Aynurə paşayeva



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix16.02.2017
ölçüsü2,86 Kb.
#9067
1   2   3   4

 
 
 
 
 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
51 
 
II FƏSİL 
ƏSAS SURƏTLƏRİN SƏCİYYƏSİ 
 
Əbdürrəhim  bəy  Haqverdiyevin  bədii  nəsri  ilk 
növbədə  zəngin  və  orijinal  bədii  xarakterləri  ilə  diq-
qəti cəlb edir. Əslində  hər bir böyük sənətkarın  yara-
dıcılığı onun dünyagörüşü, həyati müşahidələri, möv-
zuları  ilə  əlaqədar  olaraq  özünəməxsus  orijinal  tiplər 
qalereyası ilə zəngindir.  
Ə. Haqverdiyevin nəsrindəki surətlər ilk növbədə 
Qarabağda  gördüyü,  tanıdığı  insanlar  əsasında  yara-
dılmışdı.  Ədib  həyatda  gördüyü,  müşahidə  etdiyi  in-
sanlardan  öz  əsərlərində  qələmə  aldığı  mövzulara 
uyğun olaraq istifadə edib canlı, bədii xarakterlər ya-
ratmışdır.  Çünki  Haqverdiyev  insanın  mənəvi  dün-
yasına,  psixologiyasına  çox  yaxından  bələd  olan  sə-
nətkar idi. O, çox dəqiq və zəngin həyat müşahidəsinə 
və bu müşahidələri bədii sənət dilində yenidən canlan-
dırmaq istedadına, söz qüdrətinə malik olmuşdur.  
Ədibin  qeyd  etdiyi  kimi  «Xortdanın  cəhənnəm 
məktubları»da  «mənfi  tiplər»  cəmiyyəti  olan  cəhən-
nəmdən  danışılır.  Burada  həm  müsbət,  həm  də  mənfi 
surətlər var. Ancaq mənfi surətlər sayca müsbət surət-

Aynurə  Paşayeva 
 
 
52 
lərdən  çoxdur.  Povestin  baş  qəhrəmanı  olan  Xortdan 
nə mənfi, nə də müsbət surətdir.  «Xortdan –  qorxunc 
görünüşlü mifik vücuddur» (4, s. 140).  
Ə.  Haqverdiyevin  niyə  məhz  Xortdan  surətini 
seçməsi də təsadüfi deyildi. Xortdan surətinin yaradıl-
masının  özündə  də  o  zamankı  müsəlman  zehniyyəti-
nə,  avamlığa,  mövhumata  dərin  kinayəni  görmək  çə-
tin deyildir. Avam camaat arasında uşaqları xortdanla 
qorxutmaq,  həyatda  şər  əlamətləri  Xortdanın  ünvanı-
na  yazmaq  uzun  müddət  dəb  halında  olmuşdur.  Yəni 
avam  dindarlar  aləmində  Xortdan  anlayışı  qeyri-mü-
əyyən,  qorxunc  bir  məfhum  kimi  təfəkkürlərdə  kök 
salmışdı.  Ə.  Haqverdiyev  də  camaat  içərisindəki  bu 
cəhalət  əlamətini  Xortdan  surətini  yaratmaqla  lağa 
qoymuşdu, gülüş hədəfi etmişdi. 
«Xortdan  folklor  və  xalq  əfsanələrinə  görə  qani-
çən  məxluq,  tez-tez  ölü  olandır.  Xortdanlar,  əsasən, 
Şərqi Avropa mifologiyasında geniş yer tutur. Ən ta-
nınmış  ənənəyə  görə  onları  günəş  işığı,  ürəyə  vurul-
muş ağcaqovaq payası, gümüş güllə və daha bir neçə 
şey öldürür» (7, s. 140). 
«Xortdanın  cəhənnəm  məktubları»nda  cəhənnə-
min təsviri Xortdanın dili ilə nəql olunur. Xalq düşün-
cəsinə  görə  Xortdan  gecələr  dirilib  qəbirdən  çıxan, 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
53 
insanlara  yamanlıq  edən  varlıqdır.  «Demonik  varlıq 
hesab edilən Xortdan türk xalqlarında müxtəlif adlarla 
tanınsa  da,  oxşar  funksiyalar  yerinə  yetirir.  Anadolu-
nun  müxtəlif  yerlərində  «Xortlaq»,  başqırdlarda 
«Ubır»,  Tomsk tatarlarının demonoloji təsəvvürlərin-
də  Obur//Ubır,  Qaqauzlarda  Hobur  adlanan  bu  möv-
humu  qüvvə  insanlara  xətər  toxundura  biləcək  gücdə 
olub, döngərlik funksiyası ilə seçilir» (13, s. 282).   
İslam dininin mifoloji görüşlərinə görə o biri dün-
yaya düşən insan bir daha geri qayıtmamalıdır. Qura-
na görə cəhənnəmə insanlar da, cinlər də düşə bilərlər. 
Birincilər orada həmişəlik, ikincilər isə isə müvəqqəti 
qalırlar. 
Xortdan  qeyri-adi  nitqi,  mühakimələri  insanlarda 
olduğu kimidir. Əslində bu adın özündə də o dövrün 
fırıldaqçı  dindarlarına  qarşı  böyük  istehza  gizlənmiş-
dir.  Çünki  Xortdan  qəflət  yuxusunda  yatan  camaatın 
təsəvvüründə  çox  məchul  və  vahiməli  bir  varlıq  kimi 
məşhur olmuşdur. Haqverdiyev Xortdanın dilinə istə-
diyi  sözü  vermiş,  onu  istədiyi  yerə,  hətta  cəhənnəmə 
belə  göndərmişdir.  Müəllif  özü  Xortdanın  dilindən 
danışmaqla həm bədii priyom kimi, həm də nəql olu-
nan əhvalatın həqiqiliyinə bir növ oxucu inamını, eti-

Aynurə  Paşayeva 
 
 
54 
barını artırmaq vasitəsi kimi əlverişli və maraqlı görü-
nür. 
«Yeraltı  dünyanın  sakini  olan  Xortdan  bədii 
mətndə obrazını yaradan müəllif onun ənənəvi gedişa-
tını,  yəni  qəbirdən  çıxıb  insanlar  arasında  dolanması 
süjetini əks istiqamətə çevirir. Əsərdə Xortdanın «na-
gah  xəyalıma  cəhənnəm  düşdü»  –  deyə  yaşadığı  bu 
dünyadan  o  biri  dünyaya  getmək  istəyir.  Xristofor 
Kolumb, Magellan, Vasko de-Qamma kimi səyahətçi-
lərin  adlarını  çəkən  müəllif  onların  səfər  etdikləri  o 
biri dünya və ədəbiyyatlarda «yeni dünya» kimi tanı-
nan coğrafi məkanlarla Xortdanın cəhənnəm səyahəti 
arasındakı fərqi göstərərək, bunu İsgəndəri-Zülqərey-
nin qaranlıq dünyaya səyahətinə oxşadır. Belə bir mo-
tivin işləndiyi «İsgəndərnamə» poemasında da Nizami 
Gəncəvinin  qəhrəmanı  qaranlıq  dünyaya  dirilik  suyu 
ardınca gedir. Ə. Haqverdiyevin qəhrəmanı Xortdanın 
isə  səyahəti  konkret  olaraq  cəhənnəmdir.  Və  burada 
əsas məqsəd o biri dünyadan xəbər gətirməkdir. Eyni 
motivə  fərqli  və  bəzi  məqamlarda  ironik  yanaşmanı 
isə Ə. Haqverdiyevin  mənsub olduğu  ədəbi  məktəbin 
təsiri kimi də qəbul edə bilərik» (12, s. 178). 
Yazıçı  əsərdə  hadisələrin  inkişafı  baxımından 
mövcud islam mifoloji təsəvvürlərinə  mümkün qədər 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
55 
sadiq  qalmışdır.  Əsərə  dini,  mifoloji  baxımından  ya-
naşsaq,  bir  çox  buna  aid  süjetlərin  şahidi  olarıq.  An-
caq  islam  bəni  adəminin  cəhənnəmə  (axirət  dünya-
sına) düşüb geri qayıtmaq imkanı rədd etdiyi üçün ya-
zıçı  qəhrəmanını  daha  qədim  mifoloji  qatlardan  seç-
məli  oldu.  «Xortdan  sırf  Azərbaycan  mifik  təsəvvü-
ründə  ölüb  sonradan  dirilən  «xortdamış»  məxluq  ki-
mi,  səciyyələnir.  Deməli,  cəhənnəm-axirət  səyahəti 
ancaq qəhrəmanın insan deyil, məhz Xortdanın olması 
ilə  həyata  keçirə  bilər.  Əsərin  qəhrəmanının  çox  qə-
dim  mifik  köklərlə  bağlılığı,  birbaşa  onunla  əlaqəli 
məsələlərin  cəhənnəmə  yönəldilənlərin  və  eləcə  də, 
səyahət zamanı ona bələdçilik edən  obrazın da həmin 
zəmində-islamdan əvvəlki mifologizmlərlə bağlılığını 
şərtləndirir» (46, s. 46).  
Xortdan  əsərdə  o  dünyaya  gördüklərini  qayıdıb 
danışa  bilmək,  məlumat  gətirmək  məqsədi  ilə  gedir. 
Belə funksional mövqe Xortdanı eyni zamanda ruhları 
ilə  real  dünya  arasında  əlaqə  yaradan  medium,  digər 
aləmə  düşə  bilən  şamandır.  Adi  insan  axirət  dünya-
sına  gedib  qayıda  bilmədiyi  üçün  əsərin  qəhrəmanı 
buna  icazəsi  olan  cildə  girməlidir.  Yazıçının  təsvi-
rində  isə  qəhrəman  əslində  xarici  görkəmiylə,  davra-
nışıyla  dövrün  ziyalısı  simasına  salınmış  Xortdandır. 

Aynurə  Paşayeva 
 
 
56 
İnsani  və  qeyri-insani  keyfiyyətlər  qəhrəmanın  obra-
zında  incəliklə  birləşdirilir.  «Bəndeyi-həqirü  fəqir, 
əqəlli-küllü-bəndəgan müləqqəb be «Xortdan» bir gü-
nü  kəştiyi  xəyalatda  əyləşib  dəryayi-təfəkkürdə  seyr 
eləyirdim  və  dünyanın  keçmişini  və  gələcək  işlərini 
bir-bir  xəyalımdan  keçirirdim.  Nagah  xəyalıma  cə-
hənnəm düşdü. Və xəyalımdan qulağıma bir nida gəl-
di ki, «Ey qafil xortdan, bu nə xabi qəflətdir ki, uyub-
san?  İnsan  dünyanın  cəmi  yerlərini,  dağlarını,  meşə-
lərini, dəryalarını ayaqları altına alıb gəzdi: yer üzün-
də insan ayağı dəyməmiş bir nöqtə qalmamış. Nə olar, 
sən  də  onların  acığına  gedib  cəhənnəmi  səyahət  elə-
yib, oradan bir xəbər gətirəsən?» (31, s. 26-27) . 
Qəhrəmanın  zahiri  görünüşü  adi  insanlardan  heç 
nəyi  ilə  fərqlənməsə  də,  «xortdanlıq»,  qeyri-bəşərilik 
onun psixologiyasında, şüurunda üstünlük təşkil edir. 
Qəhrəman  dünya  üzərində  gəzən  insanlardan  fərqli 
olaraq,  yeraltı  dünyaya,  cəhənnəmə  düşə  bilmək  im-
kanına malik olduğunu bilir. Qeyri-insanilik əsər boyu 
Xortdanın  ətrafda  baş  verən  hadisələrə  obyektiv,  ya-
xud  subyektiv  iştirakçı  deyil,  neytral  mövqeli  tama-
şaçı münasibətində də duyulur.  
Xortdanın  cəhənnəm  səyahəti  üçün  vasitə  olaraq 
istifadə olunan iksirin atributlarının hər birinin həmin 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
57 
prosesdə,  yəni  Xortdanın  gələcək  fəaliyyətinin  təmin 
edilməsində özünəməxsus mövqeyi və xidməti dairəsi 
vardır.  Məs:  İksirdə  istifadə  olunan  «qara  xoruz»un 
rəng antaqonizmi,  yəni qara rəng  yeraltı – ölüm dün-
yası ilə bağlıdır. 
Abidədən (Kitabi-Dədə Qorquddan) gətirdiyimiz 
örnəklərdəki  «qara  yer»in  qarğışlardakı  «qara  yer»lə 
eyni  olmasına  şübhə  etmirik.  Bu  da  göstərir  ki,  qara 
rənglə ifadə olunan «qara yer» Oğuz təsəvvüründə üs-
tündə,  üzərində  gəzilən  ev,  otaq  tikilən  dünyanın  alt, 
qaranlıq, yəni qara rəngli qara qatıdır. Məsələ belədir 
ki, qara  yerin alt qatına birbaşa dəxli olan və insanın 
dünyasını dəyişməsini bildirən «ölüm» də «Kitab» da 
elə «qara ölüm» şəklində deyilir (1, s. 67-68). 
Prosesin  məntiqi  davamı  isə  Xortdanın  cəhənnə-
mə  düşməsi  və  onun  bələdçisi  ilə  (odabaşı)  ilə  rast-
laşması, daha doğrusu bələdçinin onu qarşılamasıdır. 
Maraqlıdır ki, islam-mifik təsəvvüründə o dünya-
ya düşən ruhun bələdçisi, yol göstərəni olmur.  
Dantenin  «İlahi  komediyası»nda  da  cəhənnəmə 
düşən  qəhrəmana  şair  Vergili,  əraf  hissəsində  isə 
gənclik  dövrünün  sevgilisi  olan  Beatriçi  bələdçilik 
edir. 

Aynurə  Paşayeva 
 
 
58 
Əvvəldə  qeyd  etdiyimiz  kimi  Xortdan  nə  mənfi, 
nə də müsbət surətdir, o əsərdə yazıçının bir növ əvəz 
edən  obrazdır.  Əsərdə  mənfi  surətlər  çox  olsa  da, 
müsbət surətlər də vardır.  
Müsbət surətlər, adətən, müəllifin müsbət idealla-
rının  ifadəçisi  olub,  onun  həyat  və  cəmiyyət  haqqın-
dakı arzu və fikirlərini təcəssüm etdirir. Bu surətlərdə 
müəllifin dünyagörüşünün, dövrə, insanlara şəxsi mü-
nasibətinin  müəyyən  əlamətlərini  görmək,  izləmək 
mümkündür. Qeyd etmək lazımdır ki, Haqverdiyevin 
nəsrindəki müsbət surətlərin əksəriyyəti daha çox fər-
di  cəhətləri,  şəxsi  ləyaqətləri  ilə  diqqəti  cəlb  edir. 
Onlar gözəl əxlaqi keyfiyyətləri ilə hüsn-rəğbət qaza-
nırlar.  Müsbət  surətlər  ən  çox  təbiətləri  etibarı  ilə 
qüvvətli  və  orijinal  görünür.  Haqverdiyevin  müsbət 
surətləri ən çox zəhmətkeş xalq içərisindən çıxmış su-
rətlər olur. Bu surətlərdən Fərmanla Gövhərtacın adla-
rını  çəkmək  olar  ki,  onlar  «Odabaşının  hekayəsi»nin 
əsas  qəhrəmanları  olan  əmioğlu-əmiqızıdırlar.  Heka-
yənin süjeti məhəbbət dastanlarımızı, o cümlədən da-
ha çox «Tahir və Zöhrə» dastanını xatırladır. Dastan-
da olduğu kimi hekayədə də sevgililərin vüsalına qarşı 
çıxışlar  olur.  Ancaq  dastanlarda  olan  bəzi  motivlər 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
59 
(qəhrəmanların  məhəbbətinin  toxunulmaz  qalması, 
yanaşı dəfn olunmamaqları) povestdə yoxdur. 
«Odabaşının  hekayəsi»ndəki  Fərman  ədibin  nəs-
rində  ən  qüvvətli  lirik  qəhrəmandır.  Ədib  Fərmanı 
həm  müsbət  surət  kimi,  həm  də  dövrünün  hacılarının 
ən  çirkin  simalarını  açıb  göstərən  bir  bədii  vasitədir. 
Doğrudur, Haqverdiyev həmişə bədii vasitələrdən mə-
harətlə  istifadə  etmişdir.  Ancaq  bu    dəfə  bədii  vasitə 
surətdir.  
İlk əvvəl  ədib onun bədii portretini, daxili aləmi 
haqqında məlumat verərək yazır: «Fərman, gözəl, qo-
çaq, iş bacaran və şəhərin cavanları arasında sayılan, 
yoldaşlıqda  möhkəm,  dost  yolunda  var-yoxundan  ke-
çən  və  atası  tək  təmiz,  pakqəlb  bir  oğlan  idi»  (31,          
s. 90). 
O,  öz  əmisiqızını  böyük  məhəbbətlə  uşaqlıqdan 
sevir,  onun üçün hər  şeyi etməyə  hazırdır. Doğrudan 
da,  Fərman  əlindən  gələni  də  əsirgəməyir:  «Belə  ki, 
Fərman bir gün Gövhərtacı görməyəndə rahat ola bil-
mirdi.  O  səbəbdən  Fərman  hər  gün  səhərdən  axşa-
madək əmisinin ağır işlərinə məşğul olurdu. Qutulara 
səbzə  doldurmaq,  torbalara  kişmiş  basmaq,  arabaları, 
ulaqları  yükləmək...  Bu  zəhmətlərinin  hamısını  Fər-

Aynurə  Paşayeva 
 
 
60 
man mükafatsız çəkirdi. Onun mükafatı gündə bir ne-
çə dəfə Gövhərtacı görmək idi» (31, s. 91). 
Ancaq  Fərmanın  sevgisi  qarşılıqsız  deyildi.  Əmi-
siqızı  Gövhərtac  da  onu  böyük  məhəbbətlə  sevirdi. 
Fərman  eşidəndə  ki,  əmisi  Gövhərtacı  xana  vermək 
istəyir,  əvvəl  məyus  olur.  Ancaq  çox  təəssüflər  olsun 
ki, Hacı Kamyab kimi zəngin tacirlər mənəviyyat zən-
ginliyi  barədə  deyil,  ancaq  maddi  zənginlik  haqqında 
düşünürlər. Fərmanı hadisələrin gedişatında da müba-
riz  qəhrəman  kimi  görürük.  «İbrahim  oğluna  nəsihət 
elədi: 
– Oğul, belə fikirləri ürəyindən çıxart. Öləcəyəm, 
öldürəcəyəm  nədir?  Əmin  bizim  tək  kasıblarla  ya-
xınlaşmaq  istəmir.  Özü  dövlətlidir,  dövlətli  yerə  də 
yıxılır.  Sən  özün  də  gözəl,  qoçaq  cavanlar  arasında 
sayılan oğlansan. Hansı dövlətlinin qızını istəsən, sə-
nə  verər.  Əmin  qızını  vermədi  nə  olar?  Çıraq  dibinə 
işıq salmaz. 
–  Ata,  mənə  dövlət  lazım  deyil.  Əmim  dövlətini 
kimə  verirsə,  versin.  Mən  çörək  qazanmaqda  aciz 
deyiləm.  Kəsilsin  iki  əl  ki,  bir  başı  saxlaya  bilməyə. 
Mənə  ancaq  istəklim  lazımdır.  Mən  yoldaş  arasına 
çıxa  bilməyirəm.  Mənim  heç  bir  başqa  yolum  yox-
dur» (31, s. 96). 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
61 
Hadisələr Fərmanın xarakterinin mahiyyətini açıb 
aydınlaşdırır. Fərman bu dəfə ən gözlənilməz  yola əl 
atır.  Həkimbaşına  pul  verib  Gövhərtacı  qaçırdır.  An-
caq Fərman bu dəfə də arzusuna çata bilmir. Yağışdan 
çıxıb yağmura düşür. Hacı Mirzə Əhməd ağa qızın ni-
kahını özünə oxuyur. Bunu bilən Fərman artıq müba-
riz  yox,  aciz  qəhrəmana  çevrilir.  Bundan  sonra  onun 
faciəsi başlayır. 
Ədib qədim təsəvvüf ədəbiyyatından bəhrələnərək 
Fərmanı  Məcnun  kimi  ölkələrə  salır.  Artıq  o,  Dərviş 
Nakam kimi gəzməyə başlayır. Təsəvvüf ədəbiyyatın-
da aşiq sevgilisinə maddi dünyada qovuşa bilməyəndə 
mənəvi  dünyasında  əsl  məhəbbətini  tapır.  Fərman 
müsbət  qəhrəman  kimi  qüvvətli  ifşaçılıq  imkanlarına 
malikdir.  Onun  faciəli  taleyi  öz-özlüyündə  yaşadığı 
cəmiyyətin  ədalətsizliyini  və  fırıldaqçı  din    xadimlə-
rinin riyakarlığını rüsvay edən çox tutarlı və xarakter 
faktıdır: «Ata, bu gecə mən şəhərdən gedəcəyəm. Hər 
bir  yerdən  «Dərviş  nakam»  adı  eşitsən,  bil  ki,  oğlun-
dur.  Mən  bu  adla  dünyanı  səyahət  edəcəyəm.  Bilmə-
yirəm harada öləcəyəm. Ancaq arzu edirəm ki, öləndə 
gözlərim  o  fasiq  Hacı  Mirzə  Əhməd  ağanın  divarına 
baxsın və divarın dalından mənim kimi dərdə mübtəla 
gözəl bir vücudu hiss eləsin. Ata, mən gedirəm. Am-

Aynurə  Paşayeva 
 
 
62 
ma  sənə  vəsiyyətim  budur  ki,  inanma  bunlara!  Onla-
rın  danışıqları  hamısı  riya  və  yalandır:  allahları  və 
şəriətləri  də  yalandır!  Əgər  yalan  olmasaydı,  özləri 
ona itaət edərdilər! Dünyada sərvət  yığmaq, ləziz çö-
rək  yemək,  behiştə  bənzər  otaqlarda,  qəsrlərdə  əylə-
şib, nazənin sənəmlərdən aparmağa çalışmazdılar: hə-
mişə  tərif  etdikləri  axirət  üçün  çalışırlar!  Doğru  ol-
saydı, hamıdan qabaq  ruhanilər, dünyaya fani deyən-
lər, dünya malına cəhənnəm odu deyənlər onu axtarır-
dılar»  (31,  s.  112).  Fərman  hekayənin  sonunda  dərin 
iztirablarla dünyasını dəyişir.  
Gövhərtac da öz sevgisində Fərman kimi bacardı-
ğı qədər mübarizdir. Gövhərtac atasının onu istər Xu-
dayar  xana,  istərsə  də  Hacı  Mirzə  Əhməd  ağaya  ve-
rəndə razılaşmır. Hətta arxasına baxmadan evi də tərk 
edib  sevgilisinin  yanına  qaçır.  Hacı  Mirzə  Əhməd 
ağanın evində üç il olsa da, Fərmanın dərdindən xəstə 
olub yorğan-döşəyə düşür. Ölümünə yaxın Hacı Mir-
zə Əhməd ağaya vəsiyyət edir ki, onu Fərmanın qəbri-
nin yanında basdırsın. Ancaq Hacı Mirzə Əhməd ağa 
onun  vəsiyyətini  əməl  etmir.  Fərmanla  Gövhərtac  nə 
qədər çalışsalar da, dövrünün amansız qanunları qarşı-
sında aciz qalırlar. 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
63 
Ə. Haqverdiyevin nəsr  əsərlərindəki  mənfi surət-
lər  də,  çox  maraqlı  və  orijinal  bir  silsilə  təşkil  edir. 
Ədib əsərə keçməzdən əvvəl bir neçə söz olan hissədə 
qeyd edir: ««Cəhənnəm məktubları» adlandırdığım bu 
əsərim «Marallarım»ın mabədi olaraq, bir para mənfi 
tiplərdən və mövhumatdan bəhs edən bir əsərdir» (31, 
s. 26). 
Ədib bütün eybəcərlikləri, dövrünün qanunsuzlu-
ğunu  mənfi  tiplərin  simasında  təsvir  edir.  Olduqca 
satirik surətlərlə bol olan povest Xortdanın dili ilə ifşa 
olunur.  Mənfi  tiplərin  də  özlərini  də  bu  cür  qrup-
laşdırmaq olar:  
1) Fırıldaqçı din xadimləri, tacirlər.  
2) Yerli dövlət məmurları (xan, bəy və s.). 
3) Çar məmurları. 
Ədib «Xortdanın cəhənnəm məktubları»nda tacir-
lərin və ruhanilərin heç birinin ayrı-ayrılıqda müfəssəl 
portretini  yaratmamışdır.  Bununla  belə  əsərdə  tacir-
lərin ən səciyyəvi cəhətləri dəqiq açılmış və onlar çox 
mükəmməl rüsvay edilmişdir. 
Ədib Bərdə və Ağdam bazarlarının təsvirini verən 
zaman  buradakı  tacirlərdən,  hacıların  fırıldaqçılığına, 
acgözlüyünə, dələduzluğuna aid kinayəli işarələr ver-
mişdir. Tədricən  bu ümumi kinayələr  konkretləşir və 

Aynurə  Paşayeva 
 
 
64 
hacı  Mehdiqulunun  müamiləçiliyindən,  Məşədi  Sün-
bənin  fırıldaqçılığından,  «imarətlər»,  gəmiləri,  kar-
vansarası olan Hacının ifrat xəsisliyindən özünün zir-
və nöqtəsinə çatır. 
Ədib  Hacı  Mehdiqulunun  digər  hiyleyi-şəriyyə-
sindən  danışanda  yazır:  «Tutalım,  bir  nəfər  bəy  gəlib 
hacıdan beş yüz manat qərz istəyir, hacı da bəyi mötə-
bər  bilib  razı  olur.  Gərək  altı  ayını  vədəsinə  altı  yüz 
əlli veksel yazılsın. Hacı əl qatıb qəfəsdən bir ədəd bir 
abbasılıq yaylıq götürüb deyir:  
– Bəy, siz bu yaylığı məndən yüz əlli manata al-
mağa razısınızmı ki, pulunu da altı aydan sonra verə-
siniz? 
Bəy  razı  olur,  veksel  altı  yüz  əlli  manata  yazılır. 
Beş  yüz  manat bəyin  borcu  və  yüz  manat  da  altı ay-
dan sonra verəsiniz!» (31, s. 35). 
Digər din xadim Ağ Molla yenə pul qazanmaqdan 
ötrü  islam  dinin  qanunlarına  zidd  gedir.  Çünki  islam 
dinində  o  biri  dünyaya  gedib  qayıtmaq  yoxdur.  Əgər 
bir  insan  öz  istəyi  ilə  belə  etsə,  cəhənnəmi  gəzdirsə, 
bunun  müqabilində  müəyyən  məvacib  alırsa,  əlbəttə, 
bu böyük cinayətdir. 
Digər  din  xadimi  Məşədi  Sünbədir.  O,  gördüyü 
əməllərində  heç  bir  günah  iş  görmür.  Ancaq  Məşədi 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
65 
hamıya  pul  verərdi,  hamıya  kömək  edirdi,  hamının 
əlindən  tutardı.  Əlbəttə,  yaxşı  insan  olduğuna  görə 
yox, sələmçi olduğuna görə. Ona görə də cəhənnəmdə 
onun  iki  ayaqlarını  sifətinə  bağlayıb  bir  aşağı-yuxarı 
sürüyürlər. 
Başqa  bir  Hacını  da  hədər  yerə  görə  cəhənnəmə 
salmayıblar.  Çünki  Hacı  kəndlərdən  on  girvənkəlik 
yağı  yeddi  manata  yığırmış.  Amma  hamının  Hacıya 
inamı vardı. Çünki bir dəfə Hacı alıcının beş manatını 
əskik qaytardığına görə onun pulunu özünə  geri qay-
tarmışdı. 
Ədib Hacı obrazının daxili aləmini həm bədii psi-
xoloji portretlə, həm də monoloqu və dialoqlarla açıb 
göstərir.  Ədib  onun  portretini  yaradan  zaman  xarici 
görkəminə üstünlük vermir. Birbaşa onun xarakterinə 
keçir: «Hacı Bakıda bir məşhur kişi idi. İstər dövlətdə, 
istər  xəsislikdə  neçə  ədəd  böyük  imarətləri,  gəmiləri, 
karvansaraları  var  idi.  Bununla  belə,  gündə  iki  abba-
sıdan  artıq  xərc  etməzdi.  Yol  uzaq  olanda  faytona 
minməzdi, çünki beş şahı fayton pulu xərc hesab edər-
di.  Həmişə  qonyaka  minərdi.  Haraya  istəsəydi,  bircə 
şahı manata aparardılar» (31, s. 85). 
Hacının xəsisliyi bununla bitmir, həkimə pul ver-
məyin dərdindən ömrünün axırına kimi tək gözlə gəz-

Aynurə  Paşayeva 
 
 
66 
məyə  razı  olur.  Hacı  komandirin  gəminin  batmasın-
dan ötrü on manat nəzirini eşidəndə «üç gün oruc tut-
ması»  bundan  yaxşı  hesab  edir.  Düzdür,  Hacı  şəriət 
qaydalarını  yaxşı  bilirdi.  Cəhənnəmdə  Xortdana  rast 
gələn Hacı real dünyaya qayıdacağını fikirləşir. Çünki 
Hacının min bir əziyyətlə yığdığı pulu onun oğlu axı-
rına  çıxmışdır.  Hacıdan  qalan  bütün  paraxodlar,  kar-
vansaraların  hamısını  qumarda  uduzmuşdur.  Hacı 
bunları  eşidəndə  ürəyi  gedir.  Hacı  cəhənnəmdə  də 
mal-dövlətinin  taleyini  fikirləşir.  Çünki  mal-dövlət 
onun üçün bu dünyada hər şeydən, hətta öz doğma ca-
nından  belə  üstündür.  Hacıya  cəhənnəmdə  cəza  kimi 
törətdiyi  əməllərin  müqabilində  odlu  pullar  saydırır-
lar. 
Xortdan  Odabaşı  ilə  cəhənnəmi  süpürən  Hacı 
Mirzə Əhməd ağa ilə rastlaşır. Hacı Mirzə Əhməd ağa 
ilə  bağlı  əhvalat  «Odabaşının  hekayəsi»  adlanır.  Bu 
hekayədə öz mənfəətlərini fikirləşən din xadimlərinin 
dövrün  günahsız,  bir-birini  böyük  məhəbbətlə  sevən 
gənclərinin bədbəxt taleyinə səbəb olmasından danışı-
lır. 
Qeyd  etmək  lazımdır  ki,  «Odabaşının  hekayə-
si»ndə  mövzusu  mənəvi  eşq  və  maddi  eşq  qarşıdur-
ması  əhatə  edir.  Əsərdə  ideyanın  bədii  həllinə  yazıçı 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
67 
orijinal bir şəkildə, süjetin Gövhərtac ətrafında qurul-
masıyla  həyata  gerçəkləşdirir.  Gövhərtac  pak  və  mü-
qəddəs eşqin rəmzidir. Ətrafındakılar isə Gövhərtacın 
məhəbbətinə maddiyyat baxımından  yanaşırdılar. Ha-
cı  Kamyab,  Gövhərtacın  anası,  Hacı  Mirzə  Əhməd 
ağa insani münasibətlərə varlanmaq ehtirası ilə yana-
şan obrazlardır. 
Hekayənin  əvvəlində  Hacı  Kamyabın  xarakteri 
bədii  təhkiyədə  aydınlaşır:  «İbrahim  Hacı  Kamyab 
adlı bir qardaşı var idi. Hacı Kamyab şəhərdə ən zən-
gin  tacir  sayılırdı.  Onun  ticarəti  nəinki  öz  məmləkə-
tində,  hətta  əcnəbi  ölkələrdə  də  işləyirdi.  İstanbulda, 
Bakıda,  Tiflisdə,  Batumda  onun  amilləri  var  idi.  Ru-
siyanın hər şəhərində  onun  malı işlərdi. İldə  bir dəfə 
Hacı özü səyahətə çıxıb, təftiş və bazarların tələbatına 
bələd  olmaq  üçün  Rusiyanı,  Türkiyəni  gəzib  qayı-
dardı... 
Hacı  Kamyabın  qapısı  hər  gələn  üçün  açıq  idi. 
Hər  il  məhərrəm  ayının  birindən  onunadək  imam 
ehsanı verərdi. Şəhərin cəmi tüccarı, üləma və soldatı 
onun ehsanından cəm olurdular. Aşura günündən baş-
lamış imamın qırxınadək təkyə saxlardı. Təkyələrində 
çay  və  qəndab  sel  kimi  axardı.  Bununla  belə,  Hacı 
Kamyab  qardaşı  İbrahimin  əlini  tutmazdı  və  deyərdi: 

Aynurə  Paşayeva 
 
 
68 
«İkimiz  də  bir  atanın.  Bir  ananın  uşaqlarıyıq,  atamız 
ikimizə də bərabər irs qoyub gedib. Mən çalışıb qaza-
nan kimi o da qazansın» (31, s. 90-91). 
Hacı  Kamyab  öz  doğma  balasını  Xudayar  xana 
vermək  istəyəndə  səhərdən-axşama  kimi  qapısında 
nökər  kimi  işləyən  Fərmanı  da  başa  düşürdü.  Onun 
bütün  bunları  Gövhərtacdan  ötrü  elədiyini  də  bilirdi, 
amma  buna  icazə  verirdi.  Çünki  Hacı  Kamyab  tacir 
adam idi. Öz gəlir və çıxarlarını yaxşı fikirləşirdi. Fi-
kirləşirdi ki, qoy nə qədər işləyir, işləsin. Çünki nə qə-
dər çox işləsə, Hacı Kamyabın xeyrinə idi. Hacı Kam-
yab qızını Hacı Mirzə Əhməd ağaya da verməyə razı-
laşır. Ona görə ki, Hacı Mirzə Əhməd ağanın əmlakı 
və sərvəti Xudayar xanınkından artıq idi. Xanın pam-
bıq və ərzağını icarəyə götürüncə ağanınkını götürmə-
yi  fikirləşir,  həm  də  bunu  özünə  yüksək  rütbə  də  he-
sab  edirdi.  Hacı  Kamyabın  gözünü  mal-dövlət  həris-
liyi elə bürümüşdü ki, Gövhərtacla Fərmanı təmənna-
sız  və  fədakar  məhəbbətini  fikirləşmirdi.  Beləliklə, 
konflikt  maddi  maraqların  xeyrinə  həll  olur.  Ancaq 
sonda  maddiliyin  qalibiyyətini  zahiri  saymaq  olar. 
Çünki Hacı Kamyab nə qədər var-dövlət fikirləşib ha-
lının  yaxşılaşmasını  istəsə  də,  bir  o  qədər  də  qızının 
taleyini  uçuruma  aparırdı.  Bunu  biz  İbrahimin  nit-

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
69 
qində də görürük; «Gövhərtac da sən gedəndən naxoş-
dur.  Əmini  görsən,  tanımazsan.  Xiffətdən,  qüssədən 
müqəvvaya dönübdür. Mirzə Mehdi həkimbaşı gündə 
neçə dəfə ağanın evinə gedir. Hətta ağa  yazıb padşa-
hın  xüsusi  təbibini  gətirdi.  O  da  bir  neçə  gün  qalıb 
getdi.  Deyirlər,  mərəzi  vərəmdir,  sağalmayacaqdır» 
(31, s. 119). 
Hacı  Kamyabın  tamahkarlığı  yeganə  övladı  olan 
Gövhərtacın fəlakətli səhnəsində ən kəskin və sərrast 
ifşasını  tapmış  olur.  Lakin  Hacı  Kamyab  hekayənin 
ikinci yarısında göstərilmədiyindən bu obraz müəyyən 
dərəcədə natamam görünür. 
««Odabaşının  hekayəsi»ndə  Gövhərtacın  anasını 
bir  obraz  kimi  xarakterizə  edən  şərhlərdən  qaçılır. 
Qadının bir şəxsiyyət kimi ətraf aləmə, ailəsinə, nəha-
yət, öz doğma qızına münasibətini, fərdi mənəvi key-
fiyyətlərini, ancaq bircə detal – Ac Kamran xanın ar-
vadıyla  özünün  müqayisəsi  müəyyənləşdirir,  qızının 
nişan xəbəri onun üçün qızının xoşbəxt taleyi, səadəti 
ilə  bağlı  xəbər  deyildir.  Onun  üçün  qızının  taleyinə 
verilən  reaksiya,  yaranan  ovqat,  ancaq  bu  hissin  tə-
əssüratından  qaynaqlanır»  (46,  s.  87).  «O  günü  ha-
mamda  başıma  su  tökürəm,  gördüm  bir  nəfər  arvad 
yanımdakına deyir: 

Aynurə  Paşayeva 
 
 
70 
–  O  başına  su  tökən  kimdir?  Ona  deyin  bir  az 
kənara çəkilsin. Suyu üstümə sıçrayır. 
Yanındakı arvad ona deyəndə ki, bu Hacı Kamya-
bın arvadıdır, dedi: 
– Bah, bah! Böyük adamın arvadıdır! Baqqal İb-
rahimin qardaşı arvadı! Ona deyin kənara çəkilsin. 

 
Sonra  baxam,  görəm  kim?  Ac  Kamran  xanın 
arvadı... 
Bundan sonra, mən də bildiyimi elərəm. Mən ona 
özüm  çimib  çıxınca  hamama  girməyə  izn  vermə-
yəcəm. Qoy desinlər: 

 
Dayan, gözlə, Gəray xanın qayınanası içəridədir.   
Hacı Kamyab çıxandan sonra arvad qabaqca müc-
rünün qapağını açıb tamaşa elədi. Mücrü də  qiymətli 
cavahirat  az  deyildi.  Amma  arvadının  zənnincə,  bu 
mücrüdəki  cavahirat  Hacının  cəmi  dövlətinə  bərabər 
idi» (31, s. 94-95). 
Mücrüdəki cavahirat Gövhərtacın anasının əhval-
ruhiyyəsi  baxımından  qiymətləndirilir  və  özünün  bü-
tün mal-dövlətinə bərabər tutulur, çünki cəvahir dolu 
mücrü  onun  yeganə  məqsədinə,  arzusuna  çatmağın-
dan  xəbər  verir  və  ona  həmin  mücrüyə  Gövhərtacın 
nişan  mücrüsü  kimi  deyil,  ağlına  gətirmədiyi,  amma 
həsrətini çəkdiyi qələbəsinin rəmzi kimi baxır. 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
71 
Əslində  Gövhərtacın  anası  mənəviyyat  baxımın-
dan çox kasıbdır. O, həyatın xoşbəxtliyini yalnız dün-
yanın  cah-cəlalında  görürdü.  O,  qızının  sağaldığını 
eşidəndə  bunu  getdiyi  pirlərlə  əlaqələndirir.  Buradan 
onun  avamlığı,  cahilliyi  aydın  bilinir:  «Yox,  bu  dər-
man  işi  deyil.  Dünən  mən  gedib  imamzadədə  şam 
yandırdım.  İmamzada  mənim  qızıma  kömək  elədi. 
Bu, möcüzədir. Dərman bir gündə mərəzi sağaltmaz» 
(31, s. 102). 
Mənəviyyatında  olan elmsizlik  onun  nitqində bü-
ruzə  verir.  Əlbəttə,  bu  hadisə  o  dövrün  bir  çox  tacir 
arvadları  üçün  səciyyəvi  xüsusiyyət  idi.  Gövhərtacın 
Hacı  Mirzə  Əhməd  ağaya  verildiyini  eşidəndə  anası-
nın  ən  böyük  arzusunun  şahidi  oluruq:  «Arvad  bunu 
eşidəndə az qaldı durub evin içində oynasın. Öz-özü-
nə  deyirdi:  «Bundan  sonra  nəinki  Kamran  xanın  ar-
vadı, hətta tamam əyanın arvadları məclisində mənim 
ayağıma  duracaqlar.  Qoy  gözü  götürməyənlərin  can-
ları çıxsın» (31, s. 109). 
Dar  dünyagörüşlü  bu  xanım  ancaq  başqalarının 
fikrini  dəstəkləyir.  Onun  üçün  ancaq  var-dövlət  ma-
raqlıdır.  
Ədib Hacı Mirzə Əhməd ağanın ilk portret təsvir-
ləri,  əvvəlcə,  oxucuda  xoş  təəssürat  oyadır.  Oxucuya 

Aynurə  Paşayeva 
 
 
72 
elə gəlir ki, nəhayət ki, cəhənnəmdəki hacıların içəri-
sində bir etibarlısına da rast gəlindi: «Bir polis nəfəri-
nin, bir xanın, bir hakimin Hacı Mirzə Əhməd ağanın 
evindən  adam  çıxartmağa  hünəri  yox  idi.  Dəstə  ki, 
girdi,  qurtardı.  Hacı  Mirzə  Əhməd  ağanın  xanimanı 
qədim  zamandan  müqəddəs  bir  məkan  hesab  olunur-
du. 
Hacının  atası  və  babası,  həmçinin,  nüfuz  sahibi 
müctəhidlərdən olublar... Cəmi əhali Hacı Mirzə Əh-
məd  ağanı  müqəddəs  hesab  edirdi.  Hətta  belə  danı-
şardı  ki,  guya  ağa  çətin  məsələlərin  həlli  üçün  gecə 
yarısı bir xəlvət otağa çəkilib, orada peyğəmbərlə söh-
bət edib fitva alır. 
Ağanın  xüsusi  məvacibxor  agentləri  hər  yeri  do-
lanıb, belə  xəbərləri buraxırdılar  və  avam xalq da  bu 
agentlərin sözlərinə bavər edirdilər» (31, s. 105). 
Müəllif göstərir ki, Hacı Mirzə Əhməd ağaya ha-
mının  böyük  ehtiramı  vardı.  Hamı  onu  dindar  insan 
kimi tanıyardı. Çünki o, namaz qılmayanları, oruc tut-
mayanları,  xüms,  zəkat  verməyənləri  qapısına  qoy-
mazdı. Məhz bu xüsusiyyətlərinə görə də Hacı Mirzə 
Əhməd ağaya  Fərman  pənah  aparıb  Gövhərtacı  onun 
evinə qoyur. Çünki şəhərdə ən etibarlı adam o idi. Ha-
cı Mirzə Əhməd ağa da Fərmanın təklifinə icazə verir. 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
73 
Hacı  Mirzə  Əhməd  ağanın  hadisələrin  bu  məqamı-
nadək onun xarakterinin yaxşı tərəfləri görünür. Göv-
hərtacın  sayəsində  onun  əsl  siması  üzə  çıxır.  Hadisə-
lərin  bundan  sonrakı  gedişatında  Gövhərtac  onun  bü-
tün  mənfi  xarakterini  bəyan  edən  bir  surətə  çevrilir. 
Hacı Mirzə Əhməd ağa barəsində işlədilən nəfsi-əma-
rə nəfsin yeddi forması içərisində ən dəhşətli nəfs for-
masıdır.  İnsanı  bəd  əməllərə  sürükləyən  nəfsdir.  An-
caq  Haqverdiyev  bunu  «əmredici  nəfs»  adlandırır. 
Hacı  Mirzə  Əhməd  ağa  nə  qədər  xeyirxah  olsa  da, 
onun  tamahkarlığı  nitqində  özünü  göstərir:  «Fərman 
gedəndən  sonra  Hacı  Mirzə  Əhməd  ağa  otağında  bir 
qədər  o  baş-bu  başa  gedib,  Fərmanın  və  Gövhərtacın 
gələcək  xoşbəxt  günlərinin  gözünün  qabağından  ke-
çirirdi  və  xəyalında  deyirdi:  «İki  sevginin  bir-birinə 
yetişməklərinə  səbəb  olmaq  böyük  savabdır.  Qoy 
dünyada istirahətlə ömür sürüb, mənə duaçı olsunlar. 
Bu  yerdə  qəflətən  ağanın  başına  bir  şeytan  fikir 
gəldi: «Yox, belə deyil! Fürsət fövt eləyən aqil deyil, 
divanədir. Belə fürsət heç vaxt ələ düşməz. Qələt elə-
yir Fərman, başını daşa döyür Xudayar xan! Qızın ni-
kahını özümə  oxuyacağam. Hacı  Kamyabın  sərvətin-
dən keçməkmi olar?» (31, s. 108). 

Aynurə  Paşayeva 
 
 
74 
Hacı Mirzə Əhməd ağanın xarakterindəki eybəcər 
cizgilər  bundan  sonra  özünü  göstərir.  Nəfsi-əmarə 
onun  dilindən  xarakterindəki  eybəcərlikləri  üzə  çıxa-
rır.  O,  Fərmanı  arxayın  edib  evinə  göndərir.  Fərman 
Gövhərtacın  Hacı  Mirzə  Əhməd  ağaya  verildiyini 
eşidəndə  dərviş  olub  çöllərə  düşür.  Sonra  isə  Füzuli-
nin  Məcnunun  dilindən  deyilən  qəzəllə  həyatdan  ge-
dir. Hacı Mirzə Əhməd ağa Gövhərtaca tam sahiblənə 
bilmir.  Baxmayaraq  ki,  Gövhərtacın  valideynlərini 
maddi qüvvəsinin gücü ilə razı salır, ancaq mənəviy-
yat  üzərində  qələbə  çala  bilmir.  O,  Gövhərtacın  son 
nəfəsində  verdiyi  sözü  əməl  etməməklə  ən  çirkin  si-
masını  ikinci  dəfə  sübuta  yetirir.  Hacı  Mirzə  Əhməd 
ağa  bu  dünyada  olduğu  kimi,  o  dünyada  da  onların 
qovuşmasına mane olmaq istəyir. Əlbəttə ki, bəlkə də, 
Hacı  Mirzə  Əhməd  ağa  fikirləşirdi  ki,  Gövhərtacla 
Fərmanı birgə dəfn etsə, onu qınayardılar ki, öz arva-
dını keçmiş sevgilisinin yanında dəfn edir. 
Ə.  Haqverdiyev  yerli  dövlət  məmurlarının  hamı-
sını  mənfi planda  vermişdi. Bu dövlət  məmurları  uç-
tel, Dəsturov, həkimbaşı Mirzə Mehdi, vəkillər, vətən 
xainlərini  təşkil  edir.  Haqverdiyev  uçteli,  yəni  müəl-
limi oxucuya təqdim etməzdən əvvəl onun xarici port-
retini  yaradaraq  yazır:  «Bir  nəfər  arıq,  uzunboğaz, 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
75 
başı  şapkalı,  əynində  bozarmış  sertuq,  təxminən  qırx 
sinində  şəxs,  qabağında  bir  stəkan  dişləmə  çay.  Tez-
tez  yumruğunu  yerə  döyüb  burnunu  çəkərək,  onunla 
yanaşı oturmuş tənumənd, yoğun qarasaqqalı bir ham-
pa kəndli ilə mübahisə eləyirdi» (31, s. 29). 
Haqverdiyev  mənfi  tiplər  silsiləsinə,  zəhmətkeş 
xalqı  elmdən  uzaqlaşdıran  «ziyalı»  və  «oxumuşlar» 
da daxildir. Mirzə Səttar – «uçtel» işdən çıxarıldığına 
görə səbəbi hampada görür. Ancaq əslində hampanın 
heç  bir  günahı  yox  idi.  Çünki  hampa  Mirzə  Səttarın 
dərs gətirməyə getmək bəhanəsi ilə kef eləməyə getdi-
yini bilmirdi. 
Həyat  həqiqətlərini  olduğu  kimi  təsvir  edən  ədib 
«Xortdanın cəhənnəm məktubları» kimi əsərində, yeri 
gəldikcə, maarifin geriliyini, dözülməz vəziyyətdə ol-
masını  qamçılayırdı.  Ədib  yaxşı  bilirdi  ki,  maarifin 
olamaması  zəhmətkeş  xalqı  uzun  müddət  fırıldaqçı 
din  «məddahlarının»  ağır  pəncəsi  altında  saxlamış, 
göz  açmağa  qoymamış,  qaranlıqdan  işıqlı  aləmə  çıx-
masının qarşısını almışdır. Ə. Haqverdiyev, C. Məm-
mədquluzadə,  Sabir  kimi  məktəblərin  tamamilə  yeni 
qaydada qurulmasını arzu edirdi. 
Cəhənnəmdəki  «Veyl  quyusu»na  vətən  və  dövlət 
xainlərini  salırlar.  1828-ci  il  «Türkmənçay»  müqavi-

Aynurə  Paşayeva 
 
 
76 
ləsi  imzalarkən  vətənin  bir  hissəsini  öz  nəfsinə  satan 
yerli  vəkillər  təpəsi  üstə  bu  quyuya  salınmış,  onların 
«vay-dədəm vay» səsi yetmiş ildən sonra cəhənnəmdə 
eşidilir.  Öz  məmləkətini  «bir  yaranallığa  satan  Qara-
bağ hakimi İbrahim xan və başqa vətən xainləri belə-
cə tənqid və ifşa olunur. Nəsrəddin şah, Sultan Əbdül-
həmid,  Nikolay,  Purişkeviç,  Stolipin  irticası,  Fazili-
Dərbəndi,  Molla  Hacı  Baba  və  s.  tarixi  şəxsiyyət  və 
onlarla bağlı hadisələr, yəni «Molla Nəsrəddin» jurna-
lının daimi tənqid hədəfləri povestdə dönə-dönə yada 
salınır və adları çəkilərək qamçılanır. Qurani-Kərimdə 
Veyl  haqqında  yazılır:  «O,  günü  yalanlamış  olanlara 
Veyl  vardır»  (əl-Mursəlat  surəsi,  15-ci  ayə);  «Mən 
onu  sərt  bir  yoxuşa  sürükləyəcəyəm»  (əl-Muddəssir 
surəsi,  17-ci  ayə).  Əbu  Səid  əl-Xudri  –  radıyallahu 
anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  -  sallallahu  aleyhi 
və səlləm – buyurdu: «Veyl - Cəhənnəmdə bir vadidir 
(Başqa rəvayətdə: İki dağ arasında bir vadidir). Kafir 
orada 40 il batar. Lakin dibinə çatmaz». 
«Xortdanın  cəhənnəm  məktubları»nda  başlıca 
tənqid  hədəflərindən  biri  qondarma  ərizələrlə  çar  hö-
kumətindən ona-buna bəylik rütbəsi almaqla varlanan 
Dəsturovdur. O, Şuşada yaşayan konkret tarixi şəxsiy-
yətdir.  «Molla  Nəsrəddin»  jurnalı  həddini  aşan  bu  fı-

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
77 
rıldaqçı  haqqında  «Dəsturov  sehrkar»  imzası  ilə  ay-
rıca ifşaedici bir elan çap etmişdir. Ə. Haqverdiyevin 
ona  verdiyi  satirik  bədii  səciyyə  həmin  elanla  yaxın-
dan səsləşir. Dəsturovun və bir sələmçi tacirin tamah-
karlıq,  «nəfsi-əmmarə»  azarına  tutulduğunu  göstərən 
ədib,  belə  tipləri  Vaqifin  məşhur  bir  beyti  ilə  bədii 
ümumiləşdirir: 
 
Alimu abid, müridü mürşüdü şagirdü pir, 
Nəfsi-əmmarə əlində cümləsi  
olmuş əsir (31, s. 82). 
 
Müəllifin hünəri, cəsarəti, qələm qüdrəti təkcə on-
da deyil ki, qara camaatın gözündən pərdə asıb güclü 
nüfuz,  böyük  hörmət  qazanmış  mənsəb  sahiblərini, 
«müqəddəs» cildinə girənləri tənqid və ifşa etməkdən 
qorxub  çəkinmir.  Başlıca  ustalıq  bir  də  ondadır  ki, 
ədib tənqid eləməyin çeşidli formalarını axtarıb tapır, 
orijinal  satirik  ədəbi-bədii  priyomlar,  qənirsiz  müqa-
yisə  və  paralellər,  bənzərsiz  gülüş  yaratmaq  üsulları 
seçə  bilir.  Bircə  oxla  bir  neçə  hədəfi  vurur,  «Molla 
Nəsrəddin»in  əsas  və  ardıcıl  tənqid  obyektlərindən 
olan mənfi tiplərin bostanına daş atmağı da unutmur. 

Aynurə  Paşayeva 
 
 
78 
Ədib Dəsturovu təqdim edən zaman təzadlı kina-
yəli  gülüş  yaradır:  «Əgər  mənə  desəydilər  ki,  Hacı 
Molla  Baba  saqqalını  qırxdırıbdır,  inanardım;  Bakı 
qoçuları  and  içiblər  ki,  adam  öldürməsinlər,  inanar-
dım; cəmi Yaponiya əhalisi dönüb müsəlman olubdur, 
inanardım; yer üzündə bir rüşvətxor çinovnik yoxdur, 
inanardım;  Purişkeviç  bolşevik  olub,  inanardım;  am-
ma min nəfər əhli-iman and içsə idi ki, Dəsturovu cə-
hənnəmə  göndərəcəklər,  inanmazdım.  Gözümlə  gö-
rəndən  sonra  məndə  daha  şəkk  yeri  qalmadı»  (31,       
s. 80).  
İnkari  və  iqrari  hökmlərin  birləşməsi  nəticəsində 
yaranan mürəkkəb, məntiqi sillogizmləri xatırladan bu 
cümlələr həmin insanların xarakterindəki yad və zidd 
olan  əlamətlərdir.  Ancaq  müəllif  Xortdanın  dili  ilə 
bunlara  inanmağın  mümkün  olduğunu  deyərək  kina-
yəni daha da mübaliğələşdirmişdir. 
Guya  ancaq  Dəsturovun  ictimai  həyatda  mötəbər 
adam  kimi  seçilib  sayılmasından  danışan  Xortdan, 
əslində çox mətləblərə toxunur, çoxlarının eybini açır, 
həm  də  söhbəti  mənalı  gülüş  doğuran,  maraqlı  qarşı-
laşdırma  yolu  ilə  ədəbi  manerası  ilə  aparır.  Dəsturov 
cəhənnəmə  düşməsindən  şikayətlənir,  günahını  başa 
düşmür  və  Xortdanla  söhbətində  sağ  ikən  gördüyü 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
79 
işlərə tam bəraət qazandırmaq niyyəti ilə deyir: «Qar-
daşoğlu, mən özüm də bilməyirəm təqsirim nədir. Bir 
gün  mənim  namazım  keçməyib,  bir  il  orucum  keç-
məyib. Özün məni yaxşı tanıyırsan. Amma bu cəhən-
nəm  müdirləri  deyirlər  ki,  sən  dünyada  xalqı  dolaş-
dırıb.  Pullarını  alıb  yeyirdin.  Mən  nahaq  yerə  kimin 
pulunu  yemişəm?  Almışamsa  da,  öz  haqqımı  almı-
şam,  hamı  bilir  ki,  mən  seyid  və  övladi-peyğəmbə-
rəm. Hər bir müsəlmanın sərvətində, mədaxilində, ye-
rində,  əkinində  mənim  cəddimin  hissəsi  var.  Mən 
görəndə  ki,  hökumət  adamları  gəlib  hər  kəsin  mül-
künə  sərhəd  qoymaq  istəyir,  mən  özümü  haqlı  bilib, 
gedib o mülkün bir hissəsinə özümü malik elan edir-
dim. Mülk  yiyəsi mənə bir qədər pul verəndən sonra 
ixtiyarımdan əl çəkmirdim. Amma belə deyirəm. Am-
ma bunlar deyirlər ki, belə deyil. Xalq sənə pul verib 
yaxalarını  divan  get-gəlindən  qurtarırdı.  Sənə  iyirmi 
manat  verəndə  yüz  manat  xərcdən,  neçə  ilin  avaralı-
ğından  xilas  olurdular.  Sən  də  bunu  hər  bir  mejovoy 
olan yerə gedib ispor qoyurdum» (31, s. 80).  
Maraqlı etirafı ilə, tam özünü müdafiə məqsədi ilə 
söyləmiş  bu  sözlər  surətin  xarakterini  daha  da  möh-
kəm  ifşa  edir.  Dəsturov  bu  sözləri  ilə  bir  seyid  kimi 
xalqın başına açdığı fırıldaqları  tam çılpaqlığı və  ey-

Aynurə  Paşayeva 
 
 
80 
bəcərliyi ilə özü etiraf edir. O, öz əməllərində heç bir 
haqsızlıq  və  əcaiblik  görmür.  Çünki  onun  yaşadığı 
mühit  və  cəmiyyət  bu  fırıldaqlara  tam  ixtiyar  və  bə-
raət  vermişdi.  Digər  tərəfdən,  Dəsturovun  əməllərinə 
görə  «cəhənnəmin  müdirləri»  tərəfindən  ittihamı  da 
verilmişdir. Bu ittiham isə əsaslıdır. Dəsturov həm də 
durbin  (uzaqgörən)  adam  idi.  O,  babası  bəy  olanlar-
dan  pul  alıb  canişin  dəftərxanasına  ərizə  yazırdı.  Bu 
yolla da böyük qazanc əldə edirdi. 
Xortdan  Dəsturovun  bəd  əməllərindən  agahdır. 
Çünki cəhənnəmdə xəsis tacir olan Hacıya rast gələn-
də  Hacı  ondan  ona  az  əziyyət  verilməsini  xahiş  edir. 
Xortdan cavabında deyir: «Ancaq sənə bir tədbir tökə 
bilərəm.  Bu  yaxında  Dəsturov  adında  bir  kişi  var. 
Ərizə  yazmaqda  çox  qoçaqdır.  Ona  deginən  Allaha 
bir  ərizə  yazsın.  Bəlkə,  bir  fayda  verdi»  (31,  s.  88). 
Ədibin «Molla Nəsrəddin» sayağı cəsarəti, söz oxunu 
hədəfə  düzgün  tuşlayıb  onu  sərrast  vurması,  incə  və 
mahir  sənətkarlığı,  dərin  mənalı,  öldürücü  kinayəsi, 
soyuqqanlı,  ancaq  aydın  tendensiyası  göz  qabağında-
dır. 
«Ə. Haqverdiyevin nəsrinin realizmi – dolğun re-
alizmdir.  Realizminin  başlıca  prinsipi  –  xarakterlərin 
sosial  gerçəklərə  uyğun,  həm  də  sosial  determinizm 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
81 
zəminində  təqdim  və  təsviri  burada  aparıcıdır.            
Ə. Haqverdiyevin milli müsəlmanı konkret milli mü-
səlman  cəmiyyətinin  övladıdır,  bütöv  bir  ictimai  mü-
nasibətlər daşıyıcısıdır» (22, s. 83). 
Povestin sonunda Rus qoşunları və onların başın-
da  duran  çar  II  Nikolay  cəhənnəmə  daxil  olanda  cə-
hənnəmdəkilərin bəziləri onların gəlişinə razı olsa da, 
bəziləri  narazı  qalır.  Onların  yolunu  gözləyənlər  isə 
bəylər,  axundlar  və  sair  millətlərin  ruhaniləri,  əyan-
larıdır ki, vaxtilə real dünyada Rus qoşunlarına səda-
qətlə xidmət edirdilər. Ancaq Rus qoşunları, kazaklar 
və  çar  II  Nikolay  cəhənnəmin  əsərdə  adı  çəkilən  sa-
kinlərindən  ən  qorxunc  və  dəhşətlidirlər.  Hətta  Xort-
dan  belə  onların  gəlməyini  eşidəndə  oradan  qaçmaq 
istəyir.  Çünki  Xortdanın  onlara  qədər  qarşılaşdığı 
insanların  heç  biri  ona  zərər  verməmişdir.  Amma  rus 
qoşunlarının  gəldiyini  eşidən  kimi  paşburtsuz  görüb 
əziyyət verəcəyini başa düşür.  
İblislə  cəhənnəmdəkilərin  mübahisəsində  üç  şəxs 
haqqında  nisbətən  dəqiq  və  geniş  məlumat  verilir, 
şikayəti isə daha da kəskinləşir: «Məgər mən istibda-
dın nəticəsi nə olduğunu bilməyirdim? Niyə mənə ge-
cə-gündüz deyirdin ki, rəiyyət eşşək misalı bir şeydir, 
nə qədər döyülsə, bir o qədər də yumşaq olar? Mən də 

Aynurə  Paşayeva 
 
 
82 
sən  tək  kor  məlunun  sözünə  inanıb  rəiyyətin  tamam 
malını,  pulunu,  var-yoxunu  xəfiyyələrə  xas  elədim. 
Axırda  məmləkətim  parça-parça  olub,  əlimdən  getdi, 
özümdə də sən Allahın lənətinə gəlmişin ucundan bu 
əzabı çəkirəm» (31, s. 65).   
Burada Sultan Əbdülhəmidin rəiyyətə azğın, təh-
qiramiz,  münasibəti,  soyğunçu,  rəzil  təbiəti  və  ümu-
mən müstəbid xarakteri onun öz dili ilə kəskin ifşa və 
ittihamında tapmışdır. 
İrəvan müsəlman «cəmiyyəti-xeyriyyəsi»ndə, təx-
minən,  1902-ci  ildə  sədr  olmuş  İrəvan  xanlarından 
birinin  nitqində  onun  camaatdan  yığdığı  on  iki  min 
manat pulu  mənimsəməsi, Cavanşir qəzası  mülkədar-
larından  olan  Adıgözəlovun  şikayətində  isə  onun 
uyezd  naçalniki  Vinokurova  yerli  bəylərdən  xəbərçi-
liyi  haqqındakı  işarələr  çox  güman  ki,  real,  həyati 
faktlara  əsaslanır.  Kütləvi  portretlərdən  yalnız  bu  bə-
yin  xarakteri  ilə  əlaqədar  olaraq,  haşiyəyə  çıxılır  və 
daha  müfəssəl  məlumat  verilir,  süjetlə  əlaqədar  epi-
zodlar  danışılır.  Beləliklə,  ədib  bu  «mötəbər»  müsəl-
manların  həm  cinayətlərini  sayır,  həm  də  onları  «cə-
hənnəm-əhli»  kimi  göstərərək  rüsvay  və  ittiham  edir. 
Qalan on bir günahkarın isə şəxsiyyətini konkret mü-
əyyənləşdirmək  olmur.  Hiss  edilir  ki,  müəllif  özü  də 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
83 
onların simasında müəyyən bir adamı nəzərdə tutma-
mışdır. Çünki o adamlardan hər birinin özü haqqında 
dediyi  və  şeytanın  boynuna  yıxmaq  istədiyi  günahlar 
bütün  müsəlman  mühitinin  ümumi  qüsurlarından, 
geniş yayılmış çox səciyyəvi eyiblərindən ibarətdir.  
Cəhənnəmdəkilərin  İblisə  şikayətlərində,  həmçi-
nin  qardaşını  öldürüb  arvadına  alan  cahillər,  rüşvətə 
aldanıb vətənini satan xainlər, bir kəllə qənd, bir gir-
vəngə  çay  və  on  manat  pula  birinin  kəbinli  arvadını 
başqasına verən, səkkiz yaşlı qızı yalanla on dörd ya-
şında ərə verərək ölümünə bais olan, camaatın maarif-
lənməsinə hər vəchlə maneçilik törədən, elm oxuyan-
ların kafirliyinə hökm verən mollalar, axundlar və bü-
tün fırıldaqçı din xadimlərini, arvad hamamlarına so-
xulan  hacılar  və  məşədiləri,  bişirib  satdığı  çörəklərin 
buğdasına torpaq qatan tacirlər çox yığcam və lakonik 
detallarla  ifşa  edilmişdir.  Povestin  əvvəllərində  ayrı-
ayrı şikayətlərin eybəcərliklərini səbirlə açıb ifşa edən 
ədibin qəzəbi burada sanki son həddə çatır və müsəl-
man  dünyasının  bu  ümumi  qüsurlarını,  dərdlərini  və 
eybəcərliklərini  böyük  həyəcan  və  nifrətlə,  qeyzlə 
müəllimlə dalaşan hampa, Fərmana kömək edən dost-
ları, atası İbrahim bunlara misal ola bilər. 

Aynurə  Paşayeva 
 
 
84 
Ə. Haqverdiyevin nəsrində psixoloji təhlil üsulları 
çox müxtəlifdir. Burada üç əsas üsulu xüsusi qeyd et-
mək lazımdır: 
1)
 
Birbaşa, müstəqim şəkildə müəllifin surətə ver-
diyi  xasiyyətnamə  detalları,  təfərrüatları.  2)  Bir  surə-
tin  başqası  haqındakı  mülahizələri;  3)  Surətin  özü 
haqqında etirafları. Bu özü də 2 yerə bölünür: a) Özü-
nün    etdiyi  əməlləri  təsdiq  edən;  b)  Özünün    etdiyi 
əməlləri inkar edən etirafları. 
Qeyd etdiyimiz kimi, «Xortdanın cəhənnəm mək-
tubları»  povestində  olduqca  çoxlu  mənfi  tiplər  var. 
Ədib ən çox bədii portret yaradan zaman onun psixo-
loji təhlilini özü verirdi. Əlbəttə ki, onun bu cür psixo-
loji  təhlilində  mənfi  cəhətləri  kinayəli  yolla  ifşa  edir. 
Məsələn: Ağdam, Bərdə bazarından danışanda, ən çox 
müəllifin dili ilə məlumat verilir.  
Müəllif ən çox ikinci üsuldan da istifadə edir. Be-
lə ki, Xortdan cəhənnəmə düşdükdən sonra ona orada-
kı surətlərlə tanış edir. Odabaşının dili bir növ müəl-
lifin dili kimi verilir. Uçtellə hampanın mübahisəsində 
hampanın  dilindən  Mirzə  Səttar  xarakteri  haqqında 
məlumat  verilir.  Cəhənnəmdə  olan  bütün  hacılar,  və-
killər,  rus  dövlət  nümayəndəliləri  haqqında  məlumat-
lar odabaşının dilindən verilmişdir. 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
85 
Surətin  özü  haqqında  etirafları  başqası  ilə  söhbət 
əsnasında  açılır.  Burada  psixoloji  təhlil  onun  sözləri, 
fəaliyyəti  ilə  əlaqələndirilir.  Etiraf  tipli  psixoloji  təs-
virlərin  də,  özünəməxsus  əlverişli,  orijinal  cəhətləri 
var.  Hər  şeydən  əvvəl,  surət  öz  xarakterindən,  xasiy-
yətindən bəhs etdiyi üçün onun sözləri daha inandırıcı 
olur. Ancaq bu tiplərin içərisindən bəziləri cəhənnəmə 
düşdüklərinə  görə  günahlarını  başa  düşürlər,  bu  on-
ların  nitqində  etiraf  olunur.  Amma  bəzi  surətlər  özü-
nün buraya düşdüyünü anlaya bilmir. Üstəlik özünün 
gördüyü işləri günah yox, savab sayanlar da var.  
İblislə cəhənnəmdəkilərin söhbətində onlar öz dil-
ləri ilə etiraf etdiyi əməllər xüsusi fərqlənir: 
«Birisi deyir: 

 
Sən olmasaydın, mən bu dini qoyub, o biri dinə 
qulluq eləməzdim. 
O, birisi deyir: 
– Sən olmasaydın, mən öz qardaşımı öldürüb ar-
vadını almazdım. Məni sən yoldan çıxartdın. 
 Birisi deyir: 
–  Mən  yüz  il  yüz  ilə  qalaydı,  rüşvət  alıb  vətəni 
pula  satmaz  idim.  Hamısını  eyləyən  sənsən»  (31,          
s. 64). Mənfi tipləri bu cür dialoqu bizə  C. Məmməd-
quluzadənin  «Ölülər»  tragikomediyasındakı  qəbiris-

Aynurə  Paşayeva 
 
 
86 
tanlıq səhnəsini  xatırladır. Həmin səhnə də hər bir ti-
pin  dilindən  onun  törətdiyi  əməllərin  etiraflarının  şa-
hidi  oluruq.  Ancaq  cəhənnəmdə  Məşədi  Sünbə,  Dəs-
turov  kimi  surətlər  də  vardır  ki,  onlar  özlərinin  törət-
diyi günahları dilləri ilə etiraf edir, amma günah hesab 
etmirlər. 
Məşədi  Sünbə  sələmçiliklə  məşğuldur.  O,  insan-
lara verdiyi pulları xeyirli bir iş hesab edir. Guya dara 
düşənlərin əlindən tutur. Üstəlik oğlunun vaqiəsinə gi-
rib deyir:  «Bala, olmaya-olmaya fəqir-füqəranın əlin-
dən tutub, pul borc verəsən! Nə borcundur. Qoy Allah 
özü yaratdığı bəndəsinin fikrini çəksin» (31, s. 77).  
Dəsturov kimi  yerli dövlət məmuru da rüşvətxor-
luqla,  min  bir  yolla  pul  qazansa  da,  namazında,  oru-
cunda dürüst olduğuna görə (daha doğrusu buna arxa-
landığına görə) cəhənnəmə düşməyinin səbəbini anla-
mır. 
Ə.  Haqverdiyev  surətləri  fərdiləşdirərkən  belə 
müxtəlif  və  rəngarəng  üsullardan  hər  əsərin  süjetinə 
uyğun, hər surətin vəziyyətinə müvafiq şəkildə istifa-
də  etmişdi.  Hər  dəfə  xarakteri  açanda  daha  əlverişli 
imkanlar tapmış, təkrarçılıqdan qaçmışdı. Əlbəttə, bü-
tün  bunlara  əməl  etməsəydi,  povest  nə  kompozisiya, 
nə də surətlərin  canlılığı etibarı ilə uğurlu çıxmazdı.  

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
87 
Ümumiyyətlə,  təsvir  etdiyi  hadisə  və  obrazlara 
şəxsi  tendensiyası  örtülü  ifadə  etməyi  sevən  Haqver-
diyev psixoloji təhlil və təsvirlərdə də üslubuna sadiq 
qalır.  Müəllif  tendensiyasını  surətlərə  verilən  xasiy-
yətnamə  xarakterli  təfərrüatlardan,  psixoloji  detallar-
dan,  yaxud  da  onların  ünvanına  deyilən  sözlərdən, 
nəql  edən  əhvalatların  məzmunundan  başa  düşmək 
mümkündür. Lakin istər ədibin təhkiyəsindəki, istərsə 
surətlərin  nitqindəki  bir  sıra  ifadələr  də  müəllif  ten-
densiyasını,  xüsusən  kinayə  və  nifrətini  büruzə  ver-
məkdədir. 
Ə. Haqverdiyev dünya ədəbiyyatının ən görkəmli 
yazıçıları ilə müqayisə oluna biləcək dərəcədə portret-
lər  yaratmışdır.  O,  obrazın  təsvirində  xarakterin  port-
ret detallarından istifadə etməyi çox sevirdi. Belə hal-
larda o, çalışırdı ki, obrazın zahiri görkəminin təsviri-
nə  az  yer  verilsin,  yalnız  ən  zəruri,  səciyyəvi  əlamət-
lərindən bəzisi nəzərə çatdırılır. 
Ədib  cəhənnəmdə  Odabaşı  haqqında  danışan  za-
man  onun  portretini  bu  cür  təsvir  edir:  «Arıq,  uzun, 
boğazı  nazik,  başı  balqabaq  boyda.  Burnu  qaraquş 
burnuna və saqqalına bənzəyir. Amma döşündə bir şi-
ri-xürşid  nişan  var.  Və  nişanın  da  ətrafında  farsca  bu 
sözlər  yazılmış:  «Abi-şürəst,  çe  qabiliyyət  darəd,  be-

Aynurə  Paşayeva 
 
 
88 
deh. Berizəd be guri-pedərəş» (Şor sudur, nəyə gərək-
dir. Ver töksün  atasının goruna) (31, s. 51).  
V.E. Xalizev portret haqqında danışan zaman ya-
zır: «Portret həmçinin, personaja məxsus xarakteri bə-
dən hərəkəti və vəziyyəti, jest və mimikası, üz və gö-
zünün ifadəsi ilə cəmləşdirir. Beləliklə, portret «xarici 
insan»  cizgilərinin  möhkəm,  stabil  kompleksini  yara-
dır» (95, s. 116).  
Ədib  bəzən  bədii  portret  yaradan  zaman  obrazın 
əhval-ruhiyyəsini  də  ifadə  edir.  Məşədi  Sünbənin 
ayaqlarının  sifətinə  bağlayıb,  Hacıya  odlu  pulların 
saydırılması onların törətdikləri əməllərə görə verilən 
cəzasının  bədii portretini canlandırır. 
Satirik surətləri ümumiləşmiş kütləvi portretlərin-
də  qrotesk  üsuluna  daha  çox  təsadüf  olunur.  «Xort-
danın  cəhənnəm  məktubları»nda  Xortdanın  mələköl-
mövtün haqqında verdiyi məlumat bu üsulla yaranıb. 
Real  həyatda  mövcud  olmayan  bu  surətin  zahiri  gör-
kəmi  avam  müsəlmanların  cəhənnəm  və  mövhumi 
qüvvələr haqqındakı təsəvvürlərinə uyğun yaradılmış-
dır.  
Ümumiyyətlə,  Haqverdiyev  portret  yaradan  za-
man özünəməxsusluğu hər zaman qorumağa çalışmış-
dır.  «Müsbət  obrazları  ucaboy,  yaraşıqlı  göstərmişdi. 

Məni nə vədə Şuşaya yetirərsən? 
 
 
89 
Surətlərin  yaşı  haqqında  xüsusi  diqqətlə  məlumat  ve-
rilir  ki,  bu  da  onların  ümumi  vəziyyəti  barədə  müəy-
yən  təsəvvür  yaradır.  Ancaq  Haqverdiyev  heç  bir  su-
rəti xaraktersiz, psixoloji təhlilsiz yaratmayıb. Surətin 
geyiminə gəlincə Haqverdiyev əsas etibarı ilə baş ge-
yiminə diqqət yetirir» (69, s. 223).  
Bədii  surətlərin  fərdi  xarakterinin,  psixoloji  alə-
minin izahında və təhlilində bədii surətlərin müstəsna 
əhəmiyyəti  vardır.  Ə.  Haqverdiyevin  yaratdığı  rəng-
arəng surətlər silsiləsinin böyük əksəriyyəti xarakteri, 
fərdi  portreti  ilə  dəqiq  səciyyələndirilmişdir.  Ədibin 
zəngin həyat müşahidəsi və fantaziyasının köməyi ilə 
oxucuların  nəzərində  tam  real  insan  kimi  canlandıra 
bildiyi surətlər xalqımızın ictimai tarixindən, təfəkkür 
tərzindən, etnoqrafik əlvanlığından geniş məlumat ve-
rir,  öz  zamanları  haqqında  maraqlı  hekayətlər  danı-
şırdı. 

Aynurə  Paşayeva 
 
 
90 
Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin