Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə60/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   56   57   58   59   60   61   62   63   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

325

 

 



 

 

Üçüncüsü,  orta  əsrlər  Azərbaycan  ədəbi  mühiti  dini  zəmində  də  ümumşərq  müsəlman 



mühitinin  tərkibinə  daxil  idi.  Yəni  Azərbaycan  ədəbi  düşüncəsinin  məhsulu  kimi  ortaya  çıxan  hər 

hansı bir ədəbi faktın nüfuz dairəsi İslamın dininin hakim olduğu regionları da ehtiva edirdi.  

Bütün  bu  faktorlar,  əslində,  klassik  Azərbaycan  ədəbiyyatı  üçün  ortaq  ədəbi  mühit 

çərçivəsində ümumi  obraz və  rəmzlərin, süjet  və motivlərin, mövzu və  problemlərin  yaranmasına, 

başqa sözlə desək, multikultural düşüncə və tolerantlığın formalaşmasına səbəb olmuşdur. Bir sözlə

klassik  Azərbaycan  ədəbiyyatı  özünün  bütün  təbii  cəhətləri  –  zamanı,  məkanı,  mahiyyəti  ilə 

multikultural fəlsəfəyə və tolerant baxışlara söykənir. 

ƏDƏBİYYAT 

1.Abdulla  K. Ön söz. Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları. I kitab, Bakı: 

Mütərcim, 2016, 287 s.  

2.  Abdulla  K.  Məruzə.  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Rəyasət  Heyətinin  27 

yanvar 2016-cı il tarixli iclası. "525-ci qəzet" 10.02.2016-cı il tarixli nömrə. 

3. 

Abdulla 


K. 

Ulu 


öndər  Azərbaycan  multikulturalizminin  siyasi  banisidir. 

http://www.azerbaijan-news.az 

4. Əlimirzəyev X. Nizami Gəncəvinin insan konsepsiyası. Bakı: Gənclik, 2001, 354 s. 

5. Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Bakı: Öndər nəşriyyatı, 2004, 376 s.  

6. http://unec.edu.az/application/uploads/2015/07/multikulturalizme-giris.pdf   

7. Nizami Gəncəvi. İskəndərnamə.İqbalnamə. Bakı: "Lider nəşriyyat", 2004, 256 s. 

8. Nizami Gəncəvi. Sirlər xəzinəsi. Filoloji tərcümə. Bakı, Elm, 1981. 

9. Reading Horizons. Multicultural Literature for Children and Young Adults: A Rationale 

and Resources. http://scholarworks.wmich.edu/cgi/viewcontent 

10.  Behbood  Mohammadzadeh.  Incorporating  multicultural  literature  in  English  language 

teaching curriculum/ Procedia Social and Behavioral Sciences 1 (2009) p. 23–27  

11. 


Козлик 

И.В. 


Мультикультурализм 

и 

методологические 



проблемы 

литературоведения. Вестник Томского Государственного Университета.  2009, № 2 (6), стр., 

41-58. 

12.  Тлостанова  М.В.  Проблема  мультикультурализма  и  литературы  США  конца  ХХ 



века. М.: Имли Ран: Наследие, 2000, 400 стр.  

 

Xülasə 


Məqalədə  Azərbaycan  mənəvi  mədəniyyət  xəzinəsinin  əsrarəngiz  incilərindən  olan  klassik 

Azərbaycan ədəbiyyatı nümunələrində multikulturalizm və tolerantlıq məsələləri təhlil olunmuşdur. 

Qeyd  olunmuşdur  ki,  istər  şifahi,  istərsə  də  yazılı  ədəbiyyatımızda  multikultural  dəyərlər  və 

tolerantlıq  fəlsəfəsi  hələ  ən  qədim  dövrlərdən  təbii  şəkildə  öz  əksini  tapmışdır.  Təhlil  zamanı 

multikulturalizm  və  tolerantlıq  anlayışları  ilə  bağlı  müasir  elmi  nəzəri  fikirlərdən  geniş  istifadə 

olunmaqla  klassik  Azərbaycan  ədəbiyyatı  nümayəndələrinin  yaradıcılığı  həmin  aspektdən  diqqət 

mərkəzinə gətirilmişdir.  

 

T.Abdulhasanli 



Multicultural values and tolerance in the classical Azerbaijani literature 

Summary 


In  the  article  are  analysed  multicultural  questions  and  tolerances  in  samples  of  the  classical 

Azerbaijani  literature,  which  are  a  treasury  of  spiritual  culture  of  our  people.  It  has  been  noticed, 

that  the  multicultural  values’  and  tolerance’s  philosophy  has  found  the  natural  reflexion  both  in 

folklore, and in the written literature of the ancient period. During the analysis, along with wide use 

of  achievements  of  modern  scientific-theoretical  thought  with  reference  to  the  given  concepts, 

creativity of representatives of the classical Azerbaijani literature is the same way considered also. 



 

 

 



 

 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

326

 

 



 

 

Nizami Tağısoy, prof.,dr. 



Bakı Slavyan Universiteti 

nizami.mamedov@mail.ru 



 

DÖVLƏT-DİN MÜNASİBƏTLƏRİ VƏ MULTİKULTURAL YANAŞMA  

 

Açar sözlər: dövlət, din, ənənə, tolerantlıq, multikulturalizm. 

Key words: government, religion, tradition, tolerance, multiculturalism 

 

XX  əsrin  son  onilliyindən  başlayaraq  nəinki  Azərbaycanda,  Cənubi  Qafqazda  və  Avropada, 



həm  də  bütün  dünyada  gedən  ictimai-siyasi,  etnik-milli  proseslər  ölkəmizin  öz müstəqilliyini  elan 

etməsində,  yeni  siyasi-strateji  kurs  götürməsində  xeyli  çətinliklərlə  üzləşməklə  şərəfli,  eyni 

zamanda ağır, əzablı bir məcraya yönəldi. Azadlıq və müstəqillik ideyalarını özünün prioritet xətti 

kimi  seçən  Azərbaycan  xalqı  və  dövləti  ölkədə  kükrəməkdə  olan  milli  ideyalara  yiyələnmək 

uğrunda  ortaya  çıxan  sədləri  dəf  etməklə  dünyəvi  dövlət  quruculuğu  yolunda  addımlar  atmağa 

başladı.  Bu  dəyişikliklər  trafaret,  ştamp,  kənardan  ixrac  olunmuş  yad  ünsürlərin  ölkəmizdə 

cücərməsi ilə getmədi. Azərbaycan xalqı və dövləti öz orijinal siyasətini ictimai-mədəni, dini-əxlaq 

kursunu həyata keçirməklə digər ölkələrin və xalqların diqqətini cəlb etdi. 

Hazırda dünyada baş verən siyasi, iqtisadi, mədəni hadisə və proseslərdə Azərbaycan dövləti 

layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Ölkəmizdə həyata keçirilən 

mütərəqqi ictimai-siyasi, iqtisadi islahatlar, milli-mənəvi dirçəliş, fəal xarici siyasət respublikamızın 

dünyaya  inteqrasiyasına  daha  sürətlə  cəlb  olunmasına,  beynəlxalq  münasibətlər  sistemində  özünə 

layiq  yer  tutmasına,  ərazi  bütövlüyünün  təmin  ediləcəyinə  inamı  daha  da  artırır.  Bu  vəzifələrin 

həllində mədəniyyət faktoru mühüm rol oynayır (6, s. 7-8). 

Demokratiya və azadlıq ideyalarını öz strateji kursu kimi müəyyənləşdirən dövlətimiz ardıcıl, 

məntiqli,  ən  başlıcası  xalq  həyatının  və  mənəviyyatının  əksər  tərəflərini  çevrələyən  münasibətləri 

start xəttinə çıxardı. Başlıca vəzifələrdən biri kimi ölkəmizdə yaşayan hər bir etnik qrupun, azsaylı 

xalqların  nümayəndələri  Azərbaycan  dövlətinin  bərabərhüquqlu  üzvünə  çevrildi,  hər  bir  insanın 

milli,  irqi,  dini  mənsubiyyətindən  asılı  olmayaraq  bütün  hüquqlarının  qorunulması  üçün  qarant 

ortaya qoyuldu, xalqımızın, dövlətimizin mədəniyyətinin, ədəbiyyatının, iqtisadiyyatının və elminin 

inkişaf etdirilməsində hər kəsin öz yeri, öz rolu görünməyə başladı. 

Məlum  olduğu  kimi,  bu  gün  qloballaşan  dünyada  çoxlu  gözlənilməz  siyasi,  iqtisadi,  hərbi 

proseslər,  etnik-milli  münaqişələr  nəinki  müxtəlif  xalqların  nümayəndələri  arasında,  həm  də  dili 

dilindən, dini dinindən, etnik kökəni bir-birindən, milləti millətindən olanlar arasında baş verir. Və 

bütün bu proseslər yetərincə ağır nəticələrə gətirib çıxarır. Nümunə olaraq İraq, Suriya, Əfqanıstan, 

İordaniya, Pakistan, Nigeriya və s. yerlərdə gedən prosesləri yada salmaq kifayətdir.  

Azərbaycanda isə həyata keçirilən konsepsiyalaşmış ictimai-siyasi, mədəni-iqtisadi islahatlar, 

milli-mənəvi  və tolerantlıq  müstəvisində aparılan işlər ölkəmizin  dünya birliyi dövlətləri sırasında 

özünə  layiqli  yer  tutmasının  təminatçısına  çevrilir.  Eyni  zamanda  bunu  da  vurğulayaq  ki,  belə 

münbit vəziyyət ölkəmizdə heç də birdən-birə yaranmamışdır. Azərbaycanda dövlətlə din, müxtəlif 

konfessiyalar    arasında  olan  optimal  münasibətlərin  çoxəsrlik  ənənələri  vardır.  Dövlətlə  dinin 

səmərəli  münasibətləri,  dözümlülük  mühiti,  ayrı-ayrı  dinlərin  nümayəndələri  arasında  qarşılıqlı 

hörmət  və  etimadı ölkəmizin  apardığı  dövlət-din münasibətlərinə  xüsusi həssaslıqla  yanaşıldığının 

görümlü nümunəsidir.  

Ölkəmizdə dövlət-din münasibətlərinin mükəmməl konsepsiya üzərində qurulmasına, həm də 

dövlət siyasətimizin ona köklənməsinin böyük rolu oldu. Bu baxımdan Azərbaycanda “Dövlət-din 

münasibətləri:  tarixi  ənənələr  və  yeni  yanaşmalar”  (5,  s.  3)  mövzusunda  keçirilən  beynəlxalq 

tədbirdə  müxtəlif  ölkələrdən  olan  dövlət  qurumlarındakı  dini  məsələlərlə  məşğul  rəhbər  işçilərin 

iştirakı Respublikamızda ardıcıl olaraq keçirilən konfranslar, o cümlədən Bakıda (4, s. 7), Qubada 

(8, s. 6), Şəkidə (12, s. 5), Şamaxıda (11, s. 3),  Qaxda (7, s. 11), İsmayıllıda (9, s. 7), Tovuzda (13, 

s.  9)  və  s.  yerlərdə  gedən  yığıncaqlarda  dövlət-din  münasibətlərinin  daha  yüksək  səviyyədə 

tənzimlənməsi,  dini  maarifləndirmə  işinin  təşkili,  həmçinin  dini  icmaların  cəmiyyətdə  radikalizm 

meyllərinin  qarşısının  alınmasında  rolu  və  sosial  problemlərin  həlli  prosesinə  cəlb  olunması 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

327

 

 



 

 

məsələlərinə  xüsusi  diqqət  yetirilmiş,  bu  konfransların  işində  Dini  Qurumlarla  İş  üzrə  Dövlət 



Komitəsinin,  Qafqaz  Müsəlmanları  İdarəsinin,  AMEA-nın  müvafiq  İnstitutlarının  rəhbərləri,  dini 

icma sədrləri, ilahiyyatçılar, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak etmişlər (1, s. 

5). Ölkəmizdə dövlət-din münasibətləri, dözümlülük kontekstində həyata keçirilən tədbirlər xalqın 

bütün  zümrələri  tərəfindən  ona  görə  müdafiə  olunur  ki,  Azərbaycan  üçün  bu  doktrina  əslində 

əsrlərin  dolanbaclarından  gələrək  günümüzə  yetişmişdir.  Xalqımızla  taleyini  ömürlük  bağlayan 

fərqli etnik qrupların nümayəndələri – avarlar, ingiloylar, lahıclar, ləzgilər, ruslar, saxurlar, talışlar, 

tatlar  və  başqaları  burada  daim  dostluq  və  qardaşlıq  mühitində  yaşayıblar.  Azərbaycan  xalqı  və 

Azərbaycan  dövləti  respublika  ərazisində  yaşayan  hər  hansı  xalqın  nümayəndələrinə  milli-dini 

mənsubiyyətinə  görə  fərq  qoymayıb.  Çünki  bütün  bunlar  Azərbaycan  Respublikasının 

Konstitusiyası  ilə  tənzimlənməkdədir.  Yeri  gəlmişkən  bu  da  qeyd  olunmalıdır  ki,  belə  vəziyyət 

multukulturalizmi,  tolerantlığı  Azərbaycan  Respublikasının  hər  bir  vətəndaşının  adi  həyat  tərzinə 

çevirib. Bütün bunların nəticəsində ölkəmizdəki tolerantlıq ənənələri, dövlətlə din arasında münbit 

münasibətlər  Azərbaycanda  vətəndaş  cəmiyyətində  stabilliyin  möhkəmləndirilməsində  aparıcı  rol 

oynaya bilib. Multukulturalizm Azərbaycanda bu anlayışın çevrələdiyi bütün semantikasını özündə 

uğurla və incəliklə ifadə edir. Çünki dövlətlə din arasındakı münasibətlər sadəcə olaraq tolerantlıq, 

heç də zorakılığa, özbaşınalığa dözümlülük yox, həm də ilk növbədə bir-birini anlamaq, anlamaqla 

tanımaq,  tanımaq  üçün  müxtəlifliklərdə  eyniliklər,  eyniliklərdə,  oxşarlıqlarda  fərqləri  araşdırmaq, 

onların  təhlil  edib  köklərini,  səbəblərini  aydınlaşdırmaqdır.  Belə  tanıtma  üçün  önəmli,  həm  də 

xalqların,  etnik  qrupların  yaratdığı  mədəniyyət,  sənət,  folklor,  adət-ənənələr,  bədii  nümunələr 

yardımçı olur. Onların yığılması,  yayılması, nəşri, təbliği, Azərbaycanda yaşayan çeşidli xalqların 

dövlətimizə, onun apardığı siyasi kursa inamı möhkəmləndirməkdədir.  

Azərbaycanda  2016-cı  ili  ölkə  Prezidenti  İlham  Əliyevin  “Multikulturalizm  ili”  elan 

etməsinin  böyük  siyasi-ictimai  və  mədəni-əxlaqi  əhəmiyyəti  vardır.  Bu  sərəncam  bir  daha  sübut 

edir  ki,  Azərbaycan  həm  əvvəllər,  həm  də  çağdaş  dövrümüzdə  tolerantlıq  ənənələrinə, 

mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə və dialoqa layiqli töhfələr vermək niyyətindədir. Və 

bu  bir  daha  sübut  edir  ki,  multikulturalizm  bizim  dövlət  siyasətimizin  ən  mükəmməl 

modellərindəndir (10, s. 5).  

Ölkəmizdə  dövlət-din  münasibətlərinin  uğurla  inkişaf  etdiyini,  dövlətimizin  bu  ənənələrə 

sadiqliyini  digər  ölkələrdən  olan  mütəxəssislər,  alimlər,  dövlət  və  din  xadimləri  də  görüb 

dəyərləndirmişlər.  Məsələn,  İsveçdən  olan  kilsə  xadimi  Kristian  Okerhelm  Azərbaycandakı 

tolerantlıq  və  dinlərarası  münasibətlərin  yüksək  səviyyədə  olduğunu  xüsusi  olaraq  qeyd  etmişdir. 

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanda bərqərar olmuş dövlət-din münasibətləri kifayət 

qədər  əsaslı  konsepsiyaya  söykənir  və  bu  münasibətlərin  multikultural  dəyərlər  müstəvisindəki 

səmərəsi də göz qabağındadır. 

Azərbaycan  dövləti  və  xalqı  bu  sahədəki  fəaliyyətini  sürətlə  genişləndirməkdədir.  Bu 

baxımdan onun digər ölkələrlə, xüsusən Gürcüstan (2, s. 5), Tacikistan (3, s. 5) və s. ilə olan dini, 

mədəni və humanitar sahələrdə əməkdaşlığı təqdirəlayiqdir.  

Azərbaycan  dövləti    bu  gün  ümumbəşəri  dəyərlərə  malik  olan  islamın  tarixi,  milli-mənəvi 

əxlaqımızda yeri, bu dəyərlərin yad təsirlərdən qorunmasını ciddi şəkildə gündəmə gətirib. Bu gün 

geosiyasi  maraqlar  şiddətləndikcə,  radikalizm  meylləri  gücləndikcə  (Almaniya,  Makedoniya, 

Çexiya,  Macarıstan  və  s.)  bir  sıra  müsəlman  ölkələrində  baş  verən  hərbi  silahlı  toqquşma  və 

münaqişələr,  islamı  istəməyən  qüvvələr  tərəfindən  siyasiləşdirilərək  bəzi  ölkələrin  daxilində 

qarışıqlıq  yaratmağa  can  atır,  islam  dəyərlərini  gözdən  salmağa,  terrorlar  təşkil  etməyə  səy 

göstərirlər.  Lakin  belə  hallar  heç  vaxt  Azərbaycanda  sayıqlığın  əldən  verilməsinə  gətirib  çıxara 

bilməz.  Çünki  Azərbaycanda  möhkəm  konsepsiyaya  və  tarixi  təmələ  əsaslanmış  dövlət-din 

münasibətləri, multikultural baxışlar və həyat tərzi nəinki ölkəmizin daxilində yaşayan xalqlar, həm 

də  digər  ölkələr  üçün  örnək  ola  bilər.  Bu  münasibətlər  uzun  illərin  sınağından  çıxaraq  günümüzə 

gəlib  yetişmişdir.  Bu  ənənənin  qorunub  saxlanılmasında  və  inkişaf  etdirilməsində  hər  kəsin, 

xüsusən  alimlərin,  ziyalıların,  din  xadimlərinin,    cəmiyyətin  sağlam  qüvvələrinin  üzərinə  böyük 

məsuliyyət  düşdüyünü  və  aparıcı  nümayəndələrinin  bu  işin  öhdəsindən  gələ  biləcək  inamını 

artırmaqdadır. 

 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

328

 

 



 

 

Ədəbiyyat 



1. “Azərbaycan” qəzeti, 2014, 28 oktyabr, s. 5. 

2. Azərbaycan ilə Gürcüstan arasında dini, mədəni və humanitar sahələrdə əməkdaşlıq yüksək 

səviyyədədir. “Azərbaycan” qəzeti, 2015, 16 oktyabr, s. 5. 

3. Azərbaycan ilə Tacikistan arasında dini, mədəni və humanitar sahələrdə əməkdaşlıq inkişaf 

edir. “Azərbaycan” qəzeti, 2015, 3 dekabr, s. 5. 

4. Bakıda “Dövlət-din münasibətləri və maarifləndirmə işi ” mövzusunda respublika konfransı 

keçirilmişdir. “Azərbaycan” qəzeti, 2013, 3 oktyabr, s. 7 . 

5. Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar. “Xalq qəzeti ”, 2010, 29 iyul, 

s. 3. 

6. Əhədova S.A. Müasir dünyada mədəniyyətlərarası münasibətlər. Bakı, “Elm ”, 2014, 325 s.   



7. Qaxda “Ənənəvi İslam dəyərləri və müasirlik ” mövzusunda regional konfrans işə başlayıb. 

“Azərbaycan” qəzeti, 2015, 30 aprel, s. 11.  

8. Qubada dini icmalar üçün ikigünlük regional konfrans işə başlayıb. “Azərbaycan” qəzeti, 

2014, 17 sentyabr, s. 6.  

9.  İsmayıllıda  “Ənənəvi  İslam  dəyərləri  və  müasirlik  ”  mövzusunda  regional  konfrans 

keçirilir. “Azərbaycan” qəzeti, 2015, 30 yanvar, s. 7. 

10.  Multikulturalizm  dövlət  siyasətinin  ən  yaxşı  modellərindəndir.  “Azərbaycan”  qəzeti, 

2016, 15 yanvar, s. 5.  

11.  Şamaxıda  “Ənənəvi  İslam  dəyərləri  və  müasirlik  ”  mövzusunda  regional  konfrans  işə 

başlayıb. “Azərbaycan” qəzeti, 2015, 11 mart, s. 3.  

12. Şəkidə “Ənənəvi  İslam dəyərləri və müasirlik ” mövzusunda regional konfrans keçirilir. 

13. “Azərbaycan” qəzeti, 2014, 28 oktyabr. s. 5.  

13. Tovuzda “Ənənəvi İslam dəyərləri və müasirlik ” mövzusunda regional konfrans keçirilib. 

“Azərbaycan” qəzeti, 2015, 24 iyun, s. 9.  

Nizami Tagısoy 

State-religion relations and multicultural approach 

Summary 

The article stresses multicultural relations between state and religion in Azerbaijan. The aim 

of  paper  is  to  investigate  differences  in  culture,  folklore  and  ethnic  traditions  who  lives  in 

Azerbaijan. 



 

 

 

 

 

 

 

 

 

Шукюфа  Джабарова, доктор философии по философии, 

 АУЯ, доцент  кафедры Социальных наук  

 cshb@mail.ru  

 

ПОЛИТИКА МУЛЬТИКУЛЬТУРАЛИЗМА В АЗЕРБАЙДЖАНЕ: ТЕОРИЯ И 

ПРАКТИКА 

 

Ключевые  слова:  феномен  мультикультурализма,  поликультурное  общество,  

толерантность,  азербайджанская модель мультикультурализма,  диалог культур 



Key words: phenomenon of multiculturalism,  polycultural societies,  tolerance,  Azerbaijani 

model of multiculturalism,  dialogue of cultures  

 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

329

 

 



 

 

 Актуальность  проблемы  мультикультурализма  сегодня  определяется  рядом  факторов.  



В  условиях  глобализации  мирового  сообщества  активизируются  интеграционные  

межкультурные процессы. В  связи с этим постепенно актуализируется вопрос о феномене 

взаимодействия культур, о  механизмах их влияния друг на друга, о роли и месте отдельных 

культур в общемировом масштабе. Также, в  мире  наблюдаются  противоречивые процессы: 

с  одной  стороны  тенденция  к  глобализации,  стремление  к  объединению  культур,  их 

унификации,      и  тяга  к  локализации,  обособлению  -  с  другой.  Среди  различных  форм 

урегулирования  взаимоотношений  в  современном  поликультурном,    полиэтничном  и 

поликонфессиональном 

обществе, 

мультикультурализм 

занимает 

особое 


место.  

Мультикультурализм является сравнительно новым термином в современном гуманитарном 

знании,  поэтому  не  удивительно,  что  в  него  вкладывается  разное  понимание,  что 

представители разных научных школ, различных стран и  культур  интерпретируют его по-

своему.  Мультикультурализм  –  это,  в  первую  очередь,      параллельное    существование 

взаимодополняющих    и  взаимообогащающих    культур,  этносов,  толерантное  отношение  в 

обществе  ко  всем  формам  инаковости,    принятие  и  понимание    различных  норм  и  правил 

поведения  людей  в  социуме.  Исходя  из  этого,  можно  выделить  следующие  основные 

принципы  мультикультурализма.  Во-первых,  позитивное  отношение  к  этнокультурным 

различиям, признание факта, что этнокультурное разнообразие общества является фактором 

его  жизнеспособности.  Во-вторых,  признание  права  на  сохранение  и  поддержание  своих  

особенностей  за  каждой  этнической  группой.  В-третьих,  признание  за  индивидом  права 

выбора своей культурной идентичности. В-четвертых, признание самых разнообразных форм 

личностного  самовыражения  в  обществе.  Таким  образом,  мультикультурализм  позволяет 

признавать  за  каждой  отдельной  культурой  абсолютную  равноценность,  право  на 

самобытность,    сохранять  неприкосновенность    культурных  и  человеческих  различий  и 

установить равноправность различных жизненных стилей.  

В    Азербайджане  созданы  все  необходимые  политические  и  социальные  условия  для 

развития  и  укрепления  традиций  мультикультурализма.  Политические  и  правовые  основы 

мультикультурализма    в  Азербайджане  были  заложены  Общенациональным  лидером  -  

Гейдаром  Алиевым.  В  своих  выступлениях,  Общенациональный  лидер,    неоднократно 

подчеркивал,  что  многонациональный  состав  населения  Азербайджана  является  нашим 

богатством,  нашим  преимуществом.  Мы  ценим  и  сохраним  это  [5].    По  инициативе  и 

указанию  Гейдара  Алиева  была  создана  законодательная  база  для  сохранения  и  развития 

литературы, культуры, языка, истории, обычаев и традиций национальных меньшинств.  

И  сегодня,  благодаря  целенаправленной  политике  Ильхама  Алиева,  страна  

демонстрирует  всему  миру свою модель мультикультурализма.  Выступая на открытии  IV 

Бакинского  международного  гуманитарного  форума,  глава  государства  отметил:  «В 

современном  мире  альтернативы  мультикультурализму    нет.  Так  как  абсолютное 

большинство  стран  мира  —  это  многонациональные  страны.  Если  мультикультурализм 

потерпел  крах,  то  тогда  что  может  стать  альтернативой  ему?  И  это  очень  ясно.  Это 

дискриминация, расизм, ксенофобия, исламофобия, антисемитизм» [2]. 

Мультикультурализм  в  Азербайджане  имеет  глубокие  исторические  корни  и  в  этом 

одна  из  его    особенностей.  Нынешнее  поколение    граждан  Азербайджана    являются 

наследниками  богатой  истории  и  культуры.  Формирование  этой  уникальной  культуры  

происходило  на  одном  из  важных  перекрестков  между  Востоком  и  Западом,  где  пролегал 

Великий шелковый путь. На протяжении всей своей истории наша страна и населяющие ее 

различные этносы смогли организовать свое существование таким образом, что  c течением 

времени    культура  обогащалась  и  приобретала  новые  качества,    создавая  гармоническое 

единство.    Народ  Азербайджана    сохранил  формировавшиеся    в  обществе  тысячелетиями 

традиции  толерантности  и  добрососедства.    Мирное  сосуществование  людей, 

принадлежащих к различным религиям, многоконфессиональность, этническое и культурное 

разнообразие  являются  отличительными    особенностями  азербайджанской  модели 

мультикультурализма. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

330

 

 



 

 

За годы независимости в стране создана эффективно-правовая база  межэтнического и 



межконфессионального равенства.  Базовые положения национальной политики заложены в  

Конституции  Азербайджана.  В  третьей    части    25  статьи    Конституции    Азербайджана 

написано  - Государство гарантирует равенство прав и свобод каждого независимо от расы, 

национальности,    религии,    языка,    пола,    происхождения,  имущественного  положения,  

служебного  положения,  убеждений,  принадлежности  к  политическим  партиям, 

профсоюзным и другим общественным объединениям. Запрещается ограничивать в правах и 

свободах человека и гражданина, исходя из расовой, национальной, религиозной, языковой 

принадлежности,  принадлежности  к  полу,  происхождения,  убеждений,  политической  и 

социальной  принадлежности[1,с.  9].  Концепция  национальной  политики  Азербайджанской 

Республики  также  основывается  на  таких  международных  документах,  как  «Всеобщая 

декларация  прав  человека»  ООН,  «Конвенция  о  защите  прав  и  основных  свобод»  Совета 

Европы,  «Международная  Конвенция  о  ликвидации  всех  форм  расовой  дискриминации» 

ООН,    «Заключительный  Акт  Совещания  по  безопасности  и  сотрудничеству  в  Европе», 

«Рамочная Конвенция о защите национальных меньшинств» Совета Европы, «Конвенция об 

обеспечении прав лиц, принадлежащих к национальным меньшинствам», принятая членами 

Содружества  Независимых  Государств  и  др.    Также,  одним  из  первых  документов,  после 

обретения  независимости,    был    государственный  документ,  посвященный  национальной 

политике  Азербайджанской  Республики  –  Указ  Президента  Азербайджанской  Республики 

«О  защите  прав  и  свобод,  государственной  поддержке  развития  языков  и  культуры 

национальных  меньшинств,  малочисленных  народов  и  этнических  групп,  проживающих  в 

Азербайджанской Республике».   

Выступая  на    открытии  IV  Глобального  Бакинского  Форума  10  марта  2016  года, 

Президент  Азербайджана  Ильхам  Алиев  подчеркнул,  что  «нынешний  год  в  Азербайджане 

является  «Годом  мультикультурализма».  Люди,  принадлежащие  к  различным  этническим 

корням,  религиям,  веками  жили  в  Азербайджане  в  условиях  мира,  спокойствия,  и  мы 

гордимся  этим.  Мы  рады  тому,  что  в  годы  независимости  эта  позитивная  тенденция  еще 

больше  усилилась.  Мультикультурализм  и  религиозная  терпимость  в  Азербайджане  – 

государственная  политика.  Одновременно  это  является  олицетворением  господствующих  в 

обществе настроений. А это очень важно, что государственная политика и общая атмосфера 

в  этой  сфере  не  разнятся  [2].  В  подтверждение  этого  хочу  привести  следующий  факт. 

Выступая  в    Париже  8  сентября  2015  года    на  международной  конференции  «Религиозная 

толерантность:  культура  сосуществования    в  Азербайджане»  Архиепископ  Бакинской  и 

Азербайджанской епархии Русской Православной церкви Александр Ищеин сказал   - “Мне 

бы хотелось отметить еще одну  очень важную черту  азербайджанского менталитета. Это  – 

глубокое  уважение  к  религиозным  чувствам  другого  человека.  У  нас  нет  религиозных 

кварталов или национальных кварталов, нет национальных или религиозных улиц. На одной 

улице,  в  одном  доме,  здании  проживают  представители  разных  народов  и  разных 

национальностей.  У  нас  очень  много  смешанных  браков.  И  если,  например,  мусульмане 

празднуют  Гурбан  байрамы  или  Рамазан  байрамы,  то  это  праздник  всех  граждан 

Азербайджана, вне зависимости от их религиозной или национальной принадлежности. Если 

это Рождество или Пасха, то также все граждане знают об этом и поздравляют друг друга с 

праздником.  Так  же  и  Рош  Ха-Шана  и  Песах  –  это  наши  общие  праздники.  Вот  такая 

реальная  ситуация  в  нашей  стране”[3].  Мультикультурализм  является  составной  частью 

демократических  процессов,  идущих  сегодня  в  Азербайджане.  Проводимые  в  этих  рамках 

мероприятия подтверждают,  что  в нашей стране созданы все необходимые политические и 

социальные условия для развития и укрепления традиций мультикультурализма.  В феврале  

2014  года  Указом  Президента  Ильхама  Алиева  была  создана  Государственная  служба  по 

межнациональным  вопросам,  вопросам  мультикультурализма  и  религии.  15  мая  2014  года 

был создан Бакинский  международный  центр мультикультурализма. Филиалы Бакинского 

международного центра мультикультурализма действуют в различных странах, в том числе в 

Германии,  Израиле,  России,  Молдове,  Португалии,  Италии,  Казахстане[4].  7-й  Глобальный 

форум  Альянса  цивилизаций  ООН,  который  состоялся  Баку    с  25  по  27  апреля    2016  года, 



 

Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin