“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
206
dünyanın 185 üzv ölkəsi “Tolerantlıq prinsiplərinin izahı” ilə bağlı sənəd qəbul etməklə bu bayram
1999-cu ildən respublikamızda da ənənəvi olaraq keçirilir [4, s. 10-18].
Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın “Tolerantlıq ənənələri bizim
ölkədə indi də yaşayır. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının
üzvüdür. Biz mədəni və tarixi irsimizlə fəxr edirik” deməsi multukulturalizm sahəsində həyata
keçirilən addıma verilən siyasi dəstəkdir[8].
“Azərbaycanda yaşayan milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması,
həmçinin dilinin, dininin və mədəniyyətinin inkişafına dövlət yardımı” haqqında Azərbaycan
Respublikası Prezidentinin 1992-ci il 16 sentyabr tarixli Fərmanı milli azlıqlar arasında
əlaqələrin yaxşılaşdırılması və hüquqi dövlətin yaradılması addımlarına onların cəlb olunması
məqsədini daşıyır [2]. Respublikadaxili qanunvericiliyin bu müddəaları ilə yanaşı, Azərbaycan
Respublikasının 1996-cı il 31 may tarixində qoşulduğu irqi ayrı-seçkiliyin bütün formalarının
aradan qaldırılması, aparteid siyasətinin qarşısının alınması və cəzalandırılması, genosidin
qarşısının alınması haqqında BMT Konvensiyaları kimi beynəlxalq sənədlərin müddəaları
da tətbiq olunmaqla bu gün respublikamızda azsaylı xalqlarla bağlı olan 60 qədər konvensiya
Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya edilmişdir [7].
Konstitusiyanın “Bərabərlik hüququ”, “Dil haqqında” 25-ci, 44-cü, 45-ci və 48-ci maddələri
bu və ya digər mənada milli azlıqların hüquqlarının qorunmasını təmin edir [1]. AR Cinayət
Məcəlləsi vətəndaşların bərabərlik hüququnun pozulmasına görə məsuliyyəti müəyyən edir. MDB
ölkələri içərisində Azərbaycanın milli azlıqların hüquqlarının qorunması ilə bağlı qoşulduğu
beynəlxalq Konvensiyalar qanunvericilik baxımından daha mükəmməldir. Belə ki, Azərbaycan
BMT Baş Assambleyasının 1992-ci il 18 dekabr tarixində milli, etnik, dini və dili azlıqlara mənsub
şəxslərin hüquqları ilə bağlı qəbul etdiyi Bəyannaməyə və Avropa Şurasının 1995-ci il fevralın 1-də
“Milli azlıqların hüquqlarının qorunması haqqında” qəbul etdiyi Çərçivə Konvensiyasını təsdiq
etməklə bu Qanuna 13 iyun 2000-ci ildə qoşulmuşdur [3].
YUNESKO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi “Mədəni özünümüdafiə
müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”ya uyğun olaraq respublikamızda
yaşayan milli azlıqların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və
inkişaf etdirilir[4]. Dövlət səviyyəsində Azərbaycan Respublikası ərazisində yaşayan xalqların milli
mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü
işlər aparılır. Əsrlər boyu Azərbaycanda 80-dən artıq digər xalqın nümayəndəsi yerli etnos sayılan
azəri türkləri ilə yanaşı yaşamış və bu gün də dinc şəraitdə yaşayırlar. Etnik çoxluqla yan-yana
yaşayan digər xalqlara münasibətdə tolerantlıq, ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam
dininə xas olan dözümlülük, müxtəlif etnik icmaların vahid ərazidə tarixi birgə yaşayış tərzi ilə izah
edilir. Azərbaycanda bütün dinlər bərabər hüquqa malikdir. Məscidlər, sinaqoqlar və kilsələr azad
olaraq fəaliyyət göstərməklə Azərbaycanda 160 ildir ki, “Bibliya” çap olunur [5].
2009-cu ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa edilən
müvafiq dəyişikliklərdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 598 dini qurum
qeydiyyatdan keçmişdir. Konfessional baxımdan onların 577-si islam, 21-i isə qeyri-islam olmaqla
12-si xristian, 6-sı yəhudi, 1-i krişna, 2-si isə bəhai təmayüllüdür. Azərbaycan Prezdentinin ayırdığı
vəsait hesabına “İohan” Kilsəsi bərpa olunmuşdur. Müstəqillik illərindən etibarən 5 gürcü, 5 rus və
1 udin pravoslav kilsəsi fəaliyyət göstərməklə yanaşı 6 sinaqoq, 5 erməni qriqoriyan icması,
malakanların 14 icması, babtistlərin 6 icması, adventistlərin 4 icması, almanların “Lüteran” kilsəsi
və Roma Katolik Məbədinin fəaliyyəti bərpa olunmuşdur [4, s. 18].
XX əsrdə Azərbaycan ərazisində sovet hakimiyyətinin qurulmasından sonra milli azlıqların
kompakt yaşadıqları regionlarda məktəblər açılmış, ayrı-ayrı xalqların dillərində qəzet, jurnal, kitab
nəşrləri ilə birbaşa dövlət strukturları məşğul olurdular. XX əsrin 20-ci illərində milli məktəblər və
mədəniyyət ocaqlarının açılması, azsaylı xalqların dillərində qəzet, kitab və dərsliklərin nəşri,
əlifbalarının yaradılması sahəsində müəyyən işlər görülmüşdü. 1932-1933-cü illərdə
respublikamızın məktəblərində dərslər - rus, erməni, ləzgi, talış, tat və d. 16 dildə tədris olunsa belə
lakin bu proses uzun bir dövrü əhatə etməmiş, elə həmən əsrin 30-cu illərinin əvvəllərindən atılmış
bu addımlara son qoyulmuş oldu.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
207
Azərbaycan xalqının bütün tarixi dövrü ərzində və müasir Azərbaycan Respublikası dövründə
torpaqlarımızda sayının azlıq və ya çoxluğundan asılı olmayaraq bir dəfə də olsun azlıqda olan
xalqlarla dini və etnik ədavət, ayrı-seçkilik faktları qeydə alınmamışdır. Respublikamızda milli və
dini azlıqlara münasibətdə ölkənin yazılı və elektron kütləvi informasiya vasitələri də kifayət qədər
dözümlülük nümayiş etdirir. İlk növbədə bu onunla izah olunmalıdır ki, Azərbaycan Respublikası
ərazisində yaşayan azsaylı xalqların hər birinə eyni dərəcədə qayğı göstərir və bununla bərabər
respublikamızda İctimai Televiziyanın yarandığı gündən bu şirkətdə Milli Azlıqlarla bağlı Verilişlər
Departamenti fəaliyyətə göstərır. Azərbaycan Respublikasının azsaylı xalqlara bərabər
yanaşmasının, demokratikliyinin və tolerantlığının nəticəsidir ki, ölkə teleməkanında ilk dəfə olaraq
məhz İctimai Televiziya kanalında Azərbaycanda yaşayan xalqların maddi mədəniyyət nümunələri,
milli məişəti geniş ictimaiyyətə çatdırılır. Televiziyamız uzun əsrlər boyu torpaqlarımızda yaşayan,
onun bir və bir neçə kəndində məskunlaşan, hətta sayı bir neçə mindən artıq olmayan bu zəngin
müxtəlifliyi, bərabər yaşayışı dünya ictimaiyyətinə çatdırır ki, belə verilişlərdən “Körpü”, “Bura
Vətəndir”, “Danışan tarix” və digərlərini qeyd etməklə, həmən verilişlər tamaşaçılarımız tərəfindən
böyük maraqla qarşılanır [10, s. 311-314].
Milli Televiziya və Radio Şurası ölkədə yayımlanan teleradio yayımçılarına milli azlıqların
hüquqlarına hörmətlə yanaşmağı tövsiyə etməklə bərabər, yeni yaranacaq teleradio kanallarından
daha çox milli azlıqların dillərindən istifadəyə meylli yayımçılara üstünlük verir. Hazırda bir ay
ərzində Azərbaycan radiosunda talış, kürd, ləzgi dillərində ayrı-ayrılıqda 1 saat 20 dəqiqə, gürcü
dilində 2 saat 40 dəqiqə, erməni dilində 1 saat 30 dəqiqə, rus dilində isə 15 saat verilişlər
yayımlanır. Azərbaycan dövlət televiziyası azsaylı xalqlardan olan rus dilində 1 ay ərzində 15
saatdan artıq xəbərlər proqramı təqdim edir. Ölkə teleməkanında ilk dəfə İctimai Televiziyada Milli
Azlıqlar üçün Verilişlər Departamenti yaradılmaqla özəl kanallardan “ANS”, “Lider”, “Azad
Azərbaycan” və “Srase”də rus dilində verilişlərin həcmi sutka ərzində göstərilən verilişlərin 25-
30%-ni təşkil etməklə, 10 regional kanal rus dilindəki verilişlərin 25-40% həcmini təşkil edir. Milli
azlıqların kompakt şəkildə yaşadığı rayonlarda - Xaçmazda “Xaçmaz TV”, Qubada “Xəyal TV” və
“Qütb TV”, Lənkəranda “Lənkəran TV”, Zaqatalada “Aygün TV” adlı yerli telekanallar fəaliyyət
göstərir. Balakən rayonunda avar dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində verilişlər
yayımlanır [5; 11, s. 311-314].
Azərbaycan Respublikası milli azlıqların hüquqlarının qorunması istiqamətində yürütdüyü
ardıcıl və şəffaf siyasətini bu gün də inamla davam etdirir. Milli azlıqlar öz milli mərkəzlərini,
assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə etməklə müstəqil
respublikamızda azsaylı xalqlara məxsus milli mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Onların
arasında “Birlik” cəmiyyəti, Ahıska türklərinin “Vətən” cəmiyyəti, Ahıska türk qadınlarının “Sona”
cəmiyyəti, Azərbaycan-tatar cəmiyyəti, “Turqan-tel” tatar mədəniyyət cəmiyyəti, “Yaşlıq” tatar
mədəniyyət mərkəzi, “Krım” Krım tatarları cəmiyyəti, Azərbaycan-İsrail icması, dağ yəhudilərinin
icması, Avropa yəhudiləri (eşkenazi) icması, gürcü-yəhudi icması, yəhudilərin qadın humanitar
assosiasiyası, slavyan mədəniyyət mərkəzi, rus icması, Azərbaycan-slavyan mədəniyyət mərkəzi,
Ukrayna cəmiyyəti, “Ronai” kürd mədəni mərkəzi, “Samur” ləzgi milli mərkəzi, tat mədəniyyət
mərkəzi, gürcü cəmiyyəti, Azərbaycan gürcülərinin humanitar cəmiyyəti, ingiloy icması, çeçen
mədəniyyət mərkəzi, talış mədəniyyət mərkəzi, avar cəmiyyəti, “Karelhaus” alman mədəniyyət
icması, “Polonia” polyak mədəniyyət mərkəzi, “Mada” Beynəlxalq talış assosiasiyası, “Avesta”
talış assosiasiyası,“Orain” udi mədəniyyət mərkəzi, “Buduq” mədəniyyət mərkəzi, saxur
mədəniyyət mərkəzlərinin adını qeyd etmək olar. Milli azlıqların sıx yaşadığı ərazilərdə
cəmiyyətlər, milli və dövlət teatrları, həvəskar assosiasiyalar və digər qrupları fəaliyyət göstərir ki,
bunlardan, Qusar rayonundakı ləzgi, Qax rayonunda Gürcü Dövlət teatrları, Astara və Lənkəran
rayonlarında talış folklor qruplarını və s. qeyd etmək mümkündür [10; 11, s. 311-314].
Müstəqil dövlətimiz bu qurumları büdcəsini maliyyə yardımı ilə təmin etməklə bərabər
mənşəyindən, mədəniyyətindən, dinindən və dilindən asılı olmayaraq, respublikamızda yaşayan
azsaylı xalqlar arasında anlaşma, dözümlülük və qarşılıqlı hörməti gücləndirməyə çalışır. İslam,
Ortodoks və Yəhudi dini konfessiyalarını birləşdirən “Üç qardaş” təşkilatı, Böyük Britaniyanın
“Links” təşkilatının rəhbərliyi altında milli azlıqların Resurs mərkəzi də respublika ərazisində
sərbəst surətdə fəaliyyət göstərirlər. Respublikamızda milli azlıqların ana dillində onlarla qəzet və
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
208
jurnal nəşr olunmaqla radio və televiziya proqramları da yayımlanır. Dövlət radiosunda-kürd, ləzgi,
talış, gürcü və rus dillərində dövlət büdcəsindən maliyyələşdirilən verilişlər nümayiş etdirilir.
Balakən rayonunda avar dilində, Xaçmaz rayonunda ləzgi və tat dillərində, Qusar və Xaçmaz
rayonlarında mütəmadi olaraq ləzgi dilində verilişlər yayımlanır. Bundan başqa Bakı şəhərində rus,
kürd, ləzgi və talış dillərində qəzetlər də nəşr edilir.
Bu gün müstəqil dövlətimiz tərəfindən azsaylı xalqlarla bağlı atılan məqsədyönlü addımlar
dinindən, cinsindən, irqindən və milliyyətindən asılı olmayaraq, bütün dövrlərdə respublikamızda
yaşayan millətlərin mehriban ailə, dost və qardaş olaraq yaşamaq ənənələrini daha da
möhkəmləndirir. Azərbaycan Respublikası öz taleyini bu torpağa bağlayan bir sıra azsaylı xalqların
doğma və tarixi vətəni sayılır. Zaqatala-Qax rayonları ərazisində yaşayan avarlar, ingiloylar,
Azərbaycanın Qafqaz dilləri ailəsinin ləzgi qrupuna daxil olan saxurlar, Qəbələ rayonunda yaşayan
udilər, Quba rayonu ərazisində və Bakıda yaşayan dağ yəhudiləri, tatlar, kürdlər, talışlar bu gün
Azərbaycan Respublikasının etnik xəritəsini zənginləşdirməklə bərabər Azərbaycan mədəniyyəti
adlı çox zəngin musiqi, folklor nümunələri, ədəbiyyat, xüsusən də poeziyamız mövcuddur. Əgər bir
tərəfdən azsaylı xalqlar öz dillərində ədəbiyyat və musiqi əsərləri yaradırlarsa, digər tərəfdən öz
kiçik və gözəl mədəniyyət çalarlarını ümumazərbaycan mədəniyyətinin tərkib hissəsinə qataraq
Azərbaycan mədəniyyətini daha da zənginləşdirirlər.
Sadalananlara əsasən Respublika Prezidenti Cənab İlham Əliyev də Azərbaycanda heç bir
zaman dini zəmində, milli zəmində ayrı-seçkilik olmayacağını bəyan edir. O, qeyd etmişdir ki, hər
bir Azərbaycan vətəndaşı dilindən, dinindən, milliyətindən asılı olmayaraq, eyni hüquqlara malikdir
və yürüdülən bu siyasət gələcəkdə də davam erdiriləcəkdir. Qeyd etmək lazımdır ki, respublika
prezidentinin 2001-ci il Sərəncamı ilə hazırlanmış “Milli azlıqların hüquqlarının qorunması üzrə
Azərbaycan hökumətinin hesabatı” Avropa Şurası tərəfindən müsbət qiymətləndirilmişdir. Avropa
Şurasının rəsmiləri respublika mızda milli azlıqların hüquqlarının qorunması istiqamətində heç bir
problemin olmadığını birmənalı şəkildə qeyd edirlər.
Azərbaycan
Respublikasında yaşayan milli azlıqların
mədəniyyəti
Azərbaycan
mədəniyyətinin tərkib hissəsi kimi qorunub inkişaf etdirilməklə, bu xalqların milli
mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün
məqsədyönlü işlər aparılır. “Mədəniyyət haqqında” qanunun 11-ci maddəsində milli
mədəniyyətin inkişafına və qorunub saxlanılmasına yardım nəzərdə tutulur[5]. Müstəqil
Respublikamız Azərbaycanda yaşayan xalqların milli mədəniyyətinin qorunub saxlanılmasına və
inkişafına təminat verir.
“Təhsil haqqında” qanunun 6-cı maddəsi və “Dövlət dili” haqqında qanunun 3-cü maddəsinə
əsasən təhsil milli azlıqların dillərində verilə bilər [12]. Respublikamızın 13 rayonunda yaşayan
xalqların uşaqlarının öz milli adət və ənənələrini, mədəniyyətini öyrənmələri üçün dövlət
səviyyəsində bütün lazımi şərait yaradılmışdır. Quba, Qusar, İsmayıllı, Xaçmaz, Oğuz, Qəbələ
rayonlarının 126 məktəbində 24670 şagird ləzgi, Lerik, Lənkəran, Astara, Masallı rayonlarının
246 məktəbində 26070 şagird talış, Balakən, Qəbələ, Xaçmaz, Zaqatala, Quba, Samux rayonunun
32 məktəbində 4748 şagird avar, udin, tat, saxur, yəhudi, xınalıq, kürd dillərini ibtidai siniflərində
oxuyarkən öyrənirlər. Ümumilikdə isə 407 məktəbdə azsaylı xalqların 55488 nəfər uşağı öz ana
dillərini öyrənirlər [11, s. 311-314].
Bu gün Təhsil Nazirliyi Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil haqqında”
qanunun və Avropa Xartiyasının prinsiplərini əlində rəhbər tutaraq, azsaylı xalqların dil, din,
tarix və mədəniyyətinin öyrənilməsi istiqamətində qanun çərçivəsində bütün imkanlardan istifadə
edir. Bütün bu sadalananlarla yanaşı, respublikamızda azsaylı xalqların yaşam tərzinin, folklorunun,
mədəniyyətinin geniş təbliği üçün dövlət səviyyəsində genişmiqyaslı tədbirlər proqramları həyata
keçirilir. Bu qəbilədən olan bir çox tədbirlər Respublikamızda yaşayan bütün xalqların bərabər
inkişafı üçün əsas prioritet məsələlərdən biri olaraq qarşımızda durur.
Prezident İlham Əliyev 2014-cü il oktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunun
rəsmi açılış mərasimindəki nitqində qeyd etmişdir: "Multikulturalizm Azərbaycanda həyat tərzidir
və bunun alternativi yoxdur. Bu termin nisbətən yeni olsa da ancaq əsrlər boyu Azərbaycanda
multimədəniyyətli cəmiyyətlər mövcud olmuşdur. Məhz xalqlar arasındakı dostluq və həmrəylik
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
209
bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən
proseslərə müsbət təsirimizi göstərək"[6].
2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” kimi qeyd edilməsi də məhz
bu əsasda qəbul edilməklə bu addımın Azərbaycan xalqının həyat tərzi olmasını bir daha sübut edir.
ƏDƏBİYYAT:
1. Azərbaycan Respublikasının Konstitusiyası (Maddələr 21, 25, 44, 45), Bakı, 1995.
2. “Azərbaycan Respublikasında yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların
hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında”
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Fərmanı.
3. Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası” Azərbaycan
hökuməti tərəfindən 1995-ci il fevralın 1-də imzalanmış və 2000-ci il 16 iyun tarixli Qanunla
ratifikasiya edilmişdir).
4. Dözümlülük prinsipləri haqqında Bəyannamə. UNESCO, 16 noyabr 1995-ci il, Tolerantlıq
(sənədlər, konsepsiyalar) Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət komitəsi
tərəfindən nəşr olunmuşdur. Bakı, 2014, s.10-18.
5. Heydər Əliyev, “Müstəqillik yolu”, Seçilmiş fikirlər. Bakı, 1997.
6. İlham Əliyev. 2014-cü il oktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi
açılış mərasimindəki nitqi. Bakı, 2014.
7.“İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya
qoşulmaq barədə”, Azərbaycan Respublikası Prezidentinin 31 may 1996-cı il tarixli Qanunu.
8. Mehriban Əliyeva. “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” Paris,
09.09.2015.
9. Niftiyev N. Dünya xəritəsində tolerantlıq mərkəzi -Azərbaycan. Bakı, 2015.
10. Quliyeva N. Azərbaycan tatlarının ailə məişəti və mənəvi mədəniyyəti. Bakı, 2005.
11. Rauf Hacı. Azərbaycan Respublikasında azsaylı xalqların multikultural dəyərləri. “Ulu
öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” Beynəlxalq Elmi Konfransın
Materialları. 3-5 may 2016-cı il. II hissə. səh, 311-314.
12. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009.
Hacı Rauf Mammadjan
Abbasova Aygun Akif
Summary
There are national minorities, representing Altaic, Indo-European, Caucasian, Slavic families
of languages, living in Azerbaijan. Religious beliefs and cultural values of national minorities were
under pressure during the Soviet era. The articles 25, 44, 45, 48 of the Constitution of the
Azerbaijan Republic are dedicated to the national minorities. There are 577 Islamic, 12 non-Islamic,
12 Christian, 6 Jewish, 1 Krishna, 2 Baha’I religious communities. National minorities have their
own regional television programs, communities, schools and newspapers.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
210
Taleh Əliyev, tarix üzrə fəlsəfə doktoru
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi,
taleh.ali@mail.ru
CALUT MƏBƏD KOMPLEKSİ HAQQINDA
Açar sözlər: Calut, Qafqaz Albaniyası, məbəd, xristianlıq, arxeologiya
Key words: Jalut, Caucasian Albania, temple, Christianity, archaeology
Qafqaz Albaniyasının mühüm dini məntəqələrindən biri də Oğuz rayonunun Calut kəndi
ərazisində yerləşən məbəd kompleksidir. İlk orta əsrlər dövrünə aid abidə eyni adlı kənddən 500
metr şimalda, Calut dağının ətəyində yerləşir.
2013-2015-ci illərdə Calut arxeoloji kompleksində aparılan arxeoloji kəşfiyyat və çöl-tədqiqat
işləri nəticəsində burada eyniadlı dağın ətəyində ilk orta əsr kənd tipli yaşayış yerinin olduğu
müəyyənləşdirilmişdir. Əldə olunmuş keramika məmulatı şirsiz qab fraqmentlərindən ibarətdir.
Həmçinin, kirəmit hissələri də toplanmışdır [3, s.52-53; 5].
Yaqut əl-Həməvi yazır ki, Əl-Cal – Azərbaycanda yer adıdır [15, s.10]. Yaqut əl-Həməvi
Azərbaycan dedikdə Arazdan cənubu nəzərdə tutsa da bu toponimin paralelinin Calut olduğunu
güman edirik [10, s.134].
Calut haqqında şəxs adı kimi müqəddəs kitabımız Qurani-Kərimin Əl-Bəqərə və Əl-İsra
surələrində buyurulur:
Talut qoşunu ilə (öz yurdundan, Qüdsdən) ayrıldığı zaman (əsgərlərinə) dedi: “Allah sizi
(axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan)
deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o məndəndir”! Lakin onların az
bir qismi müstəsna olmaqla, (hamısı) o sudan içdi. O (Talut) və onunla birlikdə olan möminlər
(çayı) keçdikdən sonra (düşmən qoşununu görüb) dedilər: “Bu gün bizim Calut (düşmən tərəfin
hökmdarı) və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur”! (İçərilərindən) Allahın rəhmətinə
qovuşacaqlarına (Allahın dərgahına qayıdacaqlarına) inanalar isə dedilər: “Neçə dəfə olub ki, az bir
dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!” Onlar Calut və
əsgərləri ilə qarşılaşdıqları zaman dedilər: “Ey Rəbbimiz, bizə bollu səbir və dizimizə
(ayaqlarımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!” Nəhayət, onlar Allahın izni
(iradəsi və köməyi) ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda
həm hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi və ona istədiyini (zireh düzəltmək, quşların
dilini bilmək, gözəl səslə oxumaq) öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf
etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır [7, Əl-Bəqərə
2/249-251].
Biz İsrail oğullarına kitabda (Tövratda): “Siz yer üzündə (Zəkəriyyanı, sonra da Yəhyanı
öldürməklə) iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq (yaxud zülm) edəcəksiniz!” – deyə
bildirdik. Onlardan (o fitnə-fəsadın) birincisinin (cəza) vaxtı gələndə üstünüzə çox güclü qullarımızı
(Büxtünəssəri, yaxud Calutu orduları ilə birlikdə) göndərdik. Onlar (sizi öldürmək, əsir almaq və
qarət etmək üçün) evlərinizin arasında gəzib dolaşırdılar (sizi təqib edirdilər). Bu vəd artıq yerinə
yetirildi. (Siz Zəkəriyyanı öldürdünüz, onlar da sizi qətl edib, əsir alıb, yurdunuzu xaraba qoydular)
[7, Əl-İsra 17/4-5].
Qeyd edək ki, əshab ər-Rasın yaşadığı bir yerdə Calutun döyüşü “Kartlis Tsxovreba”da da öz
əksini tapır [11, s.186, 14, 34]. Döyüşün Şərqi Aralıq dənizi sahillərində Calut adlı yerdə olduğu
güman edilsə də, xristian məxəzlərində Qoliaf kimi tanınan Calut adının Oğuz rayonu ərazisində
kənd tipli yaşayış yerində qalması, fikrimizcə, təsadüfi deyildir.
Yəhudi və xristian mənbələrində Calut şəxs adı kimi Qoliaf və ya Qolyat kimi səslənir.
İncildə bu haqda yazılır: Qat şəhərindən olan Qolyat adlı bir cəngavər Filiştlilərin ordugahından
irəli çıxdı. Onun boyu altı qulac bir qarış idi. Başında tunc dəbilqəsi vardı, əyninə beş min şekel
ağırlığında tuncdan pullu zireh geyinmişdi. Baldırlarına tunc zireh taxmışdı, kürəyində isə tunc
mizraq vardı. Nizəsinin sapı toxucu dəzgahının əriş ağacı boyda olub dəmir ucu altı yüz şekel
ağırlığında idi. Qalxan daşıyan silahdarı isə onun qabağında gedirdi. Qolyat İsrail alaylarının
|