Əsil və sadələşdirilmiş məttılər "ÖNDƏr n ə Ş r iy y a t "



Yüklə 139,49 Kb.
Pdf görüntüsü
səhifə16/23
tarix16.02.2017
ölçüsü139,49 Kb.
#9068
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

-*s#8259gES«-

Qanturalı  qızıl  tağlı  günlüyünü  qurdurub,  gəlin  otağına  girdi, 
m uradına-arzusuna çatdı.
D ədəm   Qorqud gəlib  qopuz  çaldı.  Boy boyladı,  soy  soyladı.  İgid - 
lərin başına  gələnləri  söylədi:
Indi  hanı  dediyim  bəy ərənlər?
D ünya m ənim dir deyənlər?
Ə cəl  aldı,  yer gizlətdi,
Fani  dünya kim ə  qaldı?
G əlim li-gedim li  dünya,
Son  ucu ölüm lü dünya!
Ə cəl  gəldikdə  təm iz  imandan  ayırmasın, -  
Allah  səni nam ərdə  möhtac  etməsin!
Allah verən üm idin üzülməsin!
A ğ alnın önündə  beş  kəlm ə  dua etdik,  qəbul  olsun!
“A m in!” deyənlərin  üzünü görəsən!
Yığışdırsm,  saxlasm  Allah günahınızı,
adı  gözəl M əhəm m əd M ustafaya bağışlasın,  xanım ,  hey!!!
Q A Z ILIQ   Q O CA  OĞLU  Y E Y N Ə K   BOYU
Qam  Ğam  oğlu  B ayındır xan  yerindən  durm uşdu,  qara  yerin  ü zə- 
rində  uca  evini  tikdirm işdi.  Böyük  alaçığı  göy  üzünə  dirənm işdi.  Min 
yerdə  ipək  xalça  döşənm işdi.  İç  Oğuz  və  Daş  Oğuz  bəyləri  m əclisə 
toplaşmışdı.  Y e m ə k -içm ək   idi.
Qazılıq  qoca  deyilən  bir  kişi  var  idi.  B ayındır  xanın  vəziri  idi. 
Şərabm  təsiri  başına vurdu.  Qaba  dizləri  üstə  çöküb,  B ayındır xandan 
yürüş  üçün  izin  istədi.  Bayındır  xan  icazə  verdi:  “Haraya  istəyirsən, 
g et!” -  dedi.
Q azılıq qoca  dünyagörmüş,  işə  yarayan  adam  idi.  Etibarh  qocaları 
yanına cəm lədi.  Y ataq-yarağı ilə yola düşdü. Çox dağlar, d ə rə -tə p ə lə r 
k eçdi.  G ünlərin  bir  günü  D üzm ürd  qalasına  gəldi.  Q ara  dəniz 
k ən an n d a  idi;  oraya çatıb  dayandılar.
O  qalanın  bir  təkuru  vardı.  A dına  A rşın  oğlu  D irək   təkur 
deyərdilər.  O  kafırin  altm ış  arşın  qam əti  vardı.  Altm ış  batm anlıq  gürz 
atırdı.  Ən  m öhkəm  yayı  da  çəkərdi...
Qazılıq  qoca oraya çatan  kimi  döyüşə  başladı.  Sonra o  təkur qala- 
dan  bayıra  çıxdı.  M eydana  girdi,  özünə  tay  igid  istədi.  Qazılıq  qoca 
onu görən  kimi  yel  kimi  yetişdi,  yeləm   kimi  yapışdı.  Kafırin  ənsəsinə 
bir  qılınc  vurdu.  Z ərrə  qəd ər  kəsə  bilmədi.  N övbə  kafirə  çatdı.  O 
altm ış  batm anhq  gürzlə  Qazılıq  qocanı  vurdu.  Boş  dünya  başına  dar 
oldu.  Qanı  düdük  kimi  şoruldadı.  Qazılıq qocanı  qarm alayıb-tutub qa- 
laya  saldılar.  İgidləri  durm ayıb qaçdılar.
Qazılıq  Qoca  düz  on  altı  il  qalada  dustaq  oldu.  Sonralar  Əmon 
deyilən  bir  kişi  altı  dəfə  getdi,  həm in  qalanı  ala  bilmədi.
Sən  dem ə,  Qazılıq  qoca  dustaq  düşən  vaxt  bir  yaşında  bir  oğlu 
varmış.  On  beş  yaşına  girdi,  igid  oldu.  Atasını  ölmüş  bilirdi.  Atasının 
dustaq olduğunu  oğlandan  gizlədirdilər.  Həm in  oğlanın  adına  Yeynək 
deyərdilər.  G ünlərin  bir günü  Yeynək oturub  bəylərlə söhbət edərkən 
Q aragünə  oğlu  Budaqla  sözü  düz gəlm ədi.  B ir-birinə  söz  atdılar.  B u- 
daq  dedi:  “B urada  boş-boş  danışıb  neyləyirsən?  Dalaşmağa  adam  ax- 
tarırsansa,  gedib  atanı  qurtarsana!  Bəs niyə  on altı  ildir, dustaqdır?” .
Yeynək  bu  xəbəri  eşidəndə  ürəyi  oynadı,  qara  bağrı  sarsıldı. 
Q alxdı,  B ayındır xanın  hüzuruna getdi.  Üzünü yerə  qoydu,  dedi:

S əlıər çağı  sərt yerdə  tikilən hündür evli!
Atlasdan  yapılmış  göy alaçıqlı!
T övlə-tövlə  çəkilən  şahanə  atlı!
Çağıranda hay verən,  yolu  çavuşlu!
Süfrəsindən yağ cökülən,  bol nemətli!
B ütün  igidlərin  arxası,  yoxsulların ümidi!
Türküstanın dirəyi!  Tüklü  quşun  balası!
A m it soyunun  aslanı!  Qaracığın qaplanı!
D övlətli  xan,  m ənə kömək!
Q oşun ver,  m əni  atamm  dustaq olduğu  qalaya göndər!
B ayındır  xan  əm r  etdi:  “İyirmi  dörd  vilayətin  bəyləri  gəlsin! 
B irincisi,  D əm ir qapı  D ərbənd bəyi,  qarğı  süngü  ucunda  ə r böyürdən, 
döyüşə  girəndə  “kim sən”  deyə  soruşmayan  Qıyan  Səlcik  oğlu  D əli 
D ondaz  sən in lə  birlikdə  getsin!  Ayğırgözlüdə  at  üzdürən,  əlli  yeddi 
qalanın  kilidini  smdıran  İlək  Qoca  oğlu  Tüləkvuran  birlikdə  getsin! 
Q oşa  bürcdən  qayın  oxu  dayanm ayan  Yağrıncı  oğlu  Elalm ış  səninlə 
birlikdə  getsin!  Üç  dəfə  düşm ən  görm əsə,  qan  ağlayan  Doğsun  oğlu 
R üstəm   səninlə  getsin!  Əjdahalar  ağzından  adam   alan  D əli  Vuran 
birlikdə  getsin!  “Yerin  bir  ucundan  o  biri  ucuna  çatım !”  -   deyən 
Savğan  Sarı  səninlə  getsin!...”
S ayılm aqla  oğuz  igidləri  tükənm əz.  B ayındır  xan  iyirm i  dörd 
vilay ətin  p əh ləv an  əylərini  Y eynəyə belə yoldaş etdi.  B ə y lə r yığışıb, 
hazırlıq  gördülər.  Birdən  o gecə  Y eynək yuxu gördü.  Y uxusunu y o l- 
d aşlarm a  soyladı,  görək,  xanım ,  n ə  dedi:  “B əylər,  dərdli  b aşım -g ö - 
züm   yatm ışk ən   yuxu  gördü.  Ala  gözüm ü  açanda  dünyanı  gördüm. 
A ğ -b o z   atlar  çapdıran  alpanları  gördüm .  Ağ  işıqlı  igidləri  yanıma 
saldım .  A ğ saqqallı D ədə  Qorquddan öyüd aldım.  Q arşıdakı  uca dağ- 
ları  aşdım .  İrəlid ə  uzanan  Qara  dənizi  gördüm .  Gəm i  düzəltdim ; 
köynəyim i  çıxarıb,  yelkən  qurdum.  Qabaqdakı  dənizi  üzüb  keçdim. 
O tə rə fd ə k i u ca dağm bir yanında alnı-başı  balqara b ə n z əy ən  bir kişi 
gördüm .  Q alxıb  yerim don  durdum .  Qarğı  dilli  iti  süngüm ü  qapıb,  o 
k işiy ə  sarı  getdim .  Q arşıdan  o  kişiyə  sancm aq  istədiyim   zam an  gö- 
zucu  ona  baxdım ;  tanıdım,  dayım   Ə m ən  imiş.  Dönüb  o  kişiyə  salam 
verdim .  O ğuz  ellərində  k im lərd o n sən ?”  — dedim .  Göz  qapaqlarını 
qaldırıb,  üzü m ə  baxdı.  “Oğul,  Y eynək,  haraya  g ed irsən ?”  —  dedi. 
M ən   dedim :  “ Düzmürd  qalasına gedirəm .  Atam   orada  dustaq  im iş” . 
B u rada dayım   m ənə  soyladı:
-S #0262Ə S «
Yetdiyim   yerə  yel  yetməzdi.
Yeddi  d əstə  igidlərim
Yeni  B ayırm   qurduna bənzərdi.
Yeddi  kişlə  qurulurdu  m ənim   yayım!
Qaym   budağm dan yonuldu oxum,
L ələkli,  qızdı  m öhürlü oxum!
Yel  əsdi,  yağış  yağdı,  tufan  qopdu,
Yeddi  d əfə  getdim sə  də,  qalam  ala bilm əyib  geri  döndüm.
M əndən  igid  ola  bilm əzsən,  Yeynəyim ,  dön!  -  dedi.
Y eynək  də  yuxusunda  dayısına  soylayıb,  demişdir:
Q alxıb  yerindən duranda
A la  gözlü  igid bəyləri  yanına  salmadın.
Sən  tanınm ış  bəylərlə  getmədin,
Beş  axçaya qulluq  edən,  o t-ə lə f yığan
adamları  özünə  yoldaş elədin.
O  qalanı  ona  görə  ala bilmədin!
Y eynək y enə  deyir:
Q ovurm anı  k ə sə -k ə sə   yem ək  yaxşıdır.
D öyüş  günü su  içm əyə çeşm ə yaxşıdır.
D övlət daim  gəldiyi  tək dursa yaxşıdır.
Bildiyini  unutm asan,  ağd  yaxşıdır.
Ö lüm ündən qorxmasan,  m ərdlik yaxşıdır.
Y eynək bu  yuxunu  yoldaşlarına danışdı.
Sən  dem ə,  dayısı  Ə m ən  oraya  yaxın  imiş.  Bütün  bəylərlə  yoldaş 
olub  getdilər.  G edib  Düzmürd  qalasına  çatdılar.  Dairə  şəklində 
dayandılar.  E lə  ki,  k afirlər  bunları  gördü,  A rşın  oğlu  D irək  tokura 
x ə b ə r  verdilər.  O  lən ətə  gəlm iş  də  qaladan  çıxıb,  bunlara  qarşı  gəldi 
v ə  özünə uyğun  döyüşçü  istədi.  Qıyan  Səlcik oğlu Dəli  Dondaz durub 
gəldi.  Altm ış  tutam lıq  sür  nizəsini  qoltuğuna  qısıb,  “o  kafiri  qabaq 
tərəfd ən   vurum ” ,  -  deyə  fıkirləşdi,  vura bilmədi.  Kafır təkur onu qar- 
m alayıb,  zərb ə  vurdu.  Süngüsünü  çəkib  əlindən  aldı:  O,  altmış 
batm anlıq  gürz  ilə  Dondazı  bərk  vurdu.  Gen  dünya  Dondazın  başına 
daraldı,  Qazlıq  atını  döndərdi,  qayıdıb gəldi.
Bundan sonra D önəbilm əz Tüləkvuran at üstündə altı pərli çomağı 
ilə  hücum  edib,  kafıri  yuxarıdan  aşağı  m öhkəm   vurdu,  yıxa  bilm ədi.
-* S 3$263g^M
>-

T ək u r  onun  da  çomağmı  qarmalayıb  aldı.  Onu  da  gürzlə  vurdu.  O  da 
Q azlıq  atını  döndərib  qayıtdı.  Xanım,  iyirmi  dörd vilayətin bəyi  tə k u - 
run  əlində  m əğlub oldu.
Sonra  cavan,  təzəcə  igid  olan  Qazılıq  Qoca  oğlu  Y eynək  A llaha 
sığındı.  Q üdrətli  Allahı təriflədi:
Ucalardan ucasan,
K im sə bilm əz necəsən,  əziz Allah!
A nadan doğulmadm, sən atadan olmadm.
H eç  kimin malım  yem ədin,
K im səyə güc  etmədin.
H ə r yerdə  əhədsən,  Allahü səm ədsən!
A dəm ə  sən tac  qoydun,
Şeytana lənət etdin.
B ir günaha görə  qapm dan qovdun.
N əm rud göyə  ox atdı.
Q am ı yarıq balığı  qarşıya tutdun.
Böyüklükdə  həddin yox,
Sənin boyun-qəddin yox, 
y a bədənin,  cəddin yox!
Vurduğunu ulatm ayan ulu Tanrı!
Basdığını bildirm əyən bəlli  Tanrı!
Apardığını  göyə  yetirən  əziz Tanrı!
Q əzəbləndiyini  batırıb-boğan acıqlı  Tanrı!
B irliyinə  sığındım,  qadir Tanrı!
Q ara donlu kafırə qarşı  at sürürəm,
İşim i  sən  başa  vur,  sən  köm ək et!
H əm in dəm də atmı irəli sürdü. Yel kimi yetişdi, yeləm  kimi yapışdı. 
Kafirin  çiyninə  bir qılınc  vurdu.  Geyim-kecimini  doğradı.  Altı  barmaq 
dərinliyində yara vurdu. Qara qanı şoruldayıb axdı.  Qara inək gönündən 
tikilm iş  çəkm ələri  qanla  doldu.  Qara  başı  dumanlandı,  fırlandı.  Dərhal 
döndü,  qalaya  qaçdı.  Yeynək  arxasından  çatdı.  Hasar  qapısından  girən 
yerdə böyük,  ıti polad qılıncını ənsəsinə elə vurdu ki, başı top kimi yerə 
düşdü.  Ondan sonra Yeynək atmı döndərib, qoşunun  içinə gəldi.
Q azılıq  qocanı  dustaqhqdan  çıxartdılar.  “H ey,  bəy  igidlər,  kafıri 
kim   öldürdü?”  deyə  soruşan  Qazılıq  qoca  soylamış,  görək,  xanım,  nə 
soylam ış-dem işdir:
Q aytabanın  m ayasınt yüklü qoyub  getm işəm ,
Kaş  biləydim ,  nərmi,  mayamı  doğdu?
B öyük  aulda qoyunları  yüklü  qoyub  gəlm işəm .
Kaş  biləydim ,  erkək ya  dişi  doğdu?
A la  gözlü gözəlim i  yüklü  qoyub gəlm işəm .
K aş  biləydim ,  oğlu ya qızı oldu?
A y  igidlər,  yaradanın eşqinə,
x ə b ə r verin  siz mənə!
Y eynək  burada  soylam ış,  görək,  xanım , nə  soylayıb-dem işdir:
Q aytabanm   m ayasını yüklü qoydun,  n ər oldu!
B öyük  aulda  qoyunlarm yüklü  qaldı,  qoç  doğdu!
A la  gözlü  gözəlini  yüklü qoydun,  aslan  bir oğlu  oldu!
Yeynək atası ilə görüşdü. Ondan sonra qalan bəylər görüşdülər. Sonra 
bəylər bir anda hasara hücum etdilər, düşmən malını çalıb-çapdılar.
Yeynək  və  atası  bir-birinə  həsrət  qaldıqlan  üçün  xeyli  qucaqlaşıb 
öpüşdülər.  Sahibsiz  yerlərin  qurdu  kimi  inildədilər.  Allaha  çox  şükür et- 
dilər. Qalanın kilsəsini yıxıb, yerində məscid tikdilər. Əziz Tann adına xüt- 
bə oxutdular.  Şahinlərin ən  yaxşısını, qumaşm gözəlini, qızlann göyçəyini 
doqquz  cərgə  zər  naxışlı  çuxanı  Baymdır  xana  hədiyyə  ayırdılar.  Qalan 
şeyləri döyüşçü igidlərə bağışladılar.  Dönüb evlərinə gəldilər.
D ədəm   Qorqud  gəlib  boy  boyladı,  soy  soyladı.  “Bu  oğuznam ə 
Y eynəyin  olsun!”  dedi.  X eyir-dua verək xanım:
Yerli  uca dağların  yıxılmasın!
K ölgəlik  iri  ağacın kəsilməsin!
Ağ  saqqalh  atanın  yeri  cənnət olsun!
A ğ  birçəkli  ananın yeri  cənnət olsun!
A xır gündə  Allah  sizi  pak  imandan  ayırmasın!
A ğ  alnın  önündə  beş kəlm ə  dua etdik,  qəbul  olunsun!
G ünahınızı  adı  gözəl  M əhəm m əd  M ustafa
üzü  suyuna bağışlasın,  xanım,  hey!!!
- ä § 8 2 6 5 S S ~

BASATIN  T Ə PƏ G Ö Z Ü   Ö LDÜRDÜYÜ  BOY
X anım ,  bir  gün  oğuzlar  xəbərsiz  otururkən  yurdlarına  düşm ən 
gəldi.  O nlar  gecəylə  qorxub  köçdü.  Qaçıb  gedərkən  A ruz  qocanın 
körpə  oğlu  düşüb  yolda qalır,  bir şir tapıb götürür,  bəsləyir...
B ir m üddətdən  sonra oğuz camaatı  yenə  öz yurduna qayıtdı.  Oğuz 
xanın  ilxıçısı  gəlib  xəbər  gətirdi.  Deyir:  “Xanıra,  qam ışlıqdan  bir  şir 
çıxır, sıçrayıb qaçmağı adam  kimidir, atı vurub-basır, qanını süm ürür” .
A ruz deyir:  “Xamm, bu bəlkə yerim izdən qaçanda düşüb  itən kör- 
p ə  oğlum dur?” .  B əylər  atlandılar.  Şirin  yatağı  üzərinə  gəldilər.  Şiri 
qaçırıb,  oğlanı  tutdular.  Aruz  oğlanı  evinə  gətirdi.  Şadlıq  etdilər. 
Y e m ə k -içm ək  oldu.  Am m a oğlam n ə  qədər saxlayıb-ovundurdularsa, 
durm adı,  şirin yataq yerinə  qaçdı.  Y enidən tutub  gətırdilər.
D ədəm   Qorqud  gəldi.  Dedi:  “Oğlum,  sən  insansan.  Heyvanla 
həm söhbət  olm a.  Gəl,  yaxşı  atlar min,  yaxşı  igidlərlə  iş  yürüt!  Böyük 
qardaşm ın  adı  Qıyan  Səlcikdir,  sənin  adın  Basat  olsun!  Adını  m ən 
verdim ,  yaşını Allah  versin!” .
Oğuz camaatı bir gün yaylağa köçdü. Aruzun bir çobanı vardı. Qonur 
Qoca  Sarı  çoban  deyərdilər  adına.  Oğuzların  önündə  bundan  ə w ə l 
kim sə  köçm əzdi.  Uzun bulaq deyilən m əşhur bir bulaq vardı.  O  bulağa 
pərilər  qonmuşdu.  Birdən  qoyunlar  ürkdü.  Çoban  qabaqdakı  təkəyə 
hirsləndi,  irəli  getdi.  Gördü ki, pəri  qızlar qanad-qanada bağlayıb uçur- 
lar. Çoban öz yapıncısını üzərlərinə atdı.  Pəri qızmın birini tutdu. Tamah 
salıb,  qucaqladı...  Qoyun  ürkm əyə  başladı.  Çoban  qoyunun  qabağına 
qaçdı.  Pəri  qızı  qanad çalıb  uçdu.  Dedi:  “Çoban,  il  tamam olanda m ən- 
dəki  əm anətini gəl, al!. Am m a oğuzlarm başına bəla gətirdin!”  Çobanın 
içinə  qorxu düşdü.  Amma qızın ayrılığından bənizi  saraldı.
Zam an  gəldi,  oğuzlar  yenə  yaylağa  köçdülər.  Çoban  yenə  bu  bu- 
lağa  gəldi.  Y enə  qoyun  ürkdü.  Çoban  irəli  gəldi.  Gördü  ki,  bir ət top- 
lusu  yatır,  p a r-p a r  parıldayır.  Pəri  qızı  gəlib  dedi:  “Çoban,  əm anətin 
budur,  gəl  götür!  Amma  Oğuzun  başına  bəla gətirdin!”  -  dedi.  Çoban 
bu  ə t topasm ı  görəndə təəccübləndi.  Geri  dönüb,  sapand daşına tutdu. 
V urduqca  böyüdü;  çoban  həm in  yığnağı  qoydu,  qaçdı;  qoyunların 
ardınca düşdü.
Sən  dem ə,  o  zaman  B ayındır xan  bəylərlə  gəzm əyə  çıxıbmış.  Bu 
bulağın  üstünə  gəldilər.  G ördülər  ki,  bir  təəccüblü  şey  yatır,  başı-
-■•sİs3266S^*'
ayağı  bilinm ir.  Ç evrəyə  aldılar.  Bir  igid  atdan  düşüb  onu  tərp ə td i- 
vurdu.  V urduqca  böyüdü.  Bir  neçə  igid  də  düşüb  vurdu.  O nlar  vu r- 
duqca  böyüdü.  Aruz  Q oca  da  enib  vurdu-silkələdi,  birdən  m ahm ızı 
həm in şeyə toxundu.  Bu ə t topasınm pərdəsi yarıldı,  içindən bir oğlan 
uşağı  çıxdı.  G övdəsi  adam   gövdəsi,  təpəsində  bir gözü vardı.  Aruz bu 
uşağı  götürüb  ətəy in ə  sarıdı.  Dedi:  “Xam m ,  bunu  m ənə  verin,  oğlum 
Basatla b öyüdüm !” .
B ayındır xan:  “Sənin  olsun!” -  dedi.
Aruz  T əpəg ö zü   götürüb  evinə  gətirdi.  Buyurdu,  bir  dayə  gəldi. 
Dayə  əm cəyini  ağzına  verdi.  Uşaq  bir  sordu,  olan  südünü  içdi.  İkinci 
dəfə sordu,  qanını  içdi;  üçüncüdə cam nı aldı. B ir neçə  dayə  gətirdilər. 
T əpəgöz onları həlak etdi.  G ördülər olm ur, “südlə b əsləy ə k ” -  dedilər, 
Gündə  bir  qazan  süd  çatm ırdı.  B əslədilər,  böyüdü,  gəzm əyə  başladı. 
Oğlan  uşaqları  ilə  oynayırdı.  Uşaqların  kim inin  bum unu,  kim inin 
qulağını  y em əy ə  başladı.  Xülasə,  cam aat  bunun  əlindən  zara  gəldi. 
Aciz  qaldılar,  A ruza  şikayət  edib  ağlaşdılar.  A ruz  Təpəgözü  döydü- 
söydü,  belə  h ərək ətləri  qadağan  etdi;  T əpəgöz  sözünə  baxm adı.  Axır 
ki,  Aruz onu  evindən qovdu.
T əpəgözün  pəri  anası  gəlib  oğlanın  barm ağına  bir  üzük  keçirdi. 
“Oğul,  sənə  ox  batm asm ,  bədənini  qılınc k əsm əsin !” -  dedi.
T əpəgöz  oğuzların  arasından  çıxdı,  bir  uca  dağda  m əskən  saldı. 
Yol  kəsdi,  adam   oğurladı,  böyük  quldur  oldu.  Ü zərinə  bir  neçə  adam 
göndərdilər.  O x  atdılar,  batmadı.  Q ılınc  vurdular,  kəsm ədi.  Süngünü 
sancdılar,  yerim ədi.  Ç oban-çoluq  qalm adı,  T əpəgöz  ham ını  yedi. 
Oğuzların  içində  adam  yem əyə  başladı.  O ğuzlar yığışıb  onun  üzərinə 
gəldilər.  T əpəgöz  görüb  qəzəbləndi.  B ir  ağacı  qoparıb  yerindən  atdı, 
əlli-altm ış adam  həlak elədi.  İgidlərin başçısı Q azana elə zərb ə  vurdu, 
dünya başm a  daraldı.
Qazam n  qardaşı  Q aragünə  Təpəgözün  əlində  m əğlub oldu.  Dözən 
oğlu Alp  R üstəm   həlak  oldu.
Uşun  qoca  oğlu  kimi  pəhləvan  onun  əlində  öldü;  onun  iki  qardaşı 
da T əpəgözün  əlin d ə  pak canını  tapşırdı.
D əm ir  donlu  M am aq  onun  əlində  m əhv  oldu.  Bığı  qanlı  Bükdüz 
Ə m ən  də  T əpəgöz  tərəfındən  m əğlub  edildi.  Təpəgöz  ağ  saqqalh 
A ruz qocaya qan qusdurdu.  Qıyan Səlcikin ödü yarıldı.  O ğuzlar T ə p ə - 
g özə  heç  nə  edə  bilm ədilər,  vahim əyə  düşüb  qaçdılar.  T əpəgöz 
onların  qarşısını  aldı,  geri  qaytardı.  X ülasə,  oğuzlar  yeddi  d əfə  qaçdı,
-« K 2 6 7

T əpəgöz  onların  qarşısını  alıb,  yeddi  dəfə  geri  oturtdu.  O ğuz  yurdu 
T əpəgözün əlində əsir-yesir olub qaldı.  Gedib D ədə Qorqudu çağırdı- 
lar.  Onunla  danışdılar:  “Gəlin,  pay  ayıraq,  xərac  verək!”  -   dedilər. 
D ə d ə  Qorqudu  Təpəgözün  yanına  göndərdilər.  Gəldi,  salam   verdi. 
Deyir:  “Oğul, Təpəgöz, oğuz yurdu əlində əsir olub, viran qaldı.  Sənin 
ayağına  m əni  göndəriblər.  Sənə  vaxtaşırı  pay  verək,  d ey irlə r” . 
T əpəgöz  dedi:  “Gündə  altmış  adam  yığıb  verin  y em əy ə!” .  D ədə 
Q orqud deyir:  “Bu hesabla  sən adam qoymaz,  hamını  qırarsan.  A m m a 
gündə  iki  adam la beş yüz qoyun verə bilərik!” .
D ədə  Q orqud  belə  deyəndə  T əpəgöz  deyir:  “Yaxşı,  elə  olsun! 
Lakin m ənə h əm  də iki  adam verin,  yem əyim i  bişirsin,  m ən yeyim !” .
D ədə  Q orqud  döndü,  oğuz  yurduna  gəldi.  Dedi:  “Bunlu  qoca  ilə 
Yapaqlı  qocanı  Təpəgözə  verin,  xörəyini  bişirsin!  Bir  də  gündə  ıki 
adam la beş yüz qoyun istəyir” .  Cam aat razılaşdı.  Dörd oğlu olan birini 
verdi,  üçü  qaldı.  Üç  oğlu  olan  birini  verdi,  ikisi  qaldı.  İki  oğlu  olan 
birini  verdi,  biri  qaldı.
Qapaqqan adlı bir kişi vardı.  İki oğlu vardı.  B ir oğlunu vermiş, biri 
qalm ışdı.  İndi  növbə  dolanıb  ona  çatmışdı.  Anası  fəryad  edib  zar-zar 
ağladı.  Sən dem ə, xanım, Aruz oğlu Basat harasa döyüşə gedibmiş;  bu 
zam an  gəlib  çıxdı.  Oğlamn  anası  dedi:  “Basat  indi  çapqınçılıqdan g ə - 
lib.  Gedim,  b əlk ə  m ənə  bir əsir verdi,  oğulcuğazımı  qurtara bildim ” .
Basat  qızıl  naxışlı  günlüyünü  quruu  oturmuşdu  ki,  gördülər  bir 
qadm   gəlir.  İçəri,  Basatın yanına gəldi,  salam  verdi,  ağladı.  Dedi:
O vuclarına sığm ır  lələkli oxun,
Yekə  təkə  buynuzundan bərk yayın  var.
İç  Oğuzda,  Daş  Oğuzda  bəllidir adın,
Aruz  oğlu,  igid  Basat,  köm ək et ıtıənə!
B asat  deyir:  “N ə  istəyirsən?” .  Q adm   deyir:  “V əfasız  dünyada  bir 
kişi  m eydana  çıxıb.  Oğuz  elini  yaylağa  köçm əyə  qoym adı.  Böyük  iti 
polad qılınclar bir tükünü k əsə bilm ədi.  Qarğı nizə oynadanlar dərisini 
d ələ  bilm ədi.  Qayın  ağacından  düzəlm iş  oxları  atanlar  ona  kar 
etm ədilər.  İgidlərin başçısı  Q azana bir zərbə vurdu.  Qardaşı  Q aragünə 
onun  əlində əzildi.  Bığı  qanlı  Bügdüz Ə m ən onun əlində döyüldü.  Ağ 
saqqallı  atan  A ruza  qan  qusdurdu.  M eydanda qardaşm   Qıyan  Səlcikin 
ödü yarıldı,  can verdi.  Qalın O ğuz bəylərinin də kim ini şikəst etdi, k i-
mini həlak elədi.  Yeddi  dəfə Oğuz elini  yerindən  qovdu.  X ərac  istədi, 
aldı.  İndi  gündə  iki  adam ,  beş  yüz  qoyun  istəyir.  Bunlu  qoca  ilə  Y a- 
paqlı qocanı ona xidm ətçi veriblər. Dörd oğlu olan birini verdi. Üç olan 
birini verdi,  iki  olan birini verdi.  İki oğlum vardı, birini verdim, bir qaldı. 
Növbə  fırlamb,  m ənə çatıb.  Onu da istəyirlər.  Xanım, m ənə köm ək et!” 
Basatın  qaranlıq  çökm üş  gözləri  yaşla  doldu.  Qardaşm dan  ötrü 
soylamış,  görək,  xanım ,  nə  soylamışdır:
Q ayalıq  yerdə  tikilmiş  otaqlarını 
O  zalım  yıxm ışdır yəqin,  qardaş!
İti  qaçan  atlarını  tövlədən 
O  zalım   seçm işdir yəqin,  qardaş!
T əkhürküclü  dəvələri  qatarından 
O  zalım   ayırm ışdır yəqin,  qardaş!
Ş ü lən lərd ə  qırdırdığın qoyunları 
O  zalım  qırm ışdır yəqin,  qardaş!
F ərəh lən ib   gətirdiyin gəlinini 
O  zalım   səndən  ayırmışdır yəqin,  qardaş!
A ğ  saqqallı  atam ı  “Oğul”  deyə  ağlatdm  yəqin,  qardaş!
A ğca üzlü  anamı  sızlatdın,  yəqin qardaş!
Q arşıdakı  uca dağım ın zirvəsi  qardaş!
İti  axan  gözəl  suyumun daşqını  qardaş!
G üclü  belimin qüvvəsi,
qaranlıq çökm üş  gözlərimin  işığı,  qardaş!
“Q ardaşım dan  ayrıldım !”  -   deyə  çox  ağladı,  zarıldadı.  Basat 
həm in  qadına  bir əsir verdi.  “Get,  oğlunu xilas  e t!”  dedi.
Qadın  əsiri  götürüb gəldi,  oğlu yerinə verdi,  həm  də Aruzu  “oğlun 
g əld i!”  deyə  muştuluqladı.  Aruz  sevindi.  Qalın  Oğuz  bəyləri  Basatı 
qarşıladılar.  B asat atasının  əlini  öpdü.  Ağlaşdılar,  hönkürdülər.  A nası- 
nın evinə gəldi.  Anası oğlunu qarşılayıb qucaqladı. Basat anasının əlini 
öpdü.  G örüşüb-ağlaşdılar.  Oğuz bəyləri  toplaşdı.  Y em ək-içm ək m əc- 
lisləri  oldu.  B asat  dedi:  “Bəylər,  qardaşımın  qanını  almaq  üçün  T əp ə - 
gözlə qarşılaşm aq  istəyirəm .  Nə  deyirsiz?”
Qazan  bəy  burada soylamış,  görək,  xanım,  necə  soylamışdır:
B öyük  nəhəng oldu Təpəgöz,
G öydə  çevirdim,  yıxa bilm ədim ,  Basat!

B öyük qaplan oldu  Təpəgöz,
U ca  dağlarda fırlandıq,  yıxa bilmədim,  Basat!
Q uduz aslana döndü Təpəgöz,
Q alın  qam ışlıqda yıxa bilm ədim , Basat!
İgid  olsan, yaxşıdır,
am m a m ən Qazandan  artıq  olmazsan,  Basat!
A ğ  saqqallı  atanı  ağlatma!
A ğ birçəkli  ananı  zarıldatma!
Basat deyir:  “M ütləq  gedəcəyəm !”  Qazan deyir:  “Özün  bilərsən” . 
Atası ağlayıb deyir: “Oğul, ocağımı sahibsiz qoyma, rəhm  elə,  getm ə!” . 
Basat deyir: “Yox, ağ saqqallı əziz ata, gedirəm ” . Atasını eşitm ədi, pal- 
tarının  qolundan  bir  tutam  ox  çıxardı,  qurşağına  keçirdi.  Qılıncmı  da 
qurşandı.  Yayım   qoluna  saldı.  Ətəklərini  yığışdırdı.  Atasım n-anasınm  
əlini öpdü, halallaşdı, “salamat qalın!” -  dedi. Təpəgöziin olduğu Sala- 
xana  qayasına  gəldi.  Gördü  ki,  Təpəgöz  arxasım  günə  verib  yatır.  Öz 
belindən  çəkib  bir  ox  çıxardı.  Tepəgözün  çiyninə  bir  ox  vurdu.  Ox 
keçm ədi,  parçalandı.  Bir də  atdı.  O  da para-para  oldu.  Təpəgöz  qoca- 
lara  dedi:  “Bu  yerin  m ilçəyi  bizi  dilxor  etdi!” .  Basat  bir də  atdı.  O  da 
parçalandı,  bir  parçası  Təpəgözün  qabağına  düşdü.  Təpəgöz  sıçradı, 
baxdı.  Basatı  gördü,  əlini  əlinə  çalıb  qah-qahla  güldü.  Qocalara  dedi: 
“Oğuzlardan  bizə  yenə  bir  yem əli-yetişm iş  quzu  gəlib” .  Basatı  qa- 
bağına  qatıb  tutdu.  Boğazından  yapışıb  yatağına  gətirdi.  Çəkm əsinin 
boğazm a  soxdu.  Dedi:  “Ay  qocalar,  günorta  üstü  bunu  m ənim çin  şiş- 
kabab  eləyin,  yeyim ” .  Y enə yuxuya getdi.
Basatın  xəncəri  vardı.  Ç əkm ənin  boğazını  yarıb  içindən  çıxdı.  De- 
di:  “Ay  qocalar,  bunun  ölümü  nədəndir?”  Dedilər:  “Bilmirik.  Amma 
gözündən  başqa  ayrı  yerdə  ət  yoxdur” .  Basat  Təpəgözün  başı  ucuna 
gəldi.  Göz qapağım  qaldırdı.  Baxdı  gördü ki,  gözü ətdəndir.  Deyir:  “Ay 
qocalar, süngünü ocağa qoyun, qızsın!” .  Süngünü ocağa saldılar, qızardı.
Basat  əlin ə  aldı.  Adı  gözəl  M əhəm m ədə  salavat  çəkdi.  Süngünü 
T əpəgözün  gözünə  elə  basdı  ki,  gözü  m əhv  oldu.  T əpəgöz  elə  nərə 
çəkdi  ki,  elə  hayqırdı  ki,  dağ-daş  titrədi.  Basat  sıçradı.  M ağaraya 
qoyunların  içinə  girdi.  T əpegöz  bildi  ki,  Basat  mağaradadır.  M ağara- 
nın  qapısında  durub  bir ayağını  qapının  bir yanına,  birini  digər yamna 
qoydu.  Dedi:  “A y qoyunların başçıları  ərkəclər,  b ir-b ir gəlin,  keçin!” . 
B ir-b ir gəlib  keçdilər.  H ər birinin  başınt  sığalladı.  “Toğlucuqlar,  var-
■■*aİ^270^|İB"-
dövlətim   qaşqa  qoç,  gəlin,  keçin!”  -   dedi.  B ir  qoç  yerindən  qalxdı, 
buynuzlayıb  irəli  cum du.  Basat  bir  anda  qoçu  basıb  kəsdi,  dərisini 
çıxardı,  quyruğu  ilə  başım   dəridən ayırm adı;  dərinin içinə  girdi.  Basat 
T əpəgözün önünə  gəldi.  Təpəgöz bildi  ki,  Basat dəri  içindədir.  Deyir: 
“Ay qaşqa qoç, m ənim  həlak olacağımı haradan bildin? E lə vurum   sə - 
ni  m ağara divarına ki,  quyruğun m ağaram  yağlasın!” .  Basat qoçun b a- 
şım T əpəgözün  əlinə uzatdı.  T əpəgöz qoçun buynuzundan  bərk tutdu. 
Q aldıranda buynuzla dəri  əlində  qaldı.  Basat T əpəgözün ayaqları  ara- 
sından  sıçrayıb  çıxdı.  T əpəgöz  buynuzu  götürüb  yerə  çırpdı.  Dedi: 
“Oğlan,  qurtuldunm u?”  Basat  deyir:  “Tanrım   qurtardı” .  T əpəgöz  d e- 
yir:  “Ay  oğlan,  al  bu  barmağımdakı  üzüyü  barm ağına  tax,  sən ə  ox  və 
qılınc  kar ey ləm ə sin ” .
B asat üzüyü alıb barm ağına keçirdi.  T əpəgöz deyir:  “O ğlan,  üzüyü 
ahb  taxdınm ı?” .  Basat  deyir:  “Taxdım ” .  T əpəgöz  Basatın  üzərinə 
atılıb,  x ən c ərlə  vurub-kəsdi.  Basat  sıçrayıb  kənarda  durdu,  gördü  ki, 
üzük yenə  T əpəgözün  ayağı  altma düşüb  qalıb.
T əpəgöz  deyir:  “Q urtuldunm u?”  Basat  deyir:  “Tanrım  qurtardı” . 
T əpəgöz  deyir:  “Oğlan,  o  günbəzi  görürsənm i?” .  Deyir:  “G örürəm ” . 
T əpəgöz  deyir:  “M ənim   xəzinəm   var.  Get  m öhürlə,  o  qocalar  götür- 
m əsin lər!” .  B asat  günbəzin  içinə  girdi.  Gördü  ki,  qızıl-güm üş  yığıl- 
m ışdır.  B axanda  hər  şeyi  unutdu.  T əpəgöz  günbəzin  qapısını  tutdu. 
Dedi:  “G ünbəzə  girdinm i?” .  Basat  deyir:  “G irdim ” .  T əpəgöz  deyir: 
“İndi  elə  vurum   ki,  günbəzlə  bir  yerdə  darmadağın  olasan” .  Basat 
“lailahə  illallah,  M əhəm m ədən-rəsulallah!” -  dedi.  H əm in  anda  gün- 
bəz yarıldı,  yeddi  yerdən  qapı  açıldı.  Basat qapıların birindən  çıxdı.
T əpəgöz  əlini  günbəzə  soxdu.  Elə  vurdu  ki,  günbəz  alt-üst  oldu. 
T əpəgöz deyir:  “Oğlan, qurtuldunmu?” Basat deyir:  ’T anrım  qurtardı” . 
T əpəgöz  deyir:  “Sənə  ölüm  yoxmuş!  O  mağaranı  görürsənm i?  Basat 
deyir:  “G örürəm !” .  Deyir:  “Orada  iki  qılınc  var:  biri  qınlı,  biri  qınsız. 
M ənim  başımı  o  qınsız qıhnc kəsər.  Get götür,  m ənim  başımı  k əs!” .
Basat m ağara qapısına getdi. Gördü bir qınsız qılınc durmadan  enir- 
qalxır.  Basat  fikirləşdi:  “Bununla ehtiyath olm alıyam !” . Öz qılıncım  çı- 
xardı, qarşısına fuldu.  Qılıncı  iki para oldu.  Getdi, bir ağac gətirdi, qılın- 
cın qabağma tutdu.  Onu da  iki para eylədi.  Sonra yayını əlinə aldı.  Oxla 
o qılınc asılan zenciri vurdu. Qılınc yerə düşüb kömüldü. Öz qılmcını qı- 
nına qoydu. H əm in qıhncın dəstəyindən bərk tutdu. Gəlib dedi: “Ay T ə-
-**s|ş?271SSs"-

pəgöz,  necəsən?”  Təpəgöz  dedi:  “A y  oğlan,  yenə  ölm ədinm i?” .  Basat 
deyir:  “T annm  qurtardı” .Təpəgöz dedi:  “sənə ölüm yoxm uş!” . 
T əpəgöz  çağırıb  soylamış,  görək,  nə  soylayıb  demişdir:
G özüm ,  gözüm, yalm z gözüm!
Sən  yalnız  gözlə m ən oğuz yurdunu əsir etdim!
A la  gözüm dən  ayırdın,  igid,  məni!
Şirin  candan ayırsın Allah  səni!
B elə  ki  m ən çəkirəm  göz dərdini,
Heç  igidə  verm əsin Allah  göz bu günü!
T əpəgöz  yenə  deyir:
H ardan gəldin  sən  igid, yerin nə yerdir?
Q aranlıq gecədə yol  azsan, üm idin nəyədir?
B öyük bayraq  götürən  xam nız kimdir 
döyüş  günü öndə?
A ğ  saqqallı  atanın  adı nədir?
İgid  ə g ə r igid ərdən ad gizlətsə,  eyibdir.
A dın nədir,  igid,  söylə  m ənə!
B asat T əpəgözə  soylamış,  görək,  xanım, nə  soylamışdır:
O lduğum  yer,  yurdum   m ənim   Günortacdır!
Q aranlıq gecədə yol  azsam,  ümidim AUahadır.
B öyük  bayraq götürən xanım ız Bayındır xan,
D öyüş  günü öndə  gedən qəhrəm anım ız  Salur Qazan. 
A nam ın  adını  soruşsan,  -  Qaba ağacdır!
A tam ın  adını  soruşsan,  -  xaqan aslandır!
M ənim   adımı  soruşursan, -  Aruz oğlu Basatdır!
T əpəgöz  deyir:
“Süd qardaşıyıq,  qıym a m ə n ə !” .
B asat deyir:
A y  əbləh,  ağ saqqallı  atamı  ağladıbsan,
Ağ birçəkli  qoca  anamı  inlədibsən.
Doğm a  qardaşım Qıyan  Səlciki  öldürm üşsən.
A ğca üzlü gəlinim izi  dul  etm işsən.
A la gözlü uşaqlarını yetim  qoym uşsan.
Böyük,  iti polad  qılmcımı  çəkm əyincə,
Q afalı-papaqlı  başını  kəsm əyincə,
A1  qanm ı yer üzünə  tökm əyincə,
Q ardaşım  Q ıyam n qanını  alm ayınca 
qoyaram m ı  sağ qalasan,  -qoym aram !
T əpəgöz  də  burada  soylayıb  demişdir:
D eyirdim  ki,  qalxıb yerim dən dum m ,
Q alın  Oğuz b əyləriylə  əhdim i  pozum,
Q ollarında şahinləri  öldürüm.
B ircə  dəfə  adam   ətindən  doyum.
Q alm   Oğuz b əy ləri üstüm ə gəlsə,
D eyirdim  ki,  qaçıb  Salaxana  qayasına  girim.
M ancanaqla  ağır daşlar atım,  -deyirdim .
G öydən  başım a  düşən daşla ölüm,  -deyirdim .
A la gözdən  m əhrum   etdin,  igid,  məni!
Şirin  candan m əhrum   etsin A llah  səni!
T əpəgöz bir daha  soylayıb  demişdir:
A ğ saqqalh  qocaları  çox  ağlatmışam,
Ağ  saqqalın  qarğışım ı  tutdu  ola,  gözüm  səni?
Ağ birçəkli  qanları  çox  ağlatmışam,
A naların  göz  yaşım ı  tutdu ola,  gözüm,  səni?
B ığ yeri  tərləm iş  cavanları  çox yem işəm ,
C avanhqlarım ı  tutdu ola,  gözüm ,  səni?
Ə lləri  xınalı  qızcığazları  çox yem işəm ,
O vucları-qarışları  tutdu ola,  gözüm ,  səni?
B elə  ki  m ən  çəkirəm   gözümün  göynəm ini,
H eç  kim ə  verm əsin Allah  göz yükü,  göz qəmini!
G özüm ,  gözüm,  ay gözüm!  Yalnız  gözüm!
Basat  hirsləndi,  yerindən  durub  gəldi.  T əpəgözü  nər  d əv ə  kimi 
dizi  üstünə çökdürdü.  Təpəgözün öz qılıncı  ilə boynunu vurdu.  Başını 
yayın  kirişinə  taxdı,  sürüyə-sürüyə  m ağara qapısm a  gəldi.
Basat Bunlu qoca ilə Yapaqlı qocanı oğuz elinə muştuluqçu göndərdi. 
O nlar ağ-boz atlar minib çapdılar. Qalın Oğuz ellərinə xəbar çatdı.

A t  ağızlı  Aruz  qocanm  evinə  çapar  gəldi.  Ona  Basatın  sevinc 
x əbərini  verdi:  “Muştuluq!  Oğlun  Təpəgözü  öldürdü!” .
Q alın  O ğuz  b əy ləri  yetişd ilər.  Salaxana  qayasına  g əld ilər. 
T əpəgözün başını  ortaya  gətirdilər.
D ədəm  Qorqud gəlib  şadlıq havası  çaldı.  M ərd  igidlərin başm a nə 
gəldiyini  dedi-danışdı.  E ləcə  də  Basata xeyir-dua verdi:
Q ara dağa yetəndə  sən,  keçid versin!
A şqın-daşqın  sular  keçsən,  keçid  versin!  İgidliklə  qardaşımn 
qanını  aldın.  Qalın  oğuz  bəylərini  fəlakətdən  qurtardm.  Q adir  Allah 
üzünü  ağ etsin,  Basat!  -dedi.
Sizə  də  xeyir-dua verək,  xanım:
Ölüm   gəldikdə  sizi  pak im andan  ayırmasın!
G ünahınızı  adı  əziz M əhəm m əd M ustafaya
bağışlasın,  xanım,  hey!
Yüklə 139,49 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin