Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə32/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   28   29   30   31   32   33   34   35   ...   88

 

 

 

 

 

 

 

 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

180

 

 



 

 

Afət Həbibova, doktorant 



Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, müəllim 

Afet_hebibova@mail.ru 

 

LƏZGİLƏRİN QEYRİ-ADİ TOY ADƏTLƏRİ 

 

Açar sözlər: Azərbaycan, tolerantlıq, ləzgilər, toy, adət-ənənə, güzgü. 



Key words: Azerbaijan, tolerance, lezghins, customs and traditions, mirror. 

 

Tolerantlığı  ilə  seçilən  Azərbaycan  azsaylı  xalqların  da  məskunlaşdığı  məkandır.  Burada 



müxtəlif etniklər birgə  yaşayışın nümunəsini illərdir ki, qoruyub  saxlayırlar. Ölkəmizdə həmçinin 

azsaylı  xalqların  dillərinin,  adət  -  ənənələrinin,  mədəniyyətlərinin  inkişafı  üçün  hər  cür  şərait  var. 

Azərbaycandakı  milli  azlıqlar  sırasında  ləzgilər  öz  mədəniyyəti,  adət-ənənəsi,  etnoqrofik  yaşam 

tərzi ilə aparıcı yer tutur.  

Ləzgilər – ana dili ləzgi dili olan Qafqaz dilli xalqlardan biridir. Məlum olan dəlillərə əsasən 

demək  olar  ki,  ilk  dəfə  ləzgilərin  tarixi  küll  halında  VIII  əsrdə  alban  əlifbası  ilə  ləzgi  dilində 

yazılmış  “Alban  kitabı”nda  və  902-ci  qələmə  alınmış  “Axıtnamə”  əsərində  öz  əksini  tapmışdır. 

Miflər və digər şifahi xalq ədəbiyyatı nümunələri ilə yanaşı bir sıra maddi dəlillər ləzgilərin qədim 

tarixə malik olduğunu bir daha sübut edir. 

Bu  gün  Ləzgilər  Cənub-şərqi  Dağıstanda,  qismən  şimal-şərqi  Azərbaycanda,  az  sayda  isə 

dünyanın bir çox ölkələrində yaşayırlar. Respublikamızın Quba, Qusar, Xaçmaz, İsmayıllı, Qəbələ, 

Şəki, Qax və Oğuz rayonlarında nisbətən daha sıx məskunlaşıblar. Ləzgilər Azərbaycana eramızdan 

əvvəl  III  -  IV  minillikdə  Yunanıstanın  Krit  adasından  gələrək,  Qafqaz  dağlarını  özlərinə  məskən 

seçiblər. Hal-hazırda ləzgilər Azərbaycanın əhalisinin 2 faizini təşkil edir.  

Bu gün ləzgi kəndlərində əsasən qədim toy adət-ənənələri, etnoqrafik yaşam tərzi aparıcı yer 

tutmaqdadır. Belə ki, ləzgi kəndlərində qədim toy adətlərinə xüsusi önəm verilir. Ləzgilərdə inama 

görə  toy  ilahələrin  nəzəri  altında  keçir.  Toy  insanları  tanıdır,  yaxınlaşdırır.  Ləzgi  toylarını  digər 

xalqlardan  fərqləndirən  bir  sıra  özəllikləri  var.  Ləzgilərdə  oğlan  əgər  əsgər  getməyibsə,  ona  qız 

vermirlər.  Qədim  adətə  görə  isə  subay  qızlar  saçını  bir  hörük  hörərlər.  Hər  hansı  qadının  saçı  iki 

hörülübsə, bu o deməkdir ki, o ailəlidir. Bu xalqda qohum evliliyinə üstünlük verildiyi üçün, ən çox 

əmiuşaqları arasında nikahlar təqdir edilirdi. Hətta “əvvəllər ləzgilərdə nikah ailə quracaq gənclər 

hələ  uşaq  ikən  qohumlar  arasında  bağlanırdı”(4.  514).  Qeyd  etmək  lazımdır  ki,  ləzgilərin  də  toy 

mərasimləri  bütün  azərbaycanlılarda  olduğu  kimi  çox  mərhələlidir.  Eyni  zamanda  ləzgilərin  toy 

mərasimlərini  ifadə  edən  sözlərin  əksəriyyəti  Azərbaycan  dilindədir.  Ləzgilərdə  də  elçi  “ilçiyar”, 

elçilərə şirin çay təklif edilməsi “şirin çay”, elçilərin razılığı gəlməsi “meçi yarui” adlanır.(1, s. 136) 

Ləzgilərdə elçilikdən sonra toy məclisinin başlanğıcı olan nişan məclisi xeyir – dua ilə, mahnı 

ilə başlanır. Qıza nişan aparılması “nişan ktun” adlanır. Burada musiqiçilərə ehtiyac yoxdur. Onları 

iştirakçılar  əvəz  edir.  Qəlblər  riqqətə  gəlir,  ürəklərdən  gələn  sözlər  şən  bayatılara,  mahnılara 

çevrilir.  Belə  nəğmələrdən  biri  olan  “Pərizada”  mahnısının  ləzgi  toylarının  aparıcı  ritmi  olmasını 

hamı  bilir.  Bu  mahnının  bir  neçə  variantı  mövcuddur  ki,  onların  da  hər  birinin  öz  məclisi  və 

bayatıları var. Bu mahnılar məclis iştirakçılarının əylənməsinə xidmət etməklə yanaşı, həm də nişan 

məclisində xonçaların təqdimatı zamanı oxunur. Əlində xonça tutan qohum-əqraba rəqs edərək qız 

tərəfini də  oyuna cəlb  etməyə  çalışır. Gəlin tərəfinin  adamları təzə  qohumları alqışlarla qarşılayır. 

Səslənən  nəğmələr  qohumlar  arasında  xoş,  zarafatyana  münasibətlərin  yaranmasına  şərait  yaradır. 

Adətən,  bəy  evindən  gəlin  evinə  sini  qabda  bərəkət  rəmzi  olan  plov  aparılır.  Nişan  üzüyü  qızın 

barmağına taxıldıqdan sonra hamı bu plovdan dadır. Xəbər müjdəsi  kimi  məclisdəkilərə şirniyyat 

paylanır.    

Toy  ərəfəsində  oğlan  evinin  qız  evinə  başlıq  pulunun  ödənilməsi  adəti  də  mövcud  idi.  Bu 

ləzgicə “niged pul” , yəni “yol pulu” adlanırdı. Kərküklərdə də qız üçün başlıq kimi ödənən pul “yol 

pulu”  adlanırdı.  (2)  Əvvəl  ləzgi  toyları  7  gündən  az  olmazmış.  Sonradan  bu  say  3  günə  enib. 

Günümüzdə bəzi kəndlərdə bu adətlər saxlansa da, əksəriyyət bir gün edir.  

Toydan  əvvəl  oğlan  evi  illərdir  bəslədiyi  qoç  və  ya  cöngəni  kəsir.  Bu  prosesdə  nəslin 

kişilərinin  hamısı  iştirak  etməlidir.  Əgər  əmioğlu  gəlməyibsə,  heyvan  kəsilə  bilməz.  Bu  həm  də 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

181

 

 



 

 

qohumlara verilən dəyəri göstərir. Ləzgilərdə toy olacaq günün səhəri evin qapısının üstünə qırmızı 



şal bağlamaq adətdir. O zaman kənd camaatı xəbər tutur ki, o evdə toy var. O andan etibarən heç 

kim toya dəvət gözləməzdi. Çünki qırmızı örpək hamı üçün dəvətnamə idi. Bəzi adətlərə görə bu şal 

daha  sonra  toy  məclisinin  hədiyyəsi  kimi  ən  yaxşı  iştirakçılardan  birinə  bağışlanır.  Adətdəndir  ki, 

toydan  qabaq  ilk  növbədə  qohum-qardaşı  yığıb  hərəsinə  bir  iş  tapşırarlar.  Kiməsə  qonaqları 

qarşılamaq,  kiməsə  yeməklərə  baxmaq  həvalə  olunur.  Hətta  qalmaqalın  qarşısını  almaq  üçün 

nəzarət  işinə  baxan  da  müəyyənləşdirilirdi.  Keçmişdə  isə  ləzgilərdə  toy  ərəfəsində  oğlan  evinə 

maddi yardımla bağlı bir “Payar” adlı ənənə də mövcud idi. Bütün yaxın qohumlar, kənd camaatı 

toy  edənin  ailə  qurmasına  və  təsərrüfat  yaratmasına  yardımçı  olmaq  üçün  oğlanın  ailəsinə  pay 

gətirərdilər. Belə olan halda toy əsl bayrama çevrilir.  

Ləzgilərdə adətə görə bəy toy günü dostlarının müşayiəti olmadan heç yerdə görünməməlidir. 

Əks halda onu oğurlaya bilərlər. Azərilərdə sağdış-soldış, avar, saxurlarda “yançı”, adlanan bəyin 

köməkçiləri  ləzgilərdə  “naib”  adlanırdı.  “Bəy  toyun  əvvəlində  ya  hər  hansı  bir  qohumu,  yada 

dostugilə  gedir  və  bütün  toy  müddəti  orda  yoldaşları  ilə  əylənir”(4.  s.  514).  Bu  da  həm  bəyi 

qorumaq, həm də onu əyləndirmək məqsədi daşıyır. Bəyi qoruyan dostlarının içində xan seçilir və 

digərləri onun əmrinə müntəzir olur. Onlardan hər hansı biri yanlış bir hərəkət etsə, ya pulla cərimə 

olunur,  ya  da  cəzalandırılırdı.  Köhnə  qaydalardan  birinə  görə  səhv  edənin  əllərini  və  ayaqlarını 

arxadan bağlayıb nehrə çalxalama cəzası verirdilər. 

Ləzgi  toylarını  ən  əziz  qonağı  aşıq  sayılır.  Aşıq  biliklərin,  hikmətlərin  daşıyıcısıdır.  Aşığın 

məclisə  gəlişi,  sözü,  söhbəti  müdriklik  nişanəsidir.  Hamı  onun  ətrafına  toplanır.  O  adətlərin 

qoruyucusu, toyun ən hörmətli qonağıdır. Məhz buna görə ləzgi toylarında aşığın iştirakı mütləqdir.  

Ləzgilərdə  toya musiqiçilər-zurnaçı  dəstələri oğlan evi  tərəfindən dəvət  edilir. Onların gəlişi 

isə  rəqslərə  meydan  açır,  məclisə  şuxluq  gətirir.  Məclis  sahibləri  sevinclərini  ifadə  etmək  üçün 

musiqiçiləri  xüsusi  xonça  və  hədiyyələrlə  qarşılayırlar.  Toyun  müəyyən  mərhələsində  onlar  həm 

qız,  həm  də  oğlan  evində  çalıb  çağırardılar.  Ləzgi  toylarında  ifa  olunan  məxsusi  mərasim 

mahnılarının sayı 30-dan yuxarıdır. Məclisi aparan gəncləri həvəsləndirmək məqsədilə xüsusi içki 

növü olan “tac suyu ” verirlər. Ümumilikdə isə bütün məclislər çay ilə başlanır, çay ilə də bitir.  

Ləzgilərdə  toyu  idarə  etmək  üçün  “araçı”  seçmək  vacib  məqamdır.  Araçı  dem(toy)  məclisi 

üçün geniş meydan yeri seçir, ora oturacaqlar qoydurur, sonra isə gənclərin, yaşlıların, qadınların, 

kişilərin  yerini  müəyyənləşdirir.  Adət  vardır  ki,  gənc  oğlanların  qızlara  göz  qoymaları  üçün  də 

şərait  yaradılır.  Əgər  toyda  qızlar  rəqsə  dəvət  olunardılarsa,  meydana  çıxmaqdan  boyun  qaçıra 

bilməzdilər.   

 Yetərincə  əylənən  oğlan  adamı  musiqiçilərin  də  müşayiəti  altında  nəhayət  gəlini  gətirməyə 

gedir. Lakin bu o qədər də asan iş deyil. Belə ki, gəlini aparmağa gələn oğlan adamı üçün sınaqlar 

gəlinin  otağının  qapısının  ağzından  başlayır.  Burada  gəlinin  dilli-dilavər  rəfiqələri  oğlan  tərəfinin 

qarşısını  kəsir.  Nəhayət,  bəxşiş  alıb  gəlini  aparmağa  icazə  verirlər.  Küçədə  isə  “yolkəsdi”  adəti 

məhlə uşaqlarının işidir. Bundan başqa qız evinin həyətindən nəsə oğurlanmalıdır. Lakin oğurlanan 

əşyanın mütləq bir mənası olmalıdır. Gəlin evdən çıxarkən geri dönüb, ata evinə baxa bilməz. Bu 

qızın gözünün ata evində qalması kimi yozulur. Gözü ata evində qalan qızın bəxti üzünə gülməz və 

ata evinə dönər deyə düşüncələr var. Amma hər bir qız gəlin köçərkən son dəfə ata evinə baxmaq 

istəyir. Bunun üçün də gəlinin yanında güzgü olar. Evin əksi güzgüyə düşər və gəlin də son dəfə ata 

evinə  həmin  güzgüdən  baxar.  Gəlinin  yanında  güzgünün  olması  da  burdan  qaynaqlanır.  Nəhayət, 

üzü  qırmızı  şalla  örtülən  gəlini  bəy  evinə  aparırlar.  Bu  günümüzdən  fərqli  olaraq  o  zamanlar 

avtomobil  deyil,  at  arabası  və  ya  fayton  dəbdə  idi.  Toy  karvanının  sonundakı  atlarda  isə  gəlinin 

cehizləri daşınardı. 

“Gəlin  bəy  evinə  yaxınlaşanda  qonşu  evlərdən  onun  üstünə  xırda  pul,  fındıq,  şəkər,  atırlar. 

Gəlin  evin  girəcəyində  isə  yağ  qabını  sağ  ayağı  ilə  sındırıb  keçir”  (4.  s.  515).  İnama  görə  “bəd 

ruhlar evin kandarına yığışardılar və bu ruhları uzaqlaşdırmaq üçün müxtəlif ayinlər icra olunardı. 

Eşik  türk  xalqlarında  evin  qoruyucu  ruhunun  olduğu  yer  olaraq  bilinir.  Ona  görə  də  eşiyə 

basılmadan içəriyə girilir”(3. s. 120-121). Daha sonra gəlin əlini una batırıb evin girəcəyini üç dəfə 

unlayır ki, bu da ruzi-bərəkət mənasını daşıyır. Gəlini otağa gətirib cehizlə dolu sandığın üstündə 

əyləşdirirlər  və  şənliyə  başlayırlar.  Bütün  qızlar,  qadınlar  gəlinin  ətrafına  toplaşır  ona  hədiyyələr 

verir, onun şərəfinə nəğmələr oxuyur, gəlinə xoş arzularını çatdırırlar. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

182

 

 



 

 

Diqqət  yetirilərsə,  bu  toylardakı  ənənələr,  mərasimlər,  oynanılan  rəqslər,  keçirilən  yarışların 



həm  adları,  həm  də  motivləri  Azərbaycanın  digər  bölgələrindəki  rəqs  havalarından  əsaslı    şəkildə 

fərqlənmirlər.  Bütün  nəsil  və  kənd  üçün  əyləncə  mərasiminə  çevrilən  oyun-tamaşalar,  idman 

yarışları uzun müddət bir arada yaşayan bu xalqların mənəvi dünyasının bir parçasına çevrilib. 

Bu  gün  Azərbaycanda  yaşayan  azsaylı  xalqlar  çəkinmədən  öz  mədəniyyət  nümunələrini 

yaşada  bilirlər.  Bayramlarını  məhdudiyyətsiz  şəkildə  qeyd  edir,  ayinlərini  icra  edirlər.  Adət  və 

ənənələrini  gələcək  nəslə  ötürürlər.  Onlara  öz  folklor  nümunələrini  yaşadaraq  təbliğ  etməkdə  heç 

bir maneə yoxdur. Bu isə Azərbaycanın tolerant bir ölkə olduğunu bir daha sübut edir. 

 

Ədəbiyyat siyahısı 



1. Paşayeva Məhəbbət. Azərbaycanlıların ailə mərasimlərində etnik ənənələr. Bakı 2008 

2. Paşayev Qəzənfər. Kərkük folklorunun janrları. Bakı 2003 

3. Kalafat Yaşar. Balkanlardan Uluğ Türkistana Türk halk incları. II. Ankara 2005 

4. Народы Кавказа. М. О. Косвена, Л. И. Лаврова, Г. А. Нерсесова, Х. О. Хашаева; 

Москва 1960   

Xülasə 


İllərdir  birlikdə  yaşadığımız  bu  xalqın  nümayəndələrinə  o  qədər  alışmışıq  ki,  bu 

xüsusiyyətləri özləri kimi doğmalaşıb. Belə  xalqlardan biri də  Ləzgilərdir. Ləzgilər – Qafqaz dilli 

xalqlardan biri  və  ana dili ləzgi  dili  olan,  əsasən kompakt şəkildə  cənub-şərqi Dağıstanda, qismən 

şimali-şərqi  Azərbaycanda,  az  sayda  isə  dünyanın  bir  çox  ölkələrində  yaşayırlar.  Ləzgi  toylarını 

digər xalqlardan fərqləndirən bir sıra özəllikləri var.   

Afat Habibova 

Summary 

  For  years,  representatives  of  the  people  are  so  accustomed  to  this  that  we  live  together,  as 

they  warmth  of  these  features.  One  of  such  people  is  Lezghin.  Lezghins  -  Caucasian-speaking 

nations Lezgi mother language, which is one of the mostly densely southeast Dagestan, part of the 

north-east of the country, a small number live in many countries of the world. There are a number 

of distinguishing features of other nations Lezghi weddings. 

 

 

 



 

 

 



 

 

 



Dadaş Əliyev 

AMEA Folklor İnstitutu dissertant 

dadashaliyev@yahoo.com 

 

FOLKLORUMUZDA MULTİKULTURALİZM VƏ BİLİNQVİZM 



 

Açar sözlər: folklor, bilinqvizm, multikulturalizm , tolerantlıq , regional xüsusiyyətlər, Lahıc 

folkloru  



Key words: folklore, bilinguism, multiculturalism, tolerance, the regional peculiarities, Lahij 

folklore 

 

Multikulturalizmin  millətlərarası  münasibətlərdə  aparıcı  xətt  kimi  hakim  olduğu 



Azərbaycanda  yaşayan    hər  bir    xalqın  dili,  dini  baxışları  və    mədəniyyətinin  özünəməxsusluqları 

polilinqvizmin  doğurduğu  multikulturalizm  hadisəsinin  araşdırılmasını  dövrümüz  üçün  artıq 

dərəcədə aktuallaşdırmışdır.  Dünyada baş verən  qlobal dəyişikliklərin və qloballaşma adlandırılan 

bir prosesin fonunda Azərbaycan xalqının ənənəvi məişət və mədəniyyət məsələlərinin tədqiqi milli 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

183

 

 



 

 

özünütəsdiq və özünü tanıtma baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir. Azərbaycan xalqının 



etnokulturoloji  məsələlərinin  öyrənilməsi  məsələsinin  maraqlı  tərəfi  ondan  ibarətdir  ki  ,  tədqiqata  

təkcə  ərazinin  ən  böyük  bir  etnosu  kimi  Azərbaycan  xalqı  deyil  ,  həm  də  Azərbaycan    ərazisində 

kompakt şəkildə yaşayan milli azlıqlar da cəlb edilir.  Bu baxımdan  Azərbaycanda yaşayan talış, 

ləzgi ,tat , lahıc , xınalıq, avar, udi və digər azsaylı xalqların məişəti və mədəni həyatı  həm yerli , 

həm də xarici alimlərin maraq dairəsinə ciddi şəkildə daxil olmuşdur .  

Müasir dünyamız bir tərəfdən sosial – iqtisadi problemlərin doğurduğu qlobal iqtisadi böhran, 

digər  tərəfdən  dünyanın  hərbi-siyasi  gücləri  arasında  dünya  bazarlarının  bölüşdürülməsi  və  daha 

artıq  siyasi  nüfuz  uğrunda  gedən  mübarizələr,  üçüncü  tərəfdən  isə  hər  gün  daha  da  genişlənən  

transmilli cinayətkarlıq, mütəşəkkil millətçi radikal  qruplar, “məzhəb çıxaran, yol ayıran xadimi - 

ədyan”ların  yaramaz  əməllərinin  nəticəsi  olan  firqəçiliyin  və  günbəgün  fəsadları  çoxalan  dini 

təəssübkeşliyin sərhədlərini aşaraq  məzhəblər  və fərqli dinlər arasındakı ziddiyyətlərin süni şəkildə 

qabardılması  kimi  reallıqlarla üzləşib.  Xalqlar  arasında münaqişələrin  yerini  səmimi və qarşılıqlı 

anlaşmanın alması hər bir ayıq düşünən insanı maraqlandırır, çünki milli və dini ədavətin nəticəsi 

mənasız müharibə və günahsız qurbanlardır.  

Multikulturalizm  mürəkkəb  strukturlu  və  fərqli  mədəniyyətlərə  söykənən    müasir  cəmiyyəti 

səciyyələndirən  ən  mühüm  cəhətlərdən  biridir.  Onun  mövcudluğu  dövrümüzün  obyektiv  reallığı 

olmaqla,  artıq  sosial  tələbata  çevrilmiş  və  hər  bir    insanın  özünü  yaşadığı  ölkənin  tamhüquqlu 

vətəndaşı kimi hiss etdiyi,  özünün milli identikliyini və bu müstəvidə milli mədəni ənənələrini hər 

zaman  qoruduğu  bir  cəmiyyətin  varlığı  həmin  dövlətin  imicini  yüksəldən  atributlardan  sayılır.  

Müasir  Azərbaycanın  reallığı  hesab  edilən  milli  və  dini  əlvanlıq  ölkəmizdə  birdən  -  birə 

yaranmamışdır.  Ölkəmizin  ərazisi  tarixən  fərqli  imperiyaların  tərkibinə  qatılmış,  müəyyən  zaman 

müddətində azğın işğalçıların hücumlarına məruz qalmış və onlar da  özləri  ilə bərabər həm milli  

və dini özəlliklərini, həm dini inanclarını, həm də mədəni adət-ənənələrini bizim torpaqlara gətirmiş  

və gətirdikləri  ya zorən, ya da ki, könüllü olaraq qəbul edilmişdir. Azərbaycanda yaşayan xalqların 

birgə  yaşayışı  onlar  üçün  ortaq  mənəvi  dəyərlərin  formalaşmasına,  əksər  bayramların  və  digər 

mərasimlərin  birgə  keçirməsinə  imkan  vermişdir.  Azərbaycanın  şimal-qərbində    (Quba,  Xaçmaz, 

Qusar,  Siyəzən,  Dəvəçi,  Xızı,  Abşeron,  Şamaxı,  Qobustan,  İsmayıllı,  Ağsu,  Qəbələ  ,  Oğuz, 

Zaqatala,  Qax,  Balakən)  ləzgi,  avar,  tat,    lahıc,  xınalıqlı,  haputlu,  molokan  ruslar,  ingiloy,  saxur, 

qrız, dağ yəhudiləri, udi və s ., cənub –şərqində  (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı  ) isə 

talışlar  kimi  azsaylı  xalqlar  yaşasalar  da,  qeyd  etmək  lazımdır  ki,  XX  əsrin  sonu  və  XXI  əsrin 

əvvəllərində  əhalisi  böyük  sürətlə  artmış  və  artıq  meqapolisə  çevrilməkdə  olan  paytaxt  Bakı 

şəhərində    Azərbaycanda  yaşayan  bütün  azsaylı  xalqların  nümayəndələrinə    rast  gəlmək 

mümkündür. Bütün bu millətlərin nümayəndələrinin yaşadığı  Bakı şəhərində  dil, din və adət-ənənə 

fərqlərini müşahidə etmək heç də həmişə mümkün deyil , amma bu regionlarda özünü daha aydın 

və tez-tez büruzə verir. Kulinariya  və geyim mədəniyyətində, bütün ölkəmiz üçün ümumi sayılan 

bayramların  keçirilməsi  və  məişətimiz  üçün  ənənəvi  sayılan  toy  və  yas  mərasimlərin  təşkilində,  

milli  və  dini  fərqlilikləri  olan  insanların  ünsiyyət  qurmasında,  ortaq  mədəni  dəyərlərin  təzahür 

etdiyi məqamlarda, həmçinin hər bir xalqın ədəbiyyatının bünövrəsi sayılan  şifahi xalq ədəbiyyatı 

nümunələrinin    janr  və  süjet  baxımından  ortaq  əlamətlər  qazanmasında    müxtəlif  mədəniyyətlərin 

qarşılıqlı təsiri danılmazdır. 

Azərbaycanda multikulturalizmin və bilinqvizmin  təzahürünü görmək üçün ümumi qeydlərlə 

kifayətlənmək  mümkün  deyil.  Bu  məqsədlə  Azərbaycan  folklorunda  bilinqvizmin  rolu  bu 

məqalənin əsas obyekti kimi  müəyyən edilmişdir. 

Bilinqvizm multikulturalizmin tərkib hissəsi olub onun daha aydın şəkildə təzahürü və sosial 

–tarixi    baxımdan  əsaslandırılmasının  mühüm  amili  hesab  edilməlidir.  O  ,  mədəniyyətlərarası 

dialoqun   əsas   vasitəsi kimi  fərqli mədəniyyətlərin  yanaşı  yaşamasını təmin edir.  Dil  cəmiyyətin 

varlığının ən mühüm göstəricilərindən biri və şüurlu məxluqun özünü ifadə  vasitəsidir . Bir məsələ 

də  heç  də  şübhə  doğurmur  ki,    hər  bir  xalq  böyük  və  kiçik  olmasından  asılı  olmayaraq  ana  dilini 

özünüifadə və özünütəsdiq vasitəsi hesab edir və milli özünəməxsusluğunu ictimai həyatın hər bir 

sahəsində  onun  köməyi  ilə  nəzərə  çatdırır.  Azərbaycanda  bir  sıra  dünya  ölkələrində  olduğu  kimi 

bilinqvizmin bir sosial –mədəni hadisə kimi inkişafının əsas səbəbləri aşağıdakılar göstərilə bilər : 

 



Tarixi və siyasi hadisələr , coğrafi yerdəyişmələr  

 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

184

 

 



 

 



 

hakim dil və hakim millət faktorunun güclənməsi  

 

hakim  dilin    dövlət  dili  statusuna  malik  olması  ,    onun    aparıcı  ünsiyyət  vasitəsi  və 



məktəblərin əksəriyyətində təhsil dili kimi fəaliyyət  göstərməsi 

 



Başqa  ölkələrin  və  xalqların  mədəniyyətinin  öyrənilməsi  ,öz  doğma  mədəniyyətinin 

dərindən dərk edilməsi və mədəniyyətlərarası dialoqun yaranması 

Bütün tarix boyu bir insan bir yaxud bir neçə dildə danışmağa ehtiyac hiss etmişdir. Keçmişdə 

və bu gün eyni bir coğrafi məkanda  yanaşı  yaşamış fərqli millətlərin   nümayəndələri bir-birindən 

fərqləndikləri  kimi    onların  arasındakı  münasibətlər  də  həmişə  eyni  olmamışdır:  ya  onlar 

qonşuluğunda yaşayanlar haqqında heç bir məlumata sahib olmamış, ya  müəyyən məlumata sahib 

olsalar  da,  bir-biri  ilə  heç  bir  əlaqə  qurmamış,  hətta  bəzən  nifaqda  yaşamış,  ya  da  ki  bir-birini 

yaxından  tanımış,  bütün  milli  və  dini  fərqliliklərə  baxmayaraq  mehriban  qonşuluq  münasibəti 

qurmuş,  bir-birinin    iqtisadi,  mədəni  və  normal  insani  həyatlarında  ortaq  dəyərlər  əldə  etmiş  və 

müəyyən tarixi  məqamlarda vahid ideya və məqsəd  ətrafında birləşmişlər.  

Polietnik tərkibə malik olan dünya ölkələrinin  sosial-kommunikativ sistemində dillər bir-biri 

ilə elə qaynayıb qarışır ki, bu zaman bilinqvizm mühüm bir vasitə kimi eyni sosial-coğrafi məkanda 

yaşayan  müxtəlif dilli insanlar arasında qarşılıqlı anlaşma mümkün olur və dil maneəsini  aradan  

götürür. Müasir dünyanın dil baxımından inkişafında mühüm istiqamətlərdən biri kimi bilinqvizm 

bir  ölkə  yaxud  məhdud  ərazi  daxilində  iki  dilin  eyni  zamanda  mövcudluğu  yaxud  insanlar 

tərəfindən eyni səviyyədə  işlədilməsi kimi başa düşülür. Müasir dünyada bilinqvizm adlanan bu dil 

hadisəsi çox yayılmış və məşhurlaşmışdır.  

Bilinqvizm, belə demək mümkünsə, iki dil dünyasının məhsulu olub həmin dünyalara məxsus  

insanların fərqli bir xalqın mədəniyyəti ilə bağlı  yeni informasiya əldə etməklə zənginləşən ikidilli 

şəxsiyyətin formalaşmasına səbəb olur. Bu ona gətirib çıxarır ki , bir xalqa aid olan milli və maddi-

mənəvi  dəyərlər  zaman  keçdikcə  başqa  bir  xalqın  nümayəndələri  ilə  qarşılıqlı  ünsiyyət  və  yanaşı 

yaşama  şərtlərində  ortaq  mədəni  ənənələrin  yaranmasına  təsir  göstərir.  Müasir  dünyamızda 

bilinqvizm  həm  sosial  və  kulturoloji  baxımdan  önəmli  bir  hadisə  kimi  bir  çox  tədqiqatçıların 

obyekti  kimi  həmişə  maraq  doğuran  məsələlərdəndir.  Məsələn  :  Kanadada  ingilis  və    fransız 

dillərində, İsveçrədə eyni zamanda 4 dildə: alman, fransız, italyan və reteroman dillərində  danışan 

insanlar yaşayır. Birinci halda bilinqvizm , ikinci halda isə polilinqvizm hadisəsi ilə üzləşirik.  

Qədim  mənbələrdə  “dillər  dağı”  yaxud  “dil  topası”  adlanan  və  həqiqətən  də  ,  bir-birindən 

tamamilə  fərqlənən  dillərin  funksionallaşdığı  Qafqazın  həm  təbii  sərvətləri,  həm  də  milli  və  dini 

özəllikləri  ilə  çox  maraq  doğuran  bir  parçası  da  Azərbaycandır.  Ölkəmizin  əsasən  şimal-qərb    və 

cənub  -  şərq  regionlarında  etnik  müxtəliflik  olduqca  aşkar  şəkildə  özünü  büruzə  verir. 

Azərbaycanda  bilinqvizm  bütün  azsaylı  xalqların  yaşadığı  yaşayış  məntəqələrində  rast  gəlinir, 

polilinqvizm  isə  hələ  rus çariçası  Yekaterina dövründə  Azərbaycanın  bir  sıra bölgələrinə  kompakt 

şəkildə  köçürülmüş  molokan  rusların  məskunlaşdığı  kəndlərin  birində  -İsmayıllı  rayonunun 

İvanovka  kəndində  mövcuddur.  Maraqlı  cəhət  bundan  ibarətdir  ki  ,  həmin  kəndə  köçüb  gəlmiş 

ləzgilər həm öz ana dilləri- ləzgicəni , həm dövlət dilini-azərbaycancanı ,həm də İvanovka kəndinin 

əsas  sakinlərinin  dilini-ruscanı  bilirlər.  Təbii  ki  ,  hər  dildən  fərqli  məqsədlər  üçün  istifadə  edilir. 

Bilinqvizmin yaranma səbəbləri sırasında siyasi, tarixi, müxtəlif ölkələr və xalqlar arasında iqtisadi, 

siyasi və mədəni əlaqələrin gücləndirilməsi aid edilir. 

Bu baxımdan Azərbaycanın bölgələrindən biri olan İsmayıllı rayonu olduqca  maraqlıdır. Bu 

bölgə  3  fərqli  coğrafi  landşaftda  (dağlıq,  dağətəyi  və  düzənlik)  yerləşmiş,  Azərbaycan  tarixinin 

mühüm mərhələlərinin işlərini qoruyub saxlamış , xalq sənətləri ənənələrinin bu gün də yaşadığı və 

yəhudi,  türk  ,  Qafqaz  ,  İran  və  slavyan  mənşəli  xalqların    əmələ  gətirdiyi  etnik  mənzərəyə  sahib 

olan  bir  bölgədir.  Maraq  dairəmizdə  olan  lahıc  dilli  mühitdə  yuxarıda  qeyd  edilənlər  özünü  əksər 

hallarda göstərə bilir : lahıclı azərbaycanca eşitdiyi ya da oxuduğu bir söyləntini tam şəkildə anlayır 

və məzmununu lahıcca ifadə edir, ya da azərbaycanca olan bir mətni elə eşitdiyi dildə yenidən nəql 

edə bilir, ya da ki eşitdiyini həm Lahıc, həm də  Azərbaycan dillərində  həmin dillərin tələb etdiyi 

formada  müsahibinə  çatdırır.  Bunu  xüsusilə    alınma  folklor  nümunələrində  görmək  olur,    belə    ki 

söyləyici öz dil bilgisi səviyyəsindən asılı olaraq bir nümunəni  eşitdiyi dildə, digər nümunəni hər 

iki  dildə,  başqa    bir  nümunəni  isə  doğma  dilində  ifa  edir.    Folklor    söyləyiciləri    öz  təbiətləri  


 


Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin