Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə1/45
tarix26.02.2017
ölçüsü4,19 Mb.
#9788
  1   2   3   4   5   6   7   8   9   ...   45

 

Filologiya  məsələləri – №3, 2014

 

 



1

 

АЗЯРБАЙЪАН МИЛЛИ ЕЛМЛЯР АКАДЕМИЙАСЫ 

М. ФЦЗУЛИ адына ЯЛЙАЗМАЛАР ИНСТИТУТУ 

 

 

 

 

 

 

 

 

 

 

 

ÔÈËÎËÎÜÈÉÀ 

ÌßÑßËßËßÐÈ 

 

№ 3 

 

 

Топлу  Азярбайъан  Республикасы  Президенти  йанында  Али 

Аттестасийа  Комиссийасы  тяряфиндян  рясми  гейдиййата 

алынмышдыр (Filologiya elmləri bюлмяси, №13). 

 

Азярбайъан  Республикасы  Ядлиййя  Назирлийи  Мятбу 



няшрлярин рейестриня дахил едилмишдир. Рейестр №3222.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

«Елм вя тящсил» 

Бакы – 2014 

 

Filologiya  məsələləri – №3, 2014

 

 



2

 

 



Ъурналын тясисчиляри: Азярбайжан Милли Елмляр Академийасы Ялйазмалар Институту вя  

                                 «Елм вя тящсил» няшриййаты  

 

 

 

 

 

 

 

 

 

 

РЕДАКСИЙА  ЩЕЙЯТИ:  академик  Аьамуса  Ахундов,  академик  Васим 

Мяммядялийев,  академик  Иса  Щябиббяйли,  АМЕА-нын  мцхбир  цзвц,  ф.е.д.,  проф. 

Тофиг Щаъыйев, АМЕА-нын мцхбир цзвц, ф.е.д., проф. Низами Ъяфяров, АМЕА-нын 

мцхбир  цзвц,  АМЕА-нын  мцхбир  цзвц,  ф.е.д.,  проф.  Ябцлфяз  Гулийев,  АМЕА-нын 

мцхбир цзвц, ф.е.д., проф. Теймур Кяримли, ф.е.д., проф.  Fəxrəddin Veysəlli,  ф.е.д., 

проф. Вилайят Ялийев, ф.е.д., проф. Гязянфяр Казымов, ф.е.д., проф. Рцфят Рцстямов, 

ф.е.д.,  проф.  Мясуд  Мащмудов,  ф.е.д., prof.  Мящяббят  Мирзялийева,  ф.е.д.,  проф. 

Мцбариз Йусифов, ф.е.д., проф. Гязянфяр Пашайев, ф.е.д., проф. Ябцлфяз Ряъябли, ф.е.д., 

проф. Nizami Xudiyev, ф.е.д.,  проф.  Ъялил  Наьыйев,  ф.е.д.,  проф.  Надир  Мяммядли, 

фil.ü.e.d. Paşa Kərimov, ф.е.д., prof. Камиля Вялийева, ф.е.д. prof. Азадя Мусайева, 

ф.е.д. Мющсцн Наьысойлу, фil.ü.f.d. Нязакят Мяммядли. 

 

 

 

 

 

 

 

Бурахылыша мясул: filologiya elmləri doktoru, professor,  

                               AMEA-nın müxbir üzvü Teymur Kərimli 

Ряйчи: filologiya elmləri doktoru, professor Надир Мяммядли 

 

Филолоэийа мясяляляри. Бакы, 2014, № 3 

 

 

 

 

ISSN 2224-9257 

 

 



© ”Elm və təhsil” nəşriyyatı, 201

 

 



www.filologiyameseleleri.com

 

Filologiya  məsələləri – №3, 2014

 

 



3

 

 

ÄÈË×ÈËÈÊ 



 

 

      NAĞDƏLİ  ZAMANOV 



Tibb elmləri üzrə fəlsəfə  doktoru, dosent 

nagdali@mail.ru 

 

HEDƏR ƏLİYEVİN NİTQİNDƏ SİNONİMLƏR 

 

Açar sözlər: Heydər Əliyev, nitq, sinonimlər. 

Ключевые слова: Гейдар Алиев, речь, синонимы. 

Key words: Heydar Aliyev, speech, synonyms. 

 

 Dildə sinonimlərin əhəmiyyəti böyükdür. Məlumdur ki, anlayışlar müxtəlif 



məna çalarlarına malik ola bilir. Belə məna çalarlarını sinonimlərlə daha dəqiq ifadə 

etmək həm fikrin reallaşması, həm də  mənanın başqasına çatdırılması  cəhətdən 

böyük əhəmiyyət kəsb edir (1). 

 Natiq hər hansı bir mətləbi aşkarlayarkən daha münasib sözlərdən-sino-

nimlərdən, antonimlərdən, frazeoloji birləşmələr və işarələrdən, digər məcazlardan 

və sairədən istifadə etməyi bacarmalıdır (2) 

 Sinonimlər Azərbaycan dilinin özünün təbiətində, varlığında mövcud olan 

çox zəngin və çox da geniş üslubi imkanları olan leksik-semantik söz qruplarından 

biridir. Heydər  Əliyevin nitqində dilimizin bu zənginliyindən ustalıqla istifadə 

olunur (3). 

  Siyasi natiqliyimizin banisi Heydər  Əliyevin nitqlərində sinonimlərin öy-

rənilməsi tək-tək elmi məqalələrdə  işıqlandırılsa da kompleks şəkildə öyrənilmə-

mişdir. 

Heydər Əliyevin çıxışlarında özünəməxsus sinonimlər üzə çıxır, böyük natiq 

Azərbaycan dilində sinonimlər yaratmaq şansının bir daha böyüklüyünü göstərir: 

Fitriparlaq istedadı, çox nadir xüsusiyyətə malik olan istedadı, eyni zamanda ən 

gənc yaşlarından yazıb-yaratmaq əzmi Səməd Vurğunu qısa bir zamanda xalqımızın 

sevimli şairinə çevirmiş və o, həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə 



tanınmışsayılan bir insan olmuşdur” 

 Heydər Əliyev nitqində səslənən sinonimlərin bir məziyyəti, bir özünəməx-

susluğu ondan ibarətdir ki, sinonimin ikinci və üçüncü tərəfləri izah xarakterində 

olur. Məsələn böyük natiq “vətəndaş müharibəsi” deyirsə sonrakı sinonim “qardaş 

qanının axıdılması” frazeoloji ifadəsi ilə əvəzlənir: “Bir dəfə 1993-cü ildə çevriliş 

etdilər. Xalq Cəbhəsini hakimiyyətdən yıxdılar. O vaxt məni dəvət etdilər və mən 

gəlib vətəndaş müharibəsininqardaş qanı axıdılmasınının qarşısını aldım”. 

Heydər  Əliyev nitqində elə  məqamlar olur ki, sinonim cərgələrlə  bəzənmiş 

cümlələr ardıcıl olaraq düzülür: “Ölkədə elə tikintilər, qurğular, obyektlər olur ki, 

onlarmüəyyən bir sahəyə xidmət edirlər. Dünya ümumiyyətlə,  quruculuqla, tikib 



yaratmaqla, yaşayıb, inkişaf edibdir. Yer üzərindəki təbii sərvətlər təbiət, ilahi tərə-

 

Filologiya  məsələləri – №3, 2014

 

 



4

findən yaradılıbdır. Ancaq torpağın , yerin, kürreyi-ərzin üzərində yüz illərlə, min 

illərlə qurulanlar insanların zəhməti, iradəsi, zəkası, onların əlləri ilə yaradılıbdır” 

Heydər  Əliyev dilində bütün nitqlərinə hakim olan izahedicilk sinonimlərin 

işlənməsində  də özünü göstərir.  İnkişafın gedişində  sıçrayış kimi qəbul olunan 

inqilabda radikallıq elementlərini nəzəzrə çarpdırmaq məqsədilə bazar iqtisadiyyatı-

na keçidin özündə  də radikallığı  nəzərə çarpdırır: “Hesab edirəm ki, bu, inqilabi, 

radikal bir addımdır”. 

Nitqin gedişində böyük natiq gah ümumişlək, loru gah da yüksək kitab leksi-

kasında olan sözləri sinonimləşdirir. Dinləyicilər üçün əlavə izaha, şərhə ehtiyac 

qalmır: “Ancaq biz nə edək ki, Qərbi Almaniya kimi iqtisadi cəhətdən güclü, döv-

lətli Qərbi Azərbaycanımız olmayıb ki, bizi- Azərbaycanı öz yedəyinə, himayəsinə 

alsın, öz təcrübəsini bilavasitə versin ki, necə edək”. 

Burada “yedək” loru, “himayə” isə kitab leksikasıdır ki, auditoriya belə sino-

nimləri maraqla qarşılayır. 

Bir ictimai-iqtisadi formasiyadan digərinə keçid bütün sahələrdə olduğu kimi 

dilçilik sahəsində də özünü göstərir. Belə ki, keçid dövründə həyatımızın bütün sa-

hələrində olduğu kimi iqtisadiyyat sahəsində də yeni terminlər , yeni sinonim cərgə-

lər işə düşür: “Azərbaycanda  sərbəst  iqtisadiyyat, bazar iqtisadiyyatı, sahibkarlıq 

prinsipləri yaranacaq, bərqərar olacaq və inkişaf edəcəkdir”. 

Böyük natiqin dilində sinonimlər təkrarlarla çulğalaşa, yüksək nitq effekti 

yarada bilir: “Strateji nöqteyi-nəzətdən isə Ermənistan təcavüzünün qarşısının 

alınması üçün Ağdam şübhəsiz ki, çox əhəmiyyətli bir nöqtə idi. Ağdam qorunmalı 



idi,Ağdam saxlanılmalı idi, Ağdam müdafiə olunmalı idi. Ağdamın işğalı yolveril-

məz idi”. 

Sinonim cərgələr özlüyündə nitqin təsir gücünü artırır. Bu cərgələr təkrarlan-

dıqca təsir gücü daha da yüksəlir: “Türkiyə Azərbaycanın  haqq,  ədalət  işini  dəs-



təkləyib, müdafiə edibdir. Türkiyə Minsk qrupunun, ATƏT-in üzvü olaraq bütün 

beynəlxalq təşkilatlarda Azərbaycanın  ədalətli işini daim dəstəkləyib, müdafiə 



edibdir”. 

Böyük natiqin dilində sinonimlər antonimlərlə də çulğalaşır. Məhz antonimlər 

sinonimləri möhkəmləndirmək yolunda mühüm leksikoloji vahidlərə çevrilir: 

“Onlar bu işi mütəşəkkil apara bilsələr, hərbi hissələrdə lazımi iş görərək  tərbiyə, 



əxlaq, mənəviyyat məsələlərini döyüşçülərə aşılaya bilsələr, onların mənəviyyatını, 

iradəsini möhkəmləndirə bilsələr bu bizim həm siyasi, həm də ideoloji işimiz 

olacaqdır. Lakin bu iş pərakəndə şəkildə deyil, mütəşəkkil aparılmalıdır”. 

“Pərakəndə” və “mütəşəkkil” ifadələri antonim yaradaraq mütəşəkkiliyin əsa-

sında “tərbiyə,  əxlaq, mənəviyyat” sinonim cərgəsinin durduğunu auditoriyalara 

izah edir. Başqa bir məqamda “dərhal, təcili” sinonimləri harmoniya yaradaraq nit-

qin təsir gücünü artırır: “Bundan sonra səfir və səfirlik bu məsələlərlə məşğul ola-

caqdır. Belə halları  dərhal, təcili aradan götürmək mümkün deyildir. Bunlar 

tədricən ola bilər. Güman edirəm ki, bunları tədricən aradan götürmək mümkün ola-

caqdır”. 

Bir sıra hallarda sinonim cərgənin  əmələ  gəlməsində böyük natiqin özünə-

məxsus ifadələrinə  təsadüf edilir və bu zaman Azərbaycan dilinin zənginliyindən 

istifadə olunur ki, bu istifadə qarşılıqlı bir şəkildə baş verir. Belə ki, Azərbaycan dili 

də böyük natiqin nitqində  zənginləşir: “Bu, ancaq öz şəxsi mənafeləri, yəni qa-



 

Filologiya  məsələləri – №3, 2014

 

 



5

nunsuz olaraq sərvətlənmək, zənginləşmək, qanunsuz pul, imkan ələ keçirmək 

məqsədi daşıyırdı”. 

Sinonim cərgələr mürəkkəb hallarda inkarlıq bildirən ifadələrlə düzəlir: “Bu 

gün fevralın 12-dir, düz doqquz aydır ki, müharibə

 

getmir, atəş

 

açılmır, güllə

 

atılmır, qan tökülmür, şəhidlər yoxdur”. 

Heydər Əliyevin nitqlərini tədqiq edərkən gözə çarpan mühüm bir xüsusiyyət 

nitq elementlərinin, nitq hissələrinin, leksikoloji vahidlərin həmişə harmoniya təşkil 

etməsindədir: “Müstəqillik, milli azadlıq yolu asan, hamar olmayıb, çox əzab-əziy-

yətli olub. Həmin yol bundan sonra da çətin olacaqdır. Ancaq itkilərimizlə bərabər, 

əldə etdiyimiz dövlət  müstəqilliyi, suverenliyi, milli azadlıq bizi sevindirir, hamı-

mızda  qürur hissi yaradır  və bu bayramı böyük nikbinliklə qeyd etməyə imkan 

verir”. 


“Asan, hamar” sinonimi əzab-əziyyətli sinonimi ilə antonim kimi verilmişdir. 

Eləcə  də  əzab-əziyyətli sinoniminə  də “bizi sevindirir, hamımızda qürur hissi 

yaradır” sinonimi antonim kimi harmoniya yaradır. 

Müstəqilliyin ilk illərində ölkədəki neqativ hallara təəssüf edərək belə halları 

sinonim cərgələrlə xarakterizə edir: “Təəssüflər olsun ki, müəyyən dövrdə Azərbay-

canda  özbaşınalığa, hərc-mərcliyə, deyə bilərəm ki, sahibsizliyə görə ölkənin bu 

cür sərvətləri ayrı-ayrı nadan adamların əlinə keçmişdir və bəziləri hələ bu gün də 

onların əlindədir”. 

Sinonim cərgələr Azərbaycan gənclərinin formalaşması ilə bağlı nitq və çıxış-

larda özünü biruzə verir. 29 iyun 1996-cı il tarixdə XXVI yay olimpiyadasında 

(Atlanta, ABŞ) iştirak edəcək Azərbaycan idmançıları ilə görüşdə üzünü sinonim 

cərgələrlə gənclərə tutur: “Müstəqil Azərbaycanı gələcəkdə də yaşatmaq, onu daha 

da, möhkəmləndirmək, dünya miqyasında böyük dövlətə çevirmək üçü gənclərimiz 

bu gündən hazırlaşmalıdırlar. Həm  şüuri, zehni, mənəvi  cəhətdən, həm də fiziki 

cəhətdən hazırlaşmalıdırlar”. 

Sabitliyin pozulmasının, ölkədaxili qanunların yerinə yetirilməməsinin hansı 

nəticələrə  gətirib çıxarması böyük natiqin dilində sinonim cərgələrlə  məntiqi 

ardıcıllıqla verilir: “Valideynlər uşaqlarını küçəyə buraxa bilmirdilər. Çünki bir tə-

rəfdən Ermənistanın təcavüzü və gedən döyüşlər, tökülən qanlar, ikinci tərəfdən də 

Azərbaycanın daxilində, o cümlədən Bakıda hökm sürən özbaşınalıq, qanunsuzluq

ayrı-ayrı  silahlı, cinayətkar  dəstələrin ardıcıl olaraq cinayətlər törətməsi, insanlara 

təcavüz, təzyiq etməsi, onların öldürülməsi, mülkünün, varının 

zorla əlindən alınması bizim həyatımızı narahat edən hallar idi”. 

“Özbaşınalıq, qanunsuzluq” sinonimi sonda məntiqi olaraq “mülkün, varın” 

itirilməsinə  gətirib çıxarır. Bu bir cümlədə dörd cərgə sinonimin sığışdırılması 

Azərbaycan dilinin dərin laylarına böyük natiqin bələdliyindən xəbər verir. Qanun-

suzluğun həyatın digər sahələrinə, o cümlədən təhsil sahəsinə  də sirayət etməsini 

Heydər Əliyev nitqində sinonimlərlə görə bilərik: “Ona görə bunu xüsusi qeyd edi-

rəm ki, 1988-89-cu illərdən bəri respublikamızın başına gələn bəlalar, Ermənistanın 

Azərbaycana etdiyi hərbi təcavüz ilə əlaqədar olaraq, eyni zamanda ölkəmizin daxi-

lində yaranmış qarmaqarışıqlığa, özbaşınalığa, qanunsuzluğa görə həyatımızın çox 

sahəsində, o cümlədən təhsil sahəsində  də  işlər pozulmuşdu. Mən məmnuniyyətlə 

qeyd edirəm ki, respublikamızı bu əzabəziyyətə salan belə hallar artıq keçmişdə 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



6

qalıbdır. Biz o halları aradan götürdük, respublikamızda  əmin-amanlıq, insanlara 



rahatlıq yaratdıq, cinayətkar qrupları aradan götürdük”. 

  Çətin məqamlarda ölkənin taleyüklü məsələlərinin həllində Azərbaycan 

xalqının xarakterik cizgiləri sinonim cərgələrin köməyi ilə auditoriya üçün açılır: 

“Nəhayət, oktyabrın 4-də dövlət çevrilişi başlandı. Ancaq xalqımızın  birliyi, 



həmrəyliyi, qüdrəti və  cəsarəti dövlət çevrilişinin, cinayətkarların hərəkətlərinin 

qarşısını aldı”. 

Sinonim cərgələr böyük natiqin dilində Ermənistanın təcavüzünün 

pisləməkdə, dünyaya bəyan etməkdə mühüm leksikoloji vahidlərdir: “Ermənistanda 

olan  ektremist, terrorçu, separatçı, təcavüzkar qüvvələr çoxdankı niyyətlərini 

həyata keçirmək üçün 1988-ci ildə böyük fürsət əldə etdilər, bu fürsətdən məharətlə 

istifadə etdilər”(VIIc.s. 274). 

Heydər Əliyevin ecazkar nitqində sinonimlər mənanı daha dəqiq ifadə etmək 

üçündür. Sinonimlərin köməyi ilə böyük natiq Azərbaycan-Ermənistan münaqişəsi-

nin dəqiq təsvirini verir: “Ancaq eyni zamanda bu elə bir böyük müharibə deyildir 

ki, beş il müddətində ona əncam, çarə tapılmasın, son qoyulmasın. Demək istə-

mirəm ki, bu, asan məsələdir. Bu müharibə təkcə Ermənistanla Azərbaycan arasında 

gedən müharibə deyil. Bu müharibəyə böyük xarici qüvvələr qoşulmuşdur. O, bö-

yük siyasi proseslərlə bağlıdır. Bu müharibə başıbəlalı Azərbaycanı  parçalamaq, 



yenidən dağıtmaq məqsədi güdən böyük siyasi qüvvələr tərəfindən başlanıb”. 

Erməni xislətini açmağa xidmət edən sinonimlərə aşağıdakı cərgə uyğundur: 

“Rusiya Müdafiə Nazirliyinin səhih məlumatına cavab olaraq Yerevanda söylənil-

miş fikirlər ağ yalandıruydurma və böhtandır. Mən bunu qəti şəkildə deyirəm” 

Dini -fəlsəfi, dini- əxlaqi çıxışlarında Heydər Əliyevin işlətdiyi sinonim cər-

gələr Azərbaycan nitq mədəniyyətinin formalaşması yolunda əvəzsiz incilərdir. Bu 

inci sinonim cərgələr bir daha Azərbaycan dilinin zənginliyindən xəbər verir, bir da-

ha böyük natiqin dilimizin dərin qatlarına bələdliyindən xəbər verir: “Adamları 



humanizmə,  şəfqətə,  nəcibliyə, yüksək mənəvi dəyərlərə  səsləyən dinlərin bəşər 

tarixində rolu əvəzsizdir. Bəşəriyyət üçün sülhə,  barışığa nail olmağın yolu Tanrı 

nuruna tapınmaqdan, mənəviruhani kamillikdən keçib gedir”. 

Dini auditoriyalarda böyük natiqin fərqli sinonim cərgələrinin şahidi oluruq: 

“İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini 

mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğahəmrəyliyəbirliyə də-

vət etmişdir” 

 Heydər Əliyevin nitq və çıxışlarının təhlili göstərir ki, dilimizin, nitqimizin 

inkişafı ilə bağlı istifadə edilən sinonimlər cazibə gücünü həmişə özündə saxlayır və 

gələcəkdə sinonimlərin geniş tədqiq olunma zərurəti meydana gəlir. 

 

Ədəbiyyat 



 

1.  Babayev A. Dilçiliyə giriş. B. Maarif, 2004, 504 s. 

2.  Abdullayev N. Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2010, 326s. 

3.  Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili. Bakı, Elm, 1998- 196s.  

 

 

 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



7

N.Zamanov 

Synonyms in the speeches of Heydar Aliyev  

Summary 


 

The article studied synonyms in the speeches of Heydar Aliyev. As it turned 

out, Heydar Aliyev widely used synonyms in their speeches. Heydar Aliyev 

skillfully used different styles of speech depending on the audience. In this he was 

helped very good knowledge of the language, particularly synonyms. The article 

was also examined in relation synonyms with other parts of speech used by     

Heydar Aliyev. 

 

Н.Заманов 



Синонимы в речах Гейдара Алиева 

Резюме 


 

В статье были исследованы синонимы в речах Гейдара Алиева. 

Как  выяснилось,  Гейдар  Алиев  широко  использовал  синонимы  в  своих 

выступлениях. 

Гейдар  Алиев  виртуозно  использовал  различные  стили  речи  в  зависи-

мости  от  аудитории.  В  этом  ему  очень  помогало  хорошее  знание  языка,  в 

частности  синонимов.  В  статье  также  была  исследована  связь  синонимов  с 

другими частями речи, используемыми Гейдаром Алиевым.  

 

Rəyçi:            Надир Мяммядли 



                filologiya elmləri doktoru, professor  

 

 



 

 

Filologiya  məsələləri – №3, 2014

 

 



8

 ŞÜKÜRZADƏ ŞAHNAZXANIM  

AMEA Nəsimi adına Dilçilik İnstitutu 

sukurzade@mail.ru 

 

NƏSİMİ DİLİNİN LÜĞƏT TƏRKİBİNDƏ ARXAİK ADLAR 



 

Açar sözlər: Nəsiminin dilində arxaik sözlər, fonetik arxaizmlər, leksik arxaizmlər, 

arxaik isimlər, arxaik sifətlər, arxaik əvəzliklər, 



Ключевые  слова:  Слова-архаизмы,  фонетические  архаизмы,  лексические 

архаизмы,  архаизмы-имена  существительные,  архаизмы-имена  прилагатель-

ные, архаизмы-местоимения в языке Насими. 

Key words: The archaic words in the Nasimi’s language, phonetic archaisms, lexi-

cal archaisms, archaic nouns, archaic adjectives, archaic pronouns. 

 

Nəsimi dilinin lüğət tərkibi arxaizmlərin tədqiqi baxımından azərbaycandilli 



yazılı mənbələr sırasında əhəmiyyətli yer tutur. Nəsimi “Divan”ının leksik-semantik 

təhlili zamanı arxaizmlərin işlənmə xüsusiyyətlərinə, hər hansı bir sözün ədəbi 

dildə, dialektlərdə, yoxsa qohum dillədrə məxsus mövcudluğunu işıqlandırmaq olar. 

Buradakı arxaizmlərin təhlili, qruplaşdırılması, izahı  və qarşılığının göstərilməsi 

Azərbaycan dilinin və digər türk dillərinin tarixi-müqayisəli tədqiqi üçün də 

əhəmiyyətli rola malikdir. 

Nəsiminin “Divan”ında arxaik adları iki qrupa bölmək olar: a) fonetik 

arxaizmlər; b) leksik arxaizmlər. Bunları da öz növbəsində nitq hissələri üzrə 

qruplaşdırmaq olar: 1) arxaik isimlər; 2) arxaik sifətlər; 3) arxaik əvəzliklər. 



I. Arxaik isimlər: “Divan”da arxaik sözlərin böyük əksəriyyətini isimlər təş-

kil edir. Onların bəziləri müxtəlif fonetik dəyisikliyə uğramış, bir qrupu müasir dili-

mizdə formasını saxlayaraq məzmunu dəyişilmiş, bir qismi hazırda müstəqil şəkildə 

aktivliyini itirsə də, daşlaşmış ifadələrin tərkibində mühafizə olunmuşdur, bir qism 

arxaizmlər isə  ədəbi dildə  işləkliyini itirərək, yalnız dialekt və  şivələrdə  fəaliyyət 

göstərir. Arxaik isimləri bu kimi xüsusiyyətlərinə görə xarakterizə etmək olar. 

    1. Şairin leksikonunda işlənən arxaik isimlərin bir qismi müxtəlif fonetik dəyişik-

liyə  uğramışdır: qaranqu–qaranlıq, topraq–torpaq, tilki–tülkü, dikən–tikan, tob–



top, buncuq–muncuq, kirpik–kiprik, dəngiz–dəniz, uyxu–yuxu, şişə–şüşə, qablan–

qaplan, qarınca–qarışqa, ayu–ayı, yüz–üz, yıldız–ulduz, yürək–ürək, yüzərlik–

üzərlik,  və s. Qaşınla  kirpigin Turun dağında, Necə bir Museyi-İmran irişdi 

(N.I88);  Həsəd dutmaq donuz, ayu sifətdür,  Qarınca hirslərim kinə  çəyanım 

(N.II328);  Sığırlıq–çox yemək,  şəhvət–eşəklik, Yavuz xu–qurt, hiylə–tilki  qılanım 

(N.II329,10). 

Maraqlıdır ki, Nəsimi “Divan”ının 188 (5225) şifrəli  əlyazmasında  buncuq 

sözünün  muncuq variantı da mövcuddur. Eyni hadisə  dikən sözündə  də müşahidə 

edilir. Həmin əlyazmada dikən variantı ilə tikən variantı da özünü göstərir (9, s. 6): 

Aləmdə bütün əhdi bu gün yar ələ girməz, Yandırdı  dikən bağrımı, gülzar ələ 

girməz  (N.I76); Gülüstanin güli sənsiz  tikəndür, Bana can sənsüz güli reyhan 

gərəkməz (N.I70). 

Bu gun dilimizdə fonetik dəyişikliyə  uğrayaraq işlədilən sözlərin Nəsimi 

dilində  işlənən variantlarının bir qismində söz əvvəlındə  y samitinin işlədilməsi 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



9

(yüz–üz, yıldız–ulduz, yüzərlik–üzərlik, yürək–ürək, yılan–ilan və s.), söz ortasında 

sağır nun–η samitinin iştirakı  (yaηaq, köηül, dəηiz, daηla, doηsuz  və s.), söz əv-

vəlində prototik h  və  y samitlərinin işlənməməsi (örümçək–hörümçək, iyə–yiyə  və 

s.), söz ortasında, bəzən də söz sonunda sonralar y səsinə keçmiş g samitinin fəal ol-

ması (gögərçin–göyərçin, əgin–əyin, cigər–ciyər, gög–göy və s.) özünü göstərir: Za-



hid aydır, sevmə xubu, baxma anun yüzinə,  Şol həcər  yürəkli ahən, yoxsa 

mərmərdənmidir?  (N.I278);  Ey hər zamanin fitnəsi burqə  cəmalündən götür,  Ta 

eşqə yüzərlik kibi pirü cəvani yaqasan (N.II82); Könül laçin deyü düşdü ki, alə şol 

gögərçiniGögərçin bayquşa döndi, yazıqdur şimdi laçinə (N.I60); Ehram edərmən 

əgnimə bir ton geyirdi həq, Necə kim, istərəm ətəgivü yaqası yoq (N.I301). 

Müasir  ədəbi dil üçün norma hesab olunmayan intervokal vəziyyətdə  g 

səsinin fəallığı həm qərb qrupu dialektlərində, həm də Abşeron rayonu şivələrində 

müşahidə olunur. 

1.  Nəsiminin dilində bir qrup isim vardır ki, onlar müasir dilimizdə formasını 

saxlasa da məzmunu dəyişilmişdir:  bağır–ürək, kişi–insan//adam, tütün–tüstü, ye-



miş–meyvə, kəpənək–yapınçı//çuxa, uçmaq–cənnət,  ər–kişi//igid, baş–yara, ayaq–

qədəh və s. Çıxdı içimdən tütün, çərxi boyadı bütün, Gör ki, nə atəşdəyəm, gör nə 

qədər yanaram (N.I127); Çəkəli əgnimə bu sikkeyi-mərdan kəpənək, Biləsən qıldi 

mənim dərdimə  dərman  kəpənək  (N.I117);  Ləbinə  əhli-nəzər çeşmeyi-heyvan 

dedilər, Gərçi uçmaq hurisi cümlə ana can dedilər (N.I262). 

 Bu sözlər müasir Azərbaycan dilində tamamilə başqa mənalar ifadə edir: ba-



ğır–qara ciyər, tütün–bitki adı, ər–həyat yoldaşı, yemiş–bostan bitkisi, baş–insanın 

bədən üzvü, ayaq–insanın bədən üzvü, kəpənək–həşərat növü, uçmaq–havaya qalx-

maq və s. Nəsiminin əsərlərində işlədilən həmin isimlər sonrakı dövrlərdə–XV əsr-

də Ş. İ. Xətainin (M.Cavadova, 32), N. Kişvərinin, XVI əsrdə M. Füzulinin əsərlə-

rində, habelə XVI əsr tərcümə  nəsr  əsərləri “Şeyx Səfi” təzkirəsində (23, s. 10), 

“Şühədanamə”də (2, s. 10), eləcə də orta əsrlərdən çox-çox əvvəl–XI əsrdə yazıya 

alınmış “Kitabi-Dədə Qorqud” dastanlarında (KDQ. 27, 58, 21,78) müşahidə olu-

nur. Həmin sözlərin orta əsr abidələrindəki mənaları bu gün dialekt və  şivələrdə 

xalq danışıq dilində, bədii üslubda, daşlaşmış xalq ifadələrində qorunmaqdadır. Mə-

sələn, uçmaq (cənnət) sözünün qədim mənası bu gün xalq dilində yaxşı adam haq-

qında öldü feli, sanki, kobud hesab edilir və bu zaman uçdu feli işlədilir ki, bu da 

uçmaq (cənnət) isminin semantikasına yaxındır. Bu mənada türkologiyada mövcud 

elmi mənbələrdən “Divani-lüğət it türk” əsəri də fikrimizi bir daha təsdiqləyir. “Di-

van”da işlənmiş baş sözü tibb termini kimi hal-hazırda fəaliyyətdən düşsə də, bu sö-

zün iştirakı ilə düzəlmiş baş eyləmək – yara, çiban çıxarmaq feli birləşməsi möv-

cuddur. 

2.  Nəsimi leksikasında rast gəlinən bəzi isimlər müasir ədəbi dilimizdə müs-

təqil  şəkildə aktivliyini itirmiş, yalnız daşlaşmış ifadələrin tərkibində mühafizə 

olunmuşdur: kilid,ufa, biliş, ün və s. Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş



Həqqi bilən bilir ki, mən zənnü gümanə  sığmazam  (N.II7L); Kişvəri-əmnü afiyət, 

mərifətin kilididir, Ey məliki-zəmanə, gəl fəth edə gör bu kişvəri (N.I89); Buduna 

çıxsun  ufalar, gözünə  həm qara su, Dutulsun dili, qulaği, bir niçə daş dişinə 

(N.III128). 

Bu gün arxaik fonda keçən həmin sözlər XIV-XV əsr ədəbi dilində işlək dil 

vahidləri olmuş  və türk dillərinin tarixi lüğətlərində qeydə alınmışdır (Bud.I.617, 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



10

MK.I.49). Qeyd edək ki, ufanmaq felinə “Kitabi-Dədə Qorqud” dastanının dilində, 

həmçinin XV-XVI əsr Azərbaycan  ədəbi dilində, xüsusən, böyük tərcümə  əsəri 

“Şeyx Səfi” təzkirəsində rast gəlmək olur (24, s. 7).Çalışanda qara polad uz qılıcın 



kütəlməsin! Dürtüşərkən ala göndərin ufanmasın(KDQ.19). 

Həmin sözə XX əsrin böyük şairi M. Ə. Sabirin satiralarında da rast gəlirik: 



Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!  Nə  ədəb vaxtıdır, qoy söysün, ufaqdır 

uşağım! (MƏS. Hop-hopnamə, s. 143). 

Abidələrimizdə müxtəlif mənalarda işlənməsinə baxmayaraq, uf, ufa, ufaq, 



ufanmaq sozlərinin ilkin kökündə,  şübhəsiz ki, uf nidası,  ufa ismi durur; bu gün 

uşaq nitqində ufa sözü sulu yemək mənasında işlədilir. 

“Divan”da işlənmiş ün ismi Azərbaycan yazılı abidələrində  də  məhz arxaik 

isim kimi qeydə alınmış, çağdaş dilimizdə isə yalnız bəzi ifadələrin və xalq məsəllə-

rinin tərkibində (səsim-ünüm yetməz) özünü mühafizə etmişdir. Tarixən bu ismin 

fəaliyyət göstərməsi qədim türkdilli lüğətlərdə  də qeydə alınmışdır (Bud.I.617; 

MK.I.49). 

3.

 

Müasir Azərbaycan dilində  işləkliyini itirərək yalnız dialekt və  şivələrdə 

fəaliyyət göstərən isimlər: nəsnə (şey), eşik, duş, yazı, ətmək//əppək, danla (sabah), 

çiy (şeh), şilə (plovun bir növü), ərməğan (hədiyyə, bəxşiş), dün (dünən) və s. 

Vaxtilə Q. Varaşil Şilə sözü haqqında yazırdı ki, bu söz gürcü və erməni dillə-

rində türk alınmalarından biri kimi geniş işləkliyə malik olmuş, udin dilində düyü 

yeməyinin adı kimi sabitləşmişdir. Hələ M. Kaşğarinin tədqiqatından aydın olur ki, 

hər bir türk ailəsinin süfrəsinin əsas atributu olan bozbaş, qovurma, dolma xörəkləri 

gündəlik yeməklər kimi səciyyələndirilirdisə,  şülən  mərasim yeməyi, yüksək 

təbəqəyə  məxsus oğuz ailələrinin süfrə atributu olmuşdur*. Bunun əlamətləri 

“Kitabi-Dədə Qorqud” dastanında da müşahidə edilir. Bu gün Azərbaycan dilinin 

bir çox dialektlərində qorunub saxlanan şılan–şilə, plov Cənubi Qafqazın başqa 

xalqlarının gürcülərin, ermənilərin, udinlərin məişətinə daxil olmuşdur (4, s. 79). 

Qeyd edək ki, şilə//şıla ismi bu gün şılan-bılan mürəkkəb sözü daxilində hətta 

ədəbi dildə (bədii üslubda) də  işlənir. Bəzi dialektlərdə  şilə–şirin plov  mənasında 

işlənir. (Qazax, Ağstafa, Lənkəran, Masallı). Qarabağ zonasında isə  südlü  şilə–

südlü aş sinonim variantları işlənir.  

Maraqlıdır ki, Nəsiminin dilində də şilə şəkər, şəhd sözlərilə komponent təşkil 

edərək işlənir: Ləbi-canfəzayi-ləlin urar abi-Xizra tənə, Bu şəkər dodaqlı, yəni sözi 

şilə, şəkərimi? (N.II208). Bu hal şilə isminin məhz şirin plov olması ehtimalını təs-

diqləyir. 

4.  Müxtəlif anlayışları bildirən arxaik isimlər: tanıq (şahid), çəri (ordu), suç 

(günah), sağış (hesab, miqdar), yar (tüpürcək), çələb (tanrı), keyik (ceyran), sin 

(məzar), tap (müqəddəslik), küz (payız), yağma (talan) və s. Gözünü tutub süzürsən, 

dilü canə qəsd edirsən, Bu nədür ki, sən qılursan çələbim, bəgüm, əfəndi? (N.I112). 

Nəsiminin dilində işlənmiş yağma sözü, fikrimizcə, yağ+ma quruluşuna ma-

lik düzəltmə isimdir. Maraqlıdır ki, həmin sözün kökü əsasında müasir Azərbaycan 

dilində  yağı (düşmən) ismi işlənməkdədir.  Yağma  və  yağı sözlərinin kökü qədim 

türk dillərində hücum etməkbasmaq, yaxınlaşmaq, məhv etmək semantikalı çoxmə-

nalı  yağ felidir (1, s. 223-224). Bu gün, ey xubların  şahı,  əmiri-dilbəransan kim, 



Xəyalın ləşkəri verdi könül şəhrini yəğmayə (N.I36); Münəvvər əbhərin türkü evin 

yəğmaladı əqlin, Moğol hər qanda varırsa düşər taracü yəğmayə (N.I35) 

 

Filologiya  məsələləri – №3, 2014

 

 



11

Tədqiqatlar göstərir ki, tarixən yağ kökündən müxtəlif sözlər yaranmışdır: ya-



ğıçı-döyüskən,  yağıd-düşmən olmaq, yağıla-döyüşmək, vuruşmaq, yağılıq-düşmən-

lık, yağıq-düşmənlik etmək (9, s. 224). Göründüyü kimi, qədim türk dillərində yağ 

sözü sinkretik məzmuna malik olmuşdur və çağdaş dövrümüzə həmin kökdən olan 



yağı və yağmalamaq sözləri gəlib çatmışdır: (yağı düşmən).  

Şairin dilində dəgmə sözü etibarsız, naxələf mənasında çox fəaldır: Qiymətli 



dodağının  dəgmə  xəsisə sorma kim,  Mən bilirəm ki, can ilə susamışam zülalinə 

(N.I43); Kəbənin ehramına irməz hacınin dəgməsi, Çizginər dər girdinə, sürtər yü-



zünü taşinə (N.I51). 

Bu gün dəgmə sözü yalnız dəymə-düşər mürəkkəb sözünün tərkibində yaşa-

maqdadır. Eləcə də, ilkin olaraq, tamuğçəriğ variantında olmuş bu isimlər Nəsimi-

nin dilində son samitsiz, yəni xalq danışıq dili müdaxiləsindən sonra tamu,  çəri 

şəklində özünü göstərir (Bud.I730,1869). 

Bu sözlər hal-hazırda işləkliyini itirsə də, tarixən Azərbaycan yazılı abidələ-

rində, klassiklərin əsərlərində arxaizm kimi mövcud olmuş, eləcə də digər türk dil-

lərində fəaliyyət göstərmişdir. Bu səbəbdən həmin sözlər türk dilləri lüğətində özü-

nə yer almışdır.  


Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin