Vəzifə 2. Azərbaycanda qan donorluğunun inkişafı
11
AzQAC 2009 – cu ildə Norvec Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə “
Azərbaycanda könüllü, təmənnasız qan donorluğunun inkişafı” adlı proqramını
davam etdirmişdir. Ümumdünya səhiyyə təşkilatı tərəfindən tövsiyyə olunan
könüllü təmənnasız qanın təhlükəsiz olmasını nəzərə alaraq, respublikada
mütəmadi könüllü təmənnasız qan donorlarının cəlb edilməsi layihənin ali
məqsədidir. Layihə çərçivəsində 87 nəfər qan donorluğuna aid təlimatlandırılmış
könüllü və Klub – 25 – in üzvləri tərəfindən “Sağlam həyat tərzi”, “Sağlam
mütəmadi könüllü qan donorluğu” sahəsində maarifləndirmə fəaliyyətini
genişləndirməklə, təbliğat tədbirlərini həyata keçirir.
Mart ayının 4 və 5-i Səhiyyə Nazirliyi, Qadın, Uşaq və Ailə problemləri
üzrə Dövlət komitəsi, Azərbaycan Hemofeliya Assosasiyası ilə birgə Bakı
şəhərində yerləşən bir neçə poliklinikada 8 Mart “Qadınlar günü”nə həsr
olunmuş qan vermə aksiyaları təşkil etmişdirlər. Keçirilən aksiyalarda polis
idarələri və tədris ocaqlarının tələbələri də fəal iştirak etmişlər.
10 Mart “Azərbaycan Qızıl Aypara günü”nə həsr olunmuş könüllü qan vermə
aksiyası mart ayının 7 – də Texniki Universitetdə təşkil olunmuşdur. Həmişəki
kimi AzQAC-nin könüllü qan donorları olan AzQAC – ın prezidenti Novruz
Aslanov və İsrailin Azərbaycandakı səfiri Artur Lenk tədbirə qoşulub, qan
vermişlər. Onlar qan verməklə bir neçə insanın həyatını xilas etmiş olmuşlar. Bu
iki tanınmış şəxs bu addımı atmaqla, bir daha könüllü qan donorlarının insan
həyatını xilas etmək üçün vəzifənin, milli mənsubiyyətin, dinin və s. kimi
məqamların əhəmiyyətli olmamasını bir örnək kimi nümayiş etdirmişlər.
Hər il olduğu kimi AzQAC-ti 14 iyun “Ümumidünya Qan Donoru Günü”
nü qeyd edir və ölkədə bununla bağlı təşkil olunan tədbirlərdə fəal iştirak
etmişdir. Belə tədbirlərdən biri 12 iyun 2009-ci il tarixdə AzQAC-in ofisində
gənc könüllü qan donorlar ilə dəyirmi masa ətrafında görüş keçirilmiş, Bakının
mərkəzində 14 iyun “Ümumidünya Qan Donoru Günü”-nə həsr olunmuş
təbliğat kampaniyası keçirilmişdir.
İl ərzində “Klub – 25”- in üzvləri müxtəlif tədris ocaqlarında - Pedaqoji
Universitet, 2 saylı tibb məktəbi və digər təşkilatlarda gənclər arasında əyani
vəsaitlərin paylanması ilə könüllü təmənnasız mütəmadi qan donorlarını cəlb
etmək məqsədi ilə geniş təbliğat tədbirləri keçirmişlər. Təbliğat fəaliyyətləri
nəticəsində AzQAC Bakı Telefon Rabitə İstehsal Birliyi, Neft Akademiyası,
Xəzər və Texniki Universitetləri və digər rayon və bölgələrdə olan təşkilatlarda
qanvermə aksiyaları təşkil olunmuşdur. İl ərzində Qan Bankının verdiyi
məlumata əsasən AzQAC – ın xətti ilə 3050 nəfər könüllü olaraq qan vermişdir.
İyunun 17 – də “Ambassador” mehmanxanasında “14-İyun Ümumdünya Donor
Günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə AzQAC – ın əməkdaşları,
Beynəlxalq Qızıl Xaç Komitəsinin, Talassemiya, Hemofiliya və Qan Donorları
Assosiasiyalar, Neft Akademiyası, Xəzər, Pedaqoji və Texniki Universitetləri,
“Azərsun - Holdinq”, və digər təşkilatların nümayəndələri iştirak etmişlər. Bu
tədbirdə AzQAC tərəfindən il ərzində təşkil olunan qan vermə aksiyalarında fəal
iştirak edən təşkilatlara suvenirlər və təşəkkürnamələr təqdim olunmuşdur.
İl ərzində 2253 nəfər könüllü təmənnasız qan donorluğu, Sağlam həyat tərzi
mövzuları haqqında maarifləndirilmişdir.
12
Vəzifə 3. Vərəm
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı və regionlarda vərəmin
yayılmasının qarşısını almaq məqsədilə səhiyyə maarifi işini təşkil edir. Bu
təbliğat tədbirlərinə əhali arasında orta və ali məktəblərdə vərəmə dair
videofilmlərin nümayişi ilə seminarların keçirilməsi sorğuların aparılması,
dəyirmi masaların təşkili kimi fəaliyyətlər daxildir.
2009 – cu ildə AzQAC – ın Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə
azadlığa buraxılan vərəmli məhkumların vərəmə qarşı zavallılığını azaltmaq və
eyni zamanda onların vərəm xəstəliyindən sağalmasına nail olmaq məqsədilə
“Azadlığa buraxılan vərəmli məhkumların davamlı müalicəsinə nəzarət” adlı
pilot layihəsini davam etdirmişdir. Proqram çərçivəsində Beynəlxalq Qızıl Xaç
Komitəsi tərəfindən təlimatlandırılmış AzQAC – ın tibb bacıları Bakının
Yasamal, Binəqədi, Əzizbəyov rayonlarında yaşayan azadlığa buraxılan
məhkumlar vərəm xəstəliyinə qarşı davamlı DOTS müalicəsinə nəzarət
olunmuşdur. Tibb bacıları yerli vərəm dispanserlərində qeydiyyata düşməyən
xəstələrin tapılmasında yardımçı olub ayrılan dərmanları əldə edib xəstələrə
çatdırıb, dərmanların qəbuluna nəzarət edib, xəstə və onun ailə üzvləri ilə
səhiyyə maarifi işini təşkil edirdilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
tərəfindən aparılan Milli Vərəm Proqramının, Ağ Ciyər xəstələri İnstitutunun
mütəxəssisləri ilə birgə əməkdaşlıq sahəsində mütəmadi görüşlərdə tibb
bacılarının fəaliyyətində meydana çıxan problemlər müzakirə olunub aradan
qaldırılmasına dair addımlar müəyyən edilirdi. 2009 – cu il ərzində 20 nəfər
xəstə əhatə olunmuşdur ki, onlardan 14 nəfər DOTS müəalicəsini bitirmişdir.
Digər xəstələr isə müalicəni davam etdirirlər.
Hər il olduğu kimi AzQAC ölkədə aparılan 24 Mart – “Ümimidünya
vərəmlə mübarizə Günü” – nə həsr edilmiş tədbirlərdə fəal iştirak edir. Bu il
Bakıda Ümimdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyi
tərəfindən dəyirmi masa təşkil olunmuşdur. Tədbirlə Ümumdünya Səhiyyə
Təşkilatının Beynəlxalq Vərəm üzrə mütəxəssisi və ölkədə vərəmin müalicəsi
profilaktikası və bu sayədə aparılan təşkilati məsələlərlə bağlı fəaliyyət göstərən
hökumət və qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Dəyirmi masanın məqsədi bir başa vərəmə aidiyyatı olan təşkilatların bu sahədə
olan problemlərə diqqətini cəlb etmək və onların aradan qaldırılmasına dair
fəaliyyətləri genişləndirmək, bununla belə Azərbaycanda vərəm xəstəliyinin
qarşısının alınmasından ibarətdir.
Fevralın 23 də “HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə Qlobal
Fond”-u Azərbaycanda vərəm xəstəliyinə aid olan məsələlərlə bağlı dəyirəvi
masa keçirmişdir. Həmin görüşdə Vərəmlə mübarizədə gələcək əməkdaşlıq
srtategiyasının istiqaməti seçilmişdir.
İl ərzində Vərəmin yayılmasına qarşı səhiyyə maarifi tədbirləri (təlim,
icmalarda görüşlər və s.) təşkil olunmuşdur. Belə tədbirlərdən biri “SOS –
uşaq kəndləri Azərbaycan Assosiasiyasında” keçirilən Vərəmin profilaktikası”
adlı təlimi qeyd etmək olar. AzQAC-in könüllü sağlamlıq işçiləri tərəfindən
13
Bakının bəzi rayonlarında məktəb və yataqxanalarda vərəmin yayılması və
onunla mübarizə haqqında əhali ilə söhbətlər aparılmış, təbliğat vəsaitləri
paylanılmışdır. Belə ki, il ərzində 845 nəfər insan vərəm haqqında
maarifləndirilmişdir.
Vəzifə 4. İcmaya əsaslanan İlk yardım.
İl ərzində “İcmaya əsaslanan İlk yardım” proqramı çərçivəsində 32 nəfər
ilk yardım üzrə təlimatlandırılmış könüllü (10 nəfər Bakı, 5 nəfər Füzuli,
Ağdam, 10 nəfər Zaqatala və Ucardan yeni ilk yardım dəstəsinin üzvü, 7 nəfər
isə RM-də ötən illərdə təlimatlandırılmış könüllülərdir). Bakı, Sabirabad,
Mingəçevir, Lənkəran, Gəncə, Sumqayıt RM və Bakı, Ağdam, Füzuli, Zaqatala,
Ucar RB-dən 1028 nəfər əhali arasında ilk yardım vərdişləri haqqında təbliğat
işləri aparmışdırlar.
İl ərzində İlk Yardım dəstələri ilə mütəmadi görüşlər, praktiki məşğələlər
keçirildi. “Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş 2009 – cu il
fevral ayının 27 – si tarixində Fövqəladə Hallar Nazirliyi ilə birgə AzQAC
tərəfindən keçirilən tədbirdə 60 saylı məktəbdə 130 şagird və müəllim heyəti
üçün ilk yardım vərdişləri nümayış olunmuşdur.
Dənizkənarı Bulvar İdarəsinin “Kommunal Xidməti və Abadlaşdırma müəssisəsi
“ MMC – nin mühafizəçiləri və Bakı Dəniz Vağzalı işçiləri, BQXK –nın Bərdə
ofisinin əməkdaşları üçün ilk yardım təlimi keçirilmişdir. Təlimdə cəmi 56 nəfər
iştirak etmişdir. İştirakçılara avropa sertifikatları təqdim olunmuşdur.
AzQAC –da təcrübədə olan Slavyan və Qərb Universitetlərin tələbələri üçün ilk
yardım təlimləri keçirilmişdir. Təlimlərdə 18 nəfər iştirak etmişdir. Qaradağ
rayonunda 15 könüllüyə ilk yardım vərdişləri öyrədilmişdir. İzrailin Maqen
David Adom Milli Təşkilatı AzQAC – ın əməkdaşları üçün ilk yardım təlimi
keçirilmişdir. Təlimdən sonra iştirakçılara sertifikat verilmişdir və ilk yardım
çantaları hədiyyə edilmişdir. Hər il olduğu kimi Beynəlxalq Qızıl Xaç/Qızıl
Aypara Cəmiyyətləri Federasiyasının “Ümumdünya İlk yardım Günü” AzQAC -
tərəfindən qeyd olunur.
“Ümumdünya ilk yardım günü”nə həsr edilmiş kampaniya Bakı, Sabirabad,
Mingəçevir və digər RM- da keçirilmişdir. Belə ki, Bakıda AzQAC – ın Qızıl
Aypara Cəmiyyətinin könüllü ilk yardım dəstələrinin üzvləri Uşaq cəza çəkmə
müəssisəsində tədbir kecirmişdir. Həmin tədbir müsabiqə şəkilində 3 komanda -
“Uşaqdan uşağa sülh şəbəkəsi”, “SOS Uşaq Kəndləri Azərbaycan” və Uşaq cəza
çəkmə müəssisəsi arasında keçirilmişdir. İlk yardım vərdişlərini nümayiş edərək
işrirakçılar verilən sualları cavablandırmışlar.
Quba Rayon Bölməsində iki nəfər ilk yardım təlimçisi üçün təlim keçirilmişdir.
Təlimçilərə Avropa Sertifikatları təqdim olunmuşdur.
Azərbaycan Dövlət Pedaqoji Universitetində 53 nəfərə ilk yardım təlimi
keçirilmiş və ilk yardım vərdişləri nümayiş olunmuşdur.
“SOS Uşaq Kəndləri Azərbaycan” təşkilatının 6 əməkdaşına ilk yardım təlimi
keçirilmişdir. Təlimdən sonra iştirakçılara ilk yardım sertifikatları verilmişdir.
14
Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən aparılan “İnsan qripi
pandemiyasına humanitar hazırlıq təşəbbüsü” layihəsi
Mövsümi inflüensa (qrip) epidemiyası və bununla
əlaqədar qrip hallarının
və ölüm faizinin yüksək olması, xüsusilə də yüksək riskli qruplar arasında qrip
halları və ölüm faizinin yüksək olması - bütün bunlar ictimai səhiyyənin böyük
problemlərindən biridir. Dünya Səhiyyə Təşkilatı ilə fəal əməkdaşlıq edən milli
ekspertlərin məqsədi inflüensa üzərində beynəlxalq nəzarəti yaxşılaşdırmaq və
gücləndirmək, habelə ölkəni mümkün olan inflüensa pandemiyasına
hazırlamaqdır. Odur ki, güclü ictimai səhiyyə sisteminin və işlənilib hazırlanmış
pandemiyaya hazırlıq planının olması vacibdir. Bu cür plan artıq Azərbaycanda
mövcuddur və o, Səhiyyə Nazirliyi tərəfindən aşağıdakı təşkilatlarla əməkdaşlıq
şəraitində işlənilib hazırlanmışdır: Dünya Səhiyyə Təşkilatı, İctimai Səhiyyə
İslahatları Mərkəzi, Dünya Bankının Asiya İnflüensa və İnsan Hazırlığı
Layihəsi üzrə işləyən Kənd Təsərrüfatı Kreditlərinə dair Dövlət Agentliyi və
Birləşmiş Millətlər Agentliyi.
Pandemiyaya qarşı mübarizə işində lazımı potensialı artırmaq və hazırlıq
səviyyəsini yüksəltmək üçün Beynəlxalq İnkişaf üzrə ABŞ Agentliyi (USAİD)
dəstəyi ilə Beynəlxalq Qızıl Xaç/Qızıl Aypara Cəmiyyətləri Federasiyası
Azərbaycanda «İnsan qripi pandemiyaya qarşı humanitar hazırlıq» layihəsinin
həyata keçirilməsi barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinə müraciət
еtmişdir. Bu müraciətə əsasən Azərbaycan Qızıl Aypara Cəmiyyəti «İncan qripi
pandemiyaya qarşı humanitar hazırlıq təşəbbüsü»adlı layihəsini hazırlayıb və
2009-cu il avqust ayından həyata keçirir. Layihə ilə bağlı Azərbaycanda həmin
layihənin icra prosesini giymətləndirmək məqsədi ilə BQX/QA CF-nın
beynəlxalq ekspertləri Bakiya səfər etmişdi.
Layihənin ali məqsədi respublikanın region və rayonlarında icmaların
pandemiyaya qarşı hazırlıq (texniki və insan resursları baxımından) səviyyəsini
yüksəltməklə Azərbaycan Hökumətinə insan qripi pandemiyasına hazır olmaqla
dəstək vermək və icma yönümündə lazımı ölcülər götürməkdir. Bununla bağlı
2009-cu il avqust-dekabr ayları ərzində müəyyən olunmuş vəzifələrin bir hissəsi
icra edilmişdir.
Belə ki, AzQAC-nin 6 Region Mərkəzlərinin (Bakı, Sumqayıt, Sabirabad,
Gəncə, Mingəçevir və Lənkəran), 19 Rayon Bölməsində layihənin icrası
başlamışdır. Layihəyə cəlb olunan region/rayonlarda yerli dövlət və GHT-lərin
nümayəndəlinlərdən ibarət olan işçi qruplar yaradılmışdır. Hər rayonda 5 icma
seçilmişdir ki, orada həmin icmanın pandemiyaya hazır olmasına dair planın
hazırlanması prosesi həyata keçiriləcəkdir. Bununla yanaşı icma əhalisinin
maarifləndirilməsi (sorğuların aparılması, vərəqələr və plakatların paylanması,
təbliğat tədbirlərin təçkili) aparılan fəaliyyətlərin vacib hissəsidir. 7000 nəfər
icma əhalisi arasında aparılan sorğular insanların pandemiyaya hazır
olmamasını, onların bu sahədə biliklərinin və imkanlarının kifayyət qədər az
olmasını göstərmişdir.
15
Layihə çərçivəsində AzQAC-nin Baş Qərargahının işçi heyəti (12 nəfər), Region
Mərkəzlər/Rayon Bölmələrinin əməkdaşları (19 nəfər) və könüllüləri (112 nəfər)
BQX/QAC Federasiyası tərəfindən göndərilən təlim materiallarını istifadə
edərək, mütəmadi olaraq təlimatlandırılmışdır.
AzQAC-ti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, ÜST-nın və
USAİD-in Azərbaycandakı nümayəndəlikləri ilə layihə ilə bağlı əməkdaşlıq
edərək mütəmadi görüşlər keçirilmişdir.
Əhali arasında paylanması nəzərdə tutulan müxtəlif növ vərəqələr və
plakatlar hazırlanmışdır. Avqust-dekabr aylarında 7000 insan arasında sorğu
keçirilmiş, H1N1 qripi haqqında maarifləndirilmişdir.
Layihə 2010-cu ilin iyul ayına qədər davam olunacaq və həyata keçirilən
zaman seçilmiş test ərazilərində bazis analizi və kartoqrafiya (xaritə çəkmə)
işinin aparılacağı, daxili və kənar şəbəkələnmənin işlənilib hazırlanması və
hədəf dairəsinə götürülmüş ərazilərdə milli, rayon və icma səviyyəli tərəfdaşlar
arasında funksional koordinasiyanın təmin edilməsi gözlənilir.
Nailiyyətlər:
•
83 nəfər təlimatlandırılmış könüllü sağlamlıq işçisi və tibb bacısı əhali arasında
quş qripi, HİV/AİDS, vərəm, süd vəzi xərçəngi, düzgün qidalanma, H1N1 qripi,
infeksion xəstəliklər haqqında maarifləndirmə işlərinin fəaliyyətlərini davam
edərək 10275 nəfər insan sağlamlığı ilə bağlı biliklərini artırmışdır.
Onlardan 60%-i qaçqın və məcburi köçkünlər təşkil edir.
•
12 nəfər qadında süd vəzisində dəyişiklər müəyyən olunmüşdur
•
87 nəfər qan donorluğuna dair təlimatlandırılmış könüllü və Klub-25-in üzvlləri
tərəfindən 2253 nəfər insan qan donorluğu haqqında maarifləndirilmişdir.
•
3050 nəfər könüllü təmənnasız qan donoru olmuşdur.
•
25 nəfərdən ibarət (Bakı - 10 nəfər, Ağdam, Füzuli - 5 nəfər, Zaqatala - 5
nəfər, Ucar - 5 nəfər) İlk Yardım dəstələri yaradılmışdır.
•
932 nəfər İlk Yardım vərdişlərinə dair maarifləndirilmişdir.
•
2 İlk Yardıma aid geniş kompaniya təşkil olunmuşdur.
•
20 nəfər azadlığa buraxılan vərəmli məhkumdan 14 nəfər DOTS
müalicəsini bitirmişdir, 6 nəfər isə müalicəsini davam etdirir.
Çətinliklər, Problemlər:
16
Beynəlxalq
Qızıl
Xaç/Aypara
Cəmiyyətləri
Federatsiyası,
donor
cəmiyyətləri tərəfindən maaliyyə dəstəyinin mütəmadi olmaması və eyni zamanda
bir müddət dayandırılması “İcmada sağlamlıq” proqramının həyata keçirilməsində
bir çox çətinliklər və aşağıda göstərilən problemlərin meydana çıxmasına cəlb
olunmuşdur. Beləki, sağlamlıq işçiləri və tibb bacıları üçün təlimlərin keçirilməsi,
vərəmli xəstələrə psixoloq mütəxəssis tərəfindən məsləhətin verilməsi, əhali
arasında sağlamlıqla bağlı maarifləndirmə tədbirlərin geniş şəkildə aparılması
qanvermə aksiyaların təşkili, əyani vasitələrin çapı, könüllü sağlamlıq işçilərin
həvəsləndirilməsi monitorinq aparılması və s. kimi problemlər proqram
göstərişlərini (əvvəlki illərlə müqayisədə) aşağı olmasına təsir etmişdir.
HİV və AİDS
Məsqəd:
Yaşa uyğun HİV/AİDS-lə bağlı bilikləri təmin etmək, gənclərə zəkalı qərar
qəbul etməsində kömək, HİV/AİDS xəstəliyin qarşısını almaq üçün sağlamlıqla bağlı
davranışları inkişaf etdirmək.
Fəaliyyət:
2009-cu il ərzində HİV və AİDS proqramı çərçivəsində 125 nəfər həmyaşıddan-
həmyaşıda treynerlər hazırlanıb. Həmin treynerlər Gəncə, Sabirabad, Lənkəran və
Mingəçevir Regional Mərkəzlərində çalışan fəal könüllülərdən ibarətdir. İl ərzində
35364 nəfər insan HİV və AİDS sahəsində maariflənmiş və infeksiyadan qorunma
yolları haqda biliklərə yiyələnmişdir. Həmçinin il ərzində 60 nəfər treyner üçün
biliklərinin yenilənməsi məqsədilə 2 treyning keçirilmişdir. Eyni zamanda 2009-cu il
Qırğızıstanın paytaxtı Bişkek şəhərində HİV-AİDS və Vərəmə qarşı mübarizə Avropa
Regional Şəbəkəsinin ənənəvi 13-cü görüşü həyata keçirilmişdir. Həmin görüşdə Milli
Cəmiyyətimizdən 3 nümayəndə iştirak etmişdir.
Ümumiyyətlə keçirilən treyning və sessiyalarda HİV/AİDS xəstəliyinin tarixi və
dünyada qlobal yayılması haqda statistik məlumaylar verilmiş, HİV və AİDS-in nə
olması barədə terminlər və təriflərdən söhbət aparılmışdır. Daha sonra immun sistemi
haqqında ümumi anlayış, HİV infeksiyasının əlamətləri, AİDS xəstəliyinin aşkar
edilməsi, kimlər yoluxa bilər, ötürülmə yolları və ötürülmənin qarşısının alınması,
HİV-in insan orqanizminə təsiri haqqında geniş məlumat verilmişdir. Azərbaycan
Qızıl Aypara Cəmiyyəti tərəfindən lentə alınmış “Özünü qoru” videoklipi nümayiş
etdirilmiş, daha sonra treyninq iştirakçıları qruplara bölünmüş, interaktiv oyunlar və
17
onların müzakirəsi başlanılmışdır. İştirakçılar bu xəstəliyə yoluxma və ondan qorunma
yollarını öz rəsm əsərlərində nümayiş etdirmiş və hər bir rəsmin prezentasiyası
keçirilmişdir. Həmçinin AİDS-lə mübarizə günü və qırmızı lent mövzusunda
danışılmış, HİV test və HİV/AİDS zamanı ilk yardım mövzusunda müzakirələr
keçirilmişdir. HİV/AİDS xəstəliyi ilə yaşayan insanlar və bu insanlara qarşı
diskriminasiyanın azaldılması haqqında danışılmış, müxtəlif sorğular və oyunlar
keçirilmişdir. Treyninqdə Azərbaycanda epidemiya ilə bağlı yaranmış vəziyyətdən,
yoluxmuş insanların rəsmi və qeyri-rəsmi statistik məlumatlar barəsində,
treynerlərdən asılı olan fəaliyyətlər sahəsində müzakirələr aparılmışdır.
Kampaniyaların proqramı:
Əvvəl 2 saatlıq HİV/AİDS haqqında informasiya xarakterli maarifləndirmə işləri
aparılmışdır. Keçirilən kampaniyalara region kampaniyaları olmuşdur. Bütün Regional
Mərkəzlərdə regiona daxil olan rayon bölmələrindən könüllülər iştirak etmişdir. Hər
regionda kampaniyalar könüllülərin yürüş ilə başlamış, daha sonra isə əvvəlcədən
təyin olunmuş ərazilərdə “Gənclər AİDS-in əleyhinədir” adlı bukletlərin və tibbi
qoruyucu vasitələrin paylanılması ilə davam etdirilmişdir. Tədbirin davamında
mövzuya aid rəsm müsabiqəsi və viktorinalar keçirilmişdir. Müsabiqədən sonra rəsm
əsərlərinin sərgisi keçirilmişdir. Rəsm müsabiqəsi və viktorina qalibləri AzQAC
tərəfindən kiçik hədiyyələr ilə mükafatlandırılmışlar. Kampaniyaların iş planlarına
uyğun olaraq AzQAC tərəfindən lentə alınmış “Özünü qoru” adlı AİDS videoroliki
nümayiş etdirilmişdir. Bütün gün ərzində davam etmiş kampaniya geniş konsert
proqramı və diskoteka ilə yekunlaşmışdır. Respublika ərazisində fəaliyyət göstərən bir
çox QHT-in əməkdaşları aksiyada iştirak etmişlər.
Nailiyyətlər:
İl ərzində proqram çərçivəsində 125 treyner hazırlanıb.
Kampaniyalarda ümumilikdə 4000-dən artıq insan iştirak etmişdir.
Sessiyalarda il ərzində 35364 nəfər maarifləndirilmişdir.
N
Ай
Маарифлянлярин
сайы
(Няфяр)
Киши
Гадын
1.
Йанвар
1440
730
710
2.
Феврал
2100
1060
1040
3.
Март
2656
1411
1245
4.
Апрел
2565
1348
1217
5.
Май
3310
1690
1620
|