İllik Hesabat



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix23.02.2017
ölçüsü0,5 Mb.
#9524
1   2   3   4   5   6

 

36 

 



Hazırki  layihə  çərçivəsində  aparılan  icma  iştiraklı  inkişaf  üsulu  Qızıl  Aypara 

Cəmiyyətinin  yerli bölmələri  üçün  yeni bir üsul  idi. Bəzi bölmələrin  işçi  heyəti 

üçün bunu qəbul etmək və başa düşmək bir qədər mürəkkəb olmuşdur. 

 



RB-nin  ucqar  kəndlərdə  yerləşən  icmalara  səfələrinin  sayı  bir  qədər  azalmış  və 

orada  monitorinqi  vaxtında  keçirmək  mümkün  olmamışdır.  Bunun  əsas  səbəbi 

proqram  daxilində  Federasiya  tərəfindən  yanacaq  xərclərinin  dayandırılması 

olmuşdur. 

 

Tövsiyələr 

 

 



İştiraklı  İcma  İnkişafı  metodlu  RB-nin  inkişafının  AzQAC-ın  Strateji  Planında 

xüsusi  yerinin  olması  və  2008-2010-cu  il  üçün  hazırlanacaq  Strateji  Planına 

salınması tövsiyə edilir.

 



 

2010-cu  ildə  yeni Rayon  Bölmələrinin seçilməsi  nəzərdə tutulur ki, bununla  da 

artıq  bu  layihəyə  cəlb  olunan  Rayon  bölmələrinin  sayının  22-ə  çatması 

gözlənilir, bu da AzQAC RB-nin təxminən 25%-ı deməkdir.

 

 

 



HUMANİTAR YARDIM  

 

 Məqsəd:        

            

 Azərbaycan Qızıl Aypara Cəmiyyətinin imkanlarını və insanlığın gücünü 

səfərbər  edərək,  yardıma  ehtiyacı  olan  ahıl,  tənha-xəstə,  qaçqın  və  məcburi 

köçkün ailələrə, aztəminatlı və təbii fəlakətlərdən zərər çəkmiş zavallı insanlara 

müxtəlif  formada  köməklik  göstərmək,  humanitar  dəyərləri  rəhbər  tutaraq 

insanlar arasında bir-birlərinə köməklik etməsini aşılamaq;    

                                                              

   Fəaliyyət:         

         Azərbaycan  QAC  Katibliyinə,  Regional  Mərkəzlərə  və  yerli  bölmələrə 

çoxlu  sayda  ərizə,  telefon  zəngləri  və  müxtəlif  səpkili  müraciətlər  daxil  olur. 

Milli  Cəmiyyət  humanist  prinsipləri    rəhbər  tutaraq,  həmişə  olduğu  kimi 

müraciətlərə  fərdi  qaydada  baxır,  hər  müraciət  barəsində  müvafiq  qərar  qəbul 

olunur və imkan daxilində yardım göstərilir.   

         Azərbaycan  QAC-ın  Prezidenti  Novruz  Aslanovun  təsdiq  etdiyi  cədvələ 

uyğun  olaraq,  Cəmiyyətin  rəhbərliyinin  və  Katibliyin  humanitar  yardım 

şöbəsinin  əməkdaşının  iştirakı  ilə  Bakı  Regional  Mərkəzində  yardıma  ehtiyacı 

olan  aztəminatlı  insanların  qəbulu  təşkil  edilir.  Rayon  bölmələrində  belə 

qəbulların  keçirilməsi,  Katibliyin  Humanitar  Yardım  şöbəsi  tərəfindən  daim 

tövsiyyə  olunur.  Son  illər  bu  cür  qəbulların  keçirilməsi  bir  çox  yerli  bölmənin 

fəaliyyətində öz əksini tapmışdır.  

        Cəmiyyətin  missiyasına  aidiyyatı  olan  zavallı  insanların  rayonlar  üzrə 

sayının  müəyyənləşdirilməsi  və  qeydiyyat  siyahılarının  tərtibi  işi  daima  davam 

etdirilir. Aztəminatlarının                müəyyənləşdirilməsi və  qeydiyyata alınması 

yarli bölmələrin fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.  

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Humanist prinsipləri rəhbər tutaraq həmişə 

olduğu  kimi,  bu  gün  də  əhalinin  aztəminatlı  təbəqəsinə,  xroniki  xəstələrə  ahıl-


37 

tənhalara  və  digər  yardıma  ehtiyacı  olan  insanlara  öz  imkanları  daxilində 

humanitar yardın göstərir. 

Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin  əsas  fəaliyyət  prioritetlərindən 

biri  də  Cəmiyyətin  mümkün  olan  bütün  imkanlarını  və  insanlığın  gücünü 

səfərbər edərək zavallı insanlara tibbi və sosial xidmət göstərməkdir.  

Bu  gün  təkcə  Bakı  şəhərində  3000  nəfərdən  artıq  yardıma  və  tibbi-sosial 

xidmətə  ehtiyacı  olan  ahıl-tənha,  xroniki  xəstə  rayon  bölmələrində 

qeydiyyatdadır. 

Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin  Prezidenti  Novruz  Aslanovun 

maliyyə dəstəyi və təşəbbüsü ilə Bakı şəhərində yaşayan və qeydiyyatda olan bir 

qrup daha çox yardıma və tibbi-sosial qayğıya ehtiyacı olan zavallıların rifahını 

qismən  də  olsa  yaxşılaşdırmaq  məqsədi  ilə  01  avqust  2008-ci  il  tarixdən 

başlanmış    «Mərhəmət  sorağında  »  adlı  pilot  layihə  2009-cu  ildə  davam 

etdirilmişdir.                                      

Layihənin  həyata  keçirilməsində  əsas  məqsəd  zavallı  insanlara  zəruri 

ərzaq  yardımı  göstərmək,  Katibliyin,  rayon  bölmələrinin  əməkdaşlarının,  tibb 

bacılarının və könüllülərinin gücünü səfərbər edərək tibbi-sosial xidmət sahəsinə 

yönəltməkdir. 

«Mərhəmət  sorağında»  pilot  layihə  hələlik  Bakı  Regional  Mərkəzinin 

strukturuna  daxil  olan  11  rayon  bölməsi  üzrə  layihə  çərçivəsində  rayon  bölmə 

sədrlərinin şəxsi vəsaitləri ilə edilən yardımlar nəzərə alınmaqla ümumilikdə 56 

zavallı insana hər ay zəruri ərzaq və tibbi-sosial xidmət üzrə yardım göstərilir. 

 

Rəhbərlik tərəfindən layihənin həyata keçirilməsi üzrə cavabdeh şəxslərin 



siyahısı təsdiq edilmişdir, icra mexanizmi, humanitar yardımın miqdarı və tibbi-

sosial xidmətin təsnifatı layihədə öz əksini tapmışdır.  

 

Qeyd  edək  ki,  ümumilikdə  layihənin  əvvəlindən  ötən  müddət  ərzində 



(avqust 2008 - dekabr 2009) layihə ilə əhatə olunmuş 918 nəfər zavallı insanlara 

8844  manat məbləğində zəruri ərzaqla yardım edilmiş, təmənnasız olaraq 6 növ 

müxtəlif  tibbi-sosial  xidmətlər  (qan  təzyiqininган  ölçülməsi,  xəstəyə  iynənin 

vurulması,  təmizlik  işlərinin  aparılması,  imkan  olan  dərmanla  kömək  və  s.) 

göstərilmişdir. 

Cəmiyyətin  rəhbərliyi  tərəfindən  bu  humanitar  layihənin  əhatə  dairəsinin 

gələcəkdə genişləndirilməsi nəzərdə tutulur.  

Respublikada  fəaliyyət  göstərən  müxtəlif  xarici,  yerli  humanitar  və  özəl 

təşkilatlarla əməkdaşlıq barədə müxtəlif səviyyədə işlər aparılır.  

Azərbaycan  QAC  ilə  hesabat  ilində  səmərəli  əməkdaşlıq  edən  İran  İslam 

Respublikasının  Qızıl  Aypara  Cəmiyyətinin  Bakı  şəhərində  fəaliyyət  göstərən 

klinikasının,«COUNTERPART» 

Beynəlxalq 

Humanitar 

Təşkilatın 

Azəırbaycandakı  Nümayəndəliyinin  və  s.təşkilatların  işini  xüsusi  qeyd  etmək 

yerinə düşər.     

Bu müddət ərzində İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin 

Bakı  şəhərində  fəaliyyət  göstərən  klinikasında  402  nəfər  aztəminatlı  xəstənin 

təmənnasız  tam  tibbi  müayinə  keçməsi  üçün  köməklik  göstərilmişdir. 

Təmənnasız göstərilmiş tibbi müayinənin dəyəri 22110 manat təşkil etmişdir. 



38 

Cəmiyyətin  daim  diqqətində  olan  zavallı  insanların  iştirakı  ilə  müxtəlif 

xeyriyyə tədbirləri və görüşlər təşkil olunmuşdur.   

Hesabat  dövründə  Azərbaycan  QAC-ın  yerli  bölmələri  tərəfindən 

ümumilikdə 150-ə yaxın belə humanitar-xeyriyyə tədbirləri həyata keçirilmişdir. 

Bu tədbirlərdə  yüzlərlə aztəminatlı zavallı  insan,  valideyn  qayğısından  məhrum 

olmuş  uşaq  iştirak  etmiş,  onlara  müxtəlif  yardımlar  paylanmış,  onlar  üçün 

süfrələr açılmış,  əyləncəli proqramlar təşkil edilmişdir.  

 

                                        



 Nailiyyət:          

2009–cu  ildə    Humanitar  fəaliyyətdə  əvvəlki  illərə  nisbətən  keyfiyyətcə 

irəliləyişə  nali  olunmuşdur.  Hesabat  ilində  tənha  qocalara,  xroniki  xəstələrə, 

aztəminatlı ailələrə və məcburi köçkünlərə 23798 nəfər zavallı insana 305864,13 

manat məbləğində ərzaq, dərman, gigiyenik dəstlər, yataq dəstləri, paltar, məişət 

avadanlıqları,  təmənnasız  tibbi  kartlarla  və  məktəbli  ləvazimatları  və  s.ilə 

yardım göstərilmişdir.                                         

                                                        

  

Bu  yardımlar  müxtəlif  mənbələrdən  daxil  olan  vəsaitlər  hesabına  həyata 



keçirilmişdir:

 

- İanə qutularından, təmənnasız ayrılmış  tibbi   müayinə kartları, şəxsi  vəsait  və 



digər  mənbələrdən  daxil  olan  vəsait  hesabına  1111  nəfərə  28837  mаnаt 

məbləğində; 

- BQX və QA Cəmiyyətləri Federasiyasının və digər daxilolmalar hesabına 1701 

nəfər  təbii  fəlakətdən  zərər  çəkmiş  insanlara,  məcburu  köçkünlərə,  aztəminatlı 

ailələrə və s. 91845,13 manat məbləğində; 

-  QAC  Rayon  Bölmələrinin  üzvlük  haqqı  və  digər  mənbələrdən  daxil  olan 

vəsaitlər  hesabına  20986  nəfər  zavallıya  185182  manat  məbləğində  humanitar 

yardımlar edilmişdir. 



 

Humanitar 

yardımın 

mənbəyi 

Humanitar 

yardımın növü 

Əhalinin   

kateqoriyaları 

Yardım göstərilən 

insanların sayı 

Məbləğ   

(manat) 

Ianə qutuları 

təmənnasız tibbi 

kartlar və şəxsi 

ianələr hesabına 

Ərzaq, paltar, 

müxtəlif humanitar 

tədbirlər və s. 

Tənha qocalar, xroniki 

xəstələr, aztəminatlı ailələr, 

valideyn qayğısından məhrum 

olmuş uşaqlar 



 

 

1111 

 

 



28837 

Beynəlxalq Qızıl 

Xaç və Qızıl 

Aypara 


Cəmiyyətləri 

Federasiyası və 

digər mənbələrdən 

daxil olan vəsaitlər 

və yardımlar 

hesabına 

Məişət 

avadanlıqları, 



müxtəlif mebel, 

yataq dəsləri, 

gigiyenik dəstlər 

və s. 


Fövqəladə hallar zamanı zərər 

çəkmiş insanlar, aztəminatlı 

ailələr və məcburi köçkünlər 

 

1701 

 

91845,13 

QAC Rayon/Şəhər 

Bölmələrinin üzvlük 

Ərzaq, dərman, 

məişət və sanitar 

Tənha qocalar, xroniki 

xəstələr, aztəminatlı ailələr və 

 

20986 

 

185182 


39 

haqqı və digər 

mənbədən daxil 

olan vəsaitlər 

hesabına 

gigiyenik dəstlər 

məcburi köçkünlər 

 

Cəmi: 

23798 

305864,13 

                       

Problemlər: 

1.

 



Humanitar  Yardım  məqsədi  ilə  lazım  olan  maliyyə  vəsaitinin  kifayət  qədər 

olmaması. 

2.  Humanitar  missiyanın  daha  keyfiyyətlə  yerinə  yetirilməsi  üçün  şöbənin 

nəqliyyat vasitəsinə ehtiyacı olması.

 

 

 



 

FANDREYZİNQ 

 

2009-cu  il  ərzində  Fandreyzinq  şöbəsi  gəlir  mənbələrinin  artırılması 



məqsədi  ilə  ölkə  daxili  bir  çox  əlaqələr  qurmuşdur.  Şirkətlər,  holdinqlər, 

təşkilatlarla müxtəlif istiqamətdə AZ.QAC-a məxsus layihələrin və Fandreyzinq 

siyasətinin  həyata keçirilməsinə dair görüşlər keçirilmişdir.   

Bir neçə layihə üçün daimi donorlarla əlaqələr möhkəmləndirilmişdir İanə 

qutularının sayı artırılıb 110-a  çatdırılmışdır. Almalı marketlərinin yeni açılmış 

5 mağazasına, NLT telekom satış mərkəzlərinə, Azza şirniyyat evlərinə, TİENS 

şirkətinin  baş  idarəsinə,  Sevimli  Dad  süd  və  ət  məhsullarının  butun 

mağazalarına,  Beutech  gözəllik  salonuna,  Sea  Vew  plaza,  Karamel  kafeyə, 

Kosmoland  uşaq  əyləncə  mərkəzinə  bu  il  yeni  ianə  qutuları  yerləşdirilmişdir. 

Nəinki  paytaxt  Bakıda,  eləcə  də  Sumqayıt  və  Gəncə  şəhərlərində  Almalı 

marketlərində  və ticarət  mərkəzlərində də  ianə qutuları quraşdırılıb. Qutulardan 

yığılan  vəsait  hesabına  Gənclər  komitəsinin,  səhiyyə  şöbəsinin,  humanitar 

şöbənin layihələri, eləcə də Azərbaycan QAC-a müraciət edən köməyə ehtiyacı 

olan  insanlara  müxtəlif  istiqamətdə  yardımlar    edilmişdir.  “Danone”  şirkəti  ilə 

onlara  məxsus  yoqurt  və  içəcəklərin  daimi  ərzaq  yardımı  ilə  bağlı  aparılan 

görüşlər  müsbət  həll  olunmuşdur.  Eləcə  də  Tiens  şirkəti  Azərbaycan  QAC-ın 

layihələrini  daim  dəstəkləyir,  buna  misal  olaraq  küçə  uşaqları  ilə  bağlı  sosial 

çarxın    və  Yeni  il  şənliyinin  “Daun”  sindromlu  uşaqlara    təşkilinin 

maliyyələşdirməsini  qeyd  edə  bilərik.  Müxtəlif  gənc  təşkilatlarla  da  əlaqə 

genişləndirilir.  Məsələn,  AGAT-ın  (  Azərbaycan  Gənclərinin  Avropaya 

İnteqrasiyası Təşkilatı) “Dost” layihəsinə Azərbaycan Qızıl Aypara Cəmiyyyəti 

və    Aqil  M.  Film  prodüsser  mərkəzi  dəstək  duraraq  gözdən  əlil  yeniyetmənin 

gözəl  səsə  malik  olduğunu  ortaya  çıxarıb  və  istedadını  əks  etdirən  sosial  yönlu 

qısa  metrajlı  sənədli  filmin  ərsəyə  gətirilməsi  ilə  nəticələnmişdir.    Fandreyzinq 

şöbəsinin Sənətim-Gələcəyim adlı layihəsinə Rotarakt klub adlı təşkilatla görüşü 

nəticəsində kimsəsiz  gənclərin 6 ay  müddətində sənətə  yiyələnməsi  üçün  5400 

manat məbləğində yardım etmişdir.  


40 

Azərsun  Holdinqlə  əlaqələr  daha  da  inkişaf  etdirilmiş,  bu  layihəyə  dəstək 

duraraq    Azərsun  2  gənci  işlə  təmin  etmişdir  və  Qızıl  Aypara  Cəmiyyətinin 

humanitar yönlü layihələrini dəstəkləyərək il ərzində bir neçə dəfə  qida yardımı 

etmişdır. Fandreyzinq şöbəsinin         Sənətim-Gələcəyim layihəsinə İran Islam 

Respublikasının  Azərbaycandakı  səfirliyi  dəstək  duraraq    5    kimsəsiz 

yeniyetmənin müxtəlif peşələrə tədrisə göndəriblər. Ümumiyyətlə 30 000 manat 

büdcəsi olan  bu  layihə 2 ay ərzində  uğurla  həyata keçmişdir.  Bu  layihədə  küçə 

uşaqlarının problemlərini əks etdirən Aqil M.Film produsser mərkəzinin çəkdiyi 

video filmin yayımı böyük rol oynamışdır.  

Azərbaycanda yüksək peşəkarlıqları ilə seçilən bu mərkəzin təqdim etdiyi 

filmə görə 10 kimsəsiz yeniyetmə  bu il sənətə yiyələnir və bəziləri də daimi iş 

yerləri  ilə  təmin  olunublar.  Bu  istiqamətdə        Aqil  M.  Film  prodüsser  mərkəzi 

Azərbaycan  QAC  ilə    Azərbaycanın  sosial  rifahı  naminə  daim  əməkdaşlığı 

davam  etdirəcəklərini  bildirmişlər.  Trans  Qlobal  şirkəti  ilə  də  uğürlu  danışıqlar 

nəicəsində  Qızıl  Aypara  Cəmiyyətinin  Silahlarla  mübarizə  şöbəsinin  TOM 

layihəsinin (6000 Azn)  şirkət tərəfindən ödənildi. Yalnız şirkətlər və təşkilatlar 

deyil  ölkəmizdə  fəaliyyət  göstərən  beynəlxalq  təşkilatlar  və  səfirliklərlə  də 

əlaqələr  qurulur,  onları  Qızıl  Aypara  Cəmiyyətinin  layihələri  ilə  mütəmadi 

olaraq tanış edir və məlumat verilir 

  

2009-cu  il  Fandreyzinq  şöbəsinin    gördüyü  işlər  nəticəsində  ianə 



qutularından  gələn  gəlir  artırılmış,  yeni  şirkətlərlə  əlaqələr  qurulmuş,  bəzi 

layihələr videofilm versiyası ilə işlənmiş və layihənin maliyyələşməsində özünü 

doğrultmuşdur.  İanələr  hesabına  az  təminatlı  ailələrə,  tənha  yaşayan  ahıllara, 

imkansız tələbələrə,  müxtəlif  xəstəlikdən əziyyət çəkən  insanlara  maddi  yardım 

edilmişdir.  

Fandreyzinq  şöbəsi  nəinki  maddi,  həmçinin  Azərbaycan  Qızıl  Aypara 

Cəmiyyətinin  Respublika  ərazisində  xüsusilə  də  müxtəlif  qurumlar,  şirkətlər, 

imkanlı şəxslər  və s. arasında real, şəffaf  humanitar  fəaliyyətlə  məşğul olan  bir 

təşkilat kimi tanınmasında da əvəzolunmaz rol oynayır.  

 

 

 

MİQRASİYA   

 

2009-cu  ildə  may  ayının  5-də  Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin  məsul 



işçiləri  ilə  Beynəlxalq  Miqrasiya  Təşkilatının  Azərbaycandakı  Missyiyasının 

Rəhbərliyi  arasında  iki  tərəfli  görüş  keçrilmişdir.  Görüşün  əsas  məqsədi 

Miqrasiya problemlərinin həlli istiqamətində Fəaliyyət göstərən hər iki təşkilatın 

bu  sahə  üzrə  rəhbərlərinin  tanışlığı  və  gələcək  əməkdaşlıq  üzrə  müzakirələrin 

aparılması  olmuşdur.  Görüş  zamanı  ilk  olaraq  Azərbaycan  Qızıl  Aypara 

Cəmiyyətinin nümayəndələri Milli Cəmiyyətin uzun illər boyu və hal-hazırda da 

Miqrasiya məsələləri üzrə həyata keçirdiyi ənənəvi layihələrdən bəhs edildi Belə 

layihələrə  qaçqın  və  məcburi  köçkün  soydaşlarımız  üçün  Azərbaycan  Qızıl 

Aypara  Cəmiyyəti,  Beynəlxalq  Qızıl  Xaç/Qızıl  Aypara  Cəmiyyətləri 


41 

Fedarasiyası,  Beynəlxalq  Qızıl  Xaç  Komitəsinin  müntəzəm  olaraq  həyata 

keçirdiyi düşərgə layihələri misal göstərildi 

 

2009  cu  il  may  ayının  6-da  Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin  Miqrasiya 



şöbəsi tərəfindən Şuşanın işğalı ilə bağlı anım tədbiri keçirilmişdir. Tədbirə 9-12  

yaşlı    55  uşaq  5  fəal  könüllü  Beynəlxalq  Miqrasiya  təşkilatının  numayəndəsi 

Cəmiyyətin Miqrasiya şöbəsinin müdiri və digərləri iştirak etmişlər.Tədbirdə ilk 

olaraq Şuşanın erməni ekstremistləri tərəfindən işğalı anılıb. Uşaqlara mənəvi və 

psixoloji dəstək üçün ayparaçılar dənizkənarı Milli Parkda gəzinti və yeni təşkil 

olunmuş  atraksionlarda  iştirakını  təşkil  etmişlər.  Gəzintidən  sonra  uşaqlar  üçün  

Araz  kafesində  nahar  sufrəsi  təşkil  olunmuşdur.Tədbirdə  iştirak  edən  uşaqlar 

Azərbaycan  Qızıl  Aypara  Cəmiyyəti  tərəfindən  kiarəyəyə  götrülmüş  xüsusi 

avtobusla gətirilmiş və mənzil başına çatdırılmışdır. 

 

Azərbaycan  Qızıl  Aypara  Cəmiyyəti  hər  il  olduğu  kimi  bu  ildə  1  iyun 



“Uşaqların  Beynəlxalq  Müdafiə  Günü”  münasibətilə  silsilə  tədbirlər  həyata 

keçirir.  Belə tədbirlər  Cəmiyyətin daxili  imkanları   hesabına keçrilir  və əsasən 

qaçqın  və  məcburi  köçkün  valideyn  himayəsindən  məhrum  olmuş  fiziki  əqli 

qüsurlu  uşaqlar  üçün  müxtəlif  əyləncə  idman  və  rəngarəng  konsert 

proqramlarının  təşkili  ilə  müşaiət  olunur.  Belə  tədbirlər  onların  bir  qədər  öz 

problemlərini  unudaraq  uşaqlıq  illərini  daha  sevincli  yaşamasına  ümidləndirir. 

Belə  tədbirlərdən  biri  də  2009-cu  il  may  ayının  25-də  1iyun  “Uşaqların 

Beynəlxalq  Müdafiyə  Günü”  münasibətilə  Azərbaycan  Qızıl  Aypara 

Cəmiyyətinin  miqrasiya  şöbəsi  tərəfindən  Ağdam  rayonu  Quzanlı  qəsəbəsində 

yerləşən  məcburi köçkünlər  üçün salınmış  qəsəbənin 150 saylı  orta  məktəbində 

keçrilmişdir. Tədbirdə şagirdlərin iştirakı ilə futbol (oğlanlar )və volebol (qızlar 

)  yarışlarının  keçrilməsi  tədbiri  daha  maraqlı  və  həyacanlı  etdi.  Tədbirdə 

təşkilatçı  qismində  Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin  əməkdaşları  və 

Cəmiyyətin  Ağdam  rayon  bölməsinin  əməkdaşları  da  iştirak  etmişlər.  Tədbirdə 

100-dən  artıq  şagird  və  müəllim  kollektivinin  izlədiyi  maraqlı  idman 

yarışmasında  47  nəfər  uşaq  iştirak  etmişdir.Yarışdan  sonra  qalib  gələn 

komandalar 

Cəmiyyətin 

təqdim 

etdiyi 


kubok 

və 


hədiyyələrlə 

mükafatlandırılmışdır 

 

19-20  fevral  2009-cu  il  tarixlərində    Fransanın  Strasburq  şəhərində  Beynəlxalq 



Qızıl  Xaç  və  Qızıl  Aypara  Hərəkatının  Avropa  üzrə  fəaliyyət  göstərən  44  Mlli 

Qızıl  Xaç  və  Qızıl  Aypara  Cəmiyyəti  Miqrasiya  məsələlərinə  dair  beynəlxalq 

görüş  keçirmişlər.  Görüş  Fransa  Qızıl  Xaç  Cəmiyyəti  və  Avropa  Şurası 

tərəfindən  təşkil  olunmuşdur.  Avropa  Şurasının  qərargahında  təşkil  olunmuş 

beynəlxalq  görüşün  əsas  məqsədi  Beynəlxalq  Qızıl  Xaç/Q;z;l  Aypara 

Cəmiyyətləri  Federasiyasının  növbəti  2009-2019-cu  illər  üçün  miqrasiya  üzrə 

həyata  keçrirəcəyi  əsas  Strateji  plan  üçün  işçi  qrup  səviyyəsində  təkliflərin 

hazırlanması  və  ümumiyyətlə  beynəlxalq  maliyyə  böhranından  sonra  Avropa 

ərazisində  idarə  olunması  mümkün  olmayan  miqrantlarla  bağlı  Milli  Qızıl  xaç 


42 

və  Qızıl  Aypara  Cəmiyyətlərinin  dövlətlərlə  birgə  həyata  keçrəcəyi  yeni 

layihələrin müzakirə olunması idi.  

 

 

 

SİLAHLARA QARŞI MÜBARİZƏ 

 

Məqsəd: 

 

Respublikada  silahların  (mina,  müharibənin  partlayıcı  qalıqları–MPQ)

 

 

mülki  əhali  üçün  yaratdığı  problemlərin  həllində  aparıcı  təşkilatlardan  biri  olan 



Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətini  (AzQAC)  bu  sahədə  daha  fəal, 

təkmilləşmiş,  operativ  bir  qurum  kimi  tanıtmaq,  Respublikada  mina  və 

partlamamış  hərbi  sürsatlardan  zərər  çəkmiş  icmalarda  “Mina  Risklərinin 

Azaldılması” 

(cəbhəyanı 

kəndlərdə 

uşaqlar 

üçün  “Təhlükəsiz  Oyun 

Meydançaları”nı  (TOM)  quraşdırmaq),  “Mina  Üzrə  Maarifləndirmə”  işlərində 

ANAMA-ya  (Azərbaycan  Respublikası  Ərazilərinin  Minalardan  Təmizlənməsi 

Üzrə  Milli  Agentlik)      dəstək  olmaq,  “Mina/Müharibənin  Partlayıcı  Qalıqları 

(MPQ)  Hadisələri  və  Qurbanları,  eləcə  də  Minadan  Zərərçəkənlərin 

Ehtiyaclarına dair Məlumatların  Toplanması”  üzrə Milli Cəmiyyət  və  ANAMA 

arasında  imzalanmış  rəsmi  əməkdaşlıq  memorandumuna  əsasən  fəaliyyəti 

uğurla  davam  etdirmək,  “Mina  Qurbanlarına  Yardım”  strategiyası  çərçivəsində 

mina  və  MPQ  partlayışı  nəticəsində  ailə  başçısını  itirmiş  ailələrin  sosial 

vəziyyətinin  qismən  də  olsa  bərpa  olunması  istiqamətində  layihələr 

reallaşdırmaq, icmalar və ANAMA arasında vasitəçi rol oynamaq, mina / MPQ-

lərə  qarşı  fəaliyyət  göstərən  digər  yerli  və  beynəlxalq,  hökumət  və  qeyri-

hökumət təşkilatları ilə sıx əməkdaşlıq etmək. 



 

 

 

 

 

Fəaliyyət:    

 

Mina Risklərinin Azaldılması 

 

2009-cu  ildə  AzQAC  “HOMS”  (Heads  Of  Missions  Spouses  –  ölkədə 

fəaliyyət göstərən xarici ölkə diplomatlarının xanımlarının humanitar birliyi) ilə 

tərəfdaşlıq çərçivəsində cəbhə yaxınlığında yerləşən,  mina və MPQ problemləri 

ilə  üzləşən  3  kənddə,  Norveç  Krallığının  Azərbaycandakı  Səfirliyi  ilə 

əməkdaşlıq  çərçivəsində  isə  1  kənddə  uşaqları  mina  və  Partlamamış  Hərbi 

Sürsatlarla  (PHS)  qarşılaşma  risklərindən  qorumaq  məqsədilə  “TOM” 

quraşdırılaraq icmaların istifadəsinə verilmişdir.  

Layihənin əsas məqsədi uşaqları oynamaq üçün təhlükəsiz ərazilərdə oyun 

meydançaları  ilə  təmin  edərək  onların  mina  /  MPQ  ilə  qarşılaşma  risklərinin 



43 

azaldılmasıdır.  2009-cu  ildə  “TOM”  layihəsi  aşağıdakı  cəbhəyanı  kəndlərdə 

həyata keçirilmişdir: 

Ağstafa rayonu – Köhnə Qışlaq kəndi; 

Ağdam rayonu – Zəngişalı kəndi; 

Tərtər rayonu – Əskipara, Qaradağlı kəndləri 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin