İllik Hesabat



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix23.02.2017
ölçüsü0,5 Mb.
#9524
1   2   3   4   5   6

 

Mina Üzrə Maarifləndirmə       

2009-cu  ildə  AzQAC tərəfindən  həyata keçirilmiş “TOM”  layihəsində  (3 

rayondan  4  kənddə)  hər  bir  oyun  meydançasına  minalar  və  PHS  əleyhinə 

üzərində  şüarlar  yazılmış  və  rəsmlər  çəkilmiş  müxtəlif  maarifləndirici  lövhələr 

quraşdırılmışdır. Bu  lövhələr  vasitəsilə  uşaqlar  mina təhlükəsi barədə bilavasitə 

xəbərdar  ola  bilərlər.  Bundan  əlavə  AzQAC  ANAMA  tərəfindən  hazırlanmış 

mina  üzrə  maarifləndirici  vəsaitləri  (yüzlərlə  bloknotlar,  qələmlər,  təqvimlər, 

kitablar,  plakatlar  və  s.)  özünün  cəbhə  bölgəsində  fəaliyyət  göstərən  10  Rayon 

Bölməsinin  (Qazax,  Ağstafa,  Tovuz,  Gədəbəy,  Göygöl,  Goranboy,  Tərtər, 

Ağdam,  Ağcabədi,  Füzuli)  könüllüləri  vasitəsilə  mina  /  MPQ  təhlükəsi  yüksək 

sayılan kəndlərdə yaymışdır.     

 

AzQAC və ANAMA arasında əməkdaşlıq 

 

2007-ci  il  dekabr  ayında  AzQAC  və  ANAMA  arasında  “Mina  /  MPQ 

Hadisələri  və  Qurbanları,  eləcə  də  Minadan  Zərərçəkmiş  İnsanların  Ehtiyacları 

Haqqında  Məlumatların  Toplanması”  üzrə  imzalanmış  rəsmi  Razılaşma 

Memorandumuna  əsasən  Milli  Cəmiyyət  2009-cu  il  ərzində  mina  /  MPQ 

partlaması  hadisəsi  və  bu  hadisələrdə  mina  qurbanlarına  çevrilən  bütün  şəxslər 

haqda  məlumatları toplayaraq  ANAMAya  təqdim etmişdir. 2009-cu  ilin  dekabr 

ayında  AzQAC-ın  və  Beynəlxalq  Qızıl  Xaç  Komitəsinin  (BQXK)  təşkilatçılığı 

ilə  Bakı  şəhərində  Milli  Cəmiyyətin  “Mina  /  MPQ  Hadisələri  və  Qurbanları, 

eləcə  də  Minadan  Zərərçəkmiş  İnsanların  Ehtiyacları  Haqqında  Məlumatların 

Toplanması”  fəaliyyətinə  cəlb  olunmuş  10  rayon  bölmə  sədrinə    ANAMA 

mütəxəssisləri tərəfindən 1 günlük təkmilləşdirmə kursu təşkil olunmuşdur. 

2009-cu  il  ərzində  AzQAC  və  ANAMA  arasında  4  (rüblük  olaraq) 

koordinasiya  görüşü  keçirilmişdir.  Görüşlərdə  yuxarıda  göstərilən  birgə 

fəaliyyətə  və  digər  ümumi  fəaliyyətlərə  dair  müzakirələr  aparılmış  və  təklif 

olunmuşdur ki, 2010-cu ildə də tərəflər bu əməkdaşlığı davam etdirsinlər.  

 

Mina  /  MPQ  partlayışı  nəticəsində  ailə  başçısını  itirmiş  ailələrin  hadisədən 

sonrakı sosial durumunun qismən də olsa bərpası 

 

2009-cu ildən başlayaraq AzQAC “Mina Partlayışı Zamanı Ailə Başçısını 



İtirmiş Ailələrə Sosial Dayaq” layihəsinə start vermişdir. Bu layihə çərçivəsində 

AzQAC  BQXK-nin  maliyyə  dəstəyi  ilə  Tərtər,  Qazax,  Ağstafa  və  Tovuz 

rayonlarında belə ailələrlə tədqiqat işini reallaşdırmışdır. ANAMAnın AzQACa 

təqdim  etdiyi  bu  kimi  ailələrlə  bağlı  mövcud  olan  statistika  üzrə  aparılmış 

tədqiqatda  real  olaraq  hazırda  sosial  durumu  çox  aşağı  olan  ailələr  layihə  üçün 


44 

qeydə alınmışdır. Tərtər rayonu üzrə 16 ailə, Qazax rayonu üzrə 6 ailə, Ağstafa 

rayonu  üzrə  7  ailə  və  Tovuz  rayonu  üzrə  1  ehtiyaclı  ailə  qeydə  alınmışdır. 

AzQAC  tərəfindən  bütün  rayonlar  üçün  layihələr  hazırlanmış  və  tərəfdaşlıq 

etmək üçün donorlarla müzakirələrə təqdim edilmişdir.  

2009-cu  ilin  iyul ayında  AzQAC  ABŞ-nın Azərbaycandakı  Fövqəladə  və 

Səlahiyyətli  səfiri  xanım  Anne  Derse  ilə  əməkdaşlıq  edərək  Tovuz  rayonundan 

bu  layihə  üçün qeydiyyata alınmış  yeganə  ailəyə sosial dayaq olmaq  məqsədilə 

1 baş iribuynuzlu heyvan (inək) və bu heyvanın 1 illik müddətə yem tədarükünü 

təqdim etmişdir.    

2009-cu il ərzində Tərtər rayonu üzrə mina və PHS partlaması nəticəsində 

zərər  çəkmiş  ailələrdən  olan  13  nəfər  gənc  AzQAC  Tərtər  rayon  bölməsinnin 

nəzdində  fəaliyyət  göstərən  “Gənclər  Mərkəzində”  təmənnasız  olaraq 

kompyuter biliklərinə yiyələnərək sertifikatlar əldə etmişlər.   



  

 

KİV-lə iş 

 

AzQAC-ın  mətbu  orqanı  olan  “Yeni  Təfəkkür”  qəzeti  və  Milli 

Cəmiyyətin  rəsmi  veb-səhifəsi  (

www.redcrescent.az

)  vasitəsilə  görülən  işlər 

barədə geniş ictimaiyyət  mütəmadi olaraq məlumatlandırılmışdır. Bundan əlavə 

olaraq  AzQAC  Silahlara  Qarşı  Mübarizə  proqramı  üzrə  həyata  keçirilən  bütün 

mühüm  tədbirləri  Azərbaycanın  rəsmi  dövlət  və  özəl  televiziya  kanalları  ilə 

işıqlandırmışdır. Bu proqram çərçivəsində fəaliyyətlərə cəlb olunmuş cəbhəyanı 

rayonların  əsas  mətbu  orqanları  da  AzQAC-nin  bu  sahədə  həyata  keçirdiyi 

fəaliyyətlər haqda mütəmadi olaraq məqalələr dərc edirlər.  

 

Digər əməkdaşlıq 



 

2009-cu  ildə  AzQAC Silahlara Qarşı Mübarizə proqramı  çərçivəsində ən 

sıx  əməkdaşlığı  BQXK  ilə  həyata  keçirmişdir.  BQXK  tərəfindən  bu  proqram 

texniki  və  maliyyə  dəstəyi  almışdır.  AzQAC  Silahlara  Qarşı  Mübarizə 

proqramının  məsləhətçisi  mütəmadi  olaraq  BQXKnin  Azərbaycandakı 

Nümayəndəliyində  bu  sahəyə  məsul  olan  müvafiq  nümayəndələrlə  görüşlər 

keçirmiş, müzakirələr etmişdir. 

 

“TOM” layihəsi və digər fəaliyyətlərlə əlaqədar olaraq il ərzində AzQAC 



Silahlara  Qarşı  Mübarizə  proqramının  məsləhətçisi  BQXK,  BQXQACF 

(Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara  Cəmiyyətləri  Federasiyası),  Almaniya 

Qızıl  Xaç  Cəmiyyəti,  ANAMA,  AzCBL  (Minalar  Əleyhinə  Azərbaycan 

Kampaniyası  İctimai  Birliyi),  HOMS,  Norveç  Krallığının  Azərbaycandakı 

Səfirliyi, BAMF (Beynəlxalq Avrasiya Mətbuat Fondu), Trans Global LTD və s. 

təşkilatlarla görüşlər keçirmiş, layihələr ətrafında müzakirələr aparmış, seminar, 

treyninq və konfranslarda iştirak etmişdir. 

 

Beynəlxalq görüşlər 


45 

26-30  yanvar  2009-cu  il  tarixində  Kambodjanın  Siem  Reap  şəhərində 

Beynəlxalq  Qızıl  Xaç  /  Qızıl  Aypara  Hərəkatının  (Hərəkat)  "Silahlara  Qarşı 

Mübarizə"  üzrə  növbəti  beynəlxalq  görüşü  keçirilmişdir.  Görüş  Beynəlxalq 

Qızıl Xaç Komitəsi (BQXK) və Kambodja Qızıl Xaç Cəmiyyətinin təşəbbüsü və 

təşkilatçılığı  ilə  baş  tutmuşdur.  Görüşün  əsas  məqsədi  Hərəkatın  "Mina/PHS-

lərə  Qarşı  Mübarizə"  proqramı  üzrə  son  10  ildə  həyata  keçirdiyi  fəaliyyətləri 

qiymətləndirmək,  Milli  Qızıl  Xaç  və  Qızıl  Aypara  Cəmiyyətlərinin  bu  sahədə 

təcrübə mübadiləsini təşkil etmək və novbəti 2009-2019-cu illər üçün Hərəkatın 

"Mina/PHS-lərə  Qarşı  Mübarizə"  üzrə  yeni  strategiyasini  işləyib  hazırlamaq 

olmuşdur.  Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin  Silahlara  Qarşı  Mübarizə 

proqramının məsləhətçisi Bayram Vəliyev də görüşdə iştirak etmişdir. 

2009-cu  il  noyabr  ayının  18-dən  21-dək  Keniyanın  paytaxtı  Nayrobi 

şəhərində  Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara  Cəmiyyətləri  Federasiyasının 

(Beynəlxalq  Federasiya)  XVII  Baş  Assambleyası,  bunun  ardından  isə  23-25 

noyabr  2009-cu  il  tarixlərində  həmin  şəhərdə  Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl 

Aypara  Hərəkatının  (Hərəkat)  Nümayəndələr  Şurasının  görüşü  keçirilmişdir. 

Görüşdə iştirak edən Azərbaycan Nümayəndə Heyətinin tərkibində AzQAC-nin 

Silahlara  Qarşı  Mübarizə  proqramının  məsləhətçisi  Bayram  Vəliyev  də  iştirak 

etmişdir.  O  Hərəkatın  Nümayəndələr  Şurasının  görüşündə  çıxış  edərək  növbəti 

10  illik  müddətə  (2010-2020)  yeni  hazırlanmış  Hərəkatın  minalar,  kassetli 

bombalar  və  Müharibənin  Partlayıcı  Qalıqları  (MPQ),  silahların  mülki  əhaliyə 

vurduğu  zərərin  azaldılması  istiqamətində  Strategiyasının  yüksək  səviyyədə 

hazırlandığını bildirmişdir.  



Axtarış xidməti

 

 



Məqsəd: 

 

 

 

Bir-birindən ayrı düşmüş ailə üzvlərinin əzab və iztirablarını azaltmaq, psixoloji 

köməklik  göstərmək,  fövqəladə  hallar  zamanı  və  ondan  sonra  əldə  edilən  lazımı 

məlumatları ailə üzvləri arasında mübadilə etmək və həmçinin bir-birinə qovuşdurmaq 

məqsədi daşıyır. 

 

Fəaliyyət:  

 

 



Mütəmadi olaraq ərizəçilərin qəbulu keçirilir: 

 



II Dünya müharibəsi zamanı itqin düşənlərin axtarışı 

 



Miqrasıya ilə bağlı axtarış 

 



Aliment ödəməyənlərin axtarışı 

 



Axtarış və sosial problemlərin həlli üçün hüquqi məsləhətlərin verilməsi 

 

Kiv ilə əməkdaşlıq 

 

46 

 

2009-cu  il  ərzində  “Vışka”  qəzetində  Axtarış  Xidmətinin  fəaliyyətini 



işıqlandıran 6 məqalə çap edilmişdir. 

 

Sentyabr və noyabr aylarında Azərbaycan Televiziya və Radio verilişləri Qapalı 



Səhmdar  Cəmiyyətinin  radiosunu  AX-nin  fəaliyyəti  və  görülmüş  işlər  haqqında 

müsahibə verilmişdir. 

 

Rusiyanın  “ORT”  telekanalında  yayımlanan  “Jdi  menya”  verilişi  ilə 



əməkdaşlığımız telefon və elektron poçt vasitəsilə davam edir. 

 

Dövlət strukturları ilə əməkdaşlıq 

 

 



 

AzQAC Axtarış Xidmətinin birgə əməkdaşlıq etdiyi əsas dövlət strukturları: 

 

1.

 



Daxili İşlər Nazirliyi 

2.

 



Dövlət Təhlükəsizlik Nazirliyi 

3.

 



Nazirlər Kabineti nəzdində Dövlət Arxiv İdarəsi 

4.

 



Bakı İcra Hakimiyyəti 

5.

 



Respublika Prokurorluğu 

6.

 



Hərbi Komissarlıq 

7.

 



Qaçqınlar üzrə Ali Komissarlıq 

8.

 



Qaçqın və Məcburi köçkünlər üzrə Dövlət Komitəsi 

9.

 



Ədliyyə Nazirliyi 

10.


 

 Telefon-məlumat xidməti 

 

 

 

Daxili görüşlər 

 

 

İl ərzində Ətraflı Məlumatların Toplanması proqramının koordinatoru tərəfindən 

keçirilmiş görüşlərdə Axtarış Xidməti iştirak etmişdir. 

 

ƏMT  proqramına  dair  qaynar  telefon  xətti  işini  davam  etdi.  Bu  il  ərzində  143 



telefon zəngi qəbul edilmişdir. Onlardan 52 zəng qeydə alınıb, qalanlarına isə məlumat 

verilmişdir. Zənglər daxil olduqca elektron bazası yeniləşir. 

 

Bütün  müraciət  edənlərə  qısa  və  konkret  məlumatlar  verilmiş  və  onların  bütün 



sualları cavablandırılmışdır. 

 

 

Digər görüşlər. 

 

 

Təşkilatı  şöbə  ilə  birgə  regional  mərkəz  və  rayon  bölmələrinin  işçiləri  üçün 



təlimat kitabçasının hazırlanmasına dair hazırlıqlar aparılmışdır. 

 

Oktyabr  ayının  1-2  regional  mərkəz  və  rayon  bölmələri  üçün  işçi  qrupu  təşkil 



edilmişdir. Seminar zamanı  iştirakçılar axtarış prosesi  ilə  yenidən tanış olmuş  və əsas 

məqsəd  axtarış  prosesi  haqqında  təlim  kitabçasının  yeniləşməsi  və  axtarış  zamanı 



47 

çıxan çətinliklərin aradan qaldırılması idi. Müzakirələr zamanı sorğu blanklarında bəzi 

dəyişiklər və əlavələr edilməsi qərara alınıb. 

 

Regional Mərkəz/Rayon Bölməsi 

 

 

İl  ərzində  Bakı,  Sumqayıt,  Lənkəran,  Mingəçevir,  Sabirabad,  Gəncə,  Naxçivan 



Regional  Mərkəzlərinin  koordinatorları  ilə  dəfələrlə  görüşlər  keçirilmiş,  sorğu 

blankları paylanmışdır. Həmçinin bir çox rayon bölmələrinin sədrləri ilə axtarış işlərilə 

bağlı telefon əlaqəsi yaradılmış, məsləhətlər verilmişdir. 

 

2009-cu ildə Regional Mərkəzlərdən daxil olan sorğular 



 

Sumqayıt RM – 1 

 

Lənkəran RM – 1 

 

Naxçivan RM – 1 

 

Gəncə RM - 1 

 

 

Statistik hesabat 

 

2009-cu il ərzində daxil olmuş sorğular – 106 

 

 

Açılmış işlər 

  

 

Azərbaycan daxili – 64 

 

Xaricdə - 41 

 

 

 

 

Miqrasiya dair axtarış 



86 

II Dünya müharibəsi zamanı itgin düşənlərin axtarışı 

II Dünya müharibəsinə dair sənədlərin axtarışı 



Münaqişə nəticəsində itirilmiş sənədlərin axtarışı 

Miqrasiya dair sənədlərin axtarışı (dəfn yeri) 



Repressiya 



  Cəmi: 

106 

 

Ailə məktubu 

11 

 

 


48 

 

2009-cu il ərzində bağlı işlər - 130 

 

 

 

  Miqrasiya nəticəsində itgin düşənlərin axtarışı 

53 

(mənfi) 


44 

(müsbət) 

II Dünya müharibəsi zamanı itgin düşənlərin 

axtarışı


 

20 


II Dünya müharibəsinə dair sənədlərin axtarışı

 

 



Münaqişə nəticəsində itirilmiş sənədlərin axtarışı 

 



Münaqişə nəticəsində itirilmiş sənədlərin axtarışı

 



Repressiya

 



 



Sənədin təsdiqlənməsi

 (dəfn yeri) 

 



Cəmi:



 

78 


52 

 

ƏTRAFLI MƏLUMATLARIN TOPLANMASI LAYİHƏSİ 

 

BQXK və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında bağlanmış razılaşmaya 



əsasən  2009-cu  il  ərzində  də  Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin  təlim 

keçmiş  könüllüləri  Yanvar,  Fevral,  Mart,  İyun  aylarında  Bakı  şəhəri,  Abşeron 

Rayonu  və  Sumqayıt  şəhərində  Dağlıq  Qarabaq  münaqişəsi  ilə  bağlı  itkin 

düşmüş  şəxslərin  ailələrində  373  itkin  düşmüş  şəxsə  aid  ətraflı  məlumat 

toplanmış və BQXK-ya təhvil vermişlər. 

 Layihənin  1-ci  mərhələsi  2009-cü  ilin  iyun  ayında  başa  çatmışdır.  Ümumilikdə 

birinci  mərhələnin  nəticəsi  olaraq  Bakı  şəhəri,  Abşeron  Rayonu  və  Sumqayıt 

şəhərində  yaşayan  ailələrdə  1152  itkin  düşmüş  şəxsə  aid  ətraflı  məlumat 

toplanmış və BQXK-ya təhvil vermişlər. 

 Layihənin  2-ci  mərhələsi  2009-cü  ilin  fevral  ayında  başlanmışdır.  Azərbaycan 

Qızıl  Aypara  Cəmiyyətinin  26  nəfər  könüllüsünə  Bərdə  şəhərində  10  günlük 

təlim  keçirilmişdir.  Həmin  könüllülər  öz  yaşadıqları  rayonlarda  məskünlaşan 

itkin  düşmüş  şəxslərin  ailələrində  olmuş  və  onlardan  həmin  itgin  düşmüş 

şəxslərə aid ətraflı məlumatları toplamışlar.

 

 

2-ci mərhələ Ağdam, Füzuli, Tərtər, Beyləqan, Gədəbəy, Göygöl, Bərdə, Qazax, 



Ağstafa,  Yevlax,  Şəmkir,  Tovuz,  Samux,  Ağcabədi,  Daşkəsən  və  Gəncə, 

Mingəçevir şəhərlərində davam etdirilir. 

 İndiyədək  650  dən  artıq  sorğu  anketi    toplanılmış  və  BQXK  ya  təhvil 

verilmişdir. 

 2009-cü  ilin  dekabr  ayının  sonunadək  399  sorğu  anketi  daha  toplanması 

planlaşdırılmışdır. 



 

 

 

 

 

49 

 

 

 

MALİYYƏ 

 

 

Mədaxil  göstəricilərin  təhlili  göstərir  ki,  AzQAC  üzrə  ümumi  mədaxilin 

azalması  əsasən  Respublika  daxilində  üzvlük  haqqlarının  yığılmasının  azalması 

hesabına  müşahidə olunur. Əgər 2008-ci  ildə 650. 5  min  manat  yığılıbsa 2009-cu  ilin 

ərzində  323.4  min  manat  yığılıb.  Qeyd  etməliyik  ki,  bu  il  Bakı  təhsil  və  səhiyyə 

təşkilatlarında,  neft  şirkətində  bəzi  çətinliklər  yaranıb  və  bu  təşkilatların  üzvlük 

haqqları  ödənilməyib.  Sözsüz    ki,  buna  görə  cəmiyyətimizin  işində  bəzi  problemlər 

yaranıb. Bununla yanaşı, il ərzində ianə qutuların yerləşdirilməsi daha uğurlu nəticələr 

verib  və  müxtəlif  yerlərdə  yerləşdirilən  110  ədəd  qutulardan  2009-cu  il  ərzində  16.  9 

min manat həcmində vəsait toplanıb. 

Hesabat dövründə əvvəlki ilə nisbətən Dövlət büdcəsi hesabına maliyyəşmənin həcmi 

artmıdır  və  əyər  mədaxil  vəsaitin  2008-ci  ildə  33%-ni  təşkil  edibsə,  bu  il  -39%  təşkil 

edir. 

“İnkişaf”  programı  çərçivəsində  Ucarda  “Quşçuluq”,  Mingəçevir  rayonunda  EXO 



aparatı,  İnternet  və  kompyuter  kursları,  Sumqayıtda  internet  klubu,  Bakının 

Nərimanov  rayonunda  “Gözəllik  salonu”,  Nəsimi  RB  UZİ  aparatı,  İsmayıllıda  “Diş 

kabineti”  gəlir  gətirmə  təsərrüfatları  fəaliyyət  göstərir  və  əldə  edilən  gəlir  bölmələrin 

müəyyən  xərclərin  ödəməsinə  sərf  olunur.  Lakin  qeyd  etməliyik  ki,  gəlir  gətirmə 

proqramı  çox  zəif  inkişaf  edir  və  bu  sahədə  işlər  güclənməlidir.  İlk  yardım 

kurslarından 1.9 min manat vəsait daxil olub. Şəxsi ianələr 8.7 min manat təşkil edib. 

 

Rayon  və  şəhər  bölmələri  üzrə  yığılan  vəsait  2008-ci  ildə  743.2  min  manat, 



2009-cu ildə 691.1 min manat təşkil edib. 

 

Hesabat  dövründə  fəaliyyətləri  zəif  olan  bölmələr:  Qusar,  Qubadlı,  Cəlilabad, 



Xanlar. 

 

Bildiyiniz  kimi  Beynəlxalq  Federasiyasının  Azərbaycan  Nümayəndəliyindən, 



Beynəlxalq Qızıl Xaç Komitəsindən, xarici donorlardan daxil olunmuş vəsaitlər 100% 

həmin  donorlarla  razılaşdırılmış  proqramların  yerinə  yetirilməsinə  yönəldilmişdir.  Bu 

programlar  haqqında  sizə  ətraflı  məlumat  verildi.  Büdcə  vəsaiti  təyinatı  üzrə  9  saylı 

Dövlət  Xəzinadarlıq  tərəfindən  əmək  haqqı  və  əmək  haqqı  ilə  bağlı  hesablaşmalara 

yönəldilir. 

 

 



Manat 

Faiz 

Gəlirlər 

1 546 990,12  

100,0% 

Beynəlxalq Federasiya, (DREF, A H1N1 pandemiya) 



172 333,87  

11,1% 


BQXК (BQX/QAH yayımı, Axtarış, ƏMT) 

84 151,19  

5,4% 

Norvec humanitar proyekti (Qan Donorluğu) 



8 852,66  

0,6% 


Büdcə vəsaiti 

600 000,00  

38,8% 

Üzvlük haqları 



323 361,00  

20,9% 


50 

 

 



Gəlirlər  

 

 

 

Təhlükəsiz Oyun Meydançası proyekti (Almaniya QX) 

50 700,00  

3,3% 


Fandreyzinq  (ianə  qutularından),  təşkilatlardan  və  ayrı  -  ayrı 

şəxslərdən 

268 010,80  

17,3% 


Sair gəlirlər 

39 580,60  

2,6% 

 

Manat 



Faiz 

Xərclər 

1 509 411,57  

100,0% 

Beynəlxalq Federasiya 



172 333,87  

11,4% 


BQXК 

84 151,19  

5,6% 

Büdcə vəsaiti 



600 000,00  

39,8% 


Хarici donorlar 

59 326,00  

3,9% 

Az QAC hesabına olan humanitar aksiyalar (respublika üzrə) 



457 296,51  

30,3% 


Təsərrüfat xərcləri, büdcə ilə hesablaşmalar  

71 212,00  

4,7% 

Sair xərclər 



65 092,00  

4,3% 


51 

Xərclər 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

52 

TARİX 

 

 

10 mart 1920-ci il 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranma günü 

 

1920-1921 

Sovet İttifaqı Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Liqasının üzvü 

 

20 noyabr 1994-cü il 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  “Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin 

işinin yaxşılaşdırılması haqqında” qərarı ilə  Milli Cəmiyyətin tanınması 

 

01 noyabr 1995-ci il 

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən rəsmən 

tanınmışdır 

 

26 noyabr 1995-ci il 

Azərbaycan  Qızıl  Aypara  Cəmiyyəti  Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara 

Cəmiyyətləri Federasiyasının daimi, bərabər hüquqlu, həqiqi üzvü seçilmişdir 

 

Dekabr 2001-ci il 

Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin  prezidenti  Novruz  Aslanov  Beynəlxalq  Qızıl 

Xaç  və  Qızıl  Aypara  Cəmiyyətləri  Federasiyasının  İdarəetmə  Şurasında  “Fövqəladə 

Hallara Hazırlıq və Yardım Komissiyası”na ekspert təyin olunmuşdur 

 

5 sentyabr 2003-cü il 

Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin  “Azərbaycan 

Qızıl 


Aypara 

Cəmiyyətinin işini yaxşılaşdırmaq haqqında” Sərəncamı 

 

31 yanvar 2004-cü il 

Azərbaycan Respublikasının  Prezidenti, zati-aliləri,  möhtərəm İlham Əliyev cənabları 

“Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinə  dövlət  qayğısının  artırılması  haqqında”  

Sərəncam imzalamışdır 

 

 

10 mart 2005-ci il 

Qızıl  Ayparanın  85  illik  yubileyi  münasibətilə  Respublika  Prtezidenti  cənab  İlham 

Əliyevin  sərəncamı  ilə  xüsusi  xidmətlərinə  görə  Azərbaycan  Qızıl  Aypara 

Cəmiyyətinin  prezidenti  Novruz  Aslanov  və  digər  6  əməkdaşı  “Tərəqqi”  medalı  ilə 

təltif olunmuşdur 

 

8 may 2005-ci il 

Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin  3  tibb  işçisi  Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl 

Aypara Hərəkatının ən yüksək “Florens Naytinqeyl” medalına layiq görülmüşdür 



53 

 

8 may 2007-ci il 

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu 

qəbul olunmuşdur 

 

8 may 2007-ci il 

“Qırmızı  Xaç  və  Qırmızı  Aypara  emblemlərindən  istifadə  və  onların  müdafiəsi 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  dəyişikliklər  edilməsi  barədə 

Azərbaycan Respublikasının Qanunu 

 

22 may 2007-ci il 

“Qırmızı  Xaç  və  Qırmızı  Aypara  emblemlərindən  istifadə  və  onların  müdafiəsi 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  dəyişikliklər  edilməsi  barədə 

Azərbaycan  Respublikasının  Qanununun  tətbiq  edilməsi  haqqında  Azərbaycan 

Respublikası Prezidentinin Sərəncamı 

 

22 may 2007-ci il 

“Azərbaycan  Qızıl  Aypara  Cəmiyyəti  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

 

11 iyul 2007-ci il 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  bəzi  qərarlarına  dəyişikliklər  və  əlavə 

edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

 

7 aprel 2008-ci il 

“Qızıl  Aypara  Gününün  təsis  edilməsi  haqqında”  Azərbaycan  Respublikası 

Prezidentinin Sərəncamı 

 

21 iyul 2008-ci il 

Nazirlər  Kabinetinin  Sərəncamına  əsasən  ofis  binasının  Azərbaycan  Qızıl  Aypara 

Cəmiyyətinə əvəzsiz istifadəyə verilməsidir. 

 

 



 

 

 



 

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin