Baki avrasiya universiteti Elmi-nəzəri jurnal



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə6/27
tarix26.02.2017
ölçüsü4,01 Kb.
#9674
1   2   3   4   5   6   7   8   9   ...   27

SUMMARY 
Arif Alizade 
 
MIGRATION OF GERMANS TO THE SOUTH CAUCASUS AND THEIR ROLE IN 
THE HISTORY OF NORTH AZERBAIJAN 
 
The article deals with the Christianity policy of the tzarism. It is noted that much attention 
is paid not only to the other Christian people but also to the Germans in South Caucasus. The 
role of Germans in the Azerbaijan culture and economy, being physically and morally pressed in 
the years of Great Patriotic War their exile from South Caucasus, at the same time from the 
Azerbaijan SSR to the middle Asia and other regions, migration of Germans to their native 
lands- Germany and other problems are mentioned in the article. 
 
Keywords:  emigrant, political terror, colonist, the fifth colony 
 
 
 
РЕЗЮМЕ 
Ариф Ализаде 
 
ПЕРЕСЕЛЕНИЕ НЕМЦЕВ НА ЮЖНОЙ КАВКАЗ И ИХ РОЛЬ В ИСТОРИИ 
СЕВЕРНОГО АЗЕРБАЙДЖАНА 
 
В статье уделяется особое внимание политике царизма в области христианизации 
на Южном Кавказе. В этой политике царизм использовал и другие христианские народы, 
в  том  числе,  и  немцев.  Здесь  также  широко  освещаются  вопросы,  связанные  с  ролью 
немцев в экономической и культурной жизни Азербайджана. Оказавшись под нравствен-
ным  натиском,  немцы  были  переселены  с  Южного  Кавказа,  в  том  числе  и  из  Азербай-
джанской  ССР,  в  Среднюю  Азию  и  другие  регионы.  После  распада  Советского  Союза 
многие немцы вернулись на свою родину-Германию.  
 
Ключевые словы:   эмигрант, политический террор, колония, пятая калония. 
 

 
Sivilizasiya 
 
43
Rəna BAXIŞOVA
*
 
 
ŞİMALİ AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN  
MEMARLIĞI TARİXİNDƏN 
 
Açar sözlər: Azərbaycan, Qarabağ memarlığı,  Şuşa, Qarabağ  mədəniyyəti, memarlıq 
abidələri 
 
Giriş 
Türk xalqlarının yaratdıqları, nəsildə-nəslə ötürülən misilsiz sərvəti bəşəriyyətin 
mədəniyyət xəzinəsinin zənginləşdirilməsində, eləcə  də dünya mədəniyyəti tarixində 
xüsusi yer tutur. Tarixi tədqiqatların  əsas vəzifələrindən biri xalqın maddi və  mənəvi 
nailiyyətlərinin öyrənilməsidir. Hər bir xalqın mədəniyyət tarixinin tədqiqi böyük elmi 
əhəmiyyət daşıyır. Mədəniyyət tarixinin tədqiqi çox qədim  ənənələrə, habelə özünə-
məxsus dəyərlərə malikdir. Dahi Azərbaycan mütəfəkkiri Üzeyir Hacıbəyov “öz varlı-
ğımızı ancaq mədəniyyət ilə izah edə bilərik” fikri ilə türklərin siyasi tarixi kimi mədə-
niyyət tarixinin də qədimliyini və vacibliyini ön plana çəkmişdir. Çünki hər bir xalqın 
mədəniyyət tarixi, xüsusən də memarlıq nümunələri onun həm siyasi, həm sosial, həm 
iqtisadi, həm də məişət tarixinin bu günə çatmasında önəmli yer tutur. 
Azərbaycan xalqının tarixinin unutdurulmasına və tarixi yaddaşının itirilməsinə 
xidmət edən iki əsrlik  əsarətdən sonra müstəqillik dövründə tariximizin yenidən araş-
dırılması mühüm elmi əhəmiyyət kəsb edir. Bu baxımdan, hər zaman novatorluğu ilə 
seçilmiş, nəinki Azərbaycanın, hətta Zaqafqaziyanın mədəniyyət mərkəzinə çevrilmiş 
Qarabağ regionunun mədəniyyət tarixini araşdırmaq qarşımızda duran əsas məsələdir. 
Hal-hazırda torpaqlarımızın 20%-dən çox hissəsi erməni işğalı altında olduğu bir vaxt-
da bu ərazilərin tarixən onlara məxsus olması, özlərinin də inandığı bu yalanı dünya 
ictimaiyyətinə  təlqin etmələri XIX əsr - XX əsrin  əvvəllərində  Şimali Azərbaycanın 
Qarabağ bölgəsinin mədəniyyətinin obyektiv surətdə  tədqiq olunması  məsələsinin ak-
tuallığını daha da artırır, obyektiv surətdə tədqiq olunması zərurəti yaradır. 
 
1.  Qarabağ bölgəsinin memarlıq üslubları və memarlıq məktəbi  
 
Azərbaycanın ərazisində müxtəlif təbii-iqlimi şərtlər və arxetektur-tikinti ənənələri 
hər bir ərazinin özünəxas memarlıq abidələrinin yaranmasına gətirib çıxarmışdır. Azər-
baycan  şəhərləri bir-birini təkrarlamayan və yerli koloriti saxlayan xüsusi arxetektur 
cizgilərə və milli boyakarlıq xüsusiyyətlərinə malikdir. (9, s. 96)  
XIX əsrdə Qarabağ regionunda ənənəvi memarlıq formaları üstünlük təşkil etmiş, 
Avropa memarlığı dərin kök sala bilməmiş, yerli üslublar arasında itib-batmışdı. (3, s. 
63) Qarabağ memarlığı  əsrin birinci yarısında irihəcmli və monumental dini binalarla 
səciyyələnsə də, ikinci yarısında daha çox dini və mədəni-məişət binaları ilə xarakterizə 
olunmağa başlayır. XIX əsrin ikinci yarısında kapitalizm münasibətlərinin möhkəmlən-
məsi ilə sənayenin formalaşması arxitektura və şəhərsalma sahəsində də inkişafa səbəb 
oldu. Belə ki, bu dövrdə yeni tikinti materiallarının meydana gəlməsi ilə yeni tipli yaşa-
yış evləri, modern arxetektur istiqamət yarandı. XIX-XX əsrin əvvəllərində tarixi mə-
həllələrin yenidən qurulması ilə yanaşı  şəhərsalma mədəniyyətində yeni tikililər milli 
memarlığımıza dəyər qatdı. (9, s. 4-5) Ərazidəki ictimai və dini tikililər yerli əhalinin 
məişət və dini həyat tərzi haqqında geniş məlumat verir. Qarabağın müdafiə memarlığı 
                                                           
*
 AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, rena-bakhishova@mail.ru 

Bakı Avrasiya Universiteti  
 
44
abidələri ərazinin strateji əhəmiyyət kəsb etməsini vurğulayır. 
XIX əsrin ortalarında Azərbaycanda yaranan memarlıq məktəbləri arasında Gəncə-
Qarabağ memarlıq məktəbi məscid binalarının interyeri baxımından Azərbaycanın di-
gər bölgələrindəki memarlıq məktəblərindən özünəməxsusluğu ilə fərqlənirdi. Bu mək-
təbin görkəmli nümayəndəsi Kərbəlayi Səfixan Qarabaği memarlıq üsullarında yerli 
ənənə və prinsipləri tətbiq etməklə çoxsaylı tarixi memarlıq abidələri yaratmışdır. Me-
marlıq üsullarında yerli ənənə və prinsiplərə axıradək sadiq qalan Kərbəlayi Səfixanın 
bizə məlum olan ilk əl işi Bərdədə 1868-ci ildə Şeyx İbrahimin sərdabəsi üzərində inşa 
etdiyi  İmamzadə kompleksidir. (6, s. 15) Ağdamda məscid (1868-70), Şuşada Aşağı 
məscid (1874-75), Yuxarı məscid, yaxud Cümə məscidi (1883) və məhəllə məscidləri, 
indiki Füzuli şəhərində Hacı  Ələkbər məscidi (1890), həmin rayonun Horadiz (1891-
1908) və Qoçəhmədli (1906) kənd məscidləri Odessada Tatar məscidi (1870-ci illər), 
Aşqabadda "Qarabağlılar" məscidi (1880-ci illər) və s. onun adıyla bağlıdır. 
Onun inşa etdiyi məscidlər arasında tarixi baxımdan ən qiymətli İbrahim xanın qızı 
Gövhər Ağanın vəsaiti hesabına 1874-cü ildə tikilmiş qoşa minarəli, xalq arasında 
"Aşağı Gövhər Ağa" adını almış məsciddir. Bu məscidin memarlığının başqa məscid-
lərdən fərqi ondan ibarətdir ki, "Aşağı Gövhər Ağa" məscidinin minarələri baş fasadın 
sağ və sol tərəflərində deyil, əksinə, arxa fasadın yan tərəflərində ucaldılmışdır. Minarə-
lərin gövdəsi bütövlükdə "Allah" yazısı ilə  bəzənmişdir. (3, s. 63) Şuşаdа  şəhərsаlmа 
sаhəsində  əvəzsiz  хidmətləri  оlmuş  Mеmаr  Кərbəlаyi Səfiхаn Qаrаbаği (1788-1910) 
XIX  əsrin 90-cı illərində  Şuşаdа  fəаliyyətə  bаşlаyаn  хəttаtlаr və  mеmаrlаr məclisinə 
rəhbərliк еtmişdir. 
Azərbaycan memarlığında yeni istiqamət yaşayış binalarının da arxitektur qurulu-
şunda ciddi dəyişikliklərə səbəb oldu. XX əsrin əvvəllərində hələ də kasıb əhalinin ya-
şadığı qaradamların, yarımtorpaq evlərin mövcudluğuna baxmayaraq artıq XIX əsrin 
ikinci yarısından başlayaraq sənətkarlığın və ticarətin inkişafı nəticəsində şəhərlərdə və 
iri yaşayış məntəqələrində sahibinin maddi imkanını əks etdirən feodal adət-ənənələrin-
dən uzaq, eyvanlı, iki hissəli (qonaq qarşılamaq və yaşamaq üçün) yeni tipli arxitektur 
görünüşə malik evlər tikilməyə başladı. (8, s. 23) 
XVIII  əsrdə Qarabağ  ərazisində dövrünün siyasi hadisələrinə cavab verə biləcək 
mərkəz-şəhər – Pənahabadın (sonradan Pənahabad Şuşa adı ilə əvəz olunur) salınması, 
eləcə  də  şəhərdəki memarlıq abidələrinin inşası  və arxetektur tərtibatı Qarabağda 
yüksək  şəhərsalma mədəniyyətinin göstəricisidir. Şuşa zəngin və yüksək mədəniyyətə 
malik  şəhər olduğuna görə  ərazidəki yaşayış binaları eksteryer baxımından da digər 
ərazilərdəki tikililərdən fərqlənir. XIX əsrin ortalarında yalnız Şuşada 1856, XX əsrin 
əvvəllərində isə 2983 ev qeydə alınmışdır. (10, s. 103) 
İnkişаf  еdən  Şuşа  şəhərində  ХIХ yüzillikdə  bаşlаmış tiкinti-mеmаrlıq işləri  ХХ 
yüzilliyin əvvəllərində də dаvаm еtdirilmişdir. Şəhərdə mövcud оlаn və işğaldan əvvəl 
dövlət tərəfindən qоrunаn (hal-hazırda bu abidələr erməni vandalları  tərəfindən 
dağıdılıb) 72 mühüm tаriхi аbidə mеmаr Кərbаlаyi Səfiхаn tərəfindən tiкilmiş, nəqqаş 
Кərbаlаyi  Сəfərli tərəfindən nəqşlənmiş  və  rəssаm Ustа  Qəmbər tərəfindən gözəl 
şəкillərlə bəzədilmişdir. (4, s. 91-92) 
 
2.  Qarabağ bölgəsinin memarlıq abidələri  
 
Xanlıq və Çar Rusiyasının işğalında olduğu zaman Qarabağda dini və ictimai abi-
dələr - məscidlər, türbələr, məbədlər, karvansaraylar, qalalar, körpülər, hamamlar, bu-

 
Sivilizasiya 
 
45
laqlar, yaşayış evləri və digər təyinatlı tikililər inşa edilmişdir: Şuşa şəhərində Pənahəli 
xanın dövründə qarğıdan tikilmiş,  İbrahimxəlil xanın dövründə 1768-1769-cu illərdə 
yenidən inşa edilmiş Yuxarı Gövhərağa məscidi, XVIII əsrə aid Aşağı Gövhərağa məs-
cidi, Mehmandarovların malikanə kompleksində inşa edilmiş  məscid, Saatlı  məscidi, 
Hacı Abbas məscidi, Quyuluq məscidi, Seyidli məscidi, Hacı Yusifli məscidi, Mərdinli 
məscidi, Xoca Mərcanlı məscidi, XIX əsrə aid Culfalar məscidi, Köçərli məscidi, Ma-
mayı məscidi, Çuxur məhəllə  məscidi, Malıbəyli kəndindəki məscidlər, Ağdam  ərazi-
sində XVIII əsrə aid Papravənd və Qiyaslı kəndlərindəki və XIX əsrə aid Ağdam şəhə-
rindəki (1868-ci il) və Boyəhmədli kəndindəki məscidlər (5, s. 47, 49, 117), Cəbrayıl 
ərazisində XIX əsrə aid Çələbilər, Daşkəsən, Papi, Məzrə, Süleymanlı  kəndlərindəki 
məscidlər (11), Füzuli ərazisində Füzuli şəhərindəki XVII-XIX əsrlərə aid Hacı Ələkbər 
məscidi, XVII əsrə aid Qarğabazar kəndində, XVIII əsrə aid Qaradağlı, Qoçəhmədli 
kəndlərində, XIX əsrə aid Qorqan, Böyük Bəhmənli, Yuxarı Veysəllı, Dədəli, Qacar, 
Mərdanlı, Gecəközlü, Aşağı Dilağarda, Bəy Pirəhmədli, Qaraxanbəyli kəndlərindəki, 
Horadiz qəsəbəsindəki (1889) məscid, Qoçəhmədli kəndindəki Sərdərli məscidi, Hora-
diz qəsəbəsindəki  İmamzadə, Laçın  ərazisində Qaraqışlaq kəndindəki XVIII əsrə aid 
məscid (1718), Qubadlı  ərazisində XVIII əsrə aid Yusifbəyli, Mollalı, Mirlər, Məmər 
kəndlərindəki, XIX əsrə aid Dəmirçilər, Dondarlı, Mahrızlı  kəndlərindəki, Zəngilan 
ərazisində XIX əsrə aid Zəngilan, Malatkeşin, Muşlan, Qırıq Müşlan kəndlərindəki 
məscidlər, (1, s. 685, 741-742, 759, 768-769) Bərdə ərazisində XVIII-XIX əsrlərə aid 
İbrahim Məscidi, (2, s. 164) XIX əsrə aid Kələntərli Məscidi, Uğurbəyli Məscidi, Şir-
vanlı  Məscidi, yuxarı, orta və  aşağı  Lənbəran məscidləri, XX əsrə aid Cümə  Məscidi 
(1905), (13) Xocavənd ərazisində XVIII əsrə aid Hadrut qəsəbəsindəki, Domi kəndin-
dəki, XIX əsrə aid Şaqah, Bünyadlı və Qoçbəy kəndlərindəki məbədlər, Laçın ərazisin-
də XIX əsrə aid Sonasar kəndindəki və Ağoğlan çayının sahilində məbədlər (1, s. 678, 
684, 686) Qarabağın dini memarlıq inciləri sırasında mühüm yeri tutur. 
Şuşa şəhərindəki XIX əsrə aid Heydər türbəsi, XX əsrə aid şair M.P.Vaqifin türbə-
si, Ağdam ərazisində XVIII əsrə aid Papravənd, Maqsudlu kəndlərindəki türbələr, Ağ-
dam şəhərindəki Xanoğlu türbəsi, XIX əsrə aid Ağdam şəhərindəki dörd türbə, o cüm-
lədən Pənah xanın və Uğurlu bəyin türbələri, Ağdam şəhərinin 5 kilometrliyində, Qara-
ağac qəbiristanlığındakı türbə, Füzuli ərazisində XVIII əsrə aid Qarğabazar kəndindəki, 
XIX əsrə aid Yuxarı Divanlılar, Seyidəhmədli, Qoçəhmədli kəndlərindəki türbə, Laçın 
ərazisində XVIII əsrə aid Zeyvə kəndindəki Şeyx Əhməd və Soltanbaba türbələri, (14) 
XVII-XVIII əsrlərə aid Cicimli kəndindəki türbə, XIX əsrə aid Zeyvə kəndindəki üç, o 
cümlədən Soltan Baba və  Şeyx  Əhməd türbələri, Qubadlı  ərazisində XVIII əsrə aid 
Xocamusaxlı  və Boyunəgər kəndlərindəki türbə, (5, s. 47-48, 87, 116-117, 143-144, 
152) Bərdə ərazisində XVIII əsrə aid Səkkizguşəli türbə və Bəhmən Mirzə türbəsi, XIX 
əsrə aid Qurdlar türbəsi (13) inşa edilmişdir. 
Şuşa  şəhərindəki XVIII əsrə aid üç karvansaray, o cümlədən Xanlıq Muxtar və 
Səfərov qardaşlarının karvansarayları, (5, s. 47-48) XIX əsrin sonunda Məşədi Hüseyn 
Mirsəfər oğlu, Hacı Əmiraslan, Hacı Hüseyn, Timçalı Hacı Məhərrəm, Hacı Böyük İs-
kəndər bəy, Ağa Qəhrəman Mirsəyyafa oğlu, Hacı Abbas bəy, Cavad ağa, Gövhər ağa, 
Məşədi Şükür Mirsiyab oğlu, XX əsrin əvvəllərində Ağa Qəhrəman Mirsiyab oğlunun 
karvansarayı və İkimərtəbəli karvansaray, (10, s. 121) Ağdam ərazisində XVIII əsrə aid 
Şahbulaq kəndində karvansaray (1, s. 718) tikilmiş və fəaliyyət göstərmişdir. 
İctimai xidmət statusu daşıyan tarixi memarlıq abidələri sırasında hamamlar, bulaq-

Bakı Avrasiya Universiteti  
 
46
lar və kəhrizləri qeyd etmək yerinə düşərdi. Şuşa ərazisində Şuşa şəhərində XVIII əsrə 
aid Şirin su hamamı, Malıbəyli kəndində XIX əsrə aid hamam, (1, s. 597-598) Cəbrayıl 
ərazisində  Cəbrayıl  şəhərində XIX əsrə aid Sultan Allahverdi hamamı, (11) Füzuli 
ərazisində Füzuli şəhərində XIX əsrə aid hamam, Bərdə  ərazisində XVIII əsrə aid 
Şirvamlı hamamı (13), Şuşa ərazisində Şuşa şəhərində XVIII əsrə aid “Çöl qala” bulağı, 
Meydan Bulağı, Xoca Mərcanlı bulağı, Çuxur məhəllə, Seyidli, Hacı Yusifli və Köçərli 
məhəllələrinin hər birində bir bulaq, Zarıslı kəndində Saxsı bulaq, XIX əsrə aid Şuşa şə-
hərində  Şor bulaq, Mamayı bulağı, Ağadədəli məhəlləsində bulaq, Şuşa  şəhərinin ya-
xınlığında İsa bulağı, Malıbəyli kəndində Novlu bulaq, (5, s. 47-49) Füzuli ərazisində 
XIX  əsrə aid Horadiz şəhərinin, Qarğabazar, İşıqlı  və Xəlafşə  kəndlərinin hər birində 
bulaq, (1, s. 741) Füzuli ərazisində XIX əsrə aid Saracın kəndində kəhriz, Dədəli kən-
dində Dədəli kəhriziQoçəhmədli kəndində Hacı Bayram və Qalpirəhmədli kəhrizləri, 
(12, s. 33) Qubadlı ərazisində XVIII əsrə aid Məmər kəndində Şirin bulaq, Əliquluuşağı 
və  Dəmirçilər kəndlərinin hər birində bir bulaq, Mahmudlu kəndindəki Mədət bulağı, 
(15) Laçın  ərazisində XVIII əsrə aid Mirik kəndində Behbudalı bulağı, XIX əsrə aid 
Quşçu kəndində Böyükbulaq (1858) və Korcabulaq (1890) (14) tikilib yerli əhalinin 
istifadəsinə verilmişdir. 
Ərazinin strateji əhəmiyyətini vurğulayan, tarixin qan yaddaşını özündə əks etdirən 
ən mühüm memarlıq abidələri qalalardır: Yuxarıda Bayat (1748), Şahbulaq (1749) qala-
ları və Azərbaycanın siyasi tarixində silinməz iz buraxmış Şuşa-Pənahabad qalası haq-
qında məlumat verilib. Ərazinin strateji əhəmiyyətini və keşməkeşli tarixini nəzərə al-
araq araşdırma aparsaq görərik ki, Qarabağ  ərazisində çoxsaylı qalalar mövcuddur. 
Araşdırma mövzumuz Qarabağ xanlığı və çar Rusiyasının müstəmləkəçiliyi dövrü oldu-
ğundan yalnız bu dövrdə inşa edilmiş qalaları sadalamaqla kifayətlənirik: belə ki, Xoca-
lı ərazisində Əsgəran qəsəbəsində XVIII əsrə aid Əsgəran qalası, (7, s. 5) Laçın ərazi-
sində Quşçu kəndində XIX əsrə aid Qala və Sadınlar qalaçığı, Zəngilan ərazisində Zən-
gilan şəhərində XVIII əsrə aid Tağlı qalası (12, s. 120) inşa edilmişdir. 
Xocavənd ərazisində XVIII əsrə aid Tuğ kəndi yaxınlığında körpü, Füzuli ərazisin-
də XVIII əsrə aid Görəzilli kəndində, XIX əsrə aid Füzuli şəhərindəki,  İşıqlı,  Şıxlı, 
Yağvələnd, Saracıq, Qoçəhmədli kəndlərindəki körpülər, Saracıq kəndindəki Alı kör-
püsü, Saracın kəndindəki Kərəm körpüsü, (1, s. 677, 741-742) Qoçəhmədli kəndindəki 
Arış körpüsü, Laçın ərazisində XVIII əsrə aid Bəhələ kəndindəki Həkəri çayının üzərin-
də, XIX əsrə aid Əhmədli, Zabux, Seyidlər,  Şeytanlı  kəndlərinin, Qaraqaş yaylağının 
hər birində bir körpü, Pircahan kəndindəki iki körpü, Minkənd kəndindəki Birtağlı kör-
pü və İkitağlı körpü, Zabux kəndindəki Birtağlı körpü, Malxələf kəndindəki Sınıq kör-
pü, Qubadlı  ərazisində XVIII əsrə aid Dondarlı  kəndindəki Hacı  Bədəl körpüsü, XIX 
əsrə aid Əliquluuşağı kəndindəki Laləzar körpüsü (1867) və Mahmudlu kəndindəki kör-
pü, Zəngilan  ərazisində XIX əsrə aid Hacıalılar kəndindəki körpü (5, s. 87-88, 152, 
160) əhalinin və yaddelli tacirlərin gediş-gəlişi və ticarəti üçün əlverişli tarixi memarlıq 
abidələri sırasındadır. 
Şuşada XVIII əsrə aid Behbudovların, Cabbar Qaryağdıoğlunun, Abdürrəhimbəy 
Haqverdiyevin, Firudin bəyin, Mamay bəyin, Mir Möhsin Nəvvabın, Qasım Bəy Zaki-
rin, Tarzən Sadıqcanın, Yusif Vəzir Çəmənzəminlinin, XIX əsrə aid Bülbülün, Firudin 
bəy Köçərlinin, Hüsü Hacıyevin, Keçəçi oğlu Məhəmmədin, Məşədi Hüsünün, Nəcəf 
Bəy Vəzirovun, Natəvanın, Süleyman Sani Axundovun, Süleyman Vəzirovun, Xanəndə 
Seyid Şuşinskinin, Zöhrabbəyovun, Zülfüqar Hacıbəyovun malikanələri, (1, s. 596-600) 

 
Sivilizasiya 
 
47
XVIII əsrə aid Şuşa şəhərində Xan sarayı, Pənah xanın sarayı, Ağabəyim ağanın qalasi, 
İbrahim xanın sarayı (Daşaltı  kəndi), Ağdam  şəhərində  Pənah xanın imarəti, Laçının 
Hüsülü kəndində Həmzə Sultan Sarayı (1781), XIX əsrə aid Hacı Quluların malikanəsi, 
Üzeyir Bəy Hacıbəyovun ev muzeyi, XX əsrə aid Ağdamın Çəmənli kəndində Seyid 
Gərəkli Ağanın məqbərəsi (5, s. 47-50, 87, 116) Qarabağda şəhərsalma mədəniyyətinin 
nümunələrindəndir. 
 
Nəticə 
XVIII-XIX yüzilliklər mədəniyyətimizin təkamülü prosesində  bənzərsizliyi ilə 
seçilən mərhələdir. Bütövlükdə, bu dövr Qarabağ mədəniyyətinin təkamülü prosesində 
elə bir dövrdür ki, həmin dövrdə ənənəvi Şərq memarlığının yüksək keyfiyyətli ənənə-
ləri ilə Qərbdən gələn yeni memarlıq üsul və formalarının tədricən çulğalaşması nəticə-
sində çox orijinal bir memarlıq məktəbi formalaşmış və həmin məktəb nümayəndələri 
günümüzə qədər gəlib çatan, təəssüf ki, erməni vandalları tərəfindən bu gün xarabalıq-
lara çevrilərək öz xilaskarlarını gözləyən memarlıq abidələri yaratmışdır.  
Tarixi araşdırmalardan bir daha aydın olur ki, Azərbaycan mədəniyyətini  ərazinin 
aborigen sakinləri olan Azərbaycan türkləri yaratmış və inkişaf etdirmişdir. Əraziyə son-
radan köçürülmüş ermənilər isə bu mədəniyyətdən yararlanmış və onu mənimsəmişlər. 
 
Qaynaqlar
1.  Əhmədov E.İ. Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011), Bakı: 
Letterpress”, 2012, 912 s. 
2.  Hacıyev Q.Ə. Bərdə şəhəri: coğrafi, siyasi və mədəni tarihi, Bakı: UniPrint, 2008, 250 s. 
3.  Hacıyev Q.Ə. Qarabağın maddi və mənəvi mədəniyyəti, Bakı: Təhsil, 2011, 218 s. 
4.  Məmmədov N.R. Azərbaycanın  Şuşa qəzası 1900-1917-ci illərdə, Bakı: “ADPU-nun 
matbaası”, 2005, 188 s. 
5.  Qarabağ abidələri, Bakı: Günəş-B MMC, 2009, 190 s. 
6.  Qarabağlı R.S. Memar Kərbəlayi Səfixan Qarabaği. Bakı: “Azərbaycan”, 1995, 80s. 
7.  Vasif Səmədov, Rövşən Vəlizadə, Leyla Əliyeva: Xocalıya  ədalət! (Beynəlxalq erməni 
terroruna qarşı yeni strateji model), Üç cilddə. c.I, Bakı: CBS poligraphic production, 2014. 
344 s. 
8.  Дадашев С.A. Архитектура Азербайджана III-XIX века, /С.А.Дадашев, М.А.Усейнов. 
М.: Изд-во Академии архитектуры СССР, 1948, 96 с. 
9.  Фатуллаев-Фигаров  Ш.С.  Архитектура  Азербайджана XIX - начала XX века,  Баку: 
Шарг-Гарб, 2013, 492 с. 
10.  Чингиз Каджар. Старая Шуша. Баку: "Şərq-Qərb", 2007, 344 стр. 
11.  www.cabrail-ih.gov.az/page/11.html 
12.  www.mct.gov.az/styles/doc/historico-cultural-objects.pdf 
13.  http://garabagh.net/content_122_az.html 
14.  http://garabagh.net/content_291_az.html  
15.  www.qubadli-ih.gov.az/page/16.html 
 
SUMMARY 
Rena Bakhishova 
 
FROM HISTORY OF ARCHITECTURE OF GARABAGH REGION  
OF NORTHERN AZERBAIJAN 
 
In the nineteenth century traditional architectural forms dominated in Garabagh region. 

Bakı Avrasiya Universiteti  
 
48
Though architecture of Garabagh was characterized with large and monumental religious 
buildings in the first half of the century, in the second half of the century it starts to be 
characterized mostly by religious and cultural and welfare facilities. 
In this period, mosques of the Ganja-Garabagh architectural school differed from the 
architectural schools in other regions of Azerbaijan in terms of interior.  
In the whole, the eighteenth and nineteenth centuries is the unique stage in the process of 
evolution of our culture. 
 
Keywords:   Azerbaijan, architecture of Garabagh, Shusha, culture of Garabagh, architec-
tural monuments 
 
 
РЕЗЮМЕ 
Рена Бахышова 
 
ИЗ ИСТОРИИ АРХИТЕКТУРЫ ГАРАБАГСКОГО  
РЕГИОНА СЕВЕРНОГО АЗЕРБАЙДЖАНА 
 
В  архитектуре  Гарабагского  региона  девятнадцатого  века  доминировали  тра-
диционные формы. Если для архитектуры Гарабаха первой половины XIX века были ха-
рактерны крупные и монументальные религиозные здания, то для второй половины это-
го века – здания не только религиозного назначения, но и культурно-бытовые. 
В  этот  период  интерьеры  мечетей  Ганджа-Гарабагской  архитектурной  школы 
выделялись своим своеобразием среди других архитектурных школ Азербайджана.  
В целом, период XVIII-XIX веков явился эпохой развития азербайджанской культуры.  
 
Ключевые слова:   Азербайджан,  архитектура  Гарабаха,  Шуша,  Гарабагская 
культура, архитектурные памятники. 
 

 
Sivilizasiya 
 
49
Cəmalə MİRZƏYEVA

 
 
İRAN İSLAM RESPUBLİKASININ İNZİBATİ-ƏRAZİ  
BÖLGÜSÜNDƏ GÜNEY AZƏRBAYCAN 
 
Açar sözlər:  İran, Güney Azərbaycan, inzibati-ərazi bölgüsü, ostan, şəhristan, Pəhləvi,    
Təbriz, Urmiya  
 
Giriş 
İranın müasir inzibati-ərazi bölgüsünün əsası Qacarlar sülaləsinin hakimiyyətinin 
(1795-1925) son dönəmində, 1906-cı ildə ölkə  ərazisinin  əyalətlərə bölünməsi ilə qo-
yulmuşdur. Bu bölgüyə əsasən ölkə 12 vilayətə və bu vilayətlərin mərkəzləşdiyi 4 əya-
lətə - Şimal, Cənub, Qərb və  Mərkəzi - bölünmüşdür. Azərbaycan (Güney) İranın  ən 
böyük əyaləti olan Şimal əyalətinin tərkibinə daxil edilmişdi. Mərkəzi Təbriz şəhəri idi. 
İranlı müəlliflərdən Məhəmmədrza Hafizniya Məşrutə inqilabından sonra qəbul edilmiş 
əyalət və vilayətlərin təşkili haqqında qanuna əsasən aparılan bölgü haqqında yazarkən 
əyalətləri belə adlandırır: Azərbaycan, Kirman və Bəlucistan, Fars və Bənader, Xorasan 
və Sistan. 12 vilayətin adları isə  aşağıdakılardır:  Əstərabad, Mazəndaran, Gilan, Zən-
can, Kürdistan, Luristan, Kirmanşahan, Həmədan,  İsfəhan, Yəzd,  İraq, Xuzestan. (1, 
s.391) Bu bölgü Səfəvilər dövründə qəbul edilmiş və sonrakı hakimiyyətlər (Əfşarlar, 
Zənd, Qacarlar) zamanı da tətbiq edilmiş əyalət sisteminin əsasında formalaşmışdı.
*
 
Qacarlar dövründə  vəliəhd Təbrizdə oturduğu üçün çox böyük siyasi əhəmiyyətə 
malik olub. Şimal əyalətinə hazırda İran İslam Respublikasının ayrı-ayrı inzibati vahid-
ləri olan Həmədan (vilayət), Zəncan (vilayət), Qəzvin, Şərqi Azərbaycan, Qərbi Azər-
baycan, Ərdəbil aid idi. Həmədan və Qəzvin vilayət adlansalar da, Azərbaycan əyalə-
tinə aid idilər. Belə ki, vilayətlər İran yaylasının daxili siyasi-coğrafi vahidi olub, hər 
biri bir şəhər və ona tabe olan ətraf  ərazilərdən ibarət olurdu. Hər biri mərkəzi höku-
mətə
*
  və ya 4 əyalətdən birinə tabe olurdu. Bu bölgüdə  əyalətlər vilayətlərdən daha 
böyük daxili imkanlara malik idilər. (1, s.391) 
 
Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin