli  bir  iş  hesab  edərək  bunu  deyir.  Əslində 
ədib  bu  cür  atalar  sözünü  onun  dilindən  kinayəli  bir 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
125 
şəkildə vermişdi. Başqa satirik obrazın-Hacının dilin-
dən  deyilən  atalar  sözünə  nəzər  yetirək:  «Keçəl  dər-
man bilsə, öz başına yaxar» (31, s. 88). Keçəl deyəndə 
Dəsturovu  nəzərdə  tuturdu.  Ciddi  məzmunlu  atalar 
sözlərinə  Xortdanın,  Fərmanın  nitqində  rast  gəlmək 
mümkündür.  «Axtaran  tapar»  Xortdanın  dilindən  ve-
rilmiş  atalar  sözüdür.  Fərmanın  əmisi  haqqında  de-
yilən atalar sözü olduqca ciddi məzmunludur: «Kəsil-
sin iki əl ki, bir başı saxlaya bilməyə» (31,  s. 96).  
Ədib işlətdiyi məsəlləri əsil mətləbinə, məqamına 
uyğun  bir  şəkildə  işlədir.  Bəzən  həmin  məsəlləri  ve-
rən  zaman  onun  izahını  da  verərək  oxucuya  qaranlıq 
yer buraxmır. «İmam evini yıxsın» məsəli «Qarahacı-
lı»  deyilən  yerdə  yayılmışdı.  Məşədi  Səfər  haqqında 
verilən  əhvalat  həmin  məsələnin  izahını  açır.  Yaxşı 
qazanc  əldə  eləyən  bu  tacirin  evinə  gəlib  məhərrəm 
ayında yeddi gün ehsan yeyən din xadimləri onu müf-
lisləşdirir.  Belə  ki,  iman  evini  yıxanlardan  da  biri  bu 
tacir olur. Ədib yeri gələndə mübaliğə məzmunlu idi-
omatik  ifadələrdən  də  istifadə  edib:  «Qızıdır  bir-iki 
gün ağlar, sakit olar. Və sonra da süd gölündə üzəndə 
dünya yadından çıxar», «bizim İbrahimin avara oğlu-
nun fikri düşüb başına» (31, s. 96-97). «Xortdanın cə-
hənnəm  məktubları»  satirik  məzmunlu  olduğundan 

Aynurə  Paşayeva 
 
 
126 
burada  alqışlara  az-az  hallarda  rast  gəlinir:  «Gözlərin 
aydın  olsun,  az  çəkməz  Fərman  durar  ayağa»  (31,             
s. 120). 
Gözəl  hiss  və  emosiyalar  aşılayan  alqışların  əksi 
olan qarğışlara da povestdə rast gəlmək mümkündür. 
Bu cür qarğışlar idiomatik ifadələrlə işlənmişdir. Mə-
şədi  Sünbənin  dilindən  deyilən  qarğışlar:  «Acından 
ölür, qoy canı çıxsın, ölsün!», «Di canın çıxsın, yan!» 
(31, s. 77) çox maraqlıdır. Qarğışlarla bərabər andlar 
da özünəməxsus yer tutur. Andlar kimisə inandırmaq 
məqsədi  ilə  deyilsə  də,  müxtəlif  məqsədli  və  məz-
munlu olur. Başqa bir misalda ədib and içərək oxucu-
larını  inandırmağa  çalışmır,  sadəcə  özünün  gördüyü 
həqiqətləri  danışmağa  çalışır:  «Mən  oxucularıma 
özüm  şahid  olduğum  bir  fəqərədən  danışım»  (31,         
s.  74).  «Xortdanın  cəhənnəm  məktubları»nda  işlənən 
andlarda  kin,  nifrət,  qəzəb  dolu  satira  var.  Vinokuro-
vun  içdiyi  andda  diqqət  yetirək:  «And  olsun  Allaha, 
gərək  onların  hamısını  birbaş  Sibirə  itirim»  (31,           
s.  70).  Burada  Vinokurovun  nitqindəki  and  o  qədər 
nifrət doludur ki, qarğışla birgə işlənib.  
Ə.Haqverdiyevin yaradıcılığında xalqımızın azad-
lığı və tərəqqisi uğrunda mübarizəsinin, həyat və mə-
işətinin unudulmaz bədii lövhələri verilmişdir. Yazıçı 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
127 
bütün  ömrü  öz  doğma  xalqı  ilə  bağlı  olmuş,  bütün 
ömrü boyu öz xalqının mədəni inkişafını və səadətinə 
xidmət etmişdir. 
Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin