İllik Hesabat



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix23.02.2017
ölçüsü0,5 Mb.
#9524
1   2   3   4   5   6

Lider treyninq kursları: 

 

7  regional  mərkəzin  gənclərlə  iş  üzrə  koordinatorları,  icma  proqramı 

çərçivəsində  fəaliyyət  göstərən  könüllülərə  və  həmin  rayonun  gənclər  üzrə 

təlimatçıları  və  könüllülər  üçün  ümümilikdə  130  nəfərə  lider  treyninq  kursları 

keçirilmişdir.  

 



Lider kimdir? 

 



Kurs zamanı müxtəlif oyunlar; 

 



Şəxsi və kommunikasiya bacarıqları; 

 



Layihə nə deməkdir? 

 



Layihənin yazılması 

 



Partnyorların və donorların axtarışı 

 



Donorlarla praktiki iş 

 



Gəzintilər və s. 

Artıq lider treyninq keçmiş treynerlər öz regionlarında təlimə başlayıblar. Təlim 

çox uğurlu nəticələr verir. 

 

Uşaq evlərində fəaliyyət göstərən könüllülər üçün sosial təlimlər. 



Sumqayıt,  Lənkəran,  Gəncə,  Mingəçevir  rayonlarının  uşaq  evlərində  fəaliyyət 

göstərən 84 nəfər könüllü üçün sosial treyninq keçirilmişdir. 



27 

Proqrama  əsasən  7  RM-in  və  hər  bir  mərkəzin  ərazisində  yerləşən  3  məktəbdə 

hər  məktəbdə  25  şagird  olmaqla  525  nəfər  məktəbli  üçün  “İlk  yardım”  və 

hərakatın  yayımı  haqqında  3  ay  ərzində  təlimlər  aparılmışdır.  Təlimin  nəticəsi 

olaraq  3  etapdan  ibarət  olaraq  yarış  keçirilmiş,  bu  yarışlar  1-ci  mərhələdə 

rayonda  məktəblər  arası,  2-ci  mərhələ  RM-r  arasında,  3-cü  mərhələdə  Bakıda 

yekun yarışlar keçirilmişdir. Yarışda qalib gələn şagirdlər mükafatlandırılmışdır. 

 

Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Sabirabad RM-də məktəblilər və 



tələbələr  üçün  HİV/AİDS,  sağlamlıq,  humanitar  dəyərlər,  ilk  yardım,  liderlik, 

fövgaladə  hallara  hazırlıq,  sosial  iş  kimi  məşğələlər  keçirilərək  təqdimatlar 

aparılmışdır.  Ümumilikdə  1640  nəfər  iştirak  etmişdir.  Bu  səpkidə  tədbirlərin 

keçirilməsi  gələcəkdə  daha  da  çox  QAC-nə  könüllülərinin  cəlb  olunmasına 

səbəb olacaqdır. 

 

     Mərkəzi və Regional Gənc Könüllülər Şurasının görüşləri  



 

İl ərzində 2 mərkəzi gənc könüllülər şurasının görüşü keçirilmişdir.  

Regional görüşlər isə 

 



Sumqayıt RM-də 2 dəfə 

 



Mingəçevir RM-də 2 dəfə 

 



Gəncə RM-də 2 dəfə 

 



Lənkəran RM-də 2 dəfə 

 



Bakı RM-də 2 dəfə 

 



Sabirabad RM-də 2 dəfə 

 



Umumi 13 Mərkəzi və Reqional Gənclər Şurasının görüşləri keçirilmişdir. 

 

Məqsəd: 

 

Mərkəzi  və  regional  səviyyədə  işçilərə  könüllülər  arasında  əlaqələri 



yaxşılaşdırmaq. Daha  yaxşı  fəaliyyət  göstərməsinə köməklik etmək  və regional 

gənc  könüllülər  şurası  yaratmaqla  könüllülər  üçün  yaxşı  idarəetmə  sistemini 

təşkil etmək. 

 

           



 

Könüllülərin elektron qeydiyyatının inkişaf etdirilməsi 

 

Məqsəd:  

 

Ölkə üzrə könüllüləri effektiv şəkildə toplayıb inkişaf etdirməkdir. 

Hal-hazırda elektron qeydiyyatı  Baş Qərargahın Gənclər şöbəsində, Sumaqayıt, 

Zaqatala,  Mingəçevir,  İsmayıllı,  Şamaxı,  Gəncə  RM-də  yaradılıb.  Qalan  rayon 

və  regionlarda  şöbə  tərəfindən  hazırlanmış  elektron  qeydiyyatı  blanklarından 

istifadə  olunur.  Ancaq  gələcəkdə  nəzərdə  tutulub  ki,  regionlarda  elektron 



28 

qeydiyyatlardan  istifadə  olunsun.  Hər  ay  rayon  bölmələrindən  könüllülərin 

qeydiyyatının məlumatı şöbəyə çatdırılaraq elektron qeydiyyatında qeyd olunur. 

Bu  da  könüllülərin  hansı  proqramlarda  fəaliyyət  göstərməsinə  və  koordinasiya 

olunmasına  dəqiqlik  gətirir.  İl  ərzində  ümumilikdə  18.470  nəfər  QAC-nin 

könüllüsüdür. 

 

Əlil uşaq evlərində sosial fəaliyyət 

 

Məqsəd: 

 

 



Əlil uşaqlara maddi və mənəvi yardım göstərmək. 

 



Onları təhsilləndirmək və dərslərinə köməklik göstərmək. 

 



Qismən də olsa onların müəyyən qayğılarını unutdurmaq. 

 

Salyan, Lənkəran, Sumqayıt, Gəncə, Mingəçevir rayonlarında yerləşən kimsəsiz 



uşaq evlərində və Sumqayıtda evlərdə yaşayan əlil uşaqlarla sosial işlər aparılır. 

Həmin sosial işlər aşağıdakılardır: 

 

Uşaqların gəzintisi, 



 

Rəsm,  



 

Toxumaq, 



 

Idman, 



 

Musiqi,  



 

Dərslərinə kömək, 



 

Təsviri incəsənət və.s 



Fəaliyyəti həyata keçirmək üçün ləvazimatlar alınıb uşaq evlərinə və könüllülərə 

istifadə üçün verilmişdir. 

 

Sabirabad, 



Sumqayıt, 

Mingəçevir, 

Lənkəran, 

Gəncə 


RM-rayon 

komitələrinin  könüllüləri  üçün  Könüllülərin  cəlb  olunması  kampaniyası 

keçirilmişdir. 

 

Tədbir kampaniya xarakteri daşıyırdı. 



Tədbirlərdə  regional  mərkəzlərin  və  rayonların  könüllüləri,  Mərkəzi  Gənc 

Könüllülərin  Şuralarının  üzvləri,  Regional  Mərkəzlərin  gənclərlə  iş  üzrə 

koordinatorları, könüllülər və.s ümumilikdə 8070 nəfər iştirak etmişdir. 

 



Gənclər və könüllülər şöbəsinin təqdimatı 

 



HİV/AİDS proqramının təqdimatı 

 



Sosial iş 

 



Sağlamlıq və qayğı 

 



İlk yardım 

 



Beynəlxalq əlaqələr 

          

           2-ci hissə 

 

 



Qruplarla iş 

 



Qrupların təqdimatı 

29 

 



Furşet və diskoteka  

 

Lənkəran uşaq evində “ Yay istirahət düşərgəsi “  

Hər il olduğu kimi bu il iyul ayında Lənkəran rayonunda yerləşən kimsəsiz uşaq 

evində  Qızıl  Aypara  Cəmiyyətinin  Gənclər  və  könüllülər  şöbəsi  tərəfindən  “ 

Təhsil yönümlü yay istirahət düşərgəsi “ təşkil edilmişdir. 

 

Təşkil olunmuş düşərgədə 72 nəfər uşaq və yeniyetmə, 5 nəfər könüllü, 7 



nəfər uşaq evinin müəllim heyəti, şöbənin və RK-nin əmkdaşları iştirak etmişlər. 

Ümumilikdə  89  nəfərin  iştirakı  ilə  keçirilən  yay  istirahət  düşərgəsindən 

proqrama  əsasən  Azərbaycan  QAC-nin,  BQXK  və  BQX  və  Beynəlxalq  Qızıl 

Xaç  və  Qızıl  Aypara  Cəmiyyətləri  Federasiyasının  hərəkatı  haqqında  məlumat 

və  video klipə baxış,  müxtəlif  treyninqlər, intellektual, rəsm  və idman  yarışları, 

tarixi 


muzeylərdə 

gəzintilər, 

musiqi 

əyləncəli 



proqramlar 

təşkil 


olunmuşdur.Düşərgəni  keçirməkdə  məqsədimiz  uşaqların  yay  tətili  zamanı 

vaxtlarını  əyləncəli  keçirmək,  onları  psixi  sarsıntılardan  azad  etmək,  təhsil 

proqramlarını  unutdurmamaq,  onlara  sosial  qayğı  göstərməklə,  qismən  də  olsa 

müəyyən qayğılarını unutdurmaqdır. 

Azərbaycan  Qizil  Aypara  Cəmiyyətinin  Gənclər  və  Könüllülər  söbəsi,  Gənclər 

Komitəsi  Kəlbəcər  və  Xocali  rayon  bölmələri  ilə  birlikdə  Dünya 

Azərbaycanlılarının həmrəylik və “Yeni il” münasibəti ilə tədbir kecirmişdir. 

 

 



Tədbirdə  50  nəfər  imkansiz  ailənin  uşaqları  iştirak  etmişdir.  Tədbir  əl 

oyunlari  sarayinda  Azpetrol  sirkətinin  dəctəyi  ilə  həyata  kecirilmisdir.Tədbirdə 

uşaqlar rəngarəng proqramlara tamaşa etmiş, sonda uşaqlara Yeni il hədiyyəiəri 

təqdim olunmuşdur. 

Tədbirin keçirilməsində məqsəd : 

“Yeni  il”  ilə  əlaqədar  kimsəsiz  uşaqlarin  mənəvi  və  psixoloji  rifahının 

yüksəldilməsi. 

Uşaqlara sosial qayği göstərmək; 

Uşaqlara “Yeni il”hədiyyələri ilə təmin etməklə bayram əhval - ruhiyyəsi 

yaratmaq 

Qismən də olsa uşaqlarin iztirablarini azaltmaq. 

 

 



 

Çap materialları 

 

Məqsəd: 

 

Maarifləndirmə,  yayim  materiallarının  yeni  növünü  nəşr  etmək  və 



Az.QAC  –in  xüsusi  ilə  ğənc  könüllülərin  daha  yaxşı  fəaliyyət  ğöstərilməsinə 

yardım  etmək.  Könüllülərlə  işləyərkən  onlarin  bacarıq  və  qabliyyətlərini  

dəstəkləmək. 

 


30 

Nailiyyət: 

Könüllülər  üçün  1000  ədəd  təlim  kitabçasi  ,100  ədəd  QAC-  emblemini 

əks  etdirən  mayka,  100  ədəd  QAC-  emblemini  əks  etdirən  papaq  ,100  ədəd 

QAC-  nin  loqosu  hazırlanaraq  proqram  cərcivəçində  kecirilən  tədbirlərdə 

istifadə  olunmuşdur.  Bu  da  ğənclərin  və  könüllülərin  diqqətini  cəlb  edir,  onları 

həvəsləndirir. 

 

Beynəlxalq əlaqələr.  

2009-cu  ilin  iyul  ayında  Türk  Qızıl  Ayı  tərəfindən  Bursa  şəhərində, 

Avstriyanın  Lancenlois  kəndində  və  İtaliyanın  Solferino  kəndində  Gənclər  və 

könüllülər  üçün  keçirilən  yay  istirahət  düşərgəsində  9  nəfər  gənc  istirahət 

etmişdir. Gənclər üçün istirahət vaxtı təhsil və dostluq treyninqləri, hərəkata aid 

treyninqlər,  intellektual  oyunlar,  tarixi  muzeylərdə  gəzintilər  və.s  təşkil 

olunmuşdur. 

 

 



 

 

Treyninq Modul, lider və planlaşdirma  kursları 



 

Məqsəd: 

 

Treyninq modul, lider və planlaşdirma kurslarının hazırlanmasında məqsəd: 



 

Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tarixi; 



 

7 Fundamental Prinsip; 



 

Fəaliyyət haqqında; 



 

Planlaşdırma 



 

Layihələrin yazılması 



 

Şəxsi və kommunikasiya bacarıqları 



 

Donorlarla iş və s. 



 

Nailliyyətlər: 

 

Artıq  lider,  modul,  planlaşdırma  treyninqlərini    keçmiş  könüllülər  öz 

regionlarında təlimə başlayıb. Təlim çox uğurlu nəticələr verir. 

 Mərkəzi və Reqional Ğənc Könüllülər Şurasının görüşləri 



 

 

Mərkəzi və Regional Gənc Könüllələr Şurasının görüşləri 

 

 

Məqsəd: 

  Mərkəzi  və  regional  səviyyədə  işçilərə  könüllülər  arasında  əlaqələri 

yaxşılaşdırmaq. Daha  yaxşı  fəaliyyət  göstərməsinə köməklik etmək  və regional 

gənc  könüllülər  şurası  yaratmaqla  könüllülər  üçün  yaxşı  idarəetmə  sistemini 

təşkil etmək. 

 


31 

Nailiyyət: 

Mərkəzi  və  Regional  Gənc  Könüllülər  Şurasının  görüşlərinin  keçirilməsi 

nəticəsində  könüllülər  artiq  rayonlarda  koordinasiyanın  sərbəst  şəkildə  idarə 

olunmasina nail olub. 

 

 

 

 

GƏNCLƏR KOMİITƏSİ 

  

Məqsəd: 

 

 Azərbaycan  Qızıl  Aypara  Cəmiyyəti    Gənclər  Komitəsinin  (Az.QAC 

Gənclər  Komitəsi)  əsas  məqsədi    Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara 

Hərəkatını  rəhbər  tutaraq  gənc  (uşaqlar,yeniyetmələr,məktəblilər,tələbələr,əlil 

uşaq  və  gənclər)  insanlar  arasında  Könüllülük  Hərəkatının  inkişafı,Beynəlxalq 

Humanitar dəyərlərinin aşılanması,sülh,qarşılıqlı hörməti və anlaşma ideyalarını 

geniş 


şəkildə  yaymaq,gənclərin  asudə  vaxtlarının  səmərəli  keçməsi 

məqsədilə,maarifləndirmə,  sağlam  həyat  tərzinin  formalaşması  və  mənəvi 

rifahını yüksəldilməsi sahəsində fəaliyyətlər həyata keçirməkdən ibarətdir. 

 

  



Fəaliyyətlər: 

 

  

2009-cu  ildə  AzQAC  Gənclər  komitəsi  zavallı  insanların  sosial 



vəziyyətinin  yaxşılaşdırılması  istiqamətində  bir  sıra  humanitar  fəaliyyət  həyata 

keçirmişdir. 

 

  

2009-cu  ilin  yanvar  ayında  “Yeni  il  münasibəti  ilə”  Binəqədidə 



məskunlaşmış  Xocalı rayonından olan 120 nəfər imkansız ailənin uşaqları üçün 

McDonald”sda 

tədbir 

keçirilmişdir. 



Uşaqlar 

McDonaldsda 

oyun 

atraksionlarında  əylənmiş,  onlara  müxtəlif  hədiyyələr  verilmiş,  sonda  uşaqlara 



“Yeni il”şənliyində iştirak etmək üçün biletlər təqdim edilmişdir.   

 

   



2009-cu  ildə  Az.QAC-ın  Gənclər  Komitəsi  tərəfindən  “Gənclər  günü  “ 

münasibəti  ilə  Bakı  şəhəri  Yasamal  rayonunda  yerləşən  gecə-gündüz  uşaq 

bağçasında  tərbiyə  alan  imkansız  ailələrin    uşaqları  üçün  tədbir  keçirilmişdir. 

Tədbir  zamanı  uşaqlar  kukla  teatırında  tamaşaya  baxmış,dəniz  kənarında 

yerləşən  əyləncə  mərkəzlərində  vaxtlarını  səmərəli  keçirmiş  və  onlara  nahar 

süfrəsi verilimşdir.   

 

AzQAC-ın 89-cu il dönümü ilə əlaqədar 07.03.09 tarixdə Əzizbəyov rayonunun 



Şüvəlan qəsəbəsində yerləşən Lal və kar internat məktəbində təhsil alan 50 nəfər 

uşaq  üçün  və  Kəlbəcər  rayonundan  olan  80  uşaq  üçün  McDonald'sda  tədbir 



32 

keçirilmişdir.Tədbirdə  uşaqlar  üçün  intellektual  yarışlar,  musiqili  əyləncəli 

proqramlar hazırlanmış və hədiyyələr təqdim olunmuşdur. 

  

AzQAC-ın  89-cu  il  dönümü  ilə  əlaqədar  Pirşağı  qəsəbəsində  Yel  xəstəliyindən 



əziyyət  cəkən  130  nəfər  uşaq  üçün  “Bizim  dünya  Sizin  hərəkat”adlı  şəkil 

müsabiqəsi  keçirilmişdir.  Çəkilən  şəkillərin  Uşaq  Qalereyasında  sərgisi 

keçirilmiş, qalib gələn uşaqlar mükafatlandırılmışdır. 

 

1iyun  ”Uşaqların  Beynəlxalq  müdafiəsi  günü”  ilə  əlaqədar  6№  uşaq 



xəstəxanasında 170  uşaq  və  AİDS-dən əziyyət çəkən 18  nəfər  uşaq  üçün  tədbir 

keçirilmişdir.Tədbir zamanı uşaqlara musiqili əyləncəli proqramları, intellektual 

oyunlar və s. təqdim edilmişdir. Sonda hər iki xəstəxanaya idman ləvazimatları, 

uşaqlara  müxtəlif  hədiyyələr  və  AİDS-dən  əziyyət  çəkən  uşaqlara  süni  qida 

məhsulları verilmişdir. 

 

13  sentyabr  “Ümumdünya  ilk  yardım  günü”ilə  əlaqədar  çətin  tərbiyyə  olunan 



qapalı  Uşaq  koloniyasında  tədbir  keçirilmişdir.  Tədbir  müsabiqə  xarakteri 

daşıyırdı. Müsabiqədə SOS uşaq kəndinin, “Uşaqdan-uşağa sülh şəbəkəsi”nin və 

uşaq  koloniyasının  uşaqları,  iştirak  edirdilər.  Sonda  qalib  gələn  komandalara 

hədiyyələr verilmişdir. 

 

15  sentyabr  “Bilik  günü”  ilə  əlqədar  Kəlbəcər  və  Xocalı  rayonlarından  olan  70 



nəfər  uşaq    üçün  Kainat  Gənclər  mərkəzinin  dəstəyi  ilə  tədbir 

keçirilmişdir.Tədbirin sonunda uşaqlara məktəbli cantaları və dərs ləvazimatları 

verilmişdir. 

 

TƏŞKİLATİ İNKİŞAF 

 

 



2009-cu  ilin  əvvəlindən  etibarən  QAC-nın  bütün  Regional  mərkəzlərinin  və 

yerli bölmələrinin iş və tədbirlər planı tərtib edilərək təsdiq edilmişdir. Ötən ilin 

illik  yekun  hesabatları  analiz  edilərək  nəticələr  müəyyən  edilmişdir.  QAC-nin 

XXIII Baş Məclisinə hazırlıqla əlaqədar 2009-cu ilin əvvəlindən etibarən QAC-

nın  bütün  Regional  mərkəzlərinin  və  yerli  bölmələrinin  iş  və  tədbirlər  planı 

tərtib  edilərək  nəticələr  müəyyən  edilmişdir.  Ötən  ilin  illik  yekun  hesabatları 

analiz  edilərək  nəticələr  müəyyən  edilmişdir.  QAC-nın  XXIII  Baş  Məclisinə 

hazırlıqla  əlaqədar  lazımi  sənədlər  qaydaya  salınmışdır.  Yerli  bölmələrdə 

Rəyasət  Heyətinin  iclaslarının  vaxtlı-vaxtında  keçirilməsi  təşkil  olunmuş,  iki 

yerli bölmədə (Cəlilabad, Gəbələ) kadr dəyişikliyi edilmişdir.  

 

 

2009-cu  ilin  mart  ayının  10-da  QAC-nın  89  illik  ildönümü  təntənəli 



surətdə  qeyd  edildi.  Tədbirin  keçirilməsi  üçün  Təşkilat  İdarəsinin  əməkdaşları 

lazımi  təşkilatı  məsələləri  həll  etmişdir.  QAC  Bakı  RM-ə  daxil  olan  yerli 

bölmələr  bu  tədbirlərin  keçirilməsində  yaxından  iştirak  etmişlər.  Eyni  zamanda 

digər  yerli  bölmələr  ildönümü  ilə  əlaqədar  bir  sıra  silsilə  tədbir  həyata 

keçirmişdir.  


33 

 

 



10 yerli bölmə səmərəli fəaliyyətlərinə görə AzQAC-nin Fəxri Fərmanları 

ilə təltif edilib. QAC üzrə ilk təşkilatların sayı 6125, üzvlərin sayı 265156 nəfər 

təşkil edir. 2009-cu il ərzində rüblər üzrə Regional koordinatorları ilə mütəmadi 

görüşlər 

keçirilmiş, 

gündəlik 

təşkilatı 

məsələlər 

diqqət 

mərkəzində 



saxlanılmışdır.  Yerli  bölmələrin  maddi-texniki  bazasının  möhkəmləndirilməsi 

istiqamətində  xeyli  işlər  görülmüşdür.  Belə  ki,  il  ərzində  7  bölmə  xidməti 

avtomobillə  təmin  edilmişdir.  31  yerli  İcra  Hakimiyyəti  orqanlarına  müvafiq 

məktublar göndərilmişdir.  

 

Təhsil  və  Səhiyyə  İdarələrində  təşkilatı  məsələlərlə  bağlı  mütəmadi  görüşlər 



keçirilmişdir. Müxtəlif idarə və müəssisələr tərəfindən daxil olmuş müraciətlərə 

baxılaraq aidiyyatı üzrə müvafiq tədbirlər görülmüşdür.  

 

 

2009-cu  ilin  maliyyə  planlarının  rüblər  üzrə  ödənişinin  təmin  olunması 



daim diqqət mərkəzində saxlanılmışdır. 

 

2009-cu  ilin  dekabr  ayının  8-də  Cəmiyyətin  XXIII  Baş  Məclisi  keçirildi.  Baş 



Məclisin  işində  bölgələrdən  seçilmiş  220  nəfər  nümayəndə  iştirak  etdi.  Baş 

Məclis  Cəmiyyətin  08  aprel  2008-ci  ildən  08  dekabr  2009-cu  il  tarixə  olan 

müddət  ərzində  görülmüş  işləri  müzakirə  edərək  qənaətbəxş  hesab  etdi.  Eyni 

zamanda  Baş  Məclis  İdarəetmə  Şurasının  və  Rəyasət  Heyətinin  yeni  tərkibini 

seçərək  təsdiq  etdi.  Baş  Məclis  həmçinin  QAC  Rəyasət  Heyətinin  il  ərzində 

keçirilən  iclaslarda  qəbul  etdiyi  qərarları  nəzərə  olaraq  təsdiq  etdi.  Beləliklə 

XXIII  Baş  Məclis  gündəlikdə  duran  əsas  məsələləri  müzakirə  edərək  öz  işinə 

yekun vurdu.  

 

İlk Təşkilatların sayı 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Üzvlərin sayı 

34 

 

 



 

RAYON BÖLMƏLƏRİNİN İNKİSAFI  

 

Məqsəd  

 

Proqramın  məqsədi  sosial  və  sağlamlığın  faktorlarını  nəzərə  almaqla  icmalarda 

imkansızlığın  azaldılmasına  nail  olmaıq  məqsədi  ilə  Azərbaycan  Qızıl  Aypara 

Cəmiyyətinn ümumi strukturlarının və imkanlarının gücləndirilməsi 

 

Fəaliyyətlər 

 

-2009  cu  il  ərzində  yerli  İcra  Hakimiyyətləri,  bələdiyyələr,  beynəlxalq  və  yerli 

təşkilatlar  ilə  əməkdaşliq  davam  etdirilib.  Adı  çəkilən  təşkilatların 

nümayyəndələri    AzQAC  tərəfindən  keçirilən  treyninqlərdə  mütəmadi  olaraq 

iştirak edib. 

 

-Gəncə,  Zaqatala,  İmişli  və  Xanlar  Rayon  bölmələrinin  imkanlarının 



qiymətləndirilməsi  aparılmış  və  onun  nəticəsi  olaraq  “İcmalarda  ehtiyacların 

qiymətləndirilməsi”,  “Layihələrin    planlaşdırılması  və  idarə  edilməsi”, 

”Monitorinq və Hesabatlılıq” və “ilk yardim”üzrə 170 nəfər işçi və könüllü üçün 

5 treyninq kecirilmişdir. 

 

-Həmçinin  1  “ictimai  əlaqələr”  və  Qızıl  Aypara  Cəmiyyətinin  fəaliyyətinə  dair 



həmin rayon bolmələri üçün treyninqlər keçirilmişdir. 

 

-Gəncə,  Zaqatala,  İmişli  və  Xanlar  RB  –ri  tərəfindən  icmlarda  “Ümumdünya 



Qızıl Xaç və Qızıl Aypara Günü”, “Beynəlxalq Sağlamlıq günü”, Siqaret və TB 

əleyhinə  kampaniya  və  tədbirlər  keçirilmişdir.    Bütün  bu  tədbirlərdə 

ümumilikldə 750 nəfər icma üzvü iştirak etmiş.   


35 

 

-Qızıl Aypara bölmə könüllüləri İlk yardim üzrə 1735 nəfərə təlim vermişlər və 



daha 2800  nəfərə  isə profilaktik sağlamliq üzrə təhsil  verilmişdir.  “Beynəlxalq 

İlk  Yardim  Günün”də  İcmlarda  4  İlk  yardım  kampaniyasi  kecirilmiş  və  3 

səhiyyə maarifi kampaniyası təşkil edilmişdir. 

 

-Həmçinin  bu  layihə  çərçivəsində  bütün  icmalarda  4  tədbirlərdə  kecirilmiş  100 



icma üzvü fəal surətdə iştirak etmişdir. 

 

May  ayında  Gürcüstan  respublikasinda  “Sosial  yardim”  mövzusuna  həsr 



olunmuş treyninqdə layihənin koordinatoru da iştirak etmişdir. 

 

Nailiyyətlər 

-Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətləri  Federasiyasının  birgə  keçirdiyi 

Qiymətləndirmə  Milli  Cəmiyyətinin  imkanlarının  geniş  mənzərəsini  verməyə 

imkan  vermişdir. Bölmələrin material və texniki imkanlarını da yaxşilaşdırmaq, 

bu  da  Qızıl  Aypara  işçilərinin  və  könüllülərinin  özünə  inamı,  maraq  və 

motivasiyanı  artırmışdır.  İnternetdən  istifadə  imkanı  dahada  çox  könüllərin 

bölmə fəaliyyətinə cəlb etmişdir.  

-Gəncə,  Zaqatala, İmişli və Xanlar bölmələri könüllülərin idarəedilməsini 

güclənəndirmişdirlər. Onlar bölmə inkişafi işində hər bir könüllünün rolulu təyin 

etmişlər. Bütün könünllər məlumat bazasına qeydiyyata alınmışlar.  

 

-Yerli İcra hakimiyyətləri ilə əmkdaşlıq güclədirilmişdir. Layihədən əvvəl 



bölmələr  yalniz  ərzaq  və  dərman  preparatlarının  bölüşdürülməsi  işinə  cəlb 

olunmuşdur,  hazırda  onların  işi  İlk  yardim,  səhiyyə  maarifi  və  humanitar 

dəyərlərin  yayımlanması  kimi  sahələri  əhatə  edir.  Bölmələr  həmçinin,  müxtəlif 

sosial  fəaliyyətlərə  başlamışlar.  Bölmələrdən  alınan  maliyyə  və  fəaliyyət 

hesabatları  yaxşılaşmışdır.  QAC-nin  bölmələri  cəmiyyətin  bölmələri  öz 

fəaliyyətində  iştirak  edən  qadın  və  gənclərin  sayını  artıra  bilmişlər.  Layihənin 

ilkin mərhələsində təkcə 200 qadın və 76 gənc iştirak edirdi. Layihənin sonunda 

isə  bu  rəqəm  artmışdir.  Belə  ki,  800-dən  artıq  qadın  və  520  gənc  profilaktik 

sağlamlig,  ilk  yardım  və  bacarıgların  təlimi  sahəsində  Qızıl  Aypara  Cəmiyyəti 

ilə birgə calışmışdır.  

 

-29  nəfər  könüllü  “İcmalarda  ehtiyacların  qiymətləndirilməsi,  26  nəfər  İcma 



könüllüləri  “Sağlаmliq”  üzrə  27  nəfər  işçiləri  “Layihənin  planlaşdırılması  və 

idarə  edilməsi”  və  22  nəfər  RB  könüllüsü  “Sosial  qayği”  üzrə  6  təlim  keçərək 

bilik və bacarıqlarını artırmışlar. 

 

Icmalarda  keçirilən  tədbirlərdə  ümumiyyətlə  3750  icma  üzvü  fəal  iştirak 



etmişdir ki, bu da icmalarda AzQAC-a olan maraqlarının artırılmasıdır.  

 

 Problemlər 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin