Əsil və sadələşdirilmiş məttılər "ÖNDƏr n ə Ş r iy y a t "


BAYBÖRƏNİN  O Ğ LU BAM SI



Yüklə 139,49 Kb.
Pdf görüntüsü
səhifə13/23
tarix16.02.2017
ölçüsü139,49 Kb.
#9068
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

BAYBÖRƏNİN  O Ğ LU BAM SI 
B EY R Ə K  BOYU
Qam  ö a n   oğlu  Bayındır  xan  yerindən  durmuşdu.  Qara  yerin 
üstündə hündür ağ evini tikdirmişdi. U ca alaçığı göy üzünə dirənmişdi. 
Min yerdə ipək xalça döşənmişdi.  İç Oğuzun, Daş Oğuzun bəyləri  B a- 
yındır xanın  söhbətinə  toplaşmışdı.  B aybörə və  onun  adamları da B a- 
yındır xanm məclisinə  gəlmişdi.  B ayındır xanm  qarşısm da oğlu Q ara- 
budaq  bəy  dayanıb  durmuşdu.  Sağ  yanında  Q azanm   oğlu  Uruz  dur- 
muşdu.  Sol yanında Qazlıq qoca oğlu Y eynək bəy  durmuşdu.  Baybörə 
bunları  gördükdə  ah  çəkdi.  Ağh  başından  çıxdı.  D əsm alım   əlinə  alıb, 
hönkürə-hönkürə  ağladı.
Bunu  görən  Qalın  Oğuzun  arxası,  Bayındır  xanm   kürəkəni  Salur 
Qazan  qaba  dizi  üstünə  çökdü.  B aybörə  bəyin  üzünə  qıyqacı  baxdı. 
Dedi:  “Baybörə  bəy,  niyə  ağlayıb  zarıyırsan?” .  Baybörə  bəy  deyir: 
“Qazan xan, necə ağlamayım, necə zarım ayım ? Oğuldan dayağım yox, 
qardaşdan  sayılmağım!  A llah-taala  m əni  qarğayıbdır...  B əylər,  tax- 
tım -tacım   üçün  ağlayıram.  Bir  gün  ola,  düşəm   öləm ,  yerim də-yur- 
dumda kim sə  qalmayacaq” .
Qazan  deyir:  “Arzun  elə  budurm u,  B aybörə  b əy ?” .  Deyir:  “Bəli, 
budur.  M ənim  də oğlum olsun, Bayındır xanm xidm ətində durub,  qul- 
luq  eləsin,  m ən də  baxıb  güvənim,  sevinib-fərəhlənim ...”
Belə dedikdə Qalın Oğuz bəyləri  göyə üz tutdular.  Ə1 qaldırıb dua 
elədilər.  “Allah-taala  sənə  bir oğul  versin!”  -  dedilər.
0   zamanlar bəylərin  alqışı  alqış,  qarğışı  qarğış  idi.  Duaları  yerini 
tuturdu.  Baybican bəy də yerindən durdu, dedi:  “B əylər, mənimçin də 
bir dua eləyin.  A llah-taala m ənə  də bir qız versin”  -  dedi.  Qalın Oğuz 
bəyləri  əl  qaldırdılar,  dua  eylədilər:  “A llah-taala  sənə  də  bir  qız  ver- 
sin”  -  dedilər.
Baybican bəy deyir:  “B əylər,  siz  şahid  olun,  A llah-taala m ənə  bir 
qız verərsə,  Baybörə bəyin  oğluna  göbəkkəsm ə  adaxlı  olsun!” .
Bunun  üstündən  bir  m üddət  keçdi.  Allah  B aybörə  bəyə  bir  oğul, 
Baybican  bəyə  bir  qız  verdi.  Qalın  Oğuz  bəyləri  bunu  eşitdilər,  şad 
olub  sevindilər.
Baybörə bəy tacirlərini yamna çağırıb əm r etdi:  “Ay tacirlər, Allah 
m ənə bir oğul verdi.  Oğluma görə R um  elinə gedin,  oğlum böyüyüncə
“'‘$?İ^202giS«-
yaxşı  h ədiyyələr  gətirin !”  -   dedi.  Tacirlər  gecə-gündüz  yol  getdilər. 
İstanbula gəldilər.  Danışıq aparıb yaxşı  hədiyyələr aldılar.  Baybörənin 
oğlu  üçün  bir  dəniz  qulunu,  boz  ayğır  aldılar.  D əstəyi  ağ  tozlu  bir 
m öhkəm   yay  aldılar,  bir  də  altı  pərli  gürz  aldılar.  Qayıtm aq  üçün  yol 
hazırlığı  gördülər.
Baybörənin  oğlu  beş  yaşına  girdi.  Bir  m üddət  sonra  çaya baxanda 
öz  əksinə  şığıyan  çal  qaraquş  ərdəm li,  bir gözəl,  yaxşı  igid  oldu.
O  zam anlar  bir  oğlan  baş  kəsm əsə,  qan  tökm əsəydi,  ona  ad 
qoyulm azdı.  B aybörə  bəyin  də  oğlu  atlandı,  ova  çıxdı.  Ov  ovlarkən 
atasının tövləsinə gəldi.  Onu əmiraxurbaşı qarşıladı, atdan endirdi, qo- 
naq  etdi.  Y eyib-içib  otururdular.  Bu  yandan  da  tacirlər  gəlib,  böyük 
D ə rb ən d   sərhəddində  dayanmışdılar.  Yarım asınlar  Evnik  qalasınm 
kafırləri,  onlardan  casusluq  etdilər.  Tacirlər yatarkən  qəflətən beş  yüz 
kafır  hücum   edib,  mallarını  çaldılar  çapdılar.  Tacirbaşı  tutuldu,  tacir- 
lərdən biri qaçaraq  oğuz diyarına gəldi.  Baxdı gördü ki, oğuz yurdunun 
ucqarında  bir  hündür  alaçıq  qurulmuş;  bir  yaraşıqlı,  gözəl  igid  də 
sağında  və  solunda  qırx  igidlə  oturmuşdur.  Tacir  fıkirləşdi:  “Oğuzun 
yaxşı  igidlərindəndir,  gedim  köırıək  istəyim ” .  Tacir deyir:  “İgid,  igid, 
bəy igid!  Sən  m onim  səsimi  anla,  sözümü  dinlə!  On  altı  ildir ki,  oğuz- 
ların  içindən  getm işdik.  D anışıq-razılıqla  kafırin  malını  oğuz  b əylə- 
rinə gətirirdik.  Böyük  D ərbəndin  Pasnik qalası yanında yatmışdıq.  Ev- 
nik  qalasının  beş  yüz  kafıri  bizə  hücum  etdi.  Qardaşım  dustaq  oldu. 
M alım ızı,  azuqəm izi  çalıb-çapıb  getdilər.  Dərdli  başımı  götürüb, 
yanına  gəldim .  Başına  dönüm,  igid,  m ənə  köm ək et!” .
Bu  d əfə  oğlan  içdiyi  şərabı  içmodi.  Əlindəki  qızıl  qədəhi  ycrə 
çırpdı.  Dedi:  “N ə  dcdiyimi  yetirin,  m ənim  geyimimi,  şahbaz  atımı 
gətirin!  Hey!  M əni  sevən  igidlər  atlansınlar!” .  Tacir  də  qabaqlarına 
düşdü,  bələdçi  oldu.
K afirlər də bir yerə çəkilib, pul bölüşdürm əkdəydi.  Bu vaxt igidlər 
m eydanının  aslanı,  pəhləvanların  qaplanı  Boz  oğlan  özünü  yetirdi.  Nə 
bir  dedi,  nə  iki,  kafırləri  qılıncladı.  Baş  qaldıranları  öldürdü,  cəzasına 
çatdırdı.  Tacirlərin  malını  xilas  etdi.
T acirlər  dedilər:  “Bəy  igid,  sən  m ərdlik  göstərib  bizi  xilas  etdin. 
İndi  gəl,  bəyəndiyin  malı  götür!” .  İgidin  gözü  bir  dəniz  qulunu  boz 
ayğırı  tutdu,  bir  d ə  altı  pərli  gürzlə  dəstəyi  ağ  tozlu  yayı.  Bu  üç  şeyi 
bəyəndi.  Dedi:  “Ay tacirlər, bu ayğırı, bu yayı və bir də bu gürzü m ənə 
verin!” .  Belə  dedikdə  tacirlər pərt oldular.
•**s§®82038!£?5—

İgid  dedi:  “Ay  tacirlər,  çoxmu  istədim ?!”  Tacirlər  dedilər:  “Niyə 
çoxdur?” . A m m a bizim bəyim izin bir oğlu vardır, bu üç şeyi g ərək ona 
hədiyyə  aparaydıq!” .
Oğlan deyir:  “Ədə, bəyinizin oğlu kimdir?” .  Dedilər:  “Baybörənin 
oğlu var,  adm a Bamsı deyirlər” .  Baybörənin oğlu olduğunu bilmədilər.
İgid  barmağını  dişləyib  fıkirləşdi:  “Burda  m innətlə  almaqdansa, 
orada  atam ın  yanında  m innətsiz  almaq  yaxşıdır” ,  -   dedi.  Atını 
qam çılayıb,  yola  düşdü.  Tacirlər  ardınca  baxa-baxa  qaldı.  “Vallah, 
yaxşı  igiddir,  insaflı  igiddir!” -  dedilər.
Boz oğlan atasının evinə  gəldi.  Atası tacirlərin  gəlm əsındən xəbər 
tutdu,  sevindi.  Çətirli  çadır,  uca  alaçıq  qurdurdu.  Y erə  ipək  xalçalar 
saldırdı.  Keçdi  oturdu.  Oğlunu  sağ  yanında  əyləşdirdi.  Oğlan  tacirlər 
barəd ə bircə  söz söyləmədi.  Kafırləri  qırdığını  dem ədi.
G özlənilm ədən  tacirlər  gəldilər.  Baş  endirib,  salam   verdilər. 
G ördülər ki, o baş kəsən, qan tökən igid Baybörə bəyin sağında oturur. 
T acirlər yanaşıb  igidin əlini  öpdülər.
B unlar  belə  etdikdə  Baybörə  bəyin  acığı  tutdu.  T acirlərə  dedi: 
“Ə də,  əbləh  oğlu  əbləhlər!  Ata  dura-dura  oğulunm u  əlini  öpərlər?” 
D edilər:  “Xan, bu igid sənin oğlundurm u?” . “B əli, m ənim  oğlum dur!”
-   dedi.  D edilər:  “İndilikdə  əvvəlcə  onun  əlindən  öpdüyüm üzdən 
incim ə,  xan.  Ə gər sənin  oğlun  olmasaydı,bizim  m alımız  Gürcüstanda 
getm işdi.  Ham ım ız dustaq  olm uşduq” .
Baybörə  bəy  deyir:  “Ədə,  m ənim  oğlum  başmı  kəsib,  qanmı 
töküb?” . “Bəli, baş kəsdi, qan tökdü, atdan adam saldı!” -  dedilər. “Aha, 
bu oğlan  ad qoym aq həddinə çatıbm ı?”  -  dedi.  “B əli,  sultanım,  ondan 
da  artıqdır!” -  dedilər.
B aybörə  b əy   Qalın  Oğuz  bəylərini  çağırdı,  qonaq  etdi.  Dədəm  
Qorqud  gəldi,  oğlana  ad  qoydu.  Dedi:  “Sözümü  dinlə,  B aybörə  bəy! 
A llah-taala  sən ə  bir  oğul  vermişdir,  əlində  qalsın!  A ğır  bayraq  götü- 
rə n d ə m üsəlm anlara arxa olsun!  Qarşı yatan uca qarlı dağlardan aşarsa, 
A llah  sənin oğluna keçid versin!  Coşğun  sulardan  keçərsə,  keçid ver- 
sin!  K afır qoşununa  baş  vuranda  A llah-taala  sənin  oğluna  fursət  ver- 
sin!  Sən  oğlunu  “Bam sım ”  -   deyə  oxşayırsan;  onun  adı  Boz  ayğırlı 
Bam sı  B eyrək olsun!  Adını  m ən  dedim,  yaşını  Allah  versin!” .
Qalın  Oğuz  bəyləri  əl  götürüb  dua  etdilər.  “Bu  ad  bu  igid  üçün 
uğurlu olsun!”  -  dedilər.
B əy lər ham ı ov üçün atlandılar. B eyrək Boz ayğırını çəkdirib min- 
di.  B öyük qoşun Ala dağa ova çıxdı.  B irdən oğuz yurdunun üzərinə bir
sürü keyik gəldi.  Bamsı  B eyrək birini qovub getdi. Q ova-qova bir yerə 
gəldi  çıxdı.  N ə  görsə  yaxşıdır?!  Gördü  ki,  göy çəm ənlikdə  bir qırmızı 
çadır  qurulm uşdur.  “G örəsən,  bu  otaq  kimin  ola?!”  -   deyə  fıkirləşdi. 
X əbəri  yox  idi  ki,  alacağı  ala  gözlü  qızın  otağıdır.  Bu  otağa  san  g et- 
m əyə utandı.  Sonra dedi:  “N ə olursa-olsun, hər halda m ən ovumu tut- 
m alıyam !” . G əlib çadırın önünə çatdı, keyiki qıcıqlandırdı.  Baxdı gör- 
dü  ki,  bu  otaq  onun  göbəkkəsm ə  nişanlısı-adaxlısı  olan  Banıçiçəyin 
otağıymış.
B anıçiçək otaqdan baxırdı.  Dedi: “Ay dayələr, bu əbləh oğlu əbləh 
bizə  gücünüm ü  göstərir?  Gedin  ondan  bir  pay  diləyin,  görün  nə 
deyir?”  -  Q ısırca yengə  deyilən bir qadın vardı.  İrəli  gedib pay  istədi. 
“H ey,  bəy  igid,  bizə  də  bu keyikdən pay ver!” -  dedi.  “Ay dayə,  m ən 
ovçu  deyiləm ,  ham ınızın  bəyinin  oğluyam.  Amma  soruşmaq  eyib 
olm asın,  bu  otaq  kim indir?”  -  dedi.  Qısırca yengə  deyir:  “İgid  bəyim , 
bu  otaq  Baybican  bəyin  qızı  Banıçiçəyindir” .
Xanım ,  bunu  eşidəndə  Beyrəyin  qanı  qaynadı.  Ə dəblə  yavaş- 
yavaş  geri  döndü.  Q ızlar keyiki  götürdülər.  G özəllər  şahı  Banıçiçəyin 
önünə  gətirdilər.  B anıçiçək  baxdı  gördü  ki,  bu  bir  sultana  layiq,  kök 
sığm -keyikdir.  B anıçiçək  deyir:  “Ay  qızlar,  bu  igid  necə  igiddir?” . 
Qızlar:  “Vallah,  sultanım ,  bu  igid  üzü  örtüklü  yaxşı  igiddir.  B əy  oğlu 
bəy im iş” , -  dedilər.  Banıçiçək deyir:  “Hey, hey, dayələr, atam həm işə 
m ən ə  səni  üzü  niqablı  B eyrəyə  vermişəm,  deyərdi.  Olmaya,  bu  ola. 
Ç ağırm  bir x əb ə rləşim ” ,-dedi.
Ç ağırdılar,  B eyrək  gəldi.  Banıçiçək  yaşm aqlandı,  soruşdu:  “ İgid, 
hardan  g əlirsən ?”  Beyrək  deyir:  “İç  O ğuzdan” .  “İç  Oğuzda  kim in 
n ə y isə n ? ” .  “B aybörə  bəy  oğlu  Bamsı  Beyrək  dedikləri  m ənəm ” .  Qız 
dedi:  “ B əs  nə  m əqsədlə  gəlm isən,  igid?” .  Beyrək  deyir:  “Baybican 
bəyin bir qızı  var, onu görm əyə gəldim !”.  Qız dedi:  “O elə qız deyildir 
ki,  sən ə  görünə!  A m m a  m ən  Banıçiçəyin dayəsiyəm .  G əl  indi  səninlə 
ova  çıxaq.  Ə gər  sənin  atın  m ənim   atımı  keçsə,  onun  atını  da  keçər. 
Həm  də ox ataq.  M əni  keçsən,  onu da keçərsən;  həm çinin  səninlə  gü- 
ləşək.  M əni  bassan,  onu  da  basm ış olursan” .
B eyrək  dedi:  “Yaxşı,  indi  atlanın!” .  İkisi  də  atlanıb  meydana 
çıxdılar.  At  sürdülər.  Beyrəyin  atı  qızm  atını  keçdi.  Ox  atdılar. 
B eyrəyin  oxu qızın  oxunu  ötdü.
Q ız  deyir:  “A y  igid,  heç  kimin  atı  m ənim   atımı,  kim sənin  oxu 
m ənim  oxumu keçm əyib.  İndi  gəl  səninlə qurşaq tutaq!” .  Beyrək d ə r-

hal  atdan endi. G üləşm əyə başladılar; iki pəhləvan kimi b ir-birinə sa r- 
maşdılar.  Gah  Beyrək  qızı,  gah  da  qız  Beyrəyi  yerə  vurm aq  istəyir. 
B eyrək sarsıldı,  fıkirləşdi:  “Bu qıza basılsam,  Qalın Oğuz  içində b a şı- 
ma  qaxınc,  üzüm ə  rişxənd  olacaq” .  Qeyrətə  gəldi.  Qarm alayıb  qızm  
sinəbağım  ə lə  keçirdi.  Döşündən tutdu.  Qız qurcandı.  Bu  dəfə  B eyrək 
qızın  incə  belindən  yapışdı,  fırladıb  arxası  üstə  yerə  vurdu.  Qız  dedi: 
“İgid, Baybicamn qızı B am çiçək m ənəm !” . B eyrək üç öpdü, bir d işlə - 
di,  “düyün  qanlı  olsun,  xan  qızı!”  -  deyə barmağından  qızıl  üzüyü  ç ı- 
xardı,  qızın  barmağına  keçirdi.  “Bu  üzük  aram ızda  nişan  olsun,  xan 
qızı!”  -  dedi.
Qız  deyir:  “Belə  oldusa,  indi  irəli  durmaq  lazımdır,  bəy  oğlu!” . 
B eyrək  də həmçinin:  “N ə  deyirəm,  xamm, baş  üstə!” -  dedi.
Beyrək  qızdan  ayrılıb,  evlərinə  gəldi.  Ağ  saqqallı  atası  qarşısına 
gəlib dedi:  “Oğul, bu gün oğuz yurdunda nə  gördün, nə eşıtdin?” .  D e - 
yir:  “N ə görecəkdim ,  oğlu olan evləndirmiş,  qızı olan köçürm üşdür...” 
Atası  deyir:  “Oğul, yoxsa səni  evləndirm ək  lazım dır?” .  “B əli,  ağ  saq- 
qallı  əziz ata,  evləndirm ək  lazım dır” -dedi.  Atası  dedi:  “Oğuzda  kimin 
qızını alıb verim ?” . Beyrək:  “Ata, m ənə bir qız alıb ver ki, m ən yerim - 
dən  durm adan  o  durmuş  olsun!  M ən  qaracıq  atım a  m inm ədən  o  m in- 
miş olsun!  M ən döyüşə getm əm iş o m ənə baş gətirsin!  Ata, m ənə belə 
bir qız alıb v e r” , -  dedi.
Atası  Baybörə  xan  deyir:  “Oğul,  sən  qız  yox,  özünə  bir  yoldaş- 
silahdaş  istəyirsənm iş.  Oğul,  bəlkə  istədiyin  qız  Baybican  bəyin  qızı 
B anıçiçəkdir?” .  Beyrək:  “Bəli,  ağ  saqqallı  əziz  ata,  m ənim   istədiyim  
elə  odur”, -  dedi.
Atası  dedi:  “Ay  oğul,  Banıçiçəyin  bir  dəli  qardaşı  vardır,  adma 
D əli Qarcar deyərlər.  Qız istəyəni öldürür” .  B eyrək deyir:  “Yaxşı, bəs 
nə  edək?” .  B aybörə  bəy  deyir:  “Oğul,  Qalın  Oğuz  bəylərini  evimizə 
dəvet edək,  necə  m əsləhət  görərlərsə,  ona  uyğun  da  iş  görək” .  Bütün 
Qalın  Oğuz  bəylərini  çağırıb,  evlərinə  yığdılar.  Z əngin  qonaqlıq  ver- 
dilər.  Qalın Oğuz bəyləri dedilər:  “Bu qızı  istəm əyə  kim gedə biler?” . 
M əsləhət  gördülər  ki,  D ədə  Qorqud  getsin.  Bu  təklifə  qarşı  Dədə 
Qorqud deyir:  “Dostlar, m adam  ki, m əni  göndərirsiniz, bilirsiz ki, D ə- 
li  Qarcar bacısım   istəyəni  öldürür;  Barı  Bayındır xanın  tövləsindən  iki 
şahanə yüyrək at getirin.  Bir Kcçi başlı Keçər ayğırı, bir də Toğlu başlı 
D uru  ayğırı.  B irden  q a ç -q o v   olarsa,  birisini  m inim ,  o  birini 
yedəkleyim ” .
•*,
s
İ€206
ö
£
h
4*-
D ədə  Qorqudun  sözü  ağıllarına  batdı.  G etdilər,  Bayındır  xanın 
tövləsinden  o  iki  atı  getirdilər.  Dədə  Qorqud  birini  mindi,  birini 
yedəklədi.  “Dostlar,  sizi  Allaha  tapşırdım !”  -  dedi,  getdi.
Sultanım,  bu  vaxt Dəli  Q arcar da öz uca  evı'ni,  hündür otağını  qara 
yer  üstündə  qurdurmuşdu.  Yoldaşları  ilə  nişan  qoyub  atırdı.  D ədəm  
Qorqud  da  o  yandan  gəldi.  Baş  endirib  təzim   etdi.  Dil-ağız  edib, 
hörm etlə salam verdi.  Dəli  Q arcar ağzını  köpükləndirdi.  Dədə Q orqu- 
dun  üzünə  baxdı.  Dedi:  “Əleykəssəlam!  A y  em əli  azmış,  yolundan 
dönm üş,  qadir  Allah  ağ  alnına  qada  yazmış!  A yaqhların  buraya  g əl- 
diyi,  ağızlıların buradakı sudan içdiyi yox idi.  Senə nə oldu? Əməlinmi 
azdı?  Ağlınm ı  azdı?  Əcəlinm i  gəldi? Bu aralarda neyləyirsəıı?” .  D ədə 
Q orqud  deyir:
Qarşı  yatan  uca  dağını  aşmağa  gəlm işəm .
Coşub  daşan  təm iz  suyunu keçm əyə  gəlm işəm .
Gen  oteyinə,  dar qoltuğuna qısılm ağa  gelm işem .
Tanrının  əm riylə,  peyğəm bərin  rəyi  i!o 
Aydan  arı,  gündən  duru  bacın  Banıçiçəyi 
Bamsı  B eyrəyə  diləm əyə gəlm işəm !
D əd ə  Qorqud  belə  dedikdə  Dəli  Qarcar  deyir:  “Əyo,  nə  dediyimi 
yetirin,  Qara  ayğırı  yaraqlı  gətirin!” .  Qara  ayğırı  yaraqlı  gotirdilor. 
Dəli  Qarcar  atlandı.  Dədo  Qorqud  ümidini  üzüb  gözlomodi,  qaçdı. 
Doli  Qarcar  ardınca  düşdü.  Toğlu  başlı  Duru  ayğır  yoruldu.  Dədo 
Q orqud  Keçi  başlı  Keçorə  sıçrayıb  mindi.
Dədoni  qova-qova  Doli  Qarcar  on  ox  mosafosini  keçdi,  arxadan 
Dodo  Q orquda  çatdı.  Dodənin  yaddaşı  canlandı,  Allaha  sığınıb,  isıni- 
ozom   oxudu.
D əli  Qarcar qıhncını əlinə aldı.  Qolunu yuxarı  qaldırıb hücum  ctdi. 
Doli  bəy  Dodəni  bir anda  vurmaq  istədi.  D ədə  Qorqud  dedi:  “Vursan, 
olin  qurusun!” .
Allahın  omri  ilə  Dəli  Qarcarın  əli  yuxarıdan  asılı  qaldı.  Dodo 
Q orqud  vilayətin  ruhani  ağası  olduğu  üçün  diloyi  qobul  olundu.  Dəli 
Q arcar  deyir:  “Am andır,  köm ək  et!  Tanrının  birliyinə  şübho  yoxdur! 
Sən  monim  olimi  sağalt;  Tanrının  əm ri  ilə,  peyğəm bərin  rəyi  ilo 
bacımı  Beyrəyo verim ” .  Dediyini  üç defə təsdiq elədi.  Günahına tövbə 
ctdi.  D ədə  Qorqud  dua eylədi.  Allahın əmri  ilə  dəlinin  oli  sap-sağlam

oldu.  Döndü,  dedi:  “D ədə,  bacım m   yolunda  m ən   nə  istəsəm ,  verər- 
sənm i?” . D ədə deyir:  “V erərik, de,  görək n ə istəy iısən ?” .  Dəli Qarcar 
deyir:  “Min  buğra  gətirin  ki,  m aya  görm əm iş  olsun.  Min  də  ayğır 
gətirin  ki,  ilxıya  girm əm iş  olsun.  M in  də  qoyun  üzü  görməmiş  qoç 
gətirin.  M in də quyruqsuz-qulaqsız köpək gətirin.  Min də birə gətirin 
mənə!  Ə gər bu  dediyim  şeyləri  gətirərsinizsə,  bacım ı  verdim.  Amma 
gətirm əsən,  bu dəfə  öldürm ədim ,  o  vaxt öld ü rərəm !” .
Dədə döndü, Baybörə bəyin evinə gəldi. B aybörə bəy deyir: “Dədə, 
oğlanmısan,  qızmısan?” .  D ədə “oğlanam !” -  dedi.  “Bəs D əli Qarcann 
əlindən  necə  xilas  oldun?”-   dedi.  D ədə  deyir:  “Allahın  köməyi, 
ərənlərin səyi  ilə qızı  aldım ” .
Beyrəyə,  anasına  və  bacılarına  m üjdəçi  gəldi.  Sevindilər,  şad 
oldular.  Baybörə  bəy  deyir:  “D əli  nə  qədər  m al  istədi?” .  Dədə  dedi: 
“Yanmasın  Dəli  Qarcarı,  heç  m üm kün  olmayan  m al  istədi!” .  Baybörə 
bəy deyir:  “Axı, nə dilədi?” . Dədə deyir: “Min ayğır istəyibdir ki, ilxıya 
girməmiş  olsun.  Min də buğra istədi  ki,  maya görm əm iş  olsun.  Min də 
qoç  diləyibdir  ki,  qoyun  üzü  görm əm iş  olsun.  M in  də  quyruqsuz- 
qulaqsız köpək istəyib. Min də qaraca-qaraca b irələr dilədi.  “Bu şeyləri 
gətirsəniz, bacımı verərəm.  G ətirm əsən, gözüm ə görünməyəsən, yoxsa 
səni öldürərəm !” -  dedi” . Baybörə b əy  deyir:  “D ədə, m ən üçünü tapar- 
sam,  ikisini  sən taparsanmı?” .  D ədə  Qorqud  “B əli,  xanım,  tapacağam”
-  dedi. Baybörə bəy: “İndi, Dədə, köpəklə birəni sən tap”,-dedi. Özü də 
tövlə-tövlə atları üçün getdi. Min ayğır seçdi. D əvələrinin arasından min 
buğra-nər seçdi.  Qoyun  sürülərindən m in qoç  seçdi.
D ədə  Qorqud  da  m in  quyruqsuz-qulaqsız  köpəklə  min  də  birə 
tapdı.  Bunları  götürüb  D əli  Qarcarın  yanına  getdi.  Dəli  Qarcar eşitdi, 
qarşısına  gəldi.  “Görüm,  dediyimi  gətird ilərm i?”  -   dedi.  Ayğırları 
görəndə  bəyəndi.  D əvələri  də  görüb  bəyəndi.  Qoçları  bəyəndi. 
Köpəkləri  görəndə  qah-qah güldü,  dedi:  “D ədə,  bəs  m ənim  birələrim 
hanı?” .  D ədə  Qorqud:  “Hey,  oğul  Qarcar,  o  itm ilçəyi  kimi  adamı dəli 
eləyər.  0   bir  acıqlı  canlıdır.  Ona  görə  də  bir y erdə  yığıb  saxlamışam. 
G əl gedək,  kökünü gətir,  arığını  qoy qalsın” , -  dedi.
D ədə  Qorqud  Dəli  Qarcarı  b irə  olan  yerə  gətirdi.  Dəli  Qarcarı 
soyundurub  ağıla  saldı.  B irələr  D əli  Q arcarın  bədəninə  daraşdılar. 
D əli  Qarcar  gördü  birələrlə  bacarm ır,  dedi:  “D ədə,  kömək!  Allah 
eşqinə,  in saf  elə!  Qapını  aç,  çıxım ” .  D ədə  Qorqud:  “Oğul,  Qarcar, 
qarğayıb  eləm əyəsən,  bu  tapşırdığın  şeydir,  götür!  N ə  oldu,  belə 
özünü  itirdin?  Köklərini  seç,  arığını  qoy!” -  dedi.
D əli  Q arcar  deyir:  “Vay,  D ədə  sultan,  Allah  bunların  kökünü  də 
götürsün,  arığını  da!  B ir  m əni  qapıdan  çölə  çıxar,  köm ək  elə” .  D ədə 
qapım  açdı.  D əli  Q arcar  çıxdı.  D ədə  gördü  ki,  b irələr  Dəlinin  camna 
keçmişdir;  b aşı-b əd ən i  b irədən  görünmür.  Ü z-gözü  bəlli  deyil.  Dəli 
Q arcar  D ədənin  ayağına  düşdü:  “Allah  eşqinə,  m əni  xilas  et!”  dedi. 
D ədə  Q orqud  “Get,  oğul,  özünü  suya vur!”  -  dedi.
D əli Q arcar qaçaraq getdi,  suya düşdü.  B irədir də,  suda axdı getdi. 
G əldi  paltarını  geydi,  evinə  getdi.  Böyük toy hazırhğım   gördü.
O ğuz  zam anında  evlənən  h ər  igid  ox  atardı.  Oxu  düşən  yerdə  də 
gəlin otağı  qurardı.  B eyrək  xan da oxunu atdı,  oxu  sancılan yerdə  ota- 
ğım   qurdurdu.  A daxlısından  bir  bəylik  qırm ızı  qaftan  gəldi.  B eyrək 
geydi.  Bu  iş  yoldaşlarına  xoş  gəlm ədi.  P ərt  oldular.  Beyrək  deyir: 
“N iy ə  pərt  oldunuz?”  Dedilər:  “Necə  pərt  olm ayaq?  Sən  qırmızı  qaf- 
tan  geyirsən,  biz  isə ağ qaftan!” .  Beyrək:  “Belə  şeydən ötrü niyə halı- 
nızı  pozursunuz?  Bu  gün  m ən  geym işəm,  sabah  naibim   geysin.  Qırx 
g ü n əd ək  sıra ilə geyinək.  O ndan sonra bir dərvişə verək !” -  dcdi.  Qırx 
igidlə  yeyib-içib  oturm uşdular.
Y arım asın  kafırin  casusu,  bunları  görüb,  getdi  Bayburd  hasarının 
bəyinə  x əbər  verdi.  Deyir:  “N ə  oturursan,  sultanım,  Baybican  bəy  o 
sənə  verəcəyi  qızı  B eyrəyə  verdi.  Bu gecə  gəlin  gedəcəkdir” .
O  m əlun  yeddi  yüz  kafırlə  atlanıb  yürüşə  çıxdı.  Beyrək  ap-alaca 
gəlin  otağında yeyib-içib  xəbərsiz  oturmuşdu.  G ecə  yuxusu  vaxtı  ka- 
fırlər  hücum   etdi.  Naib  qılıncını  siyirdi,  əlinə  aldı.  “Mənim  başım 
B eyrəyin  başına qurban  olsun!”  -  dedi.  Naib  yaralandı,  həlak  oldu.
D ərinlik gizlədər,  çoxluq  qorxudar.
A t  işləyər,  ə r öyünər...
A tsız  kişinin  üırıidi  olmaz.
O tuz  doqquz  igidlə  Beyrək  dustaq  getdi.  Dan  ycri  qızardı,  günəş 
doğdu.  B eyrəyin  atası-anası  baxıb  gördü  ki,  golin  otağı  görünməz  ol- 
muşdur.  A h-vay  etdilər,  ağılları  başlarından  çıxdı.  Gördülər ki,  yurdda 
bir quzğun, bir tazı  dolaşır.  Otaq  yerlə-yeksan,  naib  isə həlak olmuşdur. 
Beyrəyin  atası  böyük  çalmasmı  götürüb  yerə  çırpdı.  Dartdı,  yaxasını 
yırtdı. “Oğul, oğul!” -  deyib yüyürdu, zarıldadı. Ağ birçəkli anası ağladı, 
gildir-gildir  göz  yaşını  tökdü,  ağ  üzüno  acı  dımaq  çaldı.  A1  yanağını 
dartdı,  qarğı  kimi  qara saçını  yoldu.  Ağlayıb-sızlayıb evinə gəldi.
Baybörə  bəyin  qızıl  tağlı  hündür evinə  şivən  düşdü.  Q ız-gəlininin 
qəhqəhəli  gülüşü  kəsildi.  Ağ  əllərə  qızıl  xına  yaxmadılar.  Yeddi  bacı

ağ  çıxanb,  qara  donlarım  geydilər.  “Vay,  bəy  qardaşımız!  M urad m a- 
arzusuna çatm ayan yalqız qardaş!”  -  deyib  hönkür-hönkür ağlaşdılar.
B eyrəyin  nişanlısına  x əbər  çatdı.  Banıçiçək  qaralar  geydi,  ağ 
qaftanını  çıxardı.  Payız  alması  kimi  al  yanağını  dartdı,  yırtdı.  “Vay,  al 
duvağım m  yiyəsi!  Vay,  alnım ın-başım ın ümidi!  Vay,  şah  igidim ,  şa h - 
zadə  igidim.  Doyunca  üzünə  baxm adığım ,  igid  xanım!  H ara  getdin, 
m əni  yalqız  qoyub  igid  xanım?!  Göz  açaraq  gördüyüm,  könül  verib 
sevdiyim,  bir yasdıqda baş  qoyacağım!  Yolunda öldüyüm!  Q urban  o l- 
duğum!  Vay,  Qazan  bəyin  dostu!  Vay,  Qalın  Oğuzun  sevim lisi  B ey - 
rə k !”  -   deyib  zar-zar  ağladı.  Bunu  eşidən  Qıyan  Səlcik  oğlu  D əli 
D ondaz ağ çıxardı, qara geydi.  B eyrəyin yar-yoldaşları  ağ çıxarıb qara 
geydilər.  Q alın  Oğuz  bəyləri  B eyrək  üçün  böyük  yas  tutdular. 
Ü m idlərini  üzdülər.
B u hadisədən on altı  il keçdi.  B eyrəyin ölü-dirisini bilm ədilər.  B ir 
gün  qızın  qardaşı  Dəli  Q arcar  B ayındır xamn  divanına  gəldi.  Diz  çö - 
küb  dedi:  “Ağıllı  xanm  öm rü  uzun  olsun!  B eyrək  diri  olsaydı,  on  altı 
ildən  bəri  gələrdi.  B eyrəyin  diri  olduğu xəbərini  gətirən  bir igid olsa, 
qızılı tikişli, naxışlı çuxa, qızıl-güm üş verərəm.  Ölüm xəbərini g ə tirə - 
nə bacım ı verərəm ” .
Belə dedikdə, muradı  gözündə qalsm ,  Yalançı  oğlu Yalancığ dedi: 
“Sultamm ,  m ən   gedim,  ölüsü—
dirisi  xəbərini  gətirim !” .
Sən  dem ə,  Beyrək  Yalançı  oğluna  bir  köynək  bağışlayıbm ış; 
geym əyib  saxlayırmış.  Getdi,  həmin  köynəyi qana-m ana batırdı,  gəti- 
rib  B ayındır  xanın  önünə  atdı.  B ayındır  xan  deyir:  “Ədə,  bu  nə  köy- 
nəkdir?”  Yalıncıq:  “Beyrəyi  D ərbənddə  öldürm üşlər,  bu  da  nişanıdır, 
sultanım !"  -dedi.
B əylər köynəyi görəndə hönkür-hönkür ağlaşdılar, zarıldadılar. B a- 
yındır xan deyir:  “Əyə, niyə ağlayırsınız, biz bunu tanımanq. Adaxhsına 
aparın,  görsün.  O yaxşı  bilər.  Çünki  o  tikibdir,  yenə  o  tanıyar” .
G etdilər,  köynəyi  Banıçiçəyə  apardılar.  Gördü,  tanıdı.  “Odur!” 
dedi.  Dartdı,  yaxasını  yırtdı.  İti  dım aq  ilə  ağ  üzünü  aldı-cırdı.  Payız 
alm ası  kimi  al  yanağını  yırtdı.  “Vay,  göz  açıb  gördüyüm,  könül  verib 
sevdiyim!  Vay,  al  duvağım ın  sahibi!  Vay,  alm m ın-başım ın  ümidi, 
B eyrək xan!”  -  deyə  ağladı.
B eyrəyin  ata-anasına  x əb ə r çatdı.  Baybörənin  böyük düşərgəsinə 
şivən  düşdü.  A ğ  çıxardılar,  qara  geydilər.  Q alın  Oğuz  bəyləri 
B eyrəkdən  bütün  ümidlərini  üzdülər.
Yalançı  oğlu  kiçik  nişam nı  eylədi.  Böyük  toy  günü  üçün  vaxt 
qoydu.  B eyrəyin  atası  da  tacirləri  çağırdı,  yanma  gətirib  dedi:  “Ay 
tacirlər,  gedin  iqlim -iqlim   arayın,  Beyrəyin  xəbərini  gətirib  deyin, 
görüm,  doğrudanm ı  ölm üşdür?” .
Tacirlər  hazırlıq  gördülər.  G ecə-gündüz  dem əyib  yol  getdilər. 
Təsadüfən  Parasarın  B ayburd  hasarına gəlib çatdılar.  Kafırlərin şadlıq 
günləri  idi.  H ə r biri  yem əkdə-içm əkdə  idi.  Beyrəyi  də  gətirib  qopuz 
çaldırırdılar.  B eyrək  uca  çardağdan  baxdı,  tacirləri  gördü.  Bunları 
gördükdə  x əbərləşdi.  G örək, xanım, necə  xəbərləşdi,  nə  dedi:
H ündür-alçaq  yerlərdən gələn  karvan!
B əy  atam m ,  xanım   anamm  sovqatı  karvan!
Ayağı  uzun  şah  atına  minən  sarvan!
Səsim i  anla,  sözüm ü  dinlə,  sarvan.
Qalın  O ğuz  diyarında  Ulaş  oğlu  Salur Qazam 
M ən  soruşsam ,  sağm ı,  sarvan?
Qıyan  Səlcik oğlu  Dəli  Dondazı 
M ən  soruşsam ,  sağm ı,  sarvan?
Ağ  saqqallı  atam ı,  ağ  birçəkli  anamı 
M ən  soruşsam ,  sağm ı,  sarvan?
Göz  açaraq  gördüyüm ,  könüllücə  sevdiyim 
Baybican  qızı  B am çiçək  evdəmi,  sarvan, 
yoxsa gordamı,  sarvan?
De  m ənə,
Dərdli  başım   qurban  olsun,  sarvan,  sənə!
T acir dedi:
Sağ-salam atsanm ı,  canım  Bamsı!
Q ıyan  Səlcik  oğlu  Dəli  Dondazı  soruşursan, 
sağdır,  Bamsı!
Q aragünə  oğlu  Budağı  soruşursan, 
sağdır,  Bamsı!
O  b ə y lə r ağ  çıxarıb  qara  geydi  səninçin,  Bamsı!
Ağ  saqqallı  atanı,  ağ birçəkli  ananı  soruşursan, 
sağdır,  Bamsı!
Ağ çıxarıb  qara geydilər səninçin,  Bamsı!
Yeddi  bacım   yeddi  yol  ayrıcında 
ağlar gördüm ,  Bamsı!

P ayız  alm asıtək al  yanaqlarım  
yırtar gördüm,  Bamsı!
“G edib  gəlm əyən  qardaş!”  -  deyə 
in ləy ən   gördüm,  Bamsı!
G öz  açaraq gördüyün,  könül  verib  sevdiyin 
B aybican qızı  B anıçiçək 
kiçik nişanm ı  eylədi, 
böyük toyu üçün vaxt qoydu.
Y alançı  oğlu Y alancığa gedən  gördüm, 
xan  Beyrək!
Parasarın  B ayburd hasarından  sıçrayıb  aş,
A p -a laea gəlin otağına yetiş,  gəl!
G əlm əzsənsə,  öz  sevgilin Bamçiçoyi 
H əm işəlik itirərsən,  yəqin bil!
B eyrək qalxdı,  ağlaya-ağlaya qırx  igid yoldaşının yanına  gəldi.  İri 
çalm asını  götürüb  yerə  çırpdı.  Dedi:  “Hey,  m ənim   qırx  yoldaşım ! 
B ilirsizm i  n ə lə r  olub?  Y alançı  oğlu  Y alancıq  m ənim   ölüm  xəbərim i 
aparm ışdır.  A tam ın  qızıl  tağlı  hündür  evinə  şivən  düşüb.  Q aza b ən zər 
q ızı-g əlin i ağ çıxarıb qara geymişdir. G öz açaraq gördüyüm , könül v e - 
rib  sevdiyim  B anıçiçək Y alançı  oğlu Y alancığa getm əli  olm uşdur.
B unu  eşitdikdə  qırx  igid  böyük  çalm alarım   götürüb  yerə  vurdu, 
h ıçqıra-hıçqıra  ağlaşdı,  inlədi.
D eyirlər  ki,  kafir  bəyinin  bir  bakirə  qızı  vardı.  H ər  gün  B eyrəyi 
görm əy ə  gəlirdi.  O  gün  yenə  gəldi.  Baxdı  gördü  B eyrək  pərtdir.  Qız 
dedi:  “N iyə  pərtsən,  xan  igidim ?  H əm işə  gələndə  səni  şən görürdüm . 
G ülərdin,  oynardın.  İndi  nə  oldu  sə n ə ? ” .  B eyrək  dedi:  “N e cə  pərt 
olm ayım ? On altı ildir ki, sənin atanın dustağıyam . A ta-anaya, qohum - 
qardaşa  həsrətəm ;  bir  də  bir  qara  gözlü  sevgilim  vardı;  Y alançı  oğlu 
Y alaneıq deyilən bir kişi  var,  gedib yalandan m ənim  öldüyüm ü demiş, 
sevdiyim  qız  da ona getm əli  olm uşdur” .
Q ız  B eyrəyə  aşiq olmuşdu,  ona görə  də  dedi:  “Ə g ər səni  hasardan 
örk ən lə  aşağı  sallasam,  sağ-salam at  ata-anam n  yanına  getsən,  məni 
burda gəlib halallıqla alarsanm ı?  Beyrək and içdi:  “O ğuz yurduna sala- 
m at  çatsam ,  gəlib  səni  halallıqla  almasam,  qıhncım la  doğramm!  O xu- 
m a  sancılım!  Y er kimi  çatlayım,  torpaq kimi  sovrulum !” .  Qız d a örkən 
gətirib,  B eyrəyi  hasardan  aşağı  sallandırdı.  B eyrək aşağı baxdı.  Özünü
y er  üzündə  gördü.  A llaha  şükür  etdi.  Y ola  düşdü.  G edəndə  kafırin 
ilxısına  gəldi.  “B ir at  tapa  bilsəm ,  tutum   m inim !”  -  dedi.  Baxdı  gördü 
öz  dəniz  qulunu  B oz  ayğır burada otlam aqdadır.  B oz  ayğır da  Beyrəyi 
görüb dayandı,  şahə qalxıb iki  ayağımn üstündə durdu, kişnədi. B eyrək 
də  atını  ö yüb-tərifləm iş,  görək,  xanım,  necə  öymüş, n ə demişdir:
A ç ıq -a ç ıq  m eydanlara b ən z ər sənin alnın.
İki  g ecə  çırağıdır sənin gözlərin.
Y um şaq  ipəyə  b ən zəy ir sənin yalın.
Q oşa qardaşa b ə n z ə r sənin qulaqların.
M ərdi  m uradına çatdırar sənin belin.
M ən   sənə  at dem ərəm ,  qardaş  deyərəm , 
qardaşım dan artıq!
B aşım a  iş  gələndə  yoldaş  deyərəm , 
yoldaşım dan  artıq!
A t  başını  yuxarı  tutub  bir  qulağını  qaldırdı,  B eyrəyin  qabağına 
g əld i.  B eyrək  atın  köksünü  qucaqladı.  İki  gözündən  öpdü.  Sıçrayıb 
m indi.  Q ala  hasarınm   qapısm a  gəldi.  O tuz  doqquz  yoldaşmı  tapşırdı, 
gö rək ,  xanım ,  necə  tapşırdı:
Ey  m urdar dinli  kafır!
M ənim   ağzım a söyüb  durdun,  anlam adım ,
Q ara donuz ətindən xörək yedirtdin,  dözə  bilm ədim .
A llah  m ənə yol  verdi,  gedəsi  oldum ,  ay  kafır!
O tuz  doqquz  igidim   əm anət qalsın,  ay kafır!
B irini  əskik  görsəm ,  yerinə  onunu öldürərəm .
O nunu  əskik  görsəm ,  yerinə  yüzünü  öldürərəm ,  ay  kafır! 
O tuz  doqquz  igidim  əm anət olsun,  ay kafir!  -  
belə  deyib  dayanmadı,  atım  çapdı.
Q ırx  n ə fə r  k afır  atlandı,  ardınca  düşdü;  qova-qova  getdilər,  çata 
bilm əyib  geri  döndülər.
B eyrək oğuz  diyarm a gəldi.  Gördü bir ozan  gedir,  dedi:  “Ay  ozan, 
hara  g edirsən?” .  O zan  deyir:  “B əy  igid,  toya  gedirəm ” .  B eyrək  dedi: 
“K im in  toyudur?” .  “Yalançı  oğlu  Y alancığın” ,  -   dedi.  “Ə yə,  kimin 
qızını alır?” .  O zan deyir:  “X an B eyrəyin adaxlısım  a lır” .  B eyrək deyir: 
“A y ozan,  qopuzunu m ənə ver,  atımı  sən ə verim ;  saxla,  gəlim,  d əy ə r-

ini-qiym ətini  gətirim,  alım ” .  Ozan  deyir:  “A vazım   qısalm adan,  səsim  
boğulm adan  bir  atdır  əlim ə  keçib,  aparıb  saxlayım ” .  Ozan  qopuzu 
B eyrəyə  verdi.  Beyrək  qopuzu  aldı,  atasm m   düşərgəsinə  yaxmlaşdı. 
Baxdı  gördü ki, bir neçə çoban yol ayrıcında oturub  ağlayırlar,  həm  də 
durm adan daş yığırlar.  B eyrək deyir:  “A y çobanlar, bir adam yolda daş 
tapsa, çölə atar.  Siz niyə bu daşı yola yığırsınız?” .  Ç obanlar deyir: “Eh, 
sənin  ancaq  özündən xəbərin  var,  bizim   halım ızdan  xəbərin  yoxdur” . 
“Halınıza  nə  olub  ki?” .  Ç obanlar  dedi:  “B əyim izin  bir  oğlu  vardı,  on 
altı  ildir ki,  ölüsü-dirisi xəbərini  kim sə  bilmir.  Y alançı  oğlu  Yalancıq 
deyilən  birisi  onun  ölüm  xəbərini  gətirdi.  Adaxlısm ı  ona  verməli 
oldular:  Qız  gəlib  buradan  keçəcək.  D aşlayacağıq  onu  ki,  Yalancığa 
getm əsin,  iaym a-tuşuna getsin” . B eyrək deyir: “Ə yə, üzünüz ağ olsun! 
A ğamzm   çörəyi  sizə  halal  olsun!” .  Sonra  atasm ın  evinə  gəldi.  E vlə- 
rinin  önündə bir böyük ağac  vardı,  dibində də  bir yaxşı  bulaq.  B eyrək 
baxdı  gördü  ki,  kiçik  bacısı  bulaqdan  su  götürm əyə  gəlir,  “Beyrək, 
qardaşım !”  -   deyə  ağlayıb-inləyir.  “Toy-düyünün  qara  oldu” ,  -  deyə 
ağlayır.
Ayrılıq B eyrəyə yam an təsir elədi,  dözm ədi,  göz yaşı gildir-gildir 
axdı.  Burada çağırıb  soylayır,  görək,  xanım , nə  soylayır;  deyir:
Ay  qız,  “ağa”  deyib  nə  ağlayıb-inlərsən,
Yandı bağrım,  göynədi  içim.
Yoxsa  ağan yoxa çıxıb,  ölübdür?
Ü rəyinə  qaynar yağlar tökübdür?
Qara bağrın didilibdir,
“ağa”  deyə  nə  ağlayıb-inlərsən?
Yandı bağrım;  göynədi  içim...
Qarşıdakı  uca dağı  soruşarsaın, 
yaylaqları kimindir?
Soyuq-soyuq sularım  soruşarsam, 
bulaqlan kimindir?
T övlə-tövlə  atlarını  soruşarsam , 
kim in miniyidir?
Q atar-qatar dəvəsini  soruşarsam, 
kim in yüklüyüdür?
Yaylaqlarda ağ qoyunu  soruşarsam, 
şülənliyi  kimindir?
Q aralı-göylü çadırları  soruşarsam, 
kölgeliyi  kim indir?
Öz  d ilində bir x ə b ə r ver,  ay qız  m ənə!
D ərdli  başım  qurban  olsun bu gün  sənə!
Qız deyir:
Ç alm a,  ozan,  danışm a,  ozan!
N ə y in ə   g ərək  qara  geymiş  bir qızm?!
Q arşı  yatan uca  dağı  soruşursansa,
A ğam   B eyrəyin  yaylağıydı,
A ğam   B eyrək  gedəndən yaylaq bilm ərəm . 
S oyuq-soyuq suları  soruşursansa,
A ğam   B eyrəyin  içdiyi  sudandır.
A ğam   B eyrək  gedəndən o  sulardan  içm ərəm . 
T ö v lə-tö v lə  atını  soruşursansa,
A ğam   B eyrəyin  mindiyidir.
Ağam   B eyrək  gedəndən o  atlara  m inm ərəm . 
Q atar-q atar dəvələri  soruşursansa,
A ğam   B eyrəyin  yüklədiyidir.
Ağam   gedəndən o  dəvələri  yükləm ərəm . 
Y aylaqdakı  ağ qoyunu  soruşursansa,
A ğam  B eyrəyin  şülənidir.
A ğam   gedəndən  şülənlərdə  şənlənm ərəm . 
Q aralı-göylü  çadırları  soruşursansa,
A ğam   Beyrəyindir...
Ağam   B eyrəksiz  o  çadırlara köçm ərəm .
Q ız yenə  deyir:
A y  ozan!  Qarşıda  uca dağları
aşıb  gəldikdə,  keçdikdə  sən
B eyrək  adlı  bir igidlə rastlaşm adınmı?
D aşqın-daşqın  suları
aşıb  gəldikdə,  keçdikdə  sən
B eyrək  adlı  bir igidə  rast  gəldinm i?
Böyük,  adlı  şəhərlərdən  gəldikdə  sən 
B eyrək  adlı  bir igidlə  rastlaşm adınmı?
Ay  ozan,  gördünsə,  söylə  m ənə!
Dərdli  başım   qurban  olsun,  ozan,  sənə!

Q arşıdakı uca dağım  yıxılıbdır,
Ozan,  sənin xəbərin yox!
Bir kölgəli uca  ağacım  kəsilibdir,
Ozan,  sənin xəbərin yox!
Bu  dünyada bir qardaşım  tutulubdur,
Ozan,  sənin xəbərin yox!
Çalm a,  ozan,  danışm a,  ozan,
N əyinə  gərək qara geymiş bir qızm?!
İrəlidə toy-düyün var,
Toya  gedib,  oxu-çal!
B eyrək  kiçik  bacısımn  yam ndan  keçdi.  Böyük  bacılarm ın  yanına 
gəldi.  B axdı-gördü  bacıları  göy-qara  geyinib  oturm uşlar.  B eyrək  ça- 
ğırıb  soylayır,  görək,  xanım,  ne  soylayır;  deyir:
Sübh tezdən öz yerindən duran  qızlar!
Ağ otaqdan qara  otağa girən  qızlar!
Ağ çıxanb,  qara paltar geyən  qızlar!
C iyər rəngli  səm icdə  qatıq varmı?
Qara  sac  altında  köm əciniz varmı?
Tabağımzda çörəyiniz varmı?
Üç  gündür yoldan gəlm işəm , 
doyurun  məni.
Ü ç gün  keçməsin,  Allah  sevindirsin  sizi!
Q'.zlar  getdilər,  yem ək  gətirdilər.  B eyrəyin  qam ını  doydurdular. 
B eyrək dedi:  “Qardaşm ızm   baş-gözünə  sədəqə  olsun,  köhnə  bir qaf- 
ianm ız varsa, verin geyim, toya gedim.  Toyda əlim ə qaftan keçər, qaf- 
tanınızı  qaytararam ” .
G etdilər, bir qaftanı varmış, gətirib ona verdilər.  Aldı, geydi.  Boyu 
boyuna,  beli  belinə,  qolu  qoluna  yaraşdı.  Böyük  bacısı  onu  Beyrəyə 
bənzətdi.  Qara,  qıyılmış gözləri qan-yaş doldu.  Soyladı, görək, xanım, 
nə  soylayıb  dedi:
Qara  qıym a gözlərin çökm əsəydi,
“A ğam   B eyrək”  deyərdim ,  ozan,  sənə!
Ü zünü qara  saçın  örtm əsəydi,
“A ğam   B eyrək”  deyərdim ,  ozan,  sənə!
Ə tli-canlı  biləklərin boşalm asaydı,
“A ğam   B eyrək”  deyərdim ,  ozan,  sənə!
İti-iti  yerişindən,
A slan  kim i  duruşundan,
Q anrılaraq baxışından
A ğam   B eyrəyə  bənzədirəm ,  ozan,  səni!
Sevindirdin,  qəm ləndirm ə,  ozan,  məni!
Q ız  bir daha soylam ış -  demişdir:
B elə  çalm a-oxum a,  ozan!
B eyrək  gedəndən bəri  bizə  ozan gəlm əm iş.
Ə ynim izdən paltarım ızı  almamış.
Başım ızdan  çadırım ızı  istəm əm iş,
Buynuzu  burm a qoçum uzu almamış.
B eyrək  fıkirləşdi:  “Gördünm ü,  qızlar  bu  qaftanda  məni  tanıdılar. 
Q alın  Oğuz  bəyləri  də  tanıyarlar.  G örək  O ğuz  yurdunda  m ənim   dos- 
tum ,  düşm ənim   kim dir?”  -   dedi.  Qafitam  sıyınb,  qızların  üstünə  atdı: 
“N ə   sən qal, n ə  B eyrək qalsın!  Bir köhnə qaftan verdiniz,  m ənim  baş- 
beynim i  apardım z” ,  -   dedi.  B ir  köhnə  d əv ə  çuvalı  tapdı;  dəldi,  boy- 
nuna keçirdi.  Özünü dəliliyə vurdu, toy yerinə  gəldi.  Gördü ki,  burada 
k ü rə k ən   ox  atır.  Q aragünə  oğlu  Budaq,  Qazan  bəyin  oğlu  Uruz,  b ə y - 
lərb ə y i  Yeynək,  Q əflət  Qoca  oğlu  Şir  Şəm səddin,  qızın  qardaşı  Dəli 
Q arcarla ox  atırdılar.
B udaq  ox  atanda  B eyrək  “Əlin  var  olsun!”  -   dedi.  Uruz  atanda 
“Ə lin  var  olsun!”  -  dedi.  Y eynək  də  atanda  “Əlin  var  olsun!”  -  dedi. 
Şir  Ş əm səddin  atdı,  “Əlin  var  olsun!”  -   dedi.  Elə  ki,  kürəkən  atdı, 
“Əlin  qurusun,  barm aqlarm   çürüsün,  hey,  donuz  oğlu  donuz,  bu  b ə y - 
lərə  qurban  ol!”  -  dedi.
Yalançı  oğlu  Yalancığın acığı tutdu,  dedi:  “Ədə,  əbləh oğlu əbləh, 
m ənə belə sözlər dem əyə sənin haqqın varm ı? Gəl, əbləh oğlu, m ənim  
yayım ı  çək,  yoxsa  indi  boynunu vuraram !” .
Belə  dedikdə,  B eyrək  yayı  aldı,  çəkdi.  Yay  dəstəyindən  iki  para 
oldu.  Götürüb  qabağına  atdı.  “Quru  yerdə  torağaya  atm ağa  yaxşıdır”,
-  dedi.  Yalançı  oğlu Y alancıq yay sındığı üçün bərk qəzəbləndi.  Dedi:

“Ə yə, B eyrəyin yayı vardır, gətirin!” .  Getdilər, gətirdilər. B eyrək yayı 
gördükdə yoldaşlarını  xatırladı,  ağladı.  Dedi:
N eçə-neçə  döyüşlərə  girdiyim,
H ər yaraqlı toxarlm ı45  qovduğum,
D üşm ən yordu qıl kişli  yayım,
A yğır cinsli  ayğır verib  aldığım 
D əstəyi  ağ tozlu,  m öhkəm  yayım...
Buğa  verib  aldığım boğan kirişim,
D ar yerdə  qoyub-gəldim   sirdaşımı, -  
İki  sarvan,  otuz  doqquz yoldaşımı!
Bundan  sonra B eyrək  dedi:  “B əylər,  sizin  eşqinizə  bu  yayı  çəkib, 
oxu  atıram ” .  Bu  vaxt  kürəkənin  üzüyünü  nişan  alıb  atırdılar.  B eyrək 
oxla  üzüyü  vurdu,  paraladı.  Oğuz  bəyləri  bunu  görəndə  əl  çaldılar, 
gülüşdülər.
Qazan  bəy  baxıb  tam aşa  edirdi.  A dam   göndərdi.  Beyrəyi  çağırdı. 
D əli  ozan  gəldi;  baş  endirib  təzim   etdi,  salam verdi.  B eyrək deyir:
Sübh tezdən sərt yerdə  qurulmuş hündür otaqlı,
Atlaslardan tikilmiş  göy çardaqlı,
T övlə-tövlə çəkilən  şahanə  atlı,
Çağıranda haya yetən yolu  çavuşlu,
Y ağ  içində  yayxanan,  bol  nemətli!
İgidlərin  arxası,  yazıqların  ümidi!
B ayındır xanın kürəkəni!
Tüklü  quşun balası,  Türküstam n  dirəyi!
Am it  soyunun  aslanı,  Qaracığın qaplanı!
Q onur atın yiyəsi,  Uruz xanın  atası!
Ay  Q azan xan,  səsim i  anla,sözüm ü  dinlə!
Sübh  erkən durmuşsan,  ağ orm ana girm işsən.
Ağ  qovağm  budağından  yırğalanıb  keçmişsən.
D irəkləri  basdıraraq,  oxçun nişan  qoymuşsan.
B əy-gəlinçin yaraşıqlı,  adlı  otaq qurmuşsan.
Sağ tərəfdə  əyləşən  hörm ətli  bəylər,
Sol  tərəfdə  əyləşən  qeyrətli  bəylər,
E şikdəki  yavərlər!  D ibdə  oturan dost bəylər,
D övlətiniz güclü olsun,  uğurlar sizə!
Bunu  söylədikdə  Q azan  bəy  dedi:  “A y  dəli  ozan,  m əndən  nə 
istəyirsən? A rzun çətirli  çadırdırm ı?  Q ul-qaravaşm ı  istəyirsən?  Q ızıl- 
güm üşm ü  istəyirsən,  verim ?” .
Beyrək  deyir:  “Sultanım ,  məni  qoysana  toy  süfrəsinin  yanına 
gedim.  Q am ım   acdır,  doydursana!” .  Q azan  dedi:  “D əli  ozan,  bəxtin 
gətirdi.  B əylər,  bu  günkü  bəyliyim   bunun  olsun.  Qoyun  haraya 
gedirsə-getsin,  neyləyirsə,  ey ləsin ” .
B eyrək toy süfrəsinin üstünə gəldi.  Q am ını doyuzdurduqdan sonra 
qazanları  vurdu-tökdü,  çevirdi.  Qovurm anı  kim inin  sağma,  kim inin 
soluna  atırdı.  Sağdan  gedəni  sağdan,  soldan  gedəni  soldan  tutur,  haq- 
lıya  toxunm ur,  haqsızı  təhqir edib  alçaldırdı...
Qazan  b əyə  x əb ə r  çatdı:  “Sultanım,  bu  dəli  ozan  bütün  yeməyi 
tökdü,  -  dedilər -  indi  də  qızların yanına  getm ək istəyir” .  Qazan  deyir: 
“Ə yə, qoyunuz qızlann yanına da getsin!” . B eyrək qalxdı, qızlann yanı- 
n a  getdi.  Zum açıları  qovdu,  nağaraçıları  qovdu.  Kimini  döydü,  kiminin 
başını  yardı,  qızlar oturan  otağa gəldi;  qapının ağzını  kəsib  oturdu.
B unu görən  B oyu  uzun  Burla xatun  qəzəblənib  dedi:  “Ədə,  əbləh 
oğlu,  sənə  layiqdirm i  çək inm ədən  m ən  olan  yerə  gələsən?  B eyrək 
deyir:  “Xanım ,  m ən ə  Qazan  bəy  icadə  verib.  M ənə  kim sə  d əy ib -d o - 
laşm ır” .  Burla xatun dedi:  “Qazan bəy icazə veribsə,  qoyun oUırsun!” . 
Y enə  döndü  B eyrəyə,  dedi:  “Ay  dəli  ozan,  bəs  m ətləbin  n əd ir?” . 
Dedi:  “Xanım ,  m ətləbim   odur  ki,  ərə  gedən  qız  qalxıb  oynasın,  m ən 
qopuz  çalım ” .  Q ısırca yengə  deyilən bir qadın vardı,  ona dedilər:  “Ay 
Q ısırca  yengə,  dəli  ozan  nə  bilir,  dur  sən  oyna!”  Q ısırca yengə  durub 
d e y ir:”Ay  dəli  ozan,  ərə  gedən  qız  m ən əm !” .  Oynam ağa  başladı. 
B eyrək  qopuz  çaldı,  soyladı,  görək,  xanım,  nə  soylayıb  dedi:
“A nd  içm işəm ,  qısır ata m inm irəm .
Q ısır  atın  belində  döyüşlərə  getm irəm .
Evinizin  arxasında  sarvanlar,
Sənə  baxar onlar.
G ildir-gildir göz yaşın  axar,
Sən  onların  yanına get,
M uradım   verən lər çoxdur!
M ənim   səninlə  işim  yoxdur!

Ə rə  gedən qız  qalxsın,
qol  sallayıb  oynasın, 
m ən də  qopuz çalım .”
Q ısırca  yengə:  “Buy,  bu  zavala  gəlm iş  dəli  m əni  görm üş  kim i 
söyləyir” , -  dedi.  Gedib yerində  oturdu.
Bundan  sonra  Boğazca  Fatm a  deyilən  bir  qadın  vardı  “Qalx,  sən 
oyna!” -  dedilər.  “Ey,  bu dəli  m ən yazığa da bırdən  o  cür sözlər söy- 
lə y ə r”  -  deyə  qorxudan “qızın qaftanım   geydi,  “Çal,  ay  dəli  ozan,  ərə 
gedən  qız m ənəm ,  oynryım !” -  dedi.  D əli  ozan deyir:
A nd  içirəm,  boğaz ata m inm ərəm ,
M insəm  belə,  döyüşlərə  getm ərəm .
Evinizin ardı  dərəlik deyildimi?
İtinizin  adı  Burax deyildimi?
A dın da Qırx oynaşlı Boğazca Fatm a deyildimi?
D aha da eybini  açaram,  yəqin bil!
M ənim   sənlə n ə  oyunum,
G et bu  qaftanı  soyun,
Ə rə  gedən qız dursun,
M ən  qopuz çalım   ona,
Qol  sallayıb  oynasın!
B eyrək  b elə  dedikdə  Boğazca  Fatm a  deyir:  “Buy,  dəli  boğma 
çıxarm ış  nə  q əd ə r eybimiz  varsa,  açıb-tökdü.  Dur,  ay  qız  oynayırsan, 
oyna;  oynam ırsan,  cəhənnəm ə  oyna!  B eyrəkdən  sonra  başına  belə  iş 
gələcəyini  bilirdin” .
B urla  xatun  dedi:  “Qız,  qalx  oyna,  daha  əlindən  nə  g ələr?” . 
B anıçiçək qırm ızı  qaftanım  geydi.  G örünm əsin deyə  əllərini  içəriyə -  
qaftanım n qoluna çəkdi, oyuna girib dedi: “Ay dəli ozan,  di  çal!” . Dəli 
ozan  çalıb  dedi:
M ən bu yerdən  gedəli  dəli  olubsan,  dəlim !..
Ç oxlu ağca qarlar yağıb  dizə  çıxmışdır,
X an  qızımn  evində  qul  da yoxa çıxmışdır...
S əhəng  alıb  soyuqda,  suya  getm işdir, -
Yüklə 139,49 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin