“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
227
başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları
birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır” [6].
Heydər Əliyev Fondu da multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq miqyasda
təbliğinə böyük töhfələr bəxş edir. Parisdə keçirilən “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq
mədəniyyəti” mövzusunda çıxış edən Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini bildirib.
Mehriban xanım Əliyeva Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada
katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və
Fransanın digər regionlarındakı kilsələrin təmirində Fondun yaxından iştirak etdiyini vurğulayıb
[6].
Burada fikrimizi ölkənin Birinci Xanımı Mehriban Əliyevanın sözləri ilə əsaslandıraq: “Öz
mədəniyyətinə, öz tarixinə, öz ənənələrinə, öz əməllərinə hörmətlə yanaşan xalq, gərək eyni şəkildə
fərqli mədəniyyətlərə də, fərqli tarixə də hörmətlə yanaşsın”.
ƏDƏBİYYAT
1.Bayramov. Ə.S. Etnik psixologiya. Bakı: Renessans, 2001, s.374
2. Bayramov. Ə.S. Etnik psixologiya və millətlərarası münasibətlər. // Gənclik, Bakı, H:1,
1991
3. http://bilikfondu.gov.az/
4. Qustav. L. Xalqların və kütlənin psixologiyası. Bakı, 2015
5. Канарш Г. Ю. Философские теории мультикультурализма // Знание. Понимание.
Умение. 2011.
6.http://www.president.az/
Sudabe Huseynova
ANALYSIS OF ETHNIC-PSYCHOLOGICAL MULTICULTIRALISM AND INTER-
ETHNIC RELATIONS IN AZERBAIJAN
SUMMARY
The article ethno-psychological analysis on different issues of international relations, and
many scientists are considered opinions related to the analysis of these issues. At the same time,
explains the concept of multiculturalism as a political position, is being investigated.
Multiculturalism, tolerance, respect for the law, says that the foundation of freedom is. Stages of
development and strengthening of the traditions of multiculturalism in Azerbaijan are analyzed.
Gülrux Sənhan qızı Həsənova, filologiya üzrə fəlsəfə doktoru
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Sosiolinqvistika və dil siyasəti şöbəsinin böyük elmi işçisi,
cool.gulrux@mail.ru
AZƏRBAYCAN VƏ RUS DİLLƏRİNDƏ İŞLƏNƏN ATALAR SÖZLƏRİ VƏ
MƏSƏLLƏRDƏ MULTİKULTURAL DƏYƏRLƏR VƏ TOLERANTLIĞIN
TƏZAHÜRLƏRİ
Açar sözlər: atalar sözü, multikulturalizm, tolerantıq, millət, din, mədəniyyət.
Key words: proverb, multicultural, tolerant, nationality, religion, culture
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
228
Xalq hikmətinin daşıyıcısı olan atalar sözləri və zərb-məsəllər yığcam, obrazlı, dərin mənalı,
tutarlı nitqin nümunəsidir. Atalar sözləri frazeoloji vahidlər sırasına daxildir. Min illərin təcrübəsi,
əsl sənət nümunələri olan atalar sözləri yalnız xəlqi zəmində yarana bildiyinə görə dilçiliyin
tədqiqat obyekti olmadan da sevilir.
Atalar sözləri haqqında V.A.Qordlevskinin çox dəyərli fikirləri vardır. O göstərir ki, “…xalq
müdrikliyinin rəmzi olan bu ifadələr ana südü ilə birlikdə qana daxil olur, həyatın hansı sahəsindən
söhbət gedirsə getsin, onlardan daima istifadə edilir. Milliyyətindən, irqindən asılı olmayaraq
istənilən xalqın nümayəndələri üçün atalar sözləri babalardan qalma ən qiymətli irs, xəzinədir,
slavyan xalqlarında «Bibliya», türk xalqlarında «Quran» necə müqəddəsdirsə, atalar sözü də eləcə
müqəddəsdir” (1, s.25).
Atalar sözləri xalq ədəbiyyatının ən qüvvətli və zəngin janrlarından biridir. Atalar sözlərinin
mənşəyi, yəni bu birləşmələrin ilk dəfə kimin tərəfindən və nə zaman deyildiyi konkret olaraq
məlum olmasa da, hər bir atalar sözünün müəyyən bir hadisə nəticəsində yarandığı aydındır: Ehtiyat
igidin yaraşığıdır – Опасенье – половина спасения; və ya : Береженного и Бог бережет ; El
ağzı – çuval ağzı; Люди божьи собаки – брешут; Düz yolun yolçusu azmaz – Правда прямо
идет, а с нею не разминешься və s.
A.Rivarol atalar sözləri haqqında yazır: “atalar sözləri, hər bir millətin təcrübəsinin sınağıdır;
əsrlərin formul halına gətirilmiş ağıl xəzinəsidir” (2, s.42).
Xalq danışıq dilindən qaynaqlanan və təkrarolunmaz milli koloritə malik atalar sözləri ayrı-
ayrı leksik vahıdlərin poetik-ekspressiv ekvivalenti kimi çıxış edərək müxtəlif zaman kəsiklərində
bütöv bir mətnin aparıcı dayağına çevrilə bilmişdir. Atalar sözlərində xalqın həyat və məişəti,
təbiətin canlı mənzərəsi, insan qəlbinin çırpıntıları və fikirlərinin dinamikası, milli psixologiyası əks
olunur, hər bir xalqın milli həyat tərzinin şərhinə xidmət edir. Atalar sözləri bədii mühitin tələbinə
uyğunlaşaraq öz məna və formasını dəyişə bilir. O da inkaredilməz həqiqətdir ki, hər bir xalqın
dilindəki atalar sözlərinin zənginliyi o xalqın dil zənginliyindən irəli gəlir. Atalar sözü müəyyən
ibrətamiz fikirləri bir məfhum kimi qısa, obrazlı və bitkin şəkildə ifadə edir. Fikrimizi nümunələrlə
dəqiqləşdirək:
Ayağını isti tut, başını sərin, yeməyə fikir ver, düşünmə dərin – Bu atalar sözünün rus dilində
qarşılığı belədir: Держи голову в холоде, живот в голоде, а ноги в тепле”; Azacıq aşım,
ağrımaz başım – Лучше хлеб с водою, чем пирог с бедою; Bəla gələndə «gəlirəm” deməz – Беда
приспела, наперед не сказалась; Axırda gülən yaxşı gülər – Хорошо смеется тот, кто смеется
последним.
Göründüyü kimi, Azərbaycan və rus dillərindən gətirilən nümunələrdə əsrlərin sınağından
keçmiş, milli koloritlə yoğrulmuş, ağızdan-ağıza düşmüş, tərbiyə, əxlaq, mədəniyyət qanunları və
hikmətlər mayası olan atalar sözlərində yiğcam və lakonik fikir, məntiqi məna hakimdir.
“Azərbaycan müxtəlif xalqların dinc dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri
birgə bölüşdüyü məkandır. Bu məkanı qədim Qafqaz albanlarının bugünkü varisləri olan udilər,
avarlar, ləzgilər, habelə yəhudilər, talışlar, kürdlər, yaxın keçmişdə almanlar öz ortaq vətənlərinə
çevirə biliblər. Bir kənd qədər sakini olan, dili və etnik kimliyi bu kənddən başqa heç bir yerdə
təmsil olunmayan xınalıqlılar, ceklilər də Azərbaycana məxsusdur. Bütün bu xalqların dil və
mədəni zənginliklərini Azərbaycan dövləti öz zənginliyi, öz gücü sayır” (3, s. 296-299).
Bu, doğrudan da belədir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da müxtəlif xalqlar
qədim zamanlarda tayfa qəbilə halında bir-biri ilə qarşılıqlı anlaşma və qonşuluq şəraitində çox
rahat şəkildə yaşamışlar. Hazırkı dövrdə də belədir. Milli azlıqların nümayəndələri indi də
Azərbaycanda qarşılıqlı dostluq şəraitində yaşamağa davam edirlər.
Təbii ki, əsrlər boyu hər bir xalqın müxtəlif problemləri, sözsüz ki, olmuşdur. Hər hansı milli
və ya dini icmanın problemi təkcə onun deyil, hamının problemi olmuş, hamını düşündürmüşdür.
Yəni, bütövlükdə Azərbaycan vətəndaşları hər zaman bu istiqamətdə onlara mənəvi, intellektual
ehtiyaclarının ödənilməsində yardım etmişlər. Bu, onu göstərir ki, hazırda multikulturalizm adlanan
çoxmədəniyyətliliyin ilkin kökləri Azərbaycanda tarixin çox qədim dövrlərinə gedib çıxır və bu gün
də ondan qidalanır. Multikulturalizmin Azərbaycanda tarixən varlığını, daima bərqərar olmasını
nəzərə alaraq Azərbaycan Prezidenti cənab İ.Əliyev qeyd edir ki, “Multikulturalizm ənənələri
Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb. Lakin mahiyyət
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
229
dəyişməyib” (4).
Respublika Prezidentininin Millətlərarası multikulturalizm və dini işlər üzrə dövlət müşaviri,
akademik K.Abdullayev bu münasibətlə söyləmişdir: “... multikulturalizmin iflasa uğradığı başqa
ölkələrdən fərqli olaraq, Azərbaycan bu sahədə böyük məharətlə qarşıya çıxan çətinliklərin
öhdəsindən ustalıqla gəlmiş və məğlub olmamağı bacarmışdır” (5).
Yeri gəlmişkən onu da deyək ki, multikulturalizm ilkin və sonrakı mərhələlərə ayrılmaqla bir-
birindən seçilir. Bu baxımdan multikulturalizmin bir ölkədəki iflasının və başqa bir ölkədəki
təntənəsinin sirrini, mahiyyətini öyrənə, analiz edə bilərik.
İlkin müxtəliflik Azərbaycan ərazisində özünü göstərən əsas və nadir xüsusiyyətdir. Bu
xüsusiyyət sonrakı müxtəliflikdən kəskin surətdə fərqlənir. Bu səbəbdən də bir sıra Qərb ölkələ-
rində: Fransada, İngiltərədə, Almaniyada və s. yerlərdə multikulturalizm iflasa uğramasına
baxmayaraq, Azərbaycanda dövlət siyasəti kimi ortaya çıxmış və böyük uğurlar qazanmışdır.
Azərbaycan Respublikasının ilk dövrlərində Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu
inkişafı üçün multikulturalizmi ideoloji hədəf seçdi və onu keyfiyyətcə yeni müstəviyə keçirdi. Bu
müstəvi – siyasət müstəvisi idi. Əsası Ümummilli Lider H.Əliyev tərəfindən qoyulmuş
multikulturalizm siyasəti Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Hal-hazırda multikulturalizm xalqımızın həyat tərzinə çevrilmişdir və get-gedə inkişaf edərək
möhkəmlənir.
Multikulturalizm termininin tolerantlıqla yanaşı işlənməsi heç də təsadüfi deyil. Tolerantlıq
insanlıqdır, – desək, yanılmarıq. Ölkəmizdə qonşuluq şəraitində yaşayan xalqların bir-birinə
əsrlərdən bəri insanca davranması, bir-birinin mədəniyyətinə, inkişaf tarixinə hörmət və ehtiram
hissi ilə yanaşması, milli dəyərlərinə dəyər verərək qiymətləndirməsi tolerantlığın ən bariz
nümunəsidir. Bu münasibətlə Ulu Öndər H.Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı
birləşdirsə, bir o qədər zəngin olur. Çünki onların hər biri ümumdünya mədəniyyətinə və
sivilizasiyasına öz töhfəsini verir” (6).
Bu gün Azərbaycanda yaşayan hər bir kəsin milli kimliyi, onun bu gün özünü azərbaycanlı
kimi hiss etməsinə mane olmur. Hər bir xalqın nümayəndəsi öz ana dilində sərbəst danışa və yaza
bilir, öz mədəni ehtiyaclarını ödəyə bilir. Azərbaycanın Konstitusiyasının “Milli mənsubiyyət
hüququ” adlı 44-cü maddəsində göstərilir: “Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq
hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz (7). Azərbaycanda
yaşayan müxtəlif xalqların nümayəndələrini bu gün siyasətdə, təhsildə, idmanda, mənəvi həyatda,
bir sözlə, Azərbaycanın ictimai-siyası həyatının bütün sahələrdə görmək mümkündür.
Atalar sözlərində dostluğa və qardaşlığa aid min illərdən bəri yaranan, mühafizə olunan fikir
yığcamlığı aşağıdakı atalar sözlərində sərrast şəkildə ifadə edilmişdir:
Adamın dostu dar gündə bəlli olar – Друзья познаются в несчастии; Adamın ürəyindəkini
bilmək olmaz – Чужая душа темный лес; Alış-veriş misqalla, dostluq xalvarla – Дружба
дружбой, а денежкам счет, və ya : Птицу видно по перьям, сокола по полету; Dost gəlişi
bayram olar – Не приесться хороший кусок, не прискучит хороший дружок; Dostla su iç,
düşmənlə bal yeməyə oturma - С другом и воду выпьешь лучше меду
İnsanlar arasına nifaq salmaq istəyənlərə atalar sözləri belə ünvanlanmışdır:
Ara sözü ev yıxar – И в напраслине, что в деле, люди погибают; Əyri yolun axırı
görünməz – По кривой дороге вперед не видать; Əlinin xəmiri ilə xalqin işinə qarışma – С
суконным рылом в калачный ряд не суйся; Əqrəbin çalmağı deyil ədavət, zatındadır onun belə
bir adət – Скорпион кусает, а за что не знает; Eli olmayanın dili də olmaz – Человек без
родины, что соловей без песни; Qarı düşmən dost olmaz, yedirtsən yağı, balı – Замшелая
вражда не покидает душу və sair.
Dünyaya inteqrasiya edən Azərbaycan xalqı (milli azlıqlar da daxil olmaqla) müxtəlif
ölkələrlə qarşılıqlı əlaqələrin qurulması, möhkəmləndirilməsi işində maraqlı layihələrin
reallaşdırılmasına, ünsiyyətin səmimi münasibətlərə söykənən qırılmaz dostluq körpüsünün
qurulmasına nail ola bilmişdir. Bu sahədə dövlətimizin, Respublika Prezidentinin, eləcə də,
bütövlükdə Azərbaycan xalqının milli azlıqlara göstərdiyi tolerant münasibət təqdirəlayiqdir.
Multikultural dəyərlərin Respublikada yaşayan bütün xalqlar arasında lazımi səviyyədə dərk
edilməsi, bu sahədə icmalar arasında görülən işlərdə Multikulturalizm və dini işlər üzrə Prezidentin
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
230
müşaviri akademik K.Abdullayevin nail olduğu uğurlar da sevindiricidir.
Milli tərkibcə multikultural bir ölkə olan Azərbaycanda azərbaycanlılarla yanaşı ləzgilər
(2,0%), talışlar (1,3%), avarlar (0,6%), tatlar (0,3%), saxurlar (0,1%), kürdlər (0,1%), qrızlar
(0,04%), udinlər (0,04%) və eləcə də, bir sıra xalqların nümayəndələri (ruslar, gürcülər, tatarlar,
ukraynalılar) yaşayırlar.
Azərbaycanlılar qədim zamanlardan bu günümüzə qədər ərazi cəhətdən qonşu olduğu
xalqların inkişaf tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə daim hörmətlə yanaşaraq onları
öyrənmiş və öz xalqının sosial-tarixi inkişafından ayrı şəkildə götürməmişdir. Uşaqdan böyüyə
qədər hər bir azərbaycanlı özünün gündəlik həyat tərzində və fəaliyyətində millətlərarası
ünsiyyətdən faydalanmışdır. Bu isə hər bir xalqın özünü digər xalqlardan üstün tutaraq öyməsi,
başqa xalqların milli dəyərlərinin aşağılanması, hər hansı bir xalqın (etnosun) digərləri üzərində
üstünlüyü və milli müstəsnalıq seçkinliyini göstərən ideya “xəstəliyi”nin və s. bu kimi neqativ
halların qarşısının alınmasında yardımçı olan əsas faktorlardandır.
Düşünürük ki, hər bir xalqın nümayəndəsi digər xalqların şərəf və ləyaqətinə hörmət hisslərini
öz övladlarına və gələcək nəsillərə aşılamaqla, gələcəkdə də xalqlar arasında multikultural
dəyərlərin qorunmasının təminatçısı olmalıdır. Əsas məsələ insanın hansı millətə mənsub olmasında
yox, necə insan olmasındadır. Əlbəttə ki, bu, belədir. Bunu təkcə xalqımızın həyat tərzi göstərmir;
əsrlər boyu bu günümüzə qədər xalqın yaratdığı deyimlər və atalar sözlərində qorunan müdrik
kəlamlar da bunun bariz nümunəsidir. Müxtəlif xalqların atalar sözləri dünyası onların həyat
ensiklopediyasıdır və xalq müdrikliyininin bu qatı qədər insanın etno-kulturoloji mahiyyətini açan
ikinci bir mənbə yoxdur, desək səhv etmərik.
Atalar sözləri çoxmədəniyyətli hər bir xalqın varlığına o qədər nüfuz etmişdir ki, onlarda real
həyat gerçəklikləri, ictimai özünüdərk, milli xarakter spesifikliyi, həyat tərzi, adət-ənənələr, əxlaqi-
nəcib keyfiyyətlər, milli dəyərlər sistemi və s. bu kimi məsələlər haqqında hərtərəfli məlumat
tapmaq olar: Qаpıya gələni qovmazlar – Гость не кость, за дверь не выкинешь; Qardaş da dost
olsa yaxşıdır – Друг и брат – великое дело: не скоро добудешь; Qəribliyi görməyən vətən qədrini
bilməz – Кто на чужой стране не бывал, тот горя не видал; Qırx dayəsi olan uşaq ac qalar –
Заняньченное дитя всегда дурак, засиженное яйцо всегда болтун; Qışda buz almaq olmaz – У
него средь зиму льду взаймы не выпросишь; Qışın işini yayda gör, yayın işini qışda – Готовь
сани летом, телегу зимой; Qocalıq gəldi-getməzdir, cavanlıq getdi-gəlməz – Молодости не
воротить, а старости не избыть; Qocaya hörmət elə, sən də qocalarsan – Уважай старика,
сам стар будешь; Qonağa “çörək yeyirsən?” deməzlər – Не спрашивают, чей да кто и
откуда, а садись обедать; Qonağa görə süfrə açarlar – Каков гость, таково ему угощение;
Qonaq bərəkət gətirər – Гость в дом, а Бог в доме; Qonaqsız ev susuz dəyirmandır – Без гостей
дом содом, без детей могила və s.
Atalar sözləri xalqların tolerantlığa tuşlanan insanlıq mənəviyyatının daim təkmilləşdirilməsi,
onlar arasında həmrəyliyin mövcud olması işlərinə rəvac verməklə insanları daha çox xeyir işlər
görməyə səsləyir: İnsaf dinin yarısıdır – Совесть половина веры, а может и вся; Göz
baxmaqdan doymaz, ağıl öyrənməkdən – Не насытится око зрением, а ум богатством;
İstədiyin kimi yox, bacardığın kimi yaşa – Не живи как хочется, а живи как можется; İsraf
haramdır –Мотовство грех; İnsan insana lazım olar – В поле пщеница годом родится, а
добрый человек всегда годится; Dediyindən dönərsən, el dönər səndən – Дав обещание, не
оступайся; Dini olmayanın imanı olmaz – Без веры господь не избавит, без правды Господь не
исправит; Yüz namərd bir mərdi əvəz edə bilməz – Сто малодушных не заменят одного
мужественного və s.
Atalar sözləri özünün dərin və yığcam fəlsəfi-bədiiliyi sayəsində bütün zaman kəsiklərində və
çox təəssüflər olsun ki, mənəvi dəyərlərin eroziyaya məruz qaldığı bu günümüzdə də müxtəlif milli
mənsubiyyətə malik insanların qarşılaşdığı əxlaqi-mənəvi məsələlərin həllində yardımçı olmaqla
kifayətlənmir; əxlaqi normalara riayət etməkdə, Xeyir və Şərin mübarizəsində mayak rolunu
oynayır. Atalar sözləri milliyyətindən asılı olmayaraq bu günümüzdə də bütün insanların riayət et-
məli olduğu özünəməxsus etik-əxlaqi normalar kodeksi olmaqda davam edir.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
231
ƏDƏBİYYAT:
1.
Гордлевский В.А. Из истории османской пословицы и поговорки. «Избранные
сочинения», т.2. М.,1961, c. 25.
2.
Rivarol A. Türk Atasözleri ve Deyimleri, İstanbul, 1991, s.42..-128 s.
3.
Orucova Ş.Ə. Multikulturalizm dövlət siyasəti – Bakı Slavyan Universiteti“Ulu Öndər
Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” adlı Beynəlxalq Konfransın materialları.
Bakı, 3-5 may, 2016-cı il.
4.
http://www.yap.org.az Prezident İ.Əliyev: “Multukulturalizm ənənələri Azərbaycanda
əsrlər boyu həmişə mövcud olub.
5.
news@trend.az. “K.Abdullayevin dini icmalarla görüşündəki nitqi”ndən. 1 aprel, 2016-cı
il.
6.
http://www.heydar-aliyev-foundation.org/az.
7.
www.google/az. Azərbaycan Respublikasının Konstitusiya qanunları.
8. Həmidov İ. H. Azərbaycanca - rusca atalar sözləri lüğəti, Bakı, “Təhsil” 2004, 285 s.
9. Tahirbəyov B., Hüseynzadə Ə. Müxtəsər rusca-azərbaycanca atalar sözü lüğəti, Bakı,
“Maarif”, 1983, 405 s.
10. Paşayev Q. İraq – Kərkük atalar sözləri, Bakı, “Yazıçı”, 1978, 76 s.
Xülasə
Məqalə Azərbaycan və rus dillərində işlənən atalar sözləri və zərb məsəllərdə multikultural
dəyərlərin ifadəsi məsələsinə həsr olunmuşdur. Atalar sözləri və məsəllər xalq müdrikliyinin
daşıyıcısıdır. Frazeoloji birləşmələrin bu növü Azərbaycan dilçiliyində ilk dəfə olaraq
sosiolinqvistik aspektdən tədqiq olunur. Məqalədə ayrı-ayrı frazeoloji vahidlərin poetik-ekspressiv
və linqvo-psixoloji ekvivalentləri qarşılaşdırılır.
Gyulruh Sanan gizi Hasanova
DISPLAY MULTICULTURAL VALUES AND TOLERANCE THE PROVERBS
AZERBAIJANI AND RUSSIAN LANGUAGE
Summary
Məqalə Azərbaycan və rus dillərində işlənən atalar sözləri və zərb məsəllərdə multikultural
dəyərlərin ifadəsi məsələsinə həsr olunmuşdur. Atalar sözləri və məsəllər xalq müdrikliyinin
daşıyıcısıdır. Frazeoloji birləşmələrin bu növü Azərbaycan dilçiliyində ilk dəfə olaraq
sosiolinqvistik aspektdən tədqiq olunur. Məqalədə ayrı-ayrı frazeoloji vahidlərin poetik-ekspressiv
və linqvo-psixoloji ekvivalentləri qarşılaşdırılır.
Ayşən Zərbəliyeva Mahmud qızı
Bakı Slavyan Universiteti, müəllim
resad.sahpelengov.89@mail.ru
AZƏRBAYCAN TOLERANTLIĞI VƏ MULTİKULTURALİZMİ TƏHSİL
PROSESİNDƏ
Açar söz: etnik qruplar, təhsil siyasəti, tolerant şəxsiyyət, multikulturalizm siyasəti, təhsil
prosesində tolerantlıq
Key words: ethnic groups, educational policy, tolerant personality, multiculturalism of
politcs, tolerance in education
|