Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə33/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   29   30   31   32   33   34   35   36   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

185

 

 



 

 

etibarilə adətən axtarıcı olurlar və güclü yaddaşları hesabına bildikləri və  başqa dillərdə eşitdikləri 



folklor  nümunələrini  ifa  şəraitindən  asılı  olaraq  həm  öz  ana  dilində  ,  həm  də  həmin  folklor 

nümunələrini  eşitdikləri  dildə-  Azərbaycan  dilində  söyləməklə  həm  öz  folklor  repertuarını  yeni 

süjet  ,janr,  bədii  fiqurlar    və  formalarla  zənginləşdirir,  iki  fərqli  dildən  eyni  zamanda  istifadə 

etməklə  maraqlı    sintezə  nail  olur,  belə  ki  öz  ana  dilində  çətinlik  çəkərək  demək  istədiyini  digər 

dildən istifadə etməklə  söyləyir. 

Lahıcda və onun ətrafındakı 16 kənddə tat dilli əhali yaşayır. Ona qonşu olan yalnız 3 kənddə 

azəri türkləri məskunlaşıblar. Bu ərazidə yanaşı yaşayan fərqli etniklər o qədər bir-biri ilə qaynayıb 

qarışıblar ki, Azərbaycan mədəniyyətinə verdiyi töhfələrin müəlliflərinin milli mənsubiyyəti, demək 

olar  ki,  heç  bir  əhəmiyyət  daşımır.  Birgə  yaşayışın  və  qarşılıqlı  zənginləşmənin  nəticəsi  olaraq 

yaranan folklor nümunələri ümumazərbaycan ədəbiyyatını xəzinəsində layiqli yer tuturlar.  Tat dilli 

əhali  arasında  xüsusilə  seçilən  lahıcların  folkloru  Azərbaycanda  yaşayan  digər  xalqların  folkloru 

ortaq  və  fərqli  xüsusiyyətlərə  malikdir.  Tarixi  və  mədəni  köklər  ,  birgə  yaşayış,  oxşar  sosial  –

ictimai  problemlər  və  s.  elə  bir  zəmin  yaradıb  ki,  lahıcların  folklorunda    Azərbaycan  və  dünya 

folklorunda  rast  gəlinən  ortaq  nağıl  süjetləri,  məzmunu  və  təyinatı  bir-birinə  bənzəyən  epik 

nümunələr,  qonşu  xalqların  folklor  nümunələrinin  yeni  formada    interpretasiyaları  özünü  aydın 

şəkildə büruzə versin.  

Lahıc folklorunun əksər nümunələri digər azsaylı xalqların folklorunda olduğu kimi iki dildə- 

Lahıc  və  Azərbaycan  dillərində  yaranır  və  ifa  edilirdi.  Dünyanın  bütün  folklorşünasları  birmənalı 

olaraq  qeyd  edirlər  ki,  dünya  xalqlarının  yaratdıqları  bədii  nümunələrdə  oxşar  motiv  ,  süjet 

,qəhrəman  ,habelə  həyat  hadisələrinə  oxşar  münasibət  görmək  mümkündür.  Hər  bir  xalqın 

folklorunda yalan, tənbəllik ,lovğalıq, xəyanət ,böyüklərə hörmətsizlik, tamah  kimi  bəyənilməyən 

insani xüsusiyyətlər , yaxud hər zaman vəsf edilən anaya və vətənə sevgi , qayğıkeşlik , səxavətlilik 

,xeyirxahlıq  kimi  keyfiyyətlər  özünə  yer  tapır.  Lahıc  folklorunun  əmələ  gəlməsi  folklor 

daşıyıcısının  Lahıc  dilini  hansı  səviyyədə  bilməsi,  onun  həyat  tərzi,  məşğuliyyəti,  təhsili,  dini 

baxışlar, başqa xalqların folkloru ilə tanışlıq  imkanlarından  asılı  olur. Folklor söyləyiciləri xüsusi 

məharət,  güclü  yaddaş,  improvizə  bacarığı  ,  hər  iki  dildə  zəngin  söz  ehtiyatı,  baməzə      və  gözəl 

nitqə malik idilər. Onların təhsili yox idi, amma öz cazibəli və məntiqli nitqləri ilə dinləyiciləri uzun 

müddət  gərginlikdə  saxlaya  bilirdilər.  Bunun  üçün  söyləyicilər  hadisələrin  məkanını  və 

qəhrəmanlarını şəraitə uyğun olaraq dəyişir, asanlıqla bir dildən başqa dilə keçə bilirdilər. Məsələn: 

bəzi nağılçılar nağılın pişrovunu azərbaycanca, əsas hissəni isə lahıcca söyləyirdilər. Lahıc dilində 

yaranmış nağıllar o qədər də çox deyildi.  Lakin söylənən nağılların  əksəriyyətini Azərbaycan(türk) 

və  İran  motivli  nağıllar  təşkil  edirdi.    Bu  zaman  ümumtürk  folklorunun  tərkib  hissəsi  olan 

Azərbaycan folklorunun güclü təsiri hiss olunur. İlk  növbədə demək lazımdır ki, Lahıc folklorunda  

İran  ədəbiyyatı,  folkloru,  musiqisi  və  məişətinin  izləri  də  aydın  hiss  olunur.  Bunu  nağılların 

motivlərindəki  (Şah Abbas, divlər, cinlər, pəhləvanlar, dərvişlər, keçəllər, qaranlıq və işıqlı dünya, 

mistik 3,7 və 40 ədədləri ) və atalar sözü və məsəllərdəki  tərcüməsiz oturuşmuş paralelizm,  həyata 

oxşar baxış, müqayisə üçün seçilmiş detallarda  belə bu təsiri   görmək mümkündür.  

İndi də ayrı-ayrı folklor janrlarının seçdiyimiz folklor mühitində ,yəni İsmayıllı rayonu Lahıc 

qəsəbəsində  nümunələrinin  araşdırılmasına  keçək.  Lahıc  lətifələrinin  əsas  xüsusiyyəti  odur  ki  , 

onların  Qulu  Şeyda,  Nəcəfalı  Möytab,  Nəzər  Aliheydər,  Ələmdar  kimi  özünəməxsus  yerli 

qəhrəmanları var, Lahıc dilində söylənir və elə lahıcların arasında daha çox dolaşır . Lahıc  əhalisi 

həmişə  ədəbiyyata  həvəs  göstərdiyindən    burada  Bəhlul  Danəndə  və  Molla  Nəsrəddinlə  bağlı 

lətifələr  daha  çox  söylənilirdi.  Lahıc  lətifələrinin  əsas  qəhrəmanı  sayılan  Qulu  Şeyda  ilə  bağlı  bir 

neçə lətifədə Azərbaycan və digər xalqların lətifələrində oxşar məqamlara da rast gəlinir . Məsələn : 

bir  dəfə  ərdə  olan  iki  qızının  yanına  gedən  Qulu  Şeyda  bir  qızı  üçün  gün  çıxması  ,  o  birisi  üçün 

yağışın yağması  üçün dua edir . Arvadı qızlarının halını soruşduqda Qulu belə deyir : “Hələ ki pis 

deyillər, amma yağış yağsa , vay böyüyün , yağmasa , vay kiçiyin halına ” Bu lətifədə diqqət çəkən 

bir  məqamı  qeyd  etmək  yerinə  düşərdi:  Qulu  Şeydanın  sıra  lətifələrində  ənənəvi  lətifə 

qəhrəmanlarının ,xüsusən də Molla Nəsrəddinin təsiri aydın hiss olunur.  Lahıcda lətifələr  yerindən 

asılı  olaraq  həm  Lahıc  ,  həm  də  Azərbaycan  dilində  nəql  edilirdi    və    maraqlısı  də  bu  idi  ki  , 

lətifələrdən  çıxan  və  indi  də  zərbi-məsəl  kimi  işlənən  ifadələr,    məsələn  :“Sən  çaldın”,  “Dava 

yorğan  davası  imiş  ”    ya  da  ki  Bəhlul  Danəndə  lətifələrinin  birində  söylənən  “  Qoyunu  qoyun  , 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

186

 

 



 

 

keçini  keçi  ayağından  asarlar”  fikirləri  əsasən    azərbaycanca  deyilirdi  .  Lahıc  folklorunda  atalar 



sözləri və məsəllər xüsusi yer tutur. Onları  yaranma tərzinə görə 3 yerə ayırmaq olar : 

 



Azərbaycan və fars dillərindən Lahıc dilinə tərcümə olunanlar: Pötıra bı ləiftı görə duroz soz 

–Ayağını yorğanına görə uzat  

 

Yalnız azərbaycanca səslənənlər: Cücəni payızda sayarlar 



 

Yalnız  lahıcca  səslənənlər  :  Qəribə  səyə  dımi  bə  are  lingi    bə  biran-Yad  itin  quyruğu 



ayaqlarının arasında olur  

Azərbaycan  folklorunun  lirikasının  tacı  sayılan  bayatılar  Lahıcda  yalnız  azərbaycanca 

söylənilirdi. Bəzən bu bayatılara yerli şəraitlə bağlı elementlər əlavə edirdilər. 

Stəkanım qanlıdır ,                     

Əl dəymə ,dərmanlıdır.            

Əslimi xəbər alsan,                    

Əslim Girdimanlıdır.   

Amma bu bayatıların janr  spesifikasına  əməl  edərək şair təbli  lahıclar dillərində bayatılar 

qoşurdular:  

Niyola üşeyirə,          =       Niyalın  var meşəsi ,        

Vəçi bənövşeyirə.     =       Doludur  bənövşəsi. 

Bə qürbət ərs çımmənə=    Gözümün qərib eldə  

Ki mı dorı püşöyirə. ?   =   Ağlamaqdır peşəsi .              

Bu müəllifli bayatılarda “əzizinəm , aşiqəm ,mən aşiq ” kimi rekursiv elementlərdən istifadə 

olunmurdu. 

Belə nümunələrin sayını artırmaq olardı , lakin məqalənin həcmi buna imkan  vermədiyindən 

yuxarıdakılarla  kifayətlənməli  olduq.  Lahıc  folklor  mühitində  yaranmış  müəyyən  nümunələrin  və 

onların  yarandığı bilinqval dil mühitini səciyyəvi xüsusiyyətlərini araşdırarkən aşağıdakı nəticələrə 

gəldik : 

öz  dilində  olan  folklor  nümunələrini  digər  xalqların  folklor  nümunələri  ilə  müqayisə  etmək 

imkanı əldə edilir;  

digər  dildə  eşitdiyi  folklor    nümunəsindəki  hadisələr  yerli    coğrafi  məkana  köçürülür    və  

qəhrəmanlar  auditoriyadan asılı olaraq fərqli dillərdə danışdırılır; 

folklor yeni mövzu və janrlarla zənginləşir

həyatın  bütün  sahələrində  ,o  cümlədən  Azərbaycanda  yaşayan  azsaylı  xalqların  folklorunda  

aşkar edilən oxşarlıqlar  həmin milli azlıqları daha da yaxınlaşdırır; 

multikulturalizm  Azərbaycan  cəmiyyətində  müxtəlif  millətlər  arasında  qarşılıqlı  etibar  və 

hörmət  hissinin  formalaşması,  dini  məsələlərdə  dözümlülüyün  nümayişi  ,  fərqli  mədəniyyətlərin 

bir-birini 

tamamlayaraq 

zənginləşdirilməsi, 

ölkə 


və 

beynəlxalq 

səviyyəli 

tədbirlərdə 

mədəniyyətlərarası  dialoqun  qurulması  və  dövlət  dili  ilə  yanaşı  azsaylı  xalqların  milli  mənliyinin 

sübutu olan ana dillərinin inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malikdir. 

 

Ədəbiyyat: 



1. Folklor terminləri ,Bakı ,2010 ,140 s. 

2. Hacıyeva M. Lahıc nağıllı dünyam , Bakı ,2013 , 224 s. 

3. Hüseynova G. Lahıc tatlarının dili ,Bakı ,2002 , 198 s. 

4. Qulu Şeyda lətifələri .Tərtibçi :Əkbər Kərimli ,Bakı .2003  

5. Миллер Вс. Татские этюды ,часть I ,Москва ,1905 

 

XÜLASƏ  



Məqalədə  çoxmillətli  bir  ölkə  sayılan  Azərbaycanda  milli  siyasətin  ana  xətti  

multikulturalizmin təzahürləri ictimai həyatın  müxtəlif sahələrində və mədəniyyətdə , o cümlədən  

şifahi  xalq  ədəbiyyatı  nümunələrində  araşdırılmış  ,bilinqvizmin  sosial-kommunikativ  baxımdan  

cəmiyyətimizin  reallığı kimi  fərqli  milli  və  dini  toplumların  vahid  məqsəd  ətrafında  birləşməsinin 

və  onların  arasında  qarşılıqlı  hörmət  və  etibarın  mümkünlüyünü      inandırıcı  şəkildə  sübut  etməyə 

cəhd edilmişdir. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

187

 

 



 

 

Dadash Aliyev 



MULTICULTURALISM AND BILINGUISM IN OUR FOLKLORE 

Summary  

In the article in Azerbaijan which is considered as a multinational country the main line of the 

national policy the appearances of multiculturalism have been investigated in different branches of 

the  social  life  and  culture,  including  in  folklore,  examples,  bilinguism  being  the  main  means  of 

multiculturalism was tried on the contrary combining of the different national and religious unities 

for a single purpose, to create the possibility of mutual respect and confidence .  

 

 



 

 

 

 

 

 



 

Fazilə Nəbiyeva 

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun doktorantı 

nebiyeva.fazile@mail.ru 



 

DAİRƏVİ RƏQSLƏRDƏ MULTİKULTURAL DƏYƏRLƏRİN TƏZAHÜRÜ 

 

Açar sözlər: dairəvi rəqslər, ümum insani dəyərlər, yallı rəqsi, dilan  

Key words: circular dances, human values, yallı dance, dılan. 

 

Dairəvi ayinlər və mərasimlər ümumbəşəri hadisə olaraq bütün dövrlərdə olduğu kimi indi də 

öz  əhəmiyyətini  saxlamaqdadır.  Ümumdünya  mədəniyyətinin  başlanğıcı  sayılan  və  müasir  dairəvi 

rəqs  sənətində  şəkli  dəyişmiş  formada  təzahür  edən  dairəvi  ayinlərin  və  mərasimlərin  tarixən  çox 

qədim  köklərə  malik  olduğunu  qeyd  etmək  lazımdır.  Bunu  dünyanın  fərqli  coğrafi  bölgələrində 

yaşayan xalqların rəqs mədəniyyətində mövcud olan nümunələr  təsdiq edə bilər.  

Müxtəlif  elmi  mənbələrdəki  mövcud    fikirlər,  geniş  və  rəngərəng  milli  musiqi  palitrası  ilə 

tanışlıqdan  belə  qənaətə  gəlirik  ki,  müasir  halqavari  rəqslər  öz  başlanğıcını  dairəvi  ayinlərdən  və 

mərasimlərdən götürmüşdür. Tarixin erkən dövrlərində qədim insanlar  arasında təfəkkür tərzini əks 

etdirmiş  dairəvi  ayinlərin  və  mərasimlərin  get-gedə  əvvəlki  mahiyyətini  itirməyə  başladığı 

fikrindəyik.  Müasir  dairəvi  rəqslərin  isə  onların  şəkli  dəyişmiş  forması  kimi  dünyanın  müxtəlif 

xalqlarının mədəniyyətində kök saldığını bildirməliyik. Məhz buna görə də onların izlərini bu gün 

müxtəlif  xalqların  ənənəvi  irsində  müşahidə  etmək  mümkündür.  Düşünürük  ki,  sonradan  etnik 

millətlərə  parçalanan  xalqların  hər  birinin  öz  mədəniyyəti  olduğu  kimi,  dairəvi  rəqsləri  də 

fərqlənmişlər. Bu nöqteyi-nəzərdən demək olar ki, dairəvi rəqslər etnik mədəniyyət mənsubiyyətinə 

əsasən millilik statusu əldə etmişdir.  

Bu  gün  dünyanın  əksər  xalqlarının  mədəniyyətində  mövcud  olan  dairəvi  rəqslər  arasındakı 

ümumi  bağlılıq  onların  eyni  mənəvi  özəkdən  şaxələnmələri  haqqında  təsəvvür  yaradır.  Fərqli  dil, 

din  və  etnik  qrupların  təmsilçiləri  olan  xalqların  ortaq  mənəvi  dəyərləri  dairəvi  rəqslərdə  özünü 

aydın  şəkildə  büruzə  verir.  Qədim  köklərə  malik  olan  belə  mirası  milli  dəyərlərlə  ümumbəşəri 

dəyərlərin  vəhdətini  əks  etdirən  “simfoniya”  adlandırmaq  olar.  Bu  baxımdan,  dünyanın    Şərq  və 

Qərb  xalqlarının  mədəniyyətləri  arasında  “uçulmaz  körpü”  olan  belə  ümumbəşəri  mirasın  hazırda 

xalqlar  arasında  mədəni  əlaqələrin  genişlənməsi  və  mədəni  dəyərlərin  mübadiləsi  prosesində,  o 

cümlədən  bəşəriyyətdə  harmoniyanın  yaradılması  və  qorunub  saxlanılması  yolunda  çox  mühüm 

amilin hesab olunduğunu düşünürük. 

Dünyanın  əksər  xalqlarının  mədəniyyətində  kök  salmış  dairəvi  rəqslərin  müqayisəli  təhlili 

ümumbəşəri  mədəniyyətin  özülü  hesab  olunan  ilkin  mədəni  əlaqələrin  hərtərəfli  tədqiqi  üçün 

münbit  şərait  yaratması  barədə  bizə  mülahizə  etməyə  imkan  verir.  Hazırda  müxtəlif  etnosların 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

188

 

 



 

 

incəsənətində  geniş  yayılmış  dairəvi  rəqslər  üzərində  tədqiqatlar  apararkən  onları  eyni  ağacın 



müxtəlif  istiqamətlərə  şaxələnmiş  çoxsaylı  budaqlarına  bənzədirik.  Bununla  da  ümumbəşəri 

mədəniyyətin  parçalanmış  hissələrini  özündə  birləşdirən  bütöv  və  zəngin  mənzərənin  ortaya 

çıxdığını görmək mümkün olar.  

Müxtəlif  xalqların  dairəvi  rəqs  mədəniyyətini  nəhəng  bir  ağacın  zəngin  mənəvi  bəhrəsinə 

bənzətsək də bəşər sivilizasiyasının ayrılmaz parçası hesab olunduğu fikrindəyik. Bu gün dünyada 

baş  verən  etnik  proseslər,  mədəniyyətlərarası  dialoq  müxtəlif  coğrafi  bölgələrdə  yenidən 

zənginləşməni  şərtləndirir,  daha  böyük  inkişafa  təkan  verir.  Bu  isə  son  nəticədə  dünya 

mədəniyyətinin  daha  da  inkişaf  etdirilməsinə  gətirib  çıxarır.  Müxtəlif  dövrlərdə  etnik  proseslərdə 

əmələ gələn millətçi ideyaların ümummilli dəyərlərin üfüqlərini aşdıqda daxili ziddiyyətlərə, hətta 

bəzi  hallarda  parçalanmaya  gətirib  çıxarması  tarixdən  bizə  məlumdur.  Həmin  prosesləri 

tənzimləyən  ən münasib  yol vasitəsinin mədəniyyət amilinin  qorunub saxlanılmasından və  inkişaf 

etdirilməsindən  ibarət  olduğu  fikrindəyik.  Bu  baxımdan  multikulturalizim  –  cəmiyyətdə  ortaq 

dəyərlərin və baxışların tarazlı səviyyədə yaşadılmasına, ziddiyyətlərin aradan qaldırılmasına şərait 

yaradan mühüm faktordur. Buna görə də müasir dairəvi rəqslər mədəniyyət amili kimi milli-mənəvi 

dəyərlərlə ümumbəşəri dəyərlər arasında qırılmaz əlaqə funksiyasını yerinə yetirir. 

Multikulturalizm  bəşəriyyətə    xas  olan  təfəkkür  forması  kimi    özünü  incəsənətin  müxtəlif 

janrlarında göstərir. Fikrimizcə, dairəvi rəqslər onun fundamental qaynaqlarından hesab oluna bilər. 

Belə  rəqslərin  müxtəlif  xalqların  mədəniyyətlərinin  kəsişdiyi  təmas  nöqtəsi  olduğunu  düşünürük. 

Buna görə də həmin rəqsləri multikultural dünyanın vəhdəti kimi qəbul etmək olar.  

Geniş  musiqi  materialının  tədqiqindən  belə  nəticəyə  gəlirik  ki,  dairəvi  formada  ifa  edilən 

rəqslər  fərqli  dil  qrupunu  təmsil  edən  xalqların  dünyaya  açılan  ortaq  çıxış  qapısıdır.  Bu  nöqteyi-

nəzərdən Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyətində mövcud olan 

dairəvi  rəqs  nümunələri buna örnəkdir. Onu da qeyd  edək ki,  Azərbaycan Respublikası  ərazisində 

azərbaycanlılardan  başqa  ölkənin  müxtəlif  guşələrində  kompakt  şəkildə  80-a  yaxın  azsaylı  xalq 

yaşayır.  Onların  arasında  Altay  dil  ailəsinin,  Hind-Avropa,  Qafqaz,  Slavyan  dil  qruplarının 

təmsilçiləri vardır. Biz, təqdim olunan məqalənin həcmini nəzərə alaraq onlardan bəzilərinin dairəvi 

rəqs nümunələrinə nəzər yetirmişik. 

Türk  dillərinin  Oğuz  qrupuna  daxil  olan  azərbaycanlıların  “yallı”  rəqsi  kütləvi  şəkildə  ifa 

edilərək  birlik  və  vəhdəti  əks  etdirir.  Təkcə  Naxçıvan  MR-nın  ərazisində  bu  rəqsin  100-ə  qədər 

növü qeydə alınmışdır. “Yallı”nın Masallı, Lənkəran, Şəki, Qazaxda da ifa edildiyi bəllidir. Rəqsin 

ifası zamanı ifaçıların sayı 10-15-dən 100 nəfərədək olur. “Yallı” rəqsi zamanı kişi və qadınlardan 

ibarət dəstə düzəldilir. Sıranın başında duran rəqqas, yəni “yallıbaşı” əlində yaylıq və yaxud çubuq 

tutur, axırdakı rəqqas isə “ayaqçı” adlanır. “Yallı” ağır tempdə başlayır, getdikcə sürətlənir. İfaçılar 

ritmik hərəkətlə dövrə vuraraq rəqs edirlər. 

“Yallı” rəqsləri müxtəlif dövrlərdə Məmməd Ələkbərov, Bayram Hüseynli, Əhməd İsazadə, 

Nəriman  Məmmədov,  eləcə  də  Əqidə  Ələkbərova  kimi  görkəmli  alimlərimiz  tərəfindən  tədqiqata 

cəlb olunmuşdur. 

Yallı sözünün etimologiyası ilə bağlı mülahizələr mövcuddur. Bu barədə müxtəlif mənbələrdə 

məlumatlara rast gəlmək olar. Cabbar Cəlil Bəydillinin fikrincə, “yallı” sözünün mifoloji-semantik 

mənası yellənmək, cuşa gəlmək anlamlarını verir [3, s. 51]. Xatirə Ağayeva isə qeyd edir ki, onun 

kökünü  türk  dillərində  alay  “yığın”  (adam  toplusu)  sözü  təşkil  edir  [2,  s.  44].  Tədqiqatçıların 

bildirdiyinə  görə  “yallı”  Azərbaycanın  müxtəlif  rayonlarında  fərqli  adlarla  səslənmişdir.  Bəzi 

mənbələrdə  qeyd  olunur  ki,  bu  adlar  ilk  əvvəl  “yollu”,  sonradan  “yelli”  və  nəhayət  “yallı” 

adlandırılmışdır [3, s. 22]. Elçin Aslanov “El-oba oyunu xalq tamaşası” kitabında bu məsələyə belə 

aydınlıq gətirmişdir. Onun qeyd etməsinə görə “yallı” yaylı sözündəndir. Ən qədim dövrlərlə bağlı 

olub  vaxtilə,  ovçuluq  və  atəşi  qorumaq  münasibətilə  icra  olunan  mərasim  oyunu  növlərindəndir. 

Bəzi yerlərdə bu oyuna “əl-ələ”, “ləlli” və ya “yəlli” də deyirlər [4, s. 94]. 

Göründüyü  kimi,  “yallı”  sözünün  kökünün  Azərbaycan  dilində  müxtəlif  mənalarla 

əlaqələndirilməsi  rəqsin  tarixi  inkişaf  prosesləri  ərzində  ayin  funksiyasından  tədricən  kütləvi  xalq 

rəqsinə çevrildiyini təsdiq edir.  

 “Tənzərə”  yallısı  kişilər  və  qadınlar  tərəfindən  ifa  olunur.  İştirakçılar  bir-birlərinin  çeçelə 

barmaqlarından tutaraq saat əqrəbinin əksi istiqamətində fırlanırlar. İfa zamanı onların “haylama”, 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

189

 

 



 

 

“hey”  kimi  nida  səslərini  eşitmək  mümkündür.  Bu  rəqs  iki  hissədən  ibarətdir.  Birinci  hissədə 



iştirakçılar  yarım  dairə  formasında  düzülərək  aramlı  addımlarla  hərəkət  edirlər.  İkinci  hissədə  isə 

temp itiləşir. “Tənzərə”  yallısının  iştirakçıları dairə  formasını alırlar. Onlar musiqiçilərin ətrafında 

saat əqrəbinin əksi istiqamətində şıdırğı tempdə fırlanmağa başlayırlar. Daha sonra dairə formasını 

pozaraq sıra şəklində düzülürlər. Rəqs bu qaydada sona çatır. “Tənzərə” yallısı zurna və kos musiqi 

alətlərinin müşayiəti ilə ifa olunur. Onun musiqi ölçüsü 2/4-dir [5]. 

Türk dillərinin qıpçaq qrupuna aid olan tatarlar “Tüqərək uen” (Dairəvi oyun), “Çıra yandıru” 

(Çıranı  yandırmaq),  “Şa”,  “Lısva  sıu  buyları”  (Lısva  çayının  sahilində),  “Yıldızım”  (Ulduz), 

“Çılbır” (Zəncir) kimi dairəvi oyun rəqslərini ifa edirlər.  

 “Əylən-Bəylən  uen”  (“Timpaira-Tiratur”)  mahnı  ilə  olan  xorovod-oyun  rəqsidir.  2/4  ölçülü 

və iki hissədən ibarət olan bu rəqs ağır tempdə ifa olunur. Həqarət isə canlı tempdədir. Tatarların bu 

rəqsində  iştirakçıların  sayına  məhdudiyyət  qoyulmur.  Hamı  ümumi  dairədə  dayanır,  əl-ələ  verir, 

mahnı  oxuyur  və  saat  əqrəbinin  əksi  istiqamətində  hərəkət  edir.  Dairənin  mərkəzində  oyun 

iştirakçılarından  bir  nəfər  aparıcı  dayanır.  O,  mahnının  nəqarət  hissəsində  öz  istəyinə  görə 

iştirakçıların birinin əlindən tutur. Daha sonra rəqs edənlərin hər biri dairəyə gələrək əl-ələ verir və 

saat  əqrəbi  istiqamətində  hərəkət  edirlər.  Aparıcı  birinci  ümumi  dairədə  dayanır,  digər 

iştirakçılardan  biri dairənin mərkəzində aparıcının yerini tutur. Oyun bu qayda üzrə davam edir.  

Azərbaycanda əhalinin milli tərkibi və xüsusi çəkisində ikinci yeri Hind-Avropa dil ailəsinin 

Şərqi slavyan qrupuna aid edilən ruslar tutur. Rus xalq rəqslərinin qədim kökləri vardır. Oyunlar və 

xorovodlar bu xalqın mədəniyyətində  çox geniş yayılmış formadır. Onlar qədim tarixə malik olan 

kütləvi şəkildə dairəvi formada ifa edilən xalq rəqsləridir. “Xorovod” xalq yaradıcılığının sinkretik 

növüdür.  “Xorovod”  oyunlarında  -  qapıların  açılması,  günəşin  dairəvi  hərəkəti  kimi  bəzi  qədim 

simvollar əks olunur. Belə rəqslərdə dəstə başçısı mühüm funksiyanı yerinə yetirir. 

Xüsusiyyətinə görə rus xorovod rəqsləri 4 qrupa, janrına görə isə 3 növə bölünür.  

 “Veysya,  veysya  kapustka”  rəqsində  qadın  və  kişi  iştirakçılar  əl-ələ  tutaraq  saat  əqrəbi 

istiqamətində  fırlanırlar.  Dəstə  üzvləri  ikili  dairə  əmələ  gətirirlər.  Onlar  saat  əqrəbi  istiqamətində 

dövrə vururlar. Sonra həm  daxili,  həm  də  xarici dairə iştirakçıları saat  əqrəbinin  əksinə fırlanırlar. 

Daxili dairədəki iştirakçılar dayanırlar. Xarici dairədəkilər isə hərəkəti saat əqrəbinin əksinə davam 

etdirirlər.  Daha  sonra  hər  iki  dairə  iştirakçıları  birləşərək  saat  əqrəbinin  hərəkəti  istiqamətində 

fırlanmanı  yerinə  yetirirlər.  Bu  rəqsi  ifa  edərkən  iştirakçıların  sayına  məhdudiyyət  qoyulmur.  İfa 

zamanı  onların  qışqırıqlarını  eşitmək  olar.  “Veysya,  veysya  kapustka”  rəqsi  qadınların  mahnı 

oxuması və zərb alətləri ilə müşayiət edilir.  Rəqs canlı tempdə olub, şən xüsusiyyəti ilə diqqəti cəlb 

edir. Onun musiqi ölçüsü 4/4-dür [6].  

“Perepyoloçka”,  “İz  pod  duba,  iz  pod  vyaza  (korzinka)”,  “Tı  zarya  tı  maya  zorenka”, 

“Timonya”, “Çijik”, “Meteliça”, “İqumen”, “Petelka”, “İz-za lesiku, da lesu tyomnava”, “Vdal po 

moroyu”  rus xorovod rəqsləri sırasına daxildir.  

Ukraynalılar da Azərbaycanda  yaşayan xalqlardandır. Onlar Hind-Avropa dil ailəsinin Şərqi 

Slavyan  qrupuna  aiddirlər.  Xorovodlar  ukraynalıların  xoreoqrafiyasında  əsas  janrdır.  Qədimdə  

əmələ gələn xorovodlar bu xalqda “bahar nəğməsi”, “qaivka”, “qaqilka”, Sumskoy, Çerniqovskoy 

vilayətlərində  isə  “karaqod”  adlanır.  Ukraynalıların  dairəvi  rəqsləri  xorovod  oyunlara,  mahnı  ilə 

olan  xorovod  rəqslərə  bölünür.  “Erkən  bahar”,  “Oh,  İvançiku,  bidolançiku”  xorovod  oyunların 

adlarıdır. “Çəlləkçi”, “Dəmirçi”, “Qarabaşaq”, “Len” və s. mahnı ilə olan xorovod rəqslər sırasına 

daxildir. 

“Meteliça” ukraynalıların canlı tempə malik olan kütləvi xalq rəqsidir. Bu rəqs əvvəlcə saat 

əqrəbinin  əksi,  sonra  isə  saat  əqrəbinin  hərəkəti  istiqamətində  ifa  olunur.  Rəqsin  əvvəlki 

variantlarında üzü mərkəzə tərəf dayananların  əlində silah olurdu. “Meteliça” xorun müşayiəti ilə 

lirik  yumoristik  səciyyəli  oxuma  ilə  ifa  edilən  rəqslərdən  olmuşdur.  XIX  əsrin  sonu  XX  əsrin 

əvvəllərindən  başlayaraq  onun  mahnı  ilə  bandura  alətinin  müşayiəti  ilə  ifa  olunmasına  başlanıldı. 

Rəqsin  müasir  variantında  iştirakçıların  sayına  məhdudiyyət  qoyulmur.  Onlar  dairəvi  formada 

düzülürlər. Aparıcı  cütlər əvvəlcədən seçilirlər. Çıxışçılar növbə ilə dairənin  ortasına gəlir və  rəqs 

edirlər. Digər iştirakçılar isə yerlərində dayanaraq əl çalırlar. Daha sonra iki nəfərin əlinin altından 

keçməyə başlayırlar. Onlar dairədə əl-ələ verib saat  əqrəbinin  əksi  istiqamətində  fırlanırlar. Cütlər 

yenidən  dairənin  mərkəzinə  çıxaraq  ifalarını  təqdim  edirlər.  Digərləri  isə  əl  çalırlar.  Rəqs  bu 



 

Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin