Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту


 Б.Н.Головин. Основы культуры речи. М., « Высшая школа», 1988—320 стр.  2



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə8/45
tarix26.02.2017
ölçüsü4,19 Mb.
#9788
1   ...   4   5   6   7   8   9   10   11   ...   45

1.  Б.Н.Головин. Основы культуры речи. М., « Высшая школа», 1988—320 стр. 

2.  B.A. Əhmədov . Ana dili dərslərində şagirdlərin nitqini inkişaf etdirmək yolları. 

Bakı, “Maarif”, 1967.—109 səh. 



3. E.Ə.  İsmayılova. Yuxarı siniflərin  ədəbiyyat dərslərində  şagirdlərin nitqinin 

inkişaf etdirilməsi yolları—pedaqoji elmlər namizədi alimlik dərəcəsi almaq 

üçün təıqdim edilmiş dissertasiya. Bakı, 2007—127 səh. 

4. H. B. Balıyev. Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. ADPU-nun 

mətbəəsi, Bakı, 2003.—422 səh. 



5. G. A. Abdullayeva. İbtidai siniflərdə  şagirdlərin nitqinin ifadəliliyi üzrə  işin 

sistemi. – pedaqoji elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim 

edilmiş dissertasiya. Bakı, 2010—168 səh. 

6.  Развитие речи на уроках морфологии. «Просвещение», М., 1979.—176 стр. 

7.  Л.П.Федеренко.  Принципы  и  методы  обучения  русскому  языку. 

«Просвещение», М., 1964—252 стр. 



8.  M C.Həsənov. Seçilmiş əsərləri, I cild, «Elm və təhsil”, Bakı, 2010—368 səh. 

9.  M.C.Həsənov. Seçilmiş əsərləri, II cild, ADPU nəşri, Bakı, 2012—430 səh. 

10.  Ə.R.Əfəndizadə, B.A. Əhmədov. Azərbaycan dili 5-ci sinif üçün dərslik. 

“Təhsil” nəşr. Bakı, 2000.—272 səh. 



11. R. İsmayılov, F. Ellazov. Azərbaycan dili. 6-cı sinif üçün dərslik. “Altun kitab”, 

Bakı, 2006—128 səh. 



12. Ə.A.Fərəcov. Qrammatik məfhum və onun mənimsənilməsinin bəzi məsələləri. 

“Maarif”, Bakı, 1970—133 səh. 



13.  В.  Г.  Фарбер.  О  логических  средствах  школной  грамматика.—«Логико- 

грамматические очерки». «Высшая школа», М., 1961.—258 стр. 



14.  Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ana dili fənni  

kurikulumu (V-XI siniflər) –“Azərbaycan dili və ədəbiyyatı tədrisi”, №3, 2010. 



15. A. S. Abdullayev . Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. 

“Maarif”, Bakı, 1978—278 səh. 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



59

16. Orta məktəbdə Azərbaycan dilinin tədrisi , II hissə, “Maarif”, Bakı, 1977—294 

səh. 


17. A.T.Əliyeva. Azərbaycan dili dərslərində interaktiv təlim metodlarından 

istifadənin xüsusiyyətləri. Metodik vəsait. “Mars-Print” nəşriyyatı, Bakı, 

2005—80 səh. 

                            

 Lachın Asgerli  

Role of grammatical rules of nouns in formation of learners’ speech 

Summary 

 

In the article “Role of grammatical rules of nouns in formation of learners’ 

speech” deals with the problem of grammatical rules in development of learners’ 

speech. As a result of research, we come to a conclusion that in order to cope with 

this task it is necessary to use subsidiary-visual materials and aids. Learning of 

grammatical rules help the learners to create the skills to learn to read and write 

correctly. 

Лачын Аскерли  

Роль грамматических правил существительных в формировании речи 

учащихся 

Резюме 

 

В статье говорится о роли грамматических правил в развитии речи уча-

щихся. В результате исследования приходится к выводу, что с этой целью на-

до  использовать  вспомогательно-визуальные  материалы.  Изучения  грам-

матических  правил  помогают  учащимся  вырабатывать  умения  правильно 

читать и писать. 

 

Rəyçi:            Mehdi Rəhimov 



          filologiya üzrə fəlsəfə  doktoru, dosent  

 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



60

 

TÜRKAN MUSTAFAYEVA  



ADPU 

turkan@mail.ru 

 

MAHMUD KAŞĞARİNİN “DİVANÜ LÜĞAT-İT-TÜRK” ƏSƏRİ VƏ 



MÜASİR AZƏRBAYCAN DİLİNİN  FONETİKASI 

 

Açar sözlər: Fonetika, Fonim, sait fonemlər, samit fonemlər, “Divani lügət-it-türk” 

ahəng qanunu fonetik hadisələr. 



Key words: Phonetics, phonemes, vowel phonemes, consonant phonemes, "Divani 

Lugat-it-Turk" ("Divan of Turkish language"), vowel of harmony, phonetic cases. 



Ключевые слова: фонетика, фонемы, гласные фонемы, согласные фонемы, 

«Дивани лугат ит тюрк», сочетательный закон, фонетические процессы. 

 

  Müasir  Azərbaycan dilinin fonetik quruluşu uzunmüddətli tarixi inkişafın 



məhsulu olub, özünəməxsus xüsusiyyətlərə malikdir.Bu xüsusiyyətləri hər tərəfli 

şəkildə araşdırmaq, tədqiq etmək üçün tarixi yazılı abidələri nəzərdən keçirib, fone-

tik cəhətdən təhlil etmək vacib məsələlərdəndir. Belə yazılı abidələrdən biri də türk 

dünyasının  ən böyük alimlərindən biri olan Mahmud Kaşğari tərəfindən qələmə 

alınmış, orta türk dövrünün incisi sayılan “Divanü lüğat-it-türk” əsəridir (lüğətidir). 

Bu  əsərin müasir dilimizlə fonetik cəhətdən müqayisəli  şəkildə  hər tərəfli tədqiqi 

müasir Azərbaycandilinin fonetikasının tədqiqində qarşıya çıxan bir sıra problemlə-

rin və mübahisələrin həllinə yardımçı ola bilər. “Fonetika dilçilik elminin dil səslə-

rinin  əmələ  gəlməsini, onların bir- birinə münasibətini, onların fiziologiyasını, 

keyfiyyət və kəmiyyətini, nitq prosesindəki funksiyasını, keyfiyyət və kəmiyyətində 

baş verən dəyişikliklərin səbəb və  təbiətini və bu kimi bir çox əlamətlərin qanu-

nauyğunluqlarını öyrənən sahəsidir” (7,8). Tərifdən də aydın olduğu kimi, fonetika 

məhz dildəki danışıq səslərindən bəhs edir. Hər bir dilin özünəməxsus səs sistemi 

vardır. Heç bir dildə hətta oxşar səslər də tam eyniyyət təşkil etmir. Dilin öyrənil-

məsi onun fonetikasında mövcud olan səslərin öyrənilməsindənbaşlayır desək, heç 

də yanılmarıq. Dilçilərin fikrincə fonetikanın həm nəzəri, həm də əməli əhəmiyyəti 

vardır. “Dil dəyişdikcə, dildəki səslərdə də az-çox dəyişiklik ola bilir. Cəmiyyətin 

inkişafı ilə əlaqədar olaraq dəyişən dilin maddi vasitəsi olan səslərin dəyişməsi, di-

lin bir sıra fonetik qanun və hadisələrinin dəyişməsinə, hətta yeni fonetik qanunların 

yaranmasına səbəb ola bilər. Məhz buna görə də dili həm əməli məqsədlə öyrənmək 

üçün, həm də onu nəzəri məqsədlərlə tədqiq etmək üçün onun maddi hissəsini, yəni 

səsləri bilmək və səslərlə əlaqədar bir sıra hadisələri və qanunları başa düşmək zəru-

ridir. Sadə şəkildə desək, əlifba düzəltmək və orfoqrafiya qaydalarını tənzim etmək, 

həm də bunları təlim etmək, düzgün tələffüz əsaslarını müəyyənləşdirmək və öyrət-

mək, başqa dilləri öyrənmək, loqopedləri təlim etmək və daha bir sıra sırf  əməli 

məqsədlər üçün dilin səslərini və fonetik qanunlarını öyrənmək çox zəruridir. Bun-

lar eyni zamanda səslərin dəyişmə, əvəzlənmə, artma və düşmə qanunlarını, tarixi 

inkişaf yollarını nəzəri cəhətdən tədqiq etmənin zəruriliyini doğurur. Bundan başqa, 

dillərin tarixi tədqiqində tətbiq olunan müqayisəli tarixi üsul daha çox tarixi foneti-

kaya əsaslanır, bu isə qohum dillərin tərkibinin öyrənilməsi zərurətini bir daha ay-

dın göstərir”(2,11-12).  


 

Filologiya  məsələləri – №3, 2014

 

 



61

Bildiyimiz kimi, fonetika ümumilikdə danışıq səslərini tədqiq edir. Danışıq 

səsləri isə sözdə  məna fərqi yarada bilmək baxımından müxtəlif olurlar. Sözlərdə 

məna fərqi yarada bilən danışıq səsləri fonemlər adlanır. Müasir Azərbaycan dilinin 

uzunmüddətli tarixi inkişafının məhsulu olan fonemlər tərkibi vardır. Onu da qeyd 

edək ki, müasir Azərbaycan dilindəki fonemlər digər qohum dillərlə, yəni digər türk 

dilləri ilə əlaqədar şəkildə təşəkkül tapmış və get-gedə təkmilləşmişdir.               

“Müasir Azərbaycan  ədəbi dilində,  əsasən 33 fonem vardır. Bu səslər, 

fonemlər azərbaycanca fikrin ifadəsini tamamilə təmin edir. 

Dilimizdəki fonemlər kəmiyyət və keyfiyyətcə bir-birindən fərqlənir. Buna 

görə də bir sıra başqa dillərdə olduğu kimi, Azərbaycan dilinin də fonemləri əmələ-

gəlmə və səslənmə fərqlərinə görə iki yerə bölünür: a)saitlər; b)samitlər. 

Dilçilikdə saitlər sistemi vokalizm, samitlər sistemi isə konsonantizm adlanır” 

(6,70). 


Onu da qeyd etmək lazımdır ki, fonem məsələsi, onların miqdarı, xüsusiyyət-

ləri dilçiliyimizdə, türkologiyada, ümumiyyətlə dünya dilçiliyində geniş mübahisə-

lərə səbəb olmuş dil faktlarındandır. 

Məsələn, müasir dilimizdə sait fonemlər içərisində özünəməxsus yer tutan e 

saitinin, foneminin qədim dilimizdə, ümumiyyətlə  qədim türk dillərində mövcud 

olub-olmaması dilçilər arasında mübahisələrə səbəb olmuşdur. 

“Türk dillərində saitlərin sayı barədə V.V.Radlov, A. fon Qaben, Y.Nemeth, 

Y.Krımski, A.Lekok və başqaları müxtəlif fikirlər söyləmişlər. Məsələn, 

V.V.Radlov “Türk vokal sisteminin tarixi” adlı məqaləsində və “Şimali türk dilləri-

nin fonetikası” adlı əsərində türklərin tarixən istifadə etdikləri əlifbalarında səslərin 

necə əks olunmasını araşdıraraq bu qənaətə gəlmişdir ki, əski türkcədə 8 sait vardır: 

a, ə, o, ö, u, ü, ı,i.Müəllif “Qədim türk dili dərsləri” adlı əsərində bu sistemə 9-cu 

vokal kimi e səsini də əlavə etmişdir. 

Türk dilləri üzrə məşhur mütəxəssislərdən B.A.Serebrennikov və N.Z.Hacıye-

va əski türkcədə e səsinin varlığını qəbul etmirlər.   

Türkcənin sait fonemləri ilə bağlı türkoloqlardan Y.Qruntselin, V.A.Boqoro-

ditskinin, A.M.Şerbakın, A.N.Kononovun, M.A.Çerkasskinin və başqalarının bir 

çox sanballı əsərləri vardır.Bütün bunlara  əlavə olaraq türk dillərinin müqayisəli-ta-

rixi qrammatikasından bəhs edən bəzi kollektiv əsərləri də göstərə bilərik” (4,344). 

Göründüyü kimi, qədim türk dillərində, o cümlədən qədim Azərbaycan dilin-

də e səsinin, foneminin varlığı mübahisəli olmuş, bəzi dilçilər onun varlığını qəbul 

etmiş, bəziləri isə bu fonemin varlığını inkar etmişlər. E foneminə bu cür yanaşma 

Mahmud Kaşğarinin “Divan”ını  tədqiq edən dilçilər arasında da özünü göstər-

mişdir. Bu tədqiqatçılardan bəziləri“Divan”da, ümumiyyətlə orta türk dövrünün 

başlanğıcına aid yazılı abidələrdə e səsinin olmadığını söyləmişlər. Bu fikrin təraf-

darları öz fikirlərini sözlərin ərəb əlifbası ilə yazılışı zamanı istifadə edilən kəsrənin 

varlığı ilə əsaslandırmağa çalışırlar. Eyni zamanda müasir dövürdə e ilə tələffüz edi-

lən sözlərin böyük əksəriyyəti “Divan”da fəthə ilə verilmişdir. Kəsrə işarəsinin i sə-

sini ifadə etməsi, həmin dövürdə i səsinin öz intensivliyinə görə e səsindən qat-qat 

üstün olması, i-e variantlılığının isə daha sonrakı dövürlərdə sabitləşməsi bu dilçilə-

ri e səsinin türk dillərində sonradan yarandığı fikrinə gətirib çıxarmışdır. Lakin mə-

sələni bir qədər geniş şəkildə araşdırsaq “Divan”da e səsinə bu cür yanaşmanın ərəb 

əlifbası ilə bağlı olduğunu aydınca görə bilərik.Bu vəziyyət həmin dövürdə  ərəb 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



62

qrafikalı türkcə yazıda vahid imla qaydalarının oturmaması ilə bağlı olmuşdur. Hə-

min dövrün ədəbin dili sayılan Xaqaniyyə türkcəsində e səsinin varlığı, eyni zaman-

da “Divan”la eyni dövürdə yazılan “Qutadğu Bilig”də, həmçinin orta türk dövrünün 

daha sonra qələmə alınmış digər yazılı abidələlərində e səsinin, foneminin varlığı-

nın dəqiq şəkildə təsbit edilməsi e foneminin “Divan”da da mövcud olduğunu gös-

tərən əsas faktlardandır (4,345-346). 

Onu da qeyd etmək lazımdır ki, e səsinin müasir dilimizdəki əsl Azərbaycan 

söz köklərində digər sait fonemlərə nisbətən az işlənməsi, şəkilçi tərkibində demək 

olar ki, işlənməməsi sanki onun dilimizdə sonradan yaranması fikrini təsdiqləyir 

(2,50-57). Qeyd etdiyimiz bu vəziyyət dilimizin başqa bir sait fonemi olan ö səsində 

də özünü göstərir, yəni ö fonemi də e fonemi kimi əsl Azərbaycan söz kökləində di-

gər sait fonemlərə nisbətən az işlənir və şəkilçi tərkibində təsadüfi hallarda mövcud 

olur. Lakin ö fonemində özünü göstərən bu hal e fonemindən fərqli olaraq onun qə-

dim dilimizdə varlığına heç bir şübhə yaratmır. 

Beləliklə, bütün bu fikirlərə əsaslanaraq belə bir nəticəyə gələ bilərik ki, e fo-

nemi müasir dilimizdə olduğu kimi qədim dilimizdə də, o cümlədən Mahmud Kaş-

ğarinin “Divan”ında da mövcud olmuşdur. 

Fonetikamızda mübahisəli məsələlərdən biri də dilimizdə, ümumiyyətlə bütün 

türk dillərində uzun sait fonemlərin olub-olmaması ilə bağlı məsələdir. Bu məsələ 

üzrə dilçiliyimizdə iki müxtəlif fikir mövcuddur. Belə ki, dilçilərimizin bir çoxu 

Azərbaycan dilində uzun fonemlərin olmadığı fikrinin tərəfdarıdırlar. Bununla bəra-

bər dilimizdə uzun fonemlərin varlığını qəbul edən dilçilərimiz də vardır.  

Dilimizdə uzun saitlərin, fonemlərin varlığını qəbul etməyən dilçilərimizdən, 

alimlərimizdən biri də  Ə.Dəmirçizadə olmuşdur: “Kəmiyyətə görə saitlər üç növ-

dür: adi saitlər, uzun saitlər və qısa saitlər. Azərbaycan ədəbi dilində tam sabitləş-

miş, fonem keyfiyyəti kəsb etmiş uzun və qısa saitlər yoxdur” (2,45).  

Lakin  şivələrdə belə saitlər olduğu kimi, ədəbi tələffüzdə  də orfoepik 

normalar ilə müəyyən dərəcədə bağlı olan uzanmalar və qısalmalar, daha doğrusu, 

saitlərin uzun və qısa variantları mövcud dur.  

Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, müasir Azərbaycan  ədəbi 

dilində ədəbi tələffüz də saitlərin kəmiyyətcə fərqlənməsi ayrı-ayrı sözlərin mənaca 

fərqləndirilməsinə  əsas səbəb ola bilmir. Lakin bir sıra dillər var ki, (türkmən, 

alman, ingilis və s. dillərdə) sait səslərin kəmiyyət dəyişməsi ilə birgə olaraq sözün 

mənası da dəyişir. 

Azərbaycan dili şivələrində bəzən kəmiyyətcə fərqlənməyə görə sözlərin mə-

naca fərqlənməsi hadisəsinə rast gəlmək olur. Buradan aydın olur ki, kəmiyyətcə 

fərqlənən səslər Azərbayan şivələrində vardır. Hətta, belə uzun saitlərə ədəbi dildə 

işlənən bəzi alınma sözlərin orfoepik norma əsasında tələffüzündə  də yol verilir. 

Həmin sözlərin tərkibində olan belə  səslər  ədəbi tələffüz normalarına görə uzun 

tələffüz edilir. Bu səslərin həmin sözlərdə adi kəmiyyətdə  tələffüzü mənaya ciddi 

xələl gətirmir.  Ə.Dəmirçizadə belə faktların  əsasən orfoepik və orfoqrafik mahiy-

yətli olduğunu, sözdə əsaslı məna dəyişikliyi ilə əlaqədar olmadığını göstərir. Buna 

görə  də uzun və  qısa saitləri müasir Azərbaycan  ədəbi dilində tam fonem saymır 

(2,45-46). 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



63

Dilimizdəki, ümumiyyətlə türk dillərindəki uzun saitlərin varlığını qəbul edən 

dilçilər, tədqiqatçılar uzun saitlərdən bəhs edərkən uzunluq xüsusiyyətinin iki cəhə-

tini qeyd edirlər: 1)ilkin uzanma;  

2) sonrakı uzanma (1,71).Bu məsələ haqqında bir neçə fikrə  nəzər salaq. 

Məsələn, ilkin və sonrakı uzanmadan bəhs edərkən M.Şirəliyev yazır: “Məlum ol-

duğu üzrə, türk dillərində uzun saitlər mənşə etibarı ilə iki qismə ayrılır: 1)ilkin 

uzanma; 2)sonrakı uzanma. 

İlkin uzanma daha qədim dövürlərə aiddir. Bunun əmələ gəlmə səbəbləri dilin 

sonrakı inkişaf tarixi ilə izah edilə bilmir. 

İlkin uzanmaya türkmən və yakut dillərində daha çox təsadüf edilir. Azərbay-

can dilinin dialekt və şivələrində isə ilkin uzanma çox zəif halda bəzi sözlərdə özü-

nü göstərir. 

Sonrakı uzanma isə türk dillərində daha geniş yayılmışdır. Sonrakı uzanma 

müəyyən samitin düşməsi nəticəsində meydana gəlir.Azərbaycan dilinin dialekt və 

şivələrində də sonrakı uzanmaya daha geniş yer verilir” (8,25). 

 Bu barədə A.Axundovun fikri isə belədir: “Biz də Azərbaycan dilində uzun 

saitlərin müstəqil fonemlər olması fikrinə tərəfdarıq. 

Müasir Azərbaycan  ədəbi dilindəki ilkin uzanma, birinci növbədə, alınma 

sözlərə aiddir.  

 Azərbaycan dilindəki bütün uzun saitlər sonrakı uzanma nəticəsində meydana 

gəlmişdir ” 

(1,71) 

  F.Q.İsxakovun türk dillərində uzun saitlər barədə fikri də maraq doğurur: 



“Azərbaycan, qırğız, türk, altay, xakas, şor, tuvin dillərindəki uzunluq bu dillərin 

hər birinin fonetik xüsusiyyətlərinə uyğun olaraq yaranmış sonrakı uzanmadır, eyni 

zamanda Azərbaycan və türk dillərində onlar demək olar ki, yalnız alınma, xüsusən 

ərəb və fars dillərində alınmış sözlərə aiddir ki, həmin dillərin Azərbaycan və türk 

dillərinin fonetikasına yad olan samitləri türkmən dilində olduğu kimi düşür və bu-

nun nəticəsində həmin dillərdə uzun sait səs əmələ gəlir” (5,165).  

Göründüyü kimi, hər üç müəllif Azərbaycan dilində (eləcə də digər türk dillə-

rində) sonrakı uzanma nəticəsində meydana gəlmiş uzun saitlərin varlığı 

fikrindədirlər. 

Mahmud Kaşğarinin “Divan”ında uzun saitlərin var olub-olmamasına gəldik-

də isə, qeyd etmək lazımdır ki, “Divan”ın tədqiqi ilə məşğul olan dilçilər bu barədə 

ortaq fikrə gələ bilməmişlər. Bu tədqiqatçılardan bəziləri “Divan”da uzun saitlərin 

mövcud olduğunu, bəziləri isə mövcud olmadığını  söyləmişlər. Onu da vurğulamaq 

lazımdır ki, “Divan”da uzun saitlərin mövcudluğunu qəbul edənlər çoxluq təşkil 

edir. Məsələn, Robert Dankoff, Ceyms Kelli, Sərap Tuğba Yurtsevər, Seçkin Ərdi, 

T.A.Borovkova,  Ə.B.Ərcilasun,  İ.R.Meyer, Tələt Təkin bu fikirdə olan alimlər-

dəndirlər. Bu alimlərin əksəriyyətinin fikrincə, “Divan”da müasir dilimizdən fərqli 

olaraq sonrakı uzanma deyil, ilkin uzanma mövcud olmuşdur. “Divan”da uzun 

saitlərin varlığını  qəbul edən dilçilər, tədqiqatçılar  ərəb  əlifbasının təsirini nəzərə 

almamışlar. Mahmud Kaşğari “Divanü lüğat-it-türk” əsərini əsərdə özünün də qeyd 

etdiyi kimi, ərəblərə türkcə öyrətmək məqsədi ilə yazmış, sözsüz ki, ərəblərin bu 

dili daha yaxşı başa düşmələri üçün lüğəti  ərəb qrammatikası qaydalarına uyğun 

şəkildə qələmə almış və bu zaman ərəb terminlərindən istifadə etmişdir. Bildiyimiz 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



64

kimi,  ərəb dili yazıda yalnız samitlərə  və uzun saitlərə  əsaslanır, qısa saitlər isə 

hərəkələr (fəthə, kəsrə və zəmmə- bunlar qısa a/ə, e, u/ü, o/ö, ı/i hərflərini əvəz edir-

lər) vasitəsi ilə ifadə olunur. Bu da türk sözlərinə uyğun gəlmir və onların yazılışın-

da  əhəmiyyətli dərəcədə  çətinlik törədir. Sözdə  məhz hansı saitin olduğunu 

müəyyənləşdirmək çətinləşir. “Divan”dakı sözlərin yazılışı zamanı ərəb əlifbasında 

uzun a, uzun u, uzun i səslərini bildirən əlif, vav, ye-dən də istifadə edilmişdir.  

Mahmud Kaşğari əsərində türk dillərində uzun saitlərin mövcudluğu barədə xü-

susi olaraq heç nə deməmişdir. O,türk dilləri üçün həm imlada, həm də tələffüzdə qısa-

lığın daha doğru olduğunu söyləmişdir. Doğrudur əsərin bəzi yerlərində “uzun tələffüz 

edilən incə səsli sözlər” ifadəsinə rast gəlirik. Lakin Mahmud Kaşğari bunu uzun səsləri 

deyil, əsasən ö və ü səslərini nəzərə çarpdırmaq məqsədi ilə qeyd etmişdir. 

Beləliklə, “Divan”da uzun saitlər məsələsini qeyd-şərtsiz qəbul etmək müm-

kün deyil. “Divan”da, ümumiyyətlə türk dillərində bu mövzunun geniş şərhinə ehti-

yac var (4,17-20). Qeyd etdiyimiz kimi, dilimizdəki səslər, fonemlər sait və samit-

lərdən ibarətdir. Müasir dilimizdəki samit fonemlərlə Mahmud Kaşğarinin “Di-

van”ındakı samitlər arasında bəzi fərqlər özünü göstərir. Bu fərqlərdən birincisi sa-

ğır nundur (nq). Mahmud Kaşğarinin “Divan”ında sağır nun ən əsas səs və hərflər-

dən biridir. Müasir uyğur, tatar,başqırd və digər türk dillərində bu fonem səs kimi 

tələffüzdə, hərf kimi isə əlifbada xüsusi mövqeyə, rola malikdir. Mahmud Kaşğari 

sağır nun (nq) başqa millətlərin tələffüz edə bilmədiyini göstərmişdir. Bu səs, fo-

nem uzunmüddət dilimidə mövcud olmuş, hətta əlifbamızda da özünə yer tapmışdır. 

A.Axundov bu səsi müstəqil fonem kimi samit fonemlərimizin arasına daxil 

etmişdir. Lakin müasir dövürdə  bəzi başqa türk dillərində olduğu kimi, müasir 

Azərbaycan dilində də sağır nun sıradan çıxmışdır.Lakin bu fonem ədəbi dilimizdə 

olmasa da, dialektlərimizdə (qərb qrupu dialektlərində), canlı danışıq dilində 

işlədilir. Dialektlərdə işlənən sağır nun n foneminin çaları kimi çıxış edir. Bu zaman 

hər iki söz, yəni ədəbi dildə n, dialektdə isə n fonemi əvəzinə nq fonemi ilə işlənən 

sözlər eyni məfhumu ifadə edir. Deməli, burada nq səsi müstəqil fonem kimi çıxış 

edərək, məna fərqi yarada bilmir. Lakin Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” 

əsərində sağır nunlu (nq) sözlə n fonemi olan söz tamamilə ayrı-ayrı sözlərdir və 

fərqli məfhumları ifadə edirlər. Onu da qeyd edək ki, “Divan”da söz əvvəlində sağır 

nun işlənməmişdir. “Divan”la müasir dilimizdəki samit fonemlər arasında özünü 

göstərən ikinci fərq isə v ilə f arasında tələffüz edilən və ərəb qrafikası ilə üç nöqtəli 

f şəklində yazılan hərfdir. Ramiz Əskər bu hərfi w kimi vermişdir. 

Buradakı fərqli cəhətlərdən biri də “Divan”da mövcud olan dh hərfi və səsidir 

ki, bu da müasir dilimizdə yoxdur. “Divan”dakı dh səsli, hərfli sözləri nəzərdən 

keçirdikdə aydın olur ki, bu səs müasir dilimizdəki y səsinə yaxın bir fonemdir. 

Müasir Azərbaycan dilindəki samit fonemlərlə “Divan”dakı samitlərin bir 

fərqi də ondadır ki, müasir dilimizdə müstəqil fonem kimi işlənən c və q səsləri 

“Divan”da yoxdur. Həmçinin, müasir dilimizdən fərqli olaraq “Divan”da j fonemi 

ilə başlayan söz yoxdur, h və x fonemləri ilə başlayan sözlər də olduqca azdır. 

Mahmud Kaşğarinin əsərinin fonetikası ilə müasir dilimizin fonetikası yalnız 

fonem cəhtdən deyil, həm də dilimizdə özünü göstərən bir sıra fonetik hadisələrlə 

də müqayisə oluna bilər. Belə ki, müasir dilimizdə geniş şəkildə özünə yer tapmış 

fonetik hadisələr (səs əvəzlənməsi, səs artımı, səs düşümü, yerdəyişmə və s.) “Di-

van”da da özünü göstərir. “Divan”dakı fonetik hadisələrdən danışarkən, onu da 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



65

qeyd etmək lazımdır ki, Mahmud Kaşğari türk dil və  ləhcələri arasındakı  fərqləri 

bəzi hərf (fonem) dəyişməsindən əmələ gəldiyi fikrini irəli sürür. Onun fikrincə əsl 

dildə fərqlər az olur, fərqlər, əsasən bir qrup hərfin yerinə başqa hərflərin işlənməsi, 

yaxud tamamilə atılması nəticəsində ortaya çıxır. Məsələn, oğuzlar və qıpçaqlar y 

ilə başlayan bütün isim və fellərin ilk hərfini əliflə, yaxud ç ilə əvəz edirlər. Arğular 

sözün ortasında və ya sonundakı y hərfini n hərfi ilə əvəz edirlər. Sözün əvvəlindəki 

m hərfini suvarlar, oğuzlar, qıpçaqlar b hərfi ilə əvəz edirlər. Oğuzlar və onlara ya-

xın olanlar sözdəki t hərfini d ilə əvəz edir. F ilə b arasında tələffüz edilən w hərfi 

oğuzlarda vav hərfi ilə əvəz olunur. Yağma, toxsı, qıpçaq, yabaku, kay, çomul və 

oğuzlar z hərfini həmişə y-yə çevirirlər və heç vaxt dh kimi tələffüz etmirlər. 

Xotənlilər və kənçəklər sözün əvvəlindəki əlifləri h ilə tələffüz edirlər. Bəzən r hərfi 

l-ə, z hərfi s-yə, s hərfi z-yə çevrilir. Zaman və məkan bildirən isimlərin sonundakı 

ğ-lər oğuzlar tərəfindən əlifə çevrilir. İsimlərdə və fellərdə hərəkətin davam etdiyinə 

dair bəlgə varsa, sözün ortasındakı  ğ  hərfini oğuzlar da, qıpçaqlar da atırlar. 

Yığcamlıq naminə eynən bunun kimi, isim və fellərdə ğ hərfinin yerində işlənən ke 

hərfini də atırlar. Mahmud Kaşğari “Divan”ında qeyd etdiyi bu faktlara aid çoxlu 

sayda nümunə verərək, həmin dövürdə türk dillərində özünü göstərən fonetik 

hadisələri  əyani  şəkildə nümayiş etdirmişdir. Yuxarıda sadalanan faktlardan da 

aydın göründüyü kimi, “Divan”da səs əvəzlənmələri digər fonetik hadisələrə nisbə-

tən daha çox müşahidə olunur (b-m, y-z, p-m, g-h, y-ç, t-d, ğ-nq, ə-ö və s.) 

Onu da qeyd edək ki, Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk”də göstərdiyi 

bu fərqlərin əksəriyyəti müasir türk dillərində də özünü göstərən faktlardandır. Mə-

sələn, Türkiyə türkcəsində işlənən yıl və bən sözləri dilimizdə il və mən kimi işlə-

nir. Göründüyü kimi, yıl sözündəki y səsi düşmüş ı səsi isə i səsi ilə əvəz olunmuş, 

bən sözündəki b səsi isə m səsi ilə əvəz olunmuşdur. Yuxarıda göstərdiyimiz kimi, 

Mahmud Kaşğari söz əvvəlində y səsinin düşməsini və eynən söz əvvəlində b səsi-

nin m səsi ilə əvəz olunmasını məhz oğuzlara xas bir xüsusiyyət kimi göstərir. “Di-

van”da verilən sözlərin böyük əksəriyyəti müasir dilimizdə ya eynən “Divan”da ol-

duğu kimi, ya da müəyyən dəyişikliyə (fonetik, morfoloji, semantik) uğramış şəkil-

da işlənməkdədir. Bu sözlərin  əksəriyyəti məhz fonetik dəyişikliyə  uğramış 

sözlərdir. Məsələn, “Divan”da ğ  hərfi ilə bitən bəzi sözlər müasir dövürdə  ğ-sız 

işlənir. Burada y səsi ilə başlayan bir qrup sözlər müasir dilimizdə y-sız işlənir və 

çox zaman bu samitdən sonra gələn saitlər qalınlaşır. Bəzi sözlərdə cingiltili d səsi 

kar t ilə, g səsi k ilə əvəz olunur. “Divan”da dilarxası kipləşən qalın ka səsi müasir 

dilimizdə q səsi ilə ifadə olunur. Müasir dilimizdə x səsi ilə ifadə olunan sözlərin 

çoxu “Divan”da qalın k ilə işlənir və s. Ümumiyyətlə, dilimizdəki belə sözləri fone-

tik hadisələr üzrə beş qrupa ayıra bilərik: 

1) Qapalalogiya (heca düşümü) nəticəsində dəyişən sözlər: yoğurkan-yorğan, 

yorınca-yonca, bıdhık-bığ və s.  

 2) Proteza (səs artımı) nəticəsində dəyişən sözlər. Belə sözlərdə samit artımı 

saitlərə nisbətən çoxdur. Bunlara azuk-azuqə, pamuk-pambıq, örük-hörük, bu-buğ, 

çəkürkə-çəyirtikə və s. sözləri nümunə göstərə bilərik. Burada, əsasən söz əvvəlində 

v, h söz ortasında b, l, m, n, r, t söz sonunda isə b, v, q, ğ, k, y samitlərinin artımı 

müşahidə olunur. 

 3) Eliziya (səs düşümü) nəticəsində  dəyişən sözlərdə  də samitin düşməsinə 

daha çox təsadüf olunur. Söz əvvəlində ən çox y səsi və bəzən də b və s səsləri dü-


 

Filologiya  məsələləri – №3, 2014

 

 



66

şür. Söz ortasında q, ğ, k, x, m, r söz sonunda isə ğ, k, y, f, v səs düşmələrinə təsa-

düf olunur. Sözdə saitlərin düşməsinə  gəldikdə isə deyə bilərik ki, burada, əsasən 

qapalı saitlərin düşdüyü görünür. Səs düşümü nəticəsində  dəyişən sözlərə yorığa-

yorğa, yulduz-ulduz, bolmak-olmaq, kapuğ-qapı, buğday-buğda və s. sözləri nümu-

nə göstərə bilərik. 

4) Metateza (yerdəyişmə) nəticəsində dəyişən sözlərdə, əsasən lr-rl, pr-rp, mr-

rm kimi yerdəyişmələr özünü göstərir. Məsələn, təprənmək-tərpənmək, gülrəmək-

gurlamaq və s. 

5) Səs  əvəzlənməsi nəticəsində  dəyişən sözlər digərlərinə nisbətən olduqca 

çoxdur. Məsələn, yakın-yaxın, bən-mən, kurun-qurum, kağun-qovun, av-ov və s. 

Yuxarıda da qeyd etdiyimiz kimi, “Divan”da özünü göstərən səs əvəzlənmələrinin 

əksəriyyəti müasir dilimizdə də müşahidə olunur. Demək olar ki, müasir dilimizdə 

fonetik dəyişikliyə uğrayaraq işlənən sözlərin böyük bir hissəsi məhz bu cür dəyişən 

sözlərin payına düşür. 

Bütün bu deyilənlərlə yanaşı, onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, 

”Divan”da müasir Azərbaycan dilinin, ümumiyyətlə türk dillərinin  əsas fonetik 

qanunu olan ahəng qanununa ciddi şəkildə riayət olunur. Beləki, burada ahəng 

qanunun hər üç növü (saitlərin ahəngi, samitlərin ahəngi, saitlərlə samitlərin ahəngi) 

özünü göstərir. “Divan”da ahəng qanununun pozulmasına çox az hallarda təsadüf 

edilir. Bu da (ahəng qanununun pozulması) əsasən bəzi şəkilçilərin ərəb əlifbası ilə 

dörd deyil, bir variantlı yazılması ilə bağlıdır. “Divan”da ahəng qanununa nə qədər 

ciddi yanaşıldığını anlamaq üçün türk dillərində ahəng qanununun ilk dəfə Mahmud 

Kaşğari tərəfindən müəyyən edilməsini demək kifayətdir.   

      

Ədəbiyyat 



                      

1.  Axundov A. Azərbaycan dilinin fonemlər sistemi. Bakı: Maarif, 1973. 

2.  Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. I cild. Bakı: Marif, 1972. 

3.  Əskər R. Mahmud Kaşğari “Divanü lüğat-it-türk”. I cild. Bakı: Ozan, 2006. 

4.  Əskər R. Mahmud Kaşğari “Divanü lüğat-it-türk”. II cild. Bakı: Ozan, 2006.  

5.  Исхаков Ф Г. Долгие гласные в тюркских языках. Исследования по 

сравнительной грамматике тюркских языков. т I. 

6.  Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. I cild. Bakı: Nurlan, 2003. 

7.  Müasir Azərbaycan dili. I cild. Azərbaycan EA-nın nəşri. Bakı, 1978. 

8.  Şirəliyev M. Azərbaycan dialektalogiyasının əsasları. Bakı: Şərq-Qərb, 2008. 

 

T.Mustafayeva 



The work "Divani Lugat-it-Turk" ("Divan of Turkish language")

 

of Mahmud 



Kashgari and phonetics of contemporary Azerbaijan language 

Summary 


Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin