“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
216
olardı. Nikah mərasimi qurtardıqdan sonra hər iki vəkilə oğlan evinin adamları xüsusi hörmət edər
qonaqlıq verərdilər.
Toyun əsaslı yaddaqalan mərhələlərindən biri də xınayaxdı mərasimidir. Bu mərasim qız
toyuna bir gün qalmış edilir. Hazırda isə xınayaxdı qız toyu günü olur. Həmin gün çal-çağır olar,
əllərinə xına yaxan qızlar oynayar, oxuyar, gənclərə tanrıdan xoşbəxtlik diləyirlər. Xınayaxdı
mərasimində subay qızların gəlinin tərəfinə söylədiyi nəğmələr hindi də el arasında yaşamaxdadı:
Qonşumuzdan qız gediy,
Qız döyil, qızıl gediy.
Yüz min manat versə də,
Yenə də ucuz gediy.
Axşamdı gün batıfdı,
Gözəl qızlar yatıfdı.
Yox olmuş qız yengəsi
Xınaya şir qatıfdı.
Xınayaxdı günü muradı gözündə qalan (qız toysuz, qoşuluf qaçan) analar da öz arzu və
istəklərini söylədikləri nəğmələrdə ifadə edirlər.
Əlimə xına yaxmışam,
Dar yollara baxmışam.
Qızım qoşuluf gedif,
Yaman günə qalmışam.
Sonra əllərinə xına yaxan qızlara ayrıca stol açırlar, onları milli xörəklərə, aşa, qabaq xətəfinə,
cincar girsinə qonaq edirdilər. Orada ərə gedəsi qızın istəyi xüsusi olaraq nəzərə alınır. Zaqatalada
əvvəllər toylar üç gün çalınar, istər qız, istərsə də oğlan toyları açıq səmada keçirilirdi. Açıq
toylarda şər qarışanadək gələnlərə yemək-içmək verilər, qonaqlar oyuna dəvət olunardılar. Həm
oğlan həm də qız evindən xüsusi atlar hazırlanar, oğlan evindən olan atın boynuna ağ, qız evindən
olan atın boynuna isə qırmızı kəlağayı bağlıyardılar. Camaat bəzənmiş atların tamaşasına çıxardı.
Dəvət qurtardıqdan sonra çalğıçılara oğlan evindən xüsusi yimək payı qoyulardı. Oğlan toyunun
əvvəlki günü çalğıçılar gətirilərdi. Toyun səhərsi isə adətə görə onlar “Səhər muğamı” çalar və
onunla camahatı bir daha xəbərdar edərdilər. Bu adətlər azərbaycanlılar tarixən yaşadıqları
kəndlərdə daha çox nəzərə çarpır.
Gəlmişıx sizin toya
Baxmıyın bizim boya.
Çox şad oluf gəlmişıx,
Mübarək olsun toya.
Qımırdan qız almışıx,
Çaya limon salmışıx,
Qardaşımın toyudu
Arzumuza çatmışıx.
Oğlan evi:
Arışarıx gül-gül,
Barışarıx gül-gül.
Arşa tökən şərbət olsa
Biz içarıx gül-gül.
Qız evi:
Arışmarıx gül-gül
Barışmarıx gül-gül.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
217
Arşa tökən şərbət olsa
Biz işmarıx gül-gül.
Bu bölgənin toy adətləri bəzi xüsusiyyətlərinə görə fərqlənir. Məsələn, Şəki-Zaqatala
bölgəsində oğlanın və qızın hər kisinin sağdışı-soldışı olur. Bəyin sağdışı-soldışı mütləq subay
olmalıdır. Toya kimi ərə gedəcək qız öz subay rəfiqələri ilə “Qızlar içi” gəzməli oğlanda öz on
atəyin olunan sağdiş və soldişi ilə birgə qonaqlıq gəzir. Toydan sonra oğlan və qız evləri bu dörd
nəfərə xələt verməklə onlara öz razılıq və minnətdarlığını bildirir. Onların digər adları "yançılar"
"saqqallar"dır.
Zaqatala Azərbaycanlılarla yanaşı, azsaylı xalqların da ortaq vətəni olduğundan burada bəzi
etnik xalqlar yaşadığından adətlərdə də fərqlilik mövcud olsa da əsas etibarı ilə azsaylı xalqlar
Azərbaycanlılarla birgə yaşadıqları üçün bu mədəniyyəti kifayət qədər götürmüş və ən kamil
qoruyucularına çevrilmişlər. Zaqatalalılar hər zaman adət və ənənələrin, mənəvi dəyərlərin
qorunması ilə öndə olmuşlar. Müxtəlif millətlərin burada yaşamasına baxmayaraq, Zaqatalada hər
zaman istər millətlərarası, istər dinlərarası, istərsə də məzhəblərarası qardaşlıq və ehtiram özünü
göstərmişdir. Zaqatalalılar Azərbaycanın dövlətçiliyinin qorunmasında böyük xidmətlər
göstərmişlər. Eləcə də, azsaylı xalqların milli mənəvi mədəniyyətlərinin araşdırılması onların bir
etnos kimi hərtərəfli tədqiq olunmasında böyük əhəmiyyətə malikdir. XIX əsrdə Azərbaycanın
şimal bölgəsinə səfər etmiş D.Zubarayev, Fon-Plotto (“Zaqatala dairəsinin əhalisi və təbiəti” əsəri)
eləcə də, ayrı-ayrı müəlliflərin və etnoqrafların müxtəlif əsərlərində bu ərazidə yaşayan azsaylı
xalqlar haqqında məlumat verilmiş (A.Poserbskinin, D.Bakradze (“Zaqatala dairəsi haqqında
qeydlər” məqaləsində, K.Qan, K.Kolyubakin, Konstantinov və başqaları) burada yaşayan xalqlara
və onların adətlərinə öz münasibətlərini bildirmişlər. Fon-Plotto “Zaqatala dairəsinin əhalisi və
təbiəti” əsərində bu bölgədə yaşayan azsaylı xalqların mədəniyyətlərini, adətlərini təsvir etməyə
çalışmışdır ( 4, s. 36)
Zaqatalada yaşayan azərbaycanlılarla yanaşı, müxtəlif xalqların nümayəndələrinin
mədəniyyət hüquqları qorunmuş, folklorlarına, məişət mərasimlərinə, adətlərinə, epik ənənələrinə
kifayət qədər yer ayrılmışdır.
Məsələn, Zaqatalanın demək olar bütün kəndlərində ( xüsusən azərbaycanlılar yaşayan) gəlin
toy mağarına aparılmazdan öncə evə gətirilir və qayınana onu ortaya qoyulmuş lampanın başına üç
dəfə dolandırır. Sonra bal gətirilir və gəlinlə qaynana, bəy bir-birlərinə qaşıqla bal yedizdirirlər. Bu
həm şirinlik əlaməti sayılır. Eləcə də yeni qurulmuş ailə gələcəkdə bal kimi şirin və mehriban
olsunlar anlamına tapınır. Bu adət avarların yaşadıqları Carda biraz başqa cür nəzərə çarpır. Gəlin
öz yengələrinin birgə güzgü, lampa, samavarın ətrafında fırlanır, bəydə öz sağdişləri ilə gəlinin
arxasınca gedir, bu arada bəy gəlinin əlindəki yaylığı almağa çalışır ki gələcəkdə üstünlük onda
olsun. Gəlində öncə vermək istəməsə də sonra da hörmət əlaməti olaraq əlindəki yaylığı şərait
yaradır ki, bəy götürə bilsin.
Zaqatala toylarında təzə gəlinin ayağı ruzili olsun, düşəcəyi evə bol-bərəkət aparsın deyə
qaynana gəlinin başı üzərində çörək kəsir. Bu adət Zaqatalanın Qımır və Çobankol, Bazar
kəndlərində bir başqa cür nəzərə çarpır. Qız ata evindən çıxarkən qız anası və yaxud böyük bibisi
qızla oğlanın başı üstündə çörək bölür, yarısını qıza verir özü ilə oğlan evinə ruzi bərəkət aparsın,
yarısını da ata evində saxlayırlar ki qız evin bol bərəkətinin hamısını özü ilə aparmasın. Bildiyimiz
kimi çörək bolluq-bərəkət rəmzi kimi verilir. Balakəndə isə bütöv bir çörəyin bir ucundan gəlin,
digər ucundan isə qayınana tutub dartır. Hansı tərəf daha çox çörək dilimi qoparsa, evdə onun
sözünün keçəcəyi güman edilir. Adətən gəlinlər hörmət xatirinə daha az dilim kəsirlər. Digər
bölgələrdə gəlin 3 gün öz otağından çölə çıxmır. Zaqatalanın Muxax, Çobankol, Bazar, Qımır
kəndlərində toy gününü səhərisi “Üzdüvağı” adəti icra olunur. Həmin gün gəlin sübh tezdən durar
çay qoyar, qızın görüşünə təbrik üçün gələn qonaqları öz əli ilə çay verir. Gələn qonaqlar isə
əvəzində bölmənin (nəlbəki) içinə şirinik kimi pul atırlar. Bu adət “Üzaçdı”, “Duvaqqapma” kimi
də adlanır. Balakəndə isə toy gününün səhərisi “yumru toy” adlı mərasim düzənlənir. Qohum-
əqrəba yığılır, gəlin hamıya çay süzür, qonaqlar isə nəlbəkiyə nəmər qoyurlar. Quba rayonun
Xucbala kəndində isə qız evinə oğlan adamları tərəfindən nişan gətirilərkən çay içən hər kəs (oğlan
adamı) nəlbəkiyə pul qoyur. Qaxın Lələlpaşa kəndində isə üzaçdı günü hamı gəlinin başına yığılıb
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
218
gözaydınlığı verər, qaynana gəlib gəlinin başındakı qırmızı duvağı götürür. Ona imkana görə nəmər
verir, sonra başından götürdüyü duvağını bar gətirən ağacın üstünə atır ki, gəlin çox övladlı olsun.
Zaqatalanın Car kəndində isə toyun 2-ci günü gəlinin üzünü qaynata açıb əlinə pul qoyur bunu heç
kəs görməməli idi. Adətdəndir ki, gəlin bir neçə gün hörmət əlaməti olaraq üzü örtülü gəzsin.
Zaqatalanın azərbaycanlılar yaşayn kəndlərində bu gündə oğlan toyundan sonra qız evindən oğlan
evinə gəlin üçün yemək aparılır. Yeməklər də əksərən milli mətbəxi əks etdirir. Yemək aparmaq
funksiyasını qız yengələri həyata keçirir. Bu adət avarların yaşadığı kəndlərdə xüsusən avarların
yaşadıqları Carda yalnız oğlan toyunun 3-cü günü yengələr tərəfindən yemək və şirniyyat aparılır.
Bu adətlər çox təbii ki, Azərbaycanlılardan avarlara və digər xalqlara inteqrasiya nəticəsində baş
vermişdir.
Əvvəllər burada toylar iki yaxud üç gün davam edərdi. Nəmər vermə adəti Zaqatalanın
müxtəlif kəndlərində fərqli nəzərə çarpır. Avarların yaşadığı ərazilərdə (xüsusən Carda) belə bir
adət var ki, toyun 2-ci günü bəy sağdişləriylə ona məxsus ayrılmış kürsüdə oturur. Bütün qohum
qardaş yaxınlar gəlinlə birgə gəlib oğlandan-əvvəlcədən qızın sandığında ata evindən gətirdiyi
halvanı alır bir-bir hamının ağzına verir ki, şirinnik olsun, mehribanlıq olsun. Sonra da kim
halvanın dadına baxardısa gəlinə nəmər verərdi. Sonra hamı yerli havaya oynayırdı. Halva
ümümiyyətlə Zaqatalanın həm toy həm də yas mərasimlərində geniş istifadə olunur. Məsələn
Azərbaycanlılar yaşayan kəndlərdə ölünün 40-da düyü halvası paylanılır. Toylarda gəlin özü ilə
halva aparır və s. Halva ümumiyyətlə bu bölgədə istər toy istərsə də yas mərasimlərinin əsaslı rol
oynayır. Saxurlar yaşayan Mamrıx kəndində isə qız oturacağı kürsüyə öncə bəxti gətirmiş ağbirçək
nünələrimizi otuzdururlar ki, təzə gəlin də uzunömürlü, bəxti gətirən olsun.
Zaqatalada “parça biçdi adəti mövcuddur”. Həbləcə hər iki öydə toya hazırlıx yekunu kimi qız
bəy öyündə “boy bişdi” və yaxud “paltar bişdi” mərasimi ilə tamamlanır.
“Qız öyünə “boy biçdi”yə ya bazar ertəsi, ya adna* (cümə), yaxud da xas* (ikincı gün) günü
gəliylər. Oğlan adamları gəlin üçün alınmış parça paltar bəzax avadanlığını və s. xonçalarda qız
öyinə gətiriy. Horada parça paltar kimi, iynə, mağara (sap) üsküh, qayçı və s. tikiş ləvazimatı da
işlənməmiş olmalıdır ki, təzə qurulacax aylədə dava-dalaş, söz-söhbət olmasın. Paltar biçən
ağbirçax qadın qayçını əlinə alarax diyir:
Vəkil bəxşiş verərsə, qayçım kəsər parçanı.
Beləlixla bəyin vəkili “Qayçmı itiləmax hasandır”- diyarax, həmin qadına bəxşiş veriy”.
Bu adət qız toyu günü və bəzən də oğlan toyunda, oğlan adamlarının gəlin aparmağa gəldiyi
gün də həyata keçirilir. Qız toyunda oğlanın yengəsi gəlinə gətirdikləri bütün cehizləri ortaya qoyur
məclis əhlinə göstərir. Əlindəki qayçını qızın adına gətirilmiş parçanın üzərinə yaxınlaşdırır və
deyir ki, qayçı kəsmir. Bunu deməklə qız vəkilindən nəmər istəyir. Nəmərini aldıqdan sonra işini
davam edir. Zaqatalanın Muxax kəndində isə bu adət oğlan adamları qız evinə gəlini aparmağa
gələrkən icra olunur. Qız yengəsi parçanı əlinə alıb qayçını yaxınlaşdırıb deyir ki, qayçı kəsmir,
bütün oğlan adamları qız yengəsinə nəmər veriirlər.
Maraqlı və ortaq adətlərdən biri də budur ki, Zaqatala Qax, Balakən rayonlarında qohum
qardaş, qonşular ellikcə oğlanın və onun yançılarının boynuna kəlağayı və parça salırlar.
Vaxtı ilə bu bölgədə gəlin bəy evinə düşəkən bəy 3 dəfə tüfəng atardı, Bu da çox təbii ki
qədim inanclarla sıx bağlı olan bir adətdir. Diyilənlərə görə ritual yerində həmişə xeyir və şər
qüvvələr cəm olarmış. Tüfəng atma adəti xüsusən bu şər qüvvələri ritual yerindən uzaqlaşdırmağa
xidmət edir.
Zaqatalanın ingiloylar yaşayan Əliabad kəndində isə gəlin gətirməyə gidən zaman oğlan
vəkili tüfəng atmazdısa qız evinin adamları onları içəri buraxmazdılar.
Zaqatalanın demək olar ki, bütün kəndlərində gəlin apararkən yol kəsmə adəti var.Xüsusən
gəlini qıraq kəndlərə gedirdisə o zaman kəndirin qalınlığı daha çox olur, yolun ortasına düzülmüş
odun kötükləri və daşlar daha iri olardı. Bəydən və vəkildən nəmər almamışyolu açmazdılar.
Zaqatalanın əksər kəndlərində isə (Qımır Bazar, Çobankol, Muxax) ərə gedən qıza əvvəllər
toya üç qalmış ev yiyəsi bütün kənd əhlini qohum qardaşını çağırıf qonaqlıq verir və onları
əyləndirmək üçün çalğıçılar dəvət edirdilər. “ Ay bala ho vaxlar havı adətə zaqatalalılar arasında
“Şingəm etmax”, “Şingəm qoparmax” diyiydilər”. Bu adəti camaat gələcək xata-bəlanın qarşısını
almaq üçün, sadağa etmək, yeni ailə quran gənclərə xeyir-dua vermək məqsədi ilə edirlər. Şingəm
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
219
zamanı öncə ağbircək nenələrimiz əllərinə ipək yaylıqlar alaraq nağara-zurna havasının sədası
atında öz maraqlı oyunlarını göstərir və bir ağızdan oxuyardılar.
Aşıx gəlif çalmağa,
Şingəmi qoparmağa.
Yığılsın qohum qardaş
Şingəmdə oynamağa
Xeyir dua vermağa.
Qədim inama görə “bəylər” mərasim yerinə toplaşar, bəyə və gəlinə zərər toxundurarmış. Bu
səbəbdən acları, yoxsulları doyurub yeni ailə quracaq gənclərə xeyir-dua qazandıran ağsaqqallar
həm də çal-çağır etməkla camaatı şənləndirir və bununla bədxah ruhları mərasim yerindən uzaq-
laşdırmış olurdular.
Zaqatalada vaxtı ilə açıq toylar keçirilərdi. Açıq səma altında keçirilən həmən toylarda xüsusi
olaraq gənclərin yarışları təşkil olunar ağsakallar onlara dəyər verərdilər. Höcətləmələr bu mühitdə
keçirilən toyların əsasını təşkil edərdi. Açıq səma altında göy çəmənlikdə ağsaqqallar bardaş qurub
oturar. Onların qarşısında hünər göstərən gənlərə əməyinə dəyər verərdilər. Hündür bir çinar
ağacından asılmış almanı tüfənglə vuruf salardılar, qurşaq tutardılar. Bu ənənənin tarixi qədimdir.
Kitabi Dədə Qorqudda olduğu kimi. Biz türk xalqlarının qədim və ortaq abidəsi olan “Kitabi Dədə
Qorqud” dastanında gənclərin gücünü, qüvvəsini sınağa çəkmək üçün dəvəynən, şirnən meydana
çıxmalarının şahidi oluruq. (5, s.178) “Elin ağsaqqalı Dədə Qorqud qəhrəmana ad qoyur, Zaqatala
bölgəsində məişət mərasimləri zamanı icra olunan bu oyunlarda da elin ağsakkalı qalib gəlmiş gənci
mükafatlandırardı. Bu mükafat ağbirçək nənələrimizin bişirdikləri bir sini düyü və yaxud tər halvası
olardı. Qədim açıq toy mərasimlərində təşkil olunmuş at çapma mərasimi zamanı da qalib gələn
gənclər mükafatlandırılardı”.
Folklorşünas alim Azad Nəbiyev qeyd edir ki, qədimdən türk tayfaları gəlin faytona
minməzdən qabaq, igidlər cıdıra çıxmış,qurşaq tutmuş, qılınc oynatmışlar ( 7,s.295).
Bu bölgədə bu gün də yaşayan adətlərdən biri bəyin və onun yançılarının boyunlarına parça
salmaq adətidir. Bütün toya gələnlər öz parça kəlağayıları ilə meydaana bəyin anasına yaxınlarına
gözaydınlığı verdikdən sonra əllərindəki parçaları bəyin və onun yançılarının boynuna salırlar.
Zaqatalada–Balakən bölgəsində toylarda şavaş vermə, bəyin boynuna parça salma, tüfəng atma,
gəlinin bəy evinə gələrkən qab sındırma, sağdişin sandıq üstə oturub oğlan tərəfin adamından nəmər
alması, üz açdı, yaxud üzdüvağı adətinin keçirilməsi, və s. kimi ortaq adətlərlə yanaşı, azsaylı
xalqların burada tarixən yaşayan, yerli əhalidən götürüb yaşatdıqları oxşar adətləri də qorunub
saxlanılır. Bu adətə oxşar bir adət də Anadoluda, Ankara türklərinə məxsus toyda bəy və gəlin
bütün məclisin ortasında ayaqüstü durur, onların boyunların 1-2 metr uzunluğunda qırmızı lent
taxırlar. Məclisə gələnlər gəlinə altunlar taxarlar. Eləcə də iki gənc oğlan qadın paltarı giyinib
ortalıqda oynayırlar. Çox zaman bəy və gəlin, məclisə də dəvət olunan qonaqlarda onlarla
oynayırlar. Buna “Köçek” oyunu adlandırılır. Davulun sədaları altında gənclərin oynayan çox
güman ki, bu oyunu bütün qohumları bir araya gətirməyə, mehriban olmağa xidmət edir.
İngiloyların yaşadıqları Əliabad kəndində gəlini bəy evinə gətirərkən ailənin təməlinin
möhkəm olması, bəd nəzəri qırması inamıyla öncə dəhrə, balta, əncər kimi kəsici alətlərin
üzərindən keçirir, sonra boşqab sındırırlar. Zaqatalada yaşayan azərbaycanlılarla yanaşı, müxtəlif
xalqların nümayəndələrinin mədəniyyət hüquqları qorunmuş, folklorlarına, məişət mərasimlərinə,
adətlərinə, epik ənənələrinə kifayət qədər yer ayrılmışdır.
Burada əsas məsələ dilindən, dinindən, oxşar və fərqli mədəniyyətlərindən asılı olmayaraq
Azərbaycan xalqının bir-birinə münasibəti, kimin hansı millətə və yaxud dinə mənsub olmasında
deyil, səmimi və saflığlı ilə, birgəyaşayışın yüksək səviyyədə yaşanması, sabitliyin və sülhün
qorunması ilə seçilir. Azərbaycanın şimal bölgəsində yaşayan azsaylı xalqların hər biri Azərbaycan
xalqının adətlərini öz adətləri kimi qəbul etmək, bu adətlərdən bəhrələnmək və bununla yanaşı, öz
adət-ənənələrini də qoruyub saxlamaq baxımdan xüsusi dəyərə malikdirlər. Zaqatalada yaşayan
avarlar, ingiloylar, Azərbaycanın Qafqaz dillərinə aid ləzgi qrupuna daxil olan saxurlar, əsrlər boyu
azərbaycanlılarla birgə yaşamış Azərbaycanın etnik xəritəsini çox zənginləşdirmişlər. Bu da çox
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
220
təbii ki, Azərbaycanlıların bu xalqlara göstərdiyi humanist, səmimi münasibətin göstəricisində
yaranmışdır. V.L.Veliçko qeyd edir: “Azərbaycanlıların damarlarında mərdlik, mərdanəlik, nəciblik
qanı axır. Onlar təbiətən xeyirxah, genişqəlbli, və alicənabdırlar” (3, s. 34). Uzun əsrlər boyu azəri
türkləri ilə bir yerdə yaşayan saxurlar toy adətlərində də özünəməxsusluqlarını qoruyub-saxlaya
biliblər. Bu gün saxur kəndlərində əsasən qədim toy adət-ənənələrinə üstünlük verilir.
Bütün bunlar Azərbaycanın tarixən müxtəlif dil ailələrinə məxsus olan xalqların məskəni
olduğunu bir daha sübut edir. Və bu xalqların dar gündə də, şad gündə də bir-birinə arxa, dayaq
olaraq hamılıqla vahid azərbaycançılıq ideologiyasına sadiq olduğunu nümayiş etdirir.
“Multikulturalizm Azərbaycan xalqına əsrlər boyu xas olan bir dəyərdir. Bu dəyəri yaşadan, bu
gündə yüksək səviyyədə qorunub saxlanılmasına əsas verən başlıca səbəb Azərbaycan xalqıdır. Bu
xalqa əsirlər boyu xas olan humanist, sadəlik, umum bəşəri baxışın fərqliliyi, dilindən dinindən aslı
olmayaraq Azərbaycan vətəndaşına insana insanlığa verdiyi dəyərdir. Ümüd varıq uzun əsirlər
keçsə də bu yüksək mənəvi dəyər özünü qoruyub saxlayacaqdır.
Ədəbiyyat siyahısı
1. Azərbaycan konstitusiyası. Bakı: (yeni redaksiyad) Bakı: Qanun, 2009, 67 s.
2. Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları. Bakı: 2016.
3. Bayramov Ə.S. Etnik psixoloiya. Bakı: Renessans, 2001, s. 374
4. Фон-Плотто А. Пğиğода и лşди Çакаталъского окğуга. ССКГ, вып. IV Тифлис,
Иçд.Кавкаç.Гоğ,Упğ,1870, с.1-62 Kitabi-Dədə-Qorqut,Bakı: Öndər nəşriyyatı, 2004, 376 səh.)
5. Azərbaycan qəzeti, Multikulturalizm və tolerantlığın dünyada ən mükəmməl nümunəsi 03
May 2016
6. Nəbiyev Azad. Azərbaycan xalq ədəbiyyatı. Turan nəşrlər evi. Bakı, 2002, səh-295.678
səh.
http://www.heydar-aliyev-foundation.org/az/content/index/85/
Zumrud Ibrahim gizi Mansimova
Reflection of multiculturalism and azerbaijanism in the work of ashugs of Zagatala
Summary
Ritual traditions of both Azerbaijanis and representatives of other minority peoples - Avars, Sakhur,
Ingloids and etc. living together in Zagatala region is located in the north-west of Azerbaijan have
been shown in the paper. The friendly and fraternal relations have used in the paper on the basis of
borrowing each other's of wedding ceremonies of Azerbaijanis and representatives of indigenous
peoples historically are living here. These traditions have been compare with other regions of
Azerbaijan and with the traditions of the Turkic peoples.
Lalə Əliyeva, t.ü.f.d.
Bakı Dövlət Universiteti, Tarix fakultəsi, dosent
lale_agamirze@yahoo.com
AZƏRBAYCANDA YAŞAYAN QAFQAZDİLLİ ETNİK QRUPLARIN MADDİ VƏ
MƏNƏVİ MƏDƏNİYYƏTİNDƏ AY TANRIÇASINA SİTAYİŞİN İZLƏRİ
Açar sözlər: Udilər, xınalıqlılar, buduqlar, ceklər, ay tanrıçası, Hümay Umay
Keywords: Udis, Khinaliqs, Buduqs, Jeks, Moon Goddess, Humay Umay
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
221
Qədim Azərbaycanın maddi və mənəvi mədəniyyətinin bir çox elementləri islama və digər
səmavi dinlərə qədərki inanc izlərini özündə daşımaqdadır. Xüsusilə ay tanrıçasına dərin sitayişlə
bağlı olan bu izlər etnik baxımdan həm türk, həm də qeyri-türk kökənli Azərbaycan əhalisi arasında
müşahidə olunur. Maraqlıdır ki, eyni mədəni fenomen, yəni ay tanrıçasına bağlı qədim inanclar
müxtəlif etnik qruplarda özünəməxsus şəkildə təzahür etsə də, onları birləşdirən ümumi cəhətlər də
kifayət qədərdir. Burada tədqiq olunan məsələ əsasən udi, xinalıq, buduq və cek kimi qafqazdilli
etnik qruplar üzrə araşdırılmışdır.
Tədqiq olunan problemlə bağlı əsas məlumat bazası bir sıra yazılı qaynaqlarla yanaşı, son üç
ildə müxtəlif vaxtlarda Qəbələ rayonunun Nic və Qubanın Xınalıq, Buduq və Cek kəndlərində
tərəfimdən aparılan etnoqrafik müşahidə və mədəni antropoloji səpgidə araşdırmalara əsaslanır.
Burada tədqiqatın Azərbaycan tarixi, folkloru, dilçiliyi və s. üçün əhəmiyyətini qeyd edərək onu da
vurğulamaq lazımdır ki, ölkəmizə xas olan multikulturalizm bir daha araşdırma nəticəsində öz
təsdiqini tapır.
Ay tanrıçası, yaxud, ay ilahəsi türk mifologiyasında Humay, yaxud Umay kimi tanınmaqda
olub məhsuldarlıq, doğum və körpələrin qoruyucu tanrıçası kimi və həm də qadın şəklində
məlumdur [5, s.268]. Qədim Qafqaz Albaniyasının inanclarında yer alan ay ilahəsi (yunan
mifologiyasında Selena, romalılarda isə Luna) antik yazılı qaynaqlarda eyni xüsusiyyətlərlə təsvir
edilir. Qədim yunan alimi Strabonun “Coğrafiya” əsərində ən çox sitayiş edilən tanrı kimi, ay
məbədinin kahini isə hökmdardan sonra ikinci nüfuzlu şəxs kimi göstərilmişdir [7, s. X, 4,7]. O
cümlədən, Yaxın və Orta Şərq mifologiyasında da ay tanrıçası və ona sitayişin xüsusi yeri var. Onu
da qeyd etmək zəruridir ki, mifik ay allahı heç də həmişə qadın cinsində deyil, bəzən kişi cinsində
də təsvir edilmişdir. Məsələn, akkadların Sin, şumerlərin isə Nanna adlandırdıqları ay tanrısı Enlil
və Ninlilin oğludur [10, s. 54 ]. İran mifologiyasında ay tanrısı kişi, Günəş isə qadın ilahə kimi
təsvir olunur. Bu, Azərbaycan mədəniyyətini İran mədəniyyətinin tam təsiri altında olmasını iddia
edənlərin böyük səhv etdiklərinin bariz nümunəsidir. Azərbaycanın istər türk, istərsə də, qeyri-türk
xalqlarının mifoloji təfəkkürünü araşdırarkən ay sitayiş obyekti olaraq yalnız qadın kimi təsəvvürə
gəlir. Təsadüfi deyildir ki, müasir dövrümüzdə Azərbaycanda qızlara qoyulan adların tərkib hissəsi
kimi ‘ay’ sözü müxtəlif variantlarda keçir. Məsələn, hamıya məlum olan Aybəniz, Aygün, Günay,
Aysel, Aynur və s. kimi çoxsaylı adlar milli təxəyyülün, şüuraltı təsəvvürdə izini qoymuş qədim
miflərin izləridir. Ay tanrıçası təkcə doğum və körpələrin himayəçisi deyildi, o həm də
məhsuldarlıq və bərəkət gətirən ilahə idi. Qədim Azərbaycan sakini üçün həyatının ümdə məsələsi
ailə qurub övlad böyütmək idi. Üstəlik sadə insan bu ailəni təmin etmək üçün maldarlıq və
əkinçiliklə məşğul olmalı idi. Təbii ki, o, övlad sahibi olmaq arzusu da, yüksək məhsuldarlıq əldə
istəyi də ay tanrıçasına daha çox sitayiş edilməsi üçün əsas yaradırdı.
Azərbaycanla yanaşı, digər Qafqaz xalqlarının mifoloji dünyasında da ay tanrıçasının xüsusi
yeri var. George Dümezil yazır ki, ay kultunun bütün Cənubi Qafqazda keçərli olduğunu müəyyən
etdim və ay tanrıçasının Cənubi Qafqazdakı adının (qədim gürcü dilində ttwe, minqrel və lazca tuta,
svan dilində došd, hər biri tetwe–dən törəmişdir) yunan folklor qəhrəmanı Tityosun adına bənzədiyi
qənaətinə gəldim [2, s. 68 ]. Beləliklə, müəllif Qafqaz xalqlarında ay kultunu yunan mifologiyasının
təsiri kimi dəyərləndirir. Lakin bu kult bütün Yaxın Şərq və Avropa xalqları arasında, eləcə də, Orta
Asiyadan Yaponiyayadək geniş məkanda yayılması və onun müxtəlif variantları ay kultunun yalnız
yunan mifologiyasına bağlanmasını mümkünsüz edir.
Tərəfimizdən aparılan müşahidələr belə qənaətə gəlməyə imkan verir ki, ay tanrıçasına
sitayişin ən geniş yayılan təzahürü həyat ağacına, yaxud dilək ağacına sitayişdir. Etnik mənşəyi və
dini mənsubiyyəti tamamilə fərqli olan xalqlar bu inancı daşımaqdadır. Bütün Qafqaz ərazisində
geniş yayılmış müxtəlif sitayiş yerlərində, ocaq və pirlərdə belə ağaclara rast gəlinir. Ayinin
icrasına gəldikdə bu, adətən ağaca əski parçası və ya saplar bağlanması, şam yandırılması, onun
altında qurban kəsilməsi və başqa formalarda müşahidə edilir.
Məlumdur ki, ay tanrıçası həyat və ya yaşam ağacının sahibəsidir [9, 778] və bəzi Altay
mifləri onun üç Qayın ağacında göydən yerə endiyini göstərir. Qayın ağacı ilə yanaşı, digər
möhtəşəm gövdəli, bəzən isə kiçik, amma tikanlı ağaclara sitayiş obyekti olaraq Azərbaycanın hər
yerində olduğu kimi, o cümlədən udilərin yaşadığı Qəbələ rayonunun Nic kəndində geniş rast
|