Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə16/45
tarix26.02.2017
ölçüsü4,19 Mb.
#9788
1   ...   12   13   14   15   16   17   18   19   ...   45

fact və s. sözlərlə ifadə olunur. Bu zaman budaq cümlə baş cümləyə bağlayıcılarla 

bağlanır və heç zaman cümlədən atıla bilməz. 

(Hichens). 

O, ispan arabaçılarının Əlcəzairdə oxuduğu kimi ucadan mahnı oxuyurdu. 

b) A week later Dorian Gray was at his house in the country, where he had 

invited Lord Henry and several other friends.

Bir həftə sonra Dorian Qrey Lord Henrini və bir neçə dostunu dəvət etdiyi 

kənd evində idi. 

That was the time when thousands of workers in the area were streaming out 

of the plants. 

 (Carter). 

Bu, həmin diyarda minlərlə işçinin zavodlardan axışdığı bir vaxt idi. 

 

I don't like the method how he explainedthe matter. But he could see now no 



reason why he should not smoke. 

(J. London). 

Mən onun məsələni izah etdiyi metodunu xoşlamıram. Ancaq o nəyə göra 

siqaret çəkməyəcəyinin səbəbini bilmirdi. 

  Məsələn: The fact that he has not said anything surprises everybody. – 

Onun heç nə deməməsi faktı  hər kəsi təəcübləndirir. Beləliklə, tamamilə aydındır 

ki, nisbi əvəzliklər təyin budaq cümlələrini baş cümləyə bağlamaq üçün işlənir və 

bağlayıcılardan olunan təyin budaq cümləsində fərqlənir ki, onlar həm də bir cümlə 

üzvü kimi çıxış edə bilirlər. 

Əvəzliklərin işlənməsində aşağıdakı qaydalara nəzər salaq. 

1) Who (whom), whose, which sual əvəzlikləri orta əsrlər ingilis dilində nisbi 

əvəzliklər kimi işlədilmişdir. Erkən orta əsrlər ingilis dilində that geniş işlənmişdir, 

lakin indi wh  əvəzliklərinin, xüsusilə, canlılara aid olan who  əvəzliklərinin 

işlədilməsinə geniş meyl var. 

2) Heyvan, bəzən kişi və ya qadın cinsinə aid olduqda who əvəzliyi işlənir. 

Lakin bu qayda bzən pozulur və biz tez-tez which əvəzliyinin kişi və ya qadın cinsi 

ilə, who əvəzliyinin isə orta cinslə əlaqələndiyinin şahidi oluruq. 

3) Ölkə adları coğrafi nöqteyi-nəzərdən götürüldükdə  which  əvəzliyi, siyasi 

anlayış kimi götürüldükdə isə  who  əvəzliyi işlənir. Lakin bununla belə  həmin 

məsələdə həddindən artıq tərəddüdlər var. 

4)  Əgər kollektiv isim bütöv bir toplumu bildirirsə  which  əvəzliyinin (fel 

təkdə); ayrı-ayrı şəxsləri nəzərdə tutursa who əvəzliyini işlədirik (fel cəmdə). 

5) Poeziyada əşyaları  təcəssüm etdirmək üçün who  əvəzliyindən istifadə 

edilir. 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



137

6)  Əgər təyin olunan söz peşə,  şəxsiyyət ifadə edən ismi xəbərdirsə, onda 



which  və ya that  işlənir. Təyin etdiyi söz kimi which  əvəzliyinin də sifəti – 

predifikatı və ya bütöv bir cümləsi ola bilər. Belə olan halda baş cümləyə which-lə 

bağlanan budaq cümlələr həmişə təsviredici olur. 

7) Orta əsrlər ingilis dilində və erkən müasir ingilis dilində that həmişə nisbi 

əvəzlik kimi işlənmişdir.  İndi  that  təsviredici təyin budaq cümlələrində nadir 

hallarda işlənir və  hətta məhdudlaşdırıcı  təyin budaq cümlələrində belə, who 

əvəzliyinin işlədilməsinə güclü, that əvəzliyinin yalnız  əşyalara uyğun olaraq 

işlədilməsinə isə nisbətən az meyl var. Lakin that əvəzliyinin insanlara və əşyalara 

aid olaraq sərbəst işləndiyi bəzi nümunələr var. 

Təyin budaq cümləsində that tez-tez işlənir: 

a) aşağıdakı  əvəzliklərlə:  all,  everything,  nothing,  something,  anything

muchlittlefew

b) Üstünlük dərəcəsi və the first-lə. 

Təyin budaq cümlələri nisbi zərflərdən sonra işlənilir. Nisbi əvəzliklərdən 

başqa nisbi zərflər də  təyin budaq cümləsini baş cümləyə bağlaya bilər. Nisbi 

zərflər zaman, səbəb, yer və tərzi hərəkət mənaları olan isimlərdən sonra işlənilir. 

When,  where,  how,  why nisbi zərfləri təyin budaq cümlələrində  işlənməsə  də 

nəzərdə tutula bilər. 

Təsviredici təyin budaq cümlələrində bu zərflərin işlənməsi vacibdir, çünki 

belə təyin budaq cümlələri bağlayıcısız birləşə bilməz.  

Əlavə kimi işlənən  Appositive Attributive Clauses  də  həmçinin  when

wherehowwhy sözləri ilə baş cümləyə bağlanır. 

Təyin budaq cümlələri tabelilik bildirən  that,  if,  whether,  as if,  as though 

bağlayıcıları ilə  də baş cümləyə bağlana bilər. Bu bağlayıcılar  Appositive 

Attributive Clause – larda daha çox işlənir. That bağlayıcısı təyin budaq cümləsini 

təqdim edəndə təyin olunan söz mücərrəd isimlərlə istifadə olunur: məsələn – idea



thoughfulingimpressiondoubtbeliefwish, və s. 

  Məsələn: He calm heart couldn’t bear the thought that Ann was lying there 

so cold – Onun sakit ürəyi Annanın buz kimi orada uzanmasına dözmədi. 

 Baş cümlədə təyin olunan söz əlavə kimi işlənən təyin budaq cümlələri as if



as thought ilə  də bağlana bilər və cümlədən atıla bilməz. Belə cümlələr 

bağlayıcılarla yanaşı, bağlayıcı sözlərlə  də bağlana bilər. Belə cümlələr vergüllə 

ayrılmır və bağlayıcı element olmadan işlənmir. Qeyd etdiyimiz kimi, təyin budaq 

cümlələri bağlayıcısız əlaqədə olanda iki mübtəda yanaşı gələ bilər. Ondan sonra isə 

iki müxtəlif cümlələrin xəbərləri yanaşı gəlir. 

  W h , W h i c , T h a t  əvəzliklərinin təyin budaq cümlələrində işlənməsi. 

Əvəzliklərin işlənməsində aşağıdakı qaydalara nəzər salaq: 

1) Who (whom), whose, which sual əvəzlikləri orta əsrlər ingilis dilində  nisbi 

əvəzliklər kimi işlədilmişdir. Erkən orta əsrlər ingilis dilində that geniş  işlənmişdir, 

lakin indi wh - əvəzliklərinin, xüsusilə canlılara aid olan who  əvəzliyinin 

işlədilməsinə geniş meyl var. 

Məsələn: Miss Naylor, who had gone into the house, came back ... 

(J. Galsworthy). 

Evə daxil olmuş xanım Naylor çölə çıxdı. 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



138

About this time Mrs. Decie, his wife's sister, whose husband died in the East, 

returned to England. 

(J. Galsworthy).  

Elə bu zaman arvadının bacısı,  əri  Şərqdə ölmüş xanım Desi İngiltərəyə 

qayıtdı. 

 

This room, which served for studio, bedroom and sitting room, was bare and 



dusty. 

(J. Galsworthy). 

Studiya, yataq otağı və qonaq otağı kimi istifadə edilən bu otaq bəzəksiz və 

tozlu idi. 

 

. . . the breeze that blew up the narrow street was fresh with the smell of the 



harbour. 

(Cusack). 

Darısqal küçədən əsən xəfıf külək təravətli dəniz ətri saçırdı. 

2) Heyvan kişi və ya qadın cinsinə aid olduqda who əvəzliyi, orta cinsə aid 

olduqda isə which əvəzliyi işlənir. Lakin bu qayda bəzən pozulur və biz tez-tez 

which əvəzliyinin kişi və ya qadın cinsi ilə, who əvəzliyinin isə orta cinslə əlaqələn-

diyinin şahidi oluruq. 

Məsələn: All at once I remembered that It might be Pilot: who, when the kitc-

hen - door chancedto be left open, not unfrequently found his way up to the thres-

hold of Mr.Rochester's chamber. 

(Ch. Bront).  

Dərhal xatırladım ki, bu, mətbəx qapısı təsadüfən açıq qalanda tez-tez yolunu 

cənab Roçesterin otağının astanasından salan Paylot ola bilərdi. 

 

James. . . shifted his feet uneasily, and put one on the cat, which had unwisely 



taken refuge from old Jolyon beside him. 

(J. Galsworthy). 

Ceyms narahatlıqla ayaqlarının yerini dəyişdirdi və ayağının birini 

böyründəki qoca Colyondan qaçıb canını qurtaran axmaq pişiyin üstünə qoydu. 

3) Ölkə adları coğrafı nöqtevi-nəzərdən götürüldükdə which əvəzliyi, siyasi 

anlayış kimi götürüldükdə isə who əvəzliyi işlənir. Bununla belə  həddindən artıq 

tərəddüd var. 

Məsələn: For travelling I prefer Norway, which is more mountainous than 

Sweden. 

Səyahət üçün İsveçdən daha dağlıq əraziyə malik olan Norveçi üstün tuturam. 

4)  Əgər kollektiv isim bütöv bir toplumu bildirirsə which əvəzliyini (fel 

təkdə); ayrı-ayrı şəxsləri nəzərdə tutursa who əvəzliyini işlədirik (fel cəmdə). 

Məsələn: The commission, which consisted of ten members, was unanimous 

in its decision.  

On üzvdən ibarət olan komissiya öz qərarında yekdil idi. 

The crew, who were all asleep, forgot to hoist a lantern. 

Yatmış dəstə üzvləri fənər yandırmağı unutmuşdular. 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



139

5) Poeziyada əşyaları  təcəssüm etdirmək üçün who  əvəzliyindən istifadə 

edilir. Məsələn: 

And narcissi, the fairest among them all, 

Who gaze on their eyes in the stream's recess,  

Till they die of their own dear loveliness. 

(P M. Shelley). 

6) Təyin olunan söz peşə, şəxsiyyət ifadə

 

edən ismi xəbərdirsə, onda which və 



ya that işlənir. 

Məsələn: He is not the man which you think him to be.  

O sizin düşündüyünüz kimi deyil. 

He is not the man whom you think him to be.  

O zənn etdiyiniz adam deyil. 

Təyin etdiyi söz kimi, which əvəzliyinin də sifəti - predikativi və ya bütöv bir 

cümləsi ola bilər. Belə olan halda baş cümləyə which-lə bağlanan budaq cümlələr 

həmişə təsviredici olur. 

Məsələn: It was evident, indeed, that she wished me to drop the subject

which I did accordingly. 

(Ch. Bront). 

Doğrudan da aydın idi ki, o, söhbəti  

dayandırmağımı istəyir, buna görə  də 

mən söhbəti dayandırdım. 

Beləliklə, təyin budaq cümləsi baş cümlədə isimlə yaxud əvəzliklə ifadə edil-

miş hər hansı bir üzvə aid olur, təyin edir. Təyin budaq cümlələri baş cümləyə nisbi 

əvəzliklərlə və nisbi zərflərlə bağlanır. Təyin budaq cümlələri iki cür olur: məhdud-

laşdırıcı təyin budaq cümlələri və təsviedici təyin budaq cümlələri. 

Məhdudlaşdırıcı təyin budaq cümlələri təyin olunan sözü mənaca məhdudlaş-

dırır, dəqiqləşdirir və müəyyənləşir. 

Təsviredici təyin budaq cümlələri təyin olunan söz haqqında  əlavə  məlumat 

verir. 


Ədəbiyyat 

 

1.  Barabash T.A. – A Guide to Better Grammar – M; Visshaya Shkola. 1975. 

2.  Ganshina M., Vasilevskaya N; English Grammar. – M: 1964. 

3.  İvan Michael. Practical English Usage. – M: Visshaya Shkola. 1984. 

4.  Musayev O. İngilis dilinin qrammatikası. Bakı, 1986. 

5.  Əliyeva  Ə. Tabeli mürəkkəb cümlələr və onların xüsusiyyətləri. Bakı: Maarif, 

1992. 

 

S.Rzayeva  



The grammatical features of attributive subordinate clauses in the English language 

Summary 


 

In the English language the attributive subordinate clauses are connected by 

means of particles or without them. In the majority of cases the attributive 

subordinate clause comes after the word which it defines. In translations of English 

sentences with attributive subordinate clauses we must observe the syntactical 

norms of this language. 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



140

C.Рзаева 

Грамматические особенности атрибутивного подчиненного  

положения в английском языке 

Резюме 

 

В  английском  языке  части  сложных  предложений  с  определительными 

придаточными соединяются с помощью союзов или без них. 

В  большинстве  случаев  придаточные  определительные  следуют  за 

словами, которые они определяют.  

В переводе английских предложений придаточными определительными 

следует соблюдать синтаксические нормы английского языка. 

 

Rəyçi:          Nərminə Əliyeva 



         filologiya elmləri namizədi, dosent  

 

Filologiya  məsələləri – №3, 2014

 

 



141

SEVİNC HACIMƏMMƏDOVA  

Qafqaz Universiteti 

shacimemmedova@std.qu.edu.az 

 

AŞIQ ƏLƏSGƏRİN “GETMƏ, AMANDI” QOŞMASININ  

LINQVOPETİK TƏHLİLİ 

 

Açar sözlər: qoşma, poetika, leksika, təzad 

Ключевые слова: гошма, поэтика, лексикон, контраст 

Key words: goshma, poetics, lexicon, contrast 

 

Yazıçının hər bir əsəri onun şəxsi imzasıdır. Fikrimizcə bədii söz sahibi yarat-

dığı  əsərləri ilə özünün bədii təfəkkürünü, poetik duyğularını,  şəxsi qənaətlərini, 

düşüncə tərzini təqdim edir. Eyni zamanda təfəkkürün ifadə vasitəsi olan dil (nitq 

nəzərdə tutulur-S.H) yazıçının poetikliyə nə dərəcədə nail olduğunu göstərən bariz 

nümunədir. Həmçinin bu yolda o, dilə xələl gətirməməli, oxucunu yormamalıdır. 

Əsərin linqvopoetik təhlilə  cəlb olunması ilə eyni zamanda yazıçının mətn 

texnologiyasını anlamaq mümkündür. Məlumdur ki, “Linqvopoetik təhlil sırf dilçi-

liklə bağlı  məsələləri deyil, həm də  ədəbiyyatşünaslığın elmi səlahiyyətinə daxil 

olan problemləri, o cümlədən məzmunu da əhatə edir”(1,s. 5). Belə ki, yazıçının 

məzmuna və məzmundan irəli gələn məqsədə çatmaq yolu bizim üçün maraqlıdır. 

Bu təhlildə omonim, sinonimlərin sayı deyil, onların işlədilmə mahiyyəti önəmlidir.

 Linqvopoetik 

təhlil əsərin texnikasını - hansı məzmunun hansı kodları tələb 

etdiyini, poetik xüsusiyyətlərin ifadə vasitələrinin nə  və hansı janr tələb etdiyini

məzmunla formanın nə  dərəcədə  səsləşdiyini öyrənməyə kömək edir. Məsələn bir 

mətndə  işlənən bədii sual konkret bir intonem funksiyasında çıxış edir: o ya 

təsdiqedici, ya ifşaedici, ya təhdidedici və s. xarakter daşıya bilər.  

Əsərin texniki və poetik xüsusiyyətləri bir mərkəzdə birləşərək linqvopoetik 

təhlili yaradır. Bununla belə  bəzən müəyyən fikrin ifadəsində poetiklik texniki 

tərəflərə  təsir edir və ya əksinə, texniki göstərici poetikliyə uyğunlaşdırılır. 

Mahnının mətni musiqinin ritminə uyğun gəlməyəndə heca artımı hadisəsinə müra-

ciət edilir: “O, bu qəlbimi duymur”-yazılmalı olduğu halda, “duymayır” - yazılır. 

Nəticədə əsərin poetik özülü yoxa çıxır. Linqvopoetik təhlil bu kimi qüsurları əyani 

şəkildə göstərərək bədii dildən uzaqlaşdırır, əsər təhlilində ən kamil prinsip kimi dil 

və poetikliyin əhəmiyyətli xüsusiyyətlərini özündə birləşdirir. 

Söylənilənləri daha yaxşı anlamaq üçün ustad aşığımız Dədə  Ələsgərin 

yaradıcılığına müraciət edək.  Əyanilik üçün aşığın “Getmə, amandı” qoşmasını 

linqvopoetik təhlil edək. 

 

Gözəllər sultanı, mələklər şahı, 



Alagöz cananım, gеtmə, amandı! 

Dərdindən xəstəyəm, çəkirəm ahı, 

Həkimim, loğmanım, gеtmə, amandı! 

 

                             Camalın göyçəkdi bayram ayından, 



Görən doymaz qamətindən, boyundan. 

 

Filologiya  məsələləri – №3, 2014

 

 



142

Layiq dеyil qurban kəsim qoyundan, 

Sana qurban canım, gеtmə, amandı! 

 

Əsərin üçüncü bəndi müxtəlif mənbələrdə  fərqli  şəkildədir. Belə ki əsər 



üzərində işləyərkən üç varianta rast gəldim. Bu onun ağız ədəbiyyatı nümunəsi ol-

ması ilə bağlıdır. Variantlılıq özünü sonuncu bənddə göstərir. Bunlara nəzər salaq: 

Qoşmanın ilk variantını görkəmli folklorşünas, alim Hümmət  Əlizadə üzə 

çıxarıb. Folklor toplayıcısı və naşiri olan H.Əlizadə Ələsgər irsini diqqət mərkəzin-

də saxlamış, illər uzunu rayonları, kəndləri gəzərək topladığı  şeirləri 1934, 1935, 

1937 – ci illərdə üç dəfə kitab çəklində çap etdirmişdir. Bu qoşmalar arasında “Get-

mə, amandı” qoşmasının son bəndi 1935 və 1937 – ci illər nəşrində bu cür verilir. 

 

Sən mələkzadəsən, ay mina gərdən?! 



Kəsmə məhəbbətin qul Ələsgərdən.  

Günahkar qulunam, salma nəzərdən,  

Kərəmli sultanım, gеtmə, amandı!(2,s. 310) 

 

Bakıda 1973 –cü ildə “Elm” nəşriyyatı  tərəfindən  Ələsgər irsi yenidən nəşr 



olunur. Aşığın nəvəsi İslam Ələsgərovun topladığı materiallar əsasında Azərbaycan 

SSR Elmlər Akademiyası Nizami adına  Ədəbiyyat  İnstitutu AŞIQ  ƏLƏSGƏR 

(birinci kitab) çapa verilir. “Gеtmə, amandı”qoşması bu nəşrdə də diqqəti cəlb edir. 

Bu qoşmanın son bəndi həmin kitabda bu cür verilmişdi: 

 

Sən mələkzadəsən, ay mina gərdən?! 



Görənin ağlını alırsan sərdən. 

Kəsmə iltifatın qul Ələsgərdən, 

Kərəmli sultanım, gеtmə, amandı!(2,s. 107) 

 

Üçüncü bəndə görə rast gəldiyimiz digər bir variant isə internetdə(3.) bu 



şəkildə öz əksini tapıb: 

 

Mən sana nə dеyim, ay mina gərdən?! 



Kəsmə məhəbbətin, gəl, Ələsgərdən. 

Günahkar qulunam, salma nəzərdən, 

Kərəmli sultanım, gеtmə, amandı! 

 

Qoşmanın yaranma səbəbi haqqında müxtəlif fikirlər mövcuddur. Onlardan 



birində deyilir ki, Ələsgər bu qoşmanı küsüb Yanşaq kəndinə-atası evinə getmək 

istəyən arvadı Anaxanıma, onun könlünü almaq məqsədilə demişdir (2,s. 310). 

Şeir doğma vəzninmiz olan heca vəznində, qoşma janrında yazılıb. Hər bəndi 

4 misradan , hər misrası 11 hecadan ibarətdir. Qoşmanın sintaqmatik üzvlənməsi 

təqdiyə görə bölünməklə üst – üstə düşür : 6-5. Qoşmanın qafiyə yeri sabitdir: 

birinci bəndin birinci, üçüncü misraları  sərbəst, ikinci, dördüncü misraları 

həmqafiyədir, qalan bəndlərdə üç əvvəlinci misralar bir- birilə, dördüncü misra isə 

birinci bəndin son misrası ilə qafiyələnir. Son bəndin misralarının birində sənətkar 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



143

öz təxəllüsünü deyib ki, bu da möhürbənd adlanır. Bəndlərinin sayını  tək olması 

qoşmanın xarakterik xüsusiyyətidir. 

Göründüyü kimi , “Getmə , amandı” rədifli qoşmasında 1-ci bənddə şahıahı 

, 2-ci bənddə  ayından,  boyundan,  qoyundan, 3-cü bənddə  gərdən,  Ələsgərdən

nəzərdən (gərdən, sərdənƏləsgərdən və loğmanımcanımsultanım) sözləri bir – 

birilə qafiyələnir. 

Ələsgər qoşma yaradarkən texniki və poetik xüsusiyyətlərə diqqətlə  əməl 

edən qüdrətli sənətkardır. Eyni zamanda o, poetikliyi texniki göstəricilərə qurban 

verən aşıqlardan deyil. O, “misranı doldurmaq”, qafiyə yaratmaq xətrinə sözləri 

yerli-yersiz işlətməzdi. Elə isə bu üç texniki variant arasında həqiqətən  Ələsgər 

qələmindən çıxan düzgün variantı özümüz aydın etməyə çalışaq. 

İnternetdəki variantla digər nüsxələri qarşılaşdırarkən möhürbənddə rast 

gəldiyimiz “Gəl” və “qul” sözlərinə diqqət yetirək. 

Bildiyimiz kimi “gəl” sözü adi bir modal sözdür, bədii mühitdə olan bir söz 

kimi yalnız bədiiliyə xidmət edir, digər heç bir əhəmiyyətli funksiya daşımır. Ələs-

gər isə bu cür xüsusi məna yükü daşımayan adi sözü öz qoşmasına gətirməzdi. Bu 

misra yalnız ağız ədəbiyyatının bir variantıdır. İlkin variant ola bilməz. 

“Qul” sözünə semantik yükünə diqqət yetirək. Bu söz izahlı lüğətdə bu şəkil-

də göstərilib(4,s. 203): 

1. Qədim dövrlərdə: müharibədə əsir tutulub satılan adam; 2. Xidmət üçün sa-

tın alınmış adam; hər cür istehsal vasitəsi və hüquqdan məhrum olan və tamamilə 

öz sahibinin ixtiyarında olub, bir mal kimi alınıb satılan adam; kölə; 3. məc. Öz ira-

dəsini, hərəkətlərini tamamilə bir şeyə, ya başqasına tabe etmiş adam. Öz adət-

lərinin qulu. Qul  etmək məcazi mənada isə  –əsir etmək, valeh etmək, tamamilə 

ixtiyarını əlindən almaq, mənasında işlənir.  

Dilimizdə  məcazaşma prosesi çox qədim hadisədir və  Ələsgər də bu sözün 

çoxmənalılığından doğan məcazi mənasına  əhəmiyyət vermiş, sevgi yolunda qula 

çevrildiyini, ixtiyarının o gözəlin  əlində olduğunu, gözəlin  əsirinə çevrilmiş bu 

yazıq qulun onun iltifatına möhtac olduğunu söyləyir. Təbii ki Ələsgər tərəfindən 

yaradılan ilkin variant məhz bu söz ola bilər. 

Digər bir fərq özünü 1935-1937 ci il nəşrində  nəzərə çarpır. Diqqət etsək 

görərik ki, epifora səciyyəsi daşıyan “qul” sözünün təkrarı mövcuddur. Ardıcıl 

misralarda bu söz eyni mənada işlədilir: 

 

Kəsmə məhəbbətin qul Ələsgərdən.  



Günahkar qulunam, salma nəzərdən, 

 

Ustad Ələsgər eyni sözü əgər təkrar şəkildə işlədərsə, yalnız yeni məna çaları 



ilə işlədər. Bu halda isə yalnız diqqəti yorucu təkrar cəlb etdiyindənr 

Qoşmada rast gəldiyimiz bir fərqlilik özünü “qul” sözündən  əvvəl gələn 

“məhəbbət” və “iltifat” sözlərində göstərir. Linqvopoetikanın bizə verdiyi imkanlar 

daxilində bu ziddiyyət içərisindən doğru variantı axtarmağa çalışaq: 

 

“Kəsmə məhəbbətin qul Ələsgərdən”  



“Kəsmə iltifatın qul Ələsgərdən” 

 

Filologiya  məsələləri – №3, 2014

 

 



144

Ən əvvəl “iltifat” və “məhəbbət” sözlərinin izahlı lügətdəki mənalarına diqqət 

yetirək: 

Dilimizin lüğət tərkibinə fars ədəbi dilindən daxil olmuş “iltifat” sözü      1) 

lütfkarlıq, lütf, mərhəmət, etina, mehribanlıq; 2) qayğı, diqqət.  İltifat etmək 

(eləmək, göstərmək və s.) – 1) mərhəmət etmək, xeyirxahlıq göstərmək, yaxşılıq 

etmək,mərhəmət edib vermək mənalarını özündə birləşdirir (6,s. 61). 

Dilimizin lüğət tərkibinə ərəb dilindən keçmiş “məhəbbət” sözü 1) Eşq, sevgi, 

sevmə, sevişmə. Aralarında məhəbbət var. Məhəbbət bağlamaq (salmaq) – sevmək, 

vurulmaq, eşq yetirmək. 2) Ürəkdən, fədakarcasına bağlılıq; sevgi, dostluq, sədaqət; 

mehribanlıq. 3) Bir şeyə sonsuz maraq; meyil, həvəs, istək(5,s. 105). 

Bu iki ifadədələrin araşdırılması göstərir ki, “kəsmə iltifatın” ifadəsində olan 

ağırlıq, sanballıq “kəsmə  məhəbbətin” ifadəsində yoxdur: Aşıq deyir ki, lütfünü, 

mərhəmətini məndən kəsmə. 

Mətnin linqvopoetik təhlilinin verdiyi imkanlar nəticəsində bu qənaətə gəldik 

ki, ən kamil texniki variant İslam Ələsgərovun təqdim etdiyi variantdır. 

Əsərin ideya və məzmununa nəzər salaq. Əvvəlcə onu qeyd edək ki, Ələsgər 

meyarına görə gözəlliyin mühüm şərtlərindən biri olan zahiri gözəllik bu 

gözəlləməsində də öz əksini tapıb. Aşığa görə gözəllik onun qiblə bilib, səcdə etdiyi 

qaşların, şölə verən ala gözlərin yerində olmasıdır. Həmçinin bu əlamətlər ilə yanaşı 

gözəldə daxili gözəllik də olmalıdır. Daxili gözəllik isə  ağıl, kamal, insani 

hisslərdən qaynaqlanır. 

Birinci bənddə  şair iki tərəfi qarşılaşdırır. Sevdiyi gözəllə özünün halını 

müqayisə edərək ah çəkir, yanır, alışır, dərddən xəstə düşür. Eşq xəstəsinin dərmanı 

isə ala gözlü canandır, mələklər  şahı, gözəllər sultanıdır. Növbəti bənddə gözəlin 

gözəlliyi vurğulanır. Gözəlliyinin məhz boynu, qaməti, camalında  əks olunduğu 

aydınlaşır. Bu xüsusən “ə” intonemi vasitəsilə əks olunur. 

Son bənddə şair o gözəldə yeni bir əlaməti qabardır. Gözəlliyi ilə ağlını alan 

mələkzadədə insaf, mərhəmət kimi hisslərin olduğunu bizə göstərir. İlk əvvəl zahiri 

gözəlliyi ilə fəxr etdiyi gözələ sonda “kərəmli” deyə müraciət edir. Onun kərəminə 

inanır, getməməsi üçün ondan mərhəmət diləyir. Bu mərhəmət misradakı 19 “ə” 

intonemi ilə əks olunur. Görünüyü kimi eyni intonem fərqli məna yükü daşıyır. 

Ələsgərin real və  həqiqi gözəllərin vəsfinə xidmət edən gözəlləmələrinin 

cəlbediciliyinin əsas şərtlərindən biri şeir və musiqinin yanaşı qoyulmasıdır. Bizcə 

səslər düzümündə yaratdığı  səliqəsi bu iki keyfiyyətin vəhdəti ilə bağlıdır. 

Hecalarda samitdən samitə, yaxud samitdən saitə keçir və ya tələffüzcə bir-birinə 

yaxın olan səslərdən ibarət sözlərin düzümünə xüsusi diqqət yetirir və nəticədə ən 

doğru variantı göstərir. Hər misranın özündə  səslər düzümünün yaratdığı daxili 

ahəngdarlıq tələbi musiqi ilə müşayət edilir ki, bu da saz ilə ifa olunan aşıq  şeiri 

üçün xüsusi əhəmiyyətlidir. Bunu hiss etmək, duymaq, buna riayət etmək, bu çətin 

məqsədə nail olmaq ancaq Ələsgərə kimi ustada nəsib olmuşdur.  

Diqqət edilsə, bütün qoşma sonorlar və z, s səsləri ilə hecalar, sözlər düzü-

münə qoşulmuşdur. Elə bil ki, bu düşünülmüş sistemdir. Hətta bəndlərin, ayrı-ayrı 

misra və ya beytlərin hər birində bu səslərin bir və ya ikisinin daha çox işlənməsinə 

xüsusi fikir verilib. Burada “r”-ritmiklik yaradır, adətən qəm-kədər intonemi kimi 

çıxış edən “z” səsi və ən gözəl sevgi sözlərini öz maddi qabığında əks etdirən “s” 

səsi bu qoşmada tərənnüm intonemi kimi işlənir. 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



145

“Gеtmə, amandı” qoşmasında sözün tikinti materialı olan səslər məzmunla 

səsləşir. Bu səsləşmə sonor samitlər və saitlər hesabına yaradılıb. Bildiyimiz kimi 

səs vahidlərinə bu cür yanaşma şüurlu şəkildə deyil, qeyri – ixtiyari xarakter daşıyır. 

Saitlərdə hecayaratma, ağız boşluğunda maneəsiz keçmə, musiqililik xüsusiyyəti 

vardır ki, bu məzmunla formanın əsrarəngiz vəhdətini təmin edir. Qoşmada “ə”səsi–

42, “a”səsi isə – 38dəfə  təkrarlanıb,  ən çox təkrarlanan “ə” intonemi tərənnüm 

vasitəsinə çevrilib. 

Fonetik ahəngin tələbi ilə qalın saitlər bu sözü sənə deyil, sana formasında tə-

ləb edir. Burada işlənən “ö”, “ü” səsləri poetiklik yaradır. Bu səslər çox az hallarda 

işlənərək gözəl səslənişə xidmət edir( gözəllər, alagöz, ölürəm, görən, görənin). 

Mətnin ritmik-melodik üzvlənməsinin özəyində monotonluğu öz üzərinə gö-

türən sonor samitlərdə saitlərə yaxın musiqililik mövcuddur. Heca yarada bilməmə-

si ilə bu cingiltili sonorlar sait səslərdən fərqlənir. Dilimizdə bu səslərin əhəmiyyəti-

ni düzgün qiymətləndirən şair tərənnümlərini daha çox rədif və şəkilçilər vasitəsilə 

artan sonorlarla ifadə edib.  

Qoşmanın leksikası alınma sözlərlə zəngindir. Hər dörd sözdən üçünün alın-

ma mənşəli söz olduğunu desək, yanılmarıq. Alınma sözlərdə üstünlüyü dövrün 

tələbi ilə  ərəb- fars mənşəli sözlər təşkil edir. Xüsusən, bu alınma sözləri leksik 

dubletlər

 daxilində  işlətməklə  həm həmcins üzvlər hesabına qoşmanın dilini zə-

nginləşdirir, həm də söz oyunun ən gözəl variantını yaradır. Həkim(ərəb)-loğman 

(fars), qamət(ərəb)-boy cütlərində hər ikisi alınma və ya biri alınma,biri öz sözümüz 

olmaq etibarilə yaradılan dubletlər ustad Ələsgər yaradıcılığı üçün xarakterik 

priomlardandır. Bu söz oyunu fikrin ekspressivliyini artırmaqda önəmli yer tutur. 

Onu da qeyd edim ki, boyun sözü qoşmada üç yerdə göstərilmişdir. Qamət, boyun, 

gərdən şəklində təqdim olunan hər üç söz gözəlin vəsfinə yönəlmiş, əsərin təsir gü-

cünü artıran vasitə kimi çıxış etməklə aşığı yersiz təkrardan uzaqlaşdırmışdır. 

Aşıq səs ardıcıllığına riayət vacibliyi ilə  əlaqədar öz qoşmalarında  ərəb-fars 

sözləri işlədir. Ümumiyyətlə, “Gеtmə, amandı” qoşması əsasən bir-birinə yaxın səs-

lənən s, c, z səslərindən ibarət sözlərin düzümünə, bu düzümün ahəngdarlığına söy-

kənmişdir. Əvvəlki “– san” hecası ilə alınma söz olan “sər” sözünün yanaşı gəlməsi 

məqamında və düzgün işlənir. Bu sözün əvəzində onun milli qarşılığı olan “baş” sö-

zü olsaydı, bu halda ahəngdarlıq pozulardı. 

“S” səsinin alliterasiyası hadisəsi üçüncü misrada “sən” və “mələkzadəsən” 

sözlərində də qorunur. “S” səsi sevgi intonemi yaradan vasitə kimi sevginin aşiqdə 

yaratdığı halları ifadə etməyə xidmət edir. 

İlk bənddə aşıq sevdiyinə “sultan” və  “şah” deyə müraciət edir. Bu sözlərin 

mənasına baxaq. 

Ərəb sözü olan “sultan” sözü hakimiyyəti izah edir. Əvvəllər dini hakimiyyətə 

aid olsa da, hal–hazırda dünyəviliyə işarədir. Səcdə olunanı bildirir. Hesab edilir ki, 

ilk dəfə bu söz Tabari tərəfindən xəlif əl-Mütamidin qardaşı Müvəffəq üçün işlə-

dilib(5,s. 159) 

Fars sözü olan “şah” sözü keçmişdə  İran və  Əfqanıstanda padşahın titulu, 

həmçinin bu titulu daşıyan şəxs mənasında işlədilirdi(4,s. 182). 

Göründüyü kimi müxtəlif dillərdə harada isə eyni mənada işlənən bu sözlər-

sinonim cütü aşiqin cananının əzəmətinə işarədir. Bir ölkədə sultan, şah kimdirsə, 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



146

aşiq üçün də sevdiyi gözəl odur. Aşığın nəzərində o, gözəllikdə yer üzünün sultanı, 

mələklər içində şahdır. 

Aşıq yaradıcılığında, xüsusən  Ələsgər irsində  ən çox işlənən sözlər kimi 

“qurban”, “mina gərdən”, “alagöz”, “sultan” sözlərini göstərə bilərik. Qeyd edək ki, 

bu sözlər içində yalnız “alagöz” sözü milli sözdür. 

Ələsgər bədii təzadın imkanlarından məharətlə istifadə edir, “xəstə”-“loğman” 

antonimləri qarşılaşdırır. Xəstə sözünün çoxmənalılıq funksiyasına nəzər yetirərək 

“eşq xəstəsi” mənasında işlədən aşıq eşqdən yorğan-döşəyə düşdüyünü, həkimə 

ehtiyac duyduğunu, o loğmanında məhz o olduğunu söyləyir. 

“Can” və “qoyun” sözlərini təzadlı şəkildə göstərir. Adi halda təzad bildirmə-

yən bu sözlər şeir daxilində iki qurbanlıq kimi qarşılaşdırılır. 

Layiq dеyil qurban kəsim qoyundan, 

Sana qurban canım, gеtmə, amandı! 

Allahın Qurban bayramında, hətta peyğəmbərlər üçün nəzərdə tutduğu  ən 

məqbul heyvanı-qoyunu aşıq sevdiyi üçün layiq bilmir, ona öz canını qurban kimi 

təklif edir. 

Leksikamızın imkanlarından hərtərəfli istifadə edən aşıq Ələsgər evfemizmlə-

rə də müraciət edir. Aşiq olduğunu, eşq əzabı çəkdiyini daha əyani, inandırıcı gös-

tərmək üçün evfemizm xarakteri daşıyan bu frazeoloji birləşmələri işlədir: 

Dərdindən xəstəyəm, çəkirəm ahı, sevdiyinin gözəlliyini vəsf etmək üçün 

“Görən doymaz qamətindən, boyundan”, “Sana qurban canım, gеtmə, amandı!”, 

“Kəsmə iltifatın qul Ələsgərdən”.  

Cəsarətlə demək olar ki, Ələsgərdə bədii icad olmayan şeir yoxdur. Bu onda 

çoxlarına müəssər olmayan bir qabiliyyət, bir qüdrətdir. Elə bədii lövhələr cızır ki, 

insan heyran qalır.  Ələsgər, doğrudan da, sözün geniş  mənasında bənzətmələr 

ustasıdır. Onda bənzətmənin rəngarəng növlərinə, hətta poetika kitablarına 

düşməmiş çeşidlərinə rast gəlinir.  

“Camalın göyçəkdi bayram ayından” 

Aşıq camalın gözəlliyini bayram ayının gözəlliyi ilə müqayisə edir və maraqlı 

təşbeh nümunəsi yaradır. 

“Gеtmə, amandı” qoşmasında bədii ifadə vasitələrindən bədii təyin, epitet, 

metafora, metonimiya nümunələrinə rast gəlinir. 

Bildiyimiz kimi bədii təyin heç bir məcazlığa xidmət etmir, bədii mühitdə 

iştirakına görə bu cür adlanır. Istənilən qrammatik təyin bədii mühitə düşdükdə 

bədii təyinə çevrilir. Alagöz cananım birləşməsində qrammatik təyin olan “alagöz” 

sözünə fikir verdikdə görürük ki, göz ala rəngdə ola bilər və burda qeyri-adi bir 

bədii icad yoxdur. 

Bədii təyindən fərqli olaraq, epitet məcazlıq xüsusiyyətə malikdir və obrazlı-

lıq funksiyası daşıyır. Qul  Ələsgər, mina  gərdən birləşmələrində  Ələsgər özünü 

çarəsiz qula, gözəlin boynunu mərmərə  bənzədilməsi obrazlılığa  ən gözəl nümu-

nədir. 


Metafora səciyyəsi daşıyan “ah çəkmək” ifadəsi bədii təsvir vasitələrindəndir. 

“Dərdindən xəstəyəm, çəkirəm ahı” 

Sintaktik səviyyədə isə onu deyə bilərik ki, birinci misrada sintaktik 

paralelizmə xitablar fonunda rast gəlinir. Ardıcıl işlənmiş xitabların hər ikisi üçüncü 

növ təyini söz birləşmələri ilə ifadə olunub. Daxili quruluşuna görə də eynidir. İki 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



147

sözlə ifadə olunmuş sadə söz birləşmələrinin hər ikisində birinci tərəf cəm şəkilçisi 

qəbul etmişdir. 

Məhəbbətə  həsr olunan bütün şeirlər kimi, bu qoşma da gözələ müraciətlə-

xitabla başlayır. Qoşma xitablarla zəngindir. Burada alagöz cananım, həkimim, loğ-

manım, kərəmli sultanım, ay mina gərdən, gözəllər sultanı, mələklər  şahı kimi 

xitablara rast gəlirik. 

Əsərdə sintaktik təkrirlərə  də rast gəlirik. Qədim üslubi fiqurlardan olan 

təkrirlər hər hansı fikrin, mənanın qüvvətləndirilməsi, ekspressivliyin artırılması ilə 

yanası, diqqəti daha çox mətnin əsas ideya və məzmununa yönəltmək üçün işlədilir. 

Təkrir funksiyasında çıxış edən “sultan” xitabı qoşmada ilk bəndin əvvəlində və son 

bəndin son misrasında təkrarlanır. Adi halda eyni sözün eyni funksiyada işlənməsini 

Ələsgər yaradıcılığı üçün qəbuledilməz fakt hesab edirik. Bu halda bu sözə diqqət 

yetirək: Son bənddə işlənən “sultanım” sözü özündən əvvəl işlənən sözlə birləşmə 

yaradaraq yeni məna çaları  əmələ  gətirir. Birinci ifadədə  qızın gözəlliyi 

vurğulanırsa, ikinci ifadədə  mərhəmət, lütf sahibi olduğu  əks olunur. Göründüyü 

kimi Ələsgər ifadəni eyni ilə təkrar etmir, çoxmənalılıq funksiyasını önə çəkir. 

 

Ədəbiyyat 



 

1.  T.İ.Hacıyeva. Azərbaycan klassik aşıq poeziyasının üslubi-poetik sintaksisi. 

Namizədlik dissertasiyası avtoreferatı Bakı, 2000 

2.  Aşıq Ələsgər Birinci kitab. Azərbaycan SSR Elmlər Akademiyası Nəsimi adına 

Ədəbiyyat İnstitutu. “Elm”nəşriyyatı. Bakı, 1973 

3.  http://xebersayti.com/kitabxana/2013/05/13/getm%C9%99-amandi-asiq-

%C9%99l%C9%99sg%C9%99r/# 

4.  Azərbaycan dilinin izahlı lüğəti. Nəsimi adına Dilçilik İnstitutu. 4cilddə.3-cü 

cild. Şərq-qərb, Bakı 2006 

5.  Azərbaycan dilində işlənən ərəb-fars sözlərinin qısa lüğəti.1-ci nəşr. “Kitab 

klubu” nəşriyyatı. Bakı, 2007 

6.  Farsca-Azərbaycanca lüğət. “Şərq-Qərb”, Bakı 2007 

7.  A.M.Qurbanov. Bədii mətnin linqvistik təhlili. Maarif nəşriyyatı. Bakı 2005 

 

S.Hacımammadova 



Lingopoetic analysis of goshma “Getme, amandi” by Ashug Alaskar 

Summary 


Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin