Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə40/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   36   37   38   39   40   41   42   43   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

222

 

 



 

 

gəlmək  mümkündür.  Kəndin  14  məhəlləsinin  hər  birində  belə  sitayiş  edilən  və  hər  biri  pir  hesab 



edilən ağaclar var. Maraqlıdır ki, bu məhəllələrdən ikisində müsəlman azərbaycanlılar yaşayır, lakin 

ay kultu və ona bağlı olan ağac kultu eyni dərəcədə böyük təsirə malikdir. Hər bir ağacın altına daş 

qoyulur  və  həmən  daşın  üzərində  kilsə  şamları  yandırılaraq  dilək  tutulur.  Ayin  əslində  xristian 

kanonları  ilə  bir  araya  sığmasa  da,  bu  zaman  dilək  tutan  şəxs  İsus  Xristos  deməklə,  İsanı 

xatırlatmağı  unutmur.  Başqa  sözlə,  ayin  zamanı  qədim  bütpərəslik  ayin  və  inancları  ilə  Alban 

xristianlığının çulğaşmasını görürük. Yerli əhali ilə aparılan müsahibələr zamanı sitayiş üçün əsas 

obyektin  ağac,  yoxsa  daş  olmasını  müəyyən  etmək  lazım  oldu.  Bu  barədə  verilən  sualın  

cavablarında böyük əksəriyyətlə daşın əsas olduğu göstərilirdi. Burada qeyd etmək yerinəd düşərdi 

ki,  hər bir halda  ay kultu bütpərəstlik  dini təsəvvürlərinin bir formasıdır. Ona görə  də, daşın  daha 

mühüm və ya əsas sitayiş obyekti kimi göstərilməsi aydın məsələdir. 

Ay  kultunun  izi  xristian  udilərdə,  eləcə  də,  qurbankəsmə  adətində  öz  əksini  tapmışdır. 

Strabonun  “Coğrafiyası”nda  ay  tanrıçasına  qurban  vermə  adəti  belə  təsvir  edilir:  “Onlardan 

(albanlardan-  L.A.)  kim  ilahiyə  qovuşduğunu  hiss  edib  meşədə  sərsəri  həyatı  keçirirsə,  kahin  əmr 

edir  ki,  onu  tutsunlar  və  müqəddəs  zəncirlə  bağlayıb  bütün  ili  bolluq  işində  bəsləsinlər,  sonra  isə 

ilahiyə qurban hazırlanan qula ətirli yağlar sürtüb başqaları ilə birlikdə qurban verirlər.” [7, XI,4,7]. 

Bunun  ardınca Strabon  barbar bütpərəst  adətin icrasını təsvir edir və sonda  yazır ki,  cəsədi  lazımi 

yerə  gətirib  onun  üstündən  adlayırlar.  Təbii  ki,  zamanla  bu  amansız  insan  qurbanı  transformasiya 

etmiş və heyvan qurban verilməsi ilə əvəzlənmişdir.  

Ay  tanrıçasına  inamın  izləri  təkcə  ağaca  sitayişlə  bağlı  deyil,  digər  məqamlarda  da  öz 

ifadəsini  tapmışdır.  Məsələn,  Udilər  vəfat  etmiş  adam  haqqında  “Allah  rəhmət  eləsin”  kimi  ifadə 

əvəzinə “Buxajuğun xaş k’anbi”—“Allah onu ay eləsin” deyirlər. Daha sonra, aya and içmə kimi 

adətin  olması  da  diqqət  çəkir.  Belə  ki,  udilər  and  içərkən  “Xaş  axçin”,  yəni  “Ay  hakkı”  deyirlər. 

Yerli  sakinlərin  verdiyi  məlumata  görə,  əvvəllər  udilər  xəmir  yoğurarkən  yanında  ay  şəkli 

qoyurmuşlar.  Şübhəsiz  ki,  bu  bərəkət  gətirən  tanrıçaya  inamın  simvoludur.  Bütün  bunlar  hələ 

Strabonun da qeyd etdiyi ay ilahəsinə dərin sitayişin izləri kimi qalmaqdadır.  

Onu  da  haşiyə  çıxaraq  göstərmək  lazımdır  ki,  udilər  Strabonun  albanlar  haqqında  yazdığı 

daha  bir  adəti  qoruyub  saxlamaqdadırlar.  Belə  ki,  Strabona  görə,  albanlar  ölü  ilə  birlikdə  ona 

məxsus  əşyaları  da  qəbrə  qoyub  dəfn  edirdilər.  Maraqlıdır  ki,  uzun  əsrlərdən  bəri  xristian  olan 

udilər indi də vəfat etmiş şəxsin paltarlarını tabutla yanaşı qəbrə qoyurlar. Ölü təbii ki, xristian adəti 

üzrə  və  onun  qaydalarına  uyğun  tabutda  dəfn  edilir  və  bununla  yanaşı,  ölmüş  şəxsin  paltarları  da 

tabutla  birgə  basdırılır.  Bu  fakt  tərəfimizdən  Qəbələnin  Nic  kəndində  bir  yaşlı  qadının  dəfni  ilə 

bağlı müşahidə edilmişdir. 

Elmi  ədəbiyyatda  Şahdağ  qrupu  xalqları  kimi  adlandırılan  xınalıqlılar,  buduqlar,  qrızlar, 

haputlular  və  ceklər  öz  gündəlik  həyat  və  məişətlərinədə  xeyli  miqdarda  qədim  alban  maddi  və 

mənəvi  mədəniyyətinin  elementlərini  qoruyub  saxlamışlar.  Bu  xalqlar  içərisində  özlərini  kətiş 

adlandıran  xınalıqlır  və  buduqlar  daha  geniş  araşdırılmışlar  [1;  3].  Qeyd  olunan  elmi  ədəbiyyatla 

yanaşı  bu  iki  kənddə  və  Cekdə  apardığımız  etnoqrafik  və  mədəni  antropoloji  tədqiqat  xeyli  yeni 

material  müəyyən  etməyə  imkan  vermişdir.  Quba  rayonunun  Xınalıq,  Buduq  və  Cek  kəndlərində 

yüksək dağlıq ərazi olduğundan ağac bəzi yerlərdə ya bitmir, ya da çox azdır. Buna görə də udilərdə 

geniş  yayılmış  ağac  pirlərə  bu  yerlərdə  rast  gəlinmir.  Lakin  qədim  bütpərəstlik  inancları  ardıcıl 

olaraq  maddi  və  mənəvi  mədəniyyətin  müxtəlif  elementlərində  sanki  daşlaşmışdır.  Qeyd  edim  ki, 

kəndlərin  əhalisi  müsəlman  olmaqla  islamın  müxtəlif  məhzəblərinin  mənsubudurlar.  Belə  ki, 

xınalıqlılar islamın şafii məzhəbinə, digərləri, buduq, qrız və ceklər isə hənəfi məzhəbinə aiddirlər. 

Xüsusən, diqqəti çəkən odur ki, xınalıqlar buduqlarla müqayisədə daha dindar olub Quran oxumağa 

və  islam  dininin  digər  tələblərini  yerinə  yetirməyə  daha  meyllidirlər.  Uzun  əsrlərdən  bəri  islam 

dininə keçid bu xalqlarda qədim inancları tam aradan çıxara bilməmişdir. Bu yerlərdə ay tanrıçasına 

qədim  sitayişin  izləri  topa  bənzər  yumru  daşların  xüsusi  olaraq  yığılıb  saxlanmasında  təzahürünü 

tapır.  Bu    yüksək  dağ  kəndlərində  təbii  amillər  səbəbindən  hələ  də  qədim  ay  tanrıçası  ilə  bağlı 

simvollara sitayiş və inam konservasiya oluna bilmişdir. Xınalıqda XVI  əsrə aid olan və çox vaxt 

Şeyx Şalbuz məscidi kimi qeyd edilən bir abidə mövcuddur. Əslində türbə kimi zamanımıza gəlib 

çatan  bu  abidədə  bir  neçə  yumru  daş  saxlanır  ki,  onların  birinin  üzərində  xüsusi  xətlər  çəkilmiş, 

sanki  qlobusu  xatırladır.  Həmən  daşlar  türbənin  içərisində,  məzarın  yerləşdiyi  hücrədə  pəncərə 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

223

 

 



 

 

önünə qoyulmuşdur. Eyni adət Buduq kəndində də müşahidə edilir. Kəndin Pirə Yusif türbəsində, 



yaxud  Pirəyusif  pirində  çoxsaylı  yumru  daşlar  düzülmüşdür;  onların  bəzisinin  diametri  böyük, 

bəzisi  isə  kiçikdir.  Xınalıqda  hətta  bəzi  evlərin  həyətində,  xüsusi  yerdə  belə  yumru  daşlar 

qoyulmuşdur.  Kəndlərdən  heç  birində  sakinlər  bu  daşların  niyə  türbəyə  qoyulduğu  və  ya  xüsusi 

yerlərdə saxlandığı ilə bağlı suala cavab verən bilmədilər, bunun sadəcə adət olduğunu qeyd etdilər. 

Görünür  ki,  onlar  həmən  inamın  mahiyyətini  unutmuş,  lakin  bir  adət  olaraq  ay  tanrıçasına  kultu 

ifadə edən daşları müsəlman şeyxlərinin türbələrinə yerləşdirmişlər. 

Xristian dini mənsubları olan udilər qədim Alban kilsə adət və ənələrini qoyurub saxlamış və 

onu xristianlıqdan öncəki dini ayin və təsəvvürlərlə qarışdırmişlar. Alban məbədlərinin əksəriyyəti 

qədim  ay  ilahəsi  şərəfinə  tikilmiş  məbədlərin  yerində  tikilmişdir  [4,  s.56].  Bu  da  bir  növ  dini 

inanclarda  ənənənin  davamı  üçün  vəsilə  olmuşdur.  Təbii  ki,  qədim  albanlar  xristianlığı  qəbul 

etməklə  yeni  identiklik  qazanmışlar.  Amma  artıq  qeyd  etdiyimiz  kimi,  maddi  mədəniyyət 

qalıqlarının  tədqiqi  sübut  edir  ki,  xristianlıqla  yanaşı  onlar  bütpərəst  ayinlərini  və  mərasimlərini 

qorumaqdadırlar.  

Maraqlıdır ki, hətta mənsub olduqları xristian dininin müqəddəs kitabı bibliyanı belə unutsalar 

da,  udilər  qədim  dini  təsəvvürlərini  və  bunun  vasitəsilə  də  etnik  kimliklərini  qoruyub  saxlaya 

bilmişlər. Hazırda Udi-Alban kilsəsində yeni əlifba və müasir udi dilində bibliyadan istifadə edilsə 

də, qədim alban əlifbası unudulsa da, əslində bu xalqın öz qədim dilində və qədim alban əlifbasında 

bibliyası olmuşdur. Belə ki, 1996-cı ildə Misirdə, Sinay dağındakı Müqəddəs Katerina kilsəsindən 

gürcü alimi Zaza Aleksidze tərəfindən alban palimpsesti aşkar  edilənədək Qafqaz albanlarının dili 

və  yazısı  çoxsaylı  diskussiyaların  obyekti  olmuşdur.  Alban  palimpsesti  2008-ci  ildə  iki  cilddə 

Z.Aleksidze ilə yanaşı Jan-Pyer Mahe, Josr Gippert və Volfqana Şults tərəfindən portfolio şəklində 

və  orijinal  manuskriptin  rəqəmsal  rəsmləri  ilə  birlikdə  çap  edilmişdir  [8].  Mətnin  dilini  araşdıran 

alimlər onun udi dilinin qədim forması olduğu qənaətinə gəlmişdir. Deşifrə edilən alban yazılarının 

Azərbaycanın qədim sakinləri olan udilərin dili olması faktı əslində ermənilərin bu mövzuda məlum 

siyasi spekulyasiyalarına bir dəfəlik son qoyur. İlk növbədə yazıların deşifrə edilməsi bu baxımdan 

əhəmiyyətlidir  [5,  s.280].  Bu  məsələni  önə  çəkməkdə  məqsədimiz  budur  ki,  qədim  qafqazdilli 

udilərin  törəmələri  olan  udilər  qədim  yazını  və  bibliyanə  qoruya  bilməsələr  də,  əvəzində  qədim 

inanclarını, ayin və mərasimlərini qoruyub saxlaya bilmişlər. 

Beləliklə, araşdırma nəticəsində Azərbaycanın qafqazdilli etnik qruplarından olan udi, xınalıq, 

buduq  və  çeklərdə  qədim  alban  mədəniyyətinin  özünəməxsus  elementləri,  o  cümlədən,  ay 

tanrıçasına  qədim  inamın  izləri  hələ  də  yaşamaqdadır.  Bu  kultun  təzahürü  dini  mənsubiyyətindən 

asılı  olmayaraq  həm  xristian  udilərdə,  həm  də  müsəlman  olan  xınalıq,  buduq,  qrız  və  ceklerdə 

müşahidə edilməkdədir. 

İstifadə olunmuş ədəbiyyat: 

1. Buduqlu-Piriyev V. Buduq və buduqlar. Bakı, Sabah nəşriyyatı, 1994 

2. Dümezil Georges. Kafkaz halkları mitolojisi. Terc. Musa Yaşar Sağlam. Ankara, 2000 

3.  John  M.  Clifton,  Laura  Lucht,  Gabriela  Deckinga,  Janfer  Mak,and  Calvin  Tiessen.  The 

Sociolinguistic Situation of the Khinalug in Azerbaijan. SIL International, 2005 

4. Карахмедова А.А. Христианские памятники Кавказской Албании (Алазанская 

долина). Баку, 1986 

5. Əliyeva L.A. Deşifrə edilmiş alban yazısının Azərbaycan tarixşünaslığı üçün əhəmiyyəti. 

“Tarix və onun problemləri” jurnalı, №4, Bakı, 2012, s.279-281 

6. Потапов Л.П. Умай — божество древних тюрков в свете этнографических данных. 

Тюркологический сборник, 1972. – М.: Наука, 1973. – С. 265-286 

7.  Strabo.  The  Geography.  With  an  English  translation  by  Horace  Leonard  Jones.  London:  

W.Heinemann; Cambridge, Mass.  Harvard University Press, 1960-1970 

8. The Caucasian Albanian Palimpsests of  Mt.Sinai. Edited by J. Gippert, W. Schulze, Zaza 

Aleksidze, J. Mahe. Volume I-II, Brepols n.v. Turnhout. 2008 

9. Türk Mitoloji Ansiklopedisi. Türk Söylence Sözlüğü. Derleyicisi Deniz Karakurt. E-Kitap, 

2012 


10. Tamara M. Green, The City of the Moon God: Religious Traditions of Harran. E.J. Brill, 

Leiden, 1992 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

224

 

 



 

 

Xülasə 



Araşdırma Azərbaycanın qafqazdilli  etnik qruplarından olan udilər, xınalıqlılar, buduqlar və 

ceklərin  maddi  və  mənəvi  mədəniyyətində  qədim  bütpərəst  inancların  müxtəlif  izlərinin 

öyrənilməsinə  həsr  edilmişdir.  Bu  inancların  ən  geniş  yayılmış  təzahürü  Ay  tanrıçasına  sitayişin 

elementləridir.  

Lale Eliyeva 

Summary 


This  paper  dedicated  to  the  examination  of  some  elements  of  ancient  pagan  beliefs  in  the 

material and spiritual culture of Udis, Khinaliqs, Buduqs and Jeks, the Caucasian ethnic groups of 

Azerbaijan.  One  the  widespread  expressions  of  these  beliefs  is  the  existed  elements  of  the  Moon 

Goddess worship.  

 

 

 



 

 

 



 

 

 



Südabə Hüseynova, psixologiya üzrə fəlsəfə doktoru, 

AMEA Fəlsəfə və Hüquq İnstitutu elmi işçi 

sudabe-askerova@rambler.ru 

                                                                    



AZƏRBAYCANDA  MULTİKULTURALİZM VƏ MİLLƏTLƏRARASI  

MÜNASİBƏTLƏRƏ ETNOPSIXOLOJİ  BAXIŞ 

            



Açar sözlər: multikulturalizm, millətlərarası münasibətlər, tolerantlıq, etnopsixologiya 

Key words: multiculturalism, international relations, tolerance, ethnopsychology 

          

Azərbaycan  etnopsixologiyasında  formalaşan  iki  istiqamətin  –  “millətlərarası  münasibətlərin 

etnopsixologiyası”,  “mədəniyyət  və  şəxsiyyət”  istiqamətlərinin  əhəmiyyətini  xüsusi  qeyd  etmək 

lazımdır.  Onlardan  birincisinin  çoxmillətli  respublikamızın  sosial-mənəvi  həyatı  üçün  əhəmiyyəti 

aydındır.  Millətlərarası  münasibətlərin  etnopsixologiyası  sahəsində  tədqiqatların  sistemli  şəkildə 

aparılmasına xüsusi diqqət yetirilməlidir.  

Etnik  psixologiyanın  yaradıcıları  alman  alimləri  M.Latsarus  və  T.Şteyntal  “Xalqların 

psixologiyasına dair ilkin mülahizələr” (1860) adlı əsərində insanın yalnız özünə bənzər canlılarla   

(başqa sözlə, ilk növbədə öz xalqının,  etnosunun nümayəndələri ilə, eləcə də digər insan qrupları 

ilə) qarşılıqlı əlaqədə müəyyən psixoloji keyfiyyətlər kəsb edə biləcəyini göstərmışdir [ 2, s. 33 ]. 

Toxunduğumuz  məsələ  ilə  bağlı  xalqların  və  kütlələrin  psixologiyası  sahəsində  tanınmış 

mütəxəssis  psixoloq  Q.Lebonun  da  fikirləri  maraqlıdır.  Q.Lebon  araşdırmalarında  “irq  ruhu” 

ifadəsindən  istifadə  etmişdir.  O,  “irq  ruhu”na  sabit  bir  kateqoriya  kimi  baxaraq  bütün  ictimai 

hadisələri  “irq  ruhu”nun  müxtəlif  vəziyyətləri  ilə  əlaqələndirirdi.  Q.Lebona  görə  bütün  sosial-

psixoloji hadisələr “irq ruhu”  tərəfindən müəyyənləşdirilir. [ 4, s. 20 ]. 

Etnik  psixologiya  üzrə  görkəmli  mütəxəssis  V.Vundtun  dediyi  kimi  “xalq  ruhu”  ayrıca 

fərddən  asılılığı  olmayan  müstəqil  substansiya  deyil,  adamların  birgə  yaşayışının  və  qarşılıqlı 

əlaqələrinin  məhsulu  olan  psixoloji  hadisələrin  müəyyən  toplumudur.  Onun  fikrincə  “  xalqların 

psixologiyası”nın  başlıca  vəzifəsi  ayri-ayrı  xalqların  mənəvi  simasının  xüsusiyyətlərini  öyrənmək 

deyil,  “xalq  ruhu”nun  məhsulu  olan  dil,  mif  və  adət  kimi  proses  və  hadisələri  öyrənməkdir. 

V.Vundta görə şəxsiyyət müəyyən mədəniyyətə xas olan tipik tərbiyə üsulları vasitəsilə formalaşır. 

Həmin  tipik  tərbiyə  üsulları  etnik  ümumiliyi,  etnik  stereotip  və  yönümləri  də  formalaşdırır.  Belə 

tipik  tərbiyəvi  təsir  sayəsində  Azərbaycan  etnosunda  böyüyə  hörmət,  ailəyə  bağlılıq, 

qonaqpərvərlik, ədalət hissi, başqa millət və xalqlara hörmət və s. kimi müsbət stereotiplər tarixən 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

225

 

 



 

 

formalaşmışdır. Etnosa yaxından bələd olan hər bir ədalətli kənar müşahidəçi bunu etiraf edir. Rus 



səyyahı  və  etnoqrafı  V.L.Veliçkonun  sözlərini  yada  salaq:  “Heç  şübhəsiz,  azərbaycanlıların 

damarlarında  nəciblik  qanı  axır,  onlar  təbiətən  xeyirxah,  mərd,  genişqəlbli  və  alicənabdırlar.  Elə 

buna  görə  də  bizim  etnosla  respublikada  mövcud  olan  müxtəlif  etnik  qurumların  əksəriyyəti 

arasında daima mehriban münasibətlər və qarşılıqlı anlaşma mövcud olmuşdur [ 1, s. 34 ]. 

Azərbaycan  çoxmillətli,  qonaqpərvər  bir  diyardır.  Burada  tarixən  birgə  yaşayan  xalqlar, 

toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, 

sıxılmadan  yaşayıb,  yaşayır  və  mədəniyyətlərini  yaşadırlar.  Bu  gün  ölkəmizdə  başqa  xalqların 

nümayəndələri öz ana dillərində təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey 

münasibətlə  üzləşmədən  müxtəlif  sahələrdə  öz  töhfələrini  verirlər.  Məzmunca  multikulturalizm 

ənənələri  Azərbaycanda  əsrlər  boyu  həmişə  mövcud  olub.  Bu  da  onu  deməyə  əsas  verir  ki, 

Azərbaycan  multikulturalizmin  əsas  məkanlarından  biridir.  Azərbaycanda  multikulturalizm 

problemi  filosofların,  mədəniyyətşünasların,  politoloqların,  sosioloqların,  psixoloqların  və 

digərlərinin diqqət mərkəzindədir. 

Multikulturalizm  ingilis  dilindən  hərfi  tərcümədən   çox  mədəniyyətlilik  (multi-çox,  culture-

mədəniyyət)  anlamına gəlir. Çox mədəniyyətlilik  dedikdə  isə, ilk növbədə  etnik, irqi,  dini-mədəni 

müxtəlifliklər və dəyərlər nəzərdə tutulur. Bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti 

təyin  edən  sözdür.  O,  ayrıca  götürülmüş  ölkədə  və  bütövlükdə  dünyada müxtəlif  millətlərə  və 

məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, 

azsaylı  xalqların,  dövlətlərin  milli  mədəniyyətinə  inteqrasiyasına  yönəldilmişdir.  Multikulturalizm 

eyni  bir  ölkədə  yaşayan  müxtəlif  xalqların  nümayəndələrinin  mədəniyyət  hüquqlarını  tanıyan 

humanist  dünyagörüşü  olan  siyasətdir.  Multikulturalizm  çoxsaylı  mədəni  birliklərin  bir  sosial 

məkanda  heç  bir  münaqişəyə  yol  verilmədən,  dinc  yanaşı  yaşamaq  nəzəriyyəsini  və  praktikasını 

birləşdirir. Elmi ədəbiyyatda verilən məlumata görə, multikulturalizm anlayışı çox da qədim tarixə 

malik deyil. Multikulturalizm  termini ötən əsrin 60-cı illərində Kanadada meydana gəlmiş və rəsmi 

olaraq  1971-ci  ildə  qəbul  edilmişdir. Termindən  vahid  mədəni  məkanı  ifadə  etmək  üçün  istifadə 

edilir.  Multikulturalizm  mədəniyyətlərin  assimilyasiya  (birləşmə)  olmadan  inteqrasiyasını 

(qovuşma)  təklif  edir.  Ötən  əsr  boyunca  assimilyasiya  Avropanın  bir  çox  dövlətləri  tərəfindən 

gəlmə (imiqrant) mədəniyyətlərə münasibətdə istifadə edilən strategiya kimi bir çox hallarda özünü 

doğrultmadı [ 3 ]. 

Multikulturalizmin  xarakterik  xüsusiyyəti  tolerantlıqdır  (dözümlülükdür)  Multikulturalizmin 

əsasını  tolerantlıq,  qanunlara,  bir-birinin  azadlığına  hörmət  hissi  təşkil  edir.  Humanist  və 

demokratik  nəzəriyyə,  yaxud  ideologiya  olaraq  multikulturalizm  tolerantlığın  təcəssümüdür  ki, 

onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı 

anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Millətlərarası münasibətlər, 

multikulturalizm  və  dini  münasibətlər  bir-biri  ilə  sıx,  vəhdətdə  olan  istiqamətlərdir  və  onlardan 

birini  digərlərindən  ayrı  şəkildə  öyrənmək  mümkün  deyil.  Onu  da  bilmək  vacibdir  ki, 

multikulturalizm dünyanın eybəcərliyi  yox, onun sərvətidir. Qloballaşma dövründə xalqların  dinc 

şəkildə  yan-yana  yaşaması  ümumi  dəyərlərə  və  səylərə  söykənən  daimi  və  konstruktiv 

mədəniyyətlərarası dialoq deməkdir [ 5, s. 18 ]. 

Azərbaycanda 

multikulturalizmin  inkişaf  dinamikası  xalqın  özünün  tolerantlığı, 

demokratikliyi,  açıqlığı  ilə  bağlı  amildir.  Azərbaycan  çoxmillətli,  çoxdilli,  multikultural, 

demokratik  vətəndaş  cəmiyyəti  qurucu  ölkə  kimi  tanınmışdır.  Ölkəmizdə  yaşayan  eyni  bir  doğma 

ailə kimi tarixi gerçəklik, genetik-etnik yaddaş və qarşılıqlı münasibətlərin ötürücüsü olan müxtəlif 

xalqlar:  talış,  ləzgi,  avar,  kürd,  tatar,  udin,  tat  və  başqaları  da  özünü  azərbaycanlı  adlandırır. 

Azərbaycanda yaşayan müxtəlif xalqların mənəvi yaddaşı tarixi inkişaf mərhələsində zərdüştlükdən 

üzübəri  dünyanın  bütün  əsas  dinlərinin  ən  ülvi,  bəşəri  dəyərləri  ilə  zənginləşərək,  mədəniyyət  və 

mənəviyyatın çoxsaylı cəhətlərini özündə miras saxlamışdır.  

Azərbaycan  nadir  ölkələrdən  biridir  ki,  eyni  zamanda,  həm  İslam  Əməkdaşlıq  Təşkilatının, 

həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. İslam bizim müqəddəs 

dinimizdir və biz öz dinimizə, ənənələrimizə, köklərimizə böyük hörmətlə yanaşırıq. Dünyanın  ən 

qədim  məscidlərindən  biri  olan,  743-cü  ildə  tikilmiş  məscid  Azərbaycanın  Şamaxı  şəhərində 

yerləşir.  Dünyanın  ən  qədim  kilsələrindən  biri  olan  Qafqaz  Alban  kilsəsi  Azərbaycanın  digər 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

226

 

 



 

 

çoxəsrlik  tarixə  malik  Şəki  şəhərinin  yaxınlığında  yerləşir.  Pravoslav  və  katolik  kilsələri, 



sinaqoqlar, atəşpərəstlər məbədi - bütün bunlar Azərbaycanın mədəni irsinin tərkib hissəsidir. 2003-

cü  il  martın  9-da  Bakıda  yeni  yəhudi  Sinaqoqu  açıldı.  Azərbaycan  əhalisinin  96  faizini 

müsəlmanlar,  qalanı  isə  xristian,  yəhudi  və  digər  dinlərin  nümayəndələri  təşkil  edir. 

Respublikamızda 600-ə yaxın dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Misal üçün, 

bütün  dünyada  dağ  yəhudilərinin  yığcam  halda  yaşadığı  yeganə  yaşayış  məntəqəsi  Azərbaycanın 

Quba rayonundakı Qırmızı qəsəbədir [ 3 ].   

Millətlərarası,  multikulturalizm  və  dini  məsələlər  üzrə  Dövlət  müşaviri,  akademik  Kamal 

Abdullanın fikrincə, Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün 

bütün  zəruri  siyasi  və  sosial  şərait  yaradılıb:  “Azərbaycanda  müxtəlif  millətlərin,  dinlərin  və 

mədəniyyətlərin  nümayəndələrinin  sərbəst  yaşamaları  üçün  bütün  zəruri  şərait  yaradılıb.  Müasir 

Azərbaycanda  multikulturalizmin  möhkəmləndirilməsi  və  saxlanmasında  Azərbaycan  xalqının 

ümummilli lideri Heydər Əliyev xüsusi rol oynayıb.  Bu siyasət  Prezident İlham Əliyev tərəfindən 

uğurla davam etdirilir” [ 3 ]. 

Azərbaycanda  siyasi  multikulturalizmin  banisi  Heydər  Əliyevdir.  Ümummilli  lider  bu 

məsələni  ölkədə  demokratiyanın  ayrılmaz  hissəsi  hesab  edirdi.  Heydər  Əliyev  ilk  dəfə  olaraq 

multikulturalizmi  azərbaycançılıq  ideyasının  tərkib  hissəsi  kimi  təqdim  etdi  və  Azərbaycanın 

çoxmədəniyyətlilik  ənənəsini  inkişaf  etdirib  onu  keyfiyyətcə  yeni  müstəviyə  keçirdi.  “Dinindən, 

dilindən,  irqindən  asılı  olmayaraq  Azərbaycanın  bütün  vətəndaşları  eyni  hüquqlara  malikdirlər  və 

bu  hüquqlar  qorunmalıdır.  Azərbaycan  əhalisinin  çoxmilli  tərkibi  bizim  sərvətimizdir, 

üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq” [ 6 ].  

Multikulturalizm siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də 

uğurla  inkişaf  etdirilir.  Ölkəmizdəki  tolerantlıq  mühitinin  əsasında  duran  mühüm  amillərdən 

danışarkən, ilk növbədə siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd etmək vacibdir. Ölkə başçısı 

müxtəlif  tədbirlərdə,  irimiqyaslı  beynəlxalq  toplantılarda  çıxışı  zamanı  mütləq  multikulturalizm 

məsələsinə yer ayırır və bunun vacibliyini vurğulayır. Təsadüfi deyil ki, dövlət başçısının qərarı ilə 

2014-cü 


il  fevralın  28-də  Azərbaycanda  Azərbaycan  Respublikasının  millətlərarası, 

multikulturalizm  və  dini məsələlər üzrə Dövlət  müşavirliyi  təsis edildi.  15 may 2014-cü  ildə Bakı 

Beynəlxalq  Multikulturalizm  Mərkəzi  yaradıldı.  Azərbaycanda  multikulturalizm  atmosferinin 

saxlanması üçün ölkə rəhbərliyi beynəlxalq təşkilatlarla, o cümlədən BMT, ATƏT, İƏT və Aİ ilə 

sıx əməkdaşlıq edir [3]. 

Ölkə  prezidenti  İlham  Əliyev  çıxışlarından  birində  bildirib  ki,  multikulturalizm  ölkəmizin 

ayrılmaz parçasına dönüb: “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu gün 

Azərbaycan  artıq  dünyada  tanınmış  multikulturalizm  mərkəzlərindən  biridir.  Biz  diqqəti  ona  görə 

bu məsələlər üzərində cəmləşdiririk ki, bu mövzuya yanaşmalar müxtəlifdir. Təəssüf ki, belə fikirlər 

də var ki, bəzi ölkələrdə multikulturalizm iflasa uğrayıb, özünü doğrultmayıb. Bunlar çox narahatlıq 

doğuran  bəyanatlar,  tendensiyalardır.  Əgər  bu,  həqiqətən,  belədirsə,  onda  bu,  ciddi  müzakirə 

mövzusudur. Azərbaycanda isə belə hesab edirəm ki, biz öz siyasətimizlə də, cəmiyyətin durumu ilə 

də  sübut  edirik  ki,  elə  deyil,  multikulturalizm  yaşayır.  O  yaşayır,  möhkəmlənir,  dərin  köklərə 

malikdir və gələcəkdə bəşəriyyətin inkişafının yeganə yoludur” [ 6 ]. 

Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan 

edilməsi  haqqında  sərəncam  imzalayıb.  Sərəncamda  qeyd  olunur  ki,  tarixi  İpək  yolunda  yerləşən 

Azərbaycan  müxtəlif  sivilizasiyaların  qovuşduğu  məkan  olaraq,  əsrlər  boyu  milli-mədəni 

rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, 

əmin-amanlıq,  qarşılıqlı  anlaşma  və  dialoq  şəraitində  yaşadığı  diyar  kimi  tanınıb.  Ölkəmizdə 

multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm 

Mərkəzinin  yaradılması  müasir  dövrdə  respublikada  gerçəkləşdirilən  siyasətin  tolerantlıq 

prinsiplərinə  bu  gün  də  sadiq  qalmasının  bariz  nümunəsidir.  Birləşmiş  Millətlər  Təşkilatının 

Sivilizasiyalar  Alyansının  7-ci  Qlobal  Forumunun  2016-cı  ildə  Bakı  şəhərində  keçirilməsi  barədə 

qərar  qəbul  edilməsi  dünya  ölkələrinin  Azərbaycandakı  multikultural  mühitə  olan  münasibətinin 

real  ifadəsidir.  Bu  baxımdan  Azərbaycan  Prezidenti  İlham  Əliyev  Bakıda  “XXI  əsr:  ümidlər  və 

çağırışlar”  devizi  ilə  keçirilən  Beynəlxalq  Humanitar  Forumda  dediyi  kimi:  “Öz  dininə  hörmət 



 

Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin